Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-452/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə faizlər, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-15/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 2019-cu il 8 iyul tarixində 23-BİZ-1-0-1283-19 nömrəli kredit müqaviləsi bağlanmış, cavabdehə 36 ay müddətinə 85.000 manat məbləğində kredit vermişdir. 2. 2019-cu il 8 iyul tarixli 23-BİZ-1-0-1283-19 nömrəli ipoteka müqaviləsinə görə, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzil (bundan sonra – “ipoteka predmeti”) ipoteka ilə yüklü edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ******* nömrəli 2019-cu il 21 may tarixli çıxarışla təsdiq edilmişdir. İpoteka predmetinin bazar dəyərinin 130.000 manat təşkil etməsi müəyyən olunmuşdur. 3. 2022-ci il 17 may tarixli maliyyə arayışına əsasən Cav abdeh İddiaçı ASC-yə borcu 67.886,23 manat əsas, 12.119,94 manat faiz və 3.580,04 manat cərimə olmaqla ümumilikdə 83.586,21 manat təşkil etmişdir. 4. "xxxx" MMC tərəfindən verilmiş 2021-ci il 29 sentyabr tarixli qiymətləndirmə barədə hesabatına əsasən ipoteka predmetinin bazar dəyəri 105.000 manat, likvid dəyəri isə 89.000 manat müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il 8 iyul tarixli 23-BİZ-1-0-1283-19 nömrəli kredit müqaviləsi (bundan sonra-“kredit müqaviləsi”) üzrə cavabdehdən 67.886,23 manat əsas, 12.119,94 manat faiz və 3.580,04 manat cərimə, ümumilikdə cəmi 83.586,21 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsini, cavabdehə məxsus ipoteka predmeti açıq hərracda satılaraq əldə olunan vəsait hesabına mövcud olan borcun iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin ipoteka predmeti olan əmlakdan istifadə hüquqlarının itirilmiş hesab olunaraq, həmin şəxslərin əmlakdan çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xa hiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 85.000 manat məbləğində 36 ay müddətinə 18 faizlə kredit verilmişdir. Borcun təminatı olaraq, cavabdehin mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzili 2019-cu il 08 iyul tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il martın 19-dək cavabdehin 2019-cu il 11 iyul tarixli kredit müqaviləsi üzrə banka 67886,23 ABŞ dolları əsas borc, 5452,16 ABŞ dolları faiz borcu, olmaqla ümumilikdə cəmi 73.338,39 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddə tdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır
7. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2022-ci il 16 avqust tarixli 9/4890 nömrəli ekspert rəyində cavabdehin 2022-ci il 17 may tarixə 67.586,44 manat əsas və 11.830,39 manat faiz borcunun mövcud olduğu göstərilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 8 sentyabr tarixli e-2-2(113)-2055/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 67.586,44 manat əsas, 11.830,39 manat faiz və 283,17 manat cərimə, cəmi 79.700 manat pulun, həmçinin 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınma z əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməsi, tutmanın cavabdehə məxsus ilkin satış qiyməti 89.000 manat olan ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetinin hərracda satılması və əldə olunan vəsait hesabına iddiaçının borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddət ərzində cavabdehin mənzili boşaltmaqla tərk etməsi, daha sonra mənzilin banka təhvil verilməsi qət edilmişdir (hakim E.Əliyev).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit və ip oteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
10. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini işdə olan digər sübutlarla yanaşı tqiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddiaçı tələbində göstərdiyi məbləğdə deyil, ekspert rəyində qeyd edilən 67/586,44 manat əsas 11830,39 manat faiz borcu cavabdehdən tutulmalıdır.
11. Məhkəmə iddia tələbinin cərimə hissəsinə qiymət verərək göstərmişdir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 283,17 manat məbləğində müəyyən edilməlidir.
12. İpoteka müqaviləsi imzalanarkən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilin bazar qiymətinin 130000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, sözügedən mənzilin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 89.000 manat məbləğində müəyyən edilməlidir.
13. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli və cavabdehdən 67.586,44 manat əsas, 11.830,39 manat faiz, 283,17 manat cərimə, cəmi 79.700 manat, bundan əlavə 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 man dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməli, tutma cavabdehə məxsus ilkin satış qiyməti 89.000 manat olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilə yönəldilməli, həmin ipoteka predmeti hərracda sat ılmalı və əldə olunan vəsaitin hesabına iddiaçının borcu ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, ipoteka predmeti olan əmlak satıldıqdan sonra 1 ay müddət ərzində cavabdeh mənzili boşaltmaqla tərk etməli, daha sonra mənzil banka təhvil verilməlidir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətindəki mənzil satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, digər şəxslərin həmin mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılması ilə bağlı iddia tələbi təmin edilə bilməz. Belə ki, mənzilə olan istifadə hüquqi ilə bağlı tələbləri yalnız mülkiyyətçi irəli sürə bilər, həmçinin digər şəxslərlə bağlı iddiaçı heç bir sübut təqdim etməməklə yanaşı hazırki iş üzrə cavabdeh qismində yalnız Cavabdeh çıxış edir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386, 467-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
16. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin kredit müqaviləsi üzrə faiz borcunun 11.830,39 manat, mənzilin ilkin satış qiymətinin isə 89.000 manat müəyyən edildiyi hissədə ləğv olunması, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 024-cü il 17 aprel tarixli 2-2(103)-15/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilərək ipoteka predmetinin ilkin satış qiymətinin 161.000 manat məbləğində müəyyən olunması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər Z.Şirinov və R.Qurbanov).
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış 08 iyul 2019-cu il tarixli 23-BİZ-1-0-1283-19 nömrəli kredit müqaviləs üzrə cavabdehə 36 ay müddətinə 85.000 manat məbləğində kredit vermiş, cavabdeh qrafik üzrə ödənişləri vaxtında həyata keçirmədiyindən bank müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv edərək kredit borcunun və ona hesablanmış faizlərin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Kredit üzrə faizlər 17 may 2022-ci il tarixədək tələb edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən 17 may 2022-ci il tarixinədək müqavilə üzrə cavabdehin ödəməli olduğu faiz borcunun məbləği 11.830,39 manat müəyyən edilmiş və cavabdehdən həmin məbləğdə faiz tutulmuşdur.
19. Cavabdeh apellyasiya şikayətində faiz borcunun hesablanması üçün təkrar ekspertiza keçirilməsini xahiş etsə də, iş üzrə verilmiş rəylə hansı əsasla razılaşmadığını göstərə bilməmişdir.
20. Cavabdehin apellyasiya şikayətində eyni zamanda ipoteka predmeti olan ımlakın ilkin satış qiymətini mübahisələndirmişdir. Məhkəmə 08 iyul 20 19-cu il tarixli ipoteka müqaviləsi bağlanarkən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzilin bazar dəyərinin 130.000 manat müəyyən edildiyi halda, işdəki "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsi barədə 01/21-473 nömrəli 29 sentyabr 2021-ci il tarixli hesabatında həmin mənzilin bazar dəyərinin daha aşağı 105.000 manat qeyd edildiyini, daşınmaz əmlak bazarında qiymətlər hər il artdığından bu qiymətin ağlabatan olmadığını nəzərə olaraq iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin edərək, ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir.
21. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 olan mənzilin orta baz ar qiymətlərinə uyğun likvid qiyməti təqribən 161.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmin rəyi mötəbər hesab edərək, belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən qətnamə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilərək əmlakın ilkin satış qiyməti 161.000 manat məbləğində müəyyən edilməlidir
22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 269.4, 317.1, 317.2, 319.1, 385.1, 386.1, 448.1 və 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9, 33, 38.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
23. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. MM-nin 448.4-ci maddəsi üzrə-Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli 178 saylı qərarı ilə nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırıldığından, cavabdeh də iri ticarət mərkəzlərindən birində geyim məhsullarının satışı ilə məşğul olan və krediti də məhz bu sahədə fəaliyyətini inkişaf etdirmək məqsədi ilə götürən bir sahibkar kimi kredit ödənişlərini vaxtında icra edə bilməmişdir. Lakin iddiaçı bu problemləri nəzərə almayaraq, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli 16 saylı qərarının ziddinə həmin dö vr üzrə cavabdehə əlavə cərimə faizi, dəbbə pulu hesablamış, həmin dövrdə ödənilən 20.000 manat məbləğində vəsaitin hamısını əlavə olaraq hesabladığı faiz borcuna silmiş və nəticədə kredit borcunu şişirdərək 67.886,23 manat əsas, 5.452,16 manat faiz borcunun tutulması və həmin məbləğin ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldırmışdır. Sadalanan hallar məhkəmələr tərəfindən nəzərə alınmamış və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizası zamanı isə normal dövr üçün faiz və əsas borc ödənişinin, onun nəticəsində mövcud borcu göstərən rəy verilmişdir. Halbuki, yuxarıda göstərilənlər və pandemiya dövründə ödənən vəsait nəzərə alınmaqla mövcud borcun müəyyən olunmasına dair müvafiq ekspertiza keçirilməli idi. Cavabdeh hesab edir ki, işin ədalətli həll i üçün qeyd edilən istiqamətdə yenidən araşdırmanın aparılması zəruridir. 25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsi üzrənormanın imperativ tələbinə görə ipoteka müqaviləsi bağlanarkən əsas öhdəliyin mahiyyəti birmənalı olaraq göstərilməli idi. Bu halın vacibliyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli qərarında da öz əksini tapmışdır. Buna baxmayaraq, ipoteka müqaviləsində kredit müqaviləsi üzrə göstərilən öhdəliyin mahiyyətinin bir hissəsi olan planlaşdırılmış faktiki illik faiz dərəcəsinə dair heç bir qeyd olmamış, habelə ipoteka qoyanın elektron poçt ünvanı da öz əksini tapmamışdır. 26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi üzrə-iş üzrə ipoteka müqaviləsi ilə ipoteka predmetinin bazar dəyəri 130.000 manat müəyyən olunmuşdur. Apellyasiya instansiya məhkəməsində işə baxılarkən keçirilən məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, ipoteka predmetinin orta bazar qiymətlərinə uyğun likvid qiyməti təqribən 161.000 manat məbləğində müəyyən edilmişdir. Mütəmadi olaraq daşınmaz əmlak bazarında qiymət artımı olduğu bir dövrdə cavabdehə məxsus ipoteka predmetinin dəyəri 161.000 manat müəyyən edilməsi heç ağlabatan deyildir. İşin ədalətli həlli üçün qeyd edilən istiqamətdə yenidən araşdırma aparılmalı və təkrar ekspertiza keçirilməlidir.
27. MPM-in 220.4-cü maddəsi üzrə-ipoteka müqaviləsinin əvvəlində tarix yerində “xx.xx.2019” rəqəmləri, müqavilənin sonunda onun təsdiq tarixinin, eləcə də imzalanma anını təsdiq edən şəkillərdə isə “xx.xx.2019 ” tarixi əks olunmuşdur. Yəni, müqavilə faktiki olaraq 2019-cu il 11 iyul tarixli müqavilədir. İş üzrə məhkəmə qətnamələrində və ipoteka yüklülüyüyün qeydə alınmasına dair digər sənədlərin hər birində isə 2019-cu il 8 iyul tarixli ipoteka müqaviləsinə istinad verilir. Halbuki, tərəflər arasında 2019-cu il 8 iyul tarixli ipoteka müqaviləsi mövcud deyil. Beləliklə də məhkəmələr öz qətnamələrində mövcud olmayan sübuta istinad etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının hədlərinə uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə yoxlanılmışdır. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi isə tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: M ülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
269. Girov və ipoteka hüququ anlayışı... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş ob yekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliy in əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” 32. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq m üddəalarında aşağıdakılar nəzərdə tutulur:1.0.9, 38.2 “Maddə
1. Əsas anlayışlar... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Maddə
33. İpoteka predmetinə tutmanın yönəldilməsi əsasları Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər “Maddə
38. İcra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi[74] 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsas lanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir....”
33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 34.Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 35.. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
36. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2019cu il 8 iyul tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə 85.000 manat məbləğində kredit verilmiş, kredit öhdəliklərinin təminatı kimi cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzili ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfi ndən yerinə yetirilmədiyindən, iddiaçı tərəfindən bu qərarın 5-ci bəndində qeyd olunan məzmunda hazırki iddia ilə məhkəməyə müraciət olunmuşdur.
37. Cavabdeh tərəfindən iddianın qismən təmin olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirilmişdir. Apellyasiya baxışının hədlərinə uyğun olaraq, hazırki icraat çərçivəsində də iddianın qeyd olunan hissələri üzrə qiymətləndirmə aparılacaqdır (bax bu qərarın 29-cu bəndi).
38. Məhkəmə kollegiyası məhkəmə qətnaməsinə əsasən tutma yönədilmiş ipoteka predmeti olan əmlakın ilkin satış şiymətinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və kassasiya şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə verilmiş qiymətləndirmə ilə razılaşır.
39. Belə ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin eyni məzmunlu şikayətinin dəlili nəzərə alınmaqla, məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilərək 2024-cü il 04 mart tarixli ekspert rəyi alınmışdır. Məhkəmə həmin rəyi işdə olan digər sübutlarla birgə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən qətnamə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilərək əmlakın ilkin satış qiyməti 161.000 manat məbləğində müəyyən edilməlidir. İşə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamışdır.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd etməyi zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, kassasiya şikayətinin bu cür dəlilləri yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Hazırki iş üzrə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan məzmunda pozuntuya yol verilməsi halları müəyyən edilmir.
41. Cavabdehdən faiz borcunu n tutulması tələbinə gəldikdə məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
42. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cu il tarixli Qərarında göstərilmişdir ki, «… kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə p ozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
43. Qərarda həmçinin göstərilmişdir ki, «..ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.»
44. Baxılan işin materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 2021ci il 3 fevral tarixli xəbərdarlıq məktubu ünvanlanaraq borcalan tərəfindən müqavilə şərtlərinin pozulması, əsas və faiz borcunun ödəniməsinin təmin edilməməsi göstərilmiş, kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək və verdiyi kredit məbləğini bu müddətədək faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququna istinadla borcun xəbərdarlıq məktubunun alındığı vaxtdan etibarən 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.
45. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı cavabdehə 2021-ci il 3 fevral tarixli xəbərdarlıq məktubu göndərməklə kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb etməklə mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsin ə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə isə iddiaçı tərəfindən kredit üzrə faizlər 2022-ci il 17 may tarixinədək tələb olunmuşdur.
46. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kredit müqaviləsinin iddiaçı tərəfindən birtərəfli qaydada xitam verildiyi tarixədək deyil, iddia olunan tarixədək müqavilə faizinin tutulması əsaslı hesab olunmaqla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cu il tarixli qərarındakı hüquqi mövqeyə zidd nəticəyə gəlinmiş, həmin qərarda istinad olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur.
47. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi hüquq normalarının pozulmasına görə qisməncavabdehdən faiz borcunun tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə qətnaməsinin ləğv edildiyi hissədə yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd olunan nöqsanları aradan qaldırılmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir. 48.Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə işti rakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 49.Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-15/2024 nömrəli qətnaməsi qismən-Cavabdeh faiz borcunun tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.