Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-462/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, elektron qaimələrin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliri və məruzəsi ilə, hakimlər X4 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli, 2-2(103)-256/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2018-ci il 3 sentyabr tarixli müqaviləyə əsasən satıcı - Cavabdeh QSC alıcı - İddiaçı sifariş etdiyi tütün məmulatları ilə təmin etməyi, sonuncu tərəfindən malların dəyəri ödənildikdən sonra 10 gün ərzində çatıdırlmasını öhdəsinə götürmüşdür. Müqavilə üzrə İddiaçı Cavabdeh QSC tərəfindən elektron qaimələr göndərilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X8 üzrə Baş İdarəsinin 2019-cu il 7 oktyabr tarixli arayışından görünür ki, İddiaçı vergi ödəyicisi kimi fəaliyyəti 02 avqust 2016-cı il tarixdən 2021-ci il 2 avqust tarixədək dayandırılmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 5 may tarixli, e-2-2(113)-920/2020 saylı qətnaməsi ilə İddiaçı 2020-ci il 19 fevral tarix ə dövlət büdcəsinə olan 14.125,84 manat vergi borcuna görə ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh QSC-yə qarşı (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci il 3 sentyabr tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında iddiaçıya ********* saylı VÖEN-ə, 2018-ci il 4 sentyabr tarixdən 2019-cu il 12 mart tarixədək olan dövr üzrə 30.851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə elektron qaimələrin geri qaytanlması vəzifəsinin Cavabdeh QSC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 2018-ci il 4 sen tyabr tarixdən 2019-cu il 12 mart tarixədək olan dövr üzrə 30.851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlannın təqdim edilməsi barədə iddiaçıya məxsus VÖEN-ə elektron qaimələr göndərilmişdir. 2016-cı il 2 avqust tarixdən iddiaçı sahibkarlıq fəaliyyətini dayandırdığından ona məxsus ********** saylı VÖEN-nin fəaliyyəti dayandırılmışdır. Ona məxsus ********** saylı VÖEN-ə qanunsuz olaraq göndərilmiş elektron qaimələrin nəticəsində iddiaçının vergi borcu yaranmışdır. Həmin borcdan iddiaçının məlumatı yoxdur, qaimələrdə qeyd edilmiş müxtəlif markalı tütün məmulatları ona təqdim edilməmiş və onun tərəfimdən həmin mallar pərakəndə satılması üçün alınmamışdır. İddiaçı fiziki şəxs kimi 2016-cı il tarixdən sahibkarlıq fəaliyyətini dayandırmış, həmin elektron qaimələr qanunsuz olaraq göndər ilmiş və həmin qaimələrə dair göstərilən tütün məmulatları tərəfindən qəbul edilməmişdir. Cavabdeh 2018-ci il 3 sentyabr tarixli müqavilə tərtib edərək iddiaçıya məxsus olmayan imza ilə hazırlanmış müqaviləni Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə təqdim etmiş və onun əsasında iddiaçıya məxsus VÖEN-ə 2018-ci il 4 sentyabr tarixdən 2019-cu il 12 mart tarixədək olan dövr üzrə 30.851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə elektron qaimələr təqdim etmişdir. Bakı İnzibati Məhkəməsində yaranmış vergi borcunun silinməsinə dair işə baxılarkən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi məhkəməyə ərizə təqdim edərək ona məxsus ********* s aylı VÖEN-ə 2018-ci il 4 sentyabr tarixdən 2019-cu il 12 mart tarixədək olan dövr üzrə 30.851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlannın təqdim edilməsi barədə elektron qaimələrin göndərilməsinə əsas olmuş cavabdeh tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsinə istinad edilmişdir. Lakin, həmin müqavilə onun tərəfindən imzalanmamış və cavabdeh imzanı saxtalaşdıraraq müqavilə hazırlamışdır. Buna görə də həmin müqavilə etibarsız hesab olunmalıdır.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 17.1, 19-cu, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 94.0.1, 94.0.2-ci, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12.1, 12.4, 13.2-ci maddələrinə istinad olunmuşdur.
7. Cavabd eh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, vergi qanunvericiliyinin göstərişlərinə əsasən, iddiaçıya cavabdeh tərəfindən elektron qaimələrin göndərilməsi vergi öhdəliyini yalnız cavabdehin üzərində yaradır. İddiaçının üzərində yaranmiş olan vergi öhdəliyi isə qeyd olunan müddət ərzində sahibkarlıq fəaliyyətini müəyyən müddətdə dayandırmasına baxmayaraq faktiki olaraq həyata keçirmiş olduğu sahibkarliq fəaliyyəti və bu fəaliyyət nəticəsində əldə etmiş olduğu gəlirdir. İddiaçı üzərində vergi öhdəliyini onun gəliri yaratmışdır, e-qaimə isə ona münasibətdə yalnız xərc sənədi ola bilər. Belə ki, cavabdeh qanunsuz elektron qaimə göndərməkdə heç bir mənfəət güdə bilməz va bu cür hərəkət etməkdə onun aşkarcasına heç bir marağı yoxdur. Cavabdeh elektron qaimə göndərməklə öz üzər inə vergi öhdəliyi götürmüş və bununla qanunvericiliyin tələblərinə asasən nəzərdə tutulan vergini ödəmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 mart tarixli, e-2-2(113)-819/2022 saylı qərardadı ilə iş üzrə icraata, “2018-ci il 4 sentyabr tarixdən 2019-cu il 12 mart tarixədək olan dövr üzrə 30.851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə elektron qaimələrin geri qaytanlması vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində xitam verilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 4 avqust tarixli, e-2-2(113)-819/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 sentyabr 2022-ci il tarixli, 4/1259 saylı rəyində qeyd olunmuşdur ki, 2018-ci il 3 sentyabr tarixli müqavilədə “Alıcı” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 17 noyabr tarixli, 2-2(113)-819/2022 nömrəli qətnaməsi ilə 2018-ci il 3 sentyabr tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmişdir (hakim – F.Qasımov).
11. Məhkəmə iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ekspert rəyinə əsasən 2018-ci il 3 sentyabr tarixli müqavilənin İddiaçı tərəfindən imzalanmadığı müəyyən edildiyindən həmin əqdin bağlanmasında onun iradə ifadəsi mövcud olmadığına görə müqavilə etibarsız hesab olunmalıdır.
12. Bakı İnzibati Məhkəməsinə yaranmış vergi borcunun silinməsinə dair işə baxılarkən Azərbaycan Respublikası Vergilər Nazir liyinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi məhkəməyə ərizə təqdim edərək iddiaçıya məxsus ********* saylı VÖEN-ə 2018-ci il 4 sentyabr tarixdən 2019-cu il 12 mart tarixədək olan dövr üzrə 30.851,4 manat dəyərində müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə elektron qaimələrin göndərilməsinə əsas olmuş cavabdeh tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsinə istinad etmiş və bu müqavilənin mövcud olması iddiaçıya həmin vaxt məlum olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə bu xüsusatın əksini, yəni, iddiaçının həmin vaxtdan əvvəl müqavilə barədə məlumatı olmasını təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə cavabdehin iddia müddətin ötürülməsi ilə bağlı etirazının əsassız olması nəticəsinə gəlmişdir.
13. Gəldiyi nəticəni məhkəmə MM-in 324, 337, 389.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli”, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.
14. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli, 2-2(103)-256/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instan siya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur (sədrlik edən və məruzəçi – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
16. Məhkəmə kollegiyası bildirmişdir ki, işə birinci instansiya qaydasında baxılarkən iddiaçının mobil telefon nömrəsindən ekspeditora şifahi sifariş verilib verilmədiyini təsdiq etmək üçün “Bakcell” və "xxxx" MMC-yə sorğular vermiş, həmin sorğulara cavab verilmədiyindən işə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsinin sübutların təmin edilməsi barədə vəsatəti əsasında müvafiq sorğular göndərilmiş, sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş izahlı qaimə hesabatına əsasən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 055“211**10 telefon nömrəsindən 050320**06 telefon nömrəsinə (“cavabdehin adminsratoru X3 (bun dan sonra – “F.Məmmədzadə”) məxsus) 2018-ci il 14 sentyabr və 2018-ci il 25 sentyabr tarixdə zəng daxil olmuşdur.
17. Cavabdehin nümayəndəsinin vəsatətinə əsasən F.Məmmədzadə şahid qismində dindirilmiş, ifadəsində 2018-ci ildən cavabdeh müəssisədə işlədiyini, iddiaçını Cavanşir küçəsində yerləşən “24 saat market” mağazasının sahibi kimi tanıdığını bildirmişdir. Cavabdeh tərəfindən göndərilmiş mallar iddiaçının özünə və ya işçilərinə rəhvil verilmiş, ödəniş nağd olmuş, ödənişlə bağlı qarşı tərəfə qəbz verilmişdir. Müqavilələr iki nüsxədə tərtib olunmuş, imza üçün qarşı tərəfə təqdim edilmişdir. Müqavilənin kim tərəfindən imzalandığı barədə məlumatının olmadığını, iddiaçının ona sifarişlə bağlı 2018-ci ildə zənglər etdiyini bildirmişdir.
18. İddiaçı şahidin ifadəsindən sonra məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən mağazada X1 etibarnaməsi əsasında mühasibatlıq xidməti göstərmiş, mağazaya gələn mallar üzrə qəbul və satış işləri X2 tərəfindən həyata keçirilmişdir. Mağazaya malların gətirilməsi ilə bağlı istifadəsində olan mobil telefondan zəng oluna bilər, çünki o mağazada mühasibatlıq işləri aparmışdır. Vergi hesabatları üzrə aparılmış mallardan tütün məmulatlarının hesabatı verilmişdir. Şəxsi mobil telefonundan hər hansı zənglərin olması müqavilə bağlanmasına səbəb ola bilməz. Obyekt fərdi sahibkar kimi X1 adına olduğundan obyektdə bir neçə şəxs tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilə bilməzdi. Cavabdeh onun imzasını saxtalaşdırmışdır.
19. Məhkəmə kollegiyasi şahidin ifadəsi və "xxxx" MMC-dən daxil olmuş məlumata əsasən müəyyə n etmişdir ki, 2018-ci il 3 sentyabr tarixli alqı-satqı müqaviləsi iddiaçı tərəfindən imzalanmasa da iddiaçı MM-nin 357-ci maddəsinə əsasən həmin müqaviləni bəyənərək sonradan cavabdehə mallarla bağlı telefon vasitəsi ilə sifarişlər verdiyindən, ona elektron qaydada göndərilmiş qaimələrə etiraz bildirmədiyindən mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi barədə tələb təmin edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən nəzərə almışdır ki, iddiaçının özünün verdiyi məlumata əsasən malların çatdırıldığı mağazada etibarnamə əsasında fəaliyyət göstərmiş, onun mobil telefonundan ekspeditora sifarişlər verilməsinin mümkünlüyünü inkar etməmişdir. Mühasibatlıq xidmətləri göstərdiyni iddia etdiyindən məhkəmə iddiaçıya ödəniş üçün göndərilmiş elektron qaimələr barədə 2018-ci ildə hər hansı mə lumatı olmadığını inandırıcı hesab etmir. İddiaçı şahid F.Məmmədzadənin ifadəsinə etiraz etməmiş, cavabdehin ekspeditoruna onun telefonundan mal sifariş verilməsi üçün zəng vurulduğunu inkar etməmiş, bunun onun özü tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyini bildirmişdir ki, bu da inandırıcı hesab edilməmişdir.
20. Bundan əlavə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 2019-cu il 26 avqust tarixli, EAAY 972968 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə (sahibkarlıq fəaliyyətini dayandırdığı dövrdə) “X6 Exsports B.V” şirkətinin Azərbaycan nümayəndəliyinə 450 manat dəyərində marketinq xidmətinin göstərilməsi ilə bağlı elektron qaimə göndərilmişdir. İddiaçı sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırdığı dövrdə digər hüquqi şəxsə xidmətlə bağl ı elekron qaimənin göndərilməsinə məntiqli izah verə bilməmişdir.
21. Azərbaycan Respublikası Vergilər Nazirliyinin iddiaçıya ünvanlanmış “Müddət axımının dayandırılması barədə” məktubunda qeyd edilənlərə əsasən, iddiaçıya 2018-ci il 6 sentyabr tarixdən 2019-cu il 21 fevral tarixədək 5 ayrı şirkət tərəfindən tütün məmulatlarının təqdim edilməsi ilə bağlı elektron qaimələr göndərilmiş, hətta hesabından "xxxx" MMC-nin təqdim etdiyi elektron qaimə üzrə ödəniş edilmişdir. Bütün bu şirkətlərin iddiaçının məlumatı və iradə ifadəsi olmadan ona malların təqdim edilməsi barədə əsassız elektron qaimələr göndərdiyi ağlabatan və məntiqli mülahizə hesab edilə bilməz. İşdəki sübutlarla təsdiq edilmişdir ki, iddiaçının 2016-cı il 2 avqust tarixdən 2021-ci il 2 avqust tarixədək hər hansı sahibkarlıq fəa liyyəti ilə məşğul olmadığına dair iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun olmamışdır.
22. İddiaçı tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş sənədlər (əmək kitabçasının surəti, sosial arayış, digər vergi ödəyicisi barədə sənədlər və s) MPMnin 80-ci maddəsinin tələbinə əsasən işin hər hansı halını müəyyən etmədiyi üçün sübut kimi nəzərə alınmamışdır.
23. Gəldiyi nəticəni məhkəmə kollegiyası MM-in 324, 389.1, 357-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.3, 78.1, 78.2, 80ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Qətnamə 2023-cü il 12 may tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, iddiaçı həmin qətnamədən 2023-cü il 5 iyul tarixdə kassasiya şikayəti verərək onun ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 25.MPM-in 386-cı maddəsi üzrə - apellyasiya məhkəməsi tərəfindən işin faktiki olan halları müəyyən edilmədən düzgün nəticəyə gəlməmişdir. Belə ki, təqdim edilən və əldə edilən sənədlərdən də göründüyü kimi iddiaçının həmin dovr üçün ticarət obyekti və elektron qaimələrin qəbul edilməsi barədə rəsmi sənəd olmamışdır (təhvil-təslim aktı, qaimə və s.). İddiaçının 2016-cı il tarixinədək olan VÖEN-i fəaliyyətsiz olmuş, cababdehin təqdim etdiyi müqavilədə olan imzaların iddiaçıya məxsus olmaması barədə xətşunaşlıq ekspertizasının rəyi (2022-ci il 26 sentyabr tarixli) mövcud olsa da məhkəmə tə rəfindən bu faktlara qiymət verilməyərək apellyasiya şikayəti təmin, iddia tələbi rədd edilmişdir.
26. MPM-in 387-ci maddəsi üzrə - Məhkəmə ümumiyyətlə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamışdır, iş üzrə maraqlı şəxs olan Vergilər Departamentinin əməkdaşları dəvət edilməmiş, araşdırmalara cəlb olunmamışdır. Məhkəmə tərəfindən şikayət araşdırılarkən tərəf olaraq iddiaçının prossesual hüquqları pozulmuş, vəsatətlərinə münasibət bildirilməmiş və təmin edilməmişdir.
27. MPM-in 390-cı maddəsi üzrə - Məhkəmə müəyyən edilmiş faktlardan (ekspertiza, təqdim edilən rəsmi arayışlar və s.), iddiaçının cavabdehlə qarşılıqlı münasibətlərimin olmamasından agah olsa da gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, bir-iki dəfə telefon əlaqəsinin olması mövcud tica rət münasibətinin olması nəticəsinə gəlməyə əsas ola bilməzdi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin əməkdaşı F.Məmmədzadəyə zənglər edilmiş, sonuncu məhkəmədə şahid qismində verdiyi ifadəsində iddiaçı tərəfindən ona zəng edilərək tütün məhsullarının sifariş olunduğunu bildirmişdir. Bu fakt, iddiaçının cavabdehlə müqavilə münasibətlərində olduğunu və tütün məhsulları sifariş verərək onları aldığını sübut edir.
29. Cavabdeh tərəfindən göndərilmiş qaimə-fakturaların tarixlərinə nəzər saldıqda bu qaimələrin müxtəlif tarixlərdə və müxtəlif məbləğlərlə əlaqədar göndərildiyi məlum olmuşdur. Bu da təsdiq edir ki, hər dəfə məhsul alışı üçün ayrıca qaimə-faktura tərtib edilmişdir.
30. İddiaçının müqavilənin bağlanması barədə ən gec vergi borcu ilə bağlı vergi orqanına müraciət etdiyi və vergi orqanı tərəfindən ona borcunun əsası barədə məlumatın verildiyi 2019-cu il 25 dekabr tarixdən məlumatı olmuş, lakin müqavilənin etibarsızlığı ilə əlaqədar 2 il sonra iddia qaldırmışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunil iyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Maddə
357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şə xsin razılaşması müqavilə sayılır....”
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 12 aprel 2004-cü il tarixli qərarında göstərilmişdir: “... hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.... müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir....”
36. Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli qərarında göstərilmişdir: “... Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Hə min müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur....”
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə b axışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
38. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli, 2-2(103)-256/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
39. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları müəyyən edilmədən düzgün nəticəyə gəlinməmiş, məhkəmə ümumiyyətlə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış, iş üzrə maraqlı şəxs olan Vergilər Departamentinin əməkdaşları dəvət edilməmiş, araşdırmalara cəlb olunmamışdır.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi), kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir (MPM 407.2.). 41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
42. Bununla belə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, 2018-ci il 3 sentyabr tarixli alqı-satqı müqaviləsi iddiaçı tərəfindən imzalanmasa da iddiaçı MM-in 357-ci maddəsinə əsasən həmin müqaviləni bəyənərək sonradan cavabdehə mallarla bağlı telefon vasitəsi ilə sifarişlər vermiş, ona elektron qaydada göndərilmiş qaimələrə etiraz bildirməmişdir. Bununla yanaşı, iddiaçı ona "xxxx" MMC tərəfindən göndərilmiş elektron qaimə üzrə ödəniş belə etmişdir. Beləliklə, iddiaçının həmin dövrdə sahibkarlıq fəaliyyəti göstərmədiyinə dair dəlilləri əsaslı olmamış, cavabdehlə aralarında alqı-satqı münasibətləri onun ir adə ifadəsinə uyğun olaraq yaranmış və iddiaçı tərəfindən cavabdehə müvafiq sifarişlər edilmişdir.
43. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə səbəb ola biləcək prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
44. Beləliklə, apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət verib düzgün nəticəyə gə ldiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli, 2-2(103)- 256/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
45. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli, 2-2(103)-256/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.