Məhkəmə qərarları › İş №2-2(102)-47/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-47/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-47/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəymiş zərərin ödənilməsi, əsassız varlanma 07.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 22(107)-85/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 0772281 nömrəli 2019-cu il 29 may tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə görə X5 və X8 qızı 220 kv.m torpaq sahəsini 1.000 manat müqabilində Cavabdeh2 satmışlar.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə görə Şəki rayonu, Baş Göynük kəndində 0.022 hektar torpaq sahəsində yerləşən 158 kv.m fərdi-yaşayış evi 2021-ci il 11 yanvar tarixində Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 21 noyabr tarixində Cavabdeh1 (bundan sonra – "Cavabdeh1") və Cavabdeh2 (bundan sonra – "Cavabdeh2") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Baş Göynük kəndində inşa etdiyi və uzun müddət istifadəsində ol an qeyri-yaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44.385 manatın cavabdehlərdən alınaraq ona verilməsi, tələb etdiyi pul ona tam səkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinin qadağan olunması, dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərlə razılığa gəlib qeyriyaşayış binası inşa edərək, birlikdə orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişlər. Buna görə də Şəki rayonu, Baş Göynük kənd sakini olmuş X4 mülkiyyətində olan torpaq sahəsini satın alaraq həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etmişlər. Qeyri-yaşayış sahəsi ət dükanı, kəsim ota ğı, mətbəx, çayxana, mağaza və anbardan (tövlə) ibarətdir. İddiaçı qeyd edilən tikililərin inşası üçün 44.385 manat xərc çəkmiş və həmin tikililərdən uzun müddət özü istifadə etmişdir. Lakin hazırda cavabdehlər kifayət qədər xərc çəkdiyi və uzun müddətdir ki, istifadəsində olan həmin sahədən onun istifadə etməsinə imkan vermirlər. Nəticədə iddiaçıya kifayət qədər ziyan dəymiş və cavabdehlər onun hesabına əsassız olaraq varlanmışlar.

5. Cavabdeh1 iddia tələbinə qarşı etirazında bildirmişdir ki, torpağı oğlu Z.X1 banka olan təxminən 700 manat borcunu ödəməklə almış və orada ev tikdirmişdir. Lakin sonrada tikilini qeyri-yaşayış sahəsi kimi istifadə etmişlər. İddiaçı və iddiaçının qardaşı obyektin tikintisində usta kimi işləmişlər və şəriklilik olmamışdır. İddiaçının qardaşı Z.Mehmanla şərikli ət kəsib satmışlar. Obyektin tikintisinə Z.Mehman təxminən 9.000-9.800 manat pul xərcləmiş, iddiaçı isə hər hansı bir məbləğdə pul xərcləməmişdir.

6. Şəki Rayon Məhkəməsinin 2023-cü il 1 avqust tarixli e-2(075)-100/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Bundan sonra iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsin 2023-cü il 25 oktyabr tarixli 2(107)-1777/2023 nömrəli qərardadı ilə hər iki apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 29 dekabr tarixli qə rarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsin qərardadı dəyişdirilmədən saxlanılaraq iş Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 25 aprel tarixli 10/8563 nömrəli ekspert rəyinə görə, Şəki rayonu, Baş Göynük kəndində yerləşən, mübahisə predmeti olan tikilinin mülki iş materiallarında olan **********58-10301 reyestr nömərli texniki pasportda qeyd olunan fərdi yaşayış evi ilə eynilik təşkil etmişdir. Lakin, mübahisə predmeti olan tikili mülki iş materiallarında olan **********58-10301 reyestr nömərli texniki pasportda fərdi yaşayış evi kimi qeyd olunsa da həmin tikilinin faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən olunmuşdur. İş üzrə mübahisə predmeti ol an tikilinin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 21.500 manat, həmin tikilinin altında yerləşən torpaq sahəsinin isə hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 1.400 manat müyyən olunmuşdur.

8. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 13 iyun tarixli 2-2(117)-386/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir (hakim – M.Hüseynov).

9. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında şərikli biznes fəaliyyəti və nəticədə əldə edilmiş gəlirin bölüşdürülməsi ilə bağlı hər hansı bir yazılı və ya şifahi formada müqavilə bağlanmamışdır. İddiaçı ifadəsində mübahisə predmeti olan mağazanı şərikli vəsaitləri hesabına aldığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Bundan əlavə mağazanın tikintisində iştirak etdiyini, ma teriallar alıb həmin mağazaya sərf olunduğunu bildirsə də, nə qədər vəsaiti hansı iqstiqamətə xərclədiyini, əldə ediləcək gəliri hansı qaydada bölüşdürəcəkləri və qoyduğu mayanın məbləği ilə bağlı hər hansı bir tutarlı fakt irəli sürə bilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı şərikli biznes, maya qoyuluşu, gəlirin bölüşdürülməsi faktları tərəflər arasında şifahi formada olsa da bağlanmış müqaviləyə əsaslanmalı, bu gün tələbində qeyd etdiklərini razılaşdırılmalı idi. Məhkəmə belə bir halı müəyyən etməmişdir. Bu hallar mübahisə predmeti olan Cavabdeh2a məxsus qeyriyaşayış sahəsinin tikintisi və oradan gələn gəlirin şərikli qaydada bölüşdürlməsinə də aiddir.

11. Məhkəmə qanunvericilik normalarına istinad edərək qeyd etmişdir ki, hüquqi sənədlərin tərtib edilməsi və ya hüquqi şəxsləri n yaradılması ilə bağlı hər hansı bir fakt müəyyən edilməmişdir. Bundan əlavə tərəflər arasında ziyan vurmadan yaranan öhdəliklərin mövcudluğu da istisna edilmişdir. Belə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmamışdır. Ona görə də məhkəmə iddiaçının tələbinin əsassız varlanma nəticəsində qarşı tərəfdən tələbin qanuni əsası olaraq qəbul etmişdir.

12. İddiaçının əmlak və ya pul vəsaitinin cavabdehə keçməsi və nəticədə cavabdehin varlanması halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı ilkin olaraq birgə biznes fəaliyyəti üçün qoyduğu maya, mağazanın tikintisinə çəkdiyi xərci, heyvan kəsimi nəticəsində əldə etdiyi gəlirin hansı qaydada bölüşdürülməsi qaydasını sübuta yetirə bilməmişdir.

13. İddiaçı 2009-cu ildən birgə ət kəsimi fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, hazırkı vaxta kimi kəsilmiş heyvanların ətindən əldə edilən gəlirin bölüşdürmə qaydasını, hazırkı mübahisənin 2020-ci ildə hansı səbəbdən yaranmasını izah edə bilməmişdir.

14. Məhkəmə tərəfindən obyektin tikintisinə çəkilmiş xərclərlə bağlı sənədlərin təqdim edilməsi tələb edilsə də, iddiaçı şifahi olaraq 44.385 manat xərc çəkdiyini, lakin bunu təsdiq edəcək hər hansı bir yazılı sənədin mövcud olmadığını bildirmişdir.

15. Eyni zamanda, təqdim olunmuş ekspert rəyinə görə, mübahisə predmeti olan tikili texniki pasport sənədində fərdi yaşayış evi kimi qeyd olunsa da, faktiki olaraq həmin tikili q eyri-yaşayış sahəsi kimi istifadə edilmiş, tikilinin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq təqribi dəyəri 21.500 manat müəyyən olunmuşdur. Məhkəmə həmin obyektin tikintisi üçün çəkilmiş xərcin 21.500 manat olmasını qəbul etsə də, çəkilmiş xərcin hansı hissəsinin iddiaçı tərəfindən ödənildiyini təsdiq edən heç bir sənəd təqdim olunmamış, cavabdeh tərəfindən isə qeyd edilən tikintiyə çəkilən xərclərlə bağlı akt və sənədlər təqdim edilmişdir.

16. İş materialları kimi maddi sübut qismində məhkəməyə bir ədəd dəftər təqdim olunmuş, həmin dəftərin 8 yanvar hesabatı yazılmış vərəqinə görə, hər iki tərəf nisyə heyvan alaraq onların kəsimi nəticəsində əti sataraq ətin pulunu qaytarmışdır. Məhkəmə tərəflərin izahatlarından müəyəyn etmişdir ki, ət kəsimi mağazasını işlədən əsasən M.Zifiyev və iddiaçının qardaşı X10 olmuş, kənd ərazisində yaşayan şəxslər heyvanlarını satmaq məqsədi ilə həmin şəxslərə kəsimə vermiş, onlar həmin heyvanı kəsib, ətini sataraq əldə edilən vəsaiti heyvanın sahibinə vermiş, heyvan kəsimini aparan şəxslərə isə müəyyən muzd məbləği verilmişdir.

17. Məhkəmə təqdim edilmiş nisyə dəftərinə münasibətdə bildirmişdir ki, malın nisyə alqı-satqısı və ətin kəsilməsindən sonra əldə edilmiş vəsait hesabına malın borcunun ödənilməsi, tərəflərin şərikli fəaliyyət göstərməsini təsdiq edəcək sübut deyildir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 140, 157.1, 157.2, 157.4, 385.1. 386.1, 390.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1093.1, 1093.2, 1093.2.1, 1093.2.2, 1095, 1096.1 və 1 096.2-ci maddələrinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 81 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(107)-85/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – G.Cavadova, hakimlər – E.Hüseynov və Ə.Kərimov).

21. Məhkə mə tərəflərin izahatlarından və təqdim edilmiş dəftərdə aparılan qeydlərdən müəyyən etmişdir ki, ət kəsimi mağazasını işlədən əsasən Cavabdeh2 və iddiaçının qardaşı Vahid İsayev olmuş, kənd ərazisində yaşayan şəxslər heyvanlarını satmaq məqsədi ilə həmin şəxslərə kəsimə vermiş, onlar həmin heyvanı kəsib, ətini sataraq əldə edilən vəsaiti heyvanın sahibinə vermiş, heyvan kəsimini aparan şəxslərə isə müəyyən muzd məbləği verilmişdir. Məhkəmə hesab etmişdir ki, malın nisyə alqı-satqısı və ətin kəsilməsindən sonra əldə edilmiş vəsait hesabına malın borcunun ödənilməsi, tərəflərin şərikli fəaliyyət göstərməsini təsdiq edəcək sübut kimi qəbul edilə bilməz.

22. Məhkəmə həmçinin bildirmişdir ki, şahid ifadəsi və dəftər cavabdeh M.Zilifyevə məxsus və qeyri-yaşayış sahəsi kimi istifadə olunan fərdi yaşayış evinin tikintisinin iddiaçı tərəfindən maliyyələşdirilməsi, yani həmin tikintiyə iddiaçının 44.385 manat vəsait xərcləməsini təsdiq etməmişdir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü dəlillər iş materialları ilə təsdiq olunmamışdır. Əksinə işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, ******* nömrəli hazırki iş üzrə Cavabdeh2 2019-cu il 29 may tarixli alqı-satqı müqaviləsinə əsasən X5 və X3 birgə mülkiyyətində olan 220 kv.m torpaq sahəsini 1.000 manata sonunculardan almışdır. Həmin torpaq sahəsi üzərində inşa edilmiş 158 kv.m. ibarət fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2021-ci il 11 yanvar tarixində qeydə alınmışdır.

23. Qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, 220 kv.m torpaq sahəsi üzərində mövcud olan, daşınmaz əml akın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınan, ümumi sahəsi 158 kv.m. ibarət fərdi yaşayış evinin tikintisinə hər hansı məbləğdə iddiaçı tərəfindən vəsait xərclənməsi və hazırda həmin əmlakdan iddiaçının çıxarılması ilə cavabdehlərin əsasız varlanması iş materialları ilə sübuta yetirilməmişdir. Bu baxımdan apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassız hesab edilmişdir.

24. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü ikinci tələb – “44.385 manat məbləğində pul ona tam səkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinin qadağan edilməsi” tələbi də də birinci tələbdən asılı olduğu üçün həmin tələbin də təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nətic ə əsaslıdır.

25. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə birinci instansiyası məhkəməsi Şəki Rayon Məhkəməsinin 2023-cü il 1 avqust tarixli e-2(075)100/2023 nömrəli qətnaməsini nəzərə almadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Qeyd edilən qətnamənin yalnız məhkəmə aidiyyatına görə ləğv olunduğu isə məhkəmə tərəfindən nəzərə alınmamışdır.

26. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin Şəki Rayon Məhkəməsinin 2023-cü il 1 avqust tarixli e-2(075)-100/2023 nömrəli qətnaməsi qanuni qüvvəsini almamışdır. Bu səbəbd ən həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırki işə baxan məhkəmələr üçün məcburi xarakter daşıya bilməz. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin müzakirə olunan dəlili də əsassızdır.

27. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmiş, əlavə olaraq “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 18 mart tarixli qərarına və MPM-in 14.2, 77.1, 81 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

28. İddiaçı həmin qətnamədən kassasiya şik ayəti verərək onu ləğv edərək işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. MM-in 140, 157.1, 157.2, 157.4, 385.1, 386.1, 390.1, 1091, 1092, 1093, 1095 və 1096-cı maddələri üzrə - Məhkəmə cavabdehləri mülkiyyətçi kimi təqdim edərək iddiaçını əsassız varlanan tərəf kimi təqdim etməyə çalışmışdır. Əslində isə iş materiallarından cavabdehlərin əssasız varlanan tərəf olduğu açıq aydın görünmüşdür. Eyni zamanda məhkəmə ekspert rəyinə məhəl qoymadan tikintinin təyinatının dəyişdirilməsi halına da hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəmə tərəfindən torpaq sahəsinin ölçüsündə və təyinatında da olan uyğunsuzluqları nəzərə almamışdır. Tər əflər arasında müqavilənin olmaması məsələsinə gəldikdə isə Şəki Rayon Məhkəməsinin 2023-cü il 1 avqust tarixli e-2(075)-100/2023 nömrəli qətnaməsinə görə, izahat verən bütün şahidlər iddiaçı ilə cavabdehlərin şərikli işlədiklərini təsdiq etmişlər.

30. MPM-in 14.2, 77.1, 81, 88 və 217-ci maddələri üzrə - qeyd olunan maddələr məhkəmə tərəfindən düzgün şərh edilməmiş və kifayət qədər sübutların olmasına baxmayaraq məhkəmə həmin sübutları nəzərə almamış, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Şəki Rayon Məhkəməsinin e-2(075)-100/2023 nömrəli 2023-cü il 1 avqust tarixli qətnaməsi məhkəmə aidiyyətina görə ləğv olunmasına baxmayaraq, həmin məhkəmənin gedişində təsdiq olunmuş xüsusatlar Şəki Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmam ışdır. Həmin məhkəmədə izahat vermiş və Şəki Kommersiya Məhkəməsində izahat vermiş şahidlərin izahatları ümumuyyətlə nəzərə alınmamışdır. Bundan başqa həmin şahidlərin yenidən izahat vermələri barədə vəsatət məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmə iclasının vaxtı dəyişdirilmiş, iclası əvvələ keçirilməsi barədə iddiaçıya məlumat verilməmişdir. Məhkəmə iclasının təxirə salınması barədə verilmiş vəsatət də Şəki Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Qətnamə qəbul olunan zaman iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməs i bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında "Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir."

35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, y axud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər müvafiq təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. … 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol ver ilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hazırkı iş üzrə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

37. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən mübahisəli tikili fərdi yaşayış evi kimi Cavabdeh2 mülkiyyətində olsa da, faktiki olaraq həmin tikili qeyri-yaşayış sahəsi kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə cavabdehlərin istifadəsindədir. Hazırda iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin alınmasının və oradakı əmlakın tikintisinin birgə həyata keçirdiklərini v ə cavabdehlərlə şərikli biznes fəaliyyəti ilə məşğul olduqlarını iddia edir. Cavabdeh1 isə bunun əksini irəli sürərək iddiaçının sadəcə əmlakın tikintisində usta kimi fəaliyyət göstərməsini bildirir.

38. Birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iddianın əsassız olması ilə bağlı mövqeləri ondan ibarət olmuşdur ki, mübahisəli əmlakın tikintisinə iddiaçı tərəfindən hər hansı məbləğdə vəsait xərclənməsi və hazırda həmin əmlakdan iddiaçının çıxarılması ilə cavabdehlərin əsassız varlanması iş materialları ilə sübuta yetirilmir. Həmçinin malın nisyə alğı-satqısı və ətin kəsilməsindən sonra əldə edilmiş vəsait hesabına malın borcunun ödənilməsi, tərəflərin şərikli fəaliyyət göstərməsini təsdiq edəcək sübut kimi qəbul edilə bilməz.

39. Məhkəmə kollegi yası qeyd edir ki, MPM-in 14-cü maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-in 14.1-ci maddəsi).

40. Bu normanın məzmunu ilk növbədə ədalət mühakiməsinin məqsədlərinə nail olmaq üçün mülki mühakimə icraatında tərəflərin bərabərliyinin, çəkişmə prinsipinin, prosessual hüquqlarının həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi üçün prosessual şəraitin yaradılmasına və bununla da mübahisənin yalnız işin müəyyənləşdirilmiş faktiki halları əsasında baxılıb həll olunmasını n təmin edilməsinə yönəlmişdir. Göstərilənlər baxımından mülki mühakimə icraatı çərçivəsində MPM-in 14-cü maddəsində nəzərdə tutulmuş prinsiplərə riayət olunması qanuni və əsaslı məhkəmə aktının çıxarılması üçün mühüm əhəmiyyətə malikdir.

41. Hazırkı işin materiallarından görünür ki, tərəflər arasındakı mübahisə üzrə Şəki Rayon Məhkəməsinin 2023-cü il 1 avqust tarixli qətnaməsi məhkəmə aidiyyəti qaydalarının pozulması əsası ilə Şəki Apellyasiya Məhkəməsinin 2023-cü il 25 oktyabr tarixli qərardadı ilə ləğv edilərək mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.

42. Şəki Rayon Məhkəməsindəki icraat zamanı 8 şahidin verdiyi ifadələrə görə mübahisə predmeti olan tikili birgə inşa edilmişdir.

43. Bu cür vəziyyətdə isə şahidlərin cinayət məsuliyyəti barədə iltizamı alı nmaqla verdikləri ifadələrin işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq yenidən baxılması zamanı nəzərə alınmaqla onların yenidən dindirilməsi zərurətinin aradan qalxması kimi iddiaçıda prosessual əminlik təəssüratının yaranmasını istisna etmir.

44. Hazırkı iş üzrə məhz belə vəziyyətin iddiaçı barəsində mənfi prosessual nəticələrinin əmələ gəlməsinin aradan qaldırılması üçün yuxarıda göstərilən 8 şahidin yenidən çağırılıb-çağırılmaması məsələsi Şəki Kommersiya Məhkəməsinin hazırlıq iclasında ətraflı müzakirə edilməklə həll olunmalı idi.

45. Belə ki, MPM-in 167.1.8-ci maddəsinə görə hakimin çəkişmə prinsipinə əməl etməklə işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında etdiyi hərəkətlər sırasında şahidlərin çağırılması məsələsinin həll edilməsi də göstərilir.

46. Digər tərəfdən MPM-in 78. 1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

47. Bundan başqa isə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə aidiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməy ə haqlı deyildir (MPM-in 209.3cü maddəsi).

48. Apellyasiya mərhələsindəki icraat zamanı da yeni sübutların və yeni tələblərin qəbul edilməsi mümkünlüyü xüsusi halın mövcudluğu ilə əlaqələndirilmişdir (MPM-in 372.2-ci maddəsi).

49. Hazırkı işin materiallarından isə kommersiya məhkəməsindəki hazırlıq mərhələsində MPM-in 14.1-ci maddəsinə uyğun olaraq rayon məhkəməsində dindirilmiş şahidlərlə bağlı məsələnin müzakirə və həll edilməsi görünmür.

50. Bu isə öz növbəsində iddiaçının öz tələbinin əsaslığı ilə əlaqədar MPM-in 77-ci maddəsində nəzərdə tutulmuş sübutetmə vəzifəsinin həcmində və vasitə seçimində məhdudiyyətin yaranması ilə nəticələnmişdir.

51. Digər tərəfdən iddiaçının 8 şahidin ifadələrin nəzərə alınmaması ilə bağlı apellyasiya şikayətində qeyd etdiyi dəlilinə münasibətdə MPM-in 14.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirməyən apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almamışdır. Bu səbəbdən həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırkı işə baxan məhkəmələr üçün məcburi xarakter daşıya bilməz.

52. Bundan başqa iş materiallarında olan 2024-cü il 13 iyun tarixində keçirilmiş birinci instansiya məhkəməsinin açıq məhkəmə iclasının protokolunda cavabdehin nümayəndəsi öz izahatında etiraf etmişdir ki, tərəflər obyekti şərikli tikiblər, lakin kənd əhalisi arasında həmin obyektin Cavabdeh2 məxsus olması bilinir (bax: İİ cild, səhifə 151).

53. MPM-in müddəalarına əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (MPM-in 106.1 və 106.3-cü maddələri).

54. Bununla belə cavabdeh mübahisəli əmlakın şərikli tikildiyini öz izahatında etiraf etsə də, birinci instansiya məhkəməsi tərəfindən MPM-in müvafiq normalarının tələblərinə riayət edilməklə rəsmiləşdirilməmişdir. Bundan başqa həmin protokolda məhkəmə iclasının audio-video yazısı aparılması qeyd olunsa da, iş materiallarında mövcud olan diskdə yalnız 2024-cü il 4 aprel tarixində keçirilmiş iclasının audio-video yazısı mövcuddur.

55. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı kifayət qədər prosessual fəallıq göstərməmiş və işdə olan sübutlar üzrə iş üçün əhəmiyyətli olan hallar barədə tam, hərtərəfli araşdırma aparmamışdır.

56. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən mübahisəli tikili 2021ci il 11 yanvar tarixində fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınmışdır. Bununla belə 2023-cü il 25 aprel tarixli ekspert rəyində göstərilmişdir ki, mübahisə predmeti olan tikili fərdi yaşayış evi kimi qeydiyyata alınsa da, həmin tikili faktiki olaraq qe yri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilir.

57. Məhkəmələr iddiaçı ilə cavabdeh arasında şərikli fəaliyyət haqqında yazılı və ya şifahi hər hansı razılaşma olmadığına istinad edərək hazırkı iddia tələbinin qanuni əsasının mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normalar olması qənaətinə gəlmişlər.

58. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsinin etirafı və bu etirafla üst-üstə düşən 8 şahidin ifadələri, o cümlədən dövlət qeydiyyatına alınan tarixə qədər mübahisəli tikilinin hansı məqsədlə istifadə olunmasının müəyyənləşdirilməsi hazırkı iş üzrə iddia tələbinin maddi hüququ əsasının doğru seçilməsi və bundan çıxış edərək mübahisənin ədalətli həll edilməsi üçün zəruridir.

59. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaə tə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir və yuxarıda qeyd olunan nöqsanlar tam, hərtərəfli və obyektiv araşdırılmaqla mübahisəyə hüquqi qiymət verməlidir.

60. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd edir ki, məhkəmə MPM-in 97.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətə də malikdir.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(107)-85/2024 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar