Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-463/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçılar Ayhan Çalbay və İddiaçı1 cavabdehlər Cavabdeh1 Mənzil tikinti Kooperativinə, Cavabdeh3 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar Ayhan Çalbay və İddiaçı1 cavabdehlər Cavabdeh1 Mənzil tikinti Kooperativi və Cavabdeh3 qarşı (müstəqil t ələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi) ümumi yığıncağın protokollarının və Cavabdeh3 sədr vəzifəsi səlahiyyətlərinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 aprel tarixli 2-2(103)-333/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Ayhan Çalbayın Cavabdeh1 MTK-da 4 pay şəklində 20% və İddiaçı1 1 pay şəklində 5% payı olmuşdur. Kooperativin digər üzvləri X13 (5 pay şəklində 25 % pay), X10 (5 pay şəklində 25 % pay), X11 (5 pay şəklində 25 % pay) olmuşdur. Kooperativin ilkin pay fondu 20 manat həcmində müəyyənləşdirilmişdir ("xxxx" Mənzil Tikinti Kooperativini n 2012-ci il 14 noyabr tarixdə qeydə alınmış nizamnaməsi). 2. "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Cavabdeh3, MTK-da mütləq payı olan təsisçilər - X3 - 19,8 %; X7 - 4,95 %; Cavabdeh3-1 %; X13 - 24.752%; Əli-zadə Famil Hüseyn oğlu - 24,75%; İddiaçı1 - 4,95%; Çalbay Ayhan-19,8 % (hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 2021-ci il 8 aprel tarixli olan çıxarışı).
3. Kooperativ üzvlərindən X16 oglu xx.xx.2018-ci il tarixdə ölmüşdür.
4. İddiaçıların iştirakı olmadan mənzil tikinti kooperativinin üzvlərinin ümumi yığıncağı keçirilmiş, tikintinin aparılacağı ərazidə yerləşən qəzalı evlərin sökülməsi, köçürülən sakinlərin kirayə haqlarının və kompensasiyaların ödənilməsi və tikintinin başlanması üçün təsisçilər tərəfindən pul vəsaitinin qoyulması məqsədəuyğun hesab edilməsi, iddiaçı ların kooperativ üzvlüyündə qalıb qalmayacaqlarını 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdarlıq edilməsi qərara alınmışdır.
5. İddiaçların iştirakı olmadan keçirilmiş həmin yığıncaqda kooperativin nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədikləri üçün iddiaçılar kooperativ üzvlüyündən çıxarılmışlar (2017-ci il 13 may tarixli ümumi yıgıncaq protokolu).
6. İddiaçıların iştirakı olmadan 2019-cu il 26 may tarixdə keçirilmiş ümumi yığıncaqda "xxxx" MTK-nın sədri Cavabdeh3 səlahiyyət müddətinin 2 il uzadılması qərara alınmış, kooperativ üzvü X4 vəfat etdiyi halda protokolda onun ümumi yığıncaqda iştirak etdiyi qeyd edilmiş, protokol onun adından imzalanmışdır.
7. İddiaçıların iştirakı olmadan 2021-ci il 26 may tarixdə keçirilmiş ümumi yığıncaqda "xxxx" Mənz il tikinti kooperativinin sədri Cavabdeh3 səlahiyyət müddətinin 2 il uzadılması qərara alınmış, kooperativ üzvü X4 vəfat etdiyi halda protokolda onun ümumi yığıncaqda iştirak etdiyi qeyd edilmiş, protokol onun adından imzalanmışdır.
8. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 2023-cü il 14 avqust tarixli məktubunda ”Lider-F” MTK-nın 2019-cu il 26 may, 2021-ci il 26 may və 2023-cü il 26 may tarixli protokollarının qeydiyyat qovluğunda aşkar edilmədiyi və onlara uyğun hər hansı dəyişiklik aparılmadığı qeyd olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçılar Ayhan Çalbay (bundan sonra – “A.Çalbay”) və İddiaçı1 (bundan sonra – “İddiaçı1”) cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə (bund an sonra “cavabdeh MTK”), Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) qarşı məhkəməyə 2023-cü il 8 avqust tarixində iddia ilə müraciət etməklə cavabdeh MTK-nın Kooperativ üzvlərinin ümumi yığıncağının may 2016-cı il tarixli, 2017-ci il 13 may tarixli, 2019-cu il 26 may tarixli və 2021-ci il 26 may tarixli Protokollarının və Cavabdeh3 2019-cu il 26 may tarixindən sədr vəzifəsi səlahiyyətlərinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi işin hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh3 qanun pozuntuları ilə keçirilmiş ümumi yığıncaq əsasında sədr seçildiyini biləbilə Kooperativdə sənədlərə imza atmış və səlahiyyəti olmadan MTK adından üçüncü şəxslərlə mülki hüquqi münasibətləri yaratmış və müqavilələrə, sənədlərə imza atmışd ır. Mübahisələndirilən Protokolların tərtibatı, forması qanunvericiliyin tələbinə uyğun olmamaqla yanaşı, qeydiyyat nömrələri də yoxdur. MTK-da ümumi yığıncaq qanun pozuntuları ilə keçirildiyindən qanuni təmsilçi barədə qəbul edilən Protokollar Dövlət reyestrinə təqdim edilməmişdir. MTK-da mütləq pay haqqı və hüquqlu üzvləri A.Çalbay və S.Məmməd MTK-ya "xxxx" ərizə ilə müraciət edərək, MTK-nın dövlət qeydiyyatına alındığı tarixdən hazırkı tarixədək apardığı hündürmərtəbəli bina tikinti işləri və tikinti işlərinə cəlb edilmiş vəsaitlər, xərclər, MTK-nın üzvlərinin ümumi yığıncaqları və gündəliyə çıxarılan məsələlər və ödənilməli olan dividendlər barədə məlumatın verilməsini və bununla bağlı sənədlərin təqdim edilməsini xahiş etmişlər. MTK-nın sədri Cavabdeh3 müraciətə 2022-ci il 10 may tari xli 33 nömrəli məktubla cavab olaraq A.Çalbay və M.X9 2017-ci il 13 may tarixli 12 saylı Protokolu ilə Kooperativin üzvlüyündən çıxarıldıqlarını bildirmişdir. Cavabdeh3 qanun pozuntusu ilə sədr vəzifəsini daşıdığını bilə-bilə iddiaçıların hüquq və azadlıqlarını pozmuşdur. A.Çalbay və İddiaçı1 isə MTK-nın təsisçiləridir və mütləq pay hüquqları saxlanılır.
11. Cavabdeh MTK-nın vəkili Vəkil2 oglu iddiaya etiraz göndərərək bildirmişdir ki, iddiaçılar A.Çalbay və S.Məmməd cavabdeh MTK-nın fəliyyətində iştirak etmədiklərindən, binaların tikilməsində, saxlanılmasında iştirak etmədiklərindən və ümumiyyətlə kooperativin fəaliyyətində heç bir marağları olmadığından MTK-nin əsas təsisçisi X13 və digər təsisçilərin təşəbbüsü ilə ümumi yığıncaq çağırılmış və may 2016-cı il tarixli 7 saylı protokola əsa sən kooperativin üzvləri Ç.Ayhan və İddiaçı1 kooperativin üzvlüyündə qalıbqalmayacaqları barədə 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdar olunmaları barədə qərar qəbul olunmuşdur. İddiaçılar növbəti ümumi yığıncaqlarda iştirak etməməklə yanaşı şirkətə kooperativin üzvlüyündə qalıb-qalmamaları barədə hər-hansı bir məlumat vermədiyindən MTK-nin üzvlərinin 2017-ci il 13 may tarixli ümumi yığıncağının 12 nömrəli protokoluna əsasən kooperativ üzvləri iddiaçılar kooperativ nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədiklərinə görə cavabdeh MTK-nın üzvlüyündən çıxarılmışlar. Etirazda göstərilmişdir ki, iddiaçıların “protokolların və sənədlərin etibarsızlığına dair” iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları mövcud deyildir. Belə ki, idd iaçılar kooperativin üzvlüyündən çıxarılmış və onların kooperativdə olan səlahiyyətlərinə xitam verilmişdir. Belə olan halda onların kooperativin fəaliyyətində iştirak etmələri, kooperativdə işlərin hansı formada aparılması ilə bağlı məlumat almaları və bununla bağlı etirazlarını bildirmək üçün hüquqları mövcüd deyildir. Həmçinin, iddiaçılar MTK-ya qarşı “gəlir və xərcin müəyyən edilməsi və s.” iddia tələbi ilə də məhkəməyə müraciət etmiş, həmin iş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli e-2-2(113)-158/2023 nömrəli qərardadına əsasən iddiaçıların iddia tələbinə dair iş üzrə icraata xitam verilmiş, qərardad mübahisələndirilsə də yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Bundan başqa etirazda MTK-nın əsas təsisçisi olan X5 2020-ci ili n dekabr ayında vəfat etdiyi, X12 onun vəsiyyət üzrə vərəsəsi olması, eləcə də, X2 vəfat etdiyi, X1 onun vərəsəsi olduğu bildirilmiş, vərəsə olan şəxslərin isə Cavabdeh3 MTK-nın direktoru kimi qalmasına etirazlarının olmadığını qeyd etmişdir. MTK-nin əsas təsisçisi X13 2017-ci ildə vəfat etdikdən sonra Cavabdeh3 MTK-nın sədri vəzifəsini bu günədək icra etdiyi və 6 il ərzində iddiaçılar tərəfindən bu məsələnin mübahisələndirilmədiyi vurğulanmışdır.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 4 dekabr tarixli e-2-2(113)-4400/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh MTK-nın Kooperativ üzvlərinin ümumi yığıncağının may 2016-cı il tarixli, 2017-ci il 13 may tarixli 2019-cu il 26 may tarixli və 2021-ci il 26 may tarixli Protokolları və Cavabdeh3 2019-cu il 26 may tarixindən sədr vəzifəsi səlahiyyətlərinin etibarsız hesab olunması qət edilmişdir (hakim Zaur Pirverdiyev).
14. Məhkəmə qeyd etmişdir ki, A.Çalbay və S.Məmməd MTK-nın pay hüququ olan üzvləri olduğu halda kooperativin ümumi yığıncaqları keçirilərkən onlar çağrılmamış, ümumi yığıncağın keçirilməsi barədə onlara bildiriş verilməmiş, onların ümumi yığıncaqda iştirakı təmin edilməmişdir. 2019-cu il 26 may tarixli və 2021-ci il 26 may il tarixli ümumi yığıncaq keçirilərkən protokolda ölmüş şəxs X16 oglu iştirakçı kimi qeyd olunmaqla onun yerinə imzası çəkilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağı qanunvericiliyin və hüquqi şəxsin nizamnaməsinin tələblərinə əməl olunmadan keçirilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəti cəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 109.1, 109.2, 111.1, 111.2, 111.3, 111.3.1, 111.3.2, 111.3.4, 111.3.5, 111.3.5-1, 111.3.6, 111.7, 111.8 və 112.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 14.1, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh MTK həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 aprel tarixli 2-2(103)-333/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – G.Axundova və Z.Şirinov).
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıların hazırkı iddianı qaldırmaları üçün subyektiv hüquqlarının olmadığına dair dəlilinə münasibətdə bildirmişdir ki, iddiaçıların kooperativ üzvlüyündən çıxarılması barədə ümumi yığıncağın qərarı dövlət reyestrində qeydə alınmadığından, qüvvəyə minmədiyi üçün iddiaçılar hal-hazıradək kooperativin üzvləri hesab olunur. Kooperativ üzvlərinin onların hüquq və mənafelərinə zidd olan ümumi yığıncağın qərarlarını mübahisələndirmək hüquqları olduğundan, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik olduqları müəyyən olunmuşdur.
19. İddiaçılar MTK-nın mütləq pay haqqı ödəmiş və səs hüququna malik üzvləri olduqları halda, onlara kooperativ üzvlüyündən çıxarılmala rına dair xəbərdarlıq edilərkən və bu barədə qərar qəbul edilərkən keçirilmiş ümumi yığıncaqlar barədə məlumat verilməmiş, bu barədə cavabdeh məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçıların kooperativ üzvlüyündən çıxarılması barədə qərar qəbul edilsə də, qərarda MM-in 112-ci maddəsinin tələblərinə uyğun olaraq çıxarılan kooperativ üzvünə onun payının dəyərinin ödənilməsi nəzərdə tutulmamış və halhazıradək iddiaçılara payları ödənilməmişdir.
20. Bundan başqa, MTK-nın 2019-cu il 26 may və 2021-ci il 26 may tarixli ümumi yığıncaqları keçirilərkən protokolda vəfat etmiş koopeartiv üzvü X2 iştirak etdiyi qeyd edilməklə, protokol onun adından imzalanmışdır. İddiaya etirazında cavabdeh kooperativ üzvləri olan X4 və X13 vəfat etdiklərindən ümumi y ığıncaqlarda onların vərəsələrinin iştirak etdiklərini və protokolları üzvlərin adından onların vərəsələrinin imzaladıqlarını qeyd etsə də, ölən kooperativ üzvlərinin vərəsələrinin MM-nin 112.4-cü maddəsinə uyğun olaraq kooperativ üzvlüyünə qəbul edilməsi barədə ümumi yığıncağın bu barədə qərarları məhkəməyə təqdim edilməmişdir. Əgər həqiqətən protokollar ölmüş kooperativ üzvlərinin yerinə kooperativə qəbul edilmiş vərəsələr tərəfindən imzalansaydı, bu zaman protokolda yeni üzvlərin, yəni vərəsələrin öz adları qeyd edilməli idi.
21. Məhkəmə kollegiyası həmçinin məhkəmə araşdırması zamanı iddiaçıların kooperativ üzvlüyündən çıxarılması üçün qanuni əsasların mövcudluğunun müəyyən olunmadığını vurğulamışdır.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 109.1, 109.2, 109.5, 10 9.6, 109.7, 111.1, 111.2, 111.3, 111.3.1, 111.3.2, 111.3.4, 111.3.5, 111.3.5-1, 111.3.6, 111.7, 111.8, 112, 112.2 və 112.4-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1, 109.2, 109.6, 110.6, 117.1 və 117.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Cavabdeh MTK həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
24. MM-in 109-4.4 və 112.2-ci maddələri üzrə - iddiaçılar MTK-ya kooperativ üzvü kimi qəbul edildikdən sonra, MTK tərəfindən inşa edilmiş binaların tikilməsində, kooperativin fəaliyyət dövründə hər hansı pul vəsaiti qoymamış və 2017-ci il 13 may tarixli ümumi yığıncağının 12 nömrəli protokol una əsasən kooperativ üzvlüyündən çıxarılmışlar. Sadəcə cavabdeh MTK-nın sədrinin səhlənkarlığı ucbatından iddiaçıların kooperativ üzvlərinin siyahısından çıxarılmaları barədə vergi orqanına müraciət vaxtında edilməmiş və formal təsisçilərin uzaqlaşdırılması mümkün olmamışdır. Bu səbəbdən, yenidən iddiaçılara bildirişlər və müvafiq məlumatlar verilməklə cavabdeh MTK-nın üzvlərinin 2023cü il 17 oktyabr tarixində ümumi yığıncağı keçirilmiş və onların kooperativ üzvlüyündən çıxarılmaları qərara alınmışdır.
25. MM-in 109-cu və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109-cu maddələri üzrə - iddiaçıların cavabdeh MTK-nın üzvləri olmalarına baxmayaraq, onlar kooperativin fəaliyyətində ümumiyyətlə iştirak etməmişlər, yəni çoxmənzilli binaların tikilməsində, ondan sonrakı saxlanmasında, eləcə d ə kooperativin fəaliyyəti ilə bağlı yaranmış digər xərclərin qarşılanmasında iştirak etməmişlər. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, iddiaçılar formal olaraq kooperativ üzvü olmuş, kooperativin fəaliyyətində iştirak etməmişlər və hər hansı vəsait qoymamışlar. Bu faktlar həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin 2023-cü il 16 oktyabr tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında da öz təsdiqini tapmışdır. Bundan başqa, hazırda Bakı İnzibati Məhkəməsində "xxxx" MTK-nın cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı Ayhan Çalbay və İddiaçı1 MTK-nın kooperativ üzvlüyündən çıxarılmaları barədə MTK-nın təsis sənədlərində edilmiş dəyişikl iyin dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə məhkəmə mübahisəsi mövcuddur.
26. MPM-in 9, 82.4 və 254.1-ci maddələri üzrə - Sumqayıt Şəhər Prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 2024-cü il 11 yanvar tarixli qərarı ilə də iddiaçıların kooperativin formal üzvləri olduqları, onların MTK-nın fəaliyyətində iştirak etməmələri və hər hansı pul vəsaiti ödəmədikləri öz təsdiqini tapmışdır. İddiaçıların iddia tələbini təmin etmək üçün ilkin olaraq həmin iddiaçıların buna subyektiv hüquqlarının olubolmadığı aydınlaşdırılmalıdır. Hazırda isə göründüyü kimi, iddiaçıların kooperativ üzvlüyündən çıxarılması barədə məhkəmə mübahisəsi mövcuddur. Belə olduqda isə onların hazırkı iddia tələbi üzrə subyektiv hüquqlarının olub-olmaması yalnız həmin inzibati işin yek unlaşması nəticəsində müəyyən oluna bilər. Apellyasiya instansiyası məhkəməsi cavabdehin işin faktiki halları barədə verdiyi izahatlar və sübutlara nəzər yetirməmiş, yalnız iddiaçının əsaslandıra bilmədiyi izahatlara istinad edərək qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz göndərilərək bildirilmişdir ki, qanuni qüvvədə olan məhkəmə qərardadı ilə X6 MTK-nın adından bütün növ müqavilələrin bağlanmasının qadağan edilməsinə baxmayaraq, o MTK-nın sədri kimi vəkillə hüquqi yardım müqaviləsi bağlamışdır. Bu səbəbdən, hazırkı iş üzrə MTK-nın adından kassasiya şikayətinin verilməsi üçün bağlanmış hüquqi yardım müqaviləsinin yoxlanılması və imzalayan şəxsin səlahiyyətinin müəyyən edilməsi zərurəti var. Kassasiya baxışının hədləri
28. Kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələri baxımından tam olaraq yoxlanılacaqdır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
109. Kooperativlər haqqında əsas müddəalar 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109.5. Mütləq əmlak pay haqqı üzv tərəfind ən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. 109.6. Əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır. 109.7. Üzvlük haqqı iştirakçının kooperativ üzvlüyünə daxil olması zamanı bununla bağlı xərclərin ödənilməsi üçün verilən pul məbləğidir. Kooperativ üzvünün kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) və dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ vardır....” “Maddə
111. Kooperativdə idarəetmə... 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümum i yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 111.2. Kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 111.3. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir... 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq;... 111.5. Ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır. 111.7. Kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 111.8. Kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağı rılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə (maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) çağırılır. Bu halda kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır....” “Maddə
112. Kooperativdə üzvlüyə xitam verilməsi və payın keçməsi 112.1. Kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, ha belə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. 112.2. Kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır.... 112.4. Kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir....”
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
109. Mənzil-tikinti kooperativləri 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənziltikinti koopera tivləri hesab edilir. 109.2. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər.... 109.6. Mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. “Maddə
117. Mənzil-tikinti kooperativindən çıxmış və ya çıxarılmış mənzil-tikinti kooperativi üzvünə pay haqqının qaytarılması 117.1. Kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativini n üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Belə ödəmənin müddəti mənzil-tikinti kooperativi üzvünün çıxarılması haqqında mənzil-tikinti kooperativinin qərar qəbul etdiyi gündən iki aydan çox ola bilməz. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsinə əsasən aparılan ödəmənin məbləği mənzil-tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının üzvlükdən çıxarılma haqqında qərar qəbul etdiyi günə mənzil-tikinti kooperativindən çıxan (çıxarılan) üzvə bu Məcəllənin 113-cü maddəsinə əsasən ayrılmış yaşayış (qeyri-yaşayış) sahəsinin satış qiymətindən az olmamalıdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instan siyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyət etibarı ilə ondan ibarətdir ki, iddiaçıların kooperativdə üzvlüyü formal xarakter daşımış, onlar kooperativin fəaliyyətində iştirak etməmiş və vəsait qoymamış, bu səbəbdən kooperativin üzvlüyündən çıxarıldıqlarından, hazırkı iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüquqları olmamışdır. Kassator həmçi nin iddiaçıların üzvlükdən çıxarılmaları barədə MTK-nın təsis sənədlərində edilmiş dəyişikliyin dövlət qeydiyyatına alınması ilə bağlı məhkəmə mübahisəsinin mövcudluğuna istinad etmişdir.
18. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və apellyasiya instansiyası məhkəməsinin analoji dəlillərlə bağlı hazırkı qərarın 18-20-ci bəndlərində verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır.
19. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Hüquqi şəxslərin təsis sənədlərində edilm iş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir (Qanunun 9.1 və 9.3-cü maddələri).
20. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halına əsasən isə iddiaçılar cavabdeh MTK-da mütləq payı olan təsisçilər olmaqla, onların kooperativ üzvlüyündən xaric edilməsinə dair ümumi yığıncağın qərarı ilə bağlı hüquqi şəxslərin dövlət reyestrində hər hansı dəyişiklik qeydə alınmamışdır.
21. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçılar tərəfindən mütləq pay haqqı ödənilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların kooperativin nizamnaməsi ilə onlara həvalə edilmiş hər hansı vəzifəni icra etməməsi və ya lazımınca icra etməməsi halları, o cümlə dən kooperativin fəaliyyəti ilə əlaqədar üzərlərinə götürdükləri hər hansı öhdəliyi icra etməmələri müəyyən olunmamışdır.
22. Bundan başqa, kassator ümumi yığıncağın 2017-ci il 13 may tarixli qərarına əsasən iddiaçıların MTK-nın üzvlüyündən çıxarılması və bununla bağlı dəyişikliyin qeydə alınmasına dair məhkəmə mübahisəsinin mövcudluğuna istinad etdiyi halda, işə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, MTK-nın 2023-cü il 30 oktyabr tarixli qərarı ilə iddiaçılar yenidən cavabdeh MTK-nın üzvlüyündən xaric edilmiş, MM-in 112.1-ci maddəsinin tələbləri pozulmaqla, onların paylarının digər 5 üzv arasında bölünməsi qərara alınmışdır.
23. Məhkəmə kollegiyası kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə də razılaşmır və hesab edir ki, apellyasi ya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası nəzərə alır ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli qərardadı ilə həmin məhkəmənin 2024-cü il 22 fevral tarixli qərardadının icrasına dair izah verilərək göstərilmişdir ki, seçilmiş müvəqqəti təminat tədbirinin məqsədi Cavabdeh1 MTK-nın inşa etdiyi binaların mənzillərinin və qeyri-yaşayış sahələrinin satışının həyata keçirilməsi ilə bağlı fəaliyyətin məhdudlaşdırılması olm uş və həmin qərardad MTK-nın vəkillə müqavilə bağlamağının qadağan edilməsini nəzərdə tutmamışdır. Göstərilən qərardadın nəticə hissəsində isə “cavabdeh X8 "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi binaların mənzillərinin və qeyri-yaşayış sahələrinin özgəninkişləşdirilməsi və ya yüklü edilməsi ilə bağlı müqavilələrin bağlanması qadağan edilsin” qeyd edilmişdir. Odur ki, kassasiya şikayətinə qarşı etirazın “kassasiya şikayətinin verilməsi üçün bağlanmış hüquqi yardım müqaviləsinin yoxlanılması və imzalayan şəxsin səlahiyyətinin müəyyən edilməsi” ilə bağlı dəlilləri də əsassızdır.
25. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmı ş və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
26. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 aprel tarixli 22(103)-333/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.