Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-453/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilə şərtlərinin düzgün müəyyən edilməməsi nəticəsində sərf edilmiş pul vəsaitinin tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 202 4-cü il 18 aprel tarixli 2-2(103)-321/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının (bundan sonra – “Tarif Şurası”) ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 2015-ci il 14 yanvar tarixli 2 nömrəli qərarının: - 1-ci bəndinə əsasən, “ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmişdir. - 2.5-ci bəndinə əsasən, topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı olan bütün xərclər daxil edilmişdir. - 2.7-ci bəndinə əsasən, mülkiyyət formasından asılı olmayaraq bütü n hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə, qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. - 3-cü bəndinə əsasən, Tarif Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 2015-ci il 12 yanvar tarixli 1 nömrəli qərarı ləğv edilmişdir. - 4-cü bəndinə əsasən, bu qərar 2015-ci il 15 yanvar tarixindən qüvvəyə minir.
2. Tarif Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 2015-ci il 14 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq olunmuş “ölkə daxilində istehsal olunan və satılan neft məh sullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”nə əsasən avtomobil benzini (Aİ-95, Aİ-92 və Aİ80) və dizel yanacağının topdansatış tarifi 1 ton üçün 921,8 manat, təchizat tarifi 1 ton üçün 15 manat müəyyən edilmişdir.
3. Satıcı "xxxx" QSC ilə alıcı İddiaçı arasında 2018-ci il 1 yanvar tarixli PS-10/051 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, satıcı bu müqaviləyə əlavə edilmiş təsnifatda göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını alıcıya satmağı, alıcı isə həmin malın dəyərini (əlavə dəyər vergisi ilə birlikdə) əvvəlcədən satıcıya ödəməklə neft məhsullarını keyfiyyətinə, kəmiyyətinə uyğun olaraq təsnifatda göstərilən miqdarda qəbul etməyi öz öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, müqaviləyə əlavə olun muş təsnifatda göstərilən neft məhsullarının satış qiymətləri satıcı tərəfindən ona məxsus neft anbarlarından satıldığı gün sıxlığı (xüsusi çəkisi) nəzərə alınmaq şərti ilə yerində müəyyən ediləcəkdir. - 2.2-ci bəndinə əsasən, təsnifatda göstərilən neft məhsulları Azərbaycan Respublikasına idxal olunduğundan və qiymətləri dövlət tərəfindən sərbəstləşdirildiyindən qiymətlərə satıcı tərəfindən edilmiş dəyişikliklərin nəzərə alınması “Alıcı” üçün məcburidir. - 2.3-cü bəndinə əsasən, alıcı məhsulun dəyərini əvvəlcədən köçürmə yolu ilə satıcının hesablaşma hesabına ödəyəcəkdir. - 3.1-ci bəndinə əsasən, alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən X1 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. - 8.1-ci bəndinə əsasən, müqav ilə 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir və 2018-ci il 31 dekabr tarixinə qədər öz qüvvəsini saxlayır.
4. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” 2020-ci il 18 noyabr tarixli qərarı ilə: - "xxxx" QSC-yə yanacağın topdansatışının “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinin (topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil olunmuşdur) tələbinə uyğun həyata keçirilməsinin dərhal təmin edilməsi üçün alıcılarla bağladığı müqavilələrin 3.1-ci bəndinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması; - "xxxx" QSC yanacağın topdansatışını “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinin, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 8-ci bəndinin tələbləri pozmaqla həyata keçirdiyi 2015-ci il 15 yanvar tarixindən 2020-ci il 30 sentyabr tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat məbləğində əldə olunan qanunsuz mənfəəti 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi haqqında göstəriş verilməsi qərara alınmışdır. 5. 2020-ci il 18 noyabr tarixli qərardan o da görünür ki, komissiya tərəfindən aparılmış araş dırma nəticəsində müəyyən edilənlərə görə, "xxxx" QSC tərəfindən Tarif Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 2015-ci il 14 yanvar tarixli 2 nömrəli qərarının 2.5-ci bəndinin (topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil olunmuşdur) tələbləri pozularaq satılmış yanacaq məhsullarının yanacaqdoldurma məntəqələrinə daşınmaması nəticəsində 1 ton yanacağın satışından əldə etdiyi əlavə gəlir "xxxx" QSC-nin hesablamalarına görə 3,40 manat olmuşdur.
6. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” 2020-ci il 25 noyabr tarixli göstər işinə əsasən: - "xxxx" QSC-dən yanacağın topdansatışının “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinin tələbinə uyğun həyata keçirilməsinin dərhal təmin edilməsi, - "xxxx" QSC-nin alıcılarla bağladığı müqavilələrin 3.1-ci bəndinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması və bu barədə 20 iş günü müddətində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilməsi - "xxxx" QSC-dən yanacağın topdansatışını “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinin, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 8-ci bəndinin tələbləri pozmaqla həyata keçirdiyi 2015-ci il 15 yanvar tarixindən 2020-ci il 30 sentyabr tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat məbləğində əlavə gəlirin 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir.
7. İddiaçı 2015-ci ildə 250,775 ton Aİ-92 benzini, 50,887 ton dizel, 2016-cı ildə 2820,865 ton Aİ-92 benzini, 1009,257 ton dizel, 26,43 ton Premium (Aİ-95) benzini, 2017ci ildə 2441,921 ton Aİ-92 benzini, 868,552 ton dizel, 17,777 ton premium (Aİ-95) benzini, 2018-ci ildə 2686,174 ton Aİ-92 benzini, 1025,023 ton dizel, 14,555 ton premium (Aİ-95) benzini və 2019-cu ildə 2614,131 ton Aİ-92 benzini, 1176,924 ton dizel, 8,693 ton premium (Aİ-95) benzini neft məhsulları (yanacaq) satılmışdır ("xxxx" QSC-nin təqdim etdiyi 2023cü il 4 oktyabr tarixli arayış). 8. "xxxx" QSC tərəfindən İddiaçı 20 19-cu il oktyabr-dekabr aylarını əhatə edən dövrlərdə ümumilikdə 1.058.310 kq (1058,31 ton) neft məhsulları (Aİ-92 və Aİ-95 (Premium) benzini və dizel yanacağı); 2021-ci il yanvar-iyul aylarını əhatə edən dövrlərdə ümumilikdə 2.494.617 kq (2494,617 ton) neft məhsulları (Aİ-92 və Aİ-95 (Premium) benzini və dizel yanacağı) satılmışdır (qaimə-fakturaya əlavələr). 9. 2021-ci il 1 yanvar - 2021-ci il 31 dekabr tarixləri aralığında İddiaçı 2917,37 ton olmaqla 3.526.593,59 manat Aİ-92 benzini, 1.536,33 ton olmaqla 1.305.092,74 manat dizel yanacağı və 72,22 ton olmaqla 128.818,55 manat Aİ-95 benzini, cəmi isə 4.525,92 ton olmaqla 4.960.504,88 manat neft məhsulları (yanacaq) satılmışdır ("xxxx" QSC-nin təqdim etdiyi satılan mal haqqında hesabat barədə məlumat).
10. Bakı İnzibati Məhkəməsinin 2023 -cü il 2 fevral tarixli 2-1(112)-205/2023 nömrəli qərarı ilə iddiaçı "xxxx" QSC-nin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı qərarın və göstərişin ləğv edilməsi barədə iddia tələbi qismən təmin olunmuş, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” 2020-ci il 18 noyabr tarixli qərarı və “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” 2020-ci il 25 noyabr tarixli göstərişi 25.697.962 manat məbləğində mənfəətin dövlət büdcəsinə ödənilməsi ilə bağlı hissələrində ləğv olunmuş, iddia qalan hissədə təmin edilməmiş, qərar qanuni qüvvəsini almışdır.
11. İddiaçı tərəfindən "xxxx" QSC-yə pretenziya məktubu ünvanlayaraq bo rcun 14 iş günü müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı (bundan sonra – “iddiaçı”) 2021-ci il 30 sentyabr tarixində "xxxx" QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 345.981 manat pul, iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumu və 400 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən 2015-2021-ci illərdə cavabdeh tərəfindən iddiaçıya Ai-95 benzini, Ai-92 benzini və dizel yanacağı satılmışdır. İddiaçı “ölkə daxilində neft məh sullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli qərarına əsasən neft məhsullarının topdansatış tariflərinə həmin məhsulların ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı olan bütün xərclər daxil olunduğu halda cavabdeh ilə bağlanmış müqavilələrdə alınmış neft məhsullarının pərakəndə satış yerinə daşınması öhdəliyinin ona aid edildiyini, nəticədə 2015-2021 illər dövr ərzində neft məhsullarının daşınmasını özü həyata keçirdiyi halda həmin daşınmanın dəyəri olan bir ton neft məhsullarına görə 15 manat olmaqla 23.065,4 ton neft məhsullarına görə 345.981 manat vəsaiti cavabdehə ödədiyini əsas göstərərək həmin məbləğin qaytarılmasını tələb etmişdir. İddiaçı bildirmişdir ki, tərəflər arasında 20152021-c i illərdə bağlanmış neft məhsullarının alqı-satqı müqavilələri Tarif Şurası tərəfindən müəyyən olunmuş qaydalara uyğun bağlanmamışdır. Yəni qeyd edilən müddətdə cavabdehdən satın aldığı 23.065,4 ton neft məhsulu cavabdeh tərəfindən avtomobil yanacağı satışı məntəqələrinə daşınmalı olduğu halda, cavabdeh tərəfindən daşınmış və Tarif Şurası tərəfindən müəyyən olunmuş tarifə (təchizat tarifi) əsasən iddiaçı tərəfindən buna 345.981 manat pul sərf olunmuşdur. 14. 2023-cü il 12 iyul tarixində iddiaçı iddia ərizəsinin əsaslandırıcı hissəsinə əlavə dəqiqləşmə təqdim edərək bildirmişdir ki, cavabdeh 2015-ci ildən 2021-ci ilədək olan müddət ərzində bağladığı bütün alqı-satqı müqavilələrinə “alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını “Satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən X1 öz nəqliyyat vasitələrini və vəsaitləri hesabına daşıyır” şərtini daxil etmişdir. “Tənzimlənən qiymətlər haqqında” Qanunun 2.1.4-cü bəndinə əsasən, tənzimlənən qiymətlər səviyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirən qiymətlərdir. Neft məhsullarının təchizat qiyməti Tarif Şurası tərəfindən müəyyən olunur. Müqavilənin yuxarıda qeyd olunan müddəası, Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə əsasən, neft məhsullarının daşınması xərcləri topdansatış qiymətinə daxil edilmiş və ayrıca olaraq tarif (qiymət) formalaşdırdığı zaman təchizat tarifi müəyyənləşdirilmişdir (1 ton yanacaq neft məhsuluna- ƏDV daxil 15 manat). Müqavilə müddəası ilə normativ aktın müddəası müqayisədə edildikə müəyyən olunur ki, qeyd edilən müqavilə müddəası norma tiv hüquqi aktın Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarının müddəalarına (2.5-ci bənd) ziddir. Belə ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cavabdehə dair qanunun tələblərinin (kontragentə sərfəli olmayan və ya müqavilənin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul edilməsi) pozulması əlamətləri üzrə iş qaldırılması haqqında 2020-ci il 11 avqust tarixində qərar qəbul olunmuşdur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müqavilələrdəki sözügedən şərtin imperativ normalarına zidd olduğunu təsdiq etmişdir. Bu faktları qeyd olunan qərardan ca vabdehin şikayəti əsasında baxan Bakı İnzibati Məhkəməsi də qərarı ilə təsdiq etmişdir. Cavabdeh neft məhsullarını Azərbaycan Respublikasının ərazisində yerləşən X1 pərakəndə satış məntəqələrinə daşınması öhdəliyini icra etməyərək, bu öhdəliyi qanunvericiliyə zidd olan müqavilə şərtinə əsasən alıcının üzərinə qoymuşdur. Buna baxmayaraq o, Tarif Şurasının müəyyən etdiyi 1 ton neft məhsulunun daşınmasına görə 15 manat miqdarında vəsait alırdı. Nəticədə iddiaçı 2015-2021 illər ərzində daşınmaya çəkdiyi xərclərdən əlavə 345.981 manat miqdarında vəsaiti heç bir xidmət almadan cavabdehə ödəmişdir. 15. 2023-cü il 26 iyul tarixində cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, əgər həqiqətən də müqavilə şərti iddiaçıya sərfəli olmamışdırsa, o cavabdehdən həmi n şərtə yenidən baxılması və ya müqavilədən çıxarılmasını tələb etməli idi. Belə tələbin olması iş materiallarından görünmür. Bundan başqa, müqavilə şərti iddiaçıya sərfəli olmasa idi, keçən müddət ərzində, ən az 2015-ci ildən, yəni neft tarifləri qərarının qüvvəyə minməsindən sonra iddia qaldırılanadək bu məsələ cavabdeh və ya dövlət və məhkəmə orqanları qarşısında qaldırılmış olardı. Lakin bu məsələ məhz vergi orqanının müvafiq tələbindən sonra gündəmə gəlmişdir. Müqavilə şərti iddiaçıya sərfəli olmayan şərt hesab edilsə belə, bu ən tez məhz vergi orqanının müvafiq tələbindən sonra baş vermiş hesab oluna bilər. Yəni məhz vergi orqanının tələbi nəticəsində iddiaçı daşınma xərclərini gəlir vergisi bəyannaməsinin xərclər hissəsindən çıxarmalı olması nəticəsində o əlavə vergi ödəməli olmuş, beləliklə, ən tezi bundan sonra o həmin müqavilə şərtinin onun üçün sərfəli olmadığı nəticəsinə gəlmiş və həmin şərti dəyişmək üçün hər hansı tədbir görmək qərarına gəlmişdir. İddiaçı İqtisadiyyat Nazirliyinə ünvanlanmış 2020-ci il 20 mart tarixli ərizədə bu faktı etiraf edərək göstərmişdir ki, vergi orqanının müvafiq qərarı nəticəsində ona əlavə vergi yükü yaranır və bu məbləği ödəyəcək qədər imkanları yoxdur. Daşınma xərcləri neft məhsullarının alqı-satqısı ilə bağlı müqavilənin predmetinə aid olduğundan, müqavilənin mühüm şərti hesab edilməlidir. Beləliklə, müqavilələrin 3.1-ci bəndi belə müqavilənin məzmununa aid olmuşdur. Cavabdeh aldığı neft məhsullarını aldığı qiymətə iddiaçıya satmışdır. Bundan başqa, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Neft məhsullar ının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” 2004-cü il 1 noyabr tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft məhsullarının şirkətdaxili, topdan və pərakəndə satış qiymətləri, aksiz vergiləri və təchizat xərcləri”-nin “neft məhsullarının yeni qiymətlərinin tətbiqi ilə bağlı şərtlər” bəndinin 6-cı abzasına görə, “pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir”. Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndi Nazirlər Kabinetinin 2004-cü il 1 noyabr tarixli 165 nömrəli Qərarına ziddiyyət təşkil etmişdir. Bundan sonra Tarif Şurası 2022-ci il 26 iyul tarixli “ölkə daxilində neft məhsullarının tariflərinin tə nzimlənməsi barədə” 4 nömrəli qərar qəbul edərək bu ziddiyyəti aradan qaldırılmışdır. Müqavilə münasibətlərini tənzimləyən hüquq norması üstün hüquqi qüvvəyə malik olduğundan mövcud mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) tələbləri tətbiq edilir. Belə olan halda, Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinin şərtləri hüquqi qüvvəyə malik olmamışdır. 16. 2023-cü il 11 sentyabr tarixində cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli e-2-2(113)-32/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 25.134,60 manat pul, mediasiya xərclərinin əvəzi olaraq 30 və dövlət rüsumu nun əvəzi olaraq 3 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddia verilərkən ********* nömrəli qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).
18. Məhkəmə qeyd etmişdir ki, Tarif Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 2015-ci il 14 yanvar tarixli 02 nömrəli qərarına əsasən “ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmiş və həmin qərarda qərarla təsdiq olunmuş topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı olan bütün xərclər daxil edildiyi xüsusi qeyd olunmuşdur. Buna baxmayara q, tərəflər arasında 2015-2021-ci illərdə bağlanmış alqı-satqı müqavilələrinə əsasən X1 daşınması öhdəliyi iddiaçıya aid edilmiş və həmin müqavilələrə əsasən alınmış yanacağın dəyəri alıcı tərəfindən daşınma xərclərinin də daxil olduğu qiymətlərlə ödənilmişdir.
19. Cavabdeh iddiaçıya yanacağın neft bazasından pərakəndə satış yerinə qədər daşınmasını həyata keçirmədiyindən cavabdehin iddiaçıdan həmin daşınma xərclərinə görə ödəniş alması üçün hər hansı qanuni əsas və müqavilə əsası mövcud olmamışdır. Bununla bağlı qiymətlərin tərəflərin razılığı ilə bağlanmış müqavilədə müəyyənləşdirilməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, əvvəla alqı-satqı predmeti olan neft məhsulları qiymətlərini tənzimlənən mallara aid edildiyindən tərəflər həmin malların alqı-satqı qiymətlər ini sərbəst surətdə müəyyən etməkdə haqlı olmamışlar. İkincisi, hazırkı halda məhkəməyə təqdim olunmuş alqı-satqı müqaviləsində alqı-satqının predmeti olan neft məhsullarının qiymətləri müəyyən edilməmiş, neft məhsullarının qiymətinin dövlət tərəfindən tənzimləndiyi və satış qiymətlərinin sıxlıq nəzərə alınmaqla tənzimlənən qiymətlərlə həyata keçiriləcəyi qeyd olunmuşdur. Göründüyü kimi, tərəflər arasında müqavilədə neft məhsullarının tariflərinə daxil olan daşınma xərclərinin də alıcıdan tutulmalı olması nəzərdə tutulmamışdır. Beləliklə, cavabdeh iddiaçıya neft məhsullarının neft bazalarından pərakəndə satış yerinə daşınmasını həyata keçirmədiyi halda sonuncudan həmin daşınmanın dəyəri məbləğində ödənişləri almaqla iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Odur ki, iddiaçı əsassız varlanma obyektinin geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
20. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğə gəldikdə məhkəmə ilk növbədə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə əriznin verildiyini vurğulamışdır. Bundan başqa, neft məhsullarının topdansatış tariflərinə pərakəndə satış yerlərinə daşınma xərclərinin də daxil edildiyi Tarif Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 2015-ci il 14 yanvar tarixli 2 nömrəli qərarında aydın şəkildə ifadə olunmuş və həmin qərarın mətni kütləvi informasiya vasitələrində elan edilməklə və internet resurslarına yerləşdirilməklə ümumi çatımlı olmuşdur. Yəni tərəflər arasında müqavilələr bağlanarkən və mallar təqdim edilərkən iddiaçı hüquqlarının pozulmasından məlumatlı olmalı idi. Odur ki, məhkəmə əsassız varlanma obyektini qaytarmaqla bağlı iddia müddətinin axımını müvafiq partiya malların təqdim edilərək ödənildiyi vaxtdan, yəni cavabdehin əsassız varlandığı vaxtdan hesablanması qənaətinə gəlmişdir. İddiaçı hazırkı iddianı 2021-ci il 30 sentyabr tarixində qaldırmaqla 2015-ci il - 2019-cu il 30 sentyabr tarixləri arası dövrdə cavabdeh tərəfindən əsassız əldə edilmiş pul vəsaitinin qaytarılması hissəsində iddia müddətini buraxmışdır.
21. İddia müddəti buraxılmadığı dövrə, yəni iddia qaldırılmamışdan 2 il əvvəlki dövrə (2019-cu il 1 oktyabr-2021-ci il 30 sentyabr) münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində 2020-ci ildə 2.546,9 ton Aİ-92 benzini, 57 ton Aİ-95 benzini, 1.235,7 ton dizel yanacağı - cəmi 3.839,6 ton neft məhsullarının alındığını iddia etmi ş, cavabdehin nümayəndəsi də məhkəmədə verdiyi izahatda 2020-ci ildə həmin çəkidə neft məhsulları satdığını təsdiq etmişdir. 22. 2019-cu ilin oktyabr-dekabr və 2021-ci ildən yanvar-sentyabr aylarında alınmış neft məhsullarının çəkisi ilə bağlı tərəflər arasında mübahisə olduğundan, məhkəmə həmin dövrdə satın alınmış neft məhsulların çəkisini iddiaçının təqdim etdiyi qaimələrə əsasən 2019-cu il oktyabr-dekabr ayları üzrə 1058,31 ton, 2021-ci il yanvar-sentyabr ayların üzrə 2494,61 ton olmasını müəyyən etmişdir. Beləliklə, 2019-cü il 1 oktyabr - 2021ci il 30 sentyabr tarixlərini əhatə edən dövrdə iddiaçı tərəfindən cəmi 7.392,52 (1.058,31+3.839,6+2.494,61) ton neft məhsulları alınmışdır.
23. Hər ton neft məhsuluna görə cavabdehin əsassız varlandığı məbləğlə bağlı isə qeyd edilməlidir ki, i ddiaçı həmin məbləği Tarif Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 2015-ci il 14 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq olunmuş “ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”nə əsasən müəyyənləşdirilmiş 1 ton neft məhsullarının təchizat tarifi ilə, yəni 15 manat məbləğində müəyyənləşdirilməli olduğunu iddia etmişdir. Göstərilən hallarla bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təchizat tarifinə neft bazasından pərakəndə satış yerlərinə daşınma xərcləri ilə yanaşı, neft məhsullarının neft boruları ilə neft bazalarına daşınması, neft bazalarında saxlanılması və digər xərclər də aid edilir. Odur ki, məhkəmə cavabdehin əsassız varlandığı məbləğin həmin tarif əsasında müəyyən edilməsini mümkün hesab etməmişdir.
24. Digər tərəfdən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” 2020-ci il 18 noyabr tarixli qərarından görünür ki, komissiya tərəfindən araşdırma aparılarkən cavabdeh satılmış yanacaq məhsullarının yanacaqdoldurma məntəqələrinə daşınmaması nəticəsində 1 ton yanacağın satışından əldə etdiyi əlavə gəlirin 3,40 manat təşkil etdiyini təsdiq etmişdir.
25. Odur ki, məhkəmə cavabdehin inzibati orqan tərəfindən aparılmış inzibati araşdırma zamanı Tarif Şurasının qərarını pozmaqla hər ton neft məhsullarından satışından əldə etdiyi əlavə gəlirin 3,40 ma nat məbləğində olmasını qəbul etdiyini, eləcə də 2019-cu il 1 oktyabr - 2021-ci il 30 sentyabr tarixləri arası dövrdə 7.392,52 ton neft məhsullarını satdığını nəzərə alaraq, cavabdehdə iddiaçının xeyrinə tutulacaq əsassız varlanma məbləğinin 25.134,6 manat (3,40 manat x 7.392,52 ton) müəyyən edilməsi qənaətinə gəlmişdir.
26. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” 2020-ci il 18 noyabr tarixli qərarı və Bakı İnzibati Məhkəməsinin qərarına əsasən, “Antiinhisar qanunvericiliyin pozulmasının aradan qaldırılması haqqında” 2020-ci il 25 noyabr tarixli göstərişinə (Bakı İnzibati Məhkəməsinin qərarı i lə ləğv edilməmiş hissəsinə) əsasən yol verilmiş pozuntuya görə 1.715.000 manat mənfəətin cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməsi olması və belə olan halda əsassız əldə olunmuş vəsaitinin ikinci dəfə cavabdehin xeyrinə tutulması üçün əsas olmaması barədə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, 1.715.000 manat mənfəətin dövlət büdcəsinə ödənilməsi cavabdehə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun tələblərinin pozulmasına görə inzibati orqan tərəfindən tətbiq edilən məsuliyyət tədbiri olmaqla, həmin tədbirin tətbiq edilməsi cavabdehi iddiaçı qarşısında yaranmış mülki xarakterli öhdəliyi icra etməkdən (əsassız varlanma obyektini qaytarmaq) azad etməmişdir.
27. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 372.2, 375.2, 439.4, 1091, 1092.1 və 1095-ci maddələrinə, Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
28. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunan hissəsində ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-321/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – R.Qurbanov və V.Baxışova).
30. Apellyasiya şikayətində Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 2004-cü il 1 noyabr tarixli 165 nömrəli qərarının “neft məhsullarının yeni qiymətlərinin tətbiqi ilə bağlı şərtlər” in 4-cü abzasında Dövlət Neft Şirkətinin istehsal olunmuş neft məhsullarını əlavədə verilmiş topdansatış qiymətlərindən təchizat xərclərini çıxmaqla satmasının göstərildiyi qeyd edilmiş, məhkəmə kollegiyası isə bu dəlilə münasibətdə şikayət Dövlət Neft Şirkəti tərəfindən verilmədiyindən və istinad olunan qərar cavabdehə şamil olunmadığından şikayətin bu dəlilini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin həmin normativ hüquqi aktı mübahisə predmetinə tətbiq etməməkdə haqlı olması qənaətinə gəlmişdir.
31. Kollegiya qeyd etmişdir ki, mülki qanunvericilik Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli “ölkədaxilində neft məhsullarının tariflərini n tənzimlənməsi barədə” 2 nömrəli qərarının hazırki hüquq münasibətinə tətbiqinə yol vermişdir.
32. Cavabdeh iddiaçıya yanacağın neft bazasından pərakəndə satış yerinə qədər daşınmasını həyata keçirmədiyindən, sonuncudan həmin daşınma xərclərinə görə ödənişin alması üçün hər hansı qanuni əsas və müqavilə əsası mövcud olmamışdır. Bununla bağlı qiymətlərin tərəflərin razılığı ilə bağlanmış müqavilədə müəyyənləşdirilməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya - alqı-satqı predmeti olan neft məhsullarının qiymətləri tənzimlənən mallara aid edildiyindən, tərəflərin həmin malların alqı-satqı qiymətlərini sərbəst surətdə müəyyən etməkdə haqlı olmaması qənaətinə gəlmişdir. Bununla yanaşı, məhkəməyə təqdim olunmuş alqı-satqı müqaviləsində alqısatqının predmeti olan neft məhsullarının q iymətlərinin müəyyən edilmədiyi, neft məhsullarının qiymətinin dövlət tərəfindən tənzimləndiyi və satış qiymətlərinin sıxlıq nəzərə alınmaqla tənzimlənən qiymətlərlə həyata keçiriləcəyi qeyd olunmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə qeyd edilənlər müqavilə əsası olmayan ödənişə görə cavabdehin əsassız olaraq varlandığını göstərmiş və birinci instansiya məhkəməsinin əsassız varlanma ilə bağlı normaları tətbiq etməsi qanuni olmuşdur.
33. Müqavilədə daşınma xərcinin alıcının vəsaiti hesabına həyata keçirilməsi şərti qanuna zidd şərt olmuş, belə şərtin hüquqi qüvvəsi olmadığına görə əsassız varlanma münasibətləri əmələ gəlmişdir.
34. İddiaçı həmin məbləği Tarif Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 2015-ci il 14 yanvar tarixli 2 nömrəli qərarı il ə təsdiq olunmuş “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”nə əsasən müəyyənləşdirilmiş 1 ton neft məhsullarının təchizat tarifi ilə, yəni 15 manat məbləğində müəyyənləşdirilməli olduğu iddia etmişdir. Göstərilən hallarla bağlı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, təchizat tarifinə neft bazasından pərakəndə satış yerlərinə daşınma xərcləri ilə yanaşı, neft məhsullarının neft boruları ilə neft bazalarına daşınması, neft bazalarından saxlanılması və digər xərclər də aid edilir. Odur ki, məhkəmə cavabdehin əsassız varlandığı məbləğin Tarif əsasında müəyyən edilməsini mümkün saymamışdır.
35. Bundan başqa, məhkəmə inzibati orqanın və inzibati məhkəmənin qərarlarına preyudisial olaraq əsaslanmamış, 2020-ci il 18 noyabr tarixli qərarda göstərilən cavabdehin Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova ünvanladığı 2019cu il 14 noyabr tarixli 06-13/510 saylı məktubunda müəyyən edilmiş neft terminalı bazalarından pərakəndə satış məntəqələrinə daşınacağı halda 1 ton yanacağın daşınması xərcinin 3,40 manat (ƏDV xaric) təşkil etməsinə istinad etmişdir.
36. Yol verilmiş pozuntuya görə 1.715.000 manat mənfəətin cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməsi olması və belə olan halda əsassız əldə olunmuş vəsaitin ikinci dəfə cavabdehin xeyrinə tutulması üçün əsas olmaması barədə iddiaya etirazda qeyd edilmiş və apellyasiya şikayətinin sonuncu dəlili ilə eynilik təşkil edən cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, 1.715.000 manat mənfəətin dövlət büdcəsinə ödən ilməsi cavabdehə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun tələblərinin pozulmasına görə inzibati orqan tərəfindən tətbiq edilən məsuliyyət tədbiri olmaqla həmin tədbirin tətbiq edilməsi cavabdehi iddiaçı qarşısında yaranmış mülki xarakterli öhdəliyi icra etməkdən (əsassız varlanma obyektini qaytarmaq) azad etməmişdir.
37. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 390.1, 390.2, 390.5, 398.1, 439.4, 1091, 1092.1 və 1095-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
38. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edi lməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. MM-in 390, 405.1, 421.1 və 423.2-ci maddələri üzrə - Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2 nömrəli Qərarının 2.5-ci bəndi tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləmir. Belə ki, qeyd edilən qərar istehsalçı H.Əliyev adına X2 ilə alıcı – cavabdeh arasında olan hüquq münasibətlərini tənzimləyir və cavabdeh tərəfindən alınmış neft məhsullarının cavabdehin neft baza sahələri və yanacaqdoldurma stansiyalarına çatdırılmasını ehtiva edir. Qeyd olunan məsələnin mühüm əhəmiyyət kəsb etməklə işin nəticəsinə bilavasitə təsir etməsinə baxmayaraq, apellyasiya şikayəti nin bu hissəsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir.
40. Cavabdehin nizamnaməsindən cəmiyyətin Azərbaycan Respublikası ərazisində neft məhsullarının alış-satışını həyata keçirən kommersiya fəaliyyəti ilə məşğul olması görünür və bu da cəmiyyətin neft məhsullarının istehsalçısı olmadığını ehtiva edir. Bu baxımdan, “neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir” dedikdə Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli qərarına əsasən neft məhsullarının istehsalçısı (H.Əliyev adına X2) tərəfindən cavabdehin yerləşdiyi ünvana çatdırılması nəzərdə tutulur.
41. İddiaçı ilə cavabdeh arasında müqavilə bağlanarkən tərəflə rin iradə ifadəsinə (müqavilə azadlığı) uyğun olaraq, neft məhsullarının alqı-satqısı zamanı qiymətlərin razılaşması və daşınma qaydasının müəyyən edilməsi qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
42. Kassator apellyasiya məhkəməsinin bu qərarın 30-cu bəndində göstərilən mövqeyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Neft məhsullarının qiymətlərinin Respublika daxilində tənzimlənməsi barədə” 2004-cü il 1 noyabr tarixli 165 nömrəli Qərarı və Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli qərarı ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədədir. Belə olan halda həmin qərarın tətbiq olunması üçün şikayətçinin Dövlət Neft Şirkəti olması zərurəti belə yoxdur. Cavabdeh qeyd edir ki, mövcud mübahisəyə məhkəmənin bildirdiyi k imi qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 noyabr tarixli 165 nömrəli Qərarının tətbiq olunması nəzərdə tutulmadığı təqdirdə Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli qərarı da tətbiq olunmamalıdır. Bu isə absurddur.
43. Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 noyabr tarixli 165 nömrəli Qərarı ilə ziddiyyət təşkil etmişdir. Halbuki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun normativ hüquqi aktlar və onların hüquqi qüvvəsini müəyyən edən 2.8-ci maddəsinin tələblərinə görə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə, Azərb aycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Bundan sonra Tarif Şurası 2022-ci il 26 iyul tarixli “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 4 nömrəli qərar qəbul edərək bu ziddiyyəti aradan qaldırılmışdır. 44. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun norma yaratma fəaliyyətinin əsas prinsiplərini müəyyən edən 8-ci maddəsinin məzmununa əsasən, norma yaratma fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 1-ci hissəsində göstərilən prinsiplərlə yanaşı aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu və normativ hüquqi aktların ziddiyyətsizliyi prinsipləri əsasında həyata keçirilməlidir. Qeyd edilən normalardan göründüyü kimi, müqavilə münasibətl ərini tənzimləyən hüquq norması üstün hüquqi qüvvəyə malik olduğundan, mövcud mübahisəyə həmin qanunun yəni MM-in tələbləri tətbiq edilir. Belə olan halda Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinin şərtləri hüquqi qüvvəyə malik olmamışdır. Yuxarıda göstərilən normaların ziddiyyəti və tətbiqi ilə bağlı kollegiya tərəfindən hüquqi mövqe bildirilməmişdir. Kollegiya işə səthi yanaşmış, maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, nəticə etibarı ilə də qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 9, 14.2, 77, 88 və 217-ci maddələri üzrə - Məhkəmə kollegiyası tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Belə ki, tərəflər mübahisənin məhkəmədən kənar h əll olunması məqsədilə təyin olunmuş məhkəmə iclasının təxirə salınması üçün ərizə ilə müraciət etsələr də, kollegiya tərəflərin bu müraciətini nəzərə almamış və tərəflərin iştirakını təmin etmədən işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Məhkəmə yuxarıda göstərilənləri yanlış qiymətləndirmiş, bu zaman MPM-in 88-ci maddəsinin tələblərinə zidd mövqe bildirmişdir.
46. Məhkəmə təqdim olunmuş sübutlara deyil, öz mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, tərəflər arasında hazırki mübahisə müqavilə öhdəliklərindən irəli gəlmişdir. Hazırkı vəziyyətədək tərəflər müqavilənin etibarsızlığı ilə bağlı mübahisə etmədiyindən müqavilə qüvvədədir və tərəflər üçün məcburi xarakter daşıyır. Bu isə mövcud mübahisə ilə bağlı məsələlərin işdə olan sübutlar əsasında mülki qanunvericiliyin tələ bi baxımından həll edilməli olmasını ehtiva edir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, kollegiya iş üçün əhəmiyyətli olan hallara qiymət verməmiş və onlara uyğun olan qanunun normalarını tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
48. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsəl ələrin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
50. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imper ativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (t ariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə
439. Pul öhdəliklərinin icrası... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olan ın tələbi ilə ona qaytarmalıdır....” “Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.”
51. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)- 321/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
53. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiyası məhkəmə aktını iddianın təmin edilən hissəsində yoxlamışdır. Hazırda kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılır. Yəni elə hazırki baxış predmeti üzrə yoxlama da iddianın təmin olunan hissəsilə bağlıdır.
54. Əvvəla, qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olunan hissədə qa nuni əsası müəyyən edilmiş və faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı dispozisiya şərtləri ilə uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.
55. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki qanunvericilik Tarif Şurasının 2015-ci il 14 yanvar tarixli “ölkədaxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2 nömrəli qərarının hazırki hüquq münasibətinə tətbiqinə yol vermişdir.
56. Apellyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, cavabdeh iddiaçıya yanacağın neft bazasından pərakəndə satış yerinə qədər daşınmasını həyata keçirmədiyindən, sonuncudan həmin daşınma xərclərinə görə ödənişin alması üçün hər hansı qanuni əsas və müqavilə əsa sı mövcud olmamışdır. Bununla bağlı “qiymətlərin tərəflərin razılığı ilə bağlanmış müqavilədə müəyyənləşdirilməsi barədə” cavabdehin dəlillərinə münasibətdə kollegiya ilk olaraq qeyd edir ki, alqı-satqı predmeti olan neft məhsullarının qiymətləri tənzimlənən mallara aid edildiyindən, tərəflərin həmin malların alqı-satqı qiymətlərini sərbəst surətdə müəyyən etməkdə haqlı olmaması qənaətinə gəlmişdir.
57. Belə ki, mülki qanunvericiliyin tələbinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, lakin müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir (bax yuxarıda § 50). Bundan başqa mülki qanunvericiliyin müqavilə hüququnun qiymətlərlə bağlı normasında müqavilənin icrası zamanı qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edildiyi təsbit olunmuşdur (bax yuxarıda § 50).
58. Bununla yanaşı, məhkəməyə təqdim olunmuş alqı-satqı müqaviləsində alqısatqının predmeti olan neft məhsullarının qiymətlərinin müəyyən edilmədiyi, neft məhsullarının qiymətinin dövlət tərəfindən tənzimləndiyi və satış qiymətlərinin sıxlıq nəzərə alınmaqla tənzimlənən qiymətlərlə həyata keçiriləcəyi qeyd olunmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə qeyd edilənlər müqavilə əsası olmayan ödənişə görə cavabdehin əsassız olaraq varlandığını göstərmiş və məhkəmənin əsassız varlanma ilə bağlı normaları tətbiq etməsi qanuni olmuşdur. Müqavilədə daşınma xərcinin alıcının vəsaiti hesabına həyata keçirilməsi şərti qanuna zidd şərt olmuş, belə şərtin hüquqi qüvvəsi olmadığına görə əsassız varlanma münasibətləri əmələ gəlmişdir.
59. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin tələbinə görə, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edən şəxs əsassız varlanan şəxs sayılır və əsassız varlanma bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsas olmadıqda baş verir, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (bax yuxarıda § 50).
60. Bundan başqa, kassatorun “mübahisənin məhkəmədən kənar həll olunması məqsədilə təyin olunmuş məhkəmə iclasının təxirə salınmasını tərəflərin apellyasiya məhkəməsindən xahiş etmələrinə baxmayaraq, bu xahişinin təmin olunmaması” ilə bağlı dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunanlara görə, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş və tərəflər 2024-cü il 7 mart tarixli məhkəmə iclasında iştirak etmişdir. Yekun məhkəmə aktının qəbul edilməsindən isə cəmi bir gün öncə məhkəməyə təqdim edilmiş tərəflərin yuxarıda qeyd olunan məzmunlu müraciətini isə apellyasiya məhkəməsi təmin etməməkdə hər hansı hüquq pozuntusuna yol verməmişdir. Belə ki, həmin ərizəyə mübahisənin məhkəmədən kənar həll olunması istiqamətində bunu təsdiqləyəcək hər hansı sübut əlavə olunmamışdır. Belə olan halda, məhkəmənin əks mövqeyi iş üzrə icraatın əsassız uzadılmasına səbəb ola bilərdi.
61. Digər tərəfdən, mülki prosessual qanunvericiliyə görə, işdə iştirak edən şəxslərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdən sonra onların iştirakı olmadıqda işin təxirə salınıb-salınmaması məhkəmənin vəzifəsi kimi deyil, hüququ kimi müəyyən edilmişdir (bax yuxarıda § 51). Belə ki, apellyasiya məhkəməsi işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Hazırki iş üzrə də apellyasiya məhkəməsi hər hansı üzürlü halın olmaması qənaətinə gələrək işə baxılmasını davam etdirmiş, bununla da hər hansı hüquq pozuntusuna yol verməmişdir.
62. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin bildirdiyi hallar öz təsdiqini tapmadığından, həmin halların mövcudluğunu təsdiq edəcək mötəbər sübut lar aşağı instansiya məhkəmələrinə təqdim olunmadığından, irəli sürülmüş iddia tələbinin isə təmin olunan hissədə qanuni əsası müəyyən edildiyindən, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı dispozisiya şərtləri ilə uzlaşdığından, apellyasiya məhkəməsi iddianın mübahisəli hissədə əsaslı olması qənaətinə gəlməkdə haqlı olmuşdur.
63. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz ox şar fakt ehtimallarından irəli gələ bilər.
27. Bundan başqa, kassasiya şikayətinin bir sıra dəlilləri əvvəlki məhkəmə instansiyalarında bildirilmiş, lakin dəlildə qeydə olunan xüsusatlar işə baxan məhkəmələr tərəfindən təsdiqedici sənədlər əsasında müəyyən olunmamışdır. Kassator isə bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq pozuntularına yol verildiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
28. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüqu q normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-321/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-321/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.