Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-473/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kolle giyasının 2024-cü il 18 aprel tarixli 2-2(104)-77/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2014-cü il 28 avqust tarixli ** nömrəli kredit limiti müqaviləsinə əsasən, bu müqavilə və yaxud gələcəkdə bağlanacaq əlavə kredit müqavilələri ilə müəyyən olunacaq ümumilikdə 15.000 manat məbləğində və ya kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya AVRO ekvivalentində, 72 ay müddətinə borcverən-"xxxx" ASC borcalan Cavabdeh1 kredit limitinin ayrılmasını öhdəsinə götürmüşdür. 2. 2015-ci il 23 oktyabr tarixli * nömrəli əlavə kredit müqaviləsinə əsasən borcalanCavabdeh1 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür.
3. Əsas müqavilənin təminatı kimi Cavab deh2 və Cavabdeh3 ilə 2015-ci il 23 oktyabr tarixli 12-SKMF-4-0-578-15 nömrəli zaminlik müqavilələri bağlanmışdır. 4. 2014-cü il 28 avqust tarixli ipoteka müqaviləsinə əsasən 2014-cü il 28 avqust tarixli ** nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 2 otaqlı, 76,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsi yüklü edilmişdir.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışa görə Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 2 otaqlı 76,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsi "Nikoyl” İKB-nın xeyrinə yüklü edilmişdir. İş üz rə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 (bundan sonra-birlikdə “cavabdehlər”, ayrı-ayırlıqda müvafiq olaraq “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh3”, “Cavabdeh5” və “Cavabdeh4”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 2015-ci il 23 oktyabr tarixli kredit müqaviləsi üzrə 14.900 manat əsas, 2.228,52 manat faiz və 5.853,27 manat cərimə borcu, kredit müqaviləsi üzrə 2018-ci il 30 oktyabr tarixindən 2020ci il 24 sentyabr tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 1.414,6 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 24.396,39 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinin daşınmaz əmlaka tutmanın yönəld ilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, MirzəxanQaraqoyunlu kəndində yerləşən 2 otaqlı, 76,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0,15 ha torpaq sahəsinə (bundan sonra-“ipoteka qoyulmuş ev və torpaq”) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun ipoteka qoyulmuş ev və torpağın hərracda satıldıqdan sonra əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin ev və torpaq tutma yönəldildikdən və satıldıqdan bir ay sonra cavabdehlərin həmin evə və torpağa olan istifadə hüquqlarının itirilmiş h esab edilməsi, cavabdehlərin həmin evdən çıxarılmaları, həmin evin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin halları (§§ 1-5) ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Bank üzərinə düşən öhdəliyi icra etsə də, borclu öhdəlikləri pozaraq pulu ödəməkdən boyun qaçırır.
8. Birinci instansiya məhkəməsinin qərardadı ilə təyin olunmuş əmlakın qiymətləndirilməsi ekspertizasının nəticəsi olaraq təqdim edilən ekspert rəyində əmlakın likvid dəyəri 19.000 manat qeyd olunmuşdur.
9. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 10 mart tarixli 2-2(115)-176/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2015-ci il 23 oktyabr tarixli kredit müqaviləsi üzrə 14.900 manat əsas bor c, 2.228,52 manat faiz, 750 manat cərimə, kredit müqaviləsi üzrə 2018-ci il 30 oktyabr tarixindən 2020-ci il 24 sentyabr tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.414,60 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 19.293,39 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc tələbinin likvid dəyəri 19.000 manat olan ipoteka qoyulmuş evə və torpağa yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş evə və torpağa tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması və iş üzrə 150 manat ekspertiza xərcinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim K.Vəliyev).
10. Birinci instansiya məhkəməsi ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi tələbinə aid hissədə MM-nin 319-cu maddəsinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 34 və 59.3-cü maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, borc tələbi ipoteka qoyulmuş əmlakın likvid dəyəri 19 000 manat olan Cavabdeh1 məxsus Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli, ipoteka qo yulmuş, Cavabdeh1 məxsus Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlak boşaldılmalıdır
11. Cavabdeh1 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verməklə qətnamənin ləğv edilərək, əmtəəşünaslıq və mühasibatlıq ekspertizası keçirilməklə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 may tarixli 2-2(104)-137/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik e dən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər – A.Hüseynzadə və L.Süleymanov).
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönədilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmış və tələbə eyni maddi hüquq normalarına istinadla qiymət vermişdir (bax bu qərarın 10-cu bəndi).
14. Cavabdeh1 kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024cü il 18 yanvar tarixli 2-2(102)-43/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi qismən - ipoteka qoyulmuş, Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0,15 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılmış, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər İ.Dadaşov və Ə.Əhmədov).
16. Kassasiya instansiyası məhkəməsi “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tətbiqi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin səhvə yol verdiyinə dair cavabdehin dəlili ilə razılaşaraq qeyd etmişdir ki, həmin normanın tələblə rinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 1) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 2) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
17. Eyni zamanda, iş materiallarında olan tərəflər arasında bağ lanmış və notarial qaydada təsdiq edilmiş mübahisəli ipoteka müqaviləsinin 10.5-ci bəndinə əsasən, ipoteka predmetinə tutma yönəldikdə İpoteka qoyanın bu Müqavilə bağlanan anda yetkinlik yaşına çatmış bütün ailə üzvləri (mənzildə yaşadığı yer üzrə qeydiyyatda olanlar) mənzildən (evdən) o halda çıxarılırlar ki, onlar müqavilə bağlanan zaman buna müvafiq notarial qaydada təsdiq olunmuş razılıq ərizələri vermiş olsunlar.
18. Göründüyü kimi, kredit müqaviləsi üzrə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün istər “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələbi, istərsə də mübahisəli ipoteka müqaviləsinin şərti ondan ibarətdir ki, həmin şəxslər ipoteka müqaviləsi bağlanarkən bu barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş (razılıq ərizələri vermiş) olsunlar.
19. Lakin birinci instansiya məhkəməsi sözügedən iddia tələbini təmin edərkən və apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin bu mövqeyi ilə razılaşarkən həmin məsələ ilə əlaqədar heç bir hüquqi qiymətləndirmə aparmamışlar. Belə olan vəziyyətdə isə bu hissədə iş üzrə birmənalı nəticəyə gəlmək qeyri-mümkün olmuşdur.
20. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlmişdir ki, yeni apellyasiya baxışı zamanı məhkəmə müvafiq hissədə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
21. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 36, 39.3, 39.3.3 və 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
22. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(104)-77/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - ipoteka qoyulmuş, Bərdə rayonu, MirzəxanQaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla əmlakın boşaldılması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə ipoteka qoyulmuş, Bərdə rayonu, MirzəxanQaraqoyunlu kəndində yerləşən, 2 otaqlı, 46,5 kv.m yaşayış, 36,1 kv.m köm əkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.15 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 çıxarılmaqla boşaldılması qət edilmişdir (sədrlik edən – R.Mamedov, hakimlər – A.İsgəndərova və A.Bayramov).
23. İpoteka predmeti olan fərdi yaşayış evindən cavabdehlərin çıxarılması ilə bağı birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini işin hallarına uyğun tətbiq etməməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.2. maddəsinə əsasən, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlana rkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
24. Bununla yanaşı, iş materiallarında olan tərəflər arasında bağlınmış 2014-cü il 28 avqust tarixli 12-SKMF-3-0- 987-14 (i) nömrəli ipoteka müqaviləsinin 10.5-ci bəndinə göstərilmişdir ki, ipoteka predmetinə tutma yönəldikdə ipoteka qoyanın bu müqavilə bağlanan anda yetkinlik yaşına çatmış bütün ailə üzvləri (mənzildə yaşadığı yer üzrə qeydiyyatda olanlar) mənzildən (evdən) o halda çıxarılırlar ki, onlar müqavilə bağlanan zaman buna müvafiq notarial qaydada təsdiq olunmuş razılıq ərizələri vermiş olsunlar.
25. Yuxarıda qeyd o lunanlara əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün istər “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələbi, istərsə də mübahisəli ipoteka müqaviləsinin şərti ondan ibarətdir ki, həmin şəxslər ipoteka müqaviləsi bağlanarkən bu barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş (razılıq ərizələri vermiş) olsunlar.
26. Həmin məsələyə aydınlıq gətirilməsi məqsədilə məhkəmə tərəfindən ipoteka müqaviləsi üzrə açılmış notariat işinin materiallarına əsasən müəyyən edilmişdir ki, ipoteka müqaviləsi bağlanan zaman ipoteka qoyan Cavabdeh1 ailə üzvləri kimi cavabdehlərdən Cavabdeh5 və Cavabdeh4 olması müə yyən edilmişdir. Notariat işinə əlavə edilmiş 2014cü il 28 avqust tarixli razılıq ərizələrindən görünür ki, cavabdehlərdən Cavabdeh5 və Cavabdeh4 ipoteka qoyan Cavabdeh1 məxsus olan və Bərdə rayon Mirzəxan kəndində yerləşən yaşayış evinin ipotekaya qoyulmasına razılıq vermişlər və həmin ipoteka predmetinə tutma yönəldikdə yaşayış evini dərhal tərk etmək öhdəliyini öz üzərlərinə götürmüşlər.
27. Həmçinin cavabdelər Cavabdeh5 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında da bildirmişlər ki, yaşayış evi ipotekaya qoyulan zaman onlar buna dair öz razılıqlarını ərizə ilə vermişlər.
28. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan yaşayış evindən cavabdehlərin çıxarılması barədə nəticəyə gələn zaman cavabdehlərin dairəsini düzgün müəyyən e tməmiş, bununla da həmin ünvanda yaşamayan digər cavabdehlərin yaşayış evindən çıxarılmalarını qət etmişdir ki, bu isə işin hallarına uyğun deyildir.
29. Belə ki, iş materiallarında olan 2015-ci il 23 oktyabr tarixli 12-SKMF-4-0-578-15 nömrəli zaminlik müqavilələrindən görünür ki, əsas müqavilənin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qeyd olunan müqavilələri üzrə zamin kimi öz üzərlərinə öhdəlik götürmüşlər. Həmçinin onlara məxsus şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Cavabdeh2 yaşayış ünvanı Bərdə şəhəri, H.Əliyev pr., döngə 8, ev 1A, digər Cavabdeh3 isə yaşayış ünvanı Köbər kəndi kimi qeyd edilmişdir.
30. Bununla da təsdiq olunmuşdur ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan yaşayış evindən cavabdelərin dairəsini qeyri-müəyyən göstərməklə çıxarılmaları barədə yekun nəticəyə gələrkən dolaylısı ilə həmin evdə yaşamayan şəxslərin də çıxarılmasını qət etməsi işin faktiki hallarına uyğun olmamışdır.
31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 36, 39.3, 39.3.3 və 59.3-cü maddələrinə; MPM-nin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 88, 217.3 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
32. Cavabdeh1 kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassas iya şikayətinin dəlilləri
33. MM-nin 205.2, 445.7-ci maddələri üzrə - faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə isə mülki qanunverciliyin qeyd olunan tələbini nəzərə almadan faizlər üzərindən yüksək məbləğdə borc pul hesablamışdır. Bundan başqa, kassator evin likvid qiymətlə qiymətləndrilməsini də qəbul etmədiyi bildirmişdir. Məhkəmə tərəfindən likvid qiymət qət edilərkən evin mövcüd şərtlərdə-yəni məhkəmənin keçirildiyi real vaxt məqamında rayonda daşınmaz əmlak bazarında real bazar qiymətinin nə qədər təşkil etidiyni dəqqiq müəyyən etməmişdir. Belə olan halda hakim Ali Məhkəmə tərəfindən müəyyən edilmiş likvid qiymət məsələsində əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutulmalıdır- normasını diqqətə almamışdır. Həmçi nin tutmanın yönəldilməsi ilə əlaqədar məsələyə gəldikdə, məhkəmə kassatorun mülkiyyət hüququna zidd nəticəyə gəlmişdir. Belə ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Məhkəmə isə qanunveciliyin bu tələblərini pozmuşdur.
34. MPM-nin 76.1, 80, 87.2, 217.2-ci maddələri üzrə - Məhkəmələr iddiaçının öz tələbini əsaslandırdığı hər hansısa mötəbər və mübahisələndirlməsi imkansız olan sübutlara əsaslanmadan, iddiaçının şəxsi mülahizələrinin fromalaşdırdığı fikirlərin əsasında yekun qərar qəbul etmişdir. Çünki iddiaçı öz iddasının əsasını təşkil edən tələbin təmin olunmasına dair onun zəruriliyini isbat edən heç bir sübut və dəlilə əsaslanmamışdır. İpoteka predmeti orta bazar qi ymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən, evin qiymətinin «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır.
35. İpoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdən cavabdehlərin çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. Hesab edirik ki, ev hərracda satışdan sonra yaşayış sahəsindən çıxarma yeni mülkiyyətçiyə aid hüquq olduğundan, mülkiyyət hüququ olmayan və yaşayış sahəsindən çıxarmaq üçün heç bir subyektiv hüquqa malik olmayan bankın tələbi üzrə həmin mübahisə həll oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
37. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bila vasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır... 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağ ıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi.... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə
36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktu bu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq. 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı halla rda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınad ək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduq ları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar....”
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində i rəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 43. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normalar ı ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
44. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunver iciliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
45. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin kassasiya şikayətinin hazırki kassasiya baxışının predmetini təşkil etməyən dəlilləri üzrə qiymətləndirilmə aparılmamışdır (bax bu qərarın 33-34-cü bəndləri).
46. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
47. MPM-in 417 419-cu maddələrini r əhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 22(104)-77/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.