Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-321/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “müqavilə şərtlərinin düzgün müəyyən edilməməsi nəticəsində sərf edilmiş pul vəsaitinin tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, e-2-2(113)-32/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı müqavilə şərtlərinin düzgün müəyyən edilməməsi nəticəsində sərf edilmiş pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən onun xeyrinə 345.981 manat məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun və mediasiyanın keçirilməsi üçün ödədiyi 400 manat məbləğində mediasiya xərcinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, e-2-2(113)-32/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" QSC-dən 25.134,60 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 30 və dövlət rüsumunun əvəzi olaraq 3 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia verilərkən ********* saylı qəbzə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-32/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsinin təmin olunan hissədə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 14 yanvar 2015-ci il tarixli 02 nömrəli qərarına əsasən “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmiş və həmin qərarda qərarla təsdiq edilmiş topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı olan bütün xərclər daxil edildiyi xüsusi qeyd edilmişdir. Buna baxmayaraq tərəflər arasında 2015-2021-ci illərdə bağlanmış alqısatqı müqavilələrinə əsasən X3 daşınması öhdəliyi alıcı İddiaçı aid edilmiş və həmin müqavilələrə əsasən alınmış yanacağın dəyəri alıcı tərəfindən daşınma xərclərinin də daxil olduğu qiymətlərlə ödənilmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2004-cü il tarixli 165 nömrəli Qərarı rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2004-cü il tarixli 165 nömrəli Qərarının “neft məhsullarının yeni qiymətlərinin tətbiqi ilə bağlı şərtlər” in 4-cü abzasında göstərilir ki, Dövlət Neft Şirkəti istehsal olunmuş neft məhsullarını əlavədə verilmiş topdansatış qiymətlərindən təchizat xərclərini çıxmaqla satır. Buradan aydın olur ki, neft məhsulları satılarkən təchizat xərclərini çıxmaqla satış həyata keçirilir. İkincisi, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2 nömrəli Qərarının 2.5-ci bəndində göstərilmişdir ki, topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Hesab edirik ki, bu norma tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləmir. Belə ki, yuxarıda adı çəkilən qərar istehsalçı-H.Əliyev adına X6 ilə alıcı-"xxxx" QSC arasında olan hüquq münasibətlərini tənzimləyir. O baxımdan ki, "xxxx" QSC tərəfindən alınmış neft məhsulları "xxxx" QSC-nin neft baza sahələri və yanacaqdoldurma stansıyalarına çatdırılmasını ehtiva edir. Üçüncüsü, tərəflər arasında yaranmış hüquq münasibətlərini xüsusi norma olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsi tənzimləyir. Belə ki, müqavilə hüquq münasibətlərinə girən tərəflər sərbəst iradə ifadəsi və bərabərlik prinsiplərinə sahib olmaqla və müqavilə maraqları qorunmaqla mülki dövriyyənin azadlığını təmin edirlər. AR Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Qanunun bu normasına görə tərəflər qanuna zidd olmayan istəlinən müqavilə bağlaya bilər. Tərəflər bu normaya əsasən neft məhsullarının (nəqliyyat vasitələrinin yanacağının) satışi ilə bağlı müqavilələr bağlanmışdır. Bağlanmış bütün müqavilələrdə, o cümlədən 01 yanvar 2018-ci il tarixində bağlanmış müqavilənin 3.1-ci bəndində müəyyən edildiyi kimi, alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən X3 öz nəqliyyat vasitələri və vəsaiti hesabına daşımalıdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilə onda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq dəyişdirilmir. Göründüyü kimi tərəflər müqavilə münasibətlərində olmaqla qarşılıqlı olaraq şərtləri özləri sərbəst müyyən etmişlər. Həmin müqavilələrin bağlanması və ondan sonra iddiaçı tərəfindən müqavilənin müddəalarına hər hansı əlavə və ya dəyişiklik təklifi edilməmişdir. Belə olan halda hesab edirik ki, hazırki mülki hüquq münasibətlərinə əsassız varlanma tətbiq edilə bilməz. Çünki ki, tərəflər arasında müqavilə əsası olmuşdur. Hesab edirik ki, heç bir halda İddiaçı Cəmiyyətdən ötən dövrlə bağlı öz razılığı ilə daşıdığı neft məhsullarına görə daşıma xərcinə çəkdiyi vəsaiti tələb etməsi və məhkəmə qətnaməsi ilə təmin edilməsi qanunsuz və əsassızdır. Dördüncüsü, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli qərarı və Bakı İnzibati Məhkəməsinin qərarına əsasən, “Antiinhisar qanunvericiliyin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2020-ci il tarixli göstərişinə (Bakı İnzibati Məhkəməsinin qərarı ilə ləğv edilməmiş hissəsinə) əsasən yol verilmiş pozuntuya görə 1.715.000 manat mənfəətin cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməsi olması və belə olan halda əsassız əldə edilmiş vəsaitinin ikinci dəfə cavabdehin xeyrinə tutulması üçün əsas olmaması barədə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, 1.715.000 manat mənfəətin dövlət büdcəsinə ödənilməsi cavabdehə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun tələblərinin pozulmasına görə inzibati orqan tərəfindən tətbiq edilən məsuliyyət tədbiri olmaqla həmin tədbirin tətbiq edilməsi cavabdehi iddiaçı qarşısında yaranmış mülki xarakterli öhdəliyi icra etməkdən (əsassız varlanma obyektini qaytarmaq) azad etmir. Bununla bağlı qeyd edirik ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli qərarı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-205/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ümumiyyətlə iş üzrə iddiaçı ilə əlaqəli deyildir. Belə ki, hər iki qərara diqqət olunduqda görünür ki, həmin qəraraların qəbul edilməsində iddiaçı ilə cavabdeh arasında olan müqavilələrdən irəli gələn münasibətlərə aid edilməmişdir. Yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli qərarında qeyd edilən məbləğin 27.412.962 manat pul vəsaitinin cəmisi 6,3 % yəni 1.715.000 manatı tutulmuşdur. AR Vergi Məcəlləsinin 3.5.-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Qanunun bu mənasına görə və qeyd edilən məhkəmə qərarına əsasən hüquqi və ya fiziki şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) (məhkəmə qərarına əsasən 1.715.000 manatdan) bir dəfədən artıq (məhkəmə qətnaməsində qeyd olunan 25.134,60 manat məbləği) ödəməyə məcbur edilə bilməz, yəni iddia təmin edilə bilməzdi. Ona görə də hesab edir ki, iddia tələbi təmin olunan hissədə ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
4. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
5. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
6. Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
7. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
8. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
9. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
10. Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.
11. Mülki Prosessual Məcəllənin 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır.
12. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
15. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən 2015- 2021-ci illərdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Ai-95 benzini, Ai-92 benzini və dizel yanacağı satılmışdır. İddiaçı “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 02 nömrəli qərarına əsasən neft məhsullarının topdansatış tariflərinə həmin məhsulların ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı olan bütün xərclər daxil edildiyi halda "xxxx" QSC ilə bağlanmış müqavilələrdə alınmış neft məhsullarının pərakəndə satış yerinə daşınması öhdəliyinin ona aid edildiyini, nəticədə 2015-2021 illər dövr ərzində neft məhsullarının daşınmasını özü həyata keçirdiyi halda həmin daşınmanın dəyəri olan bir ton neft məhsullarına görə 15 manat olmaqla 23065,4 ton neft məhsullarına görə 345.981 manat məbləğində vəsaiti "xxxx" QSC-yə ödədiyini əsas göstərərək həmin məbləğin qaytarılmasını tələb etmişdir.
16. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 14 yanvar 2015-ci il tarixli 02 nömrəli qərarına əsasən “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmiş və həmin qərarda qərarla təsdiq edilmiş topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı olan bütün xərclər daxil edildiyi xüsusi qeyd edilmişdir. Buna baxmayaraq tərəflər arasında 2015-2021-ci illərdə bağlanmış alqısatqı müqavilələrinə əsasən X3 daşınması öhdəliyi alıcı İddiaçı aid edilmiş və həmin müqavilələrə əsasən alınmış yanacağın dəyəri alıcı tərəfindən daşınma xərclərinin də daxil olduğu qiymətlərlə ödənilmişdir.
17. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2004-cü il tarixli 165 nömrəli qərarının “neft məhsullarının yeni qiymətlərinin tətbiqi ilə bağlı şərtlər” in 4-cü abzasında göstərilir ki, Dövlət Neft Şirkəti istehsal olunmuş neft məhsullarını Əlavədə verilmiş topdansatış qiymətlərindən təchizat xərclərini çıxmaqla satır. X5 Şirkəti vermədiyindən və bu qərar cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə şamil edilmədiyindən apellatorun müvafiq dəlili əsassızdır və məhkəmə haqlı olaraq həmin normativ hüquqi aktı mübahisə predmetinə tətbiq etməmişdir.
18. Cavabdehin mövqeyinə görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli “Ölkədaxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2 nömrəli qərarı hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinə şamil edilə bilməz. Çünki onların münasibətləri mülki xarakterli olduğundan xüsusi norma olaraq Mülki Məcəllənin normaları tətbiq edilir.
19. Bu dəlil ona görə əsassızdır ki, Mülki Məcəllənin 398.1-ci maddəsinin tələbinə əsasən müqavilənin qiyməti yalnız tərəflərin razılaşdırılması ilə müəyyən edilmir, qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Göründüyü kimi, mülki qanunvericilik Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli “Ölkədaxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2 nömrəli qərarının hazırki hüquq münasibətinə tətbiqinə yol vermişdir.
20. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi hazırkı halda cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı yanacağın Neft Bazasından pərakəndə satış yerinə qədər daşınmasını həyata keçirmədiyindən QSC-nin İddiaçı həmin daşınma xərclərinə görə ödəniş alması üçün hər hansı qanuni əsas və müqavilə əsası mövcud olmamışdır. Bununla bağlı qiymətlərin tərəflərin razılığı ilə bağlanmış müqavilədə müəyyənləşdirilməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, birincisi, alqı-satqı predmeti olan neft məhsulları qiymətlərini tənzimlənən mallara aid edildiyindən tərəflər həmin malların alqı-satqı qiymətlərini sərbəst surətdə müəyyən etməkdə haqlı olmamışlar. İkincisi, hazırkı halda məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsində alqı-satqının predmeti olan neft məhsullarının qiymətləri müəyyən edilməmiş, neft məhsullarının qiymətinin dövlət tərəfindən tənzimləndiyi və satış qiymətlərinin sıxlıq nəzərə alınmaqla tənzimlənən qiymətlərlə həyata keçiriləcəyi qeyd edilmişdir. Qeyd edilənlər onu göstərir ki, müqavilə əsası olmayan ödənişə görə cavabdeh əsassız olaraq varlanmışdır. Ona görə məhkəmənin əsassız varlanma ilə bağlı normaları tətbiq etməsi qanuni olmuşdur.
21. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı).
22. Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada MM-in əqdlərin etibarsızlığına dair 339-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip MM-in 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur.
23. MM-in 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Kollegiya hesab edir ki, müqavilədə daşınma xərcinin alıcının vəsaiti hesabına həyata keçirilməsi şərti qanuna zidd şərt olmuşdur. Belə şərtin hüquqi qüvvəsi olmadığına görə əsassız varlanma münasibətləri əmələ gəlmişdir.
24. Apellyasiya şikayətinin növbəti dəlillərindən biri ondan ibarətdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli qərarı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 205/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ümumiyyətlə iş üzrə iddiaçı ilə əlaqəli deyildir. Belə ki, hər iki qərara diqqət olunduqda görünür ki, həmin qərarların qəbul edilməsində iddiaçı ilə cavabdeh arasında olan müqavilələrdən irəli gələn münasibətlərə aid edilməmişdir.
25. Bu dəlilin əsassızlığı ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı həmin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 14 yanvar 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”nə əsasən müəyyənləşdirilmiş 1 ton neft məhsullarının təchizat tarifi ilə, yəni 15 manat məbləğində müəyyənləşdirilməli olduğu iddia edir. Göstərilən hallarla bağlı məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, təchizat tarifinə neft bazasından pərakəndə satış yerlərinə daşınma xərcləri ilə yanaşı, neft məhsullarının neft boruları ilə neft bazalarına daşınması, neft bazalarından saxlanılması və digər xərclər də aid edilir. Odur ki, məhkəmə cavabdehin əsassız varlandığı məbləği həmin tarif əsasında müəyyən edilməsini mümkün saymamışdır. Digər tərəfdən iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli qərarından görünür ki, komissiya tərəfindən araşdırma aparılarkən "xxxx" QSC satılmış yanacaq məhsullarının yanacaqdoldurma məntəqələrinə daşınmaması nəticəsində 1 ton yanacağın satışından əldə etdiyi əlavə gəlirin 3,40 manat təşkil etdiyini təsdiq etmişdir.
26. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli qərarından görünür ki, "xxxx" QSC-nin Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova ünvanladığı xx.xx.2019-cu il tarixli 06-13/510 saylı məktubunda avtosisterinlərlə yanacağın X2 pərakəndə satış məntəqələrinə daşınacağı halda 1 ton yanacağın daşınması xərcinin 3,40 manat (ƏDV xaric) təşkil etdiyi bildirilmişdir.
27. Qeyd edilənlərdən göründüyü kimi, məhkəmə inzibati orqanın və inzibati məhkəmənin qərarlarına preyudisial olaraq əsaslanmamış, xx.xx.2020-ci il tarixli qərarda göstərilən "xxxx" QSC-nin Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova ünvanladığı xx.xx.2019-cu il tarixli 06-13/510 saylı məktubunda müəyyən edilmiş X2 pərakəndə satış məntəqələrinə daşınacağı halda 1 ton yanacağın daşınması xərcinin 3,40 manat (ƏDV xaric) təşkil etməsinə istinad etmişdir.
28. Apellyasiya şikayətinin sonuncu dəlili ondan ibarətdir ki, AR Vergi Məcəlləsinin 3.5.-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Qanunun bu mənasına görə və qeyd edilən məhkəmə qərarına əsasən hüquqi və ya fiziki şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) (məhkəmə qərarına əsasən 1.715.000 manatdan) bir dəfədən artıq (məhkəmə qətnaməsində qeyd olunan 25.134,60 manat məbləği) ödəməyə məcbur edilə bilməz, yəni iddia təmin edilə bilməzdi.
29. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli qərarı və Bakı İnzibati Məhkəməsinin qərarına əsasən, “Antiinhisar qanunvericiliyin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2020-ci il tarixli göstərişinə (Bakı İnzibati Məhkəməsinin qərarı ilə ləğv edilməmiş hissəsinə) əsasən yol verilmiş pozuntuya görə 1.715.000 manat mənfəətin cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməsi olması və belə olan halda əsassız əldə edilmiş vəsaitinin ikinci dəfə cavabdehin xeyrinə tutulması üçün əsas olmaması barədə iddiaya etirazda qeyd edilmiş və apellyasiya şikayətinin sonuncu dəlili ilə eynilik təşkil edən cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, 1.715.000 manat mənfəətin dövlət büdcəsinə ödənilməsi cavabdehə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun tələblərinin pozulmasına görə inzibati orqan tərəfindən tətbiq edilən məsuliyyət tədbiri olmaqla həmin tədbirin tətbiq edilməsi cavabdehi iddiaçı qarşısında yaranmış mülki xarakterli öhdəliyi icra etməkdən (əsassız varlanma obyektini qaytarmaq) azad etməmişdir.
30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "xxxx" QSC” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, e-2-2(113)-32/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ziya Şirinov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova