Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-444/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Bank Olmayan Kredit X13 Cəmiyyətinə, İcra şöbəsinə və Cavabdeh4 qarşı ilk iddia, Cavabdeh4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin mübahisələndirilməsi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu v ə Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər “X3 Mərkəzi” MMC-yə, Cavabdeh2 BOKT ASC-yə, İcra şöbəsinə və Cavabdeh4 qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması” barədə ilk, Cavabdeh4 cavabdeh "xxxx" ASC-yə qarşı “qeyri-yaşayış binasının təhvil verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 mart tarixli 2-2(103)-188/2025 nömrəli qətnaməsindən Cavabdeh4 və Cavabdeh2 BOKT ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli e-2-2(113)-298/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 BOKT ASC-nin İddiaçı ASC-yə qarşı iddia tələbi qismən təmin edilərək, İddiaç ı ASC-dən 2008-ci il 22 avqust və 2008-ci il 21 oktyabr tarixli kredit müqavilələri üzrə cəmi 366.019,91 manat kredit borcunun tutulması, tələbin likvid qiyməti 320.000 manat müəyyən edilməklə İddiaçı ASC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1.567,8 kv.m ümumi, 1.056.8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir.
2. Həmin qətnamə 2021-ci il 24 yanvar tarixində icraya yönəldilmiş, İcra və Probasiya şöbəsinin 2021-ci il 8 fevral tarixli sifariş məktubu ilə həmin qeyri-yaşayış binasının açıq hərracda satılması “X3 Mərkəzi” MMC-yə (bundan sonra-hə rrac mərkəzi) sifariş olunmuş, hərrac mərkəzi tərəfindən hərracın keçirilmə vaxtı 2021-ci il 3 mart tarixə, saat 11:00-a təyin edilərək, İcra şöbəsinə, ipoteka saxlayana və ipoteka qoyana məlumat verilməsi barədə 2021-ci il 12 fevral tarixli 409 nömrəli bildiriş tərtib olunmuşdur. Həmin bildiriş "xxxx" ASC-yə çatdırılması üçün 2021-ci il 12 fevral tarixində “Megapostservices” sürətli poçt xidmətinə təqdim edilmiş və həmin xidmət tərəfindən tərtib olunmuş bildirişin geri qaytarılması barədə 026896 və 026898 nömrəli qaimələrdə 2021-ci il 16 fevral tarixində “imtina olunub” qeydi qoyulmuş, qaimələr kuryer tərəfindən imzalanmamışdır. 3. 2021-ci il 3 mart tarixində keçirilmiş hərracda sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh4 464.000 manata satılmış və bu barədə sonuncu ilə hərrac mərkəzi arasın da həmin tarixli hərracın nəticələrinə dair yekun protokol və hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır.
4. Bundan sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli e-2-2(113)-298/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının qanuni qüvvəsini almış 2023-cü il 25 avqust tarixli 2-2(103)-607/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilmiş, tutma yönəldilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1.460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) müəyyən edilmişdir.
5. Qətnamədə qeyd olunmuşdur ki, 2008-ci il 22 avqust tarixli ipotek a müqaviləsi bağlanarkən ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1.567,8 kv.m olsa da, sonradan həmin sahənin bir hissəsi ipoteka saxlayanın razılığı ilə özgəninkiləşdirilmiş, cavabdehin mülkiyyətində qalmış hissə 1.460,3 kv.m təşkil etmiş, bununla əlaqədar olaraq ipotekanın 2010-cu il 5 mart tarixində əlavə qeydiyyatı aparılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işdəki sübutu nəzərə almadan qətnamədə tutma yönəldilmiş və cavabdehin mülkiyyətində olan ipoteka predmetinin ümumi sahəsini 1.567,8 kv.m göstərmiş, nəticədə qətnamə icra edilərkən, cavabdehin mülkiyyətində olmayan, digər şəxslərə, o cümlədən X4 məxsus əmlak da cavabdehin kredit borcuna görə tutma yönəldilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh4 hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəsinə münasibətdə 2021-ci il 16 aprel tarixli məktubda qeyd olunmuşdur ki, mübahisəli əmlak 740,2 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASC-nin adına (paylı) qeydiyyata alınmışdır. Lakin hərrac mərkəzinin 2021-ci il 3 mart tarixli YP-85 nömrəli hərracın nəticələrinə dair yekun protokolunda qeyd olunan əmlakın ümumi sahəsi 1.567,8 kv.m olaraq göstərilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, ərizənin icrasından imtina olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı ASC 2021-ci il 27 aprel tarixində “X3 Mərkəzi” MMC-yə, Cavabdeh2 BOKT ASC-yə, Cavabdeh3nə və Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 dekabr tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin 2021-ci il 8 fevral tarixli sifariş məktubu əsasında “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərraca dair hərracın yekunları üzrə 2021-ci il 3 mart tarixli alqı-satqı müqaviləsinin, hərracın nəticələri haqqında YP seriyalı 85 nömrəli yekun protokolun, qeyriyaşayış sahəsi ilə bağlı edilmiş bütün hərəkətlərin və onların nəticələrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, hərrac mərkəzi “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinin tələbini pozmuş, hərrac keçirərkən ipoteka qoyan tərəfə hərracın keçirilməsinə dair bildiriş göndərməmiş, hərracın keçirilməsindən 30 gün qabaq mülkiyyət sahibi olan "xxxx" ASC-yə xəbər verməməklə qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. Bununla yanaşı, hərrac mərkəzi hərracın keçirilməsinin vaxtını, yerini müəyyən edən bildirişi MPS Meqa Post Service kuryer xidməti ilə göndərməklə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2016-cı il 6 fevral tarixli 0001 nömrəli qərarı ilə təsdiq olunmuş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” qaydalarını pozmuşdur. Belə ki, həmin qaydaların 9.21-ci bəndində göstərilir ki, hüquqi şəxsə ünvanlanmış qeydiyyatlı poçt göndərişləri (sifarişli poçt göndərişləri istisna olmaqla) etibarnamə əsasında poçt obyektində hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə verilir. Lakin kuryer xidməti sənədi 2021-ci il 12 fevral tarixində qəbul etməsinə baxmayaraq, 2021-ci il 16 fevral tarix ində “imtina olundu” yazısı ilə geriyə gətirmişdir. Kuryer sənədin qəbulundan 4 gün sonra göndərilən ünvana gəlmiş və guya həmin ünvanda sənədin qəbul edilməsindən imtina olunmuşdur. Bundan başqa, kuryer xidmətinə aid 026898 qəbzdən görünür ki, həmin qəbzi qəbul edən kuryerin imzası həmin qəbzin üzərində yer almamaqdadır. İmzası olmayan kuryer xidməti işçisinin gətirmiş olduğu məktubun hüquqi-nöqteyi nəzərdən hüquqi qüvvəsi yoxdur. Təhvil verilən qəbzdə öz imzası olmayan kuryer xidməti işçisinin həmin məktubu göndərilən ünvana çatdırılması təbii olaraq şübhə doğurur. Müqayisə üçün bildirilir ki, hərracı barədə bildirişin Cavabdeh2 BOKT ASC-yə çatdırılması barədə 026894 nömrəli xəbərnamədə xidmət göstərən kuryerin imzası vardır. Digər tərəfdən, məktubun geri qaytarılma tarixi ilə hərracın k eçirildiyi 2021-ci il 3 mart tarixi arasında cəmi 18 gün vaxtın olduğu müəyyən edilir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 415.2-ci maddəsinə əsasən təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir.
9. Həmçinin Cavabdeh4 İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında 1 və 2-ci mərtəbədə yerləşən 1.567,8 kv.m ümumi, 1.056,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının ASC-dən alınaraq ona təhvil verilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hərrac mərkəzi tərəfindən qüvvədə olan qanunvericiliyə əsasən mətbuatda elan dərc olunmuş, həmin elana görə göstərilən obyektin ilkin satış qiyməti 320.000 manat qeyd edilməklə hərrac mərkəzi tərəfindən 2021-ci il 3 mart tarixli açıq hərrac keçirilməsi təyin olunmuş, hərracın sifarişçisi, borclu şəxs və tələbkara hərracın keçirilməsi yeri və vaxtı barədə bildiriş göndərilmiş, o, hərracda iştirak etmək üçün sifariş vermiş, 2021-ci il 3 mart tarixində keçirilmiş hərracda ipoteka predmeti 464.000 manata ona satılmış, bu barədə həmin tarixdə hərracın nəticələrinə dair yekun protokol tərtib edilmiş, həmin protokol hərracın sifarişçisi, hərrac mərkəzinin direktoru və qalib kimi onun tərəfindən imzalanmışdır. Hərracın keçirilməsi yeri və vaxtı, o cümlədən qanunla tələb olunan digər məsələlər barədə ilk iddiaçıya bildiriş göndərilmiş, lakin o, 2021-ci il 16 fevral tarixində bildirişi almaqdan imtina etmişdir. Bu fakt iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərlə tam sübut olunur. Həmi n qəbzlərdən görünür ki, hərrac mərkəzi 026898 nömrəli qəbzdə göndərən qrafasında öz ştampını vurmuş, ştampda mərkəzin tam adı və ünvanı göstərilmişdir. Məktubun iddiaçı tərəfindən qəsdən alınmamasına və almaqdan imtina edilməsinə görə hərrac etibarsız hesab edilə bilməz. Bundan başqa, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə müvafiq olaraq bildiriş hərracın keçirilməsinə ən geci 20 gün qalmış verilmişdir. Digər tərəfdən iddiaçı bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 9.21-ci maddəsinin tələbləri pozulmuşdur. Qaydadan məlum olur ki, sifarişli poçt göndərişləri etibarnamə əsasında hüquqi şəxsin nümayəndəsinə verilmir. Ümumiyyətlə, yalnız qeydiyyatlı poçt göndərişləri etibarnamə əsasında hüquqi şəxsin nümayəndəsinə verilə bilər ki, bu da göndərişin poçt obyektində verilməsinə aiddir. Hazırkı mübahisədə isə kuryer xidməti bildirişi poçt obyektində deyil, ilk iddiaçının ünvanında ona təqdim etməsinə baxmayaraq, sonuncu bildirişi almaqdan imtina etmişdir. Təcrübədə kuryer xidmətinin işçisinin həftənin beşinci günləri məktubu alarkən növbəti günlər şənbə və bazar günlərinə düşdükdə, növbəti iş günlərində məktubların çatdırılmasına təsadüf olunur. 2021-ci il 12 fevral tarixində - həftənin beşinci günündə məktub qəbul edilmiş, 2021-ci il 16 fevral tarixində - həftənin ikinci günü məktub ilk iddiaçının ünvanına aparılmışdır. Göstərilənlərdən aydın olur ki, hərrac qanuni keçirilmiş və hər hansı qayda pozuntusuna yol verilməmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 noyabr tarixli 2-2(113)-4462/2 023 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın yekunları üzrə 2021-ci il 3 mart tarixli alqı-satqı müqaviləsi və hərracın nəticələri haqqında yekun protokol qeyri-yaşayış sahəsinin 1 və 2ci mərtəbəsində yerləşən İddiaçı ASC-nin mülkiyyətində olmayan 107,5 kv.m hissədə etibarsız hesab edilmiş, ilk iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia qismən təmin olunaraq, həmin ünvanda 1 və 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 1.460,3 kv.m, 834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının "xxxx" ASC-dən alınaraq, Cavabdeh4 təhvil verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd olunmuşdur (hakim – Z.Pirverdiyev).
12. Məhkəmə ilkin iddia ilə bağlı qeyd etmişdir ki, iddia çı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə, iş materiallarından aydın olur ki, hərrac MM-nin 415-ci maddəsinin tələblərinə uyğun keçirilmiş, eyni zamanda məhkəmə tədqiqatı zamanı hərracın keçirilməsi qaydasında, o cümlədən hərracın yekunları üzrə alqı-satqı müqaviləsi və hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması üçün ilkin iddia ərizəsində qeyd edilən əsaslar müəyyən edilməmiş, həmin əsaslar müqavilənin və protokolun etibarsızlığı üçün əsas ola bilməz.
13. Məhkəmə iddiaçının hərracın keçirilməsi barədə bildirişlə bağlı gətirdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, 2021-ci il 16 fevral tarixində İddiaçı ASC hərracın keçirilməsi barədə 2021-ci il 12 fevral tarixli bildirişi almaqdan imtina etmiş, bunu təkzib edən hər hansı mötəbər sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.
14. Bundan əlavə, iddiaçı əqdin mübahisələndirilməsi ilə bağlı MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür.
15. Eyni zamanda iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli 2-2(103)-607/2023 nömrəli qətnaməsindən aydın olmuşdur ki, hərrac vasitəsi ilə Cavabdeh4 satılmış ümumi sahəsi 1.567,8 kv.m olan qeyri-yaşayış binasının 1.460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) hissəsi İddiaçı ASC-nin mülkiyyətində olmuş, qalan hissələr digər şəxslərə məxsus olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə mübahisə predmeti olan qeyriyaşayış s ahəsi ilə bağlı bağlanmış alqı-satqı müqaviləsi və yekun protokolun İddiaçı ASCyə məxsus olmamış, lakin Cavabdeh4 satılmış 107,5 kv.m (1.567,8 – 1.460,3 = 107,5) hissədə etibarsız hesab olunmaqla, ilkin iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir.
16. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, mübahisəli qeyriyaşayış binası hərrac qaydasında Cavabdeh4 tərəfindən alındığından, həmin qeyriyaşayış sahəsi ona təhvil verilməlidir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qeyri-yaşayış binasının 1.460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) hissəsinin İddiaçı ASC-yə məxsus olması müəyyən edildiyindən göstərilən sahə Cavabdeh4 təhvil verilməklə, qarşılıqlı iddia qismən təmin olunmalıdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 157.2, 157.4, 157.8, 415.1, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.1-43.8, 44, 48.1.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 76.1, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
18. İddiaçı ASC həmin apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın rədd olunduğu hissədə ləğv edilməsini, həmin hissədə ilk iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın isə tam rədd olunmasını xahiş etmişdir.
19. Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın rədd olunmuş hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti vermək hüququ tanınmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 da apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin və hərracın nəticələri haqqında yekun protokolun qeyri-yaşayış sahəsinin 1 və 2-ci mərtəbəsində yerləşən İddiaçı ASC-nin mülkiyyətində olmayıb, onun mülkiyyətində olan hissədə etibarsız hesab olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 iyul tarixli 2-2(103)-371/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir k i, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hərrac mərkəzi tərəfindən hərrac təşkil olunmuş, hərracın keçirilmə vaxtı 2021-ci il 3 mart tarixində saat 11:00-a təyin edilmiş, açıq hərracın keçirilmə yeri və vaxtı barədə sifarişçi İcra şöbəsinə, ipoteka saxlayan (tələbkar) Cavabdeh2 BOKT ASC-yə və ipoteka qoyan (borclu) İddiaçı ASC-yə 2021-ci il 12 fevral tarixində 409 nömrəli bildiriş göndərilmiş, lakin İddiaçı ASC 2021-ci il 16 fevral tarixində bildirişi almaqdan imtina etmişdir. Bildirişlərin göndərilməsini təsdiq edən sürətli poçt xidməti olan “Megapostservices” poçt xidmətinin qaimələrinin saxta olduğu və ya həqiqətə uyğun olmadığı iddiaçı tərəfindən sübut edilməmişdir. Göründüyü kimi, ipoteka qoyana hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərildiyi öz təsdiqini tapdığından, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin pozuntusu müəyyən edilmədiyi üçün ilk iddianın rədd olunduğu hissədə qətnamə qanuni və əsaslı olmuşdur. Həmin bildirişin qəbulundan ipoteka qoyan tərəfindən imtina edilməsi səbəbindən bildirişin çatdırılmaması isə hərracın etibarsız hesab olunması üçün əsas ola bilməz.
23. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində istinad etmədiyi yeni əsasa istinad edərək, hərrac mərkəzinin daimi fəaliyyətinin 5 ildən az olduğundan, “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinin tələbinin pozulduğunu qeyd etmişdir. İddiaçı iddia ərizəsində bu əsasa istinad etmədiyi üçün cavabdeh tərəfin bu dəlillə bağlı öz sübutlarını təqdim etmək imkanı olmadığından, apellyasiya instansiyası mərhələsində isə qanuni əsas olmadan yeni sübutların qəbul edilməsi istisna olunduğundan, bu əsas apellyasiya baxışı mərhələsində araşdırma predmeti olaraq qəbul edilə bilməz.
24. Məhkəmə Cavabdeh4 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 25 avqust tarixli 2-2(103)-607/2023 nömrəli qətnaməsi qanuni qüvvəyə mindiyindən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia X1 hissə çıxılmaqla hərracda əldə etdiyi qeyriyaşayış sahəsinin ümumi sahəsi 1.460,3 kv.m-dən ibarət sahənin "xxxx" ASC-dən alınaraq təhvil verilməsi hissəsində təmin edilə bilər. Hərrac zamanı Cavabdeh4 başqa şəxsin mülkiyyətində olan, ipoteka ilə yüklü olmadığı halda səhvən tutma yönəldilmiş 107,5 kv.m sahəyə görə ödədiyi vəsaitin ona qaytarılmas ı üçün Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli e-2-2(113)-298/2020 nömrəli qətnaməsinin icrasında dönüş edilməsi barədə ərizə ilə MPM-in 236-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməli olduğundan, bu məsələ hazırkı icraat çərçivəsində həll oluna bilməz.
25. Məhkəmə üçüncü şəxs F.Mustafayev apellyasiya şikayətinə münasibətdə isə belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası mərhələsində müstəqil tələb irəli sürülməklə prosesə qoşulmaq qanunla istisna edildiyindən üçüncü şəxsin apellyasiya şikayətində qeyd olunmuş bu tələbin baxılmaq üçün qəbul edilməsi və hüquqi qiymət verilməsi yolverilməzdir.
26. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinin araşdırılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı B akı Ərazi İdarəsinə sorğu verilmiş, sorğuya 2024-cü il 11 iyun tarixli məktubla verilmiş cavaba əsasən müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən qeyri yaşayış sahəsinin “A” tikilisində sahəsi 9,6 kv.m olan 23 nömrəli qeyri-yaşayış sahəsi X6; ümumi sahəsi 740,2 kv.m olan hissəsi "xxxx" ASC-nin; “A” tikilisində 258,4 kv.m 52 nömrəli ticarət talvarı, 28,8 kv.m sahəsi olan 20 nömrəli yeməkxana, 62,1 kv.m sahəsi olan 44 nömrəli talvar, 28 kv.m sahəsi olan 42 nömrəli sahə, 18,4 kv.m sahəsi olan anbar, 95,3 kv.m ticarət sahəsi (17, 18, 19, 21, 22, 46, 47, 50, 51) Bakı şəhəri 32 nömrəli notariat kontoru tərəfindən təsdiq olunmuş 2018-ci il 15 dekabr tarixli bağışlama müqaviləsinə əsasən F.Mustafayevin mülkiyyətindədir.
27. Bununla bağlı apellyasiya instansiyası mərhələsində təqdim olunmuş sü butlara əsasən müəyyən edilmişdir ki, 2011-ci il 20 sentyabr tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı ASC-nin mülkiyyətində qalmış 1.460,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində “A” tikilisində yerləşən 196,4 kv.m sahəsi olan 52 nömrəli talvar, 62,1 kv.m sahəsi olan 44 nömrəli talvar, 28 kv.m sahəsi olan 42 nömrəli sahə, 9,7 kv.m sahəsi olan 45 nömrəli anbar, 8,7 kv.m sahəsi olan 43 nömrəli anbar, 7,4 kv.m sahəsi olan 19 nömrəli ticarət sahəsi, 8,4 kv.m sahəsi olan 46 nömrəli ticarət sahəsi, 9,2 kv.m sahəsi olan 47 nömrəli ticarət sahəsi, 9,7 kv.m sahəsi 17 nömrəli ticarət sahəsi və 18 nömrəli ticarət sahəsi "xxxx" ASC-nin razılıq ərizəsinə əsasən ipoteka hüququ qüvvədə qalmaq şərti ilə 80.200 manata X2, bu məbləğin 80.000 manatı "xxxx" ASC-nə 200 manatı İddiaçı ASC-yə ödənilmişdir.
28. Göründüyü kimi, X9 "xxxx" ASC ilə alqı-satqı müqaviləsi bağlayarkən əldə etdiyi qeyri-yaşayış sahələri üzərində bankın ipoteka hüququ saxlanılmış, 2018-ci il 15 dekabr tarixli bağışlama müqaviləsinə əsasən A.Mustafayeva mülkiyyətində olan qeyri-yaşayış sahələrini F.Mustafayevə bağışlamış, 2018-ci il 19 dekabr tarixində verilmiş çıxarışa əsasən Ə.Yaqubov küçəsi 6 nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 200,8 kv.m sahəsi üzərində F.Mustafayevin mülkiyyət hüququ qeydə alınmışdır.
29. Məhkəmə İddiaçı ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ipoteka hüququ qüvvədə qalması şərti ilə özgəninkiləşdirildiyini nəzərə alaraq hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən yeni mülkiyyətçi ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıdığından üçüncü şəxs mülkiyyətində olan əmlaka tutma yönəldilərək hərrac vasitəsi ilə satışa çıxarılması qanunun tələblərinə zidd olmamışdır.
30. Digər tərəfdən, Ə.Yaqubov küçəsi, 6 nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üçüncü şəxsin mülkiyyətində olan hissəsinə tutma Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli e-2-2(113)-298/2020 nömrəli qətnaməsi əsasında yönəldilmiş, həmin qətnamə iş materiallarına əlavə edilmiş, üçüncü şəxs qeyd olunan qətnaməni hal-hazıradək mübahisələndirməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 157.2, 157.4, 157.8, 415.1, 415.2, 416.1, 416.2-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1, 30.2, 30.3, 42.1, 43.1-43.8, 44, 48.1.4-cü və MPM-in 14.1, 14.2, 76.1, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
32. İddiaçı ASC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Cavabdeh4 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Üçüncü şəxs F.Mustafayev də kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
35. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024cü il 20 noyabr tarixli 2-2(102)-616/2024 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin və Cavabdeh4 tə rəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, üçüncü şəxs F.Mustafayev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim - K.Abiyeva, hakimlər - B.Qəribov və Z.Babayev).
36. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsinin tələbinə görə, hərrac təşkilatı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir.
37. Göründüyü kimi, ipoteka qoyanın hərrac barədə məlumatlandırılması prosesinə əhəmiyyət verilərək, “İpoteka haqqında” Qanunun istinad olunan maddəsində məlumatlandırmanın forması dəqiq və imperativ qaydada müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qanunda, hərrac təşkilatının üzərinə hərracın keçirilməsinin yeri və vaxtı barədə ipoteka saxlayanı və ipoteka qoyanı yuxarıda qeyd edilən vasitələrlə məlumatlandırmaq vəzifəsinin qoyulması, mülkiyyətində olan əmlakını ipoteka ilə yüklü edən ipoteka qoyana münasibətdə ipoteka predmeti üzərində mülkiyyət hüququnu saxlamağa şərait yaratmaqla, mülkiyyətçinin hüquqlarının müdafiəsi məqsədini daşıyır.
38. Bu baxımdan, məhkəmə kollegiyası hesab etmişdir ki, qanunla hərracın keçirilməsinin müəyyən edilən qaydasına formal yanaşılması, ipoteka qoyan şəxslərin mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxardığından, ipoteka qoyanın hərrac barədə məlumatlandırılması ilə bağlı qanunda nəzərdə tutulmuş bütün vasitələrdən müəyyən edilmiş qaydalara uyğun istifadə olunmalıdır.
39. Lakin baxılan işdən hərrac mərkəzi tərəfindən İddiaçı ASC-nin (ipoteka qoyan) məlumatlandırılması ilə bağlı bütün vasitələrdən qanunla müəyyən edilmiş qaydada istifadə olunması müəyyən edilmir. Belə ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc edilməsi, sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi barədə sübutlar işin materiallarına əlavə edilməmişdir.
40. Bu iş üzrə hərracın keçirilməsinə dair 2021-ci il 12 fevral tarixli bildirişin göndərilməsinə dair “Megapostservices” kuryer xidmətinin 026896 və 026898 nömrəli poçt qaimələri nə alıcı, nə də kuryer tərəfindən imzalanmamış, həmçinin qaimələrdə kuryerin adı, soyadı, imtina qeydinin kim tərəfindən aparıldığı göstərilməmiş, bildirişin kimə təqdim edildiyi, imtina edən şəxsin kimliyi müəyyən edilmir.
41. Buna baxmayaq apellyasiya məhkəməsi natamam qaydada rəsmiləşdirilmiş həmin qaimələrin mötəbərliyini qeyd olunan Qaydaların tələblərinə uyğun qiymətləndirmədən, iddiaçının hərracın keçirilməsi barədə lazımi qaydada məlumatlandırıldığı qənaətinə gəlmiş, mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilib-edilməməsi barədə qanunvericiliyin imperativ tələbinə əməl olunması na dair sübutların təqdim olunmamasına isə ümumiyyətlə hüquqi qiymət verməmişdir.
42. Həmçinin, iddiaçının tələbini əsaslandırmaq üçün irəli sürdüyü dəlillərdən biri də hərrac mərkəzinin daimi fəaliyyətinin 5 ildən az olması ilə bağlı olmuş, apellyasiya məhkəməsi həmin dəlil üzrə qiymətləndirmə aparmaqdan imtina edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində bu əsasa istinad etmədiyi üçün cavabdeh tərəfin bu dəlillə bağlı öz sübutlarını təqdim etmək imkanı olmadığından, apellyasiya mərhələsində isə qanuni əsas olmadan yeni sübutların qəbul edilməsi istisna olunduğundan, bu əsas apellyasiya baxışı mərhələsində araşdırma predmeti olaraq qəbul edilə bilməz.
43. Halbuki Bakı Kommersiya Məhkəməsində keçirilmiş 2023-cü il 30 noyabr tarixli məhkəmə iclasının audio-video yazısından görünür ki, i ddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “hərrac mərkəzi ipoteka ilə yüklü edilmiş əmlakı sata bilməzdi, çünki “İpoteka haqqında” və “İcra haqqında” Qanunla müəyyən edilmiş 5 il daimi fəaliyyəti mövcud deyil”.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, işə yeni apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən irəli sürülən həmin dəlil üzrə də “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinin tələbləri baxımından qiymətləndirmə aparılmalıdır.
45. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində MM-in 354.2-ci maddəsinə istinadən "xxxx" ASC tərəfindən hərracın nəticələrinin etibarsızlığı barədə iddia üzrə iddia müddətinin ötürüldüyü qeyd edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillər indən biri məhz bununla bağlı olmuş, lakin apellyasiya instansiya məhkəməsi həmin dəlilə də hüquqi qiymət vermədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
46. Məhkəmə kollegiyası Cavabdeh4 kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hərracın nəticələrinin mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı ASC-nin mülkiyyətində olmayan, M.Fərzəliyevə satılmış ipoteka ilə yüklü olmayan 107,5 kv.m hissədə etibarsız hesab edilməsi və Cavabdeh4 qarşılıqlı iddiasının həmin hissə çıxılmaqla ümumi 1.460,3 kv.m sahəyə münasibətdə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, Cavabdeh4 həmin hissə ilə bağlı ödədiyi vəsaitin qaytarılması üçün MPMnin 236-1-ci madd əsində nəzərdə tutulmuş qaydada Bakı Kommersiya Məhkəməsinin həmin hissəyə tutma yönəldilməsi barədə 2020-ci il 10 dekabr tarixli qətnaməsinin icrasında dönüş edilməsi barədə ərizə ilə müraciət etməli olması barədə düzgün izah verməmiş, etibarsız əqdin nəticələrinin tətbiqi ilə bağlı MM-in 337.5-ci maddəsini işə tətbiq etməməklə, həmin normanın tələblərini pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı MM-in 337.5-ci maddəsinin tələbləri baxımından müvafiq hüquqi qiymətləndirmə aparılmalıdır.
47. Məhkəmə kollegiyası üçüncü şəxs F.Mustafayevin kassasiya şikayətinin dəlilləri ilə bağlı, apellyasiya instansiyası məhkəməsinin mübahisəli qeyri-yaşayış sahəsinin üçüncü şəxsin mülkiyyətində olan hissəsinə tutmanın Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli e-2-2(113)-298/2020 nömrəli qətnaməsi əsasında yönəldilməsi, həmin qətnamənin sonuncu tərəfindən mübahisələndirməməsinə dair mövqeyi ilə razılaşsa da, hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi yuxarıda qeyd olunan əsaslarla tam ləğv edildiyindən və üçüncü şəxs də kassasiya şikayətində qətnamənin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etdiyindən, onun şikayəti də məhz eyni prosessual nəticə baxımından təmin edilməlidir.
48. Kassasiya məhkəməsi gəldiyi nəticəni MM-in 157.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1, 30.2, 41.2, 42.1, 44-cü və MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 416.1, 416.2, 417.1.3, 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası m əhkəməsindəki ikinci icraat
49. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 mart tarixli 2-2(103)-188/2025 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin və üçüncü şəxs F.Mustafayevin apellyasiya şikayətləri təmin edilmiş, Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddiaçı "xxxx" ASCnin iddiası təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (Bayıl bazarı) Cavabdeh4 satılmasına dair 2021-ci il 3 mart tarixli YP seriyalı 85 nömrəli “Hərracın nəticələrinə dair yekun Protokol” və eyni tarixli “Hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı b arədə” müqavilə etibarsız hesab edilmiş, Cavabdeh2 BOKT ASC-dən 464.000 manatın alınaraq Cavabdeh4 verilməsi; Cavabdeh4 iddia tələbinin təmin edilməməsi qət olunmuşdur (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və E.Həsənov).
50. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı ASC-nin irəli sürdüyü faktiki hallar ondan ibarət olmuşdur ki, hərrac keçirilərkən ona bildiriş göndərilməmiş, hərracdan məlumatı olmamış, hərracın təşkili ilə bağlı müddətlərə əməl edilməmiş, hərrac mərkəzi 5 ildən az daimi fəaliyyət göstərdiyi üçün hərrac keçirmək səlahiyyətinə sahib olmamışdır.
51. Kollegiya İddiaçı ASC-nin dəlillərini əsaslı sayaraq qeyd etmişdir ki, “İpoteka haqqında” Qanun ipoteka qoyanın hərrac barədə məlumatlandırılması prosesinə xüsusi əhəmiyyət vermiş, məlumatlandırmanın formasını dəqi q və imperativ qaydada müəyyən etmişdir.
52. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları təkrarlamağa zərurət görmədən qeyd etmişdir ki, baxılan işdən hərrac mərkəzi tərəfindən İddiaçı ASC-nin (ipoteka qoyan) məlumatlandırılması ilə bağlı bütün vasitələrdən qanunla müəyyən edilmiş qaydada istifadə olunması müəyyən edilmir. Belə ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc edilməsi, sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi barədə sübutlar işin materiallarına əlavə edilməmişdir.
53. Kollegiya hərrac təşkilatının 5 il daimi fəaliyyət göstərməməsi ilə bağlı dəlili də əsaslı hesab etmiş; belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinin 9 saylı Vəkil Bü rosuna ünvanladığı 2022-ci il 13 may tarixli məktubdan göründüyü kimi, “X3 Mərkəzi” MMC 2006-cı il 19 dekabr tarixində uçota alınmış, 14 ay fəaliyyət göstərdikdən sonra 2008-ci il 17 fevral tarixindən 2018-ci il 16 iyun tarixinədək fəaliyyətini dayandırmış, qeyd edilən sonuncu tarixdə fəaliyyəti bərpa olunmuş, mübahisələndirilən hərrac əməliyyatını isə 2021-ci il 3 mart tarixində, yəni 5 illik daimi fəaliyyət göstərmədən həyata keçirmişdir. Bu hal isə “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsi ilə müəyyən edilmiş şərtin pozulması deməkdir.
54. Qeyd olunmalıdır ki, hərrac təşkilatının 5 il daimi fəaliyyət göstərməməsi halı Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2023-cü il 13 iyun tarixli 2(103)2630/2023 nömrəli qətnaməsi ilə də müəyyən edilmişdir. 55. “Hərracın nəticələrinin e tibarsız hesab olunması” barədə "xxxx" ASC-nin iddia tələbinə iddia müddətinin tətbiq olunması barədə ərizəyə münasibətdə kollegiya qeyd etmişdir ki, mübahisələndirilən hərrac 2021-ci il 3 mart tarixində keçirilmiş, iddia ərizəsi isə məhkəməyə 2022-ci il 23 mart tarixində təqdim edilmişdir. "xxxx" ASC-nin öz hüquqlarının pozulduğunu bildiyi anın hərracın keçirildiyi günlə eyniləşdirilməsi yolverilməzdir, çünki yuxarıda şərh olunduğu kimi, adı çəkilən ASC hərracın vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır.
56. Belə olan halda isə, "xxxx" ASC-nin hərracın nəticələri barədə məlumatı daha əvvəl əldə etdiyini sübut etmək vəzifəsi iddia müddətinin tətbiqini xahiş etmiş tərəfin üzərinə düşür ki, həmin tərəf məhkəməyə belə bir sübut təqdim etməmişdir. 57. "xxxx" ASC-nin iddia tələbi üzrə gəldiyi qənaətin məntiqi nəticəsi olaraq kollegiya, Cavabdeh4 apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür; belə ki, "xxxx" ASC-nin iddia tələbinin əsaslı hesab olunması, Cavabdeh4 qarşılıqlı iddiasının və müvafiq olaraq apellyasiya şikayətinin rədd edilməsini şərtləndirir.
58. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə almışdır ki, mübahisələndirilən hərrac keçirilərkən ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 1.567,8 m2 deyil, 1.240,8 m2 təşkil etmiş, onun 9,6 m2 hissəsi X6, ümumi sahəsi 740,2 m2 olan hissəsi "xxxx" ASC-nin, 491 m2 hissəsi Fəxrəddin Mustafayevin mülkiyyətində olmuş, beləliklə adı çəkilən şəxslərə məxsus əmlaklara da tutma yönəldilmişdir; bu isə o deməkdir ki, Cavabdeh4 “1.567,8 kv.m ümumi, 1.056,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının "xxxx" ASC-dən alınaraq ona təhvil verilməsi” tələbinin təmin edilməsi faktiki olaraq ümumiyyətlə mümkün deyildir.
59. Bununla yanaşı kollegiya hesab etmişdir ki, hərrac və onun nəticəsində bağlanmış müqavilə etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olubolmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll olunmalıdır.
60. Kollegiya hesab etmişdir ki, “Hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə” 2021-ci il 3 mart tarixli müqavilə üzrə Cavabdeh4 hərrac təşkilatına ödədiyi və sonradan banka olan borcun ödənilməsinə yönəldilmiş 464.000 manat Cavabdeh2 BOKT ASC-dən alınıb Cavabdeh4 qaytarılmalıdır.
61. Kollegiya Cavabdeh4 həmçinin izah etmişdir ki, o, hərracın göstərilən pozuntular səbəbindən etibarsız sayılması ilə əlaqədar, məruz qaldığı zərərin ödənilməsini pozuntulara yol vermiş şəxslərdən (subyektlərdən) tələb etmək hüququna sahibdir.
62. Kollegiya F.Mustafayevin apellyasiya şikayətinə də ayrıca münasibət bildirməyi zəruri hesab etməmişdir. Belə ki, "xxxx" ASC-nin iddia tələbi təmin və hərrac ümumilikdə etibarsız hesab edildiyi üçün, F.Mustafayevin apellyasiya şikayəti prosessual cəhətdən təmin edilmiş hesab olunur. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) N. Dadaşovun kassasiya şikayətinin dəlilləri
63. MM-in 415.1-ci maddəsi; “İcra haqqında” Qanununun 61.1-ci maddəsi; “İpoteka haqqında” Qanununun 41.1-ci maddəsi üzrə - Kassasiya instansiyası məhkəməsi ipoteka qoyan İddiaçı ATSC-nin açıq hərracın keçirilməsi barədə məlumatlandırlmamasını o nun mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirəndə həm də nəzərə alınmalıdır ki, İddiaçı ATSC-nin mülkiyyətindəki yuxarıda göstərilən qeyri-yaşayış sahəsi ipoteka predmeti olmaqla, Cavabdeh2 BOKT-a olan kredit borcuna görə ona Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli qətnaməsi ilə tutma yönəldilmiş, həmin qeyri-yaşayış sahəsinin hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsi qət edilmişdir. Qanuni qüvvəyə mindikdən sonra Bakı Kommersiya Məhkəməsi tərəfindən 2021-ci il 24 yanvar tarixində icra vərəqəsi tərtib edilərək, icra edilməsi İcra Şöbəsinə göndərilmiş, bundan sonra isə icra məmurunun 2021-ci il 8 fevral tarixli məktubu ilə qeyri-yaşayış binasının açıq hərracda satılması sifariş edilmişdir. Yəni, adıçəkilən qeyriyaşayış sah əsi üzərində İddiaçı ATSC-nin mülkiyyət hüququ məhduddur və o, məcburi qaydada açıq hərracda satışa çıxarılmışdır.
64. Bundan başqa, ipoteka qoyan İddiaçı ATSC-nin açıq hərracda iştirak etməsinin təmin edilməməsi nəticəsində onun konkret olaraq hansı hüquqi imkanlardan istifadə edə bilməməsi ümumiyyətlə, aydınlaşdırılmamışdır. Yəni, açıq hərracda iştirakı təmin edilmiş olsaydı, onda İddiaçı ATSC-nin hansı hüquqlarını və ya vəzifələrini həyata keçirmək niyyətində olması, bununla bağlı konkret sübutlar və faktlar gösətrilməmişdir. MPM-nin 420-ci maddəsinin tələbinə əsaslanmaqla, bu məsələlər üzrə araşdırılma aparılmadan keçirilmiş açıq hərracın nəticələrinin apellyasiya instansiyası məhkəməsi tərəfindən etibarsız sayılması qənaətinə gəlmək qanuni sayılsa da, ədalətli deyildir.
65. İstinad ol unan Qanunun məna və məzmunundan aydın olur ki, hərracların hazırlanması icra məmuru tərəfindən, onun keçirilməsi isə ixtisaslaşdırılmış müəssisələr tərəfindən həyata keçirilir. Həmçinin eyni hüquqi yanaşma hərracın təşkil edilmə və keçirilmə qaydası müəyyən edən MM-in 415-ci maddəsində də əksini tapmışdır. İşdən göründüyü kimi, Cavabdeh4 İcra Şöbəsi tərəfindən sifariş olunmuş açıq hərracın iştirakçısı hüququ statusuna malik olduğuna görə hərracda iştirak edərək, onun qalibi olmuşdur.
66. İddiaçı ATSC iddia ərizəsində ona məxsus qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərraca dair “Hərracın yekunları üzrə 2021-ci il 3 mart tarixli alqı-satqı müqaviləsinin, hərracın nəticələri haqqında YP seriyalı 85 nömrəli yekun protokolun, qeyri-yaşayış sahəsi ilə bağlı edilmiş bütün hərəkətlərin və onların nəticələrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən aydın görünür ki, İddiaçı ATSC iddia ərizəsində hərracın hazırlanması və ya təşkil edilməsinin qanunsuz sayılmasına dair tələb irəli sürməmişdir. Fikrimcə, Bakı Kommersiya Məhkəməsinin 2023cü il 30 noyabr tarixli 2-2(113)-4462/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə hüquqi əsaslar mövcud olduğu halda, onda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 2025-ci il 19 mart tarixli 2-2(103)-188/2025 nömrəli qətnaməsi ilə adıçəkilən qeyri-yaşayış sahəsinin (Bayıl bazarı) Cavabdeh4 satılmasına dair 2021-ci il 3 mart tarixli YP seriyalı 85 nömrəli “Hərracın nəticələrinə dair yekun Protokol”u və eyni tarixli “Hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə” müqav iləsini etibarsız hesab edib, qeyri-yaşayış sahəsini icra məmurunun sifarişi əsasında açıq hərracda satılması mərhələsinə qaytarmalı idi. Bu halda isə icra məmuru səlahiyyətli ixtisaslaşdırılmış müəssisə ilə müqavilə bağlayaraq, hərracı sonrakı mərhələyə-hərracın keçirilmə mərhələsinə yönəltməli idi. İşin mühüm əhəmiyyət kəsb edən bu halı həm apellyasiya instansiyası, həm də kassasiya instansiyası məhkəməsində nəzərə alınmamışdır. b) Cavabdeh2 BOKT ASC-nin kassasiya şikayətinin dəlilləri 67. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsi üzrə Qanuna görə ipoteka müqaviləsinə xitam verilməsinin 5 əsası müəyyən edilmişdir. Sonuncu 5-ci əsasa görə: “bu qanunda nəzərdə tutulan digər hallarda”. Bakı Apellyasiya Məhkəməsi ipoteka predmetinə dair keçirilmiş hərracın nəticələri nin etibarsız hesab edilməsinə dair gəldiyi nəticə əsassızdır. Eyni zamanda, məhkəmənin 464.000 manatın alınaraq Cavabdeh4 qaytarılması hissəsini də əsaslandırmamışdır.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 1 iyul tarixli Qərarı üzrə - Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin müvafiq qərarına istinad etsə də bu qərarı düzgün tətbiq etmədiyi qənaətindəyik. Belə ki, Qərarda deyilir: İpoteka müqaviləsi üzrə ipoteka saxlayanın əmlak mənafeyinin qorunması, əsas öhdəliyin icrasının təmin olunmasında yarana biləcək təhlükənin qarşısının alınması baxımından “İpoteka haqqında” Az ərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələri ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsızlığını müəyyən edir. İpoteka saxlayanın ipoteka predmetinin özgəninkiləşdirilməsi ilə bağlı razılığın verilməsindən imtina barədə qərarı əsaslandırılmış olmalı və imtinanın səbəbləri göstərilməlidir. İpoteka qoyan öz növbəsində həmin qərarı məhkəmədə mübahisələndirə bilər. Bir daha bildiririk ki, Bankın əmlak mənafeyinin qorunması baxımından girov predmetinin bir hissəsinin satışına yüklülüyün saxlanılması şərti ilə razılıq verilmişdir. Borc tam bağlandıqdan sonra isə əmlak tam olaraq girovdan azad edilə bilərdi. Məhkəmə isə qanunsuz olaraq 1.567 kv.m olan ipoteka predmetini yarı hissədə ləğv etmişdir.
69. Kassator MPM-in 8.1, 9. 1, 76.1 və 77.1-ci maddələrinin pozulmasına və ya düzgün tətbiq edilməməsinə istinad etmiş, lakin bunu yalnız həmin müddəaların məzmununu sadalamaqla əsaslandırmışdır.
70. Kassator şikayətin “Digər məsələlər” bölməsində bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 19 mart tarixli qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, həmin qətnamə qəbul edilən zaman Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 18 fevral tarixli 2(103)-92/2025 nömrəli qətnaməsinin qüvvəyə minməsi gözlənilməmişdir. Belə ki, həmin qətnamə ilə ipoteka müqaviləsi qismən ləğv edilmiş və girov predmetinin həcmi 740,2 kv.m müəyyən edilmişdir. Lakin həmin qətnamə qüvvəyə minməmiş və eyni zamanda qətnamədən verilən kassasiya şikayəti hazırda Ali Məhkəmənin icraatındadır. Göstərilən qətnamə qüvvəyə minəcəyi halda hərr acın nəticələri qismən ləğv edilməli olardı. Belə ki, məhkəmə qətnaməsi ilə həcmi azaldılmış ipoteka əmlaka hazırda başqa bir məhkəmə qətnaməsi ilə tutma yönəldilmişdir. Həmin qətnamə isə icra edilmişdir. İcra edilmiş qətnamənin nəticələrinin aradan qaldırılması isə Cavabdeh2 BOKT ASC-nin əmlak mənafelərinə tamamilə ziddir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 19 mart tarixli qətnaməsi ilə Cavabdeh2 BOKT ASC-dən 464.000 manatın tutulması qət edilmişdir. Halbuki, ipoteka predmeti olan əmlakın həcmi azaldılsa da 740,2 kv.m girov əmlakın hazırkı bazar dəyəri hər kv.m 1.000 manat hesablanarsa 740.000 manat edir. Hərracda əmlakı alan Cavabdeh4 hərracın nəticələrini mübahisələndirmədiyi halda hərracın bu hissədə də etibarsız hesab edilməsi qanunsuz və əsassızdır.
71. Məhkəmə eyni za manda hərracı keçirən hərrac təşkilatının 5 ildən az fəaliyyət göstərməsinə istinad edir. Bu halda da məhkəmə haqlı deyildir. Belə ki, “X3 Mərkəzi”nin 5 ildən az və ya çox fəaliyyət göstərməsini sübut edən, istisna edən hallar mövcud deyildir. Bundan başqa isə bu təşkilat illərlə fəaliyyət göstərmiş və yüzlərlə hərraclar keçirmişdir. Bu fəaliyyətlər həyata keçirilən zaman nəyə görə buna nəzarət edilmirdi. Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin qanunun tələbindən xəbəri yox idimi. Səlahiyyətli dövlət orqanlarının öz vəzifə səlahiyyətlərini icra etməyərək bu tip fəaliyyətlərə nəzarət etməmələrinə görə nədən Cavabdeh2 BOKT ASC əmlak hüquqları pozulmalıdır.
72. Hazırda Cavabdeh2 BOKT ASC-nin Əmanətlərin Sığortalanması Fonduna milyonlarla borcu vardır. Əmlakların satışından əldə edilən bütün vəsaitlər Fonda ödənilir. Məhkəmənin 464.000 manatın alınaraq geri qaytarılması barədə qətnaməsi tamamilə əsassızdır. Kassasiya şikayətinə əlavə etdiyimiz hesabdan çıxarışdan da göründüyü kimi əmlakın satışından BOKT-un hesabına cəmi 456.434,09 manat pul ödənilmişdir. Məhkəmə 464.000 manat məbləği haradan alıb, bu bizə qaranlıq qalmışdır. Hərracın yekunlarına dair protokola əsasən əmlak 320.000 manata ilk hərracda satılmışdır. Əlavə olaraq isə sonradan Borclu "xxxx" ASC-nin hesabına 136.434 manat pul ödənilmişdir.
73. Prosessual qənaətlilik baxımından hərracın nəticələrinin qismən ləğv edilməsi daha məqsədə müvafiq olardı. Həmçinin ipoteka əmlakın həcminin azaldılmasına dair məhkəmə qətnaməsi də hələ ki, qüvvəyə minməmişdir.
74. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr ta rixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, "xxxx" ASC-dən Cavabdeh2 BOKT ASC-nin xeyrinə 2018-ci il 22 avqust tarixli 185/08/PB nömrəli kredit müqaviləsi üzrə 58.780,79 manat əsas, 35.812,71 manat faiz, 3.348,04 dəbbə pulu olmaqla cəmi 97.941,54 manatın, 2008ci il 21 oktyabr tarixli 237/08/PB nömrəli kredit müqaviləsi üzrə 299.703,91 manat əsas, 62.136,68 manat faiz, 4.178,61 manat dəbbə pulu olmaqla, cəmi 366.019,20 manatın, 30 manat dövlət rüsumunun tutulması, tələbin likvid qiyməti 320.000 manat müəyyən edilməklə "xxxx" ASC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsindəki 1.567,8 kv.m ümumi, 1.056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasın a yönəldilməsi, qeyri-yaşayış sahəsinin hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
75. İddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman Daşınmaz Əmlakın Dövlət Reyestrində rəsmi qeydiyyata alınmış 1.567.8 kv.m qeyri-yaşayış sahəsi olan girov predmetinə tutma yönəldilməsi xahiş edilmiş və tam əsaslı iddia olduğu üçün təmin edilmişdir. Sonrakı məhkəmə proseslərində də DƏDRX-nin verdiyi sənədlərdə də girov hüququmuzun saxlanıldığı müəyyən edilmişdir. Girovda qalmaq şərti ilə girov predmetinə daxil olan sahələrin bir hissəsinin satılması "xxxx" ASC-nin razılığı ilə satılsa da, girovda qalmaq şərti ilə buna razılıq verilmişdir. "xxxx" ASC-nin razılıq alaraq satdığı bu sahələrdən əldə edilən vəsait borc məb ləğini bağlamamışdır. Bu səbəbdən də satılan hissələrin girovda saxlanılması qarşılıqlı şəkildə razılıqla edilmişdir. Lakin Bankın razılığı olmadan hansı formada bu sahələr girovdan azad edilərək satılmışdır, bu bizə məlum deyil. Bakı Apellyasiya Məhkəməsi özünün 2025-ci il 18 fevral tarixli 2-2(103)-92/2025 nömrəli qətnaməsi ilə əsassız olaraq girov predmetini 1.567,8 kv.m-dən 740,2 kv.m sahəyə salmışdır. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC və "xxxx" ASC arasında 2008-ci il 22 avqust tarixində ipoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin ümumi sahəsi 1.567,8 kv.m olsa da, sonradan əmlakın müəyyən hissələri başqa şəxslərə, o cümlədən 142,9 kv.m hissəsi 2009-cu il 12 sentyabr tarixində "xxxx" ASC-nin razılığı əsasında ipoteka hüququ qüvvədə qalmaq şərtilə 40.0 00 manata Ağca Mustafayevaya satılmış, həmin məbləğ tam şəkildə satıcıya ("xxxx" ASC-yə) ödənilmiş, bundan sonra BOKT-un mülkiyyətində qalmış sahə (hissə) 1.307,8 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) təşkil etmiş, 2010-cu il 5 mart tarixində ipotekanın əlavə qeydiyyatı aparılmış, yüklülük müddəti 36 ay müəyyənləşdirilmişdir. Həmin razılıq məktubunda da göründüyü kimi, girovda qalmaq şərti ilə alqı-satqıya razılıq verilmişdir. Göründüyü kimi, artıq icra edilmiş məhkəmə qətnaməsi var və keçirilən hərrac üzrə satılan əmlakın həcmi azaldılmışdır. Hərracın nəticələri də qismən ləğv edilməli idi. d) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
76. Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
77. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisə ləndirildiyi üçün hazırkı icraat çərçivəsində onun qanuniliyi və əsaslılığı kassasiya şikayətlərinə əsasən MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
78. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
79. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Ma ddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə
416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.” 80. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə
30. İpoteka predmetinə sərəncam verilməsi 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və y a ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 30.2. Bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır....” “Maddə
41. İpoteka predmetinin satış üsulları... 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir....” “Maddə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hə rracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir....” “Maddə
44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbayc an Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.”
81. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnaməni n qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədləri... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.... ” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
82. Məhkəmə kollegiy ası kassasiya şikayətlərinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
83. Əvvəla qeyd olunmalıdır ki, əvvəlki kassasiya baxışında verilmiş qərarda əks olunmuş göstərişlər MPM-in 420-ci maddəsinin (bax § 81) tələblərinə uyğun olaraq son apellyasiya baxışında tam icra olunmuş, məhkəmə həmin göstərişlərlə əlaqədar araşdırma və hüquqi dəyərləndirmə apararaq müvafiq nəticəyə gəlmiş, kassatorlar sözügedən normaya apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmamasına dair hər hansı əsaslı dəlil gətirə bilməmişlər. Cavabdeh4 dəlilləri üzrə:
84. Mübahisəli qeyri-yaşayış sahəsi üzərində İddiaçı ATSC-nin mülkiyyət hüququnun məhdud olmasına və onun məcburi qaydada açıq hərracda satışa çıxarılmasına, Cavabdeh4 həmin hərracda iştirak edərək, onun qalibi olmasına dair dəlillərlə əl aqədar qeyd olunur ki, hazırkı məhkəmə qətnaməsi ilə ipotekaya xitam verilmir; yalnız qanunsuz keçirilmiş hərracın nəticələri etibarsız hesab olunur və restitusiya qaydasında alıcı Cavabdeh4 tərəfindən ödənilmiş vəsaitin geri qaytarılması qət olunur. Artıq bundan sonra yeni hərracın qanunla müəyyən edilmiş qaydada və tərəflər arasında olan digər mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş nəticələrə uyğun keçirilməsi nəzərdə tutulur. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
85. İpoteka qoyan İddiaçı ATSC-nin açıq hərracda iştirak etməsinin təmin edilməməsi nəticəsində onun konkret olaraq hansı hüquqi imkanlardan istifadə edə bilməməsinin ümumiyyətlə, aydınlaşdırılm amasına dair dəlillə əlaqədar qeyd olunur ki, hazırkı iş üzrə Ali Məhkəmənin ilk qərarında da bildirildiyi kimi, ipoteka qoyanın hərrac barədə məlumatlandırılması prosesinə əhəmiyyət verilərək, “İpoteka haqqında” Qanunun istinad olunan maddəsində məlumatlandırmanın forması dəqiq və imperativ qaydada müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qanunda, hərrac təşkilatının üzərinə hərracın keçirilməsinin yeri və vaxtı barədə ipoteka saxlayanı və ipoteka qoyanı yuxarıda qeyd edilən vasitələrlə məlumatlandırmaq vəzifəsinin qoyulması, mülkiyyətində olan əmlakını ipoteka ilə yüklü edən ipoteka qoyana münasibətdə ipoteka predmeti üzərində mülkiyyət hüququnu saxlamağa şərait yaratmaqla, mülkiyyətçinin hüquqlarının müdafiəsi məqsədini daşıyır. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, qan unla hərracın keçirilməsinin müəyyən edilən qaydasına formal yanaşılması, ipoteka qoyan şəxslərin mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxardığından, ipoteka qoyanın hərrac barədə məlumatlandırılması ilə bağlı qanunda nəzərdə tutulmuş bütün vasitələrdən müəyyən edilmiş qaydalara uyğun istifadə olunmalıdır.
86. Bu baxımdan, məhkəmə kollegiyası vurğulayır ki, sözügedən imperativ məlumatlandırma proseduruna əməl olunmaması faktının özü bilavasitə hərrac keçirilməsi qaydalarının kobud pozulması kimi qiymətləndirilməlidir. Bu səbəbdən də belə hərracın qanuni (etibarlı) nəticələr doğurması istənilən halda mümkün deyildir (MM-in 416-cı maddəsi – bax § 79).
87. Hazırkı halda isə iddiaçının qanunun tələblərinə uyğun şəkildə hərracın keçirilməsi barədə əvvəlcədən məlumatla ndırılmaması işin məhkəmə tərəfindən müəyyən edilmiş halını təşkil edir.
88. Məhkəmənin hərracın nəticələrinə dair yekun protokolu və əmlakın alqı-satqısı barədə müqaviləsini etibarsız hesab edib, qeyri-yaşayış sahəsini icra məmurunun sifarişi əsasında açıq hərracda satılması mərhələsinə qaytarmalı olmasına dair dəlillə əlaqədar qeyd olunur ki, məhkəmə qətnaməni iddia tələbi üzrə çıxarmışdır. Bu da MPM-in 218.3-cü maddəsinin tələblərinə (bax § 81) tam uyğun olmuşdur. Onsuz da hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra yeni hərrac, yuxarıda da qeyd olunduğu kimi, qanunla müəyyən edilmiş qaydada və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş nəticələrə uyğun keçirilməlidir. Cavabdeh2 BOKT ASC-nin kassasiya şikayətinin dəlilləri üzrə:
89. Məhkəmə kollegiyası apellyasiya in stansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və apardığı hüquqi dəyərləndirmə ilə razılaşdığından kassatorun, məhkəmənin hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair gəldiyi nəticənin əsassız olmasına, 464.000 manatın alınaraq Cavabdeh4 qaytarılmasının əsaslandırmamasına dair dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.
90. Bankın əmlak mənafeyinin qorunması baxımından girov predmetinin bir hissəsinin satışına yüklülüyün saxlanılması şərti ilə razılıq verilməsinə, borc tam bağlandıqdan sonra əmlakın tam olaraq girovdan azad edilə bilməsinə, Bakı Apellyasiya Məhkəməsinin 2025ci il 18 fevral tarixli 2(103)-92/2025 nömrəli qətnaməsi ilə ipoteka müqaviləsinin qismən ləğv edilməsinə və girov predmetinin həcminin 740.2 k v.m müəyyən edilməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, hazırkı qətnamə ilə ipotekaya xitam verilmir. Apellyasiya instansiyası məhkəməsi işə ilk dəfə baxan kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq, hazırkı iddia tələbi üzrə araşdırma apararaq hərracın qanunsuz keçirildiyini müəyyən etmiş, bu səbəbdən də həmin hərracın nəticələrini etibarsız hesab edərək restitusiya qaydasını (alıcının ödədiyi vəsaitin geri qaytarılmasını) tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır. Artıq bundan sonra yeni hərracın qanunla müəyyən edilmiş qaydada və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş nəticələrə uyğun keçirilməsi nəzərdə tutulur. Odur ki, məhkəmə kollegiyası hazırda müb ahisələndirilən qətnamə ilə kassatorun istinad etdiyi əvvəlki qətnamə arasında hər hansı ziddiyyət görmür.
91. Hərracı keçirən hərrac təşkilatının 5 ildən az fəaliyyət göstərməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, iddiaçının qanunun tələblərinə uyğun şəkildə hərracın keçirilməsi barədə əvvəlcədən məlumatlandırılmamasının işin məhkəmə tərəfindən müəyyən edilmiş halını təşkil etdiyindən və sadəcə bu faktın özü keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün yetərli olduğundan (MM-in 416-cı maddəsi) məhkəmə kollegiyası hazırkı dəlil üzrə ayrıca hüquqi qiymətləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.
92. Əmlakın satışından BOKT-un hesabına 464.000 manat deyil, cəmi 456.434,09 manat pul ödənilməsinə dair dəlillərlə əlaqədar olunur ki, həm in xüsusat işin məhkəmə tərəfindən müəyyən edilməmiş faktiki halına aid olduğundan MPM-in 407.2-ci maddəsinin tələblərinə (bax §81) uyğun olaraq, həmin dəlilə, habelə bununla əlaqədar kassasiya şikayətinə əlavə edildiyi bildirilən sənədlərə sırf hüquqi icraat olan hazırkı kassasiya icraatında istinad olunması yolverilməzdir. Bu səbəbdən də məhkəmə kollegiyası sözügedən dəlilə hər hansı münasibət bildirmir.
93. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, MPM-in 420-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı iş üzrə ilk kassasiya b axışında qəbul edilmiş Ali Məhkəmənin qərarında əks olunan göstərişləri tam və düzgün yerinə yetirmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 81) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
94. Odur ki, Cavabdeh4 və Cavabdeh2 BOKT ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 mart tarixli 2-2(103)-188/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
95. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh4 və Cavabdeh2 BOKT ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 mart tarixli 2-2(103)-188/2025 nömrəli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.