Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-479/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh x2-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş pulun hesaba köçürülməsi) 13.11.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının nümayəndəsi x3, Cavabdehin nümayəndəsi x4, Cavabdehin vəkili Kərimov Anar Əbdüləli iştirakları ilə, İddiaçı x1 cavabdeh x2-yə qarşı “ödənilmiş pulun hesaba köçürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi kollegiyasının 2019-cu il 20 iyun tarixli 2-2(103)-352/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Tərəflər arasında 2012-ci il 15 fevral tarixdə “Cari bank hesabı haqqında” müqavilə bağlanmış və həmin müqavilə çərçivəsində iddiaçı müəssisənin qanuni təmsilçisi 2018-ci il 30 mart tarixində cavabdeh bankın “Gəncə” Filialına gələrək müştərilərə müvafiq xidməti göstərən işçisi (baş mütəxəssis) x5 çalışdığı sektora yaxınlaşaraq 20.000 manat məbləğində pulu ona təqdim etmiş və əməliyyatlar aparılmaqla, həmin pulun ödənilməsini təsdiq edən 2018-ci il 30 mart tarixli, 500 №-li nağd ödəniş üçün qəbz müəssisənin qanuni təmsilçisinə verilmişdir. Lakin həmin vəs ait iddiaçının bankdakı hesabına mədaxil edilməmişdir. İddiaçı cavabdehə müraciət edərək 20.000 manat məbləğində pulun onun hesablaşma hesabına köçürülməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2018-ci il 30 mart tarixdə hesablaşma hesabına köçürülməsi üçün ödənilən 20.000 manatın hesablaşma hesabına köçürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2012-ci il 15 fevral tarixdə bağlanmış “Cari bank hesabı haqqında” Müqaviləyə əsasən tərəflər arasında əməkdaşlıq mövcud olmuş və hal-hazırda da davam edir. Əməkdaşlıq ondan ibarətdir ki, müştəri banka pul verir ki, onun hesabına köçürülsün və həmin hesab vasitəsilə öz əməliyyatlarını icra etsin. Əməkdaşlıq dövrü ərzində həmişəki kimi, o, 2018-ci il 30 mart tarixində hesabına pul qoymaq məqsədilə cavabdeh bankın “Gəncə” Filialına gəlib, 20.000 manat təqdim etmiş, bankın pulu təhvil alan işçisi onu qəbul edilməsinə dair qəbz vermiş, lakin sonradan pulun onun hesabına köçürülmədiyi məlum olduqda, məsələni aydınlaşdırmaq üçün həmin filiala gəlmiş və ona bildirmişlər ki, pulu ondan alan işçi x5 pulu mənimsəmiş, buna görə işdən çıxarılmış və cinayət məsuliyyətinə cəlb olunmuş, ona görə də pulun hesaba köçürülməsi mümkün olmayacaq. Bununla əlaqədar iddiaçı rəsmi qaydada banka müraciət etmiş, lakin 2018-ci il 17 may tarixli məktubla ona bildirilmişdir ki, ona qarşı dələduzlu q hərəkətləri edilmiş və onun hüquq mühafizə orqanlarına müraciət etmək hüququ vardır. İddiaçı hesab edir ki, bu dələduzluq deyil, pulun mənimsənilməsidir. Mənimsəmə isə ona qarşı deyil, banka qarşı törədilən bir cinayətdir. Ona bank tərəfindən zərər vurulmuş, bank da buna görə məsuliyyət daşıyır. Odur ki, pul onun hesabına bərpa olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2019-cu il 6 mart tarixli 2-2(81)-419/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 2018-ci il 30 mart tarixdə hesaba köçürülməsi üçün ödənilən 20.000 manat məbləğində pulun iddiaçının hesablaşma hesabına köçürülməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən 20.000 manat məbləğ ində pulun cavabdeh bankın işçisi tərəfindən hüquqazidd şəkildə təqsirli hərəkətləri ilə cari hesaba köçürülməsinin təmin edilməməsi, məhz bankın hərəkəti kimi qəbul edilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2019-cu il 20 iyun tarixli 2-2(103)-352/2019 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya i nstansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmənin qətnaməsində istinad edilən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 11 fevral tarixli, 1(100)-11/2019 nömrəli hökmü qətnamə qəbul edilən zaman, yəni 2019-cu il 20 iyun tarixdə qanuni qüvvəsini almamışdır (hökm 2019-cu il 12 iyul tarixdə qanuni qüvvəsini almışdır). Bu, işin mübahisəsiz halıdır. Ona görə də məhkəmənin qanuni qüvvəyə minməmiş hökmə istinad edərək iddianı təmin etməsi kobud prosessual pozuntu hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin yalnız qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılar kən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hökmün qanuni qüvvəyə minib-minməməsindən asılı olmayaraq, hökmdə tədqiq edilmiş 500 nömrəli qəbzin x5 tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə hazırlanmış saxta qəbz olması, həmin qəbzin iddiaçıya verilməsinə görə bankın məsuliyyətinin yaranmaması və ümumiyyətlə qəbzin banka hər hansı aidiyyətının olmaması kimi mühüm əhəmiyyət kəsb edən hallara məhkəmə qiymət verməmişdir. Halbuki, hökmdə aydın şəkildə qeyd olunmuşdur ki, iddiaçının bankdan tələb etdiyi 20.000 manat pulu məhz x5, x1 direktoru x3 xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. x5 iddiaçının pul məbləğini ələ keçirməklə mülki hüquq pozuntusu (delikt) deyil, birbaşa cinayət məsuliyyəti yaradan təqsirli hərəkətlərə yol verdiyi müəyyən edilir. Məhkəmə qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096 və 1099-cu maddələrinə istinad etsə də, işin faktiki hallarına hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. Əsaslandırıcı hissə: Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. MM-in 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Tərəflər arasında 2012-ci il 15 fevral tarixdə “cari bank hesabı haqqında” müqavilə bağlandığı və həmin müqavilə çərçivəsində iddiaçı müəssisənin qanuni təmsilçisinin 2018ci il 30 mart tarixində cavabdeh bankın Gəncə filialına gələrək müştərilərə müvafiq xidməti göstərən işçisinə bilavasitə xidmət (iş) yerində 20.000 manat məbləğində pulu təqdim etdiyi və sonuncu tərəfindən əməliyyatlar aparılmaqla, həmin pulun ödənilməsini təsdiq edən 2018-ci il 30 mart tarixli, 500 №-li nağd ödəniş barədə qəbzin müəssisənin qanuni təmsilçi x3 verildiyi işin mübahisələndirilməyən hallarını təşkil edir. MM-in 456-cı maddəsinə əsas ən, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil edilməli olan 20.000 manat məbləğində pul vəsaitini öz işçisi vasitəsi ilə qəbul etməsinə baxmayaraq, həmin vəsaiti hesaba mədaxil etməmişdir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, məhkəmənin qətnaməsində istinad edilən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 11 fevral tarixli, 1(100)-11/2019 nömrəli hökmü qətnamə qəbul edilən zaman, yəni 2019-cu il 20 iyun tarixdə qanuni qüvvəsini almamışdır (hökm 2019-cu il 12 iyu l tarixdə qanuni qüvvəsini almışdır). Ona görə də məhkəmənin qanuni qüvvəyə minməmiş hökmə istinad edərək iddianı təmin etməsi kobud prosessual pozuntu hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin yalnız qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hökmün qanuni qüvvəyə minib-minməməsindən asılı olmayaraq, hökmdə tədqiq edilmiş 500 nömrəli qəbzin x5 tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməklə hazırlanmış saxta qəbz olması,həmin qəbzin iddiaçıya verilməsinə görə bankın məsuliyyətinin yaranmaması və ümumiyyətlə qəbzin banka hər hansı aidiyyətının olmaması kimi mühüm əhəmiyyət kəsb edən hallara məhkəmə qiymət verməmişdir. Halbuki, hökmdə aydın şəkildə qeyd olunmuşdur ki, iddiaçının bankdan tələb etdiyi 20.000 manat pulu məhz x5, x1 direktoru x3 xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün yetərli əsas kimi qəbul etmir. Belə ki, tərəflər arasında 2012-ci il 15 fevral tarixdə “cari bank hesabı haqqında” müqavilə bağlandığı və həmin vaxtdan başlayaraq iddiaçının bankda açılmış hesaba mütəmadi vəsaitlər qoyduğu, həmin müqavilə çərçivəsində iddiaçı müəssisənin qanuni təmsilçisinin 2018-ci il 30 mart tarixində cavabdeh bankın Gəncə filialına gələrək müştə rilərə müvafiq xidməti göstərən işçisinə bilavasitə xidmət (iş) yerində 20.000 manat məbləğində pulu təqdim etdiyi və sonuncu tərəfindən əməliyyatlar aparılmaqla, həmin pulun ödənilməsini təsdiq edən 2018- ci il 30 mart tarixli 500 №-li nağd ödəniş barədə qəbzin müəssisənin qanuni təmsilçiyə verildiyi cavabdehin istinad etdiyi hökmün qəbulunadək işin mübahisələndirilməyən hallarını təşkil etdiyindən, həmin hökmlə müəyyən edilmiş hallar – “hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti” – hazırkı iddianın əsaslılığına dair məhkəmələrin gəldiyi nəticəyə təsir etmir. Belə ki, bilavasitə cavabdehin inzibati binasında öz işçisi vasitəsi ilə pul vəsaitini qəbul etdikdən sonra həmin işçinin hüquqazidd davranışının onun özü üçün hər hansı məzmunda cinayət-hüquqi məsuliyyət yaradıbyara tmamasından asılı olmayaraq, həmin işçinin işəgötürəni üçün mülki-hüquqi öhdəlik yaradır. Çünki iddiaçı müqavilə tərəfi olaraq həmin müqavilədən irəli gələn öhdəliyini müqavilənin digər tərəfi olan cavabdeh qarşısında, həm də onun inzibati binasında (özünün təqdim etdiyi icra yerində) və onun işçisi (özünün təqdim etdiyi subyekt) vasitəsi ilə icra etmişdir. İcranın sonradan qüsurlu olduğu yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş olsa belə, bu qüsur müqavilə tərəfi kimi iddiaçının hərəkət və ya hərəkətsizliyindən deyil, cavabdehin fəaliyyətindən (onun işçisinin timsalında) törəmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əs asən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2019-cu il 20 iyun tarixli 2-2(103)-352/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-479/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-479/2019
13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver