Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-442/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: elektrik xətti qoşulmaların ləğv edilməsi üzərində mülkiyyət hüququnun tanınması, qanunsuz Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik xətti üzərində mülkiyyət hüququnun tanınması, qanunsuz qoşulmaların ləğv edilməsi, hava xəttinin pasportunun ləğv edilməsi, xəttin təhvil verilməsinə dair kommersiya işi üzrə iddiaçı tərəf indən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli 2-2(103)-237/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları
1. X4 2004-cü il 26 mart tarixli 91 nömrəli qərarına əsasən Göyçay Aqrokoopuna balanslarında olan yardımçı təsərrüfatın əmlakının 1.400.000 manat dəyərində razılaşdırılmış qiymətlə payçı İddiaçı satılmasına razılıq verilmişdir. Qərarın məzmununda qeyd olunur ki, təsərrüfatda olan bina və qurğuların ilk balans dəyəri 128 milyon manat təşkil edir, bunun 112,6 milyon manatı balıqçılar üçün nohur işıq xətti və yol çəkilinin dəyərindən ibarətdir. 2. 2004-cü il 29 mart tarixli aktda göstərilmişdir ki, X4 2004-cü il 26 mart tarixli 91 nömrəli qərarına əsasən Göyçay Aqrokoopunun (ümumi dəyəri 1 28.000.000 manat olan) yardımçı təsərrüfatında olan obyektlər (3 otaqlı ev, balıq yetişdirmək üçün göl, yüksək gərginlikli elektrik xətti-transformatorla birlikdə və obyektdə göstərilən işlər – 5x15 m/2-lik tövlə, yol çəkilişi, su xətti çəkilişi) Göyçay Aqrokoopunun yardımçı təsərrüfatının maddiməsul işçisi İddiaçı 1.400.000 manata satılmışdır. Akt Aqrokoopun (direktorunun, baş mühasibinin, mühasibin) imzası və möhürü ilə təsdiq edilmişdir.
3. X6 rayon Elektrik Şəbəkəsinə ünvanladığı 2004-cü il 29 mart tarixli məktubda göstərilmişdir ki, idarənin balansında olan yardımçı təsərrüfat, oranın ёməsul işçisi İddiaçı X4 2004-cü il 26 mart tarixli 91 nömrəli qərarı əsasında satılmışdır. Yüksək gərginlik olan elektrik xətti və transformator onun hesabına keçirilmişdir. Həmin elektrik xəttindən baş qa şəxslərlə bağlanmış müqavilə etibarsız sayılsın və həmin xətlər xətlərindən ayrılsın.
4. Göyçay “Aqrartikinti” filialının iddiaçının müraciətinə 2020-ci il 30 sentyabr tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Göyçay “Aqrokop” təşkilatının Göyçay çayının yuxarı sahilində, şəhərdən 4 km uzaqlıqda olan yardımçı təsərrüfatına çəkilən 10 kV gücündə elektrik xətti və yardımçı təsərrüfatda olan bütün elektrik işləri Göyçay 8 nömrəli X2 dəstə tərəfindən 1987-ci ildə çəkilmişdir. Həmin elektrik quraşdırma işləri tərtib olunmuş və X8 ilə razılaşdırılmış layihə-smeta sənədləri və texniki şərtlər əsasında görülmüşdür. 8 nömrəli X1 dəstə "xxxx" ASC-nin 02 saylı 16.08 nömrəli X1 dəstə "xxxx" ASC-nin 02 saylı 1998-ci il 16 mart tarixli əmrinə əsasən "xxxx" ASC-nin Göyçay “Aqrartikinti” filialına ç evrilib.
5. X5 İddiaçı ünvanladığı 2020-ci il 4 mart tarixli 149 nömrəli məktubda onun tələbinin yerinə yetirilməsi üçün texniki şərtin, dövlət enerji nəzarəti idarəsindən istismara buraxılış aktının və balans məsuliyyəti aktının surətləri X7 təqdim edilməsinin zəruri olduğu qeyd olunmuşdur. 6. "xxxx" ASC-nin İddiaçı ünvanladığı 2022-ci il 28 mart tarixli 6- 02/06/C-066/2495 nömrəli məktubda İddiaçı Göyçay şəhər ərazisində yardımçı təsərrüfata 1987-ci ildən çəkilən 3 km uzunluğunda elektrik veriliş xəttinin onun balansına keçirilməsi üçün KTM-in texniki şərtinin, istismara buraxılış aktının və mülkiyyət hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi tövsiyə olunmuşdur. 7. "xxxx" ASC (X8) tərəfindən tərtib edilmiş 2015-ci il 14 may tarixli hava xətinin pasportundan və “Mərkəzi Aran” RETSİ- nin xidməti məlumatından görünür ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində İddiaçı obyektinə gedən 35/10 kV-luq “Çörək zavodu yarımstansiyasından qidalanan 10 kV-luq 3- cü “Şəhər” hava xətti 1970-ci ildən istismara verilmiş, hava xəttinin uzunluğu 12,8 km, hava xəttinin naqilinin markası AS-35-dir. İddiaçı obyektinə gedən xəttin budaqlanması Göyçay EŞ-nin balansındadır. Hava xəttinin budaqlanmasından 4 ədəd komplekt transformator məntəqəsi (Göyçay EŞ, “Ferma” KFT, “Daş karxanası” KTM, İddiaçı məxsus obyekt) qidalanır. 2016-2017-ci illərdə xəttin dayaqlarında təmir işləri aparılmışdır. Pasporta xəttin sxemi əlavə edilmişdir.
8. İddiaçı tərəfindən "xxxx" ASC-yə 2022-ci il 23 avqust tarixində pretenziya məktubu göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya mə hkəməsində icraat
9. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" ASC-yə(bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə, daha sonra iddia həcminin artırılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2016-cı ildə tərtib edilmiş pasportun ləğv edilməsi, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən yardımçı təsərrüfatından ümumi xəttə qədər olan 3 km-lik yüksək gərginlikli elektrik xəttinin üzərində mülkiyyət hüquqlarının tanınması, həmin xəttin ona təhvil verilməsi, qanunsuz qoşulmaların ləğv edilməsi və 100 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərittifaq” İdarə Heyətinin 2004-cü 26 mart il tarixli 91 saylı qərarı ilə Göyçay rayonunun 1-ci Ərəbcəbir li kəndində yerləşən, Göyçay “Aqrokoopun” yardımçı təsərrüfatı aşağıda adları göstərilən obyektləri ona satılmışdır. Həmin obyektlər aşağıdakılardır: 3 otaqlı ev; Balıq yetişdirmək üçün göl; yüksək gərginlikli elektrin xətti-transformatorla birlikdə; obyektdə göstərilən işlər – 5x15m/2-lik tövlə. Göyçay “Aqrokoop” qeyd olunan yardımçı təsərrüfata 1987-ci ildə çəkilən 3 km uzunluğunda olan elektrik xəttinin çəkilməsi icazəsini "xxxx"dən aldıqdan sonra qeyd olunan 3 km uzunluğunda yüksək gərginlikli elektrik xətti transformatorla birlikdə “Aqrokoopun” vəsaiti hesabına "xxxx" ASC-nin Göyçay “Aqrartikinti” filialı tərəfindən çəkilmişdir.
11. Məlum olmuşdur ki, öz vəsaitləri hesabına Göyçay “Aqrokoopun” yardımçı təsərrüfatına çəkdikləri uzunluğu 3 km olan hava elektrik xəttinə Göyçay EŞ-si onun icazəsi və xəbəri olmadan ərazidə fəaliyyət göstərən daş karxanası, asfalt zavod və su sistemləri idarəsinin yardımçı təsərrüfatlarına 3 ədəd transformator qoşulmuşdur. Lakin ona məxsus xəttə Göyçay EŞ tərəfindən qanunsuz qoşulma ilə bağlı Göyçay EŞ-yə 2019cu il 25 dekabr tarixində ünvanladığı məktuba şəbəkənin baş mühəndisi Mövsüm Ağayev 2020-ci il 4 mart tarixli, 149 saylı cavab məktubunda bildirmişdir ki, tələbin yerinə yetirilməsi üçün texniki şərtin, Dövlət enerji nəzarəti idarəsindən istismara buraxılış aktının və balans məsuliyyəti aktının surətlərini təqdim etməlidirlər. O, tələb edilən sənədlərin 2004-cü ildə Göyçay EŞ-yə təqdim etdiyini və həmin sənədlərin onların idarəsində olduğunu bildirmişdir. Lakin İdarənin baş mühəndisi M.Ağayev bildirmişdir ki, idarənin arxivi 2006-cı ild ə hansı səbəbdənsə məhv edilmişdir. Məsələ ilə bağlı "xxxx" ASC-yə ünvanladığı məktuba 2022-ci il 28 mart tarixli, № 6-02/06/C-066/2495 saylı cavab məktubunda da elektrik veriliş xəttinin onların balansına keçirilməsi üçün KTM-in texniki şərtini, istismara buraxılış aktını, balans məsuliyyət aktını və mülkiyyət hüququnu təsdiq edən sənədlərin təqdim olunması tövsiyə olunduğu qeyd edilmişdir. Göyçay EŞ-nin, həm də "xxxx" ASC-nin Texniki Departament direktorunun tələb etdiyi həmin sənədlər vaxtında Göyçay EŞ-yə təqdim olunduğu halda o tələb olunan sənədləri yenidən təqdim edilə bilməz. Vaxtında lazım olan müvafiq sənədlər təqdim olunmasaydı “Azərittifaq” İdarə Heyəti 2004-cü il 26 mart tarixli 91 saylı qərarı ilə Göyçay “Aqrokoopun” yardımçı təsərrüfatının mülkiyyətində olan yüksək gərginlik li elektrik xəttini transformatorla birlikdə ona sata bilməzdir. Bu sənədlərin idarənin arxivində saxlanılması onun vəzifəsi deyil. Belə çıxır ki, "xxxx" ASC texniki şərtin, dövlət enerji nəzarəti idarəsindən istismara buraxılış aktı və balans məsuliyyəti aktı olmadan onun xəttini özününküləşdirə bilər, o isə öz vəsaitləri hesabına çəkdiyi xəttdən istifadə edə bilməz.
12. İddiaçı tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının(bundan sonra-“Konstitusiya”) 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 154.1, 157.2, 158.1, 158.4-cü maddələrinə istinad etmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli, e-2-2(113)4946/2022 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı 2015-ci il 14 may tarixli hava xətinin pasportun ləğv edilməsi tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir (hakim-L.Əliyeva).
14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli e-2-2(113)4946/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir(hakim L.Əliyeva).
15. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin qanuni əsasını MM-in 157.1 və 157-2-ci maddələri təşkil edir. MM-in 157.1ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
16. Hazırkı halda işin materiallarından görünür ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları-mübahisəli elektrik verilişi xətti üzərində mülkiyyət hüququnun yaranması ü çün əsasların mövcud olmasını, o cümlədən həmin xəttin “Aqrokoopun” vəsaiti hesabına "xxxx" ASC-nin Göyçay “Aqrartikinti” filialı tərəfindən çəkilməsinin, eləcə də sonradan xəttin mülkiyyətçisi tərəfindən ona satılmasını sübuta yetirə bilməmişdir.
17. Bundan əlavə mübahisəli elektrik verilişi xəttinin onun balansında olmasını təsdiq edə biləcək sənədlər - KTM-in texniki şərti, dövlət enerji nəzarəti idarəsindən istismara buraxılış aktı, balans məsuliyyəti aktı da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
18. İddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi elektrik veriliş xəttinin iddiaçıya satılması barədə Göyçay Aqrokoopun vəzifəli şəxsləri və İddiaçı tərəfindən imzalanmış 2004-cü il 29 mart tarixli akt və “Göyçay Aqrokoop”un eyni tarixli məktubu na gəldikdə məhkəmə qeyd etmişdir ki, “Göyçay Aqrokoop”un mübahisəli elektrik verilişi xətti üzərində hər hansı hüquqa malik olması işin materiallarına əsasən müəyyən edilmədiyindən həmin sənədlər iddianın əsaslığını müəyyən etmək üçün yetərli deyillər.
19. Odur ki, mübahisəli elektrik verilişi xəttinin mülkiyyətçisi olması və ya qanuni əsasla həmin xəttə sahiblik etməsi işin materialları ilə öz təsdiqini tapmadığından iddiaçı mülkiyyət hüququna əsaslanaraq hazırkı iddia tələblərini irəli sürməkdə haqlı deyil.
20. Beləliklə, məhkəmə, iddiaçının Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən yardımçı təsərrüfatından ümumi xəttə qədər olan 3 km-lik yüksək gərginlikli elektrik xəttinin üzərində mülkiyyət hüquqlarının tanınması, həmin xəttin ona təhvil verilməsi, qanunsuz qoşulmaların ləğv e dilməsini tələb etsə də, həmin tələbin əsaslı olduğunu təsdiq edən hər hansı sübut təqdim edilmədiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia əsassız olmaqla rədd edilməlidir.
21. Məhkəmə gəldiyi nəticəni MM-in 157.1 və 157.2-ci, Azərbaycan Respublikası MPM-nin (bundan sonra-“MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli 2-2(103)-237/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya m əhkəməsinin qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.Hüseyn).
24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla (“Azərittifaq”ın İdarə Heyətinin 2004-cü il 26 mart tarixli 91 nömrəli qərarı, 2004-cü il 29 mart tarixli aktı və s) təsdiq edilir ki, Göyçay Aqrokoopun (ümumi dəyəri 128.000.000 AZM olan) yardımçı təsərrüfatında olan obyektlər 3 otaqlı ev, balıq yetişdirmək üçün göl, obyektdə göstərilən işlər – 5x15 m/2-lik tövlə, yol çəkilişi, su xətti çəkilişi, o cümlədən yüksək gərginlikli elektrik xətti transformatorla birlikdə ) Göyçay Aqrokoopunun yardımçı təsərrüfatının maddi-məsul işçisi İddiaçı(iddiaçı) 1.400.000 manata (AZM) satılmışdır. 2020-ci il 28 iyul tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu, X9 kəndində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində iddiaçının xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
25. İşdəki hava pasportundan və xidməti məlumatdan məlum olur ki, iddiaçının üzərində mülkiyyət hüququnun tanınmasını tələb etdiyi 10 kV-luq yüksək gərginlikli elektrik xətti hazırda X5 balansındadır.
26. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, işdə olan sübutlar iddia tələbinin təmin edilərək sözügedən elektrik xətti üzərində iddiaçının mülkiyyət hüququnun tanınması üçün kifayət deyil. Belə ki, X4 91 nömrəli qərarı, 2004-cü il 29 mart tarixli təhvil-təslim aktında iddiaçıya satılmış elektrik xəttinin uzun luğu qeyd edilmədiyi üçün ümumi uzunluğu 12,8 km olan xəttin hansı hissəsinin yardımçı təsərrüfata aid xətt olaraq özgəninkiləşdirildiyi aydın olmur. Həmin xəttin uzunluğunun 3 km olduğu yalnız Göyçay rayon X3 iddiaçının müraciətinə 2022-ci il 5 oktyabr tarixli cavab məktubunda qeyd edilsə də, bu məlumatın məktubda hansı sənədə istinad edilməklə qeyd edildiyi məlum deyil.
27. Bundan əlavə iddiaçıya satdığı elektrik xətti üzərində “Azərittifaq”ın özünün mülkiyyət hüququna malik olması iddiaçının müraciətinə cavab məktublarından başqa digər mötəbər sübutlarla təsdiq olmadığından, həmin məktubların isə hansı sənədlər əsasında tərtib edildiyi məlum olmadığından iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır.
28. Məhkəmə gəldiyi nəticəni birinci instan siya məhkəməsinin qətnamə qəbul edərkən istinad etdiyi normalara istinad etməklə əsaslandırmışdır.
29. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinin tələbləri pozulmuşdur-Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. MPM-nin 9.1, 9.2, 9.3, 14.1, 77.1, 217-ci maddələrinin tələbləri pozulmuşdurşikayətin dəlillər hissəsində həmin maddələrin yalnız mətnləri qeyd olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 32.Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına isti nad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....”
36. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 38. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “ kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
39. İddiaçının kassasiya şikayətinin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 24-27-ci bəndləri). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 40.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
41. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli, 2-2(103)-237/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən K.N.Abiyeva Hakimlər İ.A.Dadaşov İ.Ə.Şəfiyev