Məhkəmə qərarları › İş №2-2(102)-493/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-493/2023

11.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-493/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-493/23 Açar sözlər: Müqavilənin etibarsız hesab edilməsi, qeyri – yaşayış sahəsinin boşaldılması, protokoldan çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cav abdehlər Cavabdeh1nə, Cavabdeh2 və Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilələrin etibarsız hesab edilməsi və qeyri – yaşayış sahəsinin boşaldılması” tələbinə dair ilk, iddiaçı ləğv prosesində olan Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı, Cavabdeh1nə və Cavabdeh2 qarşı “protokoldan çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli, 2-2(103)-328/2023 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının 06 saylı, 2021-ci il 5 noyabr tari xli protokolundan çıxarışların surətindən görünür ki, pay haqqını tam ödəmiş kooperativin üzvü Cavabdeh2 öz xahişi ilə kooperativ üzvlüyündən azad edilməsi və payının - ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri-yaşayış obyektinin (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408,6 kv.m) və 2-ci mərtəbə (471 kv.m) başqa şəxsə – İddiaçı adına keçirilməsi, ona qeydiyyat sənədinin və maliyyə arayışının verilməsinin təmin olunması qərara alınmışdır. 2. 2021-ci il 7 dekabr tarixdə ********** və ********** qeydiyyat nömrələri ilə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, sahələri müvafiq olaraq 723,5 və 435,1 kv.m təşkil edən qeyri – yaşayış sahələri üzərində İddia çı mülkiyyət hüququ qeydə alınmışdır. 3. 2002-ci il 8 iyul tarixli, 1 №-li lizinq müqaviləsinin və həmin müqaviləyə 1 №-li əlavənin kserosurətindən görünür ki, lizinq verən – Cavabdeh2 lizinq obyektini – Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi, 380-cı məhəllədə tikilən Cavabdeh1 MTK-da ümumi sahəsi 724 kv.m olan zirzəmi və 1-ci mərtəbədəki qeyri - yaşayış sahəsini satıcıdan əldə etməyi (bu müqavilə bağlanarkən lizinq obyektinin lizinq verənin mülkiyyətində olan hallar istisna təşkil edir) və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alana - "xxxx" X1 müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib lizinq ödənişlərini icra etməyi öhdələrinə götürmüşlər. 4. 2002-ci il 8 iyul tarixli, 1 №-li lizinq müqaviləsinin və həmin müqavil əyə 1 №-li əlavənin kserosurətindən görünür ki, lizinq verən – Cavabdeh2 lizinq obyektini – Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi, 380-cı məhəllədə tikilən Cavabdeh1 MTK-da ümumi sahəsi 471 kv.m olan 2-ci mərtəbədəki qeyri - yaşayış sahəsini satıcıdan əldə etməyi (bu müqavilə bağlanarkən lizinq obyektinin lizinq verənin mülkiyyətində olan hallar istisna təşkil edir) və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alana - "xxxx" X1 müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib lizinq ödənişlərini icra etməyi öhdələrinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, iddiaçıya məxs us ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri-yaşayış obyektinin (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408.6 kv.m) və 2-ci mərtəbə (471 kv.m) ərazisində olan ləğv prosesində olan Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra cavabdeh – “ASC”) və digər şəxslərə məxsus olan əşyaların Cavabdeh1 MTK (bundan sonra cavabdeh – “MTK”) tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı MTK-dan 2021-ci il 5 noyabr tarixli Protokol əsasında sahibkarlıq fəaliyyəti üçün istifadə etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri-yaşayış obyektini (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408.6 kv.m) və 2-ci mərtəbə (471 kv.m) əldə etmişdir. Obyekt əldə edilərkən, cavabdeh 1 ay müddətinə ərazini tam boşaltmalı olduğu halda ərazidə bəzi inventarlar qalmışdır. Ərazidə digər şəxslərə məxsus əşyalar olduğundan, obyektin əldə edilməsindən 7 aydan artıq vaxt keçməsinə baxmayaraq, iddiaçı hal hazırda əmlak üzərində istifadə hüquqlarını tam yerinə yetirə və əmlak üzərində sahiblik hüququndan tam istifadə edə bilmir. İddiaçı ilə Cavabdeh2 arasındakı razılaşmaya əsasən sonuncu MTK ilə müqavilə əsasında ona məxsus olan qeyri-yaşayış obyektini iddiaçıya satmışdır. Lakin, MTK tərəfindən inşa edilmiş həmin bina sakinlər və istifadəçilər tərəfindən faktiki olaraq istifadə edilsə də, müvafiq dövlət qurumları tərəfindən rəsmi olaraq istismara qəbul edilmədiyinə görə qeyd edilən qeyri-yaşayış obyektinin də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm ətində qeydiyyatı başa çatmamışdır və bununla da Cavabdeh2 tərəfindən tərəflər arasındakı razılaşmanın şərtlərinin icrası qeyri-mümkün olmuşdur. Belə qeyrimüəyyənliyin aradan qaldırılması üçün tərəflər həmin qeyri-yaşayış obyekti üzərində Cavabdeh2 məxsus olan MTK-dakı pay hüquqlarının iddiaçının adına rəsmiləşdirmək yolu ilə həll edilməsi barədə razılığa gəldikdən sonra, MTK-nın da buna razılığı alınmışdır. Bundan sonra, Cavabdeh2 2021-ci il 6 oktyabr tarixli ərizə ilə MTK-ya müraciət edərək, yuxarıda adı çəkilən qeyri-yaşayış obyekti üzərində hüquqlarından iddiaçının xeyrinə imtina etməklə, sonuncunun MTK-ya payçı kimi qəbul edilməsini xahiş etmişdir. Müvafiq olaraq da, iddiaçı 2021-ci il 4 noyabr tarixli ərizə ilə MTK-ya müraciət edərək, MTK-ya üzv qəbul edilməsini, qeyri-yaşayış obyekt inin onun adına rəsmiləşdirməklə əmlakın ona verilməsini xahiş etmişdir. MTK-nın üzvlərinin ümumi yığıncağının 2021-ci il 5 noyabr tarixli 06 saylı qərarı ilə pay haqqı tam ödənilmiş kooperariv üzvü Cavabdeh2 2021-ci il 6 oktyabr tarixli ərizəsi əsasında o, kooperativdəki üzvlükdən azad edilmiş, qeyri-yaşayış obyektinin üzərində pay hüququna əsaslanan üzvlük hüquqlarının iddiaçıya verilməklə, sonuncuya gələcəkdə qeydiyyat sənədinin verilməsi üçün əsas olan “protokoldan çıxarış” və "xxxx"nın verilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra isə, MTK tərəfindən inşa edilmiş həmin bina müvafiq dövlət qurumları tərəfindən istismara qəbul edilmişdir və iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək, əmlakın öz adına rəsmiləşdirilməsi yekunlaşdırılmışdır. Pay hüquqlarının id diaçının adına rəsmiləşdirilməsi başlanan zaman, MTK-nın rəhbərliyi, payın, müvafiq olaraq da qeyri-yaşayış obyektinin Cavabdeh2 MTK-ya verilməsi prosesini başa çatdırmalı, daha sonra isə iddiaçının adına rəsmiləşdirilməli və əmlakın faktiki təhvil verilməsi prosesi baş verməli idi. İddiaçı tərəfindən əmlak adına rəsmiləşdirmə işi başa çatdıqdan sonra, həmin obyektın tam istifadə edə bilmədiyi müəyyən edillmişdir. Belə ki, obyektin ərazisində çoxlu sayda mebel və avadanlıqların olduğu və həmin əmlakların çıxarılmadığı müəyyən edilmişdir. Bununla bağlı Cavabdeh2 irad bildirildikdə, sonuncu əmlakın MTK-ya təhvil verildiyindən, buna MTK-nın cavabdeh olduğunu bildirmişdir. MTK tərəfindən isə öz növbəsində, həmin əmlakların ASC-yə məxsus olmasını bildirmişlər. Bundan sonra, iddiaçı tərəfindən A SC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna 2022-ci il 10 may tarixli məktubla müraciət edərək, əmlakın boşaldılmasını xahiş etmişdir. Lakin Əmanətlərin Sığortalanması Fondu tərəfindən müraciət təmin edilməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə ASC arasında 1 və 2 nömrəli lizinq müqavilələri imzalanmışdır. 1 nömrəli müqavilə 2002-ci il 8 iyul tarixdə imzalanmışdır, müqavilənin predmeti Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov 380 ünvanında MTK tərəfindən inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən 724 kv.m ofisin lizinqə verilməsindən ibarətdir. 2 nömrəli müqavilə 2005-ci il 20 aprel tarixdə imzalanmış dır, müqavilənin predmeti Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov 380 ünvanında MTK tərəfindən inşa edilmiş binanın 2-ci mərtəbəsində yerləşən 471 kv.m ofisin lizinqə verilməsindən ibarətdir. Hər iki müqavilənin 14.1-ci maddəsində aşağıdakı müddəa qeyd edilmişdir: “Bu müqavilə ilə müəyyən edilən bütün lizinq ödənişləri və lizinq verənin lizinq alana qarşı digər pul tələbləri vaxtlıvaxtında tamamən ödəndikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Lizinq Müqavilələri üzrə ödənilməsi nəzərdə tutulmuş dövri lizinq ödənişləri ödənilmişdir. Belə ki, ümümi ödənilməli olan vəsait lizinq alan tərəfindən lizinq verənin ASC-dəki hesabına köçürülmüşdür. Daha sonra Lizinq Müqavilələrinin şərtləri nəzərə alınmaqla 2005-ci il 12 oktyabr və 2005-ci il 29 dekabr tarixlərində ümumi dəyəri 86 0508 manat (1-ci mərtəbə), 2006-cı il 30 iyun tarixdə isə ümumi dəyəri ******* manat (2-ci mərtəbə) olan X2 alanın balansına əsas vəsait kimi götürülüb. Lakin MTK tərəfindən inşa edilmiş həmin bina sakinlər və istifadəçilər tərəfindən faktiki olaraq istifadə edilsə də, müvafiq dövlət qurumları tərəfindən rəsmi olaraq istismara qəbul edilmədiyinə görə qeyd edilən qeyri-yaşayış sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı başa çatmamışdır və buna görədə X2 alanın balansına əsas vəsait kimi götürülsə də, Bank tərəfindən əmlakın rəsmləşdirilməsi yekunlaşdırılmamışdır. Həmçinin qanunvericiliklə lizinq hüquqlarının dövlət reyestrində qeydiyyatını aparmaq üçün ilk növbədə lizinq obyektlərinin yerləşdiyi və satıcı tərəfindən inşa edilmiş binanın (kompleksinin) istismarına ica zə verilməsi və müvafiq tikintilər reyestrinə daxil edilməsi tələb olunduğundan, məhz bu səbəbdən lizinq müqavilələri bağlandığı an lizinqin qeydiyyatı mümkün olmamışdır. Lizinq alanın lizinq müqavilələri üzrə öhdəlikləri tam icra olunacağı təqdirdə, onun qanuna əsasən balansında olan lizinq obyektləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaq hüququ yaranır. Müvafiq olaraq, lizinq alan Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – “MM”) uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi məqsədilə qanuna əsasən balansında olan lizinq obyektləri üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatından keçirməlidir. Lizinq obyektlərinin lizinq alanın mülkiyyətinə rəsmiləşdirilməsi, eləcə də əmanətçilər və sair kredi torlar qarşısında öhdəliklərin icra etmək məqsədi ilə özgəninkiləşdirilməsi üçün hüquqi əsası mövcudur. Lizinq obyektlərinin lizinq alanın mülkiyyət hüququ olduğu halda alqı-satqı müqaviləsi əsasında üçünçü bir şəxsin (iddiaçının) mülkiyyətinə verilməsi əsassızdır. İddiaçının əmlaklar üzərində hüquqları etibarsız əqd əsasında həyata keçirildiyindən daşınmaz əmlaka hüquqları əsassızdır. MTK-dakı payların iddiaçıya keçməsi qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməmişdir. Digər tərəfdən həmin qeyri-yaşayış sahələri ASC-nin fəaliyyəti dövründə bankın baş ofisi olmuşdur. Ümumiyyətlə, daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququndan irəli gələrək əmlakların boşaldılması barədə iddanın hüququ əsası yoxdur.

8. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və ləğv prosesində olan ASC arasında bağlanmış və ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri yaşayış obyektinin (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408,6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) lizinqə verilməsi barədə bağlanmış 2002-ci il 8 iyul tarixli, 1 nömrəli və 2005-ci il 20 aprel tarixli 2 nömrəli lizinq müqavilələrinin etibarsız hesab edilməsi, MTK tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri yaşayış obyektinin (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408.6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu öz etir azını daşınmaz əmlakın ilkin sahibliyinin və lizinq müqavilələrindən irəli gələn hüquqlarının ASC-yə aid olması baxımından iddiaçının əmlaklar üzərində hüquqlarını etibarsız əqd əsasında həyata keçirildiyini və müvafiq olaraq da daşınmaz əmlaka hüquqlarının əsassız olması ilə əsaslandırmışdır. Etirazda həmçinin, qeyri-yaşayış sahələrinin ASC-nin fəaliyyəti dövründə bankın baş ofisi olduğunu, ümumiyyətlə, daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququmuzdan irəli gələrək əmlakların boşaldılması barədə iddanın hüququ əsasının olmamasını göstərmişdir. Etirazla birlikdə təqdim edilmiş 2002-ci il 8 iyul tarixli 1 nömrəli Lizinq müaviləsinə əsasən lizinq verən Cavabdeh2 lizinq alan ASC-yə (idarə heyəti sədri qismində yenə Cavabdeh2 imza etməklə) müqavilənin 1 saylı əlavəsində göstərilən liz inq obyekti olan Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi 380-cı məhəllədə MTK tərəfindən tikilən çoxmərtəbəli binanın 315,4 kv.m zirzəmi və 408.6 kv.m 1-ci mərtəbədə yerləşən 742 kv.m ümumi sahəli daşınmaz əmlakı 12 il 2 ay (146 ay) müddətinə **********0 AZM (11046075,49 AZN) məbləğində lizinq ödənişi etmək qarşılığında lizinqə verir. Etirazla birlikdə təqdim edilmiş 2005-ci il 20 aprel tarixli 2 nömrəli Lizinq müqaviləsinə əsasən lizinq verən Cavabdeh2 lizinq alan Cavabdeh1 SKB ASC-yə (idarə heyəti sədri qismində yenə Cavabdeh2 imza etməklə) müqavilənin 1 saylı əlavəsində göstərilən lizinq obyekti olan Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsi 77-də (380-cı məhəllə) MTK tərəfindən tikilən çoxmərtəbəli binanın 2-ci mərtəbəsində olan 471 kv.m ümumi sahəli daşınmaz əmlakı 9 il 6 ay ( 114 ay) müddətinə 107599542,342 AZM (21398408,47 AZN) məbləğində lizinq ödənişi etmək qarşılığında lizinqə verir. Obyektin yerləşdiyi binanı tikən, onun üzərində sərəncam verən MTK və Lizinq alan qismində iştirak edən Cavabdeh1 SKB ASC-nin əsas payçısı və səhmdarı Cavabdeh2 olmaqla hazırkı müqavilədə də hər iki tərəfdən iştirak edir. Hər 2 müqavilənin 1 saylı əlavələrinə görə lizinq obyekti daşınmaz əmlak olaraq qeyri-yaşayış sahəsindən ibarətdir. 1 nömrəli müqavilə 2022-ci il 8 iyul tarixində bağlandığı göstərilsə də müqaviləyə 1 saylı əlavəyə əsasən Lizinq ödənişlərinin 2002-ci 8 yanvar tarixindən aparılmalı olduğu qeyd edilir. Hər 2 müqavilənin 4.1-ci bəndinə əsasən lizinq obyektinin lizinq verənin mülkiyyətində olduğu qeyd edilsə də, mülkiyyət hüquqlarının yaranma əsasını təsdiq edən h ər hansı bir sənədə istinad edilməmişdir. Hər 2 müqavilənin 14.1-ci bəndinə əsasən lizinq ödənişləri tam icra edildiyi halda lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Hər 2 lizinq müqaviləsi üzrə lizinq ödənişləri tam icra edilməmişdir. Müqavilələrdən heç biri notariat qaydasında təsdiq edilməmişdir. Müqavilələrdən heç biri üzrə lizinq obyekti üzərində lizinq hüquqlarının qeydiyyatı aparılmamışdır. Lizinq obyekti lizinq alanın balansında əks olunmamışdır. Lizinq obyekti ləğv prosesində olan bankın aktivləri siyahısına daxil edilməmişdir. Həmin lizinq müqavilələri aşağıda göstərilənlərə əsasən etibarsızdır. Belə ki, müqavilələr üzrə lizinq obyektinin lizinq məqsədləri üçün alınmasının müəyyən edilməməsi, lizinq verən fiziki şəxsin lizinq müqaviləsi üzrə lizinq verən qismində iştirak etmək hüququnun olmaması, lizinq obyektinin daşınmaz əmlak olaraq qeydiyyatdan keçmədiyindən müqavilə predmeti lizinq obyekti ola bilməməsi, lizinq müqaviləsi üzrə hüquqların qeydiyyata alınmaması, lizinq ödənişlərinin tam icra edilməməsi və lizinq ödənişlərinin icrasının başlanma tarixinin müqavilənin bağlanma tarixindən əvvələ göstərilməsi, lizinq obyektinin lizinq verənin balansında əks olunmaması və ləğvetmə zamanı aktivlər siyahısına əlavə edilməməsi gösərilən müqavilənin formal, uydurma olduğunu sübut etməklə, həmin müqavilələrin etibarsız hesab edilməsi üçün əsasdır. Bundan başqa lizinq müqaviləsi üzrə lizinq alan və lizinq verən tərəf eyni şəxsdir. Yəni, Cavabdeh2 müqavilədə fiziki şəxs kimi lizinq verən və həmçinin, sahib olduğu bankın idarə heyəti sədri kimi lizinq alan qismində iştirak edir. Bununla belə, lizinq obyekti nə balans əmlak kimi əks edilmiş, nə də ləğv prosesində olan bankın aktivləri kimi siyahıya salınmamışdır. Cavabdeh2 ilə məhkəmədən kənar danışıq zamanı bildirmişdir ki, hazırki lizinq müqavilələrinin bağlanmasına səbəb, əldə edilən lizinq ödənişlərinin nizamnamə kapitalının artırılmasına yönəltmək olmuş, həmin vəsait həqiqətən bankın nizamnamə kapitalına qoyularaq, bankın dövriyyəsinə yönəldilmişdir. Lakin, Mərkəzi Bank tərəfində aparılmış yoxlama nəticəsində göstərilən nizamnamə kapitalının artırılması sxeminin qanunvericiliyin tələblərinə uyğun olmaması əsas götürülməklə bankın ləğvinə qərar verilmişdir. Başqa sözlə, lizinq müqavilələri əsl hüquqi nəticə yaratmaq niyyəti ilə bağlanmamış, pərdələnmiş əqd olmuşdur. Müqavilənin hər iki tərəfində n eyni şəxsin iştirak etməsi və daşınmaz əmlakın qeydiyyatı olmadan müqavilə predmeti olması isə lizinq müqaviləsi üzrə hüquqi nəticənin yaratmaq qabiliyyəti olmadığını sübut edir. Bankın lisenziyasının Mərkəzi Bank tərəfindən ləğv edilməsinin səbəblərindən biri də elə həmin lizinq müqavilələrinin nəzərə alınmaması olmuşdur. Bundan başqa, iş materiallarında olan lizinq müqavilələrinin surətlərindən onların notariat qaydasında təsdiqlənməsi müəyyən edilməməklə, həmin lizinq müqavilələrindən göründüyü kimi, sözdə “lizinq” adlanan müqavilənin predmetini təşkil edən əmlakların heç biri daşınmaz əmlak kimi qeydiyyata alınmamış, reyestrə daxil edilməmişdir. Həmçinin lizinq müqaviləsi üzrə müəyyən edilən hüquqlar da qeydiyyata alınmamışdır. Yəni, lizinq müqaviləsinin predmetini təşkil edən əmlak rəsmi reyestrdə qeydiyyata alınmadığından lizinq müqaviləsinin predmeti ola bilməzdi və müqavilə müvafiq qaydada təsdiq edilmədiyindən və reysterdə qeydiyyata alınmadığından istifadə və sahiblik hüquqlarının lizinq müqaviləsi üzrə verilməsi üçün əsas ola bilməzdi. Beləliklə, lizinq müqavilələri üzrə lizinq obyektini daşınmaz əşya təşkil etdiyini də nəzərə alaraq, həmin dövrdə qüvvədə olmuş qanunvericilik aktlarına əsasən müəyyən edilir ki, lizinq müqaviləsi üçün tələb edilən subyekt tərkibi mövcud deyil, belə ki, müqavilə üzrə tərəflər qanunvericiliyin tələbləri üzrə lizinq müqaviləsinin subyekti ola bilməzdilər, lizinq müqaviləsi üçün tələb edilən predmet tərkibi mövcud deyil, belə ki, daşınmaz əmlak yalnız rəsmi qeydiyyata alındıqdan sonra lizinq müqaviləsinin predmeti ola bilərdi və liz inq predmetinin də yenidən lizinq üzrə yüklülüyü həyata keçirilməli idi. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq ödənişləri tam və vaxtında icra edilmədiyindən lizinq alanın əmlaka mülkiyyət hüququnun tələb etmək hüquqnu itirmişdir. Eyni zamanda, müqavilə tərəflərinin eyni şəxs olması ilə, başqa münasibətləri pərdələmək və əsl məqsəd olmadan görüntü üçün bağlandığından lizinq müqavilələrinin formal - uydurma əqd anlayışının təsiri altına düşdüyü də müəyyən olunur.

10. Bundan sonra ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MTK-dakı pay hüququnun tanınması, MTK-nın ümumi yığıncağının 2011-ci il 5 noyabr tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi və həmin protokol əsasında əldə edilmiş iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşlılıqlı iddia ərizəsi ilkin iddia ərizəsinə etirazda göstərilən xüsusatlarla əsaslandırılmışdır.

11. Həm ilkin, həm də qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh2 məhkəməyə ünvanladığı iddiaya etirazda göstərmişdir ki, lizinq müqavilələri formal olaraq bağlanmışdı. Belə ki, əmlakı satan MTK və lizinq alan ASC-nin əsas payları, səhmləri ona məxsus olmuşdur. Bankın rəhbəri və əmlak sahibi kimi də onun özü çıxış etmiş və hər iki tərəfdən müqaviləni tərəf kimi o, imzalamışdır. Əmlakın lizinq vasitəsilə banka verilməsinin məqsədi bankın nizamnamə kapitalının artırılması olmuşdur. Lizinq ödənişlərinin də hamısı kapital artımına yönəldilmişdir. Lakin, Azərbaycan Respublik ası Mərkəzi Bankı tərəfindən 2015-ci ilin sonlarında aparılmış yoxlamalar zamanı göstərilən mexanizm üzrə kapital artımı nəzərə alınmadığından lizinq müqavilələri də ləğv edilmiş, lizinq əmlakı və müqavilələri balans göstəricilərindən çıxarılmış, həmin əmlak ləğvetmə aktivləri siyahısına daxil edilməmişdir. Məhz bunun nəticəsində Mərkəzi Bank tərəfindən 2016-cı il 28 yanvar tarixdə ASC-nin bağlanması barədə qərar qəbul edilmişdir. Yəni, göründüyü kimi həmin müqavilələr mövcud deyildir. Mərkəzi Bank tərəfindən həmin lizinq müqavilələri nizamnamə kapitalının formalaşdırılmasında nəzərə alınmadığına görə həmin müqavilələr artıq əhəmiyyət daşımadığı üçün müqavilələrin əsli də məhv edilmişdir. Yəni, mövcud olmayan müqavilənin etibarsız edilməsi də qeyri mümkündür. İkincisi, iddianın "əmlakın boşaldılması" hissəsində də iddia qəbul edilməzdir. Belə ki, həqiqətən o, ünvan 1 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri yaşayış obyektini (zirzəmi (315,4 kv.m), 1-ci mərtəbə (408.6 kv.m) və 2-ci mərtəbə 471 kv.m) iddiaçıya satarkən binanın içərisində səhmdarı olduğum ASC-yə məxsus əmlaklar olmuşdur. Qeyri-yaşayış sahəsinin rəsmi qeydiyyatı olmadığından Cavabdeh2 əvvəlcə əmlakı MTK-ya qaytarmış, iddiaçı isə əmlakı MTK-dan almışdır. Həmin binanın içərisindəki əşyaların banka aid olduğunu iddiaçı və MTK-ya deməsə də, həmin əmlakın 1-2 aya boşaldılacağını bildirmişdir. Çünki bu barədə ona Əmanətlərin Sığortalanması Fondundan deyilmişdi. Həmin əmlaklar, göstərilən ünvanda bank fəaliyyətdə olarkən yerləşdirilmişdi və bank ləğv edildikdən sonra çıxarılmalı idi. Lakin, həmin əmlaklar bankın ləğv edilməsindən uzun müddət keçməsinə baxmayaraq, hələ də binadan çıxarılmamışdır. Göründüyü kimi nə daşınar, nə da daşınmaz əmlaklar ona məxsus deyildir.

12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 dekabr tarixli, e-2-2(113)3727/2022 saylı qətnaməsi ilə iddiaçının MTK-ya, Cavabdeh2 və Əmanətlərin Sığortalanması Fonduna qarşı müqavilələrin etibarsız hesab edilməsi və qeyriyaşayış sahəsinin boşaldılması barədə ilkin iddiasının təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 SKB arasında bağlanmış 2002-ci il 8 iyul tarixli, 1 nömrəli və 2005-ci il 20 aprel tarixli, 2 nömrəli lizinq müqavilələri etibarsız hesab olunması, iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən 2 mərtəbə və zirzəmidən ibarət 1195 kv.m qeyri-yaşayış sahəsi MTK tərəfindən boşaldılması, ləğv prosesində olan ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiaçıya, MTK-ya və Cavabdeh2 qarşı protokoldan çıxarışın etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir (hakim- F.Qasımov).

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, istər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – “MPM”), istərsə də plenum qərarında formalaşdırılmış hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab etmişdir ki, həm ilkin, həm də qarşılıqlı iddia üzrə iddia qaldırmış şəxslərin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 14. 2021-ci il 7 dekabr tarixdə ********** və ********** qeydiyyat nömrələri ilə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqın da daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mübahisə predmeti olan daşınmaz əmlaklar üzərində iddiaçının mülkiyyət hüququ qeydə alındığından və tələblər həmin əmlaklara bağlı olduğundan sonuncunun bu tələbləri irəli sürmək üçün subyektiv hüququ mövcuddur.

15. Qarşılıqlı iddiada irəli sürülmüş tələblərin əsasını 2002-ci il 8 iyul tarixli, 1 nömrəli və 2005-ci il 20 aprel tarixli 2 nömrəli lizinq müqavilələri təşkil etdiyindən məhkəmə hesab etmişdir ki, ilkin olaraq həmin müqavilələrə hüquqi cəhətdən qiymət verilməlidir və bu xüsusatlar həmçinin, ilkin iddianın lizinq müqavilələrinin etibarsız hesab edilməsi hissəsi ilə birlikdə qiymətləndirilməlidir.

16. Məhkəmə həm qarşılıqlı iddia ərizəsində irəli sürülən tələbləri, həm də ilkin iddianın lizinq müqavilələrinin etibarsız hesab edilməsi hissəsini yuxarıda göstərilən normaların məzmununa əsasən qiymətləndirərkən iddiaçının arqumentləri ilə razılaşmışdır. Həqiqətən də işin faktiki halları ilə təsdiq olunmuşdur ki, 1 nömrəli müqavilə 2022-ci il 8 iyul tarixində bağlandığı göstərilsə də müqaviləyə 1 saylı əlavəyə əsasən Lizinq ödənişlərinin 2002-ci il 8 yanvar tarixindən aparılmalı olduğu qeyd edilir. Bundan başqa müqavilələrin 4.1-ci bəndinə əsasən lizinq obyektinin lizinq verənin mülkiyyətində olduğu qeyd edilsə də, mülkiyyət hüquqlarının yaranma əsasını təsdiq edən hər hansı bir sənədə istinad edilməmişdir və həmin dövrdə əmlak üzərində ümumiyyətlə hər hansı bir hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını təsdiq edən hər hansı bir sənəd mövcud olmamışdır.

17. Lakin mübahisə predmeti olan müqavil ələr notariat qaydasında təsdiq edilməmiş və lizinq obyekti üzərində lizinq hüquqlarının qeydiyyatı aparılmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə lizinq müqavilələrinin əsli, lizinq obyektinin lizinq alanın balansında əks olunması, ləğv prosesində olan bankın aktivləri siyahısına daxil edilməsi barədə sübut təqdim olunması təklif olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir.

18. Bundan başqa, həm ilkin, həm də qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh2 məhkəməyə ünvanladığı ərizədə lizinq müqavilələrinin formal olaraq bağlandığını, əmlakın lizinq vasitəsilə banka verilməsinin məqsədinin bankın nizamnamə kapitalının artırılması olduğunu, lizinq ödənişlərinin kapital artımına yönəldildiyini, Azər baycan Respublikası Mərkəzi Bankı tərəfindən 2015-ci ilin sonlarında aparılmış yoxlamalar zamanı göstərilən mexanizm üzrə kapital artımı nəzərə alınmadığından lizinq əmlakı və müqavilələrin balans göstəricilərindən çıxararıldığını, həmin əmlakların ləğvetmə aktivləri siyahısına daxil edilmədiyini, məhz bunun nəticəsində Mərkəzi Bank tərəfindən 2016-cı il 28 yanvar tarixdə ASCnin bağlanması barədə qərar qəbul edildiyini bildirmişdir.

19. Məhkəmə Cavabdeh2 ərizəsində qeyd olunan xüsusatları iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərkən lizinq müqaviləsinin əslinin, lizinq obyektinin lizinq alanın balansında əks olunması, ləğv prosesində olan bankın aktivləri siyahısına daxil edilməsi barədə sübut təqdim olunmamasını da nəzərə alaraq həmin xüsusatların düzgün olması qənaətinə gə lmişdir.

20. Qeyd olunanları həm qanunvericiliyin tələbləri, həm də plenum qərarlarında əks olunan hüquqi mövqe baxımından qiymətləndirərək məhkəmə hesab etmişdir ki, 2002-ci il 8 iyul tarixli, 1 nömrəli və 2005-ci il 20 aprel tarixli 2 nömrəli lizinq müqavilələri əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməli, əhəmiyyətsiz əqdlərin bağlandığı andan etibarsız olması nəzərə alınmaqla ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası rədd olunmalıdır.

21. Məhkəmə qeyd etmişdir ki, ilkin iddianın MTK tərəfindən iddiaçıya məxsus qeyri – yaşayış sahəsinin boşaldılması hissəsində hüquqi əsasını MM-in 157.4-cü maddəsi təşkil edir və həmin normanın tələbi baxımından ilkin iddia həmin hissədə də təmin olunmalıdır.

22. Məhkəmə öz mövqeyində MM-in 144.1, 146,3, 337.1, 337.2, 337.3 -cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 30 iyul tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 mart tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Qərarına, MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

23. Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apell yasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 3 may tarixli, 2-2(103)-328/2023 saylı qətnaməsi ilə cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 dekabr tarixli e-2-2(113)3727/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, 2002-ci il 8 iyul tarixli, 1 nömrəli və 2005-ci il 20 aprel tarixli 2 nömrəli lizinq müqavilələrinin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi, əhəmiyyətsiz əqdlərin bağlandığı andan etibarsız olması nəzərə alınmaqla ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasının rədd olunması və ilkin iddianın MTK tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində hüquqi əsasını MM-in 157.4-cü maddəsi təşkil etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.

27. ASC (ilkin iddia üzrə cavabdeh) apellyasiya şikayətində ilkin dəlil kimi birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən MM-in 354.1-ci maddəsinin tələblərinin pozulduğunu və məhkəmənin həmin normada nəzərdə tutulmuş kəsici müddəti nəzərə almadığını bildirmişdir.

28. Digər ikinci dəlil isə 2 hissədən ibarət olduğundan və həmin dəlilin ikinci hissəsi birinci dəlil ilə səbəbli əlaqə təşkil etdiyindən məhkəmə kollegiyası hər iki dəlilə bir yerdə hüquqi qiymət v erməyi zəruri hesab etmişdir. Belə ki, ASC ikinci dəlilinin 2-ci hissəsində məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əqdin əhəmiyyətsizliyi hesab edilən zaman MM-in 337.5-ci tələbləri nəzərə alınmadığını qeyd etmişdir.

29. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, MM-in etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsi müvafiq olaraq əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilinməsini nəzərdə tutur. Yəni həmin maddədə göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

30. Bundan başqa birinci instansiya məhkə məsinin qətnaməsində əqdin etibarsızlığının nəticələrinə dair məhkəmənin MM-in 337.5-ci maddəsinin tələbini pozması dəlili ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, həmin dəlil də əsassızdır.

31. Belə ki, MM-in 337.5-ci maddəsinin tələblərində qeyd olunan şərtlərin nəzərə alınması üçün ortada əqdin etibarsızlığı nəticəsində əsassız varlanma halı mövcud olmalı və nəticədə tərəflər etibarsız əqd əsasında əldə etdiklərini geri qaytarmış olsun. Yəni istinad edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.

32. Halbuki Cavabdeh2 məhkəməyə təqdim etdiyi iddiaya etirazında lizinq müqavilələrinin hər iki tərəfi özü olduğunu, formal əsaslarla müqaviləni bağladığını bildirmişdir. Həmin lizinq müqaviləsinin predmeti ol an əmlaklar da ləğvetmə aktivlərinə daxil edilməmişdir. Göründüyü kimi lizinqverən şəxs həm də banka aidiyyəti şəxs olmuşdur.

33. Beləliklə, MM-in 337.5-ci maddəsi etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıdığından və hazırkı mübahisə üzrə hər hansı yerinə yetirilməli olan icra hərəkətləri olmadığından və MM 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətin tətbiqinə də zərurət qalmamışdır.

34. Buna görə də məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi həmin hissədə də qanuni və əsaslı olmuşdur.

35. Kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətində ilkin iddia üzrə cavabdehin əsassız hesab etdiyi ən əsas məqamlardan biri də birinci instansiya məhkəməsi tərəfindən lizinq müqavilələrinin etibarsız hesab edilməsi faktıdır. Buna baxmayaraq apellyasiya şikayəti verən tərəf həm məhkəmə iclasında verdiyi izahatında, həm də apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən MM-in 337.5 və 354.1-ci maddəsinin tələblərinin pozulduğunu və kəsici müddətin tətbiq edilməyini qeyd edir. Apellyasiya şikayəti verən tərəfin belə ziddiyətli mövqe sərgiləməsi onun ortaya qoymuş olduğu dəlilləri təkzib etməsinə, hətta bir növ müqavilənin etibarsızlığının qəbul edilməsinə dəlalət edir.

36. Apellyasiya şikayətinin ikinci dəlilinin ilkin hissəsində iddiaçının subyektiv hüququnun hansı əsaslarla, nəyə əsasən və nə vaxt yarandığı dəlilinə məhkəmə kollegiyası hüquqi qiymət verərək hesab etmiş dir ki, həmin dəlil də əsassızdır.

37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli əmlaklar üzərində iddiaçının mülkiyyət hüquqları 2021-ci il 7 dekabr tarixdə ********** və ********** qeydiyyat nömrələri ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və buna dair çıxarışılar verilmişdir. Hazırkı mübahisə predmeti də mülkiyyət hüququ ilə ona məxsus olan əmlaklarla bağlı olduğundan ilkin iddia üzrə iddiaçının bu tələbləri irəli sürmək üçün subyektiv hüququ mövcud olmuş və faktın özü də birinci instansiya məhkəməsində işin hallarında da öz əksini tapmışdır.

38. Apellyasiya şikayətinin digər bir dəlili isə birinci instansiya məhkəməsinin qətnaməsində qarşılıqlı iddianın təmin edilməsinin əsası kimi mübahisə predmeti olan müqavilələrin notarial təsdiqli olmaması, lizinq obyekti üzərinə lizinq hüquqlarının qeydiyyata alınmaması və lizinq obyektinin lizinq verənin mülkiyyətində olmasına dair hər hansı sənədin işə əlavə edilməməsi ilə bağlı istinad etdiyi dəlilini əsassız hesab etməsi ilə bağlıdır.

39. Həmin dəlilin əsassız olması kimi isə tərəflər arasında müqavilə olduğunu və müqavilə üzrə ödənişlərin yerinə yetirildiyini və həmin ödənişlərin lizinq verənin ASCdə olan hesabına keçirildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində haqlı olaraq vurğulamışdır ki, müqavilələrin 4.1-ci bəndinə əsasən lizinq obyektinin lizinq verənin mülkiyyətində olduğunu, lakin mülkiyyət hüquqlarının yaranma əsasını təsdiq edən hər hansı bir sənədə isti nad edilmədiyini və həmin dövrdə əmlak üzərində ümumiyyətlə hər hansı bir hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən başqa bir sənəd mövcud olmamışdır. Eyni zamanda ilkin iddia üzrə cavabdeh belə sənədin mövcudluğuna dair və həmin ödənişlərin məhz hazırkı lizinq müqavilələri üzrə həyata keçirilməsini təsdiq edən hər hansı sübutları da məhkəmə araşdırılması zamanı da təqdim etməmişdir.

40. Bundan başqa lizinq müqaviləsinin notarial qaydada təsdiq olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin MM-nin 146-cı maddəsinə istinad etməklə gəlmiş olduğu nəticə də qanuni və əsaslı olmuşdur. Həmçinin apellyasiya şikayətində lizinq müqavilələri üzrə verilmiş obyektlərin lizinq alanın balansına götürüldüyü və lizinq obyektlərinin dəyərinin lizinq verənin hesabına keç irildiyi bildirilmişdir.

41. Bu dəlillə bağlı isə məhkəmə kollegiyası hesab etmişdir ki, həm ilkin, həm də qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh2 məhkəməyə ünvanladığı ərizədə lizinq müqavilələrinin formal olaraq bağlandığını, əmlakın lizinq vasitəsilə banka verilməsinin məqsədinin bankın nizamnamə kapitalının artırılması olduğunu, lizinq ödənişlərinin kapital artımına yönəldildiyini, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2015-ci ilin sonlarında aparılmış yoxlamalar zamanı göstərilən mexanizm üzrə kapital artımı nəzərə alınmadığından lizinq əmlakı və müqavilələrin balans göstəricilərindən çıxarıldığını, həmin əmlakların ləğvetmə aktivləri siyahısına daxil edilmədiyini, məhz bunun nəticəsində Mərkəzi Bank tərəfindən 2016-cı il 28 yanvar tarixdə ASC-nin bağlanması b arədə qərar qəbul edildiyini bildirmişdir.

42. Lakin, Cavabdeh2 ərizəsində qeyd olunan xüsusatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirilərkən lizinq müqaviləsinin əsli, lizinq obyektinin lizinq alanın balansında əks olunması, ləğv prosesində olan bankın aktivləri siyahısına daxil edilməsi barədə sübutlar işin halları araşdırılan zaman birinci instansiya məhkəməsində təqdim olunmadığı halda, ASC yenidən öz təsdiqini tapmayan halları apellyasiya şikayətində dəlil kimi göstərməklə mübahisələndirməsi özü özlüyündə qanunsuz və əsassızdır.

43. Eyni zamanda ASC lizinq müqavilələrinin qanuni şəkildə bağlandığını iddia etdiyi halda belə, həmin müqavilələr üzrə ödənişin tam şəkildə edilməsini və məhz bu müqavilə üzrə ödənilməsinə dair hər hansı tutarlı sübut məhkəməyə təqdim etmə mişdir.

44. Apellyasiya şikayətinin digər dəlili kimi lizinq verənin lizinq obyekti üzərində pay hüququnun mövcudluğunu mülkiyyət hüququnun olması əsası kimi göstərilmiş və məhkəmə tərəfindən bu halın nəzərə alınmamasını da əsassız hesab etmişdir.

45. Lakin, qarşılıqlı iddia üzrə iddiaçı bir şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun olması və onun dövlət tərəfindən müdafiəsinin təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı olduğunu və mülkiyyət hüququnun da həmin tarixdən yarandığını nəzərə almamışdır. Buna görə də binanın istismara qəbul edilməməsi səbəbindən mülkiyyət hüquqlarının qeydiyyata alına bilməsi dəlilini də məhkəmə kollegiyası əsassız hesab etmişdir.

46. Məhkəmə kollegiyası müqavilənin əslinin təqdim edilməməsi ilə bağlı dəlilin əsassız ol ması və həmin müqavilələrin bank ləğv edilən zaman ləğvediciyə təhvil verilməməsi ilə bağlı ilkin iddia üzrə cavabdehin irəli sürmüş olduğu dəlilini də əsassız hesab etmişdir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işi araşdıran məhkəmə tərəfindən həmin sənədlərin əslinin təqdim edilməsi tələb olunsa da sənədlərin əsli məhkəməyə təqdim edilməmişdir. Həmçinin hər iki iddia üzrə cavabdeh özü də iddiaya etirazında həmin müqavilələrin əslinin məhv edildiyini bildirmişdir.

47. Məhkəmə öz qətnaməsini MM-nin 144.1, 146.3, 152.1, 337.1, 337.2, 337.3, 337.5 və 354.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 30 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli “Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 mart tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Qərarına, MPM-in 4.1, 14.2, 77.1, 217.4 və 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

48. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2023-cü il 31 may tarixində tərəflərin şəxsi elektron kabinetinə yerləşdirilmişdir.

49. Cavabedeh ASC 2023-cü il 27 iyul tarixində həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 3 may tarixli, 2-2(103)328/2023 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

50. MM-nin 337.5 və 354.1-cu maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi mübahisə predmeti olan daşınmaz əmlaklar üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alındığından və tələblər həmin əmlakla bağlı olduğundan sonuncunun lizinq müqavilələrinin etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün subyektiv hüququnun olduğunu qeyd etsə də bu hüququn hansı əsaslarla, nəyə əsasən, nə vaxt yarandığını aydınlaşdırmamış və hüquqi qiymət verməmişdir. Bundan başqa iddiaçının əsassız mülahizələrinə əsasən lizinq müqavilələrini etibarsız hesab edən məhkəmə MM-in 337.5. 354.1-ci maddələrinin tələblərini də pozmuşdur. Belə ki, lizinq müqavilələrini etibarsız hesab edən məhkəmə nədənsə etibarsız hesab edilən əqdlər üzrə alınanların geri qaytarılması məsələsinin həll edilməsinə zərurət görməmişdir.

51. İşə baxan apellyasiya instansiya məhkəməsi əqdin etibarsızlığı ilə bağlı kəsici müddətlərə də diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsinin işə qeyriobyektiv, iddiaçıya qarşı qərəzli, ədalətsiz baxması nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmiş və apellyasiya instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamışdır.

52. MPM-in 217, 88, 416-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol verilmişdir.

53. Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edi lməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Belə ki, ilkin iddianın təmin qarşılıqlı iddanın rədd edilməsində istifadə etdiyi əsas dəlillərdən biri də ondan ibarətdir ki, mübahisə predmeti olan müqavilələr notarial qaydada təsdiq edilməmiş, lizinq obyekti üzərində lizinq hüquqlarının qeydiyyatı aparılmamış lizinq obyektinin lizinq verənin mülkiyyətində olmasına dair hər hansı bir sənəd işə əlavə edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, ASC tərəfindən həm ilkin iddiaya verilən etirazda həm də qarşılıqlı iddia ərizəsində qeyd olunan xüsusatlarla bağlı məhkəməyə geniş izah verilmişdir. Əlavə olaraq, məhkəmənin diqqətinə çatdırılmışdır ki, Cavabdeh2 ilə ASC arasında 1 və 2 nömrəli lizinq müqavilələri imzalanmışdır. 1 nömrəli müqavilə 2002-ci il 8 iyul tarixdə imzalanmışdır, müqavilənin predmeti Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov 380 ünvanında MTK tərəfindən inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən 724 kv.m ofisin lizinqə verilməsindən ibarətdir. 2 nömrəli müqavilə 2005-ci il 20 aprel tarixdə imzalanmışdır, müqavilənin predmeti Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov 380 ünvanında ATRA MTK tərəfindən inşa edilmiş binanın 2-ci mərtəbəsində yerləşən 471 kv.m ofisin lizinqə verilməsindən ibarətdir.

54. Hər iki müqavilənin 14.1-ci bəndində aşağıdakı müddəa qeyd edilmişdir: “Bu müqavilə ilə müəyyən edilən bütün lizinq ödənişləri və lizinq verənin lizinq alana qarşı digər pul tələbləri vaxtlı-vaxtında tam ödəndikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Lizinq Müqavilələri üzrə ödənilməsi nəzərdə tutulmuş d övri lizinq ödənişləri ödənilmişdir. Belə ki, ümümi ödənilməli olan vəsait Lizinq alan tərəfindən Lizinq verənin ASC-dəki hesabına köçürülmüşdür.

55. Daha sonra Lizinq Müqavilələrinin şərtləri nəzərə alınmaqla 2005-ci il 12 oktyabr və 2005-ci il 29 dekabr tarixlərində ümumi dəyəri 860.508 AZN (1-ci mərtəbə), 2006 30 iyun tarixində isə ümumi dəyəri 1.692.122 AZN (2-ci mərtəbə) olan X2 Alanın balansına əsas vəsait kimi götürülüb. Lakin MTK tərəfindən inşa edilmiş həmin bina sakinlər və istifadəçilər tərəfindən faktiki olaraq istifadə edilsə də, müvafiq dövlət qurumları tərəfindən rəsmi olaraq istismara qəbul edilmədiyinə görə qeyd edilən qeyri-yaşayış sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı başa çatmamışdır və buna görədə X2 Alanın balansına əsas vəsait kimi götürü lsə də, Bank tərəfindən əmlakın rəsmləşdirilməsi yekunlaşdırılmamışdır. Həmçinin qanunvericiliklə lizinq hüquqlarının dövlət reyestrində qeydiyyatını aparmaq üçün ilk növbədə Lizinq Obyektlərinin yerləşdiyi və Satıcı tərəfindən inşa edilmiş binanın (kompleksinin) istismarına icazə verilməsi və müvafiq tikintilər reyestrinə daxil edilməsi tələb olunduğundan, bəlli olur ki, məhz bu səbəbdən Lizinq Müqavilələri bağlandığı an lizinqin qeydiyyatı mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, həmin qeyri-yaşayış sahələri ASC-nin fəaliyyəti dövründə bankın baş ofisi olmuşdur.

56. Bundan başqa məhkəmənin lizinq obyekti üzərində lizinq verənin mülkiyyət hüququnun yaranma əsasını təsdiq edən hər hansı bir sənədin olmaması kimi dəlili də tamamilə əsassızdır. Belə ki, iş materialları ilə sübut olunur ki, lizinq verən Cavabdeh2 lizinq obyektləri üzərində pay hüququna malik olmuşdur. Lakin lizinq obyektlərinin yerləşdiyi yaşayış binası istismara qəbul edilmədiyindən həmin vaxt mülkiyyət hüququnu təsdiq edən çıxarış alına bilməmişdir.

57. Bundan başqa apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə lizinq müqavilələrinin əsli, lizinq obyektinin lizinq alanın balansında əks olunması barədə sübut təqdim olunması təklif olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir.

58. Bununla bağlı qeyd edilmişdir ki, məlum olduğu kimi 2016-cı il 27 yanvar tarixdə ASC-nin bank lisenziyası ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2016-cı il 11 avqust tarixli, 2-1(102)-1 47/2016 saylı qərarına əsasən ASC müflis elan edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2016-cı il 16 avqust tarixli, 2- 1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Qeyd olunana lizinq müqavilələrinin əsli ləğvediciyə təhvil verilməmişdir.

59. Lizinq obyektinin lizinq alanın balansında olmasını təsdiq edən sübutlara bağlı isə qeyd olunmuşdur ki, həm ilkin iddia üzrə iddia ərizəsində həm də Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə lizinq obyektlərinin lizinq alanın balansında əks olunması təsdiq edilir. Belə ki, Cavabdeh2 ərizəsində Nizamnamə Kapitalının artırılması üçün həmin əmlakların Banka lizinqə verilməklə bankın balansına daxil edilməsi və nizamnamə kapitalına əlavə edilməsi öz təsdiqini tapmışdır.

60. Qey d olunanlardan görünür ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən göstərilən hallar tam və hərtərəfli araşdırılmamış, sübutlara obyektiv hüquqi qiymət verilməmişdir. Həmçinin qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

62. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

63. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

64. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki hal ların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

65. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır....” “Maddə

146. Daşınma z əmlaka hüququn əmələ gəlməsi... 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır....” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində müb ahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.... 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər....”

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müv afiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Beləliklə, Mülki Məcəlləni n 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

67. Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 30 iyul tarixli qərarında nəzərdə tutulmuşdur: mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 mart tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2- ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.

69. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... müvafiq 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏM ƏNİN MÖVQEYİ

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli, 2-2(103)-328/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

71. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normaları baxımından düzgün hüquqi qiymət verməmiş, işi obyektiv ara şdırmamış, lizinq verən Cavabdeh2 lizinq obyektləri üzərində pay hüququna malik olduğunu nəzərə almamış, MM-in 337.5. 354.1-ci maddələrinin tələblərini də pozaraq etibarsız hesab edilən əqdlər üzrə alınanların geri qaytarılması məsələsinin həll edilməsinə zərurət görməmişdir.

72. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, bir şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun olması və onun dövlət tərəfindən müdafiəsinin təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır və mülkiyyət hüququ da həmin tarixdən yaranır. Lakin, hazırkı halda işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh2 mübahisə predmeti olan qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları qanunla nəzərdə tutul muş qaydada qeyd alınmamışdır.

73. Məhkəmə kollegiyası MM-in 337.5-ci maddəsinin tələblərinin pozulmuş olmasına dair kassasiya şikayətinin dəlilinə münasibətdə vurğulayır ki, həmin maddə etibarsız əqd üzrə müqavilə tərəflərinin aldıqlarının digər tərəfə qaytarılması ilə bağlı öhdəliyini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə lizinq müqavilələrinin formal olaraq bağlandığını, əmlakın lizinq vasitəsilə banka verilməsinin məqsədinin bankın nizamnamə kapitalının artırılması olduğunu, lizinq ödənişlərinin kapital artımına yönəldildiyi göstərilmişdir.

74. Bununla yanaşı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halına əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2015-ci ilin sonlarında aparılmış yoxlamalar zamanı göstərilən mexanizm üzrə kapital artımı nəzərə alınmadığından lizinq əmlakı və müqavilələrin balans göstəricilərindən çıxarıldığını, həmin əmlakların ləğvetmə aktivləri siyahısına daxil edilmədiyini, məhz bunun nəticəsində Mərkəzi Bank tərəfindən 28 yanvar 2016-cı il tarixdə Nümayəndə1 ASC-nin bağlanması barədə qərar qəbul edilmişdir.

75. Göründüyü kimi, müqavilə üzrə ödənişləri təşkil edən pul vəsaitinin mənbəyi bank olmaqla sonda kapital artımı şəklində həmin vəsaitlərin dövriyyəsinin son nöqtəsi də həmin bank olmuşdur. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan müqavilə üzrə ödənişləri təşkil edən pul vəsaitlərinin çıxış nöqtəsi bank olmaqla sonradan kapital artımı məqsədi ilə həmin vəsaitlərin dövriyyəsinin son nöqtəsi də həmin bank oldu ğundan kassasiya şikayətinin MM-in 337.5-ci maddəsinin tələbləri baxımından alınanların geri qaytarılmalı olmasına dair dəlilləri anlaşılan və məntiqli olmamışdır.

76. Bununla yanaşı, MM-in etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1ci maddəsi müvafiq olaraq əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilinməsini nəzərdə tutmuşdur. Yəni, həmin maddədə göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

77. MM-in 337.5-ci maddəsinin tələblərində qeyd olunan şərtlərin nəzərə alınması və nəticədə tərəflərin etibarsız əqd əsasında əl də etdiklərini geri qaytarması üçün isə əqdin etibarsızlığı nəticəsində əsassız varlanma halının mövcudluğu halının olmasına dair apellyasiya məhkəməsinin mövqeyi də düzgün olmuşdur. Halbuki, işdən müəyyənləşdirildiyi kimi Cavabdeh2 məhkəməyə təqdim etdiyi iddiaya etirazında lizinq müqavilələrinin hər iki tərəfinin özü olduğunu, formal əsaslarla müqaviləni bağladığını bildirmiş, lizinq müqaviləsinin predmeti olan əmlaklar ləğvetmə aktivlərinə daxil edilməmişdir. Beləliklə də, lizinqverən şəxs həm də banka aidiyyəti şəxs olmuşdur. Bunun əksini təsdiq edən sübutlar isə iş materiallarında mövcud deyildir.

78. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 79. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

80. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli, 2-2(103)-328/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

81. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin q ətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

82. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ləğv prosesində olan Nümayəndə1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli, 2-2(103)-328/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar