Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-486/2024 15.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər ləğv prosesində olan x1 ASC və Cavabdeh1 MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi) qarşı ilk iddia tələbi; İddiaçı x1 ASC-nin cavabdehlər İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı qarşılıqlı iddia tələbi; QƏRARİ Açar sözlər: sənədlərin təqdim edilməsi, dividend, dövriyyənin yoxlanılması, qərarların etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər ləğv prosesində olan "xxxx" ASC və Cavabdeh1 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi) sənədlərin təqdim edilməsi, auditorun iştirakı ilə maliyyə dövriyyəsinin yoxlanılması və dividendin ödənilməsi tələblərinə dair ilkin; iddiaçı ləğv prosesində olan x1 ASC-nin cavabdehlər İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı pulun tutulması tələbinə dair qarşılıqlı; iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh x1 ASC (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü ş əxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi) qarşı sənədlərin təqdim edilməsi, dividendin ödənilməsi tələbləri barədə birləşdirilmiş iddialar üzrə kommersiya mübahisəsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 aprel tarixli 2-2(106)-57/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC kommersiya qurumu kimi 2003-cü il 26 may tarixdə qeydiyyata alınmışdır (VÖEN **********). Onun səhmdarları İddiaçı1, İddiaçı3, İddiaçı2, X1r. Səhmdarların nizamnamə kapitalındakı payı aşağıdakı kimidir: İddiaçı1-nominal dəyəri 2 manat olan 4158 ədəd adi səhm-13.1213 %, İd diaçı3 - nominal dəyəri 2 manat olan 158 ədəd adi səhm - 0.4986 %, İddiaçı2 - nominal dəyəri 2 manat olan 158 ədəd adi səhm 0.4986 %, X2 - 85,8815 %. 2. 2011-2021-ci illər ərzində "xxxx" ASC tərəfindən İddiaçı1 27.753,67 manat, İddiaçı3 1.218,62 manat və İddiaçı2 1.036 manat məbləğində dividend ödənilmişdir (İİ cild, iş.v 739). 3. "xxxx" ASC-nin 2011-2021-ci illər ərzində keçirilmiş səhmdarların ümumi yığıncağının gündəlikdə duran məsələlərə baxılması haqqında protokollara əsasən sərbəst mənfəətin səhmdarlar arasında dividend olaraq bölüşdürülməsi təklif olunmuş, təklif səsə qoyularaq qəbul edilmişdir. 4. "xxxx" ASC ("xxxx") ilə Cavabdeh1 MMC (“icarədar”) arasında 2020-ci il 25 yanvar tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən Salyan şəhəri, Y.Qasımov-1 ün vanında yerləşən, "xxxx" ASC-yə məxsus bütün fəaliyyət növləri və 1173,3 kv.m (**********-70002 kodları) əmlakı ilə birlikdə icarədarın istifadəsinə verməyi, sonuncu isə aylıq 1.800 manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür (İİİ cild, iş.v 129).
5. İddiaçı1, İddiaçı3 və İddiaçı2 2020-ci il 20 iyul tarixdə "xxxx" ASC-yə müraciət edərək, müəssisənin maliyyə sənədlərinin onlara təqdim olunmasını xahiş etmişlər.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 2022-ci il 30 sentyabr tarixli **********162919 nömrəli qərarı ilə "xxxx" ASC-yə maliyyə sanksiyası tətbiq edilmiş və büdcəyə ödənilməli olan 71.679,77 manat vəsaitin 5 gün müddətində yerli xəzinə orqanlarının hesabına ödənilməsi tələb edilmişdir. 7. "xxxx" MMC konsaltinq və qiymətləndirmə şirkətinin rəyinə əsasən "xxxx" ASC tərəfindən 2018-ci il 1 yanvar tarixdən 2021-ci il 31 may tarixədək olan dövr ərzində icarəyə verilmiş obyektlərin ümumi aylıq icarə dəyəri 13.075,68 təşkil edir (V cild, iş.v196). 8. "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 2019-cu il 24 dekabr tarixli protokoluna əsasən 2019-cu il 24 dekabr tarixdə Salyan şəhərində 26267 ədəd səhmə malik olan 2 səhmdarın iştirakı ilə (82.89%) "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda ASC-nin bütün əmlakı ilə birlikdə icarəyə verilməsi zərurətinin yarandığı, belə olan halda ASC-də mühasib və sədr vəzifəsinin saxlanılması, ASC-nin digər işçilərinin isə icarəy ə götürən qurumun tərkibinə keçməsi şərtilə icarə olaraq idarəetməyə verilməsi məqsədə uyğun hesab edilmişdir. Eyni zamanda, mətbuatda ASC-nin icarəyə verilməsi ilə bağlı elan verilməsinin vacibliyi bildirilmiş, ASC-nin icarəyə verilməsi ASC-nin İdarə Heyətinin sədrinin səlahiyyətlərinə aid edilməsi məsələsi müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir (İİ cild, iş.v 105). 9. "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 2022-ci il iyul ayının 17-də saat 11:00-da x ünvanında keçirilməsi barədə “Vergilər” qəzetində elan dərc olunmuş və həmin elanda yığıncağın gündəliyində:
1. Cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı.
2. Cəmiyyətin ləğv olunması.
3. Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin ) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi.
4. Digər məsələlər - olduğu qeyd edilmişdir (Vİİİ cild, iş.v 114). 10. "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 2022-ci il 17 iyun tarixli protokoluna əsasən həmin tarixdə Salyan şəhərində ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda gündəlikdə duran məsələlər - 1) Cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və əleyhinə 4158 s/s (13.12 %) olmaqla cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı qənaətbəxş hesab edilməsi və cəmiyyətin 2021-ci ilin maliyyətəsərrüfat fəaliyyətinin yekunlarına görə əldə olunmuş 2144 manat xalis mənfəət in səhmdarlar arasında onların malik olduqları səhmlərin sayına mütənasib olaraq divindend şəklində bölüşdürülməsi qərara alınmışdır. 2) Cəmiyyətin ləğv olunması məsələsi müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla "xxxx" ASC-nin ləğv edilməsi qərara alınmışdır. 3) Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi məsələsi müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla "xxxx" ASC-nin ləğv edilməsi ilə əlaqədar X7 təsviyəçi təyin edilərək ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin həvalə edilməsi, təsviyəçi "xxxx" ASC-nin AZ********** qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 2 mana t olan 31689 ədəd sənədsiz, adi, adlı səhmi geri alınaraq dövriyyədən çıxarılması qərara alınmışdır (V cild, iş.v 105). 11. "xxxx" ASC-nin 2022-ci il 17 iyun tarixli səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısından görünür ki, yığıncaqda 4158 ədəd səhmə malik İddiaçı1 adından etibarnamə əsasında “Nümayəndə3” adlı şəxs, 25909 ədəd səhmə malik X2, 100 ədəd səhmə malik olan X3 və 100 ədəd səhmə malik olan X4 adından etibarnamə əsasında “X.Məmmədov” adlı şəxs iştirak etmiş və siyahını imzalamışdırlar (Vİİİ cild, iş.v 113). 12. "xxxx" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 2022-ci il noyabr ayının 29-da saat 15:00-da ünvan 4 ünvanında keçirilməsi barədə “Vergilər” qəzetində elan dərc olunmuş və həmin elanda yığıncağın gündəliyində:
1. Cəmiyyətin ləğv edilm əsi ilə əlaqədar görülən işlər haqqında təsviyəçinin hesabatı. Ləğvetmə balansının təsdiqi.
2. Cəmiyyətin AZ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış 31689 ədəd adi, sənədsiz, adlı səhminin silinərək dövriyyədən çıxarılması.
3. Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiqi.
4. Qalıq əmlakın iştirakçılar arasında bölünməsi, bölünən əmlakın natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi.
5. Təsviyəçiyə səlahiyyətlərin verilməsi.
6. Digər məsələlər - olduğu qeyd edilmişdir (Vİİİ cild, iş.v 123). 13. "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 2022-ci il 29 noyabr tarixli protokoluna əsasən 2022-ci il 29 iyun tarixdə Salyan şəhərində "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda 30267 ədəd səhmə malik (səsli səhmlərin 95.51 %) 2 nəfər etibarnamə əsasında olmaqla 4 nəfər səhmdar iştirak etmişdir. Yığıncaqda gündəlikdə duran məsələlər –
1. Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında təsviyəçinin hesabatı. Ləğvetmə balansının təsdiqi.
2. Cəmiyyətin AZ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış 31689 ədəd adi, sənədsiz, adlı səhminin silinərək dövriyyədən çıxarılması.
3. Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiqi.
4. Qalıq əmlakın iştirakçılar arasında bölünməsi, bölünən əmlakın natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi.
5. Təsviyəçiyə səlahiyyətlərin verilməsi məsələləri müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82. 39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla həmin məsələlərlə bağlı irəli sürülən bütün təkliflər qəbul edilmişdir (Vİİİ cild, iş.v 115).
14. Milli Depozit Mərkəzinin "xxxx" ASC-nin qiymətli kağızlarının ləğv edilməsinə dair 2023-cü il 11 yanvar tarixli aktına əsasən "xxxx" ASC-nin ləğv olunması haqqında cəmiyyətin səhmdarlarının ümumi yığıncağının 2022-ci il 17 iyun tarixli qərarını, Azərbaycan Respublikasının Mərkəzi Bankının 2022-ci il 28 dekabr tarixli arayışını və cəmiyyətin Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə ünvanlanmış müraciətini əsas tutaraq, MDM "xxxx" ASC-nin qiymətli kağızlarını Emitentin emissiya hesabından silinmə yolu ilə ləğv edilmişdir. 15. "xxxx" ASC hal-hazırda ləğv prosesindədir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
16. İdd iaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra – birlikdə “iddiaçılar”, ayrıayrılıqda müvafiq olaraq “İddiaçı1”, “İddiaçı2” və “İddiaçı3”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra - “cavabdeh” və ya “ASC”) qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra - “üçüncü şəxs”)) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin son 10 il, yəni 2011-2020-ci illər fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən ümumi yığıncağının, İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının iclas protokollarının, maliyyə hesabat sənədlərin, həmçinin ASC-nin mənfəətinin dividend şəklində səhmdarlar arasında bölgüsünün siyahısının təsdiq edilmiş sur ətlərinin iddiaçılara verilməsi, iddiaçıların özlərinin və yaxud nümayəndələrinin iştirakı ilə cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin vergi mütəxəssisinin və iddiaçıların müəyyən etdiyi auditorun iştirakı ilə tam və hərtərəfli yoxlanılması, həmin yoxlama nəticəsində əldə edilmiş nəticələr də nəzərə alınmaqla, səhmdar İddiaçı1 illik ödənilmiş 6.000 manat, 3 il ərzində 18.000 manat çıxılmaqla, illik ödənilməmiş 81.186 manat olmaqla, son 3 il ərzində ödənilməmiş 243.583 manat, digər iddiaçıların hər birinə isə hər il ödənilməmiş 3.296 manat olmaqla üç il ərzində ödənilməmiş 9.888 manat dividentin cavabdeh tərəfindən iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyətin əsas fəaliyyət növü Salyan şəhərdaxili, Salyan şəhərindən Salyan rayonun kəndlərinə, respublikanın digər rayon və şəhərlərə sərnişin daşıma xidmətlərini həyata keçirmək olsa da, cavabdeh qanunvericiliklə qadağan edilməyən digər kommersiya xarakterli çoxsaylı fəaliyyət (əsasən xidmət) növləri ilə məşğul olur. İddiaçılar cəmiyyətin səhmlərinin birlikdə 14.1185 %-nə malik olsalar da, cəmiyyətin idarəetməsindən tamamilə kənarlaşdırılmaqla yanaşı, səhmdar cəmiyyətinin həyata keçirdiyi layihələr, maliyyə sənədləri barədə Cəmiyyətin idarəetmə strukturlarından məlumat ala bilmirlər. Bununla bağlı səhmdarların bilavasitə və yaxud nümayəndələri vasitəsilə Cəmiyyətin İdarə Heyətinə və digər vəzifəli şəxslərinə dəfələrlə etdikləri şifahi və yazılı müraciətlərə də, ya mahiyyəti üzrə cavab verilmir, ya da ümumiyyətlə cavab verilmir. Səhmdarl ardan yalnız İddiaçı1 aylıq 500 manat olmaqla, illik 6000 manat dividendi cavabdehdən almışdır. Digər iki səhmdar isə ASC-nin fəaliyyət göstərdiyi müddətdə indiyədək heç bir dividend almamışdır. İddiaçıların müşahidəsi və sorğusu əsasında müəyyən edilmişdir ki, cavabdehlə bağlanmış icarə və s. müqavilələr əsasında Avtovağzal ərazisində və onun ətrafında ərzaq və qeyri-ərzaq, pal-paltar, məişət və s. məhsulların satışını həyata keçirən iri, orta və xırda həcmli 50 mağaza və dükanlar, kənd təsərrüfatı məhsullarını və sənaye mallarının satışı ilə məşğul olan 73 ədəd səyyar satış məntəqələri və 8 ədəd ticarət köşkləri də fəaliyyət göstərir ki, qeyd olunan mağaza və dükanlar, satış məntəqələri və köşklərlə bağlanmış müqavilələr və həmin qurumlardan əldə edilmiş icarə haqları, onlarla bağlı tə rtib edilmiş maliyyə-uçot və vergi sənədləri, nəhayət həmin obyektlərdən əldə olunan gəlirlər barədə heç bir informasiya əldə etmək mümkün deyildir. Bu da ona dəlalət edir ki, həmin obyektlərdən əldə edilən gəlirlər iddiaçılardan gizlədilir. Buna baxmayaraq səhmdarların müşahidləri və ASC ilə müqavilə bağlamış icarədarlarla (sahibkarlarla) danışıqları əsasında müəyyən edilib ki, müxtəlif çeşidli məhsulların satışı ilə məşğul olan 50 ədəd mağaza və dükanların sahibkarları ilə müqavilələr bazar qiymətlərindən çox aşağı məbləğdə bağlanılsa da, icarədarlardan müqavilədən kənar haqq alınması barədə əsaslı məlumatlar mövcuddur. ASC Salyan şəhərinin mərkəzi hissəsində yerləşdiyindən orada icarə müqavilələrinin orta bazar qiymətinin aylıq 300 manatdan aşağı olmadığını nəzərə alsaq, ümumilikdə 50 ( dükan və ya mağazadan) sahibkardan yığılan (və yaxud yığılmalı olan) icarə haqlarının aylıq məbləğinin 50x300=15000 manat, illik isə 180000 manat qədər olmasını düşünmək mümkündür. Cavabdehin mağaza və dükanların icarədarları ilə müqaviləni kiçik məbləğdə rəsmiləşdirilməsi, iddiaçılara ödənilməli olan dividendin məbləğinə təsir etməklə yanaşı, vergi məsuliyyətindən yayınma kimi də qiymətləndirilməlidir. Bundan əlavə, ASC ərazisində 78 kiçik satış məntəqələri – “Bazar” adı ilə fəaliyyət göstərir ki, cavabdeh hər satış məntəqəsini işlədən şəxsdən gün ərzində 3-5 manat vəsait toplayır ki, bu da gün ərzində ən azı 234 manat, ay ərzində 6720 manat, il ərzində 80.440 manat gəlir deməkdir. Cavabdeh həmin gəlirdən iddiaçılara heç bir dividend ödəmir, eyni zamanda əldə edilən gəlirlər rəsmiləşdiril mədiyinə görə vergidən və məcburi sosial sığorta ödənişindən də yayınır. Eyni zamanda 9 povilyon tipli ictimai-iaşə satış yerlərininin hər birindən aylıq 150 manata yaxın olmaqla aylıq icarə haqları alınır ki, bu da 9 sahibkardan alınan icarə haqlarının məbləğinin ümumilikdə 150x9x12=16200 manat olduğunu göstərir. Cavabdeh eyni zamanda sərnişindaşıma xidmətini də qanunvericiliyə uyğun həyata keçirmir. Salyan şəhər daxili və şəhərlərarası fəaliyyət göstərən nəqliyyat vasitəsi sahiblərindən alman gündəlik haqlar leqallaşdırılmır. Belə ki, sərnişinlərə bilet satışları həyata keçirmir, bəzi nəqliyyat vasitələri qeydə alınmır. Cavabdeh şəhərdaxili 8 marşrut üzrə gündə 40 reys, Salyan şəhərindən Salyan rayonun kəndlərinə 15 marşrut üzrə sərnişin daşıma xidməti həyata keçirir. Şəhərdaxili hər mar şrutdan gündə ən azı 12 manat haqq alınır ki, bu da 8x12=96 manat edir. Həmin marşrutlardan cavabdehin aylıq əldə etdiyi gəlir 96x30=2880 manat, illik qazanc isə 34560 manat təşkil edir. Salyan şəhərindən kəndlərə hərəkət edən 15 marşrutun hər birindən 10 manat olmaqla, gündə 150, ayda 4500, illik isə 54000 manat qazanc əldə edilir. Bundan başqa cavabdeh digər rayon və şəhərlərə sərnişin daşıyan nəqliyyat vasitələri sahiblərindən, o cümlədən: Salyan-Neftçala 10 nəqliyyat vasitəsinin hər birindən gündə 10 manat olmaqla, cəmi 100 manat, aylıq 3000 manat, illik isə 36000 manat; Salyan-Şirvan marşrutu üzrə 10 nəqliyyat vasitəsi sərnişindaşıma xidməti həyata keçirir ki, həmin nəqliyyat vasitələrinin hər birindən cavabdeh gündə 10 manat olmaqla, 10 nəqliyyat vasitəsindən gündəlik 100 manat, aylı q 3000 manat, illik isə 36000 manat haqq alır. Həmçinin, Salyan-Şorsulu, Lənkəran (2 reys), Biləsuvar 2 reys, Ələt, Gəncə, Şirvan 2ci yol, Bakı 10-15 reys olmaqla ayda 10000-12000 manat, illik cəmi 120000-136000 manat arası qeyri-qanuni qazanc əldə edir ki, həmin qazancdan da iddiaçılardan gizlədilir və onlara heç bir dividend verilmir, eyni zamanda məcburi dövlət ödənişləri həyata keçirilmir. Eyni zamanda Salyan şəhərindən Şirvan, Bakı şəhərləri istiqamətində taksi kimi fəaliyyət göstərən çoxsaylı nəqliyyat vasitələrindən də yığılan rüsumlar da rəsmiləşdirilmir, mənimsənilir. ASC-nin fəaliyyət göstərdiyi ərazidə "Azercell” və "xxxx" MMC-nin müvafiq qurğuları cavabdehlə müqavilə əsasında quraşdırılmışdır ki, həmin qurumlarla bağlanılmış icarə müqavilələrindən illik 2400 manat icarə haqqı c avabdeh tərəfindən alınır. Bundan əlavə, ASC-nin fəaliyyət göstərdiyi ərazidə "Avtovağzal" adlanan şadlıq sarayı mövcuddur ki, cavabdeh onun sahibindən də ildə 1500-2000 manat haqq alır. Göründüyü kimi, cavabdehin aylıq gəliri ən azı-50000-55000 manat, illik gəliri isə 550000-600000 manat təşkil edir. Cavabdehin illik xərclərinin 30000-35000 manat olmasını ehtimal etsək, onun illik xalis mənfəətinin ən azı 520000-560000 manat olduğunu görərik. Əldə etdiyi həmin 520000-560000 manat illik mənfəətdən yalnız İddiaçı1 ayda 500 manat olmaqla, illik 6000 manat dividend ödəyir. Digər iki iddiaçıya isə heç bir dividend ödənilməyib. Halbuki, iddiaçı-səhmdar İddiaçı1 ASC-nin səhmlərinin 13,1213 %-nə malik olduğunu nəzərə alsaq onun mənfəətdən aylıq dividendi 7265 manat, illik dividenti isə 87.186 m anat, digər iddiaçıların hər birinin 0.4986 %-i payına rəğmən aylıq dividendi 274, 23 manat, illik dividendi isə 3.296 manat olmalı idi. Göründüyü İddiaçı1 illik 87186 manat, İddiaçı3 və İddiaçı2 hər birinə illik 3296 manat dividend verilməli olduğu halda, cavabdeh əldə etdiyi mənfəətdən yalnız səhmdar İddiaçı1 illik 6000 manat divident ödənilmiş, digər iddiaçılarasəhmdarlara isə heç bir divident ödəməmişdir. Cavabdeh eyni zamanda fəaliyyət göstərdiyi sahələrdə gəlirlərini gizlətmiş, cəmiyyətin maliyyə-mühasibat sənədləri ilə iddiaçıların tanış olmasına şərait yaratmamış, həmçinin gəlirlərini gizlətməklə, məcburi dövlət sığorta ödənişindən və vergilərdən də yayınmışdır. Buna görə də cavabdeh, İddiaçı1 illik ödədiyi 6000 manat, 3 il ərzində 18.000 manatı çıxmaqla, illik ödənilməmiş 81186 ma nat olmaqla, 3 illik cəmi 2018-2019-cu illər ərzində ödənilməmiş 243.583 manat, digər iddiaçıların hər birinə isə hər il ödənilməmiş 3.296 manat olmaqla, 2018-2020-ci illər ərzində ödənilməmiş 9.888 manat dividend ödəməlidir.
18. Həmçinin, ASC cavabdehlər İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 artıq ödənilmiş 42.500 manatın alınaraq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçıların tələb etdiyi pul ona ASC tərəfindən verilən dividenddən artıqdır. Tələb edilən hallar heç bir əsasla sübuta yetirilmir və birbaşa olaraq şər və böhtan xarakterlidir. Maraqlı şəxs kimi 5 saylı Ərazi Vergilər İdarəsinin göstərilməsi işə qərəzli yanaşıldığını göstərir. İddiaçıl ar tərəfindən mütəmadi olaraq ASC sədri və işçilərinə şantaj və böhtan xarakterli təzyiqlər olur. İndi isə bunu davam etdirirlər. İddiaçılar öz tələblərini əsaslandırmalı və sübut etməli olduğu halda birbaşa ASC-yə aidiyyatı olmayan halları göstərməklə şifahi formada fikirlərə əsaslanan iddialar irəli sürülmüşdür. İlkin iddiada göstərilən Salyan şəhərdaxili, Salyan şəhərindən Salyan rayonunun kəndlərinə, Respublikanın digər rayon və şəhərlərinə sərnişin daşıma xidmətlərinin həyata keçirilməsi ASC tərəfindən deyil, "xxxx" ASC tərəfindən həyata keçirilir ki, iddia tələbi bu hissədə tamamilə əsassızdır. ASC yalnız biletlə sərnişinlərin təmin edilməsi istiqamətində xidmət göstərir. Salyan şəhərdaxili 8 marşrut, Salyan rayonunun kəndlərinə 15 marşrut üzrə "xxxx" ASC tərəfindən xidmət həyata keç irilir. Müşahidə və sorğular əsasında müəyyən edilən hallara dair heç bir sübut təqdim olunmamış və qeyd olunan 50 mağaza və 73 ədəd səyyari satış məntəqələri və 8 ədəd ticarət köşklərinin ASC-nin balansında olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu hissədə də iddia tələbi tamamilə əsassızdır. Bundan əlavə keçirilən bütün iclaslar barədə bildirişlər rəsmi poçt xəbərnaməli göndərilmişdir. Amma iddiaçıların heç biri bilərəkdən iclaslarda iştirak etməmişdir. Onlara könüllü razılaşma əsasında dividend verilməsi qərarına gəlinsə də, indi həmin məbləğin azlığından şikayətlənirlər. Onlara verilən bu pul ASC-nin gəlirlərinə uyğun deyil və dəfələrlə artıqdır. Onların ASC-yə olan şər və böhtan xarakterli müraciətlərinin qarşısının alınması üçün həmin dividendin ödənilməsinə raz ılıq verilmişdir ki, ASC sərbəst fəaliyyət göstərə bilsin. Onlara verilən dividend digər səhmdarın şəxsi təşəbbüsü hesabına ASC-nin hesabına köçürülməklə verilir. Faktiki iddia ərizəsi şər və böhtan dolu ərizədir. Onlara verilən dividend ailə vəziyyətlərini nəzərə alınmasını xahiş etdikləri üçün verilmişdir. Onlara ödənilən məbləğ hətta ASC-nin illik gəlirindən də çoxdur. Həmin ödənişlər ASC-nin onlara məxsus səhmlərin faizinə görə ödənilən məbləğdən əlavə olaraq ödənilən məbləğdir. Razılaşmış danışıqlara əsasən gələcəkdə bu məbləğ artıq olarsa indeksasiya olunacaqdır. Faktiki vəziyyətdə isə ASC ödənilən artıq məbləğin geri qaytarılması üçün tutarlı əsaslar mövcuddur. Buna əsasən də ilkin iddiaçılar onlara verilən ödənişi daim imzalamaqla hər ay almışlar. Onların səhmlərinə uyğun düşən gəl ir faktiki olaraq 4436 manat təşkil edir. Amma onlara ödənilən məbləğ 46.936 manat ödənilmişdir. 4436 manat dividend veriləcəyini nəzərə alsaq, 42.500 manat əlavə ödənilən məbləğ ASC-yə geri qaytarılmalıdır.
20. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 2 dekabr tarixli 2-2(121)-2094/2021 nömrəli qərardadı ilə ilk iddia üzrə dividentin İddiaçı2 və İddiaçı3 ödənilməsi tələbinə dair” hissəsində iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə xitam verilmiş, ilk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 dividendin alınması ilə bağlı ASC-yə müraciət etmək hüquqları izah olunmuşdur.
21. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 13 yanvar tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
22. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 7 oktyabr tarixli 9/4898 n ömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan ASC-nin Maliyyə-Təftiş komissiyasının hesabat aktı və Müstəqil auditor rəyləri məlumatlarına, səyyar vergi yoxlaması aktları məlumatlarına əsasən, Cəmiyyətin 2011-ci ildən 2021-ci il də daxil olmaqla fəaliyyət göstərdiyi müddətdə hər ilə dair xalis mənfəəti 2011-ci il üzrə 3956,29 manat, 2012-ci il üzrə 4135,74 manat, 2013-cü il üzrə 5043,87 manat, 2014-cü il üzrə 4672,19 manat, 2015-ci il üzrə 7664,20 manat, 2016-cı il üzrə 4195 manat, 2017-ci il üzrə 4392,65 manat, 2018-ci il üzrə 4802,51 manat, 2019-cu il üzrə 6222,19 manat, 2020-ci il üzrə 1954,78 manat və 2021-ci il üzrə 2144,40 manat müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 150 manat təşkil etmişdir (İİİ cild, iş.v 278).
23. Şirvan Komm ersiya Məhkəməsinin 2022-ci il 1 dekabr tarixli qərardadına əsasən iş üzrə komission məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 14 aprel tarixli 9/89 nömrəli məlumatına əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. 24. "xxxx" MMC-nin 2023-cü il 16 yanvar tarixli mütəxəssis rəyindən görünür ki, ASCyə məxsus Salyan şəhəri, Y.Qasımov küçəsi 1 (Yeni qaydalarla, AZ5201 ünvan 6 ünvanında yerləşən 568,5 kv.m və 804,8 kv.m ümumi sahədən ibarət və təqdim olunmuş sənədlərə əsasən Cavabdeh1 MMC-yə icarəyə verilmiş ticarət obyektlərinin icarə bazar dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə işi aparılaraq ASC-yə məxsus və Cavabdeh1 MMC-yə icarəyə verilmiş Salyan şəhəri, Y.Qasımov küçəsi 1 (Yeni qayd alarla, AZ5201 ünvan 6 ünvanında yerləşən 568,5 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 2023-cü il 16 yanvar tarixli hesablamalara əsasən icarə bazar dəyəri 1.345 manat, ASC-yə məxsus və Cavabdeh1 MMC-yə icarəyə verilmiş Salyan şəhəri, Y.Qasımov küçəsi 1 (Yeni qaydalarla, AZ5201 ünvan 6 ünvanında yerləşən 804,8 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin 2023-cü il 16 yanvar tarixli hesablamalara əsasən icarə bazar dəyəri 963 manat müəyyən edilmişdir (V cild, səhifə 155).
25. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 29 sentyabr tarixli 2-2(121)-9/2023 nömrəli qərardadına əsasən iş üzrə keçirilən audit yoxlaması zamanı hazırkı işin bütün mövcud materiallarını və sənədlərini, habelə işdə olan əvvəlki ekspert rəylərini və audit sənədlərini əhatə edən audit yoxlaması nəticəsində 2023-cü il 7 dekabr tarixli SDO/01 nömrəli müstəqil auditor rəyi verilmişdir. Rəyə əsasən ASC-nin 2011-2022-ci illər üzrə maliyyə fəaliyyəti ilə bağlı tərtib edilmiş mühasibat uçotu sənədləri müvafiq qanunvericiliyə və qaydalara uyğun tərtib edilmişdir. ASC-nin 2011-2022-ci illər üzrə cəmi gəlirləri 564.283,28 manat, cəmi xərcləri isə 488.098,68 manat olmuşdur. 2011-2022-ci illər üzrə xalis mənfəət ümumilikdə 81.862,98 manat olmuşdur. ASC-nin 2011-2022-ci illər üzrə elan edilməli olan dividendləri hər ilə dair ümumilikdə 59.241,22 manat olmuşdur. 2022-ci ildə müəssisə ləğv edildiyindən dividend hesablanılmamışdır. 2011-ci ildən 2022-ci ilədək ASC-nin xalis mənfəəti nəzərə alınaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 ASC-dəki paylarına uyğun olaraq 2011-2022-ci illər ərzində İddiaçı 1 ödənilməli olan dividend məbləğinin 31.669,92 manat, İddiaçı2 ödənilməli olan dividend məbləğinin 1.203,44 manat və İddiaçı3 ödənilməli olan dividend məbləğinin 1.203,44 manat olması barədə hesablama aparılmışdır. 2011-ci ildən 2022-ci ilədək ASC tərəfindən İddiaçı1 ümumilikdə 27.753,67 manat, İddiaçı2 ümumilikdə 1.036,38 manat və İddiaçı3 ümumilikdə 1.218,62 manat dividend ödənilmişdir. Həmin rəyin “Nəticə” hissəsində göstərilmişdir ki, İddiaçı1 əmlak bölgüsü də daxil olmaqla 31.669,92 manat dividend hesablanmış, cəmiyyət tərəfindən 27.753,67 manat ödəniş edilmişdir. Qalıq 3.916,25 manat cəmiyyətin İddiaçı1 borcu qalmışdır. İddiaçı2 əmlak bölgüsü də daxil olmaqla 1.203,44 manat dividend hesablanmış, cəmiyyət tərəfindən 1.036,38 manat ödəniş edilmişdir. Qalıq 167,06 manat cəmiyyətin İd diaçı2 borcu qalmışdır. İddiaçı3 əmlak bölgüsü də daxil olmaqla 1.203,44 manat dividend hesablanmış, cəmiyyət tərəfindən 1.218,62 manat ödəniş edilmişdir. Qalıq 15,18 manat İddiaçı3 cəmiyyətə borcu qalmışdır.
26. Sonradan ilk iddia üzrə İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin son 10 il, yəni 2011-2020-ci illər fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən ümumi yığıncağının, İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının iclas protokollarının, maliyyə hesabat sənədlərinin, həmçinin ASC-nin mənfəətinin divident şəklində səhmdarlar arasında bölgüsünün siyahısının təsdiq edilmiş surətlərinin iddiaçılara verilməsi, İddiaçı1 nümayəndəsinin iştirakı ilə cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin vergi mütəxəssisinin və iddiaçının müəyyən etdiyi auditorun iştirakı ilə tam və hərtərəfli yoxlanılması, həmin yoxlama nəticəsində əldə edilmiş nəticələr də nəzərə alınmaqla, səhmdar İddiaçı1 3 il ərzində ödənilmiş 14.000 manatı çıxılmaqla, ilkin ödənilməmiş 81.186 manat olmaqla, son 3 il ərzində ödənilməmiş 243.583 manat dividentin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2020-ci il 25 yanvar tarixli 1 saylı icarə müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ASC-nin MMC-yə istifadəyə verilmiş bütün əmlakının cavabdehə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 13 yanvar tarixli protokol qərarı ilə Cavabdeh1 MMC (bundan sonra – “MMC”) ilk iddia üzrə cavabdeh qismində işə cə lb edilmişdir.
28. Bundan əlavə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 2022-ci il 22 avqust tarixdə yeni bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-nin 2020-ci ilin sentyabrından 2022-ci illərin hazırkı dövrünədək fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən maliyyə hesabatlarının təsdiq edilmiş surətlərinin cavabdehdən alınaraq iddiaçılara verilməsi, cavabdeh ASC tərəfindən İddiaçı2 və İddiaçı3 hər birinə illik 6000 manat olmaqla, 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırki dövrünədək hər birinə ödənilməmiş 69.350 manat, İddiaçı1 isə 2020-ci ilin sentyabrından 2022-ci ilin hazırki dövrünədək olan müddət ərzində ödənilməmiş 155.606 manat, ümumilikdə 294.306 manat məbləğində dividendin iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Şirvan Kommersiya M əhkəməsinin 2022-ci il 1 noyabr tarixli e-2-2(121)2019/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh ASC-yə qarşı ASC-nin 2020-ci ilin sentyabrından 2022-ci illərin hazırkı dövrünədək fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən maliyyə hesabat sənədlərinin təsdiq edilmiş surətlərinin cavabdehdən alınaraq iddiaçılara verilməsi, cavabdeh ASC tərəfindən İddiaçı3 və İddiaçı2 hər birinə illik 6000 manat olmaqla, 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırkı dövrünədək hər birinə ödənilməmiş 69.350 manat, İddiaçı1 isə 2020-ci ilin sentyabrından 2022-ci ilin hazırkı dövrünədək olan müddət ərzində ödənilməmiş 155.606 manat, ümumilikdə 294.306 manat məbləğində dividendin iddiaçılara ödənilməsi tələbinə dair e-22(121)-2019/2022 saylı iş, ilk iddia üzrə iddi açılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh ASC-yə qarşı zəruri sənədlərin verilməsi, cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin yoxlanılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 dividendin ödənilməsinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh ASC-nin İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı İddiaçı1 artıq ödənilmiş pulun tutulması tələbinə dair e-2-2(121)-107/2022 saylı işin baxılmaq üçün bir icraatda birləşdirilməsi və işə baxılmasının e-2-2(121)-107/2022 nömrə ilə davam etdirilməsi qərara alınmışdır (hakim İ.Cabbarov).
30. Daha sonra ilk iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin son 10 il, yəni 2011-2020-ci i llər fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən ümumi yığıncağının, İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının iclas protokollarının, maliyyə hesabat sənədlərin, həmçinin ASC-nin mənfəətinin divident şəklində səhmdarlar arasında bölgüsünün siyahısının təsdiq edilmiş surətlərinin iddiaçılara verilməsi, iddiaçıların özlərinin və yaxud nümayəndələrinin iştirakı ilə cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin vergi mütəxəssisinin və iddiaçıların müəyyən etdiyi auditorun iştirakı tam və hərtərəfli yoxlanılması, həmin yoxlama nəticəsində əldə edilmiş nəticələr də nəzərə alınmaqla cavabdeh ASC tərəfindən İddiaçı3 və İddiaçı2 hər birinə illik 6000 manat olmaqla, 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırkı dövrünədək hər birinə ödənilməmiş 69.350 manat, İddiaçı1 isə 202 0-ci ilin sentyabrından 2022-ci ilin hazırkı dövrünədək olan müddət ərzində ödənilməmiş 155.606 manat, ümumilikdə 294.306 manat məbləğində dividentin iddiaçılara ödənilməsi, ASC ilə MMC arasında bağlanmış 2020-ci il 25 yanvar tarixli 1 nömrəli icarə müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ASC-nin MMC-yə istifadəyə verilmiş bütün əmlakının cavabdehə qaytarılması, ASC-nin səhmdarlarının 2022-ci il 17 iyun tarixli ümumi yığıncağının ASC-nin ləğv edilməsi barədə qərarının etibarsız hesab olunaraq ləğv edilməsi: Ləğv prosesində olan ASC-nin 2022-ci il 29 noyabr tarixli növbədənkənar ümumi yığıncağının qərarlarının ləğv edilməsi; Ləğv prosesində olan ASC-nin 2022-ci il 29 noyabr tarixli növbədənkənar ümumi yığıncağının qərarı ilə Cəmiyyətin q alıq əmlakının səhmdarlar və digər şəxslər arasında bölünməsinin qanunsuz hesab edilərək ləğv olunması; Ləğv prosesində olan ASC-nin əmlakın səhmdar N.Malikova "Təhvil-təslim verilməsi” dair ASC-nin 2022-ci il 29 noyabr tarixli növbədənkənar ümumi yığıncağının qərarının ləğv edilməsi və 2022-ci il 29 noyabr tarixli "xxxx"ında göstərilənlərin: a) ASC-nin bütün mübahisəli balansında olan əmlak, əsas vəsaitlər, az qiymətli əmlakı onun varisi N.Malikova təhvil verilməsi; b) ASC-yə məxsus olan onun bütün əmlakı, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları varisi N.Malikova keçməsi; e) ASC-nin ləğv edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Əra zi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alındığı gündən N.Malikovun ASC-nin hüquq və vəzifələri üzrə hüquqi varisinin hesab edilməsi; d) ASC-nin ləğv olunması barədə məlumatın mətbuatda dərc edilməsi və kreditorların nəzərinə çatdırılması barədə bildirişin etibarsız hesab edilməsi; Salyan rayonu, ünvan 7 ünvanında olan qeyri-yaşayış sahəsinin N.Malikova təhvil verilməsinə dair Ləğv prosesində olan ASC-nin təvsiyəçisinin 2022-ci il 29 noyabr tarixli "Təhvil-Təslim Akt”ının ləğv edilməsi, 2022-ci il 29 noyabr tarixli növbədənkənar ümumi yığıncağın qərarına və həmin tarixli "Təhvil-Təslim Akt”ına əsasən Ləğv prosesində olan ASC-nin N.Malikova verilmiş əmlakının (o cümlədən ünvan 8 ünvanında olan qeyriyaşayış sahəsinin ASC-yə qaytarılmasının təmin olunması barədə qətnamə çıxarılması nı xahiş etmişdir.
31. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 22 dekabr tarixli e-2-2(121)-9/2023 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh ləğv prosesində olan ASC tərəfindən 2011-2022-ci illər üzrə ASC-nin ümumi yığıncaqlarının protokollarının surətləri və həmin dövrə dair maliyyə hesabatlarının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 təqdim edilməsi, Azərbaycan Respublikası Auditorlar Palatasının 2023-cü il 18 oktyabr tarixli 1/59 SDO nömrəli Sərəncamının icrası ilə əlaqədar "XəzərAudit 2020” MMC tərəfindən keçirilmiş audit yoxlamasının nəticələri nəzərə alınmaqla ləğv prosesində olan ASC-dən İddiaçı1 xeyrinə 3.916,25 manat, İddiaçı2 xeyrinə 167,06 manat məbləğində dividendin tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan ASC-nin qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir (hakim E.Abdullayev).
32. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar ASC-nin səhmdarı kimi iddia ərizəsində sadalanan və ASC-nin fəaliyyətinə dair sənədlərin onlara təqdim olunmasını xahiş etmiş, lakin həmin sənədlər onlara təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçılar iddia ərizəsində qeyd olunan yalnız ləğv prosesində olan ASC tərəfindən 2011-2022-ci illər üzrə keçirilmiş ASC-nin ümumi yığıncaqlarının protokollarının surətlərinin və həmin dövrə dair maliyyə hesabatlarının onlara təqdim edilməsini tələb etməkdə haqlıdır.
33. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia ərizəsində göstərilən digər sənədlərin iddiaçılara verilməsi ilə bağlı mülki qanunvericilikdə birbaşa norma göstərilmədiyindən qeyd olunan sənədlərin təqdim olunması hissəsində ilk iddia təmin edilə bilməz.
34. Məhkəmə, ilk iddia tələbinin “iddiaçıların özlərinin və yaxud nümayəndələrinin iştirakı ilə cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin vergi mütəxəssisinin və iddiaçıların müəyyən etdiyi auditorun iştirakı tam və hərtərəfli yoxlanılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmənin 2023-cü il 29 sentyabr tarixli 2-2(121)- 9/2023 nömrəli qərardadına əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı ilə audit yoxlaması təyin edilmiş və audit yoxlamasının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına tapşırılmışdır. Azərbaycan Respublikası Auditorlar Palatasının 2023-cü il 18 oktyabr tarixli 1/59 SDO nömrəli Sərəncamının icras ı ilə əlaqədar "xxxx" MMC tərəfindən audit yoxlaması keçirilmiş və müstəqil auditor rəyi məhkəməyə təqdim edilmişdir.
35. Məhkəmə 2023-cü il 7 dekabr tarixli SDO/01 nömrəli audit rəyinə əsaslanaraq hesab etmişdir ki, 2011-2022-ci illər üzrə ASC tərəfindən keçirilən səhmdarlarının ümumi yığıncaqlarında dividendlərin ödənilməsi barədə qərarlar qəbul edilməklə ləğv prosesində olan ASC-nin səhmdarlarından olan İddiaçı1 payına uyğun dividend məbləği 3.916,25 manat, İddiaçı2 payına uyğun dividend məbləği 167,06 manat təşkil etsə də, həmin məbləğlər ASC tərəfindən qanunvericiliyin müəyyən etdiyi qaydada hesablanmaqla rəsmi qaydada onlara təqdim olunmamışdır.
36. Eyni zamanda, iddiaçılar 2011-2022-ci illər üzrə onlara çatası dividendi rəsmi maliyyə-mühasibatlıq sənədləri ilə deyil, öz təxmini hesa blamaları əsasında tələb etmişlər.
37. Beləliklə, məhkəmə hesab etmişdir ki, dividendin ödənilməsi barədə tələblər qismən təmin olunaraq, Azərbaycan Respublikası Auditorlar Palatasının 2023-cü il 18 oktyabr tarixli 1/59 SDO nömrəli Sərəncamının icrası ilə əlaqədar "xxxx" MMC tərəfindən keçirilmiş audit yoxlamasının nəticələri nəzərə alınmaqla ləğv prosesində olan ASC-dən İddiaçı1 xeyrinə 3.916,25 manat, İddiaçı2 xeyrinə 167,06 manat məbləğində dividend tutulmalıdır.
38. Həmçinin məhkəmə müəyyən etmişdir ki, həm 2022-ci il 17 iyun tarixində, həm də 2022-ci il 29 noyabr tarixində ASC tərəfindən keçirilən səhmdarların ümumi yığıncaqları barədə “Vergilər” qəzetində müvafiq məlumat dərc olunmuşdur. Daha sonra 2022-ci il 17 iyun tarixdə Salyan şəhərində ASC-nin səhmdarlarının ümumi yığıncağı keç irilmiş və həmin yığıncaqda gündəlikdə duran məsələlər - 1) Cəmiyyətin 2021-ci ilin maliyyətəsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və əleyhinə 4158 s/s (13.12 %) olmaqla cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı qənaətbəxş hesab edilməsi və cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına görə əldə olunmuş 2144 manat xalis mənfəətin səhmdarlar arasında onların malik olduqları səhmlərin sayına mütənasib olaraq dividend şəklində bölüşdürülməsi qərara alınmışdır. 2) Cəmiyyətin ləğv olunması məsələsi müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla ASC-nin ləğv edilməsi qə rara alınmışdır. 3) Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi məsələsi müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla ASC-nin ləğv edilməsi ilə əlaqədar X7 təsviyəçi təyin edilərək ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin həvalə edilməsi, təsviyəçi ASCnin AZ********** qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 2 manat olan 31689 ədəd sənədsiz, adi, adlı səhmi geri alınaraq dövriyyədən çıxarılması qərara alınmışdır. Həmin yığıncaqda 4158 ədəd səhmə malik olan İddiaçı1 adından etibarnamə əsasında Nümayəndə3, 25909 ədəd səhmə malik olan N.Malikov, 100 ədəd səhmə malik olan X3 və 100 ədəd səhmə malik olan X4 adından etibarnamə əsasında “X.Məmmədov” adlı şəxs iştirak etmiş və siyahını imzalamışdırlar.
39. Bundan əlavə, 2022-ci il 29 iyun tarixdə Salyan şəhərində ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda 30267 ədəd səhmə malik (səsli səhmlərin 95.51 %) 2 nəfər etibarnamə əsasında olmaqla 4 nəfər səhmdar iştirak etmişdir. Yığıncaqda gündəlikdə duran məsələlər –
1. Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında təsviyəçinin hesabatı. Ləğvetmə balansının təsdiqi.
2. Cəmiyyətin AZ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış 31689 ədəd adi, sənədsiz, adlı səhminin silinərək dövriyyədən çıxarılması.
3. Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiqi.
4. Qalıq əmlakın iştirakçılar arasında bölünməsi, bölünən əmlakın natura və ya pu l formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi.
5. Təsviyəçiyə səlahiyyətlərin verilməsi məsələləri müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla həmin məsələlərlə bağlı irəli sürülən bütün təkliflər qəbul edilmişdir (Vİİİ cild, iş.v 115). Həmin yığıncaqda İddiaçı1 adından etibarnamə əsasında Nümayəndə3 iştirak etmiş və qərarlarla bağlı bitərəf olduğuna dair siyahıda müvafiq qeydlər aparılmışdır.
40. Məhkəmə hesab etmişdir ki, ASC tərəfindən 2022-ci il 17 iyun tarixində və 2022-ci il 29 noyabr tarixində səhmdarların ümumi yığıncağı keçirilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, mübahisələndirilən 2022-ci il 17 iyun tarixli və 2022-ci il 29 noyabr tarixli ümumi yığıncaqların iclasında iştirak ed ən səsli səhmlərin sayı 30267 səhm, yəni 95.51 faiz olmuşdur. Göründüyü kimi, həm 2022-ci il 17 iyun tarixli, həm də 2022-ci il 29 noyabr tarixli ümumi yığıncaqlarda sözügedən qərarların qəbul olunması üçün qanunla nəzərdə tutulmuş yetərsay mövcud olmuşdur.
41. Bundan əlavə, iddiaçılar səhmdarlarının 2022-ci il 17 iyun tarixli və 2022-ci il 29 noyabr tarixli ümumi yığıncaqlarında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi hissəsində iddia tələblərinin əsaslılığını mötəbər sübutlarla sübuta yetirə bilməmişlər.
42. Həmçinin, 2019-cu il 24 dekabr tarixində ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmiş, həmin yığıncaqda 26267 ədəd səhmə malik olan 2 səhmdarın iştirakı ilə (82.89%) ASC-nin bütün əmlakı ilə birlikdə icarəyə verilməsi zərurətinin yarandığı, belə olan halda ASC-də mühas ib və sədr vəzifəsinin saxlanılması, ASC-nin digər işçilərinin isə icarəyə götürən qurumun tərkibinə keçməsi şərtilə icarə olaraq idarəetməyə verilməsi məqsədəuyğun hesab olunmuş, eyni zamanda, mətbuatda ASC-nin icarəyə verilməsi ilə bağlı elan verilməsinin vacibliyi bildirilmiş, ASC-nin icarəyə verilməsi ASC-nin İdarə Heyətinin sədrinin səlahiyyətlərinə aid olunması məsələsi müzakirə edilmiş və müvafiq qərar çıxarılmışdır. Bundan sonra ASC ("xxxx") ilə MMC (“icarədar”) arasında 2020-ci il 25 yanvar tarixli icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən icarəyə verən icarə obyektinin aylıq icarə haqqı 1.800 manat olmaqla Azərbaycan Respublikası, Salyan şəhəri, Y.Qasımov-1 ünvanında yerləşən, ASC-yə məxsus bütün fəaliyyət növləri və 1173,3 kv.m (**********-70002 kodları) əmlakı ilə bir likdə icarədarın istifadəsinə verilmişdir. Göründüyü kimi, 2019-cu il 24 dekabr tarixli ümumi yığıncaqda sözügedən qərarların qəbul olunması üçün qanunla nəzərdə tutulmuş yetərsay mövcud olmuşdur.
43. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, 2019-cu il 24 dekabr tarixində ASC-nin səhmdarlarının ümumi yığıncağında qəbul edilmiş qərar əsasında bağlanılmış icarə müqaviləsinin ləğv olunması və həmin müqavilə əsasında ASC-nin MMC-yə istifadəyə verilmiş bütün əmlakının cavabdehə qaytarılması hissəsində iddia tələblərinin əsaslılığı sübuta yetirilmir. Odur ki, ASC ilə MMC arasında bağlanmış 2020-ci il 25 yanvar tarixli 1 nömrəli icarə müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ASC-nin MMC-yə istifadəyə verilmiş bütün əmlakının cavabdehə qaytarılması” hissəsi təmin edilməməlidir.
44. Bundan əlavə, 2022-ci il 29 noyabr tarixli "xxxx"ı ASC-nin 2022-ci il 29 noyabr tarixli növbədənkənar ümumi yığıncağının nəticəsində tərtib edilmişdir. Həmin qərarın etibarsızlığı məhkəmə tərəfindən müəyyən edilmədiyindən həmin qərarda müzakirə olunan məsələlərin yekunu olaraq tərtib olunmuş təhvil aktı da qanunidir və həmin aktda göstərilənlərin ləğvi üçün hüquqi əsas yoxdur.
45. Məhkəmə ASC-nin qarşılıqlı iddiasına münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan sənədlərlə ASC-nin İddiaçı1 42.500 manat artıq dividendin ödənildiyi sübuta yetirilmir. Halbuki, işdə olan 2023-cü il 7 dekabr tarixli SDO/01 nömrəli audit rəyinə əsasən məhz ASC-nin İddiaçı1 3.916,25 manat borcunun qaldığı müəyyən olunur.
46. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçı iddia tələbinin əsaslılığına dair məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən mövcud iddia tələbləri əsassızdır. Buna görə də qarşılıqlı iddia rədd olunmalıdır.
47. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 98.1, 99.1, 99.2, 99.3, 106-1.1, 106-1.3, 106-2.3, 106-3.1, 106-3.2, 106-3.5, 107-1.2, 107-1.4, 107-2.1, 107-3.1, 107-3.5, 107-5.1, 107-5.3, 107-6.3, 324.1, 324.4, 324.5, 337.1, 337.2 və 389.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 76.1, 76.2, 77.1, 107, 115.0.1, 119.1, 217.2 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 12 iyul və 2019-cu il 18 ma rt tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
48. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, ilkin iddia tələblərinin tam şəkildə təmin edilməsi, qalan hissədə qətnamənin qüvvədə saxlanılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
49. Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
50. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 aprel tarixli 2-2(106)-57/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci insta nsiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim C.İmanov, hakimlər Y.Həşimov və P.Əhmədov).
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, iddiaçıların apellyasiya şikayətinin işə baxmış məhkəmənin həm 17 iyun 2022-ci il tarixli növbəti, həm də 29 noyabr 2022-ci il tarixli növbədənkənar Ümumi Yığıncaqların çağırılma, səhmdarların qanuna uyğun şəkildə ümumi yığıncağın yeri və vaxtı barədə məlumatlandırılmasına, keçirilməsinə və həmin Yığıncaqların gündəliyinin tərtibi qaydasına, Yığıncaqların gündəliyinə salınmış məsələlərin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş sayda səhmdarın iştirak edib-etməməsinə, yığıncaqlarda həll edilən məsələlər üçün yetərsayı n qanunun tələblərinə uyğun olubolmamasına əhəmiyyət verməməsi, qətnamədə həm 17 iyun 2022-ci il tarixli ümumi yığıncağın, həm də 29 noyabr 2022-ci il tarixli ümumi yığıncağın keçirilməsinin qanuna uyğun, ASC-nin səlahiyyətli şəxslərinin hərəkətlərini haqlı hesab etməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilmişdir ki, şikayət verən tələb qeyd etdiyi halları təsdiq edəcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir və buna görə də apellyasiya şikayətinin dəlili əsassızdır.
52. Həmçinin, apellyasiya şikayətinin digər bir dəlilində göstərilmişdir ki, "xxxx" ASCnin bütün əmlakının və fəaliyyət növlərinin "xxxx" MMC-yə verilməsi barədə xx.xx.2020-ci il tarixli "İcarə müqaviləsi" və ona əlavələr etibarsız əqd hesab edilməli olduğu halda, məhkəmə bunu etməmişdir. Həmin əqdə qiymət verərkən məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC-nin hüquqi ünvanı"xxxx" ASC-nin hüquqi ünvanı ilə eyni olmuşdur. Bu hal da onu göstərir ki, "xxxx" MMC deyilən hüquqi şəxs yalnız formal olaraq mövcud olmuş, həmin hüquqi şəxsin hansı fəaliyyətlə məşğul olması, reallıqda nə işlə məşğul olması barədə iş materiallarında hər hansı sənədə və yaxud şifahi izahata belə rast gəlinmir. Ona görə də "xxxx" MMC uydurma hüquqi şəxs elan edilərək onunla "xxxx" ASC arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli müqaviləsi MM-nin yuxarıda qeyd edilən normalına əsasən əhəmiyyətsiz əqd kimi qiymətləndirilməli olduğu halda məhkəmə bunu etməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, şikayət verən tələb qeyd etdiyi halları təsdiq edəcək hər hansı sənəd i məhkəməyə təqdim etməmişdir və buna görə də apellyasiya şikayətinin dəlili əsassızdır.
53. İlkin iddia üzrə cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddiaçı üzrə cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin cəmiyyətin mülkiyyətçisinin ildə bir dəfə cəmiyyətin illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüququndan istifadə etməmiş, yalnız Cəmiyyətin ləğv prosesində olması barədə məlumat əldə etdiklərində yalan və böhtan xarakteri iddialar irəli sürərək əlavə qazanc əldə etmək məqsədilə bu cür üsula əl atmışlar. Bununla yanaşı, AR MM-nin 99.2-cimaddəsinin tələbi ilə Cəmiyyət maliyyə göstəricilərini hər il müvafiq qaydada dərc etmiş və səhmdarların məlumat əldə etmək hüququnu məhdudlaşdırm amışdır. Eyni zamanda, ilk iddia üzrə iddiaçıların maliyyə sənədləri və qeyd olunan protokollarla tanış olmaması onların mülkiyyətçisi olduqları səhm üzrə dividend almaq hüququnu məhdudlaşdırmamış və ilk iddia üzrə iddiaçılar bu günədək Cəmiyyətə bununla bağlı etirazını bildirməmiş və Cəmiyyətin fəaliyyəti ilə bağlı zəruri məlumatlara sahib olmuşlar. İlk iddia üzrə iddiaçıların yalnız Cəmiyyətin ləğv prosesində olması zamanı bu cür əsassız, şər və böhtan xarakterli iddialarla ağılasığmaz məbləğdə tələb irəli sürmələri onların tamah məqsədindən və hüquqlardan sui-istifadə etməyə çalışmasından xəbər verir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehin qeyd etdikləri apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz, sənədləri alma q hüquqi şəxsin səhmdarlarının hüququdur, bu hüququn məhdudlaşdırılması yol verilməzdir, eyni zamanda səhmdarın dividend almaq hüququ da vardır. Eyni zamanda qarşılıqlı iddiaçı tərəf müvafiq sübutlarını məhkəməyə təqdim etmədiyindən onların iddiaları tam təmin edilə bilməz.
54. Məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.
55. Apellyasiya instansiyası məhkəməsinin öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsinin qeyd etdiyi norma larla eynilik təşkil etmişdir.
56. İddiaçılar birlikdə kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
57. MM-nin 337.1, 337.2, 337.3, 340.1-ci maddələri üzrə - işin materiallarında həm MMC-nin, həm də ASC-nin eyni hüquqi ünvanda Salyan şəhəri, Y.Qasımov 1 (bəzi sənədlərdə hər iki qurumun hüquqi ünvanının Salyan şəhəri Y.Qasımov 3 ünvanında əqd hesab edilməli olduğu göstərilir) yerləşməsinə dair müxtəlif dövlət qurumlarından, həmçinin DVX-nin saytından əldə edilmiş arayı ş mövcud olmuşdur. Həmin arayış onu göstərir ki, MMC adlı qurum formal olaraq mövcud olsa da (VÖEN-ə və digər rekvizitlərə malik olsa da) faktiki olaraq mövcud olmamışdır. Adıçəkilən MMC ona görə yaradılmışdır ki, ASC-nin bütün əmlakı həmin quruma verilməklə, səhmdar cəmiyyətin varlığına son qoyulsun. MMC-nin hansı fəaliyyət növü ilə məşğul olması barədə, iş materiallarında hər hansı sübut mövcud deyildir. Bu hal da onu göstərir ki, MMC deyilən hüquqi şəxs yalnız formal olaraq mövcud olmuş, həmin hüquqi şəxsin hansı fəaliyyətlə məşğul olması, reallıqda nə işlə məşğul olması barədə iş materiallarında hər hansı sənədə və yaxud şifahi izahata belə rast gəlinmir. Ona görə də MMC uydurma hüquqi şəxs elan edilərək, onunla ASC arasında bağlanmış 2020-ci il 25 yanvar tarixli müqaviləsi MM-nin yuxa rıda qeyd edilən normalarına əsasən əhəmiyyətsiz əqd kimi qiymətləndirilməli olduğu halda məhkəmə bunu etməmişdir. Eyni zamanda hər iki instansiya məhkəməsi niyə görə əlavə dəyər vergisi ödəyicisi hesab edilən ASC-nin əmlakın və bütün fəaliyyət növlərini kiçik məbləğə 1.800 manata digər quruma icarəyə verilməsinə qiymət verilməmişdir. ASC-nin bütün əmlakının və fəaliyyət növlərinin digər quruma hansı zərurətdən icarəyə verilməsinə aydınlıq gətirilməmişdir.
58. MM-in 107-1.1, 107-1.2, 107-1.6, 107-1.7-ci maddələri üzrə - məhkəmə iş materiallarını, o cümlədən LPO ASC-nin 2021-ci il 1 iyun tarixli ümumi yığıncağının protokolunu, 2022-ci il 17 iyun tarixli ümumi yığıncağının protokolunu, eyni zamanda 2022ci il 29 noyabr tarixli növbədənkənar ümumi yığıncaq protokollarını qeyd edilən hüquq no rmalarının tələbləri baxımından nəzərdən keçirsəydi o zaman müəyyən edərdi ki, həm 2021-ci il 1 iyun, həm də 2022-ci il 17 iyun tarixdə keçirilən ümumi yığıncağında ASC ləğv edilmiş və onun ləğv prosesini yekunlaşdırmaq üçün hüquqları təvsiyəçiyə həvalə edilmişdir. Hər iki ümumi yığıncaq protokolu iş materiallarına əlavə edilmək üçün birinci instansiya məhkəməsinə təqdim edilmiş, eyni zamanda elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Məhkəmə kollegiyası nədənsə 2021-ci il 1 iyun tarixli protokola öz qətnaməsində əhəmiyyət verməmişdir. Bundan əlavə, ASC-nin həm 2021-ci il 1 iyun tarixli, həm də 2022-ci il 17 iyun tarixli növbəti ümumi yığıncaqlarında ASC-nin ləğv edilməsi barədə qərar qəbul edilməsinə və ləğv prosesində olan ASC-nin idarəetmə səlahiyyətlərinin təvsiyəçiyə verilməsinə ba xmayaraq, 2022-ci il 29 noyabr tarixdə səhmdarların növbədənkənar ümumi yığıncağının yenidən çağırılması və həmin yığıncaqda ləğv prosesində olan ASC-nin bütün əmlakının səhmdarlar tərəfindən ASC-nin bir səhmdarına təhvil verilməsi, bununla da ASC-nin hüquqi şəxs kimi varlığına xitam verilməsinin qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğunluğuna qiymət verilməmişdir. 2021-ci il 1 iyun tarixli və 2022-ci il 17 iyun tarixli ümumi yığıncağının protokollarının hər ikisində ASC-nin səhmdarlarının, idarəetmə strukturlarının bütün səlahiyyətləri təvsiyəçiyə verilməsinin göstərilməsinə baxmayaraq, həmin tarixlərdə göstərilən ümumi yığıncağın qərarları ləğv edilmədən, yenidən səhmdarların 2022-ci il 29 noyabr tarixdə növbədənkənar ümumi yığıncağın çağırmasının hansı hüquq norması ilə tən zimlənməsi də məhkəmə kollegiyasının nəzərindən qaçmışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edilən hüquq normalarının əlaqəli şərh edərək, 2021-ci il 1 iyun, 2022ci il 17 iyun tarixli növbəti, həm də 2022-ci il 29 noyabr tarixli növbədənkənar ümumi yığıncaqların çağırılmasına, səhmdarların qanuna uyğun şəkildə ümumi yığıncağın yeri və vaxtı barədə məlumatlandırılmasına, ümumi yığıncaqların keçirilməsinə və həmin yığıncaqların gündəliyinin tərtibi qaydasına, yığıncaqların gündəliyinə salınmış məsələlərin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş sayda səhmdarın iştirak edib-etməməsinə, yığıncaqlarda həll edilən məsələlər üçün yetərsayın qanunun tələblərinə uyğun olubolmamasına düzgün hüquqi qiymət vermək əvəzinə, həmin ümumi yığıncağın qanunauyğun keçirildiyini qeyd etməklə xidməti vəzifəsini bitmiş hesab etmiş, birinci instansiya məhkəməsinin səhvlərini təkrar edərək qəbul etdiyi qətnamədə həm 2022-ci il 17 iyun tarixli ümumi yığıncağının, həm də 2022-ci il 29 noyabr tarixli ümumi yığıncağının keçirilməsini qanuna uyğun, bununla bağlı ASC-nin səlahiyyətli şəxslərinin hərəkətlərini haqlı hesab etmişdir.
59. MM-in 107-5.1-ci maddəsi üzrə - ASC-nin ləğv edilməsi barədə 2022-ci il 17 iyun tarixli qərarının MM-in 107-5.1-ci maddəsinin tələblərinə əməl olunmadan qəbul edilməsinə məhkəmə kollegiyasının qəbul etdiyi qətnamədə qiymət verməmişdir. Həmin maddəyə istinad edərək ASC-nin ləğv edilməsinin qanunauyğunluğuna qiymət vermək əvəzinə məhkəmə kollegiyası "Səhmdar Cəmiyyət haqqında” 1994-cü ildə qəbul edilmiş Azərbaycan Respublikası Qanununun 6.1, 6.2 və 6.4-cü maddələrin ə istinad etməklə öz mövqeyini aşağıdakı şəkildə əsaslandırıb: səhmdar cəmiyyətində bütün yığıncaqların keçirilməsi üçün yetərsay cəmiyyətin səhmdarlarının və ya onların səlahiyyətli nümayəndələrinin ən azı 60 faizinin iştirakı ilə təmin edilir. Bu şərtlə ki, onlar cəmiyyətin adi səhmlərinin ən azı 51 faizinin sahibi olsunlar. Yetərsay olmadıqda yeni yığıncağın vaxtı təyin edilir. Məhkəmə kollegiyasının ASC-nin ləğvi ilə əlaqədar üstün hüquqi qüvvəyə malik olan MM-in qeyd edilən normasının tələblərinə deyil, 1994-cü ildə qəbul edilmiş "Səhmdar Cəmiyyəti haqqında" AR qanununa istinad etməsi tamamilə əsassızdır. Məhkəmə kollegiyası bu zaman nəzərə almamışdır ki, ASC-nin ləğv edilməsi barədə qərar qəbul edərkən 2022-ci il 17 iyun tarixli ümumi yığıncaqda 13 səhmdardan cəmi 3 səhmdar iştirak etmiş və onlardan yalnız 1-i ləğvetmənin lehinə səs vermişdir. MM-nin qeyd edilən normalarının tələblərinə görə ASC səhmdarların 2/3-in səs çoxluğu ilə ləğv edilməmişdir.
60. MM-in 61.1 və 61.4-cü maddələri üzrə - iddiaçılar ASC-nin təsisçiləri və eyni zamanda birlikdə 14%-ə yaxın səhmlərinin sahibləri olmasına və dividend tələbi ilə 2020-ci ilin sentyabrından məhkəməyə müraciət etmələrinə baxmayaraq, ASC həmin məhkəmə mübahisəsi üzrə yekun qərar çıxarılmasını gözləməmiş, özünün ləğv olunması barədə qərar qəbul etməklə yanaşı, 2022-ci il 29 noyabr tarixi növbədənkənar ümumi yığıncaqda LPO ASC-nin bütün əmlakını səhmdarlardan birinə təhvil vermiş, eyni zamanda LPO ASCnin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası iddiaçıların hazırkı iddia tələbi üzrə həl ə də məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının olmamasına baxmayaraq LPO ASC-nin 2022-ci il 29 noyabr tarixli növbədənkənar ümumi yığıncağının qərarı ilə adıçəkilən ASC-nin mövcudluğuna tamamilə xitam verilməsi və onun bütün əmlakının səhmdarlarından birinə verilməsinin MM-nin 61.1 və 61.4-cü maddəsində nəzərdə tutulmuş tələbləri pozmasına qətnamədə haqq qazandırmışdır.
61. MM-in 106-1.3 106-1.3.1. 106-1.3.2-ci maddələri üzrə - iddiaçılar MM-nin qeyd edilən maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə ASC-nin səlahiyyətli şəxsləri tərəfindən maneçilik törədildiyini, buna görə də ASC-nin idarə edilməsindən kənarlaşdırıldıqlarını, ASC-nin gəlirləri və mənfəəti barədə zəruri mühasibatlıq sənədlərini əldə edə bilmədiklərini iddia ərizəsində və izahatlarında göstərsələr də, məhkəmə qətnamədə buna münasibət bildirməmiş, hansı səbəbdən MMnin yuxarıda qeyd edilən normasının tələblərini cavabdeh tərəfindən pozulmasına qiymət verməmişdir. İş materiallarında qeyd edilən maddədə nəzərdə tutulmuş sənədlərin iddiaçılara verilməsinə dair hər hansı sübut olmamasına, eyni zamanda birinci instansiya məhkəməsinin hakiminin həmin sənədlərin cavabdehlər tərəfindən iddiaçılara və məhkəməyə təqdim edilməsi ilə bağlı çoxsaylı qərarları, sorğuları olmasına baxmayaraq məhkəmə kollegiyasına buna düzgün qiymət verməmişdir.
62. MM-in 99.2-ci maddəsi üzrə - iddiaçılar MM-in qeyd edilən normasının tələblərinə cavabdeh tərəfindən əməl edilməməsi barədə, həmin maddədə nəzərdə tutulan sənədlərin surətlərinin onlara verilməsini iddia ərizəsində, eyni zamanda məhkəməyə ünvanladıqları v əsatətlərdə göstərsələr də, məhkəmə cavabdehin həmin sənədləri məhkəməyə və ilk iddiaçılara verilməsini təmin etmək üçün zəruri tədbir görməmişdir. Qeyd edilən mülki hüquq normasında nəzərdə tutulan sənədlərin məhkəməyə təqdim edilməməsi səbəbindən iş üzrə təyin edilmiş komission və kompleks məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsindən Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ekspertləri imtina etmişdir. Bu hal da iddia tələbi üzrə tam və obyektiv qətnamə qəbul edilməsinə mane olmuşdur. Qeyd edilən maddənin tələblərinin pozulması barədə apellyasiya şikayətində ətraflı göstərilsə də, məhkəmə kollegiyası cavabdehin izahatına istinad edərək, ASC sənədlərinin saxlanmasının müddətli olmasını bildirməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində iddia tələbinin s ənədlərin verilməsi hissəsində təmin etdiyini göstərsə də, hansı sənədlərin cavabdeh tərəfindən iddiaçılara təqdim edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə məhkəmə kollegiyası münasibət bildirməmişdir.. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
63. Səhmdar cəmiyyətinin mülkiyyətçisinin ildə bir dəfə cəmiyyətin illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüququ vardır. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddiaçı üzrə cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin bu hüququnu təmin etməsinə baxmayaraq onlar bu hüquqdan istifadə etməmiş, yalnız Cəmiyyətin ləğv prosesində olması barədə məlumat əldə etdiklərində yalan və böhtan xarakteri iddialar irəli sürərək əlavə qazanc əldə etmək məqsədilə bu cür üsula əl atmışlar. Bununla yanaşı, AR MM-ni n 99.2-cimaddəsinin tələbi ilə Cəmiyyət maliyyə göstəricilərini hər il müvafiq qaydada dərc etmiş və səhmdarların məlumat əldə etmək hüququnu məhdudlaşdırmamışdır.
64. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərə həmçinin dəfələrlə yazılı bildiriş göndərilməsinə baxmayaraq səsvermə hüququ ilə Cəmiyyətin iclaslarında iştirak etməmiş və məhkəməyə müraciət etməzdən öncə protokolların surətlərinin əldə olunması ilə bağlı Cəmiyyətə müraciət etməmişlər. Eyni zamanda, ilk iddia üzrə iddiaçıların maliyyə sənədləri və qeyd olunan protokollarla tanış olmaması onların mülkiyyətçisi olduqları səhm üzrə dividend almaq hüququnu məhdudlaşdırmamış və ilk iddia üzrə iddiaçılar bu günədək Cəmiyyətə bununla bağlı etirazını bildirməmiş və Cəmiyyətin fəaliyyəti ilə bağlı zəruri məlumatlara s ahib olmuşlar. İlk iddia üzrə iddiaçıların yalnız Cəmiyyətin ləğv prosesində olması zamanı bu cür əsassız, şər və böhtan xarakterli iddialarla ağılasığmaz məbləğdə tələb irəli sürmələri onların tamah məqsədindən və hüquqlardan sui-istifadə etməyə çalışmasından xəbər verir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 2016-cı il 12 aprel tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstərişi”də isə hər bir mühasibatlıq sənədinə münasibətdə konkret saxlama müddətləri müəyyən edilmişdir. Məsələn, həmin Siyahı ilə maliyyələşdirmə üzrə hesabatların daimi (311-ci bənd), xəzinə kitabları, dövriyyə cədvəllər i, köməkçi və nəzarət kitabları, jurnalları üçün sənədli təftiş başa çatması şərti ilə 5 il (327- ci bənd) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə sənədlərin (hesabatlar, protokollar, aktlar, haqqhesab cədvəlləri və yazışma) 10 il, dividendlərin ödənilməsi üzrə cədvəllərin 75 il (322-ci bənd) müddətində saxlanılması müəyyənləşdirilmişdir. Eyni zamanda, həmin Siyahının tələbinə əsasən sənədlərin saxlanılma müddətləri onların kargüzarlıqda başa çatdığı ildən sonrakı il yanvarın 1-dən hesablanmalıdır. Göründüyü kimi, Məhkəmənin Qərarına əsasən, 2011-ci ildən etibarən maliyyə hesabatlarının təqdim edilməsi qanunvericiliklə məcburi hal daşımır.
65. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi il ə də aparıla bilər. Lakin, 10 ildən çox keçən bir müddət ərzində iddiaçılar cəmiyyətin iştirakçısı olmalarına baxmayaraq belə bir tələb irəli sürülməmiş, iddiaçı zərurət olmadığından bu hüququndan istifadə etməmişdir. Belə ki, Cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil kənar audit cəlb etməlidir. Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Başqa sözlə, maddənin mənasına görə cəmiyyət vaxtaşırı, yəni hər il audit cəlb etməlidir, əgər bu edilmirsə, hər hansı iştirakçı da bunu cəmiyyətdən tələb edə bilər. Buna baxmayaraq iddiaçılar 2011-ci ildən etibarən heç vaxt Cəmiyyətə qarşı bu cür bir tələb irəli sürmədiyindən iddia müddətini ötürmüş hesab olunurlar.
66. Cavabdeh tərəfindən verilmiş k assasiya şikayətinin maddi hüquqi və prosessual əsaslı heç bir tutarlı əsası yoxdur. Kassasiya şikayəti həmçinin hüquqi və məntiqi mülahizələrdən, cavabdehin real vəziyyət üzrə öz istəkləri əsasında olmayan ağlabatan hər hansı digər hallara uyğun gəlmir. Əlavə mülahizələrə görə rədd edilməli olan şikayətdir. Kassasiya baxışının hədləri
67. MPM-in 403 və 416-cı maddələrinin tələblərini və kassasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslığı qismən, yəni yalnız ilk iddiaçıların iddiasının təmin olunmamış hissəsində yoxlanılacaqdır.
68. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməm əsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
99. Açıq səhmdar cəmiyyəti... 99.3. Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası s əhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir”. “Maddə 106-1. Səhmdar cəmiyyətinin səhmdarları... 106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq;... 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəll ənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; [142] 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;... “Maddə 106-3. Səhmdar cəmiyyətinin mənfəəti və dividendlər 106-3.1. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 106-3.2. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir.... 106-3.5. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikd ə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
70. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə t utulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 72.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiy mət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). 73.Məhkəmə kollegiyası aşağıdakılara əsasən kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. 74.2020-ci il 25 yanvar tarixli icarə müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsinə dair kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllədə əhəmiyyətsiz əqdlərin iki növü-uydurma və yalan əqdlər fərqlənqdirilir (MM-nin 340-cı maddəsi).
75. Hazırki halda, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən qeyd olunan icarə müqaviləsinin bağlanmasına dair qərar cavabdeh ASC-nin səhmdarlarının 24 dekabr 2019-cu il tarixində keçirilmiş ümumi yığıncağında qəbul edilmişdir. Həmin qərar mübahisələndirilməmiş və hazırda qüvvədədir. 76.Kollegiya kassasiya şikayətinin həmin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, iddiaçılar tərəfindən 2020-ci il 25 yanvar tarixli icarə müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi üçün MM-nin 340-cı maddəsi ilə müəyyən edilmiş dispozsiya şərtlərinin mövcud olmasına dair mötəbər sübutlar məhkəmələrə təqdim olunmamışdır.
77. İddiaçıların kassasiya şikayətinin bu Qərarın 58-60-cı bəndlərində göstərilən dəlilləri həm iddianın əsaslandırılması, həm də apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir. Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda 40-41, 51-ci bəndləri) və hesab edir ki, gəlinən nəticə məhkəmələrin istinad etdiyi maddi hüquq normaları ilə yanaşı, MM-nin 61.8-ci maddəsinin də tələblərinə uyğun olmuşdur. Həmin maddənin tələblərinə görə bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsi) planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir. 78.Gö ründüyü kimi, ləğv prosesində olan ASC-nin idarəetmə səlahiyyətləri təsviyəçiyə verildikdən sonra, 2022-ci il 29 noyabr tarixində səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması MM-nin 61.8-ci maddəsinin tələblərindən irəli gəlmişdir. 79.Kassasiya şikayətinin bu Qərarın 61-62-ci bəndlərində göstərilən dəlillərinə münasibətdə qeyd edilməlidir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq səhmdarların malik olduqları hüquqlardan biridir (MM-nin 1061.3.2-ci maddəsi). İddiaçıların səhmdar olduqları vaxtdan, o cümlədən 2011-ci ildən keçən müddət ərzində qeyd olunan hüquqlarını reallaşdırmaq üçün ASC-yə müraciət etməsi, lakin bununla bağlı maneələrin mövcud olmasına d air zəruri sübutlar işin materiallarına əlavə edilməmişdir. 80.Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 2016-cı il 12 aprel tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstərişi”də isə hər bir mühasibatlıq sənədinə münasibətdə konkret saxlama müddətləri müəyyən edilmişdir 81.Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh ASC-nin iddia olunan dövr üzrə ümumi yığıncaqların protokollarının, eləcə də maliyyə hesabatlarının iddiaçılara təqdim olunmasına dair gəldiyi nəticə MM-nin 106-1.3.2ci maddəsinin tələbinə uyğun olmuşdur.
82. Məhk əmə kollegiyası iddianın bu hissəsi üzrə gəlinən nəticəyə qiymət verərkən ləğv prosesində olan cavabdeh ASC-nin artıq 2022-ci ilin 29 noyabr tarixində keçirilmiş ümumi yığıncağında təsviyəçinin hesabatının təsdiq olunmasını, ASC-nin fəaliyyətinə xitam verilməsini də nəzərə alır. 83.Kassasiya şikayətinin işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı qeyd edilir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir ( MPM-nin 407.2-ci maddəsi) 84.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə MPM-nin 14.2, 77.1 və 217-ci maddəsinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə mübahisələndirilən (ilkin iddianın təmin edilməyən hissəsində) hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 85.MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 aprel tarixli, 2-2(106)-57/2024 saylı qətnaməsi mübahisələndirilən (ilkin iddianın təmin edilməyən hissəsində) hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.