Məhkəmə qərarları › İş №2-2(102)-480/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-480/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-480/2024 15.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X5 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X5 Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli 2- 2(104)-27/2024 nömrəli qətnaməsindən cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcarəyə verən X8 ilə icarəçi Cavabdeh arasında bağlanmış 2019-cu il 19 aprel tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Şəmkir rayonu, Qaralar kəndində yerləşən ona məxsus 4.7703 ha torpaq sahəsinin 2.0 ha hissəsini icarəçiyə kənd təsərrüfatı məhsullarını əkib-becərmək üçün icarəyə verməyi, icarəçi isə icarəyə verənə aylıq 300 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 12-ci bəndində kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqlarının “icarəçi” tərəfindən ödənilməsi müəyyən edilmişdir.

2. Cavabdeh 2019-cu il 10 okt yabr tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Şəmkir rayonu, Qaralar kəndi ərazisində yerləşən 2.0 ha istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkib-becərir. Həmin məhsulların becərilməsi üçün o, X8 ilə “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etmişdir. “Azəriqaz” X7 Mehdiyevin adına yaranmış 89.637.7 manat borcun 78.865 manat hissəsi onun borcudur. Həmin borcu ödəməyi öz öhdəsinə götürür. Yaranmış borc üzrə məhkəmə predmeti yaranarsa məsuliyyəti tam üzərinə götürür.

3. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli e-2-2(115)-42/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdehlər X8 və Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, cavabdehin Şəmkir RQİİ-yə təbii qazdan istifadəyə görə yaranmış 88.821,50 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi, qaz tənzimləyicisinin sayğacdan əvvələ qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən artıq hesablanmış 88.821,50 manat məbləğində borcun silinməsi və qaz tənzimləyicisinin əvvəlki yerinə qaz sayğacından əvvələ qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə göndərərək, ümumi 189.857,30 manat borc məbləğin in 34.457 manat hissəsinin X4, 155.400,20 manat hissəsinin isə Cavabdeh tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Cavabdeh iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Qeyd edilən qətnamə ilə ilk iddia qismən təmin edilmiş, 34.457 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X4 iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulması, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Şəmkir rayonu Qaralar kəndində yerləşən X6 məxsus istixanaya aid qaz tənzimləyicisinin qaz sayğacından əvvələ quraşdırılmasının “Azəriqaz” İstehsalat Birliyinə həvalə edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

4. Gəncə Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 2021-ci il 1 dekabr tarixli 2-2(104)-216/2021 saylı qətnaməsi ilə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli e-2-2(115)-42/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı X8 (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə 88.821,50 manat, icarə haqqı olaraq 5.100 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinə əsasən cav abdeh icarəçi kimi öz təsərrüfatında istifadə etdiyi təbii qazın dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra-“Azəriqaz” İB) ilə qazın alqı-satqısına dair müqavilə iddiaçı ilə bağlandığından həm sonuncuya məxsus, həm də cavabdehə icarəyə verilmiş torpaq sahəsində olan istixanada istifadə edilən təbii qaz sərfiyyatına görə yaranmış borc iddiaçıdan tələb edilmişdir. İddiaçı həmin torpaq sahəsində yerləşən sonuncuya məxsus istixanada sərf olunan təbii qazın dəyərini ödəmişdir. Yaranmış borc isə cavabdehin istifadə etdiyi təbii qaza görə yaranmışdır. Cavabdehə icarəyə verilmiş torpaq sahəsində istixana təşkil edilmiş və icarəyə götürüləndən həmin istixanada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmuşdur. Cavabdeh istifadə etmiş o lduğu qaza görə yaranmış 88.821,50 manat borcun 78.865 manat məbləğində vəsaiti etiraf etmiş və bu barədə 2019-cu il 10 oktyabr tarixində Gəncə şəhər 1 Saylı Notariat Kontorunda ərizə imzalamışdır. Lakin cavabdeh həmin borcu ödəməmişdir. Həmçinin cavabdeh hər ay nəzərdə tutulan icarə haqqını ödəməmiş və 5.100 manat məbləğində icarə haqqına dair borcu yaranmışdır.

7. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.

8. Daha sonra iddiaçı 2021-ci il 23 fevral tarixində iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən təbii qazdan istifadəyə görə 88.822,20 manat, icarə haqqı olaraq 6.600 manat pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 95.452,20 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Həmçinin iddiaçı 2022-ci il 11 avqust tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlə iddiaçı arasında olan icarə müqaviləsinə əsasən cavabdehin təbii qazdan istifadəsinə görə yaranmış 155.400,40 manat borcun, icarə haqqı olaraq 7.200 manat pulun, eləcə də ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 12 avqust tarixli e-2-2(115)-16/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən icarə haqqı olaraq 7.200 manat pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim G.Quliyeva).

11. Birinci instansiya mə hkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında 2019-cu il 19 aprel tarixində icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinin müddəti 2020-ci il 1 iyun tarixədək müəyyən edilmiş və 2021-ci il 1 iyun tarixədək uzadılmışdır. Müqavilə üzrə cavabdeh iddiaçıya hər ay 300 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, “Azəriqaz” İB ilə iddiaçı arasında 2018-ci il 7 sentyabr tarixdə qazın alqı-satqısı müqaviləsi bağlanmış, “Azəriqaz” İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus Şəmkir rayonu Qaralar kəndində yerləşən istixananı keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz say ğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Azəriqaz” İB yaranmış 155.400,40 manat borc məbləğini hazırkı iş üzrə iddiaçıdan tələb etməmiş, sonuncu isə həmin məbləğini “Azəriqaz” İB-yə ödəməmişdir. İddiaçının qazdan istifadəyə görə cavabdehdən pul tələb etmək hüququ o halda yaranmış olardı ki, həmin məbləğ iddiaçı tərəfindən “Azəriqaz” İB-yə ödənilsin, bununla əlaqədar iddiaçı maddi ziyana uğrasın, bu ziyana uğrama isə cavabdehin tərəflər arasında bağlanmış icarə müqaviləsinin tələblərini pozmasından qaynaqlanmış olsun. Lakin, iddiaçı tərəfindən həmin qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə iş materiallarında sübut olmamışdır. İddiaçı tərəfindən pul ödənilməmiş, bu zaman iddiaçının cavabdehdən təl əb etmək hüququ yaranmamışdır. Beləliklə iddia tələbi göstərilən hissədə əsassız olmuşdur. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və həmin dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 700.1, 700.2, 706.1-ci maddələrinə, “İstehlakçıların müdafiəsi haqqında” Azərbaycan Respublikası 1995-ci il 19 sentyabr tarixli Qanununun 17-ci maddəsinə, “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 1.3, 5.2, 5.5, 5.6-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in (bundan sonra-“MPM”) 5.1, 10-1.3, 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad etmişdir.

14. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 mart tarixli, 2-2(104)-28/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “təbii qazdan istifadəyə görə yaranmış 155.400,40 manat borcun cavabdehdən alınıb iddiaçıya verilməsinin təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ə.Abdullayev, hakimlər R.Mamedov və A.İsgəndərova).

16. Apellyasiya instansiyası mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, apardığı hüquqi qiymətləndirmə və əsaslandırma ilə razılaşmışdır.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 442-ci maddələrinə, “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 1.3, 5.2, 5.5, 5.6-cı bəndlərinə, MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 372.2, 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsi ndəki birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 sentyabr tarixli 2-2(102)-422/23 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 mart tarixli, 2-2(104)-28/2023 nömrəli qətnaməsinin qismən"təbii qazdan istifadəyə görə yaranmış 155.400,40 manat borcun cavabdehdən alınıb iddiaçıya verilməsinin təmin edilməməsi" hissəsində ləğv olunması, işin həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (məruzəçi hakim B.Qəribov, hakimlər Ə.Nurməmmədov, B.Məmmədli).

20. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, “Azəriqaz” İB ilə iddiaçı arasında bağlan mış alqı-satqı müqaviləsinə əsasən sonuncunun həmin müqavilə üzrə əldə etdiyi əmtəəyə onun mülkiyyət hüququ mövcuddur. Bununla belə, cavabdehlə iddiaçı arasında münasibətlər məhz icarə müqaviləsi əsasında (o cümlədən, qazdan istifadə etmək və onun dəyərininin ödənilməsi) yaranmışdır. Belə olan təqdirdə tərəflər arasında yaranan münasibətin özülünü əşya deyil, öhdəlik hüquq münasibətləri təşkil edir. Hazırkı halda işdən görünür ki, tərəflər arasında 2019-cu il 19 aprel tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilənin 12-ci bəndində kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqlarının “icarəçi” tərəfindən ödənilməsi müəyyən edilmişdi r.

21. Bu baxımdan icarəçinin həmin ödənişlərlə bağlı öhdəliyi, icarəyə verənin isə həmin öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Digər tərəfdən, həmin müqavilədə icarəyə götürənin qazdan istifadə haqqının icarəyə verənə ödəməsi vəzifəsinin qaz sərfiyyatı ilə əlaqədar ödənişlərin yalnız icarəçi tərəfindən yerinə yetirilməsi halından asılı edilməsi şərtinin mövcudluğu müəyyən olunmur.

22. Bundan başqa, cavabdeh “Azəriqaz” İB-yə ərizə ilə müraciət edərək, Şəmkir rayonu Qaralar kəndi ərazisində yerləşən 2 hektar istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkib becərdiyini, həmin məhsulların becərilməsi üçün iddiaçı ilə “Azəriqaz” İB arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etdiyini və iddiaçının adına yaranmış 89.637,7 manat borcun 78.865 manat hissəsinin o nun borcu olduğunu bildirmiş və cavabdeh həmin borcu ödəməyi öz öhdəsinə götürmüşdür. Bu isə, hüquqi cəhətdən faktiki olaraq MM-in 882-ci maddəsinin müddəası baxımından birtərəfli əqddir.

23. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etmişdir ki, iş materiallarında mülkiyyətçi iddiaçı ilə icarəçi cavabdeh arasında 2019-cu il dekabr ayından 2020-ci ilin 5 may tarixinədək və 2020-ci ilin noyabr ayından 2021-ci il 1 may tarixədək qaz sərfiyyatı ilə bağlı aktlar (İ cild, iş.v 110, 111) da mövcuddur və həmin aktlarda müvafiq dövrlər üzrə sərfiyyatlar imzalarla təsdiq olunmuşdur. Həmçinin, iş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli e-2-2(115)-42/2021 saylı qətnaməsindən görünür ki, “Azəriqaz” İB ümumi borcun 34.457 manat hissəsinin cavabdeh A.Mehdiyevdən, 1 55.400,20 manat hissəsinin isə Cavabdeh tutulmasına dair ilk iddia tələbi ilə çıxış etmiş, həmin qətnamə ilə ilk iddia tələbi qismən – Azər Mehdiyevdən 34.457 manat borcun İB-nin xeyrinə tutulması hissəsində təmin edilmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi MM-in 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə onlar arasında yaranmış mülki hüquqi münasibətlərin xarakterini, məzmununu, onların iradə ifadələrinin həqiqi mənasını, habelə işin bütün müvafiq hallarını, o cümlədən onlar arasında yaranmış şəxsi münasibətləri, bu münasibətlər yaranarkən onlar arasında olan danışıqları, yazışmaları və onların sonrakı hərəkətlərini nəzərə almadan, yalnız iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə sübutların olmamasına əsaslanmışdır.

25. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, işin yenidən baxılması zamanı tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin həqiqi xarakteri müəyyən olunmaqla və həmin münasibətlərə tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq olunmaqla iş üzrə tam və obyektiv nəticəyə gəlinməlidir. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

26. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli 2-2(104)-27/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin edilmədiyi hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsi, Cavabdeh istifadə etdiyi təbii qazın dəyərini təşkil edən 155.400,40 manat pulun alınaraq iddiaçı X6 ödənilməsi qət olunmuşdur (sədrlik edən-məruzəçi hakim A.Bayramov, hakimlər – R.Cəfərov, S.Hüseynov).

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 19 aprel 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icarəyə verən X2 rayonu, Qaralar kəndində yerləşən ona məxsus 4.7703 ha torpaq sahəsinin 2.0 ha hissəsini cavabdehə kənd təsərrüfatı məhsullarını əkib-becərmək üçün icarəyə vermişdir. İcarəyə verən iddiaçı müqaviləyə əsasən, cavabdehin icarəçi kimi öz təsərrüfatında istifadə etdiyi təbii qazın dəyərini ona ödəməyi öhdəsinə götürdüyünü, “Azəriqaz” İstehsalat Birliy i ilə qazın alğı-satqısına dair müqavilə onunla bağlandığından cavabdehə icarəyə verilmiş torpaq sahəsində olan istixanada istifadə edilən təbii qaz sərfiyyatına görə yaranmış borcun ondan tələb edildiyini, cavabdeh tərəfindən istifadə edilmiş təbii qaza görə borc yarandığını, lakin onun həmin borcu ödəmədiyini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

28. Tərəflər arasında bağlanmış 2019-cu il 19 aprel tarixli icarə müqaviləsinin 12-ci bəndində kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqının, o cümlədən əlavə vergi haqlarının “icarəçi” tərəfindən ödənilməsi müəyyən edilmişdir. Bu baxımdan icarəçinin həmin ödənişlərlə bağlı öhdəliyi, icarəyə verənin isə həmin öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Həmin müqavilədə icarəyə götürənin təbii qazdan istifadə haqqının icarəyə verənə ödəməsi vəzifəsinin qaz sərfiyyatı ilə əlaqədar ödənişlərin yalnız icarəçi tərəfindən yerinə yetirilməsi halından asılı edilməsi şərtinin mövcudluğu müəyyən olunmur.

29. İşə apellyasiya qaydasında yenidən baxılarkən məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş “Azəriqaz” İB-nin nümayəndəsinin ifadəsi və həmçinin abonentin saldosu ilə müəyyən edilir ki, qazın sərfiyyatına görə yaranmış 155.400.20 manat borc məbləği A.Mehdiyev tərəfindən tam şəkildə ödənilmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin hazırda baxılan hissədə təmin edilməməsi üçün əsaslandığı hallar belə artıq aradan qalxmışdır.

30. İşin material ları ilə müəyyən edilmişdir ki, cavabdeh, “Azəriqaz” İB-yə ərizə ilə müraciət edərək Şəmkir rayonu, Qaralar kəndi ərazisində yerləşən 2 hektar istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkib becərdiyini, həmin məhsulların becərilməsi üçün iddiaçı ilə “Azəriqaz” İB arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etdiyini və iddiaçının adına yaranmış 89.637,7 manat borcun 78.865 manat hissəsinin onun borcu olduğunu bildirmiş və cavabdeh həmin borcu ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi tələbin bu hissəsi ilə bağlı borc cavabdeh tərəfindən etiraf edilmişdir.

31. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2019-cu il dekabr ayından 2020-ci ilin 5 may tarixinədək və 2020-ci ilin noyabr ayından 2021-ci il 1 may tarixədək qaz sərfiyyatı ilə bağlı tərtib edilmiş və müvaf iq yerli icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktlar da mövcuddur və həmin aktlarda müvafiq dövrlər üzrə sərfiyyatlar imzalarla təsdiq olunmuşdur.

32. Həmçinin işin materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, e-2-2(115)-42/2021 saylı qətnaməsindən görünür ki, “Azəriqaz” İB ümumi borcun 34457 manat hissəsinin cavabdeh A.Mehdiyevdən, 155400,20 manat hissəsinin isə Cavabdeh tutulmasına dair ilk iddia tələbi ilə çıxış etmiş, həmin qətnamə ilə ilk iddia tələbi qismən-Azər Mehdiyevdən 34457 manat borcun “Azəriqaz” İB-nin xeyrinə tutulması hissəsində təmin edilmişdir.

33. Əvvəlki məhkəmə mübahisəsi üzrə “Azəriqaz” İB tərəfindən tələb edilmiş borcun 155.400,20 manat hissəsinin hansı əsasalara görə Cavabdeh tutulmasına aydınlıq gətirən “Azəriqaz” İB-nin nümayəndəsi X9 ifadəsində bildirmişdir ki, X3 borcunun olmasına dair ərizə ilə müraciət etməsi, tərəflər arasında qazın sərfiyyatı ilə bağlı tərtib olunmuş aktlar, həmçinin icarə münasibətlərinin olmasına əsaslanaraq borcun 34.457 manat hissəsinin X4, 155.400 manat 20 qəpik hissəsinin isə Cavabdeh tutulması qənaətinə gəlmişlər.

34. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işin materialları ilə sərf edilmiş təbii qazın dəyərini təşkil edən və cavabdeh tərəfindən iddiaçıya ödənilməsi təmin edilməmiş 155.400,40 borcun olması öz təsdiqi tapır.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 386, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 700.1, 700.2 və 882-ci maddələrinə, MPM-nin 14.1, 77.1, 78.1, 80, 88, 106.1, 217.3, 385.1 və 384.0. 2-ci maddələrinə, “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 1.3, 5.2 və 5.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

36. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. MPM-nin 9.1, 76.1, 77.1, 82.3-cü maddələri üzrə - işdə cavabdehin hər hansı borcunun olmasını təsdiq edən sənəd olmadığı halda məhkəmə əsassız iddianı təmin etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslı və məntiqli olmamışdır. Belə ki, cavabdeh vicdanlı tərəf olaraq borcun 78.865 manat hissəsinin ona aid o lduğunu etiraf etmişdir. Lakin qalan borcun cavabdehlə hər hansı bağlılığı yoxdur. Həmin borc iddiaçının özü tərəfindən istehlak edilmiş qaza görə yaranmış borcdur. Təsərrüfatın əksər və böyük hissəsini iddiaçı istifadə etdiyi və sahibkarlıqla məşğul olduğu halda 200.000 manat borcun cəmi 34.457 manat hissəsinin ona aid olması, 155.400,20 manat məbləğin isə cavabdehə aid olmasının səbəbləri aydın deyildir. Cavabdehin borcunun mövcudluğunu təsdiq edən sənəd məhkəməyə təqdim olunmadığı halda iddia təmin edilə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunili yi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....”

42. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 44.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olu b-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). 45.Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv ed ilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. 46.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 47.MPM-in 417 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli, 22(104)-27/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar