Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-19/2024 11.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh ASC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh ASC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət sosial müdafiə fonduna ödənilməmiş 39897 manat 26 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 40000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin qeyd olunan borc məbləğindən müvafiq fonda 27039 manat 15 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ümumilikdə 40000 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərrac vasitəsi ilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 27039 manat 15 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus qiyməti 40000 manat olan 1 ədəd “Toyota Camry” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərracda satılması, 171 manat 12 qəpik məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh ASC-nin sədri Nümayəndə2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasına yazılı vəsatət verərək Gəncə İnzibati Məhkəməsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən şöbəsi) şəxsi hesab vərəqəsində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun 682,62 manat məbləğində hesablanması tələbinə dair iddia qaldırdıqlarını və həmin tələb üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(104)-19/2024 saylı qərardadı ilə hazırkı iş üzrə icraat iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən şöbəsi) şəxsi hesab vərəqəsində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun 682,62 manat məbləğində hesablanması tələbinə dair işə baxılıb qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Məhkəmə kollegiyası tərəfindən alınmış Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-516/2024 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə- Daşkəsən şöbəsi) şəxsi hesab vərəqəsində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun 682,62 manat məbləğində hesablanması tələbinə dair iş üzrə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Cavabdeh ASC-nin vergi öhdəliyini tam olaraq icra etdiyini və beləliklə də mübahisə predmetinin aradan qalxdığını qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş, məhkəmənin qeyd olunan qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(104)-19/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş və işə baxılması xx.xx.2024cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Gəncə Kommesiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsi ləğv edilməli və hazırki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə iş məhkəmədə baxılmalı deyildirsə işin icraatına xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-516/2024 saylı qərardadından görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vəsatət göndərərək Cəmiyyətin Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsindəki Muzdlu işlə əlaqədar MDSS haqqı üzrə vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə **********- MDSS0111 nömrəli qəbzlə həmin tarixə məcburi dövlət sosial sığorta üzrə 27039,15 manat məbləğində borcunu tam şəkildə ödəmişdir. Mübahisələndirilən vergi öhdəliyi vergi boru cavabdeh tərəfrindən tam ödənildiyinə görə iddiaçı tərəfindən ləğv edilmişdir. Beləliklə, iddiaçı Cavabdeh ASC vergi öhdəliyini icra etdiyindən hazırkı iş üzrə mübahisə predmeti aradan qalxmış, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdehin hazırkı iddia üzrə borcu qalmadığından, beləliklə də tərəflər arasında mübahisə olmadığına görə Gəncə Kommesiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 384.0.4, 400 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommesiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli e-2-2(115)-35/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh ASC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-19/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-19/2024
11.12.2024 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver