Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-480/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” Firmasının Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR (Açar söz: zaminliyə və ipotekaya xitam verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), 13.11.2019 Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “xxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının e2-2(103)-675/2019 saylı 28 avqust 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.11.2019- cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” Firması Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” Firması, X3 və Bank arasında 117869-NEDVİJ-1780 saylı, 04 oktyabr 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsi üzrə ipotekaya və “xxxx” firması ilə Bank arasında 117869-G_RAN-109 saylı 04 oktyabr 2013-cü il tarixli Zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16.07.2019-cu il tarixdə Cavabdeh ASC məhkəməyə vəsatət ünvanlayaraq “xxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi”xxxx“Cavabdeh ASC-nin “xxxx” firmasına və qeyrilərinə qar şı “kredit müqaviləsi üzrə borc tələbi, borcun girov predmetinə yönəldilməsi və sair” tələblərinə dair mülki iş ilə bir icraatda birləşdirilməsi üçün hazırki işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-986/2019 saylı, 22.07.2019-cu il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, iddiaçı “xxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair (İş № e-2-2(81)-986/2019) iş Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X2, “xxxx” firmasına və X1 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair (İş № 2(060)-35/2019) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət vermiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-986/2019 saylı, 02.08.2019-cu il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət vermiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-986/2019 saylı, 20.08.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə İİK-na göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının e-2-2(103)-675/2019 saylı 28 avqust 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 22(81)-986/2019 saylı, 02.08.2019-cu il tarixli qərardadından iddiaçı “xxxx” Firması tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Məhkəmə hesab etmişdir ki, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi barədə qərardaddan şikayət verilməsi MPM-də nəzərdə tutulmadığından 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-986/2019 saylı, 22.07.2019-cu il tarixli qərardadından iddiaçının verdiyi şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının e-2-2(103)-675/2019 saylı 28 avqust 2019-cu il tarixli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə qərardaddan verilmiş şikayətin geri qaytarılması əsassızdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, hazırkı işin icraatının birləşdirildiyi mülki icraat üzrə məhkəmə araşdırmas ı 3 ildən artıqdır ki davam edir və növbəti iclaslarda artıq yekun məhkəmə altı çıxarılacaqdır. Hazırkı işin isə ətraflı araşdırılmasına ehtiyac vardır. Kassator MPM-nin 263.3, 267.1, 268-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının e-2-2(103)-675/2019 saylı 28 avqust 2019-cu il tarixli qərardadının ləvğ edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının e-2-2(103)- 675/2019 saylı 28 avqust 2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir Hazırkı iş üzrə iddiaçı birinci instansiya məhkəməsinin bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi barədə qərardadını mübahisələndirmək hüququ olduğunu irəli sürərək həmin qərardaddan verilmiş şikayətə məhkəmə tərəfindən baxılmamasını və qaytarılmasını qanunsuz hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməl idir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Mülki Prosessual Məcəllənin 43-cü maddəsinə əsasən işl ərin bir icraatda birləşdirilməsi ilə bağlı qərardadlardan şikayət verilməsi nəzərdə tutulmadığı və bu qərardad işin sonrakı hərəkətinə mane olmadığı üçün iddiaçının bu qərardaddan şikayət vermək hüququ olmadığından mübahisələndirilməsi qanunla mümkün olmayan qərardadlardan verilmiş şikayətin məhkəmə tərəfindən qaytarılması barədə qərardaddan şikayət prosessual qanunvericiliyə uyğun olaraq mümkün sayılmamalıdır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hazırkı iş üzrə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi barədə qərardaddan şikayət verilməsi MPM-də nəzərdə tutulmadığından, həmçinin həmin qərardad işin sonrakı hərəkətinə mane olmadığından sözügedən qərardaddan şi kayət verilməməsinə dair apellyasiya instansiya məhkəməsinin nəticəsi əsaslıdır. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının e-2-2(103)-675/2019 saylı 28 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-480/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-480/2019
13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver