Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-465/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı MMC cavabdeh X1 və Cavabdeh2 qarşı Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(107)-79/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 Kamil oğluna və Cavabdeh2 (bundan sonra – “c avabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus olan torpaq sahələrindən məcburi qaydada çıxarılması, dəymiş ziyana görə 2020-ci ilin yaz və yay mövsümləri üzrə 41.936 AZN, 2021-ci ilin yaz mövsümü üzrə 19.971,28 AZN, mütəxəssis rəyinin alınmasına görə 500 manat olmaqla, ümumilikdə 62.407,28 AZN pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 03 iyun tarixli, 2-2(117)-29/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərin iddiaçıya məxsus olan Oğuz şəhəri ərazisində yerləşən 15,1461 hektar torpaq sahəsindən çıxarılması, cavabdehlərdən 2020-ci ilin yaz mövsümü üzrə 13.631,49 manat, 2021-ci ilin yaz mövsümü üzrə 6.87 6,33 manat olmaqla, cəmi 20.507,82 manat pul və ödənilmiş dövlət rüsumunun 9,86 manat məbləğində hissəsi tutularaq iddiaçının xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun 20,14 manat məbləğində hissəsinin iddiaçıya aid edilməsi, mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 250 manat pulun 125 manatının iddiaçıdan və 125 manatının isə cavabdehlərdən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına ödənilməsi qət edilmişdir (hakim – M.Hüseynov). Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(107)-79/2021 saylı qətnaməsi ilə (hakim lər R.R.Rəfiyev (sədrlik edən), E.Ş.Hüseynov və V.İ.Məlikov) iddiaçının və cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 03 iyun tarixli, 2-2(117)-29/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən – R.Rəfiyev, hakimlər – E.Hüseynov və V.Məlikov). İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni iddianın təmin edilməyən hissəsində ləğv edib, iddianın həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 mart tarixli, 2-2(102)-125/2021 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər İ.Dadaşov (sədrlik edən və məruzəçi hakim), B.Qəribov və B.Məmmədli). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(107)-79/2021 saylı qətnaməsi ilə kassasiya şikayətləri təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. 2021-ci il 19 oktyabr tarixində qətnamə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Cavabdehlər 2021-ci il 23 dekabr tarixində kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 22(107)-79/2022 saylı qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2021-ci il 23 dekabr tarixində verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 20 21-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətində isə maddi və prosessual hüquq normalarının yalnız mətnləri qeyd olunmuş, həmin normaların mübahisəyə aidiyyəti, məhkəmə tərəfindən həmin normaların pozulmasının nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır. Həmçinin şikayətin daxilinə mülki prosessual qanunun hazırda tələb etdiyi qaydaya uyğun olmayan mətndə yeni bir kassasiya şikayəti də əlavə edilmişdir. MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apelly asiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(107)-79/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov E.Y.Şamayev
Məhkəmə qərarları › İş №2-2(102)-465/2022
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-465/2022
01.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver