Məhkəmə qərarları › İş №2-2(102)-49/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-49/2025

13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-49/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər X2 və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 25 sentyabr tarixli 2-2(107)-58/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında b axılmışdır. İşin halları 1. “X1 məxsus maye qaz doldurma və satışı məntəqəsinin köçürülməsi və Cavabdeh adına rəsmiləşdirilməsi haqqında” Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli 6036 nörməli sərəncamına əsasən şəhər əhalisinin və nəqliyyat vasitələrinin tələbatını təmin etmək məqsədilə maye qaz doldurma və satışı məntəqəsi təşkili və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Dəmiryolu xəstəxanasının cənub hissəsindəki boş ərazidə torpaq sahəsinin ayrılması və Cavabdeh adına rəsmiləşdirilməsi qərara alınmışdır.

2. Cavabdeh ilə İddiaçı arasında aşağıdakı şərtlərlə 2009-cu il 29 iyul tarixli barışıq sazişi bağlanmışdır: - İddiaçı maye qaz doldurma məntəqəsi və həmin məntəqənin yerləşdiyi əraziyə olan hüquqlarından imtina etməsi müqabilində Cavabdeh 140.000 ABŞ dolları məbləğində pul verməyi; - Cavabdeh maye qaz doldurma məntəqəsinin və həmin məntəqənin yerləşdiyi ərazinin (1998-ci il 30 dekabr tarixli sərəncamla ayrılmış sahənin) İddiaçı adına sənədləşdirilməsi və özəlləşdirilməsi üçün lazım olan sənədlərlə (etibarnamə, arayış və s.) təmin etməyi və ondan asılı olan bütün hüquqi hərəkətləri etməyi öhdəsinə götürmüşdür.

3. X5 Məhkəməsinin 2009-cu il 31 iyul tarixli 2-1(84)-221/2009 nömrəli qərardadı ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış 2009-cu il 29 iyul tarixli barışıq sazişi yuxarıda qeyd edilən şərtlərlə təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir.

4. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2017-ci il 16 may tarixli qətnaməsi ilə Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolu xəstəxanasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasından (yanacaq doldurma məntəqəsi) ibarət daşınmaz əmlakla bağlı 2010-cu il 2 fevral tarixində ********** qeydiyyat nömrəsi ilə 02 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququna dair qeydiyyatın, həmin qeydiyyata dair MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin əmlaka dair texniki pasportun ləğv olunması, məhkəmə xərclərinin İddiaçı aid olunması qət edi lmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2020-ci il 13 fevral tarixli 2(104)-1209/2020 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2(102)-4567/2020 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 4 noyabr tarixli 2-2(115)-411/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, 60.000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qa rşı pul və maye qaz doldurma məntəqəsinin sahiblik və istifadəsinə qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz rayonu Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən maye-qaz doldurma məntəqəsinin iddiaçı Cavabdeh sahiblik və istifadəsinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 4 may tarixli 2-2(104)-70/2022 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 11 noyabr tarixli 2-2(102)-614/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi qismən-Cavabdeh iddiasının təmin olunmadığı hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır.

9. Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 1 iyun tarixli 2-2(104)-71/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı Cavabdeh İddiaçı qarşı iddiasının pul tələbinə dair hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı 144.000 manat pul vəsaiti əldən çıxmış gəlirin əvəzi qismində alınıb iddiaçı Cavabdeh verilməsi, pul tələ binin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh apellyasiya şikayətinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 22 noyabr tarixli 2-2(102)577/2023 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41.500 ABŞ dollarının ödəniş anına manatla məzənnəsi və ödənilmiş 400 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 2021 -ci il 4 noyabr tarixli 2-2(115)-411/2021 nömrəli qətnamə si ilə 60.000 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən maye-qaz doldurma məntəqəsinin iddiaçı Cavabdeh sahiblik və istifadəsinə verilməsi, cavabdehin iddiaçıya qarşı əmlak tələbinə dair iddiasının isə təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 4 may tarixli 22(104)-70/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-614/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti tam, cavabdehin kassasiya şikayəti isə qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi qismən – cavabdehin qarşılıqlı iddiasının təmin olunmadığı hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə qərarı 60.000 ABŞ dolların cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində qanuni qüvvəsini almışdır. 2009-cu il 29 iyul tarixli barışıq sazişinə əsasən iddiaçının 60.000 ABŞ dollar pulu 13 il 10 ay müddətində əsassız yerə cavabdehdə qaldığından, cavabdeh həmin tarixdən hazırki vaxtadək olan dövr üçün 60.000 ABŞ dollarının 5%-i məbləğində, 1 illik faizi 3.000 ABŞ dolları olmaqla cəmi 41.500 ABŞ dolları (13 il 6 ay x3000=41500 ABŞ dolları) pul ödəməlidir.

13. Cavabdeh iddia tələbinə qarşı etiraz verməmişdir.

14. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 23 noyabr tarixli e-2-2(115)1157/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 41.500 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 301.65 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur (hakim G.Quliyeva).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin materiallarına əlavə edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aklarına əsasən tərəflər arasında 2009-cu il 29 iyul tarixdə barışıq sazişi bağlanmış, iddiaçı maye qaz doldurma məntəqəsi və həmin məntəqənin yerləşdiyi əraziyə ol an hüquqlarından imtina etməsi müqabilində cavabdehə 140.000 ABŞ dolları məbləğində pul verməyi, cavabdeh isə maye qaz doldurma məntəqəsi və həmin məntəqənin yerləşdiyi ərazinin iddiaçının adına sənədləşdirilməsi və özəlləşdirilməsi üçün lazım olan sənədlərlə təmin etməyi və ondan asılı olan bütün hüquqi hərəkətləri etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən tərəflər arasında bağlanmış 2009-cu il 29 iyul tarixli barışıq sazişindən 2-3 gün sonra 60.000 ABŞ dolları məbləğində vəsait cavabdehə verilmişdir. Sonradan tərəflər arasında mübahisə yaranmış, məhkəmənin qanuni qüvvəyə minmiş akları ilə Gəncə şəhəri Kəpəz rayonu Dəmiryol xəstəxanasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasından (yanacaq doldurma məntəqəsi) ibarət daşınmaz əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın dö vlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüquqlarına dair qeydiyyat, həmin qeydiyyata hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin əmlaka dair texniki pasport ləğv edilmiş, maye-qaz doldurma məntəqəsinin cavabdehin sahiblik və istifadəsinə verilməsi və 60.000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdehin iddiaçıya qarşı tələbinə dair (maddi və mənəvi zərər) iddiası üzrə məhkəmə mübahisəsi isə başa çatmamışdır. Odur ki, cavabdehdən 41.500 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllə sinin (bundan sonra-“MM”) 385.1 və 445.7-ci maddələrinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 88, 119.1, 124.1, 217.3 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 13 fevral tarixli 2-2(104)-51/2024 nömrəli qərardadı ilə iddiaçının məhkəmə tərkibinə etirazı təmin edilmiş, tərəflər arasında olmuş məhkəmə mübahisələrinə baxılmasında Gəncə Apellyasiya Məhkəməsinin bütün tərkibləri iştirak etdiyindən Ali Məhkəmənin 2024-cü il 27 mart tarixli 2-2(102)-224/2024 nömrəli qərarı ilə kommersiya mübahisəsi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

19. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 sentyabr tarixli 2-2(107)-58/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-33.216,67 ABŞ dollarına aid hissədə ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməmişdir. Yeni qətnamə ilə cavabdehdən dövlət büdcəsinə tutulmalı olan dövlət rüsumunun məbləği 132,24 manat müəyyən edilmişdir (sədrlik edənməruzəçi hakim Ə.Kərimov, hakimlər E.Hüseynov və T.Həsənov).

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərar ları ilə cavabdehin mübahisəli yanacaq doldurma məntəqəsi üzərində mülkiyyət və sahiblik hüquqları bərpa edildiyindən onun öz mülkiyyətindəki hər hansı obyektə istisnasız sahiblik və istifadə hüququ realizə olunmalı idi. Lakin iddiaçı mübahisəli yanacaq doldurma məntəqəsini cavabdehə qaytarmamış və onun həmin əmlak üzərində sahiblik və istifadə hüququ əldə etməsinə imkan verməmişdir. İddiaçı 10 ildən artıq müddətdə mübahisəli əmlakı əvəzsiz istifadə edərək təkbaşına faydalanmış, cavabdeh isə həmin müddətdə öz obyektindən heç bir fayda (qazanc, gəlir) əldə edə bilməmişdir.

21. Məhkəmə hesab etmişdir ki, 60.000 ABŞ dolları məbləğində pul cavabdehə 2009-cu ildə tərəflər arasında bağlanmış barışıq sazişi əsasında verilmişdir. Yəni, 2009-cu ildə cavabdeh 60.000 ABŞ dolları məbləğində pulu qan uni əsaslarla əldə etmişdir. Mübahisəli əmlakın iddiaçının adına olan sənədlərinin ləğv edilməsi və həmin əmlakın cavabdehə qaytarılmasına əsas, iddiaçının üzərinə düşən öhdəlikləri tam yerinə yetirməməsi və ödəməli olan pulu cavabdehə tam şəkildə ödəməməsi olmuşdur. Yəni, iddiaçı başqa bir əsasla deyil özünün qanunazidd davranışı nəticəsində mübahisəli əmlakdan məhrum olmuşdur. Belə olan halda isə, iddiaçı yenidən 2009-cu ildən 20 oktyabr 2020-ci il tarixədək ona dəymiş hansısa zərərin ödənilməsini tələb etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi isə iddia tələbinin tam təmin etməkdə, yəni pulun tutulmasının 2009-cu ildən hesablamaqda haqlı olmamış və apellyasiya şikayəti də həmin hissədə qismən əsaslı olmuşdur.

22. Məhkəmə qeyd etmişdir ki, 2020-ci il 20 oktyabr tarixinədək, yən i mübahisəli əmlaka dair iddiaçının adına olan sənədlərin ləğvi ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi günədək cavabdeh 60.000 ABŞ dolları məbləğində pulu özündə qanuni əsaslarla saxlamışdır. Belə olan halda isə cavabdehdən tələb edilən pul 2009-cu ildən deyil, 2020-ci il 20 oktyabr tarixindən tutulmalı idi. Cavabdehin həmin tarixdən sonra iddiaçıya məxsus 60.000 ABŞ dolları məbləğində pulu özündə saxlaması üçün heç bir qanuni əsası olmamışdır. Belə ki, 2020-ci il 20 oktyabr tarixində qanuni qüvvəsini almış qətnamələr ilə, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolu xəstəxanasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasından (yanacaq doldurma məntəqəsi) ibarət daşınmaz əmlakla bağlı 2010-cu il 2 fevral tarixində ********** qeydiyyat nömrəsi ilə 02 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququna dair qeydiyyat, həmin qeydiyyata dair MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin əmlaka dair texniki pasportun ləğv olunmuşdur (bax §4).

23. Cavabdeh mübahisəli əmlaka dair iddiaçının adına olan sənədlərin ləğvi ilə bağlı qətnamə qanuni qüvvəyə mindiyi gündən iddiaçıdan aldığı 60.000 ABŞ dolları pulu ona qaytarmalı idi. Beləliklə, cavabdeh 2020-ci il 20 oktyabr tarixindən sonra iddiaçıya məxsus 60.000 ABŞ dolları pulu heç bir qanuni əsas olmadan özündə saxlamaqda haqlı olmamış və iddiaçını adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etmişdir.

24. Məhkəmə apellyasiya şikayətinin, cavabde hin pulu qaytarmaq istəməsinə baxmayaraq iddiaçının pulu qəbul etməməsi ilə bağlı dəlilləri ilə razılaşmamış ona istinad etmişdir ki, cavabdeh həmin pulu icra şöbəsinin (və/vəya başqa orqanın) depozit hesabına qoya bilərdi.

25. Bundan başqa, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin 21 may 2024-cü il tarixli, 315867/23 nömrəli məktuba əsasən, “....... 60000 ABŞ dolları pulun tutulması ilə bağlı icra vərəqi Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatındadır və icra işi üzrə icra hərəkətləri davam etdirilir”. Göründüyü kimi, 21 may 2024-cü il tarixə kimi də, 60000 ABŞ dolları pul hazırki iş üzrə iddiaçıya qaytarılmamışdır.

26. Məhkəmə apellyasiya şikayətinin iddianın tam əsassız olmasına dair dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, 60000 ABŞ dolları məbləğində pul cavabdehə 2009cu ildə tərəflər arasında bağlanmış barışıq sazişi əsasında verilsə də, 20 oktyabr 2020-ci ildən sonra yəni, mübahisəli əmlaka dair hazırki iş üzrə iddiaçının adına olan sənədlərin ləğvi ilə bağlı qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdeh həmin pulu iddiaçıya qaytarmalı idi.

27. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 445.7-ci maddəsində pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməmiş, yalnız digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş qərarında pulun gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməmişdir.

28. Məhkəmə apellyasiya şikayətinin Ali Məhkəmənin icraatında olan pul tələbinə dair işə baxılanadək hazırki iş üzrə icraatın dayandırılmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hal-hazırda Azərbaycan Respublikası Ali Məhkəməsində həmin mübahisəyə baxılaraq yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-2(102)577/2023 nömrəli qərarı ilə, Gəncə Apellyasiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 22(104)-71/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 202 4-cü il 12 iyun tarixli 2-2(107)-58/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 24 iyul tarixli 9/5136 nömrəli ekspert rəyində göstərilmişdir ki, 60.000 ABŞ dollarına MM-in 445.7-ci maddəsinə əsasən 2020-ci il 20 oktyabr tarixindən 2023-cü il 24 iyul tarixinədək, yəni mübahisəli əmlaka dair iddiaçının adına olan sənədlərin ləğvi ilə bağlı qətnamə qanuni qüvvəyə mindiyi gündən hazırki iş üzrə iddia ərizəsi məhkəməyə təqdim edildiyi tarixədək hesablanmaqla gecikdirilmiş vaxt üçün illik beş faiz məbləği cəmi 8.283,33 ABŞ dolları təşkil edir. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehdən 41500 ABŞ dolları yox, 8.283,33 ABŞ dolları məbləğində pul öhdəlik icr a olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə iddiaçının xeyrinə tutulmalıdır.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 21.3, 157.1, 157.2, 157.4, 157.5, 385.1, 386.1, 425.1, 442, 443.1, 443.2, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1 və 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2019- cu il 18 mart tarixli, 2023-cü il 29 mart tarixli və 2014-cü il 24 dekabr tarixli Qərarlarındakı hüquqi mövqeyə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarına, MPM-in 14.2, 77.1, 88, 217.2 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

31. İddiaçı tərəfindən həmin qətnamədən ve rilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

32. MM-in 21, 157, 385, 386, 425, 442, 443, 445 və 448-ci maddələri üzrə iddiaçının 60.000 ABŞ dollar pulu 2009-cu il 29 iyul tarixli barışıq sazişinə əsasən 13 il 10 ay müddətdir ki, əsassız olaraq cavabdehdədir. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də öz təsdiqini tapır. Tərəflər arasında mübahisə ondan ibarət olmuşdur ki, iddiaçı barışıq sazişində nəzərdə tutulan 140.000 ABŞ dolları pulu verdiyini, cavabdeh isə 140.000 ABŞ dolları pulu almadığını bildirmişdir. Məhkəmə aktına əsasən isə idd iaçının 60.000 ABŞ dollarını cavabdehə verməsi, 80.000 ABŞ dollarının isə təkzib edilməsi halı öz təsdiqini tapmışdır. Qeyd edilən işə baxılıb qurtarana kimi iddiaçı 140.000 ABŞ dollarının verilməsi ilə bağlı mübahisəsini davam etdirmişdir. Bundan sonra iddiaçı məcbur qalaraq 60.000 ABŞ dolları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda hazırki işə baxan məhkəmənin 2020-ci il 20 oktyabr tarixinədək, yəni mübahisəli əmlaka dair hazırki iş üzrə iddiaçının adına olan sənədlərin ləğvi ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi günədək cavabdehin 60.000 ABŞ dolları məbləğində pulu özündə qanuni əsaslarla saxlaması, eyni zamanda cavabdehdən tələb edilən pulun 2009-cu ildən deyil, 2020-ci il 20 oktyabr tarixindən tutulmalı olmasına dair qənaəti tam olar aq əsassızdır. Çünki cavabdeh əvvəlki məhkəmə çəkişmələrində iddiaçının ümumiyyətlə ona pul vermədiyini bildirmişdir. İşin hallarından da görünür ki, cavabdeh son ana qədər ona pul verilməməsində israrlı idi. Belə olan halda iddiaçı cavabdehə pul verilməsini sübut edə bilmədiyi təqdirdə ona qarşı əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməzdi.

33. MPM-in 88-ci maddəsi üzrə-məhkəmə təqdim edilən sübutları düzgün araşdırmamış və öz şəxsi mülahizəsinə əsasən iddianı qismən əsaslı saymışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri

35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə mübahisələndirildi yi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissədə yoxlanılacaqdır.

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 37.Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınma lıdır.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərər in əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Bu Məcəllə də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. …” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.”

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-c ü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında müəyyən edilmişdir: “... Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir....”

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir: “... Ümumiyyətlə hüquqi həqiqət pri nsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarını n şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında göstərilmişdir: “... Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir....”

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir: “... öhdəliy in pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci m addəsi üzrə məsuliyyətə cəlb edilə bilməz....”

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir: “... kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir....” 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyab r 2005-ci il tarixli 4 saylı Qərarında göstərilmişdir: “... 16.1. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir....”

44. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra h əmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göst ərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 19-27-ci bəndləri), eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

48. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblər inə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

50. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 sentyabr tarixli 22(107)-58/2024 nömrəli qət naməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar