Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-484/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X2 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və X1 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi ilə, iddiaçı Fondun nümayəndəsi X9 və vəkili Vəkil, cavabdeh ASC-nin nümayəndəsi X8 və vəkili X7, 3-cü şəxs Nazirliyin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X3 cavabdeh “xxxx” ASC-yə və 3-cü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtis adi Kollegiyasının 15.08.2019-cu il tarixli qətnaməsindən iddiaçı Fond tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.04.2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Nuriyeva; iş No 2-2 (81)-365/2019) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.08.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və Z.Əliyev, iş № 2-2(103)577/2019) iddiaçı Fondun apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 22.04.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı Fond kassasiya şikayət vermişdir. İŞİN HALLARİ İddiaçı Azərbaycan Respublikası X5 cavabde h “xxxx” ASC-yə və 3-cü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.04.2019-cu il tarixinə iddiaçı Fond qarşısında yaranmış 1.096.885,98 manat faiz və 1.582.154,23 manat cərimə borcu olmaqla, cəmi 2.679.040,21 manat borcun cavabdeh ASC-dən tutularaq iddiaçı Fonda ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Fond Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.08.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnamənin ləğv olunması və iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə və işin faktiki halları araşdırılmadan qəbul edilmişdir. Kassasiya şikayətinə dair yazılı etirazın dəlilləri 3-cü şəxs Nazirlik kassasiya şikayətinə dair yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, kassasiya şikayəti əsassız olduğundan, onun təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.08.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı Fondun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasın dan kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı Fondun nümayəndəsi N.Paşalı vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh ASC-nin vəkili A.Kərimov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ko llegiyasının iclasında çıxış edən cavabdeh ASC-nin nümayəndəsi Ə.Hümbətov vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasına gəlmiş 3-cü şəxs Nazirliyin nümayəndəsi R.Məmmədov vəkillə iştirak etmək üçün iclasın təxirə salınması haqqında ərizə ilə müraciət etsə də, məhkəmə kolegiyası tərəfindən ərizənin təmin edilməməsi və nümayəndəyə Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə uyğun olaraq çıxış üçün söz verilməməsi qərara alınmışdır HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iş üzrə tərəflər arasında sahibkarlığa kömək və investisiya fəaliyyətnin genişləndirilməsi istiqamətində dövlət siyasətinin təmin edilməsi zəminində qarşılıqlı əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq tərəflər arasında bağlanmış müqavilələrə əsaslanır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondu ilə “xxxx” ASC arasında “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri” haqqında 15 mart 2007-ci il tarixli müqavilənin təsdiq edilmiş surətinə əsasən, Fond Qaydalara və bu Müqaviləyə müvafiq olaraq müəyyən edilmiş şərtlər əsasında Fondun vəsaitlərinin kredit şəklində onların son istifadəçilərə çatdırılması məqsədi ilə kredit təşkilatına kredit xətti çərçivəsində ayrılmasın ı, kredit təşkilatı isə qeyd edilən şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitləri müddətlilik, geri qaytarılma, ödənişlik və təminatlılıq şərti ilə istinad edilən Qaydalara və bu müqaviləyə uyğun olaraq istifadəçilərə verilməsini və verilmiş vəsaitlərin məqsədyönlü, səmərəli istifadəsini və vaxtında qaytarılmasını təmin edir. Həmin müqavilənin 3.1-ci bəndinə müvafiq olaraq müvəkkil kredit təşkilatı üçün ilin əvvəlində X10 tərəfindən müəyyən edilmiş limit çərçivəsində kredit xətti açılır. Həmçinn işin materiallarında olan Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə “xxxx” ASC arasında “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” 26 noyabr 2009-cu il tarixli müqavilənin təsdiq edilmiş surətinə görə, Fond müvəkkil kredit təşkilatı üçün müəyyə n edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin edir. Həmin müqavilənin 3.4-cü bəndinə uyğun olaraq Fondun vəsaitləri müvəkkil kredit təşkilatı tərəfindən verilən kreditlərin hədləri, müddət və faizləri, ahbelə kreditlər üzrə güzəşt müddəti Qaydalara uyğun olaraq müəyyən edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən, fond müvəkkil kredit təşkilatının sifarişçi əsasında vəsaitlərin 3 bank günü ərzin də müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində X5 publik hüquqi şəxsi yaradılmış və “Azərbaycan Respublikası X3 vəsaitindən istifadə Qaydası” təsdiq edilmişdir. İddiaçı Fondun iddia ərizəsində qeyd edilənlərə görə, Fond tərəfindən “xxxx” ASC-yə sahibkarlıq subyektlərinin 126 investisiya layihəsinin maliyyələşdirilməsinə 31 iyul 2018-ci il tarixinədək 252,2 milyon manat güzəştli kredit ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Re spublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 6.2.2-ci bəndinə və Fondla müvəkkil kredit təşkilatları arasında bağlanmış “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” müqavilənin 3.4-cü bəndinə əsasən “xxxx” ASC müvəkkil kredit təşkilatı kimi sahibkarlıq subyektlərinə ayrılmış güzəştli kredit vəsaitləri üzrə hesablanmış illik 1% məbləği tam şəkildə Fondun xəzinə hesabına ödəməlidir. Lakin “xxxx” ASC tərəfindən Qaydaların, eləcə də “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında Müqavilə” nin tələbləri pozularaq Fondun xəzinə hesabına güzəştli kreditlər üzrə ödənilməli faizlərlə bağlı öhdəliklər tam məbləğdə yerinə yetirilməmişdir. Buna səbəb kimi, cavabdeh ASC tərəfindən kreditlərin illik faiz dərəcəsi üzrə Fonda ödənilmə li olan 1 faizdən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ödəmə mənbəyində vergi tutulmaqla mənfəət vergisinin ödənilməsi göstərilmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, idiaçı Fond mənfəət vergisi ödəyicisi olmadığını iddia etsə də istinad etdiyi bu hal məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 162 saylı 07.10.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, Fondun vəsaitləri yalnız dövlət büdcəsi təxsisatları hesabına deyil, eyni zamanda Fondun fəaliyyətindən əldə olunan d axilolmalar, o cümlədən verilmiş güzəştli kreditlər üzrə əsas borc, faiz, cərimə və komissiyon haqqı üzrə ödənişlər hesabına formalaşmışdır. Həmin Əsasnamənin 1.5-ci bəndinə müvafiq olaraq Fondun fəaliyyətindən əldə edilmiş vəsaitlər onun Əsasnamə ilə həyata keçirilmiş hüquq və vəzifələrinin həyata keçirilməsində maliyyə mənbəyi kimi istifadə edilə bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “xxxx” ASC-yə ünvanlanan “Vergi qanunvericiliyinin tətbiqi barədə” 02.09.2016-cı il tarixli məktubun surətinə görə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “xxxx” ASC-yə verilmiş kreditlər üzrə əldə edilən faiz gəlirlərinin mənfəət vergisindən azad edilməsi Vergi Məcəlləsinin 106-cı maddəsində nəzərdə tutulmamışdır. Eyni zamanda, Vergi Məcəlləsinin 123-cü ma ddəsində ödəməni həyata keçirən şəxslər tərəfindən bu cür faiz gəlirlərindən ödəmə mənbəyində verginin tutulması qeyd edilməklə yanaşı Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fonduna ödənilən faizlərdən ödəmə mənbəyində verginin tutulması istisna edilməmişdir. Göstərilənlərə əsasən, “xxxx” tərəfindən Sahibkarlığa Kömək Milli Fonduna ödənilənfaizlərdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda, işin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin “xxxx” ASC-yə ünvanlanmış 20.08.2008-ci il tarixli, 22.09.2008-ci il tarixli, 02.09.2016-cı il tarixli məktublarında da Sahibkarlığa Kömək Milli Fonduna ödənilən faizlərdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı olduğu qeyd edilmişdir. Həmçinn işin mate riallarında olan “Mənfəət vergisinin bəyannaməsi” adlı sənədə uyğun olaraq 2018-ci il vergi dövrü üçün vergi ödəyicisi Azərbaycan Respublikası X5na 454.047,23 manat mənfəət vergisi hesablanmışdır. Belə olan halda iddiaçı Fondun mənfəət vergisi olmadığını iddia edərək cavabdeh ASC tərəfindən ona ödənilməli olan faizlərdən ödəmə mənbəyindən vergi tutulmasının qanunsuz hesab edilməsi və cavabdeh ASC-nin dövlət büdcəsinə ödədiyi vergi məbləğinin ondan iddiaçı Fondun xeyrinə tutulmalı olması haqqında dəlilləri əsaslı sayıla bilməz, həmçinin ona görə ki, hər hansı subyektin konkret vergini ödəmək öhdəliyinin olubolmaması ilə bağlı mübahisələr inzibati (publik) hüquq sahəsinə aid olmaqla vergi ödəyicisi ilə vergi orqanı arasında həll edilməlidir. Fonddan mənfəət vergisi tutulmasının vergi qanunve riciliyinin tələblərinə uyğun olubolmadığı inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı və hüquqi qiymət verilməli olan məsələ olduğundan hazırkı məhkəmə icraatı çərçivəsində bu məsələyə hüquqi qiymət verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 73-cü maddəsinə əsasən, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir. Həmin Məcəllənin 92-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəl lənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi, iddiaçı Fondun cavabdeh ASC-dən tələb etdiyi borc məbləği Fonda ödənilməli olan faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə tutulmuş mənfəət vergisi kimi dövlət büdcəsinə ödənildiyindən iddia edilən borc məbləğinin cavabdeh ASC-dən iddiaçı Fondun xeyrinə tutulması üçün hər hansı əsas yoxdur. Ona görə də, iddia əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı Fondun kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmi ş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 15.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddi açı Azərbaycan Respublikasının X3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-484/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-484/2019
19.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver