Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-444/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh X1 iş üzrə QƏRAR (iş № 2-2(102)-444/2019) Bakı şəhəri xxx 2019-cu il (açar sözlər: 25.02.1992-ci il tarixdə “Azərbaycan Respublikasının Arbitraj Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra hüquqi şəxslər arasındakı müqavilə və s. öhdəliklərdən irəli gələn mübahisələrə də həmin məhkəmədə baxılırdı). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin xxxxəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı QSC BOKT -nın Cavabdeh İKM-nə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-504/2019 saylı qərardadından Cavabdeh X5 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh X2rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 2.914.250 ABŞ dolları məbləğində əsas kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin Cavabdeh X4 məxs us “******* markalı **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, eyni zamanda Cavabdeh X4 məxsus digər daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə, texnikalara və avadanlıqlara) yönəldilməsi, Cavabdeh X3 həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Baş X7 İdarəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC BOKT-un qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli, 2-2(82)-522/2019 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim – Ə.Q.Ələkbərov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-504/2019 saylı qərardadı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və M.Ə.Abbasov) İddiaçı QSÇ BOKT-nın şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı QSC BOKT-nın Cavabdeh İKM-nə qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi və s.” tələbinə dair iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qərardadından Cavabdeh X5 və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli qərardadının qüvvədə saxlanılmas ı barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı tərəfindən müqavilə tələblərinə əməl edilməmiş, yaranmış borcun ödənilməsi ilə bağlı mübahisə arbitraj qaydasında həll edilməli olduğu halda, məhkəməyə müraciət etmiş, tərəflər arasında müqavilə bağlanan zaman arbitraj məhkəmələri artıq bir neçə il idi ki, fəaliyyət göstərirdi, bu səbəbdən tərəflər mübahisənin arbitraj qaydasında deyil, arbitraj məhkəməsində baxılması razılığına gəlmiş olsa idilər, müqavilədə mübahisəyə müvafiq məhkəmədə baxılacağı müəyyən edilərdi. Tərəflərin izahatları İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı v ə Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəmə si apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyası nın xxx 2019-cu il tarixli, 2-2(103)-504/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı” SKB və Cavabdeh İKM arasında olan xxx 1995-ci il tarixli 131 saylı kredit sazişinin 15-ci bəndinə görə bu sazişin icrası prosesində yaranan bütün mübahisələrə tərəflər qarşılıqlı məqbul qərar qəbul edilməsi məqsədi ilə ilkin qaydada baxacaqlar, razılıq olmadığı halda mübahisə qüvvədə olan qanunvericiliyə uyğun olaraq artbitraj baxışına keçiriləcəkdir, “Azərbaycan Respublikasının Arbitraj Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu xxx 1992-ci il tarixdə qəbul edilmiş və Milli Məclisin xxx 1992-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədri vəzifəsinə seçilmiş, eyni zamanda “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasinin Qanunu xxx 1999-cu ildə qəbul edilmiş, müqavilə bağlanan ərəfədə Azərbaycan Respublikasında iqtisadi mübahisələrə baxan dövlət tərəfindən təsis edilmiş arbitraj məhkəməsi fəaliyyət göstərmiş, o cümlədən Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə beynəlxalq iqtisadi mübahisələr üzrə mübahisələrin arbitraj aidiyyətini təsdiqləmiş, hazırki iş üzrə tərəflər Azərbaycan Respublikasının hüquqi şəxsləri olmaqla aralarında yaranan mübahisə beynəlxalq arbitrajların yurisdiksiyasına da aid deyildir, beləliklə, müqavilə bağlanan zaman Azərbaycan Respublikasında arbitraj idarəsi və ya arbitrajla əlaqədar hər hansı bir təsisat mövcud olmadığından, müqavilədə q eyd olunan “arbitraj” ifadəsi arbitraj məhkəməsini ehtiva etmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin həllinə verilə bilər. Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq be lə hüquq və azadlıqları müdafiə və təmin edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə İddiaçı QSC BOKT-nın Cavabdeh İKM-nə qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi və s.” tələbinə dair işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi barədə qanuni nəticəyə gəlmişdir və və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası tərəflər müqavilə üzrə mübahisələrin ilkin qaydada arbitrajda həll olunması barədə razılığa gəldiklərini, xxx 1992-ci il tarixdə “Azərbaycan Respublikasının Arbitraj Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra hüquqi şəxslər arasındakı müqavilə və s. öhdəliklərdən irəli gələn mübahisələrə də həmin məhkəmədə baxıldığını, “Beynəlxalq arbitraj haqqın da” Azərbaycan Respublikasinin Qanunu xxx 1999-cu ildə qəbul edildiyini, müqavilə bağlanan ərəfədə Azərbaycan Respublikasında iqtisadi mübahisələrə baxan dövlət tərəfindən təsis edilmiş arbitraj məhkəməsinin fəaliyyət göstərdiyini, hazırkı iş üzrə tərəflərin Azərbaycan Respublikasının hüquqi şəxsləri olmaqla aralarında yaranan iqtisadi mübahisənin beynəlxalq arbitrajların yurisdiksiyasına aid olmadığını, beləliklə, müqavilə bağlanan zaman Azərbaycan Respublikasında arbitraj idarəsi və ya arbitrajla əlaqədar hər hansı bir təsisat mövcud olmadığından, müqavilədə qeyd olunan “arbitraj” ifadəsinin məhz arbitraj məhkəməsini ehtiva etdiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-504/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-504/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-444/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-444/2019
20.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver