Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-441/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-384/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şika yətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Təchizatçı İddiaçı MMC və alıcı “X1” MMC (hazırkı adı - Cavabdeh MMC) arasında bağlanmış 2021-ci il 2 sentyabr tarixli təchizat müqaviləsinə əsasən, təchizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: - 3.2-ci bəndinə əsasən, bütün ödənişlər hesab-faktura əsasında alıcı tərəfindən təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçirilir. - 3.4-cü bəndinə əsasən, ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir.
2. Təchizatçı İddiaçı MMC və alıcı Cavabdeh MMC arasında 2022-ci il 1 oktyabr tarixli təchizat müqaviləsinə əsasən, təchizatçı alıcı tərəfindən sifar iş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 18 avqust tarixli EBCC 128853 nömrəli (5.001,58 manat), EBCC 130968 nömrəli (2.344,40 manat), EBCC 129986 nömrəli (2.998,37 manat), EBCC 126631 nömrəli (2.577,80 manat), EBCC 132000 nömrəli (1.049,05 manat); 2022-ci il 9 sentyabr tarixli EBCE 541080 nömrəli (3.175,03 manat) elektron qaimələr təqdim edilmişdir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim olunmuş elektron qaimələr Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir (avtomatlaşdırılmış vergi informasiya sistemindən çıxarış).
5. İddiaçı MMC-nin 2024-cü il 16 aprel tarixli arayışında Cavabdeh MMC tərəfindən İddiaçı MMC-y ə təhvil verilmiş ümumi dəyəri 36,28, 1.165,81 manat və 391,76 manat dəyərində malların 2022-ci il 2 noyabr tarixində elektron qaimələr əsasında geri qaytarıldığı” qeyd edilmişdir. 6. “X1” MMC 2022-ci il 1 noyabr tarixində üzləşmə aktını möhür və imza ilə təsdiqləməklə 2022-ci il 31 oktyabr tarixinə iddiaçıya olan 15.558,40 manat borcun mövcudluğunu təsdiq etmişdir.
7. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 762,91 manat ƏDV və 4.238,39 manat vəsait ödənilmişdir (İddiaçı MMC-nin ƏDV sub-uçot hesabı və bank hesabından çıxarışlar). 8. 2022-ci il 18 avqust tarixində göndərilmiş EBCC 130968 nömrəli elektron qaimə üzrə 2.344,4 manat, EBCC 129986 nömrəli elektron qaimə üzrə 2.998,37 manat, EBCC 126631 nömrəli elektron qaimə üzrə 1.411,99 manat, EBCC 132000 nömrəli elektron qaimə üzrə 657,29 manat, 2022-ci il 26 sentyabr tarixli elektron qaimə üzrə 3.175,03 manat olmaqla, cəmi 10.587,08 manat təqdim edilmiş malın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 27 noyabr tarixində Cavabdeh MMC-yə (əvvəlki adı “X1” MMC, bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.587,35 manat pul, 210 manat mediasiya xərci və 300 manat hüquqi yardımla bağlı xərcin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci il 2 sentyabr tarixində təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, təchizatçı (idd iaçı) alıcının (cavabdehin) sifariş etdiyi malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdehin adı dəyişdirildikdən sonra (qeyd: cəmiyyətin yalnız adı dəyişdirilmiş, təsisçi, qanuni təmsilçi, VÖEN və sair dəyişdirilməmişdir) tərəflər arasındakı müqavilə münasibətləri razılaşmaya əsasən davam etdirilmiş, yəni iddiaçı cavabdehə 2022-ci il 18 avqust tarixində 14.007 manat və 2022-ci il 26 sentyabr tarixində 3.175,03 manat dəyərində olmaqla, cəmi 17.182.23 manat dəyərində mal satmış, qeyd edilən məbləğdə malın satılması iddiaçının cavabdehə göndərdiyi elektron qaimələrlə təsdiq olunmuşdur (qaimələr üçün bax §3). Elektron qaimələrdən göründüyü kimi, cavabdeh həmin elektron qaimələri göndərilən gün qəb ul etmişdir.
11. Eyni zamanda, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan münasibətlərin davam etdirilməsi üçün 2022-ci il 1 oktyabr tarixli TOP2022/00155 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Cavabdeh MMC (2022-ci ilin avqust və sentyabr aylarında) iddiaçıya yaranmış 17.182.23 manat əsas borcundan 2022-ci il 2 noyabr tarixində 1.593,85 manat dəyərində hissəsini mal kimi geri qaytarmaqla ödəmiş, 2022-ci il 30 dekabr tarixində isə 5.001,30 manat hissəsini iddiaçının bank hesabına ödəmiş və iddiaçıya 10.587,35 manat borcu qalmışdır. Cavabdeh MMC-nin 2022-ci ilin avqust və sentyabr aylarında iddiaçıdan aldığı mallardan 1.593,85 manat dəyərində hissəsini mal kimi geri qaytarması 2022-ci il 2 noyabr tarixli EBCİ seriyalı 478105 nömrəli - yekun məbləği 1.165,81 manat; 2022-ci il 2 no yabr tarixli EBCİ seriyalı 477346 nömrəli - yekun məbləği 36,28 manat, 2022-ci il 2 noyabr tarixli EBCİ seriyalı 476185 nömrəli - yekun məbləği 391,76 manat olan elektron qaimələrlə, 5.001,30 manat hissəsini iddiaçının ödəməsi isə 2022-ci il 30 dekabr tarixli bank çıxarışı ilə təsdiq olunur. Tərəflər arasında təsdiq olunmuş 2022-ci il 2 noyabr tarixli üzləşmə aktından göründüyü kimi, cavabdehin 2022-ci il 2 noyabr tarixinə iddiaçıya 15.589,40 manat borcu qalmışdır (əslində cavabdehin 2022-ci il 2 noyabr tarixində iddiaçıya qalıq borcu 15.589,40 manat deyil, 15.588,38 manat olmuşdur). Həmin borcdan 5.001,30 manat pul cavabdeh tərəfindən 2022-ci il 30 dekabr tarixində iddiaçının bank hesabına ödənildiyindən, üzləşmə aktında cavabdehin iddiaçıya borcunun 10.587,35 manat deyil, 15.589,40 manat olması göstərilmişdir. Yuxarıda qeyd edilənlərlə cavabdehin iddiaçıya 10.587,35 manat borcunun qalması təsdiq olunmuşdur.
12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 yanvar tarixli e-2-2(113)-601/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Ü.Həsənova).
13. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra olunmamışdır. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 10.587,35 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödə nilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq, iddianın təmin edilməli olması qənaətinə gəlmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 567, 598.1, 598.2 və 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-384/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayət i təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində müqavilənin cavabdehin direktoru Qanuni nümayəndə tərəfindən imzalanmadığı qeyd olunsa da, həmin müqavilə möhürlə təsdiq edildiyindən, o cümlədən müqavilə üzrə mallar qəbul olunaraq ödənişlər həyata keçirildiyindən müqavilənin hüquqi şəxsin iradə ifadəsinə uyğun bağlanması müəyyən edilmişdir. Bundan əlavə cavabdeh apellyasiya şikayətində irəli sürdüyü bu mülahizənin əsaslı olduğuna dair hər hansı sübut təqdim etməmiş, direktor Qanuni nümayəndə məhkəmə proseslərində iştirakı təmin olunmamış, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi üçün həmin şəxsin sərbəst və eksperimental xətt nümunələri məhkəməyə təqdim edilməmişdir.
18. Cavabdeh eyni zamanda üzləşmə aktını mübahisələndirərək onun hansı sənədlər əsasında yazıldığının aydın olmadığını, möhürün şübhəli olduğunu qeyd etsə də, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən təqdim edilmiş sübutlara hər hansı etiraz bildirməmiş, iddiaçı tərəfindən təqdim olunmuş elektron qaimələri hər hansı pretenziya bildirmədən təsdiq etmiş, iddiaçıdan təhvil alınan malların dəyəri və hansı məbləğdə ödəniş edildiyinə dair məhkəməyə məlumat verməmiş, o cümlədən işə apellyasiya qaydasında baxılarkən şikayətinin dəlillərinin yoxlanılması üçün məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya bu səbəbdən cavabdehin mülahizələrinin formal xarakter daşımaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas olmaması qənaətinə gəlmişdir.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 598.2, 600.1 və 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 329.1, 331.1, 337-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”nın 2.2.4-cü bəndi üzrə - Məhkəmə apellyasiya şikayətində qeyd edilən halları, yəni müqavilənin kim tərəfindən imzalanmasını v ə iddiaçı ilə cavabdehin hansı əsasla “alış-veriş” etməsini araşdırmadan qərar qəbul etmişdir. Müqaviləyə də diqqət yetirildikdə görünür ki, müqavilə Qanuni nümayəndə tərəfindən imzalanmamışdır. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Qanuni nümayəndə olmuşdur. Məhkəmə müqaviləyə möhürün vurulmasını müqavilənin bağlanmış olması kimi qiymətləndirməli deyildi.
22. İddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil-təslim aktları olmalıdır. Satılmış malın təhviltəslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğunu təsdiq edir. Məhkəməyə alt sənədlər, yəni təhvil-təslim sənədləri təqdim olunmamışdır. Kassator elektron qaimələrin alt sənədlərin əslləri və malların satışına dair aktların təqdim o lunmasını xahiş edir.
23. Təqdim edilən üzləşmə aktında imza və şəxslərin kim olması məlum deyil. Həmin aktda cavabdehin nə mühasibi, nə də direktorunun imzası və ya möhürü mövcud deyil. Adları yazılan şəxslərin kimliyi, həmin möhürün kim tərəfindən və necə hazırlandığı məlum deyil, bu hallar isə qətnamədə araşdırılmamışdır.
24. MPM-in 1.3, 88, 97, 418.1, 418.2 və 418.3-cü maddələri üzrə - Məhkəmə qətnaməsi prosessual pozuntularla qəbul edilmişdir. Belə ki, məhkəməyə xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilməklə yanaşı apellyasiya şikayətində qeyd olunsa da, müqavilədəki imza yoxlanılmamış, həmçinin aktlardakı ştamp və möhürün həqiqi və ya saxta olması araşdırılmamışdır. Təhvil-təslim sənədləri və digər sənədlər tələb olunsa da, heç biri məhkəməyə təqdim edilməmiş, bu halların apellyasiya şikayətində qeyd olunmasına baxmayaraq, hər hansı araşdırma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş sübutlara əsasən müəyyən edilənlərə görə, tərəflər arasında 2022-ci il 1 oktyabr tarixində təchizat müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə üzrə cavabdehə 2022-ci il 18 avqust tarixində göndərilmiş EBCC 130968 nömrəli elektron qaimə üzrə 2.344,4 manat, EBCC 129986 nömrəli elektron qaimə üzrə 2.998,37 manat, EBCC 126631 nömrəli elektron qaimə üzrə 1.411,99 manat, EBCC 132000 nömrəli elektron qaimə üzrə 657,29 manat, 2022-ci il 26 sentyabr tarixli elektron qaimə üzrə 3175,03 manat olmaqla, cəmi 10.587,08 manat dəyərində təqdim olunmuş malın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh tərəf 2022-ci il 1 noyabr tarixində üzləşmə aktını möhür və imza ilə təsdiqləməklə, 2022-ci il 31 oktyabr tarixinə iddiaçıya olan 15.558,40 manat borcun mövcudluğunu təsdiq etmişdir.
27. İddiaçı apellyasiya məhkəməsinin mövqeyində qeyd edilənləri vurğulayaraq, qətnamədə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hallarının mövcud olmadığını qeyd edir. Kassasiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirild iyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, d ərəcələr və s.) tətbiq edilir....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmi ş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlər indən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, cavabdeh hazırkı kassasiya şikayətinin dəlillərini apellyasiya şikayətində də bildirmiş, həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmış və məhkəmənin mövqeyi əsaslandırılmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyas ı kassasiya şikayətində apellyasiya məhkəməsinin mövqeyini təkzib edən əlavə tutarlı dəlillərə istinad edilmədiyini nəzərə alaraq, apellyasiya məhkəməsi tərəfindən hazırkı qərarın 17-18-ci bəndlərində verilmiş hüquqi qiymətləndirmə ilə razılaşır və kassasiya şikayətinin analoji dəlilləri, habelə iddiaçının etirazının dəlilləri üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ap ellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
36. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 22(103)-384/2024 nömrəli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.