Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-484/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (“X6” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin K ommersiya kollegiyasının 2025-ci il 18 aprel tarixli 2-2(103)-291/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyinin X5 (indiki cavabdeh) arasında 2020-ci il 17 sentyabr tarixində 60/20-BF nömrəli “birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 3.6.1-ci bəndinin “r” yarımbəndinə görə, bankla “BPC AG” şirkəti (lisenziar) arasında imzalanmış 2018-ci il 13 avqust tarixli “Software license agreement” ana müqaviləsinə edilmiş 2020-ci il 20 iyul tarixli 2 nömrəli Əlavədə nəzərdə tutulan proqram məhsulundan istifadə hüququnun (layihə çərçivəsində) və həmin Əlavənin 2 “b” bəndində qeyd edilən öhdəliy in X4 ötürülməsinə dair lisenziardan razılığın alınması ilə bağlı müraciətin ünvanlamasını bank təmin etməlidir. - 3.6.2-ci bəndinin “h” yarımbəndinə görə, bankla “BPC AG” şirkəti (lisenziar) arasında imzalanmış 2018-ci il 13 sentyabr tarixli “Software license agreement” ana müqaviləsinə edilmiş 2020-ci il 20 iyul tarixli 2 nömrəli Əlavədə nəzərdə tutulan proqram məhsulundan istifadə hüququ (layihə çərçivəsində) X4 keçdiyi təqdirdə həmin Əlavənin 2 “b” bəndində qeyd olunan öhdəliyin icrasını təmin edir.
2. İddiaçı ASC ilə “BPC AG” şirkəti arasında bağlanmış 2018-ci il 13 sentyabr tarixli “Software license agreement” ana müqaviləsinə 2020-ci il 20 iyul tarixli 2 nömrəli əlavə edilmişdir. Həmin əlavənin: - 1-ci bəndinə görə, “BPC AG” şirkəti standart proqram təminatı (O-CİTY AFC açıq dövriyy ənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) üçün qeyrieksklüziv və ötürülməyən lisenziya verir və müştəri bu lisenziyanı qəbul edir. - 2-ci bəndinə görə, illik lisenziya haqqı 93.023,26 ABŞ dolları təşkil edəcək. - 2-ci bəndinin “b” yarımbəndinə görə, 2022-ci il 1 yanvar tarixindən sonra il ərzində dövriyyə 2.000.000 ABŞ dolları məbləğinədək olduqda 50.000 ABŞ dolları lisenziya haqqını ”Azər-Türk Bank” ASC (müştəri) “BPC AG” şirkətinə ödəməyi öhdəsinə götürmüşdür.
3. İddiaçı ASC ilə “BPC AG” şirkəti arasında bağlanmış 2018-ci il 13 sentyabr tarixli “Software license agreement” ana müqaviləsinə 2020-ci il 20 iyul tarixli 3 nömrəli əlavə edilmişdir. Həmin əlavənin: - 1-ci bəndinə görə, “BPC AG” şirkəti tərəflərin imzaladığı əsas müqavilədə və onun bütün əlavələrində nəzərdə tutulan şərtlər və müddəalar əsasında son istifadəçiyə standart proqram təminatına (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) sublisenziya verməyə razılaşır. - 2-ci bəndinə görə, son istifadəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2. - 4-cü bəndinə əsasən, son istifadəçi bu əlavədə qeyd olunan cədvəlin təsdiq edilmiş formasında sifarişçi (”Azər-Türk Bank” ASC) arasında sublisenziya müqaviləsi bağlamalıdır. - 5-ci bəndinə əsasən, sifarişçi (”Azər-Türk Bank” ASC) “BPC AG” şirkətinə müqavilə tərəfləri arasında imzalanmış sublisenziya müqaviləsinin surətini göndərməlidir. 4. "xxxx" MMC ilə ”Azər-Türk Bank” ASC arasında “X3 “İnkart” layihəsi çərçivəsində Kampaniyanın keçirilməsi” barədə 2021- ci il 7 fevral tarixində 20210207/001 nömrəli müqavilə bağlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2024-cü il 7 iyun tarixində Cavabdeh MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020- ci il 17 sentyabr tarixli 60/20-BF nömrəli “birgə fəaliyyət haqqında” müqavilə və ona əlavələrdən irəli gələn öhdəlikləri yerinə yetirmədiyinə görə iddiaçı tərəfindən cavabdehin əvəzinə ödənilmiş 50.000 ABŞ dolları vəsaitin, həmçinin ərizəyə görə ödənilmiş 345 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnolog iyalar Nazirliyinin X5 (bundan sonra – “MHM”) arasında 2020-ci il 17 sentyabr tarixində 60/20-BF nömrəli birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. 2021-ci il 22 dekabr tarixli cavabdehin yenidən təşkil edilməsi haqqında” Sərəncama və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi 2022-ci il 2 fevral tarixli çıxarışa əsasən MHM-in hüquqi varisi qismində cavabdeh çıxış edir. Müqaviləyə əsasən, bank ilə İsveçrə qanunvericiliyi əsasında təşkil edilmiş və fəaliyyət göstərən “BPC AG” şirkəti (lisenziar) arasında imzalanmış 2018-ci il 13 sentyabr tarixli “software license agreement” ana müqaviləsinə edilmiş 2020-ci il 20 iyul tarixli 2 nömrəli əlavədə nəzərdə tutulan proqram məhsulundan istifadə hüququnun (layihə çərçivəsində) və həmin Əlavənin 2 “b” bən dində qeyd olunan öhdəliyin MHM-ə ötürülməsinə dair lisenziardan razılığın alınması ilə bağlı müraciətin ünvanlamasını bank təmin etməlidir, MHM isə həmin müqavilənin 3.6.2-ci bəndinə əsasən proqram məhsulundan istifadə hüququ (layihə çərçivəsində) MHM-ə ötürüldüyü təqdirdə müvafiq əlavənin 2 “b” bəndində qeyd olunan öhdəliyin icrasını təmin etməlidir. Bank ilə lisenziar arasında imzalanmış 2018-ci il 13 sentyabr tarixli “Software license agreement” ana müqaviləsinə edilmiş 2020-ci il 20 iyul tarixli 2 nömrəli Əlavəsinin 2 “b” bəndinə əsasən 2022-ci il 1 yanvar tarixindən etibarən Bank/MHM dövriyyədən asılı olaraq hər rüb üçün müəyyən olunmuş məbləğdə olan lisenziya haqqını təşkil edən vəsaitin ödənişinin həyata keçirilməsini təmin etməlidir. Həmçinin bank ilə lisenziar arasında bağlanmış 2018-ci il 13 sentyabr tarixli “software license agreement” ana müqaviləsinə 2021-ci il 8 iyun tarixində 3 nömrəli əlavə edilmiş və əlavənin şərtlərinə əsasən lisenziar Banka O-City AFC proqram təminatından istifadə ilə bağlı proqram məhsulunun son istifadəçisi MHM müəyyən olunmaqla sublisenziya hüququnu vermişdir. Lakin cavabdeh tərəfindən lisenziara razılaşdırılmış qaydada ödənişlərlə bağlı öhdəliklər yerinə yetirilmədiyindən, lisenziara edilməli olan ödənişlər Bank tərəfindən həyata keçirilmiş və nəticədə Banka 50.000 ABŞ dolları borc yaranmışdır.
7. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 23 dekabr tarixli 2-2(113)-4224/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – K.Hüseynov)
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı “BPC AG” şirkətindən almış olduğu standart proqram təminatına (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) dair lisenziya hüququnu, MHM-ə sublisenziya müqaviləsi əsasında ötürməli idi və bundan sonra da MHM-in 2018-ci il 13 sentyabr tarixli “software license agreement” ana müqaviləsinə edilmiş 2020-ci il 20 iyul tarixli 2 nömrəli əlavənin “b” bəndində qeyd olunan öhdəlik yaranmış olacaq idi.
10. Lakin işin məhkəmə iclasında araşdırılmış hallarından aydın olur ki, iddiaçı ilə MHM arasında hər hansı bir lisenziya və yaxud sublisenziya müqaviləsi bağlanmamışdır. Yəni iddiaçının “BPC AG” şirkətindən almış olduğu standart proqram təminatına (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) dair lisenziya hüququ MHM-ə keçməmişdir. Ona görə də cavabdehin 2018-ci il 13 sentyabr tarixli “software license agreement” ana müqaviləsinə edilmiş 2020-ci il 20 iyul tarixli 2 nömrəli əlavənin “b” yarımbəndində nəzərdə tutulmuş, hazırda da iddiaçının tələb etdiyi 50.000 ABŞ dollarını ödəmək öhdəliyi yaranmamışdır.
11. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilən iddiaçı ilə “X6” MMC ilə bağlanmış olan 2021-ci il 7 fevral tarixli müqavilənin və “X6” MMC-nin dövriyyə üzrə hesabdan çıxarışların hazırkı mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti mövcud olmamışdır. Belə ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan yeganə məqam iddiaçının “BPC AG” şirkətindən almış olduğu lisenziyanın hüququnun MHM-ə keçib-keçməməsi idi. Lakin bu barədə iddiaçı ilə MHM arasında hər hansı sublisenziya müqaviləsi bağlanmadığından və standart proqram təminatına (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) dair lisenziya hüququ MHM-ə keçmədiyindən, məhkəmə iddianın rədd olunması qənaətinə gəlmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 390.1, 390.4, 441.1, 441.2, 441.3, 442, 443.1, 447.1 və 448.1-ci maddələrinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 30.1-30.3-cü maddəsinə, MPM-in 14.1, 14.2, 77.1 və 218.3-cü istinad etməklə əsaslandırmışdır.
13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icr aat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 aprel tarixli 2-2(103)-291/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia təmin edilərək, 2020-ci il 17 sentyabr tarixli 60/20-BF nömrəli “birgə fəaliyyət haqqında” müqavilə və ona əlavələrdən irəli gələn öhdəlikləri yerinə yetirmədiyinə görə cavabdehin əvəzinə iddiaçı tərəfindən ödənilmiş 50.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) vəsaitin, həmçinin ərizəyə görə ödənilmiş 345 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçü n ödənilmiş 172,50 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).
15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında ortaq iş görmə (şəriklik) müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. İddiaçının irəli sürdüyü faktiki hal isə ondan ibarət olmuşdur ki, “BPC AG” şirkəti (lisenziar) ilə arasında bağlanmış 2018-ci il 13 sentyabr tarixli “software license agreement” ana müqaviləsinə 2021-ci il 8 iyun tarixində edilmiş 3 nömrəli əlavə üzrə cavabdeh tərəfindən lisenziara razılaşdırılmış qaydada ödənişlər həyata keçirilmədiyindən, həmin ödənişlər tərəfindən həyata keçirilmiş, nəticədə cavabdehin ona 50.000 ABŞ dolları borcu yaranmışdır.
16. Belə olan halda müvafiq iddia tələ binin qanuni əsası kimi mülki qanunvericiliyin “qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları” nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, ortaq iş görülməsi ilə əlaqədar razılaşma çərçivəsində lisenziara edilməli olan ödənişləri həyata keçirdiyini sübutetmə yükü iddiaçının, iddiaçının sub-lisenziya müqaviləsini bağlamaması səbəbindən lisenziara müqavilənin göndərilməsinin mümkün olmadığını və bununla da sub-lisenziya hüququnun ona ötürülmədiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
17. Sübutetmə dedikdə iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübah isələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hər hansı halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
18. İddiaçının lisenziara 50.000 ABŞ dolları ödəmiş olduğu işin mübahisələndirilməyən halıdır, cavabdeh isə öz arqumentlərini sübuta yetirə bilməmişdir.
19. Belə ki, bankla MHM arasında imzalanan 2020-ci il 17 sentyabr tarixli 60/20-BF nömrəli müqaviləyə əsasən bank lisenziardan razılığın alınması və MHM-ə ötürülməsi ilə bağlı öhdəliyini icra edərək həmin müqavilənin 3.6.2-ci bəndinə əsasən proqram məhsulundan istifadə hüququnun (layihə çə rçivəsində) MHM-ə ötürülməsini təmin etmiş, Lisenziar isə Banka O-City AFC proqram təminatından istifadə ilə bağlı proqram məhsulunun son istifadəçisi MHM müəyyən edilməklə sublisenziya hüququnu vermişdir.
20. Xüsusilə nəzərə alınmalıdır ki, bankla MHM arasında bağlanmış “birgə fəaliyyət haqqında” müqavilənin 4.2-ci bəndinə əsasən, bank proqram məhsulundan istifadə hüququnu MHM-ə ötürmə vəzifəsini yerinə yetirmədiyi təqdirdə MHM 3 ay müddətində yazılı xəbərdarlıq edərək müqaviləyə xitam vermə hüququna malik olmuş, lakin layihə müddətində bununla bağlı banka hər hansı bir müraciət ünvanlamayaraq və lisenziyanın ötürülməsini davranışı ilə təsdiq edərək, müqavilənin tərəfi kimi hüquq münasibətlərini davam etdirmişdir. Bankın öhdəliklərini lazımınca yerinə yetirdiyi halda MHM-in banka qarşı ol an BPC şirkətinə lisenziyanın ötürülməsi ilə bağlı təsbit olunan 50. 000 ABŞ dolları məbləğində illik lisenziya haqqını ödəməməsi müqavilə üzrə mülki məsuliyyətinin yaranmasına dəlalət edir.
21. Həmçinin, cavabdeh birgə fəaliyyət nəticəsində 65.287,25 manat gəlir əldə etdiyi halda, bağladığı müqaviləyə əsasən lisenziyanın haqqını – 50.000 ABŞ dollarının banka geri ödənilməsini təmin etməmişdir.
22. Cavabdeh, bankla "xxxx" MMC arasında bağlanmış X3 “İnkart” layihəsi çərçivəsində Kampaniyanın keçirilməsi barədə 2021-ci il 7 fevral tarixli 20210207/001 nömrəli müqavilənin 2.2-ci bəndində göstərilən müvafiq bank hesabına gələn vəsaitləri qəbul etmiş, həmin vəsaitlərdən öz xeyrinə istifadə edərək sublisenziya hüququnun ona keçdiyini və Lisenziardan proqram məhsulunu qəbul edərək layihənin bir i ştirakçısı kimi hüquqlarının və vəzifələrinin yaranmasını bir daha təsdiq etmişdir.
23. Kollegiya həmçinin nəzərə almışdır ki, cavabdeh, bankla BPC (lisenziar) arasında imzalanmış 2018-ci il 13 sentyabr tarixli “Software license agreement” ana müqaviləsinin tərəfi deyildir. Ona görə də həmin müqavilənin qeyd edilən bəndinin pozulmasını və ya bu pozuntunun aradan qaldırılmasını iddiaçıdan yalnız BPC (lisenziar) tələb edə bilər. Qeyd olunan bəndin pozulması isə sub-lisenziyanın ötürülməməsi demək deyildir, çünki faktiki olaraq həmin proqram təminatı cavabdehə ötürülmüş və cavabdeh həmin proqram təminatından istifadə etmişdir.
24. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə almışdır ki, cavabdeh iddiaçıya 30.000 manat ödəniş təklif etməklə, əslində iddia tələbini faktiki olaraq qismən qəbul e tmişdir.
25. Həmçinin, iddiaçı və BPC (lisenziar) arasında imzalanmış müqaviləyə əlavə ilə proqram təminatı məhsulunun son istifadəçisi kimi cavabdehin müəyyən olunduğunu razılaşdırmış, həmçinin sub-lisenziya bağlamaq hüququnu almışdır. Bu da bir daha onu göstərir ki, iddiaçının cavabdehə proqram təminatını ötürmək hüququ olmuşdur. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanuna əsasən, “kompüter proqramı” (HEM üçün proqram) dedikdə maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu başa düşülür. Kompüter proqramına həmçinin onun hazırlanması gedişində əldə edilən hazırlıq materialları və onun doğurduğu audiovizual təsvirlər də daxildir.
26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 355, 356, 385.1, 390.1, 425.1, 425.2, 442 və 443.1-ci maddələrinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1-30.3-cü maddəsi, MPM-in 14.2, 77.1, 77.3 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Kassator şikayətində MM-in 441.3-cü maddəsi üzrə bildirir ki, məhkəmə göstərilən maddi hüquq normasının pozuntusuna yol vermişdir. Nəzərə alınmamışdır ki, 2020-ci il 17 sentyabr tarixli 60/20-BF nömrəli müqavilənin 4.2-ci bəndinə əsasən, bank proqram məhsulundan istifadə hüququnu MHM-ə ötürmə vəzifəsini yer inə yetirmədiyi təqdirdə, MHM 3 ay müddətində yazılı xəbərdarlıq edərək müqaviləyə xitam vermə hüququna malikdir. Göründüyü kimi, bu norma imperativ xarakter daşımır, MHM-in hüququdur. İddiaçı qeyd etmişdir ki, MHM lisenziyanın ötürülməsini təsdiq edərək müqavilənin tərəfi olmağa davam etmişdir. Lakin iddiaçı MHM tərəfindən lisenziya hüququnun ona ötürülməsini hansı müqavilə və ya əlavə ilə təsdiq edilməsini bildirməmişdir. Belə ki, 2020-ci il 17 sentyabr tarixli 60/20-BF nömrəli müqavilədə lisenziya hüququnun ötürülməsi ilə bağlı heç bir müddəa mövcud deyil və MHM sözügedən müqavilənin tərəfi olaraq onun üzərinə qoyulan öhdəlikləri lazımınca icra etmişdir.
29. MM-in 404.1 və 404.2-ci maddələri üzrə - Məhkəmə göstərilən maddi hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, məhkəmə m üqavilə şərtlərini təfsir edərkən, tərəflər arasında ortaq iş görmə müqaviləsindən irəli gələn münasibətlərin yarandığını və “BPC AG” ilə iddiaçı arasında bağlanmış 2018-ci il 13 avqust tarixli “software license agreement” ana müqaviləsinə 2021-ci il 8 iyun tarixində edilmiş 3 nömrəli əlavə üzrə cavabdehin iddiaçıya qarşı 50.000 ABŞ dolları borcunun yarandığı qənaətinə gəlmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, 2020-ci il 17 sentyabr tarixli 60/20-BF nömrəli müqavilənin 3.6.2-ci (h) bəndinə əsasən proqram məhsulundan istifadə hüququ MHM-ə ötürüldüyü təqdirdə müvafiq Əlavənin 2 “b” bəndində qeyd olunan öhdəliyin icrasını təmin etməlidir. İş materiallarından göründüyü kimi, 2018-ci il 13 sentyabr tarixli “Software license agreement” ana müqaviləsinə edilmiş 3 nömrəli əlavə ilə BPC şirkət indən lisenziyaya dair istifadə hüququnun MHM-ə ötürmək istədiyini bildirmişdir. Sözügedən 3 nömrəli əlavəyə əsasən BPC şirkəti lisenziya hüququnun ötürülməsi üçün iddiaçının üzərinə son istifadəçi (MHM) əlavədə qeyd olunan cədvəlin təsdiq edilmiş formasında sifarişçi ilə (iddiaçı) sublisenziya müqaviləsi bağlaması və ikitərəfli qaydada imzalanmış müvafiq müqaviləni BPC-yə göndərməsi öhdəliyini qoymuşdur. Lakin sözügedən sublisenziya müqaviləsi imzalanmamış və bu səbəbdən BPC-yə göndərilməsi mümkün olmamışdır. Göründüyü kimi, sublisenziya hüququ ötürülməmişdir.
30. MM-in 425-ci maddəsi üzrə - məhkəmə müqavilənin şərtlərini təhrif edərək bu normanı pozmuşdur. Belə ki, iddiaçının qeyd etdiyi 65.287.25 manat məbləğ - birgə fəaliyyət müqaviləsi imzalanan tarixdən (2020-ci il 17 sentyabr) 2024- cü ilin dekabr ayınadək iddiaçı ilə “X6” MMC arasında imzalanmış 2021-ci il 7 fevral tarixli müqaviləsinə əsasən müəyyən edilən 3% faiz hesablanan məbləğdir. Sözügedən məbləğin lisenziyaya dair 50.000 ABŞ dolları məbləğinin ödənilməsinə əlaqəsi yoxdur. Sözügedən məbləğ birgə fəaliyyət haqqında əks edilən öhdəliklərin icrası üçün ödənilən xidmət haqqını əhatə edir. İddiaçı MHM tərəfindən 2020-ci il 17 sentyabr tarixli 60/20-BF nömrəli müqaviləyə əsasən öhdəliklərinin icra etmədiyini iddia edir. Sözügedən müqavilə uyğun olaraq MHM-in öhdəlikləri 3.6.2-ci maddədə əks edilmiş və hər biri lazımi qaydada icra olunmuşdur. Belə ki, MHM sözügedən birgə fəaliyyət müqaviləsinə əsasən xidmət haqqını proqram məhsulundan istifadə etdiyinə görə deyil, müqaviləyə əsasən müvafiq texniki dəstək xidmətini gö stərdiyinə görə almaqdadır. 31. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 30-cu maddəsi üzrə məhkəmə göstərilən maddi hüquq normasını pozulmasına yol verərək nəzərə almamışdır ki, 2020-ci il 17 sentyabr tarixli birgə fəaliyyət müqavilənin 5.4-cü maddəsinə uyğun olaraq tərəflər müqavilənin icrası ilə əlaqədar əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin (“Patent haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, digər qanunların və normativ hüquqi aktların) tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından digər tərəfi qoruyaraq onların qarşısında məsuliyyət daşıyır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, BPC şirkəti sözügedən lisenziyanın s ahibi olaraq 2018-ci il 13 sentyabr tarixli “software license agreement” ana müqaviləsinə edilmiş 3 nömrəli əlavədə BPC şirkəti lisenziya hüququnun ötürülməsi üçün iddiaçının üzərinə son istifadəçi (MHM) əlavədə qeyd edilən cədvəlin təsdiq olunmuş formasında sifarişçi ilə (iddiaçı) sublisenziya müqaviləsi bağlaması və ikitərəfli qaydada imzalanmış müvafiq müqaviləni BPC-yə göndərməsi öhdəliyini qoymuşdur. Həmçinin müqaviləyə əsasən lizenziya ötürülməyən (nontransferable) olduğu üçün yalnız lisenziya sahibinin icazəsi ilə ötürülməsi mümkündür.
32. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya instansiyası iş materiallarını tam araşdırmamış, qətnamədə iddiaçının apellyasiya şikayətində əks etdiyi məqamlara istinad etmişdir.
33. MPM-in 52.2 və 217.1-ci maddələri üzrə - Qətnamənin qanuni və əsaslı olması tələbinə zidd olaraq, məhkəmə cavabdehin iddiaçıya 30.000 manat ödəniş təklif etməsi nəticəsində cavabdeh tərəfindən iddianı faktiki qəbul etmiş qənaətinə gəldiyini vurğulayır. Belə ki, sözügedən məbləğin ödənilməsi ilə bağlı rəsmi qaydada heç bir sənədin imzalanmış olmaması, məhkəmənin isə qətnamədə bu hala istinad etməsi prosessual normanın pozulmasının göstəricisidir. Nəticədə məhkəmənin həmin hissədə gəldiyi nəticə əsaslı hesab edilməməlidir. Birinci instansiya məhkəməsində barışıq sazişinin imzalanması baş tutmadığından, həmin barışıq təklifinin apellyasiya instansiyasında iddianın təmin edilməsinin əsası kimi çıxış edə bilməz. Digər tərəfdən MPM-in 52.2-ci maddəsinə əsasən, iddianın etirafı yazılı ərizə verilməklə həyata keçirilir və cavabdeh tərəfindən iddianın etiraf edilmə si də baş tutmamışdır. Bu səbəbdən iddianın faktiki qəbul olunmasına istinad edilməsi tam əsassızdır.
34. MPM-in 77-ci maddəsi üzrə - Qətnamədə iddiaçının faktiki olaraq həmin proqram təminatını cavabdehə ötürülməsini təsdiq edilir. Lakin iş materiallarından da göründüyü kimi, nə hüquqi, nə faktiki ötürülməni təsdiq edən heç bir əsas iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli Qərarı üzrə - Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmi şdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Lakin məhkəmə nəzərə almamışdır ki, 2020-ci il 17 sentyabr tarixli 60/20-BF nömrəli müqavilənin 3.6.2-ci (h) bəndinə əsasən, proqram məhsulundan istifadə hüququ MHM-ə ötürüldüyü təqdirdə müvafiq əlavənin 2 “b” bəndində qeyd olunan öhdəliyin icrasını təmin etməlidir. Apellyasiya məhkəməsi tərəfindən belə ötürmənin nə de-yure, nə də ki defakto olmaması nəzərə alınmamış və bununla bağlı iddiaçı tərəfdən sü butun təqdim olunması tələb edilməmişdir.
36. Hazırkı iş üzrə apellyasiya məhkəməsi birgə fəaliyyət müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və cavabdehin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşıması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır.
37. Kassator şikayətinin digər bölməsində bildirir ki, iddiaçı tərəfindən 3 nömrəli əlavə 4 fərqli nüsxələrdə, imzalanaraq və tarixlərlə təqdim olunmuşdur. Belə ki, təqdim edilən digər nüsxədən görünür ki, 3 nömrəli əlavə 2023-cü il 16 oktyabr tarixində imzalanmışdır. Lakin bank tərəfindən BPC AG şirkətinə edilən ödəniş həmin tarixdən öncə, yəni 2023-cü il 29 sentyabr tarixində icra olunmuşdur. Belə ki, 3 nömrəli əlavənin 2021-ci il 8 iyun tarixində imzalanmasına dair tərəfimizdən əsas lı şübhələrin olduğu qeyd edilsə də, məhkəmə tərəfindən bu hal araşdırılmamışdır.
38. Həmçinin, əgər BPC şirkəti MHM-i lisenziar olaraq tanısaydı, ödənişin icra edilməsi ilə bağlı birbaşa MHM-ə müraciət edərdi. Sənədlərdən də göründüyü kimi, BPC ilə ATB-nin münasibətləri MHM ilə imzalanan birgə fəaliyyət müqaviləsindən çox öncə başlanmışdır. Həmçinin 2 nömrəli əlavə də öz növbəsində birgə fəaliyyət haqqında müqavilədən 2 ay öncə imzalanmışdır. Bu hal deməyə imkan verir ki, iddiaçı BPC şirkəti ilə öz layihələri və biznes fəaliyyəti üçün münasibət qurmuşdur. 39. 3 nömrəli əlavədə BPC razılaşmışdır ki, MHM lisenziyanı yalnız “rabita.az” saytında istifadə edə bilər. Bu barədə MHM-in necə xəbər tutub razılıq verməli olması və başqa saytlarda istifadə edilərsə məsuliyyətin nədən ibarət olması və s. kimi halların necə tənzimlənəcəyi məhkəmə tərəfindən araşdırılmamışdır.
40. BPC ilə ATB arasında sözügedən lisenziyaların alınmasına dair əlavə 2020-ci ilin iyul ayında imzalanmışdır. Komissiya müəyyən edilən müqavilə isə 2 nömrəli əlavədən 2 ay sonra, 2020-ci ilin sentyabr ayında imzalanmışdır. Belə ki, sublisenziya hüququnun artıq birgə fəaliyyət müqaviləsində ötürülməsi mümkün olduğu təqdirdə belə ötürülmə baş verməmişdir. Bu halda demək olar ki, sublisenziya hüququnun ötürülməmək ehtimalı mövcud olmuşdur. Məhkəmə tərəfindən bu hala dair münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
42. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MHM arasında imzalanmış 2020-ci il 17 sentyabr tarixli 60/20-BF nömrəli müqaviləyə əsasən bank lisenziardan razılığın alınması və MHM ötürülməsi ilə bağlı öhdəliyini icra edərək həmin müqavilənin 3.6.2-ci bəndinə əsasən proqram məhsulundan istifadə hüququnun (layihə çərçivəsində) MHM-ə ötürülməsini təmin etmişdir. 2018-ci il 13 avqust tarixli “software license agreement” ana müqaviləsinə edilmiş 2021-ci il 8 iyun tarixli 3 nömrəli əlavənin mətnindən də məlum olduğu kimi, lisenziar banka O-City AFC proqram təminatından istifadə ilə bağlı proqram məhsulunun son istifadəçisi kimi MHM müəyyən edilməklə sublisenziya hüququnu vermişdir. Proqram təminatı cavabdehə ötürülmüş və cavabdeh həmin proqram təminatından istifadə etmişdir.
43. İddiaçı ilə "xxxx" MMC arasında bağanmış X3 “inkart” layihəsi çərçivəsində Kampaniyanın keçirilməsi barədə 2021-ci il 7 fevral tarixli 2021207/001 nömrəli müqavilənin 2.2-ci bəndində göstərilən müvafiq bank hesabına mədaxil olunan vəsaitləri (3%) cavabdeh qəbul etmiş, həmin vəsaitlərdən öz xeyrinə istifadə edərək sublisenziya hüququnun ona keçdiyini və lisenziardan proqram məhsulunu qəbul edərək layihənin iştirakçısı kimi hüquqlarının və vəzifələrinin yaranmasını bir daha təsdiq etmişdir. Cavabdeh birgə fəaliyyət nəticəsində 65.287,25 manat gəlir əldə etdiyi halda, bağladığı müqaviləyə əsasən lisenziya haqqının – 50.000 ABŞ dollarının banka geri ödənilməsini təmin etməmişdir. Bank öz öhdəliklərini lazımınca icra etdiyi halda, cavabdeh lisenziyanın ötürülməsi ilə bağlı təsbit olunan lisenziya haqqı nı ödəməməsi müqavilə üzrə mülki məsuliyyətinin yaranmasına dəlalət edir.
44. Bankla MHM arasında bağlanmış “birgə fəaliyyət haqqında" müqavilənin 4.2-ci bəndinə əsasən, bank proqram məhsulundan istifadə hüququnu MHM-ə ötürmə vəzifəsini yerinə yetirmədiyi təqdirdə MHM 3 ay müddətində yazılı xəbərdarlıq edərək müqaviləyə xitam vermək hüququna malik olmuş, lakin layihə müddətində bununla bağlı banka hər hansı bir müraciət ünvanlamayaraq və lisenziyanın ötürülməsini davranışı ilə təsdiq edərək, müqavilənin tərəfi kimi hüquq münasibətlərini davam etdirmiş, bank ilə "xxxx" MMC arasında bağlanmış X3 “inkart” layihəsi çərçivəsində Kampaniyanın keçirilməsi barədə 2021-ci il 7 fevral tarixli 2021207/001 nömrəli müqavilənin 2.2-ci bəndində göstərilən müvafiq bank hesabına mədaxil olunan vəsaitləri q əbul etmişdir.
45. Göründüyü kimi, cavabdeh gəlir əldə etdiyi halda lisenziyanın dəyərinin ödənilməsindən yayınmışdır. Bank ilə MHM arasında imzalanmış “birgə fəaliyyət haqqında“ müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilə üzrə öhdəliklər icra edilmədikdə və ya layiqincə icra olunmadıqda, tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Kassasiya baxışının hədləri
46. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətb iq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
355. Əqdlərdə razılıq anlayışı 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.” “Maddə
356. İcazə (qabaqcadan verilmiş razılıq) Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olma yan müqavilələr də bağlaya bilərlər....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin i cra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” 49. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
30. Müəllif müqavilələri üzrə müəlliflik hüquqlarının verilməsi
1. Bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və mü əlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər.
2. Müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir.
3. Qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (qeyrimüstəsna lisenziya) müəllif v ə ya müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyə razılıq almış başqa şəxslə bərabər istifadəyə icazə verir....”
50. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətində göstərilən dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən doğru hüquqi qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin dəlillərə əlavə münasibət bildirməyi zərurət görmür.
53. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki pro sessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
54. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
55. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəm əsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməs i ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
56. Əlavə olaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə (bu Qərarın § 28, 29) Kollegiya qeyd edir ki, iddiaçı ilə “BPC AG” şirkəti arasında bağlanmış 2018-ci il 13 sentyabr tarixli “Software license agreement” ana müqaviləsinə edilmiş 2020-ci il 20 iyul tarixli 3 nömrəli əlavədə göstərilmişdir ki, “BPC AG” şirkəti tərəflərin imzaladığı əsas müqavilədə və onun bütün əlavələrində nəzərdə tutulan şərtlər və müddəalar əsasında son istifadəçiyə standart proqram təminatına (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) sublisenziya verməyə razılaşır.
57. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan o da aydın olur ki, əlavəyə əsasən son istifadəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 və son istifadəçi bu əlavədə qeyd olunan cədvəlin təsdiq edilmiş formasında sifarişçi (”Azər-Türk Bank” ASC) arasında sublisenziya müqaviləsi bağlamalı və sifarişçi “BPC AG” şirkətinə müqavilə tərəfləri arasında imzalanmış sublisenziya müqaviləsinin surətini göndərməlidir. 2021-ci il 7 fevral tarixində isə iddiaçı ilə "xxxx" MMC arasında “X3 “İnkart” layihəsi çərçivəsində Kampaniyanın keçirilməsi” barədə 20210207/001 nömrəli müqavilə bağlanmışdır.
58. Həmin məhkəmə tərəfindən o da müəyyən olunmuşdur ki, birgə fəaliyyət nəticəsində cavabdeh tərəfindən 65287,25 manat gəlir əldə edilmişdir. Belə olan təqdirdə aydındır ki, cavabdeh tərəfindən Proqram təminatı is tifadə edilmişdir, odur ki, sifarişçi tərəfindən “BPC AG” şirkətinə sublisenziya müqaviləsinin surətinin göndərilməməsi bu Şirkət tərəfindən mübahisələndirilə bilər.
59. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
60. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ol a bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 aprel tarixli 2-2(103)-291/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.