Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-491/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya baxışından çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 yanvar tarixli 2-2(103)-122/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılarkən müəyyən edilmişdir İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 1. "xxxx" MMC-nin (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2022-ci il 5 yanvar tarixli xidmət müqaviləsi (bundan sonra – “xidmət müqaviləsi”) üzrə 15.340 manat əsas borc, 19.520 manat dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 15 oktyabr tarixli, e-2-2(113)2901/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 15.340 manat əsas borc, 400 manat cərimə olmaqla ümumilikdə 15.740 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – N.Əhmədova).
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun dəbbə pulu hissəsində ləğv, iddiaçının dəbbə pulu ilə bağlı iddia tələbinin tam hissədə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 16 yanvar tarixli 2-2(103)-122/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmə miş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
6. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin xidmət müqaviləsi üzrə 2022-ci ilin iyul-dekabr ayları üzrə ödənişin cavabdehdən tutulması hissəsi istisna olmaqla qalan hissədə rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir.
7. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılarkən onun MPM-in tələblərinə zidd olaraq kassasiya icraatına qəbul edildiyi müəyyən olunmuşdur.
8. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən cavabdehdən ümumilikdə 15.740 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin qətna məni dəyişdirmədən qüvvədə saxlamışdır.
9. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, onun tərəfindən həm birinci instansiya həm də apellyasiya instansiya məhkəməsi zamanı müqavilə üzrə 2022-ci ilin iyul-dekabr ayları üzrə ƏDV daxil olmaqla 7080 manat ödəmək niyyətlərinin olduğu bildirilmişdir.
10. Kassasiya şikayətinin xahiş etdi hissəsində də qətnamənin həmin hissəsinin mübahisələndirilmədiyi qeyd edilmişdir.
11. Beləliklə görünür ki, cavabdeh tərəfindən qətnamənin mübahisələndirilən hissəsi 8.660 manat təşkil edir (15.740 – 7080 = 8.660).
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 402.1-ci maddəsinə görə kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti vermək olmaz.
13. Hazırkı kassasiya şikayəti ilə cavabdehin mübahisələndirdiyi məbləğ isə on min manatdan azdır.
14. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (MPM-in 417.1.7-ci maddəsi).
15. Bununla əlaqədər olaraq məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 yanvar tarixli 2-2(103)-122/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi b arədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 2 iyul tarixli 2-2(102)-491/2025 nömrəli qərardadı ləğv olunmalı, qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 402.1-ci maddəsinin tələbinə zidd olaraq icraata qəbul edildiyindən kassasiya baxışından çıxarılmaqla iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
16. Şərh edilənlərə əsasən və MPM-in 417.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 2 iyul tarixli 2-2(102)-491/2025 nömrəli qərardadı ləğv olunsun. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 yanvar tarixli 2-2(103)-122/2025 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.