Məhkəmə qərarları › İş №2-2(102)-44/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-44/2024

01.03.2024 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-44/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçılar İddiaçı1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı və iddiaçılar Cavabdeh1, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı tələblərinə dair birləşdirilmiş iş üzrə QƏRAR Açar sözlər: icarə hüququna yaradılmış maneələrin qanunsuz hesab edilməsi, dəymiş maddi zərərin ödənilməsi, icarə və xidmət müqavilələrinə xitam verilməsi, icarə və xidmət haqlarının ödənilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin K ommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “maneələrin aradan qaldırılması, əldə çıxmış fayda, maddi və mənəvi ziyanın ödənilməsi” və iddiaçılar Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və "xxxx" MMC-yə qarşı “icarə müqavilələrinə xitam verilməsi, icarə haqqı, xidmət haqqı, mənəvi zərər və əldən çıxmış faydanın tutulması, qeyri-yaşayış sahələrinin boşaldılması” tələblərinə dair birləşdirilmiş iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 sentyabr tarixli 2-2(103)-141/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və "xxxx" MMC tər əfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən ticarət mərkəzinin 1-ci mərtəbəsində ümumi sahəsi 843,1 m2 olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında 2019-cu il 14 yanvar tarixli; eyni ünvanda yerləşən ümumi sahəsi 441,9 m2 olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 (icarəyə verən) ilə İddiaçı1 (icarəçi) arasında 2019-cu il 18 iyun tarixli icarə müqavilələri bağlanmışdır. Hər iki müqavilənin şərtlərində aşağıdakılar nəzərdə tutulmuşdur: - 2.1 və 2.2-ci bəndlər – icarəyə verən icarə obyektini 2027-ci il 2 sentyabr tarixinə kimi icarəçinin müvəqqəti istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin 5-ci bəndi ilə müəyyən edilmiş icarə haqqını ica rəyə verənə ödəməyi öhdəsinə götürür. İcarə obyekti icarəçi tərəfindən (Outlet) mağaza kimi istifadə edilcəkdir. - 3.1.2-ci bənd – icarəyə verən bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəçidən tələb edə bilər. İcarə haqqı ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun cərimə tətbiq edilir və öhdəliyin pozulmasının aradan qaldırılması barədə icarəyə verən tərəfindən icarəçiyə bildiriş təqdim edilir. Bildiriş tarixində 30 gün ərzində icarəçi tərəfindən icarə haqqı və cərimələr tam məbləğdə ödənilməzsə, icarəyə verən tərəfindən bu müqavilə həmin müddətin sonunda birtərəfli qaydada ləğv edilir. - 3.1.3-cü bənd – icarəçi tərəfindən mağaza üzrə ticarət mərkəzinə xidmət göstərən şirkətlə xidmət müqaviləsinin şərtləri pozulduqda icarəyə verən tərəfindən icarəçiyə pozulmuş şərtlərin (vəzi yyətin) 30 gün ərzində aradan qaldırılması barədə bildiriş təqdim edilir. İcarəçi tərəfindən bu müddət ərzində yaranmış vəziyyət aradan qaldırılmadıqda, icarəyə verən bu müqaviləni həmin müddətin sonunda birtərəfli qaydada ləğv edə bilər. - 3.1.7-ci bənd – müqavilə ləğv edildikdə icarəyə verən icarə obyektinin 30 təqvim günü sonra geri qaytarılmasını tələb edə bilər. - 5.1-ci bənd – birinci müqavilə üzrə icarə obyektindən istifadəyə görə icarə haqqı hər ay 753,1 m2 sahə üzrə 1 m2 3 manat olmaqla, 2259,3 manat və 90 m2-lik yardımçı sahə üzrə 1 m2 2 manat olmaqla, 2349,3 manat; ikinci müqavilə üzrə isə icarə haqqı 1 m2 3 manat olmaqla, cəmi 1325,7 manat təşkil edir.

2. Hər iki icarə müqaviləsinə dəyişillik edilməsi barədə 2019-cu il 10 avqust tarixli 01 saylı Əlavələrin 1-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən bu günə kimi icarə sahəsinin üçüncü şəxs tərəfindən boşaldılmaması səbəbindən icarəçinin icarə obyektində fəaliyyətə başlaya bilməməsinə görə, 2019-cu il 14 yanvar tarixli müqavilənin icarə obyektinin icarəçiyə təhvil verilməsi barədə 05 saylı Əlavəsinin tarixi 2019-cu il 10 avqust; 2019-cu il 18 iyun tarixli müqavilənin 05 saylı Əlavəsinin tarixi isə 2019-cu il 15 avqust hesab olunmuşdur. 3. "xxxx" MMC (xidmət göstərən) ilə İddiaçı1 (müştəri) və "xxxx" MMC (müştəri) arasında ayrı-ayrılıqda 2019-cu il 10 avqust tarixli xidmət müqavilələri bağlanmışdır. Hər iki müqavilənin şərtlərində aşağıdakılar nəzərdə tutulmuşdur: - 1-ci bənd – xidmət göstərən icarə obyektinin yerləşdiyi binanın saxlanması və normalara uyğun istismarı üzrə bu müqavilənin ayrılmaz hissəsi ol an 1 saylı Əlavədə qeyd olunmuş xidmətləri göstərməyi, müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürür. - 3.3-cü bənd – xidmət haqqının məbləği bu müqavilənin 2 saylı Əlavəsi əsasında hesablanır (2 saylı Əlavə 1-ci bənd - 1 m2 üçün 2,36 manat olmaqla İddiaçı1 icarəsinə verilmiş 441,9 m2 sahə üçün cəmi 1042,88 manat; "xxxx" MMC-ni icarəsinə verilmiş 753,1 m2 əsas sahə üçün cəmi 1777,31 manat təşkil edir). - 7-ci bənd – tərəflər aşağıdakı hallarda birtərəfli qaydada bu müqaviləyə xitam vermək hüququna malikdir: 7.1.1. müştəri tərəfindən pul öhdəliyi pozularsa xidmət göstərən müştəriyə pul öhdəliyinin pozulması haqqında bildiriş təqdim edir. Bildiriş təqdim edildikdən sonra 30 gün ərzində müştəri tərəfindən xidmət haqqı əsassız ödənilməzsə, xi dmət göstərən tərəfindən həmin müddətin sonunda; 7.1.2. Sahə üzrə icarə müqaviləsi ləğv edildiyi halda. 4. "xxxx" MMC və İddiaçı1 arasında bağlanmış 2019-cu il 6 sentyabr tarixli 01 nömrəli müqaviləyə əsasən, birgə fəaliyyətin predmetini "xxxx" mağazasında geyim mallarının və geyim ornamentlərinin satışı üzrə əməkdaşlıq təşkil edir. "xxxx" MMC qadın geyimlərinin satışı ilə, İddiaçı1 isə kişi-uşaq geyimlərinin satışı ilə məşğul olur.

5. İddiaçı1 və "xxxx" MMC "xxxx" MMC-yə 2019-cu il 2 dekabr tarixli pretenziya məktubları göndərərək, “Meqafun” Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən “X3” mağazasının reklamlarının müqavilə şərtlərinə uyğun olaraq müvafiq yerlərdə yenidən quraşdırılmasını, içəridəki monitorda yayımlanmasını və mövcud reklam lövhələrinin elektrik enerjisinin bərpa edi lməsini xahiş etmiş, həmçinin “X3” mağazasının reklamlarının müqavilə şərtlərinə uyğun olaraq müvafiq yerlərdə yenidən quraşdırılması "xxxx" MMC tərəfindən mümkün olmadığı halda, sökülmüş reklam lövhələrinin yerinə İddiaçı1 tərəfindən yenidən reklam lövhələri sifariş edilərək yerləşdirilməsi, həmçinin yeni sifariş veriləcək reklam lövhələrinin xərcinin kim tərəfindən ödəniləcəyi barədə məlumat verilməsini xahiş etmiş, əks təqdirdə istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və hüquqların bərpası üçün məhkəməyə müraciət olunacağını bildirmişlər.

6. Cavabdeh1 və "xxxx" MMC-nin nümayəndəsi və vəkili tərəfindən 2020-ci il 15 dekabr tarixli pretenziya məktubları göndərilərək, İddiaçı1 5596,28 manat icarə haqqı, 7171,22 manat xidmət haqqı və "xxxx" MMC-dən isə 13.549,87 manat icar ə haqqı, 10.780,47 manat xidmət haqqı borcunun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 7. "xxxx" MMC və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş 2020-ci il 26 dekabr tarixli akta əsasən, həmin tarixdə saat 10:30-dan başlayaraq 18:00-a qədər “Azure” Ticarət Mərkəzinin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsindən "xxxx" MMC və İddiaçı1 məxsus olan ümumi sayı 388 qutu daxilində paltarlar, qadın aksessuarları daxil olmaqla bijuteriya, 3 qutu ağzı bağlanmış üzərində sınan əşyalar yazılmış qablaşdırılmış qadın aksessuarları, 351 ədəd böyük və kiçik projektorlar, 2 ədəd kassa, 1 ədəd dəmir seyf, 28 ədəd işlənmiş maneken və vitrin avadanlıqları "xxxx" MMCnin anbarına yığılmışdır.

8. Cavabdeh1 və Cavabdeh2 nümayəndələrinin iştirakı ilə tərtib olunmuş 2021-ci il 7 oktyabr tarixli akta əsasən, “Grand Hayat” yaşayış kompleksində saxlanılan mallara, avadanlıqlara və s. keçirilmiş baxış zamanı 391 qutuda qablaşdırılmış 15.926 ədəd maldan 480 ədəd malda qüsurlar aşkar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. Birinci iddia üzrə - iddiaçılar İddiaçı1 (bundan sonra – “İddiaçı1”) və "xxxx" MMC cavabdehlər Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”), Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, “Meqafun” Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən 441.9 m2 qeyri-yaşayış sahəsi ("xxxx" mağazası) ilə bağlı İddiaçı1 istifadə hüququna Cavabdeh1 və "xxxx" MMC tərəfindən yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin hərəkətləri nəticəsində 2021-ci il 4 may tarixli audit rəyinə əsasən 2022-ci il 1 aprel tarixinə iddiaçıya dəymiş 25.281,06 manat maddi zərər, 2022-ci il 1 aprel tarixindən başlayaraq hər ay üzrə 812,46 manat maddi zərərin, 2022-ci il 1 aprel tarixinə 90.355,74 manat əldən çıxmış fayda, 2022-ci il 1 aprel tarixindən başlayaraq hər ay üzrə 4.775 manat əldən çıxmış fayda və 5.000 manat mənəvi ziyanın, o cümlədən audit rəyinə görə ödənilmiş 2360 manatın cavabdehlər tərəfindən ödənilməsi, reklamların yayımlanmasına (reklam lövhələrinin yerləşdirilməsinə) və istifadə hüququna hər hansı formada maneə yaradılmasının Cavabdeh1 və "xxxx" MMC-yə qadağan olunması, e yni ünvanda yerləşən 843.1 m2 qeyri-yaşayış sahəsi ("xxxx" mağazası) ilə bağlı MMC-nin istifadə hüququna Cavabdeh2 və "xxxx" MMC tərəfindən yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin hərəkətləri nəticəsində 2021-ci il 3 may tarixli audit rəyinə əsasən 2022-ci il 1 aprel tarixinə iddiaçıya dəymiş 86.739,20 manat maddi zərər, 2022-ci il 1 aprel tarixindən başlayaraq hər ay üzrə 3160 manat maddi zərərin, 2022-ci il 1 aprel tarixinə 143.155,82 manat əldən çıxmış fayda, 2022-ci il 1 aprel tarixindən başlayaraq hər ay üzrə 5757 manat əldən çıxmış fayda və 5000 manat işgüzar nüfuza vurulan ziyanın, o cümlədən audit rəyinə görə ödənilmiş 2360 manatın cavabdehlər tərəfindən ödənilməsi, reklamların yayıml anmasına (reklam lövhlərinin yerləşdirilməsinə) və istifadə hüququna hər hansısa formada maneə yaradılmasının Cavabdeh2 və "xxxx" MMC-yə qadağan olunması, “Meqafun” Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən 1285 m2 ölçüdə olan mağazadan cavabdehlərin etinasızlığı və özbaşınalığı nəticəsində çıxarılıb zirzəmiyə daşınma zamanı zədə alan və sonradan yüksək rütubət nəticəsində paslanmış avadanlıqların istifadəyə yararsız vəziyyətə düşməsinə görə 142.685,70 manat məbləğində zərərin cavabdehlərdən mütənasib qaydada alınaraq iddiaçılara ödənilməsi, “Grand Həyat” kompleksinin zirzəmisində saxlanılan və həmin sahəyə daşınanadək “Meqafun” Ticarət Mərkəzinin birinci mərtəbəsində qeyri-yaşayış sahəsində yerləşərək, 2021-ci il 10 iyun tarixdə məhkəməyə təqdim edilmiş spesifikasiya, 2021-ci il 4 may tarixli audit rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin 2022-ci il 7 fevral tarixli rəyinə əsasən İddiaçı1 məxsus 6707 sayda geyim mallarının satışa yararsız vəziyyətə düşməsinə görə həmin əşyaların bazar qiymətlərinə uyğun 157.101 manat dəymiş ziyanın Cavabdeh1 və "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, "xxxx" MMC-yə məxsus 13.588 sayda geyim mallarının satışa yararsız vəziyyətə düşməsinə görə həmin əşyaların bazar qiymətlərinə uyğun 337.270 manat dəymiş ziyanın Cavabdeh2 və "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, “Meqafun” Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən mağazadan “Grand Həyat” kompleksinin zirzəmisinə daşınma zamanı yoxa çıxmış əşyaların 277.409,50 manat dəyərinin cavabdehlərdən mütənasib qaydada alınaraq id diaçılara ödənilməsi, “Grand Həyat” kompleksinin zirzəmisində olan əşyaların mövcud vəziyyətinin (kəmiyyət və keyfiyyət göstəriciləri) yoxlanılmasına cəlb edilmiş şəxslərə görülmüş işlərə görə İddiaçı1 tərəfindən ödənilmiş 500 manat və "xxxx" MMC tərəfindən ödənilmiş 1000 manatın müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi, “Meqafun” Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehlər tərəfindən yaradılmış maneə aradan qaldırılacağı təqdirdə, cavabdehlərə ödəniləcək icarə və xidmət haqlarının iddiaçıların mağazada satış fəaliyyətinə faktiki başlandığı tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr onunla əsaslandırılmışdır ki, iddiaçılar “M eqafun” Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən “X3" mağazasında şərikli qaydada geyim satışı ilə məşğuldurlar. Tərəflər arasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 2027-ci il 2 sentyabr tarixinədək iddiaçıların istifadəsində olması barədə qüvvədə olan icarə müqavilələri olmasına, habelə iddiaçıların faktiki olaraq iki ay müddətində mağazada fəaliyyət göstərərək icarə müqaviləsinin şərtlərinə tam əməl etmələrinə baxmayaraq, 2019-cu il 24 oktyabr tarixində saat 15:20-də “Meqafun” AVM-in direktoru kimi özünü təqdim edən Olena Quba üç nəfər əməkdaşı ilə mağazanın içərisinə daxil olaraq işçilərdən və müştərilərdən mağazanı dərhal tərk etməyi tələb etmiş, mağaza işçiləri müdriyyətlə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirilməsini istəsələr də, güc tətbiq edərək onları mağa zadan çıxarmağa nail olmuşlar. Mağaza işçilərinə gün ərzində edilmiş satış pulunun kassadan haqq-hesab edilərək, mağazada yerləşən seyfə qoyulmasına, hətta iş formasını dəyişib gündəlik geyimlərinin geyilməsinə belə imkan verilməmiş, mağazanın qapı örtüyünün (jalüzün) pultunu almağa nail olmadıqda isə mağazaya gələn elektrik xətti AVM-in müdriyyəti tərəfindən söndürülmüş, bütün bu göstərişləri icarəyə verənlərdən aldıqları bildirilmişdir. Mağazada 380.000 manata yaxın mal sahibsiz və baxımsız vəziyyətdə qalmış, kassada olan gündəlik satışdan əldə edilmiş və seyfdə olan nağd pulların aqibəti isə naməlumdur. Gündəlik boşdayanmaya görə işçilərin pulu hesablanaraq verilməli idi. Həmçinin mağazada satış olmadığından iddiaçılar gündəlik olaraq qazancdan məhrum olmuşlar. Qeyd edilən qanuna zidd halların aradan qaldırılması üçün cavabdehlərə pretenziya qaydasında xəbərdarlıq göndərilsə də, cavabdehlər tərəfindən iddiaçıların istifadə hüquqlarına yaradılmış məhdudiyyət aradan qaldırılmamışdır. İcarəyə verənlərin göstərişi ilə 2020-ci il 29 dekabr tarixində məlumatları olmadan fəaliyyət göstərdikləri mağazanın giriş qapısının jalüzü açılaraq, mağazada satış üçün nəzərdə tutulmuş geyim əşyaları və ticari avadanlıqlar çıxarılmış, yalnız DİN-in 102 xidmətinə edilən müraciətdən 34 gün sonra 2021-ci il 3 fevral tarixində məlum olmuşdur ki, həmin əmlakların bir qismi “Grand Hayat” kompleksinin zirzəmisinə aparılmışdır. Həmin tarixdə mövcud vəziyyəti əks etdirən akt tərtib edilmiş və həmin sənəd məhkəməyə təqdim edilmişdir. Eyni zamanda "xxxx" mağazasına məxsus mal-materialın “Grand Hayat ” kompleksinin zirzəmisində dağınıq, zədəli, qüsurlu və yararsız vəziyyətini əks etdirən 2021-ci il 3 fevral tarixli video çəkiliş və fotoşəkillər də iş materiallarına əlavə edilməsi üçün təqdim edilmişdir. “Grand Həyat” kompleksinin zirzəmisində saxlanılan mallarının faktiki vəziyyəti barədə son zamanadək informasiya əldə edə bilmirdilər. Yalnız 2021-ci il 22 sentyabr tarixindən tərəflərin nümayəndələrinin iştirakı ilə “Grand Həyat” kompleksinin zirzəmisində yerləşən əşyaların mövcud vəziyyətinə baxış keçirilməyə başlanılmış və acınacaqlı durumun olduğu məlum olmuşdur. Belə ki, zirzəmidə saxlanılan əşyalar təxminən bir ilə yaxındır ki, rütubətli, ventilyasiyasız qapalı yerdə qalmış, nəm çəkməsi nəticəsində kifləndiyindən çürümə prosesi başlamış, kif qoxusu çəkmiş, müxtəlif həşəratların tə sirinə məruz qalmış və satış üçün yararlı olmadığı müəyyən edilmişdir. "xxxx" MMC-nin 2021-ci il 3 may və 4 may tarixli audit rəylərinə əsasən, “Grand Həyat” kompleksinin zirzəmisinə daşınanadək mağazada İddiaçı1 məxsus 6707 sayda, 157.101 manat məbləğində, "xxxx" MMC-yə məxsus 13.588 sayda, 337.270 manat məbləğində geyim malları olmuşdur. Təqdim edilən mallardan isə 15.996 ədəd miqdarında, 360.976 manat dəyərində geyim malları tam yararsız vəziyyətə salınaraq məhv edilmişdir. İddiaçılara məxsus 20.295 ədəd geyim mallarından təqdim edilməyən geyim mallarının sayı 4369 ədəd, dəyəri isə 133.395 manat təşkil etmişdir. Əlavə olaraq mağazadan özbaşına çıxarılıb zirzəmiyə daşınan, geyim əşyalarının saxlanılması üçün nəzərdə tutulan avadanlıqların əksəriyyətinin zədəli, təkrar istifadəyə tam yara rsız olması müəyyən edilmişdir. Daşınma zamanı zədə alan və sonradan yüksək rütubət nəticəsində paslanıb yararsız vəziyyətə düşən, məhv edilən avadanlıqların dəyəri məhkəməyə təqdim edilmiş sənədlər üzrə 142.685,70 manat, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi üzrə isə 103.815 manat; təqdim edilməyən əşyaların dəyəri isə məhkəməyə təqdim olunan sənədlərə əsasən 277.549,50 manat təşkil edir. Beləliklə, təqdim edilməyən əşyaların ümumi dəyəri 410.944,50 manat, məhv edilən və istifadəyə yararsız əşyaların dəyəri 503.661,70 manat təşkil edir.

11. Cavabdehlərin nümayəndəsi və vəkili iddia tələblərinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçılar icarə və xidmət haqlarını müqavilədə nəzərdə tutulmuş vaxtda və həcmdə deyil, müəyyən ayları gecikmə edərək ödəniş etmiş və d igər aylar üzrə isə ümumiyyətlə ödəniş etmişlər. İşin faktiki hallarından da görünür ki, iddiaçılar iki ilə yaxın müddətdir ki, icarə və xidmət haqlarını ödəməmiş, hazırda da müqavilə üzrə öhdəliklərini pozmaqda davam edərək mülkiyyətçilərə ziyan vurmuşlar. İcarəyə verənlər tərəfindən obyektin boşaldılmasının əsas səbəbi baş verə biləcək fors-major hallarının qarşısını almaq olmuşdur. Belə ki, icarə obyektinin xeyli miqdarda malla dolu olması gələcəkdə yanğın, subasma hallarının baş verməsini istisna etməmiş, əksinə belə halların baş verməsinə yol açmışdır. Həmin icarə obyekti mallara heç bir ziyan vurulmadan boşaldılmış və həmin malların çeşidləri və sayı aktda qeyd olunaraq daha təhlükəsiz saxlanc yerinə təhvil verilmişdir. Baş vermiş məlum hadisə ilə bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araş dırılma aparılmış və əməldə cinayət tərkibi olmadığı üçün 2021-ci il 4 fevral tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, mülkiyyətçilər tərəfindən icarəçilərə maddi zərər vurulmamışdır. İddiaçılar tərəfindən təqdim edilmiş audit rəyi ilə bağlı isə nəzərə alınmalıdır ki, həmin rəydən də göründüyü kimi, audit yoxlaması iddiaçıların təqdim etdiyi mötəbər olmayan sənədlər, həqiqətdə baş verməyən və yanlış məlumatlar əsasında aparılmışdır. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə və edilmiş xəbərdarlıqlardan nəticə çıxarmadığına görə İddiaçı1 onunla bağlanmış müqavilələrə birtərəfli qaydada xitam verildiyi barədə 2019-cu il 10 dekabr tarixində bildiriş göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə prosesində iddiaçıla ra hər hansı ziyan vurulduğu müəyyən edilərsə, həmin maddi ziyan və ya əldən çıxmış fayda 2022-ci il 1 aprel tarixinədək deyil, iddiaçılar tərəfindən icarə haqqının ödənişinin tam dayandırıldığı 2020-ci ilin yanvar ayınadək hesablanmalıdır. Bundan başqa, paslanıb, istifadəyə yararsız vəziyyətə düşmüş avadanlıqların dəyəri kimi 142.685.70 manat tutulması tələbinin heç bir əsası yoxdur. Belə ki, həmin avadanlıqların sayını, adını, qiymətini, yararsız vəziyyətdə olduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ərizədə bununla bağlı istinad edilmiş 2022-ci il 7 fevral tarixli ekspert rəyində isə 103.815 manat dəyərində avadanlıqda qüsurların aşkar edildiyi göstərilmişdir. Bu isə həmin avadanlıqların yararsızlığı kimi qəbul edilə bilməz. “Grand Hayat” yaşayış kompleksində sax lanılan 20.295 ədəd malın guya tam yararsız vəziyyətə düşməsinə görə həmin malların dəyəri kimi 494.371 manatın Cavabdeh1 və Cavabdeh2 tələb edilməsi də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçılar tərəfindən “Grand Hayat” kompleksinin zirzəmisinə daşınanadək “Meqafun” Ticarət Mərkəzinin birinci mərtəbəsində olan qeyri-yaşayış sahəsində onlara məxsus 20.295 ədəd sayda, 494.371 manat dəyərində malın olduğunu təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Həmin əşyaların mövcud olması ilə bağlı istinad edilən auditor rəyindən göründüyü kimi, audit yoxlaması 2021-ci ilin may ayında, yəni mallar “Grand Hayat” kompleksinin zirzəmisinə daşınandan altı ay sonra, iddiaçıların təqdim etdiyi sənədlər, məlumatlar əsasında aparılmışdır. Auditora təqdim edilən sənədlər mötəbər olmadığına, həqiqətdə baş verməyən və yanlış məlumatlar əks etdirdiyinə görə, onların əsasında tərtib edilmiş audit rəyi qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmənin təşəbbüsünə əsasən iddiaçılara məxsus “Grand Hayat” yaşayış kompleksində saxlanılan mallara tərəflərin nümayəndələrinin iştirakı ilə 2021-ci ilin 21 sentyabr - 7 oktyabr tarixlərində baxış keçirilmişdir. Tərəflər arasında əldə olunmuş razılığa əsasən keyfiyyətini itirmiş hesab edilən mallar siyahıya alınaraq ayrıca qablaşdırılmalı idi. Lakin iddiaçılar baxışın başa çatmasını gözləməyərək, 2021-ci il 30 sentyabr tarixdə 20.295 ədəd malın guya 100%-nin yararsız vəziyyətə düşməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Halbuki ərizə təqdim olunan 30 sentyabr tarixinə təxminən 50% mala baxış keçirilmişdir. Bundan sonra mallara baxışı artıq formal olaraq davam etdirmiş, baxış keçirən nümayəndələrə qüsurlu hesab edilən malların siyahısını tutmaq və ayrıca qablaşdırılmaq qadağan edilmiş, həmin malları heç bir qüsuru olmayan mallarla birlikdə qablaşdırmaq tapşırılmışdır. Mallara baxışın yekununda nümayəndələri tərəfindən müəyyən edilmişdir ki, mövcud olan 15.926 sayda maldan qarşı tərəfin iddia etdiyi kimi 20.295 sayda mal deyil, cəmi 468 sayda təxminən 35.000 manat dəyərində mal keyfiyyətini itirmişdir. Həmin malların foto şəkilləri çəkilərək, MMC-nin direktoru Qanuni nümayəndə özünə “Whatsapp” vasitəsi ilə göndərilmiş və “USB” yaddaş kartında 8 oktyabr tarixli prosesdə məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, lakin ekspert anbarda saxlanılan əş yalara baxış keçirməmiş, rəyi isə iddia ərizəsində adları sadalanan əşyalar barədə məlumatlar əsasında tərtib etmişdir. “Təqdim edilməyən” kimi göstərilən əşyaların dəyərinin tələbi ümumiyyətlə müzakirə predmeti ola bilməz. Çünki həmin əşyalar yararsız kimi göstərilmiş 20.295 adda ümumi əşya sayına daxildir və onların dəyəri kimi 277.409,50 manat təkrar ödənilməsi tələbi absurddur.

12. İkinci iddia üzrə - iddiaçılar Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC cavabdehlər İddiaçı1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 2019cu il 15 avqust tarixli icarə müqaviləsinə xitam verilməsi, 5596,28 manat icarə haqqı, 5000 manat mənəvi zərər, 100.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 1 10.596,28 manatın cavabdeh İddiaçı1 tutularaq Cavabdeh1 ödənilməsi, İddiaçı1 ümumi sahəsi 441,9 m2 olan mübahisəli qeyri-yaşayış sahəsini öz hesabına boşaldılaraq çıxarılması, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 2019-cu il 10 avqust tarixli icarə müqaviləsinə xitam verilməsi, 8661,80 manat icarə haqqı, 5000 manat mənəvi zərər, 100.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 113.661,80 manatın MMC-dən tutularaq Cavabdeh2 ödənilməsi, MMC-nin ümumi sahəsi 843,1 m2 olan mübahisəli qeyri-yaşayış sahəsini öz hesabına boşaldaraq çıxarılması, "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış 2019-cu il 10 avqust tarixli xidmət müqavilələrinə xitam verilməsi, 7171,22 manat və 10.780,47 manat xidmət haqqı, 50.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 67.951,69 manatın cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməsi, mal və avadanlıqların “Grand Hayat” yaşayış kompleksinin anbarında saxlanılmasına görə cəmi 21.050 manat, həmçinin 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 313.290,37 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

13. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr onunla əsaslandırılmışdır ki, cavabdehlər icarə obyektindən (Outlet) mağaza kimi istifadə etmişlər. Ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə əlaqədar ticarət mərkəzləri və onların daxilində olan mağazalar fəaliyyət göstərmədiyindən, iddiaçılar tərəfindən cavabdehlərə güzəşt edilərək müvafiq aylar üzrə icarə və xidmət haqları hesablanmamışdır. Lakin cavabdehlər tərəfində n müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilməmiş, 2019 və 2020-ci ilin müvafiq ayları üzrə ardıcıl olaraq ödənişlər gecikdirilərək icarə haqqı ödənilməmiş, 2 ildən artıq müddətdə iddiaçıların həmin qeyri-yaşayış sahəsindən gəlir və fayda götürmələri qeyri-mümkün olmuşdur. Cavabdehlər 2019-cu ilin dekabr ayına qədər olan müddətdə icarə haqlarını gecikmə edərək qismən ödəmiş, 2020-ci ildən etibarən isə ümumiyyətlə ödəməmişlər. Buna görə iddiaçılar tərəfindən müqavilənin ləğv edilməsi barədə bildiriş göndərilmiş, 2020-ci ilin dekabr ayından icarə obyekti boşaldılaraq, orada olan mallar və avadanlıqlar “Grand Hayat” Yaşayış Kompleksinin anbarında olan təhlükəsiz saxlanc yerinə yerləşdirilmişdir. Həmin müddətdən bu günədək dəfələlərlə qarşı tərəfə malların təhvil alınması yazılı və şifahi qaydada bildirilmiş, lakin onlar malları götürməmiş, bununla da faktiki olaraq iddiaçıları mal və avadanlıqları saxlamağa məcbur etmişlər.

14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 may tarixli e-2-2(113)-757/2021 nömrəli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir.

15. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 7 fevral tarixli 9/8081 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş avadanlıqların orta bazar qiyməti ilə ümumi dəyəri 103.815,0 manat müəyyən olunur. Həmin avadanlıqların ayrı-ayrılıqda adları, miqdarları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd edilən avadanlıqlarda qüsurların olması müəyyən edilir. Lakin av adanlıqların ilkin görünüşü və vəziyyəti müəyyən edilmədiyindən, ilkin vəziyyətlə hazırkı qüsurlu vəziyyət arasında səbəbli əlaqə olmasını müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatına seçmə üsulu ilə nümunə qismində təqdim edilən geyim əşyaları satış üçün yararsızdır, lakin təqdim edilənlərin ilkin əmtəə görünüşünü müəyyən etmək mümkün olmadığından və hazırkı görünüşünü itirmiş (kəskin kənar qoxuların gəlir, rəngləri dəyişib, rütubət və sair nəticəsində üzərində kif və ləkələr mövcuddur) olduğundan, qiyməti müəyyən etmək mümkün olmamışdır. Həm avadanlıqların, həm geyim əşyalarının istifadəyə yararsız olmasının səbəblərini müəyyən etmək əmtəəşünas ekspertinin səlahiyyətlərinə aid deyil.

16. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 10 iyun tarixli 2-2(113)-49/2022 nömrəli qətnaməsi ilə birinci iddia qismən təmin edilərək, Cavabdeh1 dəymiş zərərin əvəzi olaraq 28.907,90 manat tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh2 dəymiş zərərin əvəzi olaraq 10.198 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi, birinci iddianın qalan hissədə rədd olunması, ikinci iddia qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, İddiaçı1 4940,73 manat icarə haqqı tutularaq Cavabdeh1 ödənilməsi, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, MMC-dən 8661,80 manat icarə haqqı tutularaq Cavabdeh2 ödənilməsi, "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış 2019-cu il 10 avqust tarixli xidmət müqavilələrinə xitam verilməsi, İddiaçı1 6128,32 manat, "xxxx" MMCdən 9003,18 manat xidmət haqqı tutularaq "xxxx" MMC- yə ödənilməsi, ikinci iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – Z.Axundova).

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci iddia üzrə iddiaçıların sübut qismində təqdim etdikləri birtərəfli qaydada tərtib edilmiş aktlar, audit rəyləri, malların spesifikasiyası adlı sənədlər və s. hazırkı iş üzrə mötəbər, ziddiyyətsiz sübut kimi qəbul oluna bilməz.

18. Məhkəmə geyim mallarının satışa yararsız vəziyyətə düşməsinə görə həmin əşyaların bazar qiymətlərinə uyğun dəymiş ziyanın tutulması tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar onlara məxsus mallarının satışa yararsız vəziyyətə düşməsinə görə müvafiq olaraq 157.101 manat və 337.270 manat ziyan dəydiyini bildirsələr də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişlər. İddiaçıların mal qalıqları barədə yeganə mötəbər sübut vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlardır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin 2022-ci il 12 may tarixli, **********218900 nömrəli məktubundan görünür ki, İddiaçı1 2020-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən hesabat ilinin əvvəlinə mal qalığı 8611,90 manat, hesabat ilinin sonuna mal qalığı 28.907,90 manat təşkil etmiş, "xxxx" MMC-nin 2020-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən hesabat ilinin əvvəlinə mal qalığı 11.590,20 manat, hesabat ilinin sonuna mal qalığı isə 10.198 manat təşkil etmişdir.

19. Məhkəmə iddiaçılara ziyan dəydiyini qəbul edərək, h əmin ziyanın məbləğini müəyyən edən heç bir mötəbər sübutun olmadığını, malların 2020-ci ilin dekabrında icarə obyektindən çıxarıldığını, vergi orqanının 2020-ci ilin sonuna hər iki iddiaçıya məxsus mal qalığının dəyəri barədə məlumatları, tərəflərin müqavilələr üzrə öhdəliklərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbləri malların satışa yararsız vəziyyətə düşməsinə görə dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək, Cavabdeh1 dəymiş zərərin əvəzi olaraq 28.907,90 manat tutularaq İddiaçı1 ödənilməli, Cavabdeh2 isə dəymiş zərərin əvəzi olaraq 10.198 manat tutularaq "xxxx" MMC-yə ödənilməli, "xxxx" MMC-yə münasibətdə isə iddia təmin olunmamalıdır.

20. Məhkəmə ikinci iddia üzrə iddiaçıların icarə və xidmət müqavilələrinə xitam verilməsi, icarə və xidmət haqqının, dəymiş zə rərin, əldən çıxmış faydanın ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması barədə tələblərinə münasibətdə isə qeyd etmişdir ki, hazırda icarəyə verilmiş qeyri-yaşayış sahələrindən İddiaçı1 və "xxxx" MMC-nin istifadə etməməsi və həmin qeyri-yaşayış sahəsinin boşaldılması, icarə və xidmət müqavilələri üzrə İddiaçı1 və "xxxx" MMC tərəfindən ilkin aylarda gecikdirmələrlə ödənişlər edilsə də, sonradan ödənişlər edilməməsi işin mübahisəsiz hallarıdır.

21. İcarə müqavilələri üzrə icarəçi tərəfindən edilən ödənişlər nəzərə alınmaqla, icarə müqavilələrinə xitam verilməli və İddiaçı1 4940,73 manat, "xxxx" MMC-dən isə 8661,80 icarə haqqı tutularaq müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 ödənilməlidir. Eyni zamanda, xidmət haqqı müqavilələrdə göstərilən qiymətlə (2,36 manat) hesablanmaqla xidmət mü qavilələrinə xitam verilməli və İddiaçı1 6128,32 manat, "xxxx" MMC-dən isə 9003,18 manat xidmət haqqı tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.1, 21.1, 386.1, 398.1, 399.1, 421.1, 421.2, 442, 443.1, 448.1, 527.1, 527.2, 700.1, 700.2, 1096, 1097-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 81, 89.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

23. Birinci iddia üzrə iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin onların iddia tələbinin rədd, qarşı tərəfin iddia tələbinin təmin edildiyi hissələrdə ləğv edilməsini, onların iddia tələbinin tam təmin, qarşı tərəfin iddia tələbinin isə tam rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlə r. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

24. Apellyasiya baxışında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 8 avqust tarixli 9/2015 nömrəli rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş malların təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 322.911,00 manat (qadın geyimləri və aksesuarları cəmi 4845 adda, 10.868 ədəd – 229.586,40 manat; kişi və uşaq geyimləri cəmi 2478 adda, 4812 ədəd – 93.324,60 manat) müəyyən edilmişdir. Qeyd edilən malların təxminən 15 %-i yararsız olmaqla, cəmi yararsız vəziyyətə düşmüş malların dəyəri təxminən 48.437,00 manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilmiş 54 adda avadanlığın təzə vəz iyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri 103.815,00 manat müəyyən olunmuşdur. Qeyd edilən avadanlıqlar çıxarıldığı (həmçinin söküldüyü) yerə quraşdırılmış vəziyyətdə ekspertiza tədqiqatına təqdim edilmədən həmin malların tam şəkildə olmasını və ya çatışmazlığını müəyyən etmək mümkün deyil. Sənədlərə əsasən yararsız vəziyyətə düşmüş malların dəyərinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil.

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 sentyabr tarixli 2-2(103)-141/2023 nömrəli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti rədd, MMC-nin apellyasiya şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, Cavabdeh2 iddiaçı "xxxx" MMC-nin xeyrinə 34.438 manat pul tutulması, qətnamənin mübahis ələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

26. Apellyasiya instansiyası məhkəməsi icarəyə götürülmüş obyektlərdən ilk iddiaçıların istifadə hüququna maneələrin qanunsuz hesab edilməsi, icarə və xidmət müqavilələrinin ləğv edilməsi və ilk iddiaçılardan icarə və xidmət müqavilələri üzrə borcun tutulmasına dair iddia tələbləri ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edərək göstərmişdir ki, ilk iddiaçılar məhkəmədə 2019-cu il 8 noyabr tarixdə iddia qaldırarkən özlərinin qarşı tərəflə bağladıqları müqavilələr üzrə öhdəliklərinə riayət etdiklərini, buna baxmayaraq onların icarəyə götürdükləri obyektlərdən istifadə etmələrinə 2019-cu ilin oktyabr ayından maneələr yaradıl dığını bildirsələr də, məhkəməyə icarə obyektlərində fəaliyyət göstərdikləri dövr üçün icarə və xidmət müqavilələri ödənişlərin tam həyata keçirildiyini təsdiq edən sübutları təqdim edə bilməmişlər.

27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən 2019-cu ilin sentyabr ayında 1368,65 manat (2019-cu il 17 sentyabr tarixdə 560, 2019-cu il 18 sentyabr tarixdə 808,65 manat) ödəniş edilmiş, oktyabr ayında ödəniş edilməmiş, 2019-cu il 22 noyabr tarixdə 3519,42 manat, 2019-cu il 27 dekabr tarixdə 202,04 manat ödəniş edilmiş, 2019-cu ilin avqust-dekabr, 2020-ci ilin yanvar-iyun ayları üzrə 13.751,91 manat icarə haqqı ödəməli olduğu halda, ödədiyi məbləğ cəmi 5090,11 manat olmuş, 8661,80 manat borcu qalmışdır. 2020-ci ilin mart ayı üçün pandemiya ilə əlaqədar 1433,83 mana t icarə haqqı hesablanmış, 2020-ci ilin aprel ayı üzrə icarə haqqı hesablanmamış, 2020-ci ilin may ayı üzrə 65,17 manat, iyun ayı üzrə 1042,72 manat icarə haqqı hesablanmışdır (6-cı cild 10-11-ci vərəqlər). Eyni zamanda, işdəki maliyyə hesabatlarından və hesabdan çıxarışlardan görünür ki, İddiaçı1 2019-cu ilin avqust ayından 2020-ci ilin iyul ayınadək 7544,26 manat icarə haqqı üzrə borc hesablanmış, 2019-cu ilin dekabr ayınadək cəmi 1947,98 manat ödəniş etmiş, bundan sonra icarə haqqı ödəməmiş, 2020-ci ilin yanvar ayına 1862,15 manat, 2020-ci ilin iyul ayınadək 5596,28 manat borcu qalmışdır. 2020-ci ilin mart ayı üçün 809,10 manat icarə haqqı hesablanmış, aprel ayı üçün hesablanmamış, 2020-ci ilin may ayı üçün 36,78 manat, iyun ayı üçün 608,05 manat hesablanmışdır (6-ci cild 34-35-ci vərəq lər).

28. İddiaçılar tələb edilən aylar üzrə icarə və xidmət haqqı ödənişlərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiklərindən, cavabdehlərin icarə və xidmət müqavilələrinə xitam verilməsi və müqavilələr üzrə qalıq borcların tutulması tələbləri əsaslı olmuşdur. Buna görə də icarə sahəsindən istifadəyə maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi hissəsində iddianın rədd edilməsi qanuni və əsaslıdır. Həmin dövrdə cavabdehlər tərəfindən icarəyə götürülmüş sahələrdə fəaliyyət göstərməyə maneə yaradıldığı iddiaçıların öz əməkdaşları tərəfindən tərtib edilmiş aktlar və məktublardan başqa digər sübutlarla təsdiq edilmir. Müqavilələrə birtərəfli qaydada xitam verilməsi barədə İddiaçı1 2019-cu il 10 dekabr tarixli bildiriş göndərilsə də, iddiaçıların özlər i tərəfindən təqdim edilmiş audit rəyi, məktublar və aktlarla təsdiq edilir ki, hər iki iddiaçı 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral, mart, may, iyun ayları (bəzi aylarda qismən) icarə obyektlərində fəaliyyət göstərmişlər. 29. “Premium” Audit şirkətinin iddiaçıların sifarişi ilə onların təqdim etdiyi sənədlər əsasında hazırlanmış audit rəylərindən görünür ki, İddiaçı1 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə 12.420 manat, 2020-ci ilin yanvar, fevral, mart, iyun ayları üzrə 9639 manat satış həyata keçirmişdir. "xxxx" MMC tərəfindən 2019-cu ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə 34.251 manat, 2020-ci ilin yanvar, fevral, mart, iyun ayları üzrə 20.845 manat satış həyata keçirmişlər. İddiaçılar ən azı sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları qeyd edilən aylar üzrə icarə və xidmət haqqının ödənilməsini təmin etməmişlər.

30. İddiaçıların əməkdaşları tərəfindən tərtib edilmiş ərizələrdən və aktlardan görünür ki, 2020-ci ilin aprel-may aylarında satış üçün yay mallarının gətirilməsi, qış mallarının mağazadan məxaric edilməsi üçün icarəyə verənlər tərəfindən icazə verilməsi xahiş edilmişdir. Bu da onu təsdiq edir ki, həmin aylarda pandemiya ilə əlaqədar icarəçilərin hər hansı fəaliyyəti olmadıqlarına görə icarə haqqı ödənişindən azad edilməli olduqlarına dair mülahizələri əsassızdır. Eyni zamanda iş materiallarının 4-cü cildinin 93-94-cü vərəqlərinə əlavə edilmiş, iddiaçıların əməkdaşları tərəfindən tərtib edilmiş aktlardan görünür ki, 2020ci ilin fevral ayında da iddiaçılar “Famous Brends” mağazasında fəaliyyət göstərmiş, həmin m ağazada icarəyə verənlərin tapşırığı ilə dizayner tərəfindən ölçmə işləri aparılması ilə əlaqədar satış fəaliyyətini dayandırmağa məcbur olmuşlar. 2020-ci ilin yanvar ayında iddiaçıların icarəyə verilmiş sahələrdə fəaliyyət göstərdikləri yenə özləri tərəfindən təqdim edilmiş aktlar və məktublarla təsdiq edilir. İş materiallarının 4-cü cildinin 87-89-cu vərəqlərinə əlavə edilmiş məktubda Ə.Ağayev göstərir ki, 2020-ci il 7 yanvar tarixdə saat 10-da işçisi mağazanı açarkən mağazanın üst hissəsindən kommunikasiya xətlərindən çirkab su axması nəticəsində mallara ziyan dəydiyini aşkar etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, 2019-cu ilin dekabr ayından iddiaçıların icarəyə götürülmüş obyektlərdə fəaliyyət göstərmələrinə qərəzli olaraq imkan verilmədiyinə dair mülahizələr həqi qətə uyğun deyil. İcarə haqqı ödənişləri dayandırıldıqdan isə sonra iddiaçıların obyektlərdə fəaliyyətlərinə icazə verilməməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olduğundan bu dövrlə bağlı irəli sürülən əldən çıxmış fayda və maddi ziyan tələbləri əsassızdır.

31. Apellyasiya məhkəməsi birinci iddia üzrə maddi və mənəvi ziyanın ödənilməsi tələbləri ilə bağlı qeyd etmişdir ki, işgüzar nüfuza vurulmuş ziyana görə hər bir iddiaçı 5000 manat tələb etsə də, iddia ərizəsində işgüzar nüfuza vurulmuş zərəri əsaslandırmamışlar. Məhkəmə araşdırması zamanı iddiaçılar tərəfindən icarə və xidmət haqqı ödənişlərində gecikmələrə yol verildiyi, ödənişlərin vaxtında həyata keçirilmədiyi müəyyən edildiyindən əldən çıxmış faydanın tutulması hissəsində iddia düzgün olaraq rədd edilmişdir. Eyn i zamanda, hər iki tərəfin iddiası qismən təmin edildiyindən iddiaçılar tərəfindən audit xidməti və başqa məhkəmə xərclərinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsi prosessual pozuntu hesab edilmir.

32. İddiaçılar icarəyə verənlər tərəfindən onların fəaliyyətlərinə maneə törədilməsi üçün 2019-cu ilin 24 oktyabr - 27 oktyabr tarixlərində elektrik enerjisinin kəsildiyini, reklamların dayandırıldığını göstərsələr də, obyektlərin elektrik enerji təchizatının icarəyə verənlər tərəfindən dayandırıldığı iddiaçının özünün təqdim etdiyi aktlardan başqa digər sübutlarla təsdiq edilmir. Reklamlarla bağlı iddiaçıların əməkdaşları tərəfindən tərtib edilmiş 2019-cu il 20 dekabr tarixli aktda qeyd edilənlərə əsasən, reklam lövhəsinin üst qapağı açılaraq 156 ədəd lampanın qısa qapanma nə ticəsində yanaraq sıradan çıxdığı müəyyən edilmişdir. Bu hal onu təsdiq edir ki, iddiaçılar tərəfindən icarə və xidmət haqqı üzrə ödənişlərin həyata keçirildiyi dövrdə reklam lövhələrinin işində yaranmış müvəqqəti fasilələrə icarəyə verənlərin qərəzli hərəkətləri deyil, texniki problemlər səbəb olmuşdur. İcarəyə verənlər tərəfindən icarəyə götürülmüş obyektlərdən istifadə edilməsinə məhdudiyyətlər icarə və xidmət haqqı üzrə borcların ödənişi dayandırıldıqdan sonra başlamışdır.

33. İcarəçilərə məxsus mağazadan götürülərək icarəyə verənlər tərəfindən anbarda saxlanılmış geyim əşyalarının yararsız vəziyyətə düşməsi nəticəsində vurulmuş ziyanın məbləği birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların vergi orqanına təqdim etdiyi bəyannamələrdəki mal qalığına əsasən müəyyən edilmiş, məhkə mə tərəfindən ziyan məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilsə də, ekspert bu hissə ilə bağlı rəy verməmişdir. Ziyanla bağlı iddia tələbinin təmin edildiyi hissə cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən, iddiaçılara məxsus icarəyə verilmiş obyektlərdən çıxarılaraq anbarda saxlanılmış malların lazımı şəraitdə saxlanılmaması nəticəsində həmin mallara ziyan vurulmasında cavabdehlərin (icarəyə verənlərin) təqsirli olduğu məhkəmə tərəfindən müəyyən olunmuş hal hesab edilir. Apellyasiya baxışının predmeti olan hissə yalnız ziyanın məbləği ilə bağlı olduğundan məhkəmə malların icarəyə verilmiş obyektlərdən çıxarılmamasında icarəçilərin özlərinin təqsirli olmaları ilə bağlı cavabdehin nümayəndəsinin mülahizələrinə yenidən hüquqi qiymət verilməsini zəruri hesab etməmişdir.

34. Məhkəmə hesab etmişdir ki, iddiaçılar tərəfindən təqdim edilmiş çoxsaylı “Spesifikasiya” adlandırılan sənədlər malların alış dəyərini özündə əks etdirən ilkin mühasibat uçotu sənədi olmadığı üçün icarəçilərin komissiya müqavilələri əsasında əldə etdikləri “Avand” firmasına məxsus olduğu iddia edilən geyim mallarının dəyərinin müəyyən edilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Eyni zamanda, iddiaçıların sifarişi əsasında müstəqil qiymətləndiricilər tərəfindən malların alış-satış qaimələri və digər mühasibat uçotu sənədləri olmadan yalnız iddiaçıların təqdim etdiyi məlumatlar və spesifikasiyalar əsas götürülməklə verilmiş qiymətləndirmə rəyləri dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz.

35. İddiaçılar tərəfindən 2022-ci il 26 may tarixind ə (sonuncu məhkəmə iclasından əvvəl) məhkəməyə təqdim edilmiş komissiya müqavilələri və həmin müqavilələrə əlavə edilmiş təhvil-təslim aktları ilə bağlı məhkəmə qeyd etmişdir ki, qeyd edilən müqavilələri “Avand” firmasının adından həmin firmanın qanuni təmsilçisi olmuş və hazırda "xxxx" MMC-ni təmsil edən Qanuni nümayəndə imzaladığından, müqavilələr notarial qaydada təsdiq edilmədiyi üçün sonradan tərtib edilmə ehtimalı istisna edilmədiyindən, qeyd edilən sübutlar da əsaslı şübhədən kənar mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üzrə çoxsaylı məhkəmə prosesləri keçirildiyi halda iddiaçılar bu sənədlərə nə iddia ərizəsində, nə digər ərizələrdə, nə də izahatlarında istinad etməmiş, həmin sənədlərlə bağlı yalnız sonuncu məhkəmə iclasında izahat verm işlər.

36. İşə apellyasiya qaydasında baxılarkən iddiaçıların vəsatəti üzrə iş üzrə mütəxəssislər cəlb edilməklə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 8 avqust tarixli 9/2015 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş iddiaçılara məxsus geyim və aksessuarların təxminən 15%-i yararsız vəziyyətə düşmüşdür. Yararsız vəziyyətə düşmüş qadın geyimi və aksessuarlarının dəyəri 34.438 manat, kişi və uşaq geyimlərinin dəyəri 13.999 manat müəyyən edilmişdir. “X1” MMC-nin 2023-cü il 25 avqust tarixli mütəxəssis rəyində yararsız vəziyyətə düşmüş geyimlərin likvid dəyəri 43.054 manat göstərilmişdir.

37. İddiaçıların sifarişi ilə cəlb edilmiş "xxxx" MMC-nin 2023-cü il 10 iyul tarixli ekspert rəyləri isə iddiaçıları n təqdim etdiyi, sübutlarla təsdiqini tapmayan məlumatlar əsasında tərtib edildiyindən, ziyan hesablanarkən tələb irəli sürülmədiyi halda əsaslı təmir işlərinin dəyəri də ziyanın tərkibinə əlavə edildiyindən, o cümlədən avadanlıqlara dəymiş zərərin məbləği hər hansı əsaslandırma olmadan iddiaçılarln hər birinin icarəsində olan sahənin ölçüsünə mütənasib hesablandığından məhkəmə tərəfindən əsaslı hesab edilməmişdir. Bundan əlavə həmin rəylərdə "xxxx" adlı laboratoriyanın sınaq nəticələrinə istinad edilmiş, bu laboratoriyanın geyim əşyalarının müayinəsi ilə bağlı ekspertiza həyata keçirmək səlahiyyətinə malik olduğuna dair sübutlar təqdim edilməmişdir.

38. Qeyd edilənlərə və Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 8 avqust tarixli 9/2015 saylı rəyinə əsasən məhkəmə hesab etmişdir ki, "xxx x" MMC-yə məxsus olmuş və düzgün olmayan saxlanma şəraitinə görə yararsız vəziyyətə düşmüş malların dəyəri 34.438 manat təşkil etdiyindən mübahisələndirilən hissədə qətnamə dəyişdirilərək Cavabdeh2 "xxxx" MMC-nin xeyrinə 34.438 manat tutulmalıdır. İddiaçı1 ilə bağlı hissədə isə qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, qətnamə ilə onun xeyrinə maddi ziyana görə 28.907,90 manat pul tutulsa da, Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 8 avqust tarixli 9/2015 saylı rəyi ilə kişi və uşaq geyimlərinə dəymiş real ziyanın təxminən 13.999 manat olduğu müəyyən edilmişdir.

39. İddiaçıların daşınma zamanı yoxa çıxmış, təqdim edilməyən əşyaların 277.409,50 manat dəyərinin cavabdehlərdən mütənasib qaydada tutulması tələbinin əsaslı olduğu mötəbər sübutlarla (əşyaların mövcud olduğu və yoxa çıxmasına görə cavabdehlərin təqsirli olduğu) təsdiq edilmədiyindən, birinci instansiya məhkəməsi həmin tələbin təmin olunmaması barədə düzgün nəticəyə gəlmişdir.

40. İddiaçılar apellyasiya şikayətində cavabdehlərin hərəkətlərində cinayət əlamətləri olması ilə əlaqədar xüsusi qərardad çıxarılmasını xahiş etsələr də, işdən görünür ki, iddia edilən pozuntularla bağlı cinayət işi başlanılması üçün müraciət olunmuş, araşdırma nəticəsində mübahisə mülki xarakterli olduğundan icraata xitam verilərək mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir. Eyni əsasla qarşı tərəfin də iddiaçılar barəsində xüsusi qərardad çıxarılması barədə vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir.

41. İddiaçılar İddiaçı1 və "xxxx" MMC ayrı-ayrılıqda kassasiya şikayəti verərək, qətnamənin qismən – onların iddiasının rədd, qarşı tərəfin iddiasının təmin olunmuş hissələrində ləğv edilməsini, onların iddiasının tam təmin, cavabdehlərin iddiasının tam rədd olunması yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

42. Hər iki kassasiya şikayəti eyni məzmunda aşağıdakı dəlillərlə əsaslandırılmışdır:

43. MM-in 21.1, 21.2-ci maddələri üzrə - Apellyasiya məhkəməsi kassatora zərər vurulmasını qəbul etsə də, zərərin miqdarının müəyyən edilməsi üçün yalnız iddiaçıların vergi orqanına təqdim etdiyi sadələşdirilmiş bəyannamədə göstərilən mal qalığı barədə məlumatlara istinad etmiş birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşdığını bildirməklə kifayətlənmişdir. Halbuki yararsız hala düşmüş mall ar 02, 03 saylı komissiya müqavilələrinə əsasən realizasiyaya götürülən mallar, 01 saylı müqaviləyə əsasən görülmüş təmir işləri və quraşdırılmış avadanlıqlar üzrə elektron qaimələr Dövlət Vergi Xidmətinin cavabında əksini tapmamışdır. İddiaçılar "xxxx" mağazasında fəaliyyətə başladığı ilk gündən həmin ünvanda fəaliyyətini dayandıran “Avand” firmasından mağazada mövcud olan mal qalığını komissiya müqaviləsinə əsasən realizasiyaya götürməyi qərara almışlar. Komissiya müqaviləsinin 2.7-ci bəndinə əsasən satılmış malların hesabatı təqdim ediləndən sonra elektron qaimə təqdim edilməli idi. Məlum olduğu kimi, iddiaçılar fəaliyyətə başlayandan bir ay sonra cavabdehlərin hərəkətləri nəticəsində icarə obyektinin elektrik təminatının kəsilməsi və digər qanunsuz müdaxilələr səbəbindən satışın kəskin aşağı düşməsi nəticəsində satılan mallara elektron qaimələr təqdim edilməmişdir. Bundan başqa, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 711.1-ci maddəsinə xx.xx.2020-ci il tarixdən qüvvəyə minən dəyişikliklərin məntiqi davamı olaraq, Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarın 2.2.4-cü bəndinə əsasən malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə elektron qaimə-fakturanın tərtib edilməsinə başlanması müəyyən edilmişdir Göründüyü kimi, iddiaçıların komisyon müqavilə bağladığı dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tələblərinə riayət olun muş, malların təhvil-qəbulu Maliyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 30 iyun tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş Malların Təhvil-Qəbul Aktı (Forma № MTQA-1) ciddi hesabat blankları ilə təqdim edilmişdir. Məhz bu səbəblərdən komissiya müqavilələrinə əsasən realizasiyaya götürülən 12652 sayda malların elektron qaimələri vergi orqanının cavabında əksini tapmamışdır.

44. İddiaçıların icarəyə götürdüyü sahə əvvəllər “Avand” firması tərəfindən icarəyə götürülmüş və həmin vaxt təmirsiz olmuşdur. Sonradan həmin sahə “Avand” firması tərəfindən icarəyə verənin tələbinə əsasən əsaslı təmir edilmiş, təmir və qeyri-yaşayış sahəsində quraşdırılmış geyim mağazasına lazım olan avadanlıqlar müstəqil qiymətləndirmə şirkəti tərəfindən 453.278,07 manat qiymətləndirilmişdir. Bu qiymətləndirmə ümumi 1285 m2 sahə üzrə aparıldığından, xərclər proporsional qaydada bölüşdürülərək "xxxx" MMC-nin payına 297.771,51 manat, İddiaçı1 payına isə 156.075,49 manat razılaşdırılmışdır. İcarə, xidmət və komissiya müqavilələrindən əlavə “Avand” firması ilə 2019-cu il 10 avqust tarixində müqavilə bağlanaraq iddiaçılar təmirə çəkilmiş xərci 01 nömrəli müqaviləyə əsasən 2020-ci ilin yanvar ayından 5 il ərzində proporsional qaydada “Avand” firmasına qaytarmağa dair öhdəlik götürülmüşlər. Lakin icarəçilər satış fəaliyyəti başlayandan iki ay keçməmiş 2019-cu il 24 oktyabr tarixində obyektin elektrik təminatı icarəyə verənlər tərəfindən kəsilmiş və sahibkarlıq fəaliyyətlərinə digər süni maneələr yaradılmış, nəticədə “Avand” firmasına ödənişlər vaxtaşırı edilməmiş, görülmüş təmir işləri və quraşdırılmış avadanlıqlar üzrə 453.847 manat dəyərində elektron qaimələr təqdim edilməmiş və vergi orqanının cavabında əksini tapmamışdır.

45. Digər tərəfdən, vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi və s. bu kimi münasibətlər Vergi Məcəlləsi ilə tənzimlənməklə, vergi orqanı ilə vergi ödəyicisi arasında olan və publik hüquq sahəsinə aid olan münasibətlərdir. Mülki münasibətlərdən yaranmış mübahisə üzrə işə baxan məhkəmənin digər təkzibedilməz sübutları bir kənara qoyaraq, yeganə sübutetmə vasitəsi kimi vergi orqanına təqdim edilmiş vergi bəyannaməsinə istinad etməsi, mülki münasibətdən yaranmış zərərin vurulmasına dair zərər vurmuş şəxsin qərəzli və süni surətdə mülki məsuliyyətdən azad edilməsinə səbəb olur. İcarə sahəsinin təmirinə görə iddiaçıların “Avand” firmasına 453.847 manat ödəmək öhdəliyini təsdiq edən müvafiq sənədlərə qanunvericiliyin tələblərinə uyğun qiymət verilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdehlər “Avand” firması tərəfindən aparılmış təmirə, təmirin gedişatına və son nəticəsinə etiraz etməmiş, təmir başa çatmışdır. Qeyd edilən tələb MM-in 21.2-ci maddəsinin təsir dairəsinə düşür.

46. MM-in 421.2-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi qətnaməni cavabdehlərin icarə və xidmət müqavilələrinə xitam verilməsi, iddiaçılardan icarə və xidmət haqqı tutulması tələblərinin qismən təmin edilməsi hissəsində qüvvədə saxlamaqla bu maddəni düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçıların icarə və xidmət müqavilələrini əhəmiyyətli dərəcədə pozması halı mövcud olmamış, əksinə həmin müqavilələr üzrə öhdəliklər icarəyə verən və xidmət göstərən tərəfindən pozulmuş, icarə o byektinə qanunsuz müdaxilələr edilmiş, cavabdehlərin nəzarətində olan elektrik təchizatı xətlərinin qəsdən sıradan çıxarılması nəticəsində iddiaçılar 34 gün ərzində icarə obyektindən istifadə etmək imkanından məhrum olmuşlar. Həmçinin onlara aid reklam şitləri sökülərək, başqa şəxsə aid reklam lövhələri vurulmuşdur. Belə olan halda, məhkəmə müqavilənin hansı subyekt tərəfindən pozulması nəticəsinə gəlmək üçün onların davranışını MM-in 441, 442 və 447ci maddələrinin tələbləri baxımından dəyərləndirməli idi.

47. MM-in 1096.1, 1096.2-ci maddələri üzrə - Məhkəməyə təqdim edilmiş sübutlardan açıq-aydın görünür ki, cavabdehlərin hərəkətləri bu maddənin təsiri altına düşsə də, məhkəmə tətbiq edilməli olan normanı tətbiq etməmişdir.

48. MPM-in 77.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi birinci i nstansiya məhkəməsinin səhvlərini təkrar edərək, sübutetmə yükünü düzgün bölüşdürməmiş, iş materiallarında olan və komissiya müqavilələri üzrə Maliyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 30 iyun tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş Malların Təhvil-Qəbul Aktı (Forma № MTQA-1) 2019-cu il 19 avqust tarixli ciddi hesabat blankları (11-ci cild səhifə 120-130, 137-149) məhkəmə tərəfindən “spesifikasiya” adı altında pərdələnərək, onlara ayrıca hüquqi qiymət verilməmişdir.

49. Apellyasiya məhkəməsi iddiaçılar tərəfindən sonuncu məhkəmə iclasından əvvəl təqdim edilmiş komissiya müqavilələrini notarial qaydada təsdiq edilmədiyi üçün sonradan tərtib edilmə ehtimalı istisna edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirməmişdir. Halbuki hüquqi və fiziki şəxslər arasında bağlanmış komis siya və alqı-satqı müqavilələrinin notarial təsdiqini tələb edən imperativ norma mövcud deyil. Sənədlərin “sonuncu məhkəmə iclasından əvvəl” təqdim edilməsinə gəldikdə isə, həmin sənədlər məhkəmə tərəfindən vergi xidmətinə sorğu verildikdən sonra, vergi xidmətinin cavabında əksini tapmadığından iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmişdir.

50. Bundan əlavə, nəzərə alınmalıdır ki, iddiaçılara məxsus mallar onların iştirakı və xəbəri olmadan cavabdehlər tərəfindən mağazaya qanunsuz müdaxilə edilməklə, özbaşına götürülmüş, bu zaman bir səhifədə akt tərtib edilmiş, mallar sayılmamış qutulara yerləşdirilmiş, tərtib edilən aktda mal sayının əvəzinə qutu sayı göstərilmiş, kəmiyyət və keyfiyyət göstəriciləri qeydə alınmamışdır. Belə olan halda, iddiaçıların təqdim etdiyi spesifikasiya, audit rəyi və digər sübutlara “tənqidi” yanaşan məhkəmə, cavabdehlərin etirazlarının əsası kimi istinad etdiyi bir səhifədən ibarət akta münasibət bildirməmişdir. Digər tərəfdən, məhkəmənin təyin etdiyi ekspertizaların rəylərində də cavabdehin anbarına daşınmış və onun nəzarəti altında uzun müddət yararsız şəraitdə saxlanılmaqla faktiki olaraq məhv edilmiş malların dəyərinin vergi orqanına təqdim edilmiş sadələşdirilmiş bəyannamədə göstərilən mal qalığının məbləğində deyil, bundan dəfələrlə çox olduğu təsdiq olunmuş, məhkəmə tərəfindən bu hallar düzgün qiymətləndirilməmişdir. 51. 2022-ci il 7 fevral tarixli ekspert rəyində tədqiq edilən malların üzərində rütubət və sair nəticəsində kif və kəskin kənar qoxuların əmələ gəldiyi üç müxtəlif yerdə qeyd edilmişdir. Həmçinin 2022-ci il 8 aprel tarixli məhkəmə iclasına dəvət edilmiş ekspert Elvin Qəhrəmanov bildirmişdir ki, malların üstündə çoxlu sayda həşəratlar müşahidə edilirdi. Satış üçün nəzərdə tutulan mallar 100%, avadanlıqlar isə 90% yararsız vəziyyətə düşmüşdür. Lakin sonuncu 2023-cü il 8 avqust tarixli ekspert rəyində kif, həşəratlar və qoxu haqqında məlumat verilməmişdir. Geyim malları üzərində çoxlu sayda qurdların, müxtəlif növ həşəratların və kiflərin olduğunu, həmçinin ticari avadanlıqların mövcud vəziyyətini əks etdirən, birinci instansiya məhkəməsinə 2021-ci il 10 iyun və 8 oktyabr tarixlərində təqdim olunmuş video və foto sübutlar yoxa çıxmış, sonradan apellyasiya məhkəməsində 2023-cü il 13 sentyabr tarixində məhkəmə zalında yenidən təqdim edilmiş, lakin həmin kağız daşıyıcıda olan foto və video sübutlara məhkəmə tərəfi ndən hüquqi qiymət verilməmişdir.

52. MPM-in 88-ci maddəsi üzrə - İşə hələ birinci instansiya məhkəməsində baxılan zaman 2021-ci il 8 oktyabr tarixində məhkəməyə təqdim edilmiş “Grand Hayat” yaşayış kompleksinin zirzəmisində 391 ədəd qutuda 2021-ci il 21 sentyabr tarixindən 2021-ci il 7 oktyabr tarixinə kimi sayılan iddiaçılara məxsus 15.926 sayda 360.976 manat dəyərində mövcud olan geyim mallarının 47 səhifədə spesifikasiyası və 2022-ci il 26 may tarixində məhkəməyə təqdim edilmiş 391 qutunun hər birinin üzərinə yapışdırılan və nümayəndələr tərəfindən imzalanan malların 457 səhifədən ibarət 393 sənəd təşkil edən spesifikasiyası ilə qutuların içində olan hər bir malın üzərində olan qiymət, say, barkod, artikul, kolleksiya, rəng, ölçü barədə olan fərdi spesifikasiya üzrə məlumatları istənil ən zaman üzləşdirmə üsulu olduğu halda məhkəmə buna önəm verməmişdir. Həmin əşyaların tamamilə yararsız vəziyyətə düşməsi həmçinin “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən akkreditasiyadan keçmiş "xxxx" laboratoriyasının 2023-cü il 12 iyun tarixli 0642 nömrəli sınaq protokolu ilə də təsdiq edilmişdir. Məhkəməsi isə yalnız qarşı tərəfin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 2021-ci il 7 oktyabr tarixli akta istinad etmiş, işdə olan hər tərəfdən üç səlahiyyətli nümayəndənin iştirakı ilə tərtib edilmiş aktlara istinad etməmişdir.

53. Məhkəmə iddiaçıların 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral, mart, may, iyun aylarında (bəzi aylarda qismən) icarə obyektlərində fəaliyyət göstərdiyini qeyd etməklə, onlar tərəfindən təqdi edilmiş aktları, audit rəylərini, spesifikasiyaları və s. birtərəfli qaydada tərtib olunması əsası ilə mötəbər sübut kimi qəbul etməsə də, qarşı tərəfin əməkdaşlarının birtərəfli qaydada tərtib etdikləri aktlara “mötəbər və ziddiyyətsiz sübut” statusu verməklə fərqli yanaşma nümayiş etdirmişdir. Halbuki iddiaçıların hərəkətləri onlara məxsus malların saxlanılması, qorunması və pandemiya aylarında onlayn satışın təşkil edilməsi ilə bağlı olmuş, bu məsələlər 2021-ci il 3 və 4 may tarixli audit rəyində göstərilsə də, rəydə sadalanan faktlar məhkəmə tərəfindən cavabdehlərin xeyrinə qiymətləndirilmişdir.

54. Bundan başqa, məhkəmə tərəfindən 2019-cu il 24 oktyabr tarixindən 27 noyabr tarixinədək elektrik enerjisinin kəsilmiş hər gününə təqdim edilmiş aktlar, "xxxx" ASC-yə göndərilmiş məktub, həmin məktuba cavab qeyd edilməmiş, elektrik enerjisi 2019-cu il 24 oktyabrdan 27 noyabradək 34 gün ərzində kəsildiyi halda, tarix məhkəmə tərəfindən 2019cu il 24 oktyabr - 27 oktyabr kimi qeyd edilmişdir.

55. Hər iki instansiya məhkəməsi tərəfindən əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, 2022-ci il 7 fevral və 2023-cü il 8 avqust tarixli ekspert rəyləri alınmışdır. Həmin rəylərlə müəyyən olunmuşdur ki, mallar cavabdehlərin nəzarətində olduğu zaman onların yararsız vəziyyətə düşmüşdür. 2022-ci il 7 fevral tarixli ekspert rəyindən görünür ki, zirzəmidə saxlanılan malların yalnız cüzi bir hissəsi “seçmə üsulu ilə” tədqiq edilmiş, “qutulardan bir neçəsi” açılmışdır. Başqa sözlə, malların əksər hissəsinin yerləşdirildiyi qutular ümumiyyətlə açılmamış və sayılmamışdır. Malların sayı və qiyməti ilə bağlı audit rəyi ilə müəyy ən edilən hallar həmin ekspertiza rəyi ilə təkzib edilməmiş, nə də cavabdehlər bunu təkzib edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. 2023-cü il 8 avqust tarixli ekspert rəyində malların “istifadəyə yararlı vəziyyətdə” orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 322.911,00 manat; avadanlıqların təzə vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyərinin 103.815,00 manat göstərilməsi, əslində iddiaçılara dəymiş zərər kimi qəbul edilməlidir. Belə ki, birinci ekspertizadan sonra malların insan sağlamlığı üçün təhlükəli olan kimyəvi maddələrlə “təmizlənməsinə” cəhd edilməsi barədə məhkəməyə kifayət qədər sübutlar təqdim edilmiş, bununla bağlı məhkəmə "xxxx" laboratoriyasının sınaq nəticələrinə münasibət bildirərək qeyd etmişdir ki, bu laboratoriyanın geyim əşyalarının müayinəsi ilə bağlı ekspertiza həyata keçirmək səlahiyyətinə malik olduğuna dair sübutlar təqdim edilməmişdir”. Halbuki "xxxx" MMC sınaq laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən akkreditasiya olmuşdur. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilən sənədlərdə "xxxx" laboratoriyasının akkreditasiyasında ELİSA metodunun hava və ət məhsulları ilə bağlı olması göstərilmişdir. Nəzərə alınmalıdır ki, akkreditasiya sahə növünü alanda heç kəsin ağlına gəlməzdi ki, geyimlərdə DDT metabolitləri aşkar etmək lazım olacaq. Qarşı tərəfin özlərinin təqdim etdikləri sənədlərdə DDT və digərlərlə bağlı bir neçə yerdə 2023-cü il tarixinə istinad edilir. Halbuki, bu tarixdə həmin nəticələr mövcud deyildi. Belə ki, DDT və onun metabolitləri ilə bağlı nümunələr 2023-cü il 23 may tarixində götürülmüş, cavabı isə 2023-cü il 1 iyun tarixində çıxmışdır.

56. İddiaçıların vəsatəti əsasında cəlb edilmiş "xxxx" MMC-nin SD067 və SD068 saylı rəylərinə münasibət bildirən apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların sifarişi ilə cəlb edilmiş "xxxx" MMC-nin 2023-cü il 10 iyul tarixli ekspert rəyləri iddiaçıların təqdim etdiyi, sübutlarla öz təsdiqini tapmayan məlumatlar əsasında tərtib edildiyindən, ziyan hesablanarkən tələb irəli sürülmədiyi halda əsaslı təmir işlərinin dəyəri də ziyanın tərkibinə əlavə edildiyindən, o cümlədən avadanlıqlara dəymiş zərərin məbləği hər hansı əsaslandırma olmadan iddiaçıların hər birinin icarəsində olan sahənin kv.m-nə mütənasib hesablandığından əsaslı hesab edilmir. Halbuki həmin rəylərdə hər bir dəymiş zərər əsaslı olaraq hesablanmış, əsaslı təmir işləri nin dəyəri ziyanın tərkibindən çıxarılaraq əlavə edilməmiş və iddiaçılara məxsus avadanlıqlara dəymiş ziyan kv.m-nə uyğun mütənasib hesablanmışdır. Həmin hesablanma qaydası işdə olan 2019-cu il 10 avqust tarixli 01 saylı alqı-satqı müqaviləsinə əsasən (5-ci cild səhifə 169-170) hesablanmışdır.

57. Bundan əlavə, apellyasiya məhkəməsi tərəfindən ekspert qarşısında qoyulan 1-ci və 2-ci suallar üzrə də “X1” MMC və Ekspertiza Mərkəzi ziddiyyətli cavab vermiş, 3-cü sual ümumiyyətlə cavablandırılmamış, 4-cü suala mövcud olmayan avadanlıqların sayı barədə ziddiyyətli cavablar verilmişdir. Belə ki, 4-cü sual – “İddiaçı tərəfindən dəyəri tələb edilən, hazırda “Grand Hayat” yaşayış Kompleksinin anbarında mövcud olmayan avadanlıqların sayı və dəyəri nə qədər təşkil edir?” olduğu halda, 2023-cü il 8 avqust tarixli ekspert rəyində bu sual üzrə verilən cavabda göstərilir ki, ekpertiza tədqiqatına təqdim edilmiş 54 adda avadanlıqların təzə vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri 103.815,00 manat müəyyən olunur. Həmin avadanlıqların ayrı-ayrılıqda adları, miqdarları və qiymətləri rəyə əlavə edilmiş Cədvəl 3-də göstərilmişdir. Qeyd edilən avadanlıqlar çıxarıldığı (həmçinin söküldüyü) yerə quraşdırılmış vəziyyətdə ekspertiza tədqiqatına təqdim edilmədən həmin malların tam şəkildə olmasını və ya çatışmazlığını müəyyən etmək mümkün deyil. “X1” MMC-nin 2023-cü il 29 avqust tarixli mütəxəssis rəyində 4-cü suala cavab olaraq bildirilir ki, baxış zamanı mövcud olanlarla yanaşı, həmçinin iş materiallarında əksini tapan 102 adda avadanlıq müəyyən edilmişdir. Həmin avadanlıqların ayrı-ayrılıq da adları və miqdarı Cədvəl 3-də göstərilmişdir. Qeyd edilən avadanlıqlar çıxarıldığı (söküldüyü) yerə quraşdırılmış vəziyyətdə təqdim olunmadığına, eyni zamanda müəyyən texniki avadanlıqların yararlılıq vəziyyətinin müəyyən edilməsi qiymətləndiricinin səlahiyyətinə aid olmadığı üçün həmin avadanlıqların bazar dəyəri müəyyən edilə bilmədi. "xxxx" MMC 4-cü suala cavab olaraq 2023-cü il 12 iyul və 10 iyul tarixli rəylərə əlavə edilən 13, 14, 15-ci səhifəsindəki Cədvəldə mövcud olmayan avadanlıqların 21 adda 5189 sayda və 103.061,28 manat dəyərində olduğunu göstərmişdir. Ekspertiza Mərkəzinin və “X1” MMC-nin rəylərində say və cədvəllər ziddiyyət təşkil etdiyi halda, məhkəmə buna əhəmiyyət verməmişdir. Halbuki "xxxx" MMC-nin ekspert rəyində hər bir say və dəyər tam əksini tapmışdır.

58. MPM-in 265.4-cü maddəsi üzrə - İş materiallarında olan sübutlar cavabdeh hüquqi şəxslərin vəzifəli şəxslərinin əməllərində Cinayət Məcəlləsinin 158.3; 177.4; 186.3 və 190.2 maddələrinin əlamətlərinin olması nəticəsinə gəlinməsi üçün kifayət qədər əsas versə də, məhkəmə tərəfindən bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Cavabdehlər kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək, bildirmişlər ki, iddiaçılar vergi orqanında dəyərini 39.105,90 manat bəyan etdikləri mallara görə iddia ərizələrində uydurulmuş əsasla (guya malların hamısı yararsız vəziyyətə düşüb), malların dəyərini şişirdərək cavabdehlərdən 494.371manat tələb etmişlər. Ona görə də Vergi Xidmətinin cavabında malların dəyərinə dair göstərilən məlumatl arı şübhə altına almaq və malların dəyərinin məbləğinin az olduğunu əsaslandırmaq məqsədilə göstərmişlər ki, guya Qanuni nümayəndə təsisçisi olduğu “Avand” firmasına məxsus malları özünə məxsus "xxxx" MMC və İddiaçı1 ilə bağladığı komissiya müqavilələrinə əsasən onlara realizasiya üçün verdiyindən, görülmüş təmir işlərinin və 12.652 sayda malların dəyərinə dair elektron qaimələr Vergi Xidmətinin cavabında əks olunmamışdır. Halbuki apellyasiya şikayətlərinin 18-ci bəndində iddiaçılar bütün mallar bəyan edildiyini göstərmişlər.

60. Təmir xərci ilə bağlı dəlillərin heç bir əsası yoxdur. Belə ki, tərəflər arasındakı hazırkı məhkəmə mübahisəsi icarə müqavilələri ilə bağlı olmaqla, bu müqavilələrdə icarə obyektində hər hansı təmir-bərpa işlərinin aparılması və ya avadanlıqların quraşdırılması nə zərdə tutulmamış, icarəyə verənlər tərəfindən bununla bağlı hər hansı öhdəlik götürülməmişdir.

61. İddiaçıların müqavilə öhdəliklərinin cavabdehlər tərəfindən pozulması, sübutetmə yükünün düzgün bölüşdürülməsi barədə dəlilləri də tamamilə əsassızdır. Belə ki, hər iki instansiya məhkəməsinin qətnaməsi ilə təsdiq olunmuşdur ki, iddiaçıların icarə haqqı borcu olmuşdur. İddia predmetinə daxil olan malların sayı və dəyəri barədə məlumatları məhkəməyə təqdim etmək, malların hamısının yararsız olmasını sübut etmək isə iddiaçıların vəzifəsi olduğu halda, onlar bunu etməmişlər.

62. İddiaçıların mallarının “yararsız” olduğunu təsdiq edən yeganə sübut kimi istinad etdikləri 2022-ci il 7 fevral tarixli ekspert rəyinin qanunsuz və əsassız olduğu cavabdehlər tərəfindən 2022-ci il 24 fevral tarixli etira zda əsaslandırılmış və həmin rəydən sübut qismində istifadə olunmaması məhkəmədən xahiş olunmuşdur. Apellyasiya məhkəməsi yeni məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılsa da, mallara təkrar baxışda mütəxəssis "xxxx" MMC-nin iştirakı təmin olunmuşdur. Mallara təkrar baxış başlayan kimi MMC-nin təsisçisi Qanuni nümayəndə anbardar Əvəz Əliyevə malları DDT kimyəvi maddə ilə təmizlədiyinə görə məsuliyyət daşıdığını bildirmiş, baxışda mütəxəssis qismində iştirak edən "xxxx" MMC-nin nümayəndəsi M.Əhmədov isə səlahiyyətlərini aşaraq və MPM-in 64, 99.2-ci maddələrinin tələbini pozaraq ekspert tərəfindən baxışı keçirilən mallardan tələm-tələsik nümunələr götürərək onları 2023-cü il 19 may tarixdə, yəni ekspert tərəfindən malla ra keçirilən baxışın ortasında, adını gizli saxladığı laboratoriyaya bioloji ekspertiza keçirilməsi üçün təqdim etmiş və bundan cəmi 6 gün sonra həmin nümunələrin cavabdehlər tərəfindən guya yenidən, lakin başqa üsulla - DDT kimyəvi maddə ilə təmizləməklə “yararsız” vəziyyətə salındığı barədə 2023-cü il 26 may tarixli sınaq protokolları əldə etmişdir. Bir həftə ərzində əldə edilmiş, tələm-tələsik qaydada və qanunsuz keçirilmiş “bioloji ekspertizanın” sınaq protokollarının şübhəliliyini ört-basdır etmək üçün həmin sınaq protokolları məhkəməyə bir aydan sonra, 2023-cü il 22 iyun tarixində, yəni mallara baxış başa çatdıqdan sonra təqdim edilmiş və ekspertin verəcəyi rəyə təsir göstərmək üçün həmin protokolların ekspertə göndərilməsi də məhkəmədən tələb edilmişdir.

63. Protokollar öyrənilərkən məlum olmuşdur ki, geyim əşyalarının sınağı metroloji avadanlıq olan “Elisa” avadanlığında aparılmış, protokollarda laboratoriyaya verilmiş sifarişin məzmunu, aparılmış sınaqların metodu, sınaq aparan şəxsin ixtisası, özəl məhkəmə eksperti olması göstərilməmiş, protokollara laboratoriya ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin surəti, "xxxx" laboratoriyasının səlahiyyətlərini təsdiq edən “Nizamnamə” və “Akkreditasiya Attestatı”nın surətləri əlavə edilməmiş, sınaq protokolları ilə vəsatətdə göstərilənlər arasında ciddi ziddiyyətlər mövcuddur. Belə ki, sınaq protokollarında sınağın nəticəsi yalnız sınağı aparılmış 11 ədəd nümunəyə şamil edildiyi göstərildiyi halda, vəkil vəsatətində 11 ədəd nümunənin sınağının nəticələrini anbarda saxlanılan bütün 15.926 ədəd mala şamil etmişdir. Vəsat ətdə malların kif və həşaratlardan insan orqanizmi üçün çox təhlükəli kimyəvi maddələrlə “təmizəndiyi” sınaq protokollarına istinad edilməklə əsaslandırıldığı halda, protokollarda göstərilmişdir ki, təqdim olunmuş nümunələrdə parazitlər və insiktisidlər aşkar edilmişdir. Vəsatətdə malların çox təhlükəli kimyəvi maddələrlə təmizləndiyi vurğulansa da, sınaq protokollarında DDT-dan başqa heç bir kimyəvi maddənin adı çəkilməmişdir. Sınaq protokollarının qanuniliyi şübhə doğurduğuna və sınaqlar metroloji avadanlıq olan “ELİSA” cihazında aparıldığına görə "xxxx" MMC-nin səlahiyyətləri ilə əlaqədar İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsə ünvanlanmış sorğuya 2023-cü il 5 sentya br tarixli cavab məktubundan məlum olmuşdur ki, iddiaçılar tərəfindən sübut qismində təqdim olunmuş sınaq protokolları saxtadır. Belə ki, "xxxx" labaratoriyasının akkreditasiya sahəsi benzin, boya məhsulları, su, yuyucu vasitələr, qida məhsulları kimi sahələri əhatə edir və pestisidlərin, eyni zamanda DDT və onun metobolitlərinin analizinin aparılması "xxxx" MMC-nin labaratoriyasının akreditasiyasına daxil edilməmişdir. “Elisa” avadanlığı metroloji avadanlıq olmaqla qida məhsullarının analizi üçün nəzərdə tutulmuşdur. Xlor üzvü pestisidlərin, eyni zamanda DDT-nın (1,1Di(4-xlorfenil) - 2,2,2-trixloretan) müxtəlif növ məhsullarda analizi dövlətlərarası standartlar kimi qəbul edilən QOST 30349-96-nın tələblərinə uyğun olaraq həyata keçirilir və sözügedən standart "xxxx" MMC-nin laboratoriyası nın akreditasiya sahəsinə daxil edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gigiyena və Epidemiologiya Mərkəzi” X4 strukturunda Toksikoloji-kimyəvi müayinələr üzrə “Referans” laboratoriyasının laborator analiz cavablarından məlum olmuşdur ki, anbardan götürülmüş 21 ədəd nümünənin üzərində hər hansı bir kimyəvi maddə, DDT və onun metabolitləri, həmçinin insan həyatı üçün təhlükəli olan digər zərərli kimyəvi maddələr müəyyən edilməmişdir.

64. Audit əyi ilə bağlı qeyd edilənlər də həqiqətə uyğun deyil. Belə ki, audit yoxlaması mallara baxış keçirilmədən, iddiaçıların təqdim etdiyi mötəbər olmayan sənədlər, həqiqətdə baş verməyən və yanlış məlumatlar əsasında aparılmışdır. Qiymətləndirmə hesabatı isə “Avand” firmasının 2017-2018-ci illərdə icarəsində olmuş icarə sa həsində təmir işlərinin aparılması ilə bağlı tərtib edildiyi üçün baxılan işə heç bir aidiyyəti yoxdur. Qeyd edilən səbəblərə görə həmin audit rəyləri, qiymətləndirmə hesabatı, spesifikasiyalar işə baxan məhkəmələr tərəfindən qanuni hesab edilməmişdir. Kassasiya baxışının hədləri

65. MPM-in 403 və 416-cı maddələrinə müvafiq olaraq, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddiaçıların mübahisələndirdikləri hissələrdə (bax bu qərarın 41-ci bəndi) yoxlanılacaqdır.

66. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

67. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər halla rda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zər ərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər ar asında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;... Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 70. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırı r, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

71. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, 2019-cu ilin avqust ayından etibarən müvafiq müqavilələr əsasında (bax bu qərarın 1-4-cü bəndləri) iddiaçılarla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında ica rə və "xxxx" MMC arasında isə xidmət münasibətləri mövcud olmuşdur.

72. Hazırda iddiaçılar 2019-cu ilin oktyabr ayından cavabdehlər tərəfindən onların icarə obyektlərindən istifadəsinə manelər yaradıldığını, obyektin içərisində olan malların və avadanlıqların onların xəbəri və icazəsi olmadan qutulara yığılmaqla başqa yaşayış kompleksinin zirzəmisində nəzarətsiz və əlverişsiz şəraitdə saxlanıldığını, buna görə də həmin əşyaların istifadəyə yararsız vəziyyətə düşdüyünü bildirərək, icarə hüquqlarına yaradılmış maneələrin qanunsuz hesab edilməklə aradan qaldırılmasını, onlara dəymiş maddi zərərin (real zərər və əldən çıxmış fayda şəklində) cavabdehlərdən tutulmasını tələb edirlər.

73. Cavabdehlər isə iddiaçılar tərəfindən icarə və xidmət müqavilələri üzrə öhdəliklərinin pozulmasına, icarə və xidmət haqlarının ödənilmədiyinə istinad edərək, həmin müqavilələrə xitam verilməsini, ödənilməmiş icarə və xidmət haqqı borclarının ödənilməsini tələb edirlər.

74. Məhkəmə kollegiyası ilk növbədə kassatorların icarəyə götürülmüş obyektlərdən istifadə hüququna maneələrin qanunsuz hesab edilməklə aradan qaldırılması, icarə və xidmət müqavilələrinin ləğv edilməsi və iddiaçılardan icarə və xidmət haqqı borcun tutulması tələbləri üzrə dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilə tərəflərdən birinin tələbi ilə ləğv edilə bilər və belə ləğvetmə məhkəmədənkənar qaydada baş verməklə, bununla bağ lı tələblər daha çox həmin faktı məhkəmə qaydasında təsbit etməklə, bundan irəli gələn nəticələrin tətbiq edilməsi məqsədi daşıyır (bax bu qərarın 67-ci bəndi).

75. Apellyasiya məhkəməsi iddiaçıların eyni məzmunlu dəlillərini araşdıraraq hesab etmişdir ki, iddiaçılar qarşı tərəflə bağladıqları müqavilələr üzrə öhdəliklərinə riayət etdiklərini, buna baxmayaraq 2019-cu ilin oktyabr ayından icarəyə götürdükləri obyektlərdən istifadə etmələrinə maneələr yaradıldığını bildirsələr də, məhkəməyə icarə obyektlərində fəaliyyət göstərdikləri dövr üçün icarə və xidmət müqavilələri üzrə ödənişlərin tam həyata keçirildiyini təsdiq edən sübutlar təqdim edə bilməmişlər Həmin dövrdə icarəyə götürülmüş sahələrdə fəaliyyət göstərmələrinə cavabdehlər tərəfindən maneə yaradıldığı isə iddiaçıların öz əməkdaş ları tərəfindən tərtib edilmiş aktlar və məktublardan başqa digər sübutlarla təsdiq edilməmişdir. İşin materiallarına əlavə edilmiş iddiaçıların sifarişi ilə təqdim edilmiş “Premium” Audit şirkətinin audit rəyi, iddiaçıların əməkdaşları tərəfindən tərtib edilmiş ərizələr və aktlarla təsdiq edilmişdir ki, hər iki iddiaçı 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral, mart, may, iyun ayları (bəzi aylarda qismən) icarə obyektlərində fəaliyyət göstərmişlər. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas vermişdir ki, 2019-cu ilin dekabr ayından iddiaçıların icarəyə götürülmüş obyektlərdə fəaliyyət göstərmələrinə qərəzli olaraq imkan verilmədiyinə dair mülahizələr həqiqətə uyğun deyil. İcarə haqqı ödənişləri dayandırıldıqdan sonra isə iddiaçıların fəaliyyətlərinə icazə verilməməsi tərəflər arasınd a bağlanmış müqavilə şərtlərinə uyğun olmuş, bu dövrlə bağlı irəli sürülən əldən çıxmış fayda və maddi ziyan tələbləri əsassızdır. Belə olan halda, cavabdehlərin icarə və xidmət müqavilələrinə xitam verilməsi və müqavilələr üzrə qalıq borcların tutulması tələblərinin təmin, onların icarə sahəsindən istifadəyə maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi tələbinin isə rədd olunması qanuni və əsaslı olmuşdur.

76. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşaraq qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

77. Məhkəmə kol legiyası kassasiya şikayətlərinin iddiaçılara məxsus malların və avadanlıqların istifadəyə yararsız vəziyyətə düşməsi nəticəsində zərər tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu tələbin qanuni əsasını Mülki Məcəllənin 21 və 1096.1, 1097.1-ci maddələri təşkil edir.

78. İddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.

79. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iddiaçıların bu tələbini qismən təmin edərkən gəldi yi qənaəti belə əsaslandırmışdır ki, cavabdehlər iddiaçılara məxsus əşyaları onların icazəsi və xəbəri olmadan başqa yerə daşımaqla, mülki hüquq pozuntusu törətmiş və həmin əşyaların lazımi şəraitdə saxlanılmaması nəticəsində iddiaçılara zərər dəymişdir. Cavabdehlər tərəfindən həmin hissə mübahisələndirilməmişdir. Odur ki, iddiaçılara məxsus icarəyə verilmiş obyektlərdən çıxarılaraq anbarda saxlanılmış malların lazımi şəraitdə saxlanılmaması nəticəsində həmin mallara ziyan vurulmasında cavabdehlərin (icarəyə verənlərin) təqsirli olduğu məhkəmə tərəfindən müəyyən olunmuş hal hesab edilir.

80. Belə olan halda, hazırkı kassasiya baxışının predmetini dəymiş ziyanın məbləği ilə bağlı hissə təşkil edir. Apellyasiya məhkəməsi dəymiş zərərin məbləği üzrə işdə olan sübutlar əsasında bu qərarın 35-3 8-ci bəndlərində göstərilən qaydada qiymətləndirmə aparmışdır. İddiaçılar bu hissədə qətnaməni mübahisələndirməklə, məhkəmə tərəfindən sübutetmə yükünün düzgün bölüşdürülmədiyinə, onlar tərəfindən təqdim edilmiş sübutların (aktlar, spesifikasiyalar və s.) birtərəfli qaydada tərtib edilmiş sənədlər olması əsası ilə qəbul edilməməsinə baxmayaraq, cavabdehlərin təqdim etdikləri birtərəfli sənədlərə istinad olunmasına, bununla da qərəzli mövqe nümayiş etdirilməsinə istinad etmişlər.

81. Həmin dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 9.3 77.1, 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq e dilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.

82. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən prosessual tələblərə əməl etməklə yuxarıdakı qənaətə gəlmiş, iddiaçılar tərəfindən təqdim edilmiş sübutları nəyə görə mötəbər hesab etmədiyi barədə əsaslandırılmış arqumentlər gətirmiş və yekun qənaətini formalaşdırarkən Dö vlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin 2022-ci il 12 may tarixli məktubunu və apellyasiya baxışında təyin edilmiş əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 8 avqust tarixli rəyini əsas götürmüşdür.

83. Kollegiya iddiaçıların həmin ekspert rəyinin mötəbərliliyinə dair dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla belə məhkəmə qərardadı əsasında təyin edilmiş ekspertiza üzrə alınmış rəyin mötəbərliliyini mübahisələndirən tərəf, həmin rəyi şübhə altına alan tutarlı və kifayət qədər əsaslandırılmış dəlillər gətirməli və bu dəlillərini təsdiq edən mötəbər sübutları məhk əməyə təqdim etməlidir.

84. İddiaçıların bu istiqamətdə istinad etdikləri onların sifarişi əsasında təqdim edilmiş "xxxx" MMC-nin 2023-cü il 10 iyul tarixli ekspert rəylərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin rəylər iddiaçıların təqdim etdiyi, sübutlarla təsdiqini tapmayan məlumatlar əsasında tərtib edildiyindən, ziyan hesablanarkən tələb irəli sürülmədiyi halda əsaslı təmir işlərinin dəyəri də ziyanın tərkibinə əlavə edildiyindən, o cümlədən avadanlıqlara dəymiş zərərin məbləği hər hansı əsaslandırma olmadan iddiaçıların hər birinin icarəsində olan sahənin ölçüsünə mütənasib hesablandığından məhkəmə tərəfindən əsaslı hesab edilməmişdir. Bundan əlavə həmin rəylərdə "xxxx" adlı laboratoriyanın sınaq nəticələrinə istinad edilmiş, bu laboratoriyanın geyim əşyalarının m üayinəsi ilə bağlı ekspertiza həyata keçirmək səlahiyyətinə malik olduğuna dair sübutlar təqdim edilməmişdir.

85. Apellyasiya məhkəməsi iddiaçıların daşınma zamanı yoxa çıxmış, təqdim edilməyən əşyaların dəyərinin cavabdehlərdən mütənasib qaydada tutulması tələbinə münasibətdə qeyd etmişdir ki, bu tələb mötəbər sübutlarla (əşyaların mövcud olduğu və yoxa çıxmasına görə cavabdehlərin təqsirli olduğu) təsdiq edilmədiyindən, birinci instansiya məhkəməsi həmin tələbin təmin olunmaması barədə düzgün nəticəyə gəlmişdir.

86. Kollegiya apellyasiya məhkəməsinin bu mövqeləri ilə də razılaşaraq həmçinin qeyd edir ki, mülki qanunvericiliyə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (bax bu qərarın 67-ci bəndi).

87. Baxılan işdə tərəflər arasındakı hazırkı mübahisə iddiaçıların tərəfi olduqları icarə və xidmət müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi (bu hal işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir) nəticəsində yaranmış və iddiaçılar onlara məxsus malların və avadanlıqların verilməsini uzun müddət ərzində cavabdehlərdən tələb etməməklə, bu hərəkətləri nəticəsində həmin əşyaların yararsız vəziyyətə düşməsinə zəmin yaratmışlar ki, bu da zərərin həcmi müəyyən edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı hallardan biridir.

88. Qeyd olunanlardan əlavə, iddiaçılar cavabdehlərin hərəkətlərində cinayət əlamətləri ol ması ilə əlaqədar xüsusi qərardad çıxarılmasını xahiş etsələr də, işdən görünür ki, iddia edilən pozuntularla bağlı cinayət işi başlanılması üçün müraciət olunmuş, araşdırma nəticəsində mübahisə mülki xarakterli olduğundan icraata xitam verilərək mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir. Eyni əsasla qarşı tərəfin də iddiaçılar barəsində xüsusi qərardad çıxarılması barədə vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir.

89. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı olmaqla hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).

90. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas olmadığından, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

91. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1 və "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 sentyabr tarixli 2-2(103)-141/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar