Məhkəmə qərarları › İş №2-2(102)-538/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-538/2023

24.11.2023 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-538/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRAR 2-2(102)-538/2023 Açar sözlər: lizinq predmetinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli 2-2(104)118/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazıl ı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 1 iyun tarixli 02/00023885 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “New-Holland TC5050” markalı, 2014-cü ildə istehsal olunmuş taxılyığan kombayn Cavabdeh istifadəyə verilmişdir.

2. Texnika lizinqə götürənə verilərkən tərtib edilən 2019-cu il 1 iyun tarixli F00023885 nömrəli təhvil aktına əsasən, texnika saz vəziyyətdə olmuşdur. 3. 2019-cu il 22 iyun tarixli aktdan görünür ki, 2019-cu il 1 iyun tarixli 02/00023885 nömrəli operativ lizinq müqaviləsinə əsasən Cavabdeh istifadəsinə verilmiş “New-Holland TC5050” markalı taxılyığan kombaynda 2019-cu il 15 iyun tarixində Goranboy rayonu, Hacallı kəndində taxıl biçini zamanı yanğın baş vermişdir. Yanğından sonra kombayna baxış keçirilmiş, kombaynda qabaq və arxa təkərlər, ötürücü remenlər, hidravlik sistemin boruları, yağ çəlləyi, dizel çəlləyi, mühərrik, saman ötürən, hidravlik paylayıcı, taxılı boşaldan şnek, dən bunkeri, hava təmizləyici sistem, elektrik naqilləri və 2 ədəd akkumulyator yanaraq sıradan çıxmışdır. 4. 2019-cu il 22 iyun tarixli X7 Yanğın Nəzarət İdarəsinin “Yanğın haqqında akt”da qeyd olunur ki, taxılyığan kombayn nasaz vəziyyətdə istismar olunmuşdur. İddiaçı ASC-nin Yevlax regional nümayəndəliyinə məxsus “New-Holland TC5050” markalı 66K126 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın 3 ədəd təkəri, saman və taxıl vuran detalları mühərrikxana yanaraq yararsız hala düşmüşdür. Yanğından xəsarət alan olmamışdır. Həmin kombaynda baş vermiş yanğına səbəb kombaynın mühərrik hissəsindəki dinamonun elektrik naqillərində baş verən qısa qapanmanın olması güman olunur. Bu faktı İddiaçı ASC-dən daxil olmuş 2019-cu il 18 iyun tarixli 71 nömrəli məktub təsdiqləyir.

5. İddiaçı ASC-nin “Ehtimal xərclər barədə” arayışdan görünür ki, “New-Holland TC5050” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər 48.530 manat müəyyən edilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 13 may tarixində Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 1 ədəd “New-Holland TC-5050” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 48.530 manat dəymiş maddi ziyanın və 200 manat mediasiya xərcinin, cəmi 48.730 manat məbləğin cavabdehdən tutularaq iddiaçıy a ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 1 iyun tarixli 02/00023885 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “New-Holland TC5050” markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Yevlax Regional Nümayəndəliyinin istifadəsində olan və mexanizator cavabdeh tərəfindən operativ lizinqə götürülmüş ********* şassi nömrəli New-Holland TC-5050 markalı taxılyığan kombaynla Yevlax rayonunun Hacallı kəndinin ərazisində 2019-cu il 15 iyun tarixində biçin işləri yerinə yetirilərkən kombaynda yanğın baş vermiş və nəticədə texnika istifadəyə yararsız hala düşmüşdür. Bununla bağlı 2019-cu il 22 iyun tarixində iddiaçının əməkdaşları tərəfindən texnikaya yerində baxış keçiri lmiş və müvafiq qaydada akt tərtib edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunaraq təqdim olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, New-Holland TC-5050 markalı taxılyığan kombaynın tam bərpası üçün 48.530,00 manat dəymiş maddi ziyan hesablanmışdır.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 424.5, 443.1, 1096, 1097-ci maddələrinə istinad edilmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

10. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 15 avqust tarixli e- 2-2(115)-1098/2022 saylı qərardadı ilə iş üzrə yanğın texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 21 noyabr tarixli 10/5919 nömrəli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatında göstərilmişdir ki, 2022-ci il 20 oktyabr tarixdə tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmişdir. Baxış zamanı yanğın baş vermiş “New-Holland TC5050” markalı kombaynın hadisədən sonra ilkin vəziyyətdə saxlanılmadığı, yanğının baş verdiyi mühərrik bölməsində söküntü işlərinin aparıldığı, elektrik naqillərinin qalmadığı müəyyən edilmişdir. Tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığına görə tədqiqat aparılaraq r əyin verilməsi mümkün olmamışdır.

12. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 10 yanvar tarixli e-2-2(115)-25/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – K.Vəliyev).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, MM-in 748-7.1ci maddəsinin tələbindən göründüyü kimi lizinq alan lizinq obyektini risklərdən qorumalıdır, onu zərərə məruz qoya biləcək hərəkət və ya hərəkətsizliyə yol verdikdə məsuliyyət daşıyır. İşin hallarına əsasən, hadisə günü kombayn yanğın təhlükəsi olan şəraitdə idarə edilməmiş, günorta saatlarında adi iş rejimində istismar olunmuşdur. Yanğının səbəblərini və fəsadlarını araşdıran və müəyyən edən orqanın gəldiyi nəticəyə görə yanğın hadisəsi kombaynın elektrik sistemində güman olunan qısaqapanma nəticəsində baş vermişdir.

14. Məhkəmə qeyd etmişdir ki, yanğın hadisəsinin baş vermə səbəbinin güman olunması məsuliyyətin yaranması üçün yetərli deyildir. Güman olunan fakt səbəb rolunu oynamır və təqsirin yaranması üçün kifayət etmir. Güman olunanlar sübuta yetirilməli və eyni zamanda bu faktla zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Əgər yanğın hadisəsi cavabdehin nəyi isə etməməsi səbəbindən baş vermişdirsə, onun nəyi etməli olması və bunu etməməsi aşkar şəkildə görünməlidir. Hərəkətsizlik etmiş şəxsin hərəkət etməyə sövq edən xüsusi əsaslar bəlli olmalıdır. Yalnız bu halda hərəkətsizlik hüquq pozuntusunun səbəbi kimi qəbul edilə bilər.

15. Yanğının səbəblərini araşdıran və müəyyən edən orqanın tərtib etdiyi 2019-cu il 22 iyun tarixli Yanğın haqqında aktda göstərilmişdir ki, texnika nasaz vəziyyə tdə idarə edilmişdir. Lakin bu nasazlığın nədən ibarət olması açıqlanmır. Aydın məsələdir ki, hər bir nasazlıq yanğına səbəb ola bilməzdi. İddiaçı tərəfindən tərtib olunmuş və onun nümayəndəsinin imzası ilə təsdiq edilmiş texnikanın təhvil verilməsi barədə 2019-cu il 1 iyun tarixli aktda göstərilir ki, 2014-cü ildə istehsal olunmuş taxılbiçən kombayn, o cümlədən onun elektrik avadanlıqları saz vəziyyətdə olmuşdur. Qeyd edildiyi kimi, kombayn 2014-cü ildə istehsal olunmuş və 2019-cu il 1 iyun tarixə olan durumuna görə saz vəziyyətdə olmuşdur. Belə görünür ki, kombaynda qısaqapanmaya səbəb olan hal son 15 gün ərzində yaranmışdır. Bir halda ki, texnika 15 gün öncə saz vəziyyətdə təhvil verilmişdir, bu qısa zaman kəsiyində qısaqapanma hadisəsinin baş verməməsinin qarşısının alınması və texnika nın bu kimi hadisədən qorumaq üçün istifadəçinin hansı ehtiyat tədbirlər görməli olduğu halda onları görməməsi təqsirin yaranmasının kökündə dayanan məsələdir. Lakin iddiaçı bu barədə hər hansı bir dəlil təqdim edə bilməmişdir.

16. Yanğının səbəblərini araşdıran və müəyyən edən orqanın tərtib etdiyi Yanğın haqqında aktdan göründüyü kimi yanğın hadisəsinin səbəbinin qısaqapanma olması da tam şəkildə müəyyən edilmir. Belə ki, aktın məzmunundan göründüyü kimi, yanğının qısaqapanma səbəbindən baş verməsi təyin deyil, güman olunur. Aktda qeyd olunanlardan müəyyən olunmuşdur ki, yanğının səbəblərini araşdıran orqan belə gümana gələrkən öz araşdırması nəticəsində əldə etdiyi faktlara deyil, iddiaçıdan daxil olmuş 2019cu il 18 iyun tarixli 71 nömrəli məktubda göstərilənlərə istinad etmişdir.

17. Məhkəmənin qənaətinə görə, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanuna zidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni ilk növbədə qanunsuz fəaliyyət və bu fəaliyyətlə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır.

18. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddia çı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlərə əsaslanmaqla irəli sürülən tələb əsaslı sayılmır. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur.

19. Məhkəmə öz mövqeyini MM-in 21, 748-6.1, 748-7.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. İddiaçı 2023-cü il 23 fevral tarixində apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini ləğv edərək, iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli 2-2(104)-118/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 10 yanvar tarixli e-2-2(115)25/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçının Yevlax Regional nümayəndəliyinə məxsus “New-Holland TC5050” markalı 66K126 dövlət qeydiyyat nişanlı taxılyığan kombayn həmin Regional nümayəndəliyin bölməsinin mexanizatoru cavabdehə 2019-cu il 1 iyun tarixdə lizinqə (istifadəyə) verilmiş, 2019-cu il 15 iyun tarixdə biçin işləri görülərkən kombaynda yanğın hadisəsi baş vermiş, cavabdeh – mexanizator baş vermiş yanğın hadisəsi ilə bağlı yanğın söndürmə xidmətinə məlumat vermiş, sonuncunun müdaxiləsi nəticəsində yanğın söndürülmüş olsa da, texnikaya müəyyən ziyan dəymiş, yanğın söndürmə xidmətinin əməkdaşları tərəfindən yanğın hadisəsi ilə bağlı müvafiq akt tərtib edilmiş olsa da, yanğın hadisəsinin baş vermə səbəbini iddiaçı təşkilatın mütəxəssislərinin tərtib etdiyi arayışa istinad etməklə müəyyən etmişlər. Kombayn iddiaçının saxlanc yerinə – duracağına aparılmış, kombayn duracaqda olduğu müddətdə kombaynın mühərrikində söküntü işləri aparılmış və elektrik naqilləri tamamilə açılıb çıxarılmışdır. İddiaçı baş vermiş hadisədən uzun müddət – üç ilə yaxın vaxt keçdikdən sonra dəymiş maddi ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinə əlavə olunmuş sənədlərlə y anğın hadisəsinin baş vermə səbəbini və cavabdehin həmin yanğın hadisəsinin baş verməsində təqsirini müəyyən etmək mümkün olmadığına görə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunmuş, lakin yanğın hadisəsindən sonra kombaynda qeyd olunan dəyişikliklər edildiyindən yanğın hadisəsinin baş verməsi səbəbini müəyyən etmək mümkün olmamışdır. Beləliklə də həmin kombaynda yanğın hadisəsinin cavabdehin təqsiri üzündən baş verməsi sübuta yetirilməmişdir.

23. Apellyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktını qeyd etsə də, dəymiş ziyanın məbləğini özündə əks etdirən arayışı mötəbər sübut kimi qiymətləndirməmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən qeyd olunan arayışın mötəbər sübut ki mi qəbul edilməməsinə dair qənaəti ilə razılaşaraq göstərmişdir ki, həmin arayış işin nəticəsində maraqlı olan iddiaçı təşkilatın mütəxəssisləri tərəfindən verilmişdir və iddiaçı cavabdehin onlarla razılaşmadığını bildiyi halda, mübahisənin həlli üçün uzun müddət məhkəməyə müraciət etməmiş, əvəzində kombaynın yanğından sonrakı ilkin vəziyyətdə saxlanmasını təmin etməyərək mühərrik hissəsində söküntü işləri aparmış, elektrik naqillərini isə tamamilə söküb çıxarmaqla yanğın hadisəsinin baş vermə səbəbinin müəyyən edilməsini mümkünsüz etmişdir.

25. Apellyasiya şikayətinin “məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktı qeyd edilsə də” dəlilinə gəldikdə isə kollegiya qeyd etmişdir ki, qətnamənin məzmunundan ziyanın cavabdeh tərəfindən vurulduğu müəyyən olunmur.

26. Kollegiya apellyasiya şikayətinin “məhkəmə yanğının baş vermə səbəblərini ehtimal olunan nəticələrlə əsaslandırmış, cavabdeh tərəfindən təqsirli hərəkət və ya hərəkətsizliyin yerinə yetirilməsinə dair məsələlər məhkəmənin diqqətinə çatdırılsa da, əhəmiyyət verilməmişdir” kimi dəlili ilə də razılaşmamış və qeyd etmişdir ki, hadisənin baş verməsində şəxsin təqsirinin müəyyən edilməsi ilk növbədə görülmüş tədbirlərin tezliyi ilə və hadisə yerinin (hazırkı halda yanğın baş vermiş kombaynın) ilkin vəziyyətinin qorunub saxlanılmasından daha çox asılıdır. İddiaçı tərəfindən isə həmin şərtlərə əməl olunmamış, mübahisənin həlli üçün uzun müddət məhkəməyə müraciət olunmamaqla bərabər, yanğın baş vermiş kombaynın yanğından sonrakı vəziyyətinin qorunub saxlanılması da təmin edilməmişdir. Beləliklə kombaynda yan ğın hadisəsinin bilavasitə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyi sübuta yetirilməmişdir.

27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 748-6.1, 748-7.1, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Həmin qətnamə 2023-cü il 17 aprel tarixində tərəflərə məktub ilə göndərilmiş, 2023cü il 17 aprel tarixində iddiaçının elektron kabinetində yerləşdirilmişdir.

29. İddiaçı 2023-cü il 30 may tarixində kassasiya şikayəti verməklə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli 2-2(104)-118/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 iyun tarixli 2-2(102)-420/2023 nömrəli qərardadı ilə kassasiya şikayətinin qəbulundan imtina edilmiş, iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

31. İddiaçı tərəfindən 2023-cü il 6 iyul tarixində kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayəti təqdim edilmişdir.

32. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 iyul tarixli 2-2(104)-118/2023 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, buraxılmış prosessual müddət bərpa olunaraq, iş kassasiya şikayəti ilə birlikdə ka ssasiya qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

33. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.6, 2.2.7, 2.2.9, 2.2.11, 2.2.13-cü bəndlərinin, MM-in 21.1, 748-7.1-ci maddələrinin tələbi pozulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.13-cü yarımbəndinə əsasən, istifadəçi yanğın təhlükəsizliyi qaydalarına əməl etməli və odsöndürənlərdən istifadə etməyi bacarmalıdır. Mexanizator öz əmək vəzifələrini yerinə yetirərkən bu təlimatın tələblərinə riayət etməlidir. Bu təlimatın tələblərinə riayət etməməyə görə mexanizator məsuliyyət daşıyır. Texnika təhvil verilərkən yanğın təhlükəsizliyinə riayət olunmasına dair kitab istifadəçi tərəfindən tanış ol araq imzalanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.11-ci yarımbəndinə əsasən, istifadəçi əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə təlimatları bilməli və əməl etməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.6-cı və 2.2.7-ci bəndlərinə əsasən, lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya qəza və təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.9-cu yarımbəndinə əsasən, lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürür. Gən cə Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilən zaman tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən şərtlərinin mövcudluğu nəzərə alınmamışdır. Müqavilənin sadalanan bəndlərindən də görünür ki, lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə verənə qaytarmalı olduğu halda bunu etməmişdir. Məhkəmə tərəfindən maddi hüquq normaları bu halda da pozulmuş və iddia rədd edilmişdir.

34. MM-in 21.1-ci maddəsinin tələblərinə görə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər onun zərəridir. İddiaçı tərəfindən dövlət vəsaiti hesabına alınmış və müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş New-Holland TC-5050 markalı taxılyığan kombayna baxış keçirilmiş, nəticədə texnikaya 48.530,0 manat məbləğində zərərin dəydiyi müəyyən olunmuş və tərtib olunmuş arayışa əsasən dövlət əmlakı olan texnikanın tam bərpa edilməsi üçün tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq hesablanmışdır. Həmin məbləğ cavabdehdən tutulmalı olduğu halda, məhkəmə tərəfindən iddia rədd edilmişdir.

35. Cavabdeh tərəfindən operativ lizinqə götürülmüş ********* şassi nömrəli NewHolland TC-5050 markalı taxılyığan kombaynla Yevlax rayonunun Hacallı kəndinin ərazisində 2019-cu il 15 iyun tarixində biçin işləri yerinə yetirilərkən kombaynda yanğın baş vermiş və nəticədə texnika istifadəyə yararsız hala düşmüşdür. MM-in tələblərinə əsasən, bu halda məsuliyyəti lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşımalı olduğu halda, məhkəmə tərəfindən iddia rədd edilmişdir.

36. MPM-in 77.1, 88-ci maddələrinin tələbi pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsi öz araşdırması ilə texnikanın tam saz və işlək vəziyyətdə təhvil verilməsini və yanğının qısaqapanma nəticəsində baş verdiyini təsdiq etsə də, qısaqapanmanın nə səbəbdən baş verdiyinin müəyyənləşdirilməməsini əsas gətirərək iddianı rədd etmişdir. Halbuki, müvafiq sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş yanğın aktının ikinci bəndində texnikanın cavabdeh tərəfindən nasaz vəziyyətdə istifadə edildiyi qeyd edilmişdir. Göründüyü kimi texnika 15 gün istifadə edilmiş, havanın temperaturu, texnikanın fasiləsiz işləməsi və s. kimi hallar nəzərə alın mayaraq, təlimata uyğun mütəmadi qulluq göstərilməmişdir. Texnikanın istismar təlimatlarına, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, yanğından mühafizə qaydalarına istifadəçi tərəfindən riayət olunmaması kimi hallar diqqətə çatdırılsa da, məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Halbuki, texnikanın zavod istismar təlimatlarında yanğın təhlükəsizliyi ilə bağlı mühərrik və ətraf hissəsinin tez alışan püfə və saman tullantılarından, eləcə də hava filtrinin mütəmadi təmizlənməsi göstərilmişdir.

37. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maddi ziyanla bağlı arayış Cəmiyyətin peşəkar mütəxəssisləri, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 30 oktyabr tarixli Sərəncamına əsasən Tərəqqi medalı ilə təltif edilmiş X2 və texnika elmləri namizədi X3 tərəfindən hazırlanmışdı r. Lakin məhkəmə təqdim olunmuş arayışı sübut növü kimi qiymətləndirməmiş, dəymiş ziyanla bağlı tərtib olunmuş sənədlər diqqətə alınmamışdır. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən ziyan vurulduğu faktı qeyd edilsə də, dəymiş ziyanın məbləğini özündə əks etdirən arayış mötəbər sübut kimi qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. IV. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməs ini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə 748-6. Lizinq obyektinin və sahibkarlıq (maliyyə) risklərinin sığortası 748-6.1. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır....” “Maddə 748-7. Lizinq müqavi ləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

42. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... Məcəlləsinin müvafiq 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslan dıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli 2-2(104)-118/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

45. Kassasiya şikayətinin dəlillərinin mahiyyəti bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış lizinq müqaviləsinin istifadəçinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə təlimatlarını bilməli və əməl etməli olmasına, lizinq alanın texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya qəza və təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsini öhdəsinə götürməsinə, müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürməsinə dair müddəalarını nəzərə almamışdır.

46. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

47. MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək h üququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

48. Məhkəmə kollegiyası apellyas iya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hadisənin baş verməsində şəxsin təqsirinin müəyyən edilməsi ilk növbədə görülmüş tədbirlərin tezliyi ilə və hadisə yerinin (hazırkı halda yanğın baş vermiş kombaynın) ilkin vəziyyətinin qorunub saxlanmasından daha çox asılıdır. İddiaçı tərəfindən isə həmin şərtlərə əməl olunmamış, mübahisənin həlli üçün uzun müddət məhkəməyə müraciət olunmamaqla bərabər yanğın baş vermiş kombaynın yanğından sonrakı vəziyyətinin qorunub saxlanması da təmin edilməmişdir.

49. Halbuki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir. Hazırkı halda, məhz ekspert tərəfindən rəy verilməsinin mümkün olmamasının əsası kimi də tədqiqat obyektinin ilkin vəziyyətdə saxlanılmaması göstərilmişdir. Beləliklə, kombaynda yanğın hadisəsinin bilavasitə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyi də sübuta yetirilməmişdir.

50. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

51. Bununla yanaşı, MM-in 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

52. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 53. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

54. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edi lməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

56. Şərh olunanları və MPM-in 416-419-cu maddə lərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli 2-2(104)-118/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar