Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-495/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı1 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, real zərər, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdehnə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 2-2(103)-249/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 191,4 m2 olan qeyri-yaşayış binası İddiaçı1 xüsusi mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2014-cü il 1 noyabr tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. İddiaçı1 (icarəyəverən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 2017-ci il 30 mart tarixli icarə müqaviləsinə əsasən, icarəyəverən ünvan 2 ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 15 kv.m olan icarə obyektini icarəçinin istifadəsinə vermişdir. Müqaviləyə əsasən, müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq icarə sahəsini yararlı vəziyyətdə saxlamaq və icarə haqqını vaxtında ödəmək, ic arə sahəsini texniki qaydalara müvafiq istismar etmək, icarə sahəsində tikinti-quraşdırma işləri aparıldığı zaman sahəyə dəymiş ziyanı icarəçinin hesabına bərpa etmək icarəçinin vəzifələridir (müqavilənin 2.2.4, 2.2.5 və 2.2.7-ci bəndləri). 3. "xxxx" MMC-nin dəymiş maddi ziyanın və əldən çıxmış faydanın müəyyən edilməsi barədə 2022-ci il 16 avqust tarixli UNİ/A 06-636/22 nömrəli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dəymiş maddi ziyanın məbləği 2022-ci il 16 avqust tarixinə 11.490 manat, həmin qeyri-yaşayış binasına dəymiş ziyan nəticəsində əldən çıxmış faydanın məbləği 30.000 manat təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı1 (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ə rizəsi ilə 2023-cü il 1 mart tarixində məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dəymiş real maddi ziyanın əvəzi 11.490 manat və əldən çıxmış faydanın əvəzi 30.000 manat olmaqla, cəmi 41.490 manat ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinə əsasən, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin damında rabitə ötürücü antena quraşdırılmışdır. 2022-ci ilin may ayında cavabdehin əməkdaşları müqavilənin şərtlərini pozaraq damdan rabitəötürücü antenanı söküb aparmışlar. Nəticədə köhnə antenanın yerləşdiyi yer bərbad vəziyyətə düşmüş, dam örtüyü deformasiyaya uğramış, damın izolyasiya sistemi ya rarsız vəziyyətə düşmüşdür. Antenanın söküldüyü yerin təmir olunmaması nəticəsində zalların və çardağın tavanı yağış suyunun təsirindən zədələnmiş, suvağı və emulsiyası qopmuş, alçipan nəmdən deformasiyaya uğramış, tavanda ləkələr, divarda çatlar əmələ gəlmişdir. Suyun təsiri nəticəsində zalların divar kağızları qopmuş, elektrik sistemində qısaqapanma baş vermiş, spot işıqlar və elektrik yuvalarının bir qismi yararsız vəziyyətə düşmüşdür. Qeyd edilən çatışmazlıqların aradan qaldırılması üçün çardağın damında yenidən izolyasiya və beton işləri aparılmalı, zalların, kabinetin və çardağın tavanında alçipan və bərpa işləri görülməli, divar kağızları sökülərək yenisi ilə əvəz edilməli, spotlar, açar və yuvalar təmizlənməli, elektrik işləri görülməli idi. Dəymiş maddi ziyanın məbləği mütəxəssis rəyinə əsasən 2022-ci il 16 avqust tarixinə kimi 11.490 manat təşkil etmişdir. Eyni zamanda, cavabdeh tərəfindən quraşdırılmış rabitə ötürücü qurğunun yaydığı şüalanma normadan yüksək – 16,95 mkvt/sm təşkil etmişdir ki, bu da normadan artıq hesab edilir. Bu Azərbaycan Respublikası ETSN-nin X1 Monitorinq İdarəsinin 2022-ci il 3 avqust tarixli aktında qeyd edilmişdir. Şüalanmanın normadan artıq olması obyektin terrasında əyləşən müştərilərin sağlamlığına təsir etdiyindən həmin sahədə xidmətin göstərilməsi mümkün olmamışdır. Həmçinin obyektin damında antenanın söküldüyü yerin təmir edilməməsi nəticəsində zaldan və otaqlardan istifadə etmək mümkün olmadığından, iddiaçı 30.000 manat gəlir itirmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabd ehin təqsiri üzündən ona məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dəymiş real maddi zərərin əvəzi olaraq 14.646 manat və əldən çıxmış faydanın əvəzi kimi 30.000 manat olmaqla, cəmi 44.646 manat maddi zərərin, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 400 manat, mediasiya prosesi üçün ödənilmiş 203 manat, dövlət rüsumu kimi ödənilmiş 217 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, tərəflər arasında icarə münasibətləri olmuşdur. 2022-ci ilin aprel ayından etibarən iddiaçı dəfələrlə avadanlığın yerinin dəyişdirilməsini xahiş etmiş, son radan avadanlığın götürülməsini tələb etmişdir. Onlar da cavab olaraq avadanlığın götürüləcəyini bildirmiş, ziyan vurulmadan avadanlıqları daşımışlar. Avadanlıqlar damda yerləşirdi, odur ki, əmlaka ziyan dəyməsi mümkün deyil. Maddi ziyan ilə bağlı ekspert rəyi ilə razı deyillər. Rəydə dəymiş zərər ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə və ziyanın həcmi səhv göstərilmişdir. İddiaçı özü də bildirdiyi kimi onlara rəsmi müraciət etməmişdir. Özü də qeyd etmişdir ki, həmin vaxt zərərin həcmi 1.500 manat məbləğində idi. İddiaçı vaxtında müraciət etsə idi, yağan yağışlar nəticəsində su sızması bütün mərtəbəyə yayılmayacaqdı. Əldən çıxmış faydanı sübut edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-te xnikiəmtəəşünaslıq ekspertizasının 2023-cü il 24 avqust tarixli 10/3434 saylı ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin konstruktiv elementləri üzərində, yəni tavanı və divarları üzərində su sızma ləkələrinin olduğunu, həmçinin mülki iş materialında olan video və foto görüntülərdə həmin tikililərə suyun axmasının əks olunduğunu nəzərə alaraq, binanın dam örtüyündə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın (rabitə ötürücü antena) quraşdırılması və sökülməsi zamanı dam örtüyünün izolyasiya qatının zədələnməsi nəticəsində həmin hissədən, iddiaçıya məxsus qeyriyaşayış sahəsinin damından su axdığı və nəticədə həmin qeyri-yaşayış sahəsinə (dama, eləcə də damın altındakı sahələrə) ziyan dəydiyi müəyyən edilmişdir. Qeyri-yaşayış sahəsinin 1, 2 və 5 saylı ti kililərinin daxilində təmir işlərinin aparıldığı müəyyən edilmişdir. Su sızma nəticəsində qeyri-yaşayış sahəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2.680 manat məbləğində, su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülmüş təmir-bərpa işlərinin təqribi dəyəri isə mövcud bazar qiymətlərinə uyğun olaraq 11.966 manat məbləğində müəyyən edilir (bu işlər tərəflərin qarşılıqlı təqdim etdiyi işlər və iş materiallarında olan məlumatlar əsasında müəyyənləşdirilmişdir). Rəyə tədqiq olunan evdə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunmuşdur.
10. Birinci instansiya məhkəməsinin iclasında foto-şəkillərin, səsli danışıqların və səsli video görüntünün qeyd edildiyi CD diskə baxış keçirilmiş, foto-şəkillər və səsli-video görüntülərə əsasən, ictimai iaşə obyektinin damında mobil telefon rabitəsinə aid texnoloji avadanlıq (rabitə ötürücü antena) quraşdırılmış, damın (rabitə ötürücü antenanın) ətrafına su axır, binanın dam örtüyündə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın (rabitə ötürücü antena) söküldüyü hissədən qeyri-yaşayış sahəsinin (ictimai iaşə obyektinin) damından su axır. Eyni zamanda CD-diskə əlavə olunan səsli fayl dinlənərkən müəyyən edilmişdir ki, iddiaçı müxtəlif vaxtlarda ictimai iaşə obyektinin damında quraşdırılmış mobil telefon rabitəsinə aid texnoloji avadanlığın (rabitə ötürücü antenanın) sökülərək götürülməsini dəfələrlə tələb etmiş, əks təqdirdə mütəxəssislərin iştirakı ilə aktlaşdırılaraq ö zü tərəfindən söküləcəyi barədə xəbərdarlıq etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli e-2-2(113)-1798/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 14.646 manat məbləğində pul vəsaiti, mediasiya xərcinin əvəzi olaraq 140 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə maddi zərərin məhz cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinin damından mobil telefon rabitəsinə aid texnoloji avadanlığın sökülməsi zamanı dam örtüyünün izolyasiya qatının zə dələnməsi nəticəsində vurulması, eləcə də həmin maddi zərəri aradan qaldırmaq üçün iddiaçının 11.966 manat məbləğində xərc çəkməsi və 2.680 manat məbləğində xərc çəkməli olması, yəni iddiaçıya dəymiş maddi zərərin məbləğinin cəmi 14.646 (11.966+2.680) manat təşkil etməsi öz təsdiqini tapmışdır. Hazırkı halda məhkəmənin həmin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
13. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh icarə sahəsində tikinti-quraşdırma işlərinin aparılması nəticəsində sahəyə dəymiş ziyanı öz hesabına bərpa etmək öhdəliyi daşıdığı halda həmin öhdəliyi lazımi qaydada icra etməmiş, yəni tərəflərindən avadanlığın sökülməsi zamanı zədələnmiş damın izolyasiya örtüyünü bərpa etm əmiş, nəticədə cavabdeh tərəfindən öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçıya 14.646 manat məbləğində real maddi zərər dəymişdir. Odur ki, real maddi zərərin əvəzi olaraq pul vəsaitinin tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 14.646 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
14. Zərərin həcminin iddiaçının təqsiri (damın zədələnməsi barədə iddiaçıya vaxtında məlumat verməməsi) üzündən artması barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, birincisi, cavabdeh zərərin məbləğinin damın izolyasiya qatında zədələnmənin aşkar edildiyi vaxtdan qısa müddət ərzində aradan qaldırılmaması nəticəsində artmasını sübuta yetirməmişdir. İkincisi, cavabdeh damın izolyasiya qatını n zədələnməsi barədə kifayət qədər uzun müddət ərzində məlumatlı olmasına baxmayaraq, hal-hazıradək damın bərpa edilməsi istiqamətində heç bir addım atmamış, bundan əlavə axırıncı məhkəmə iclasına qədər damın onlar tərəfindən avadanlığın sökülməsi zamanı zədələnməsini ümumiyyətlə inkar etmişdir. Belə olan halda isə zədələnmənin iddiaçının onlara məlumat verməməsi səbəbindən vaxtında aradan qaldırılmaması barədə cavabdehin dəlilləri inandırıcı görünmür.
15. İddiaçının əldən çıxmış faydaya görə pul tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı işdə cavabdeh tərəfindən öhdəliklərin pozulması nəticəsində iddiaçıya real zərər vurulması müəyyən edilsə də, iddiaçı tərəfindən ona əldən çıxmış fayda formasında maddi zərər vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı ona əldən çıxmış fayda formasında zərər vurulmasını damın izolyasiya qatının zədələnməsi və damdan su axması nəticəsində qeyri-yaşayış sahəsinin zalından və otaqlarından istifadə etməsinin mümkün olmaması, nəticədə onun gəlir itirməsi ilə əsaslandırmaqla əldən çıxmış faydanın məbləğini "xxxx" MMC-nin 2022-ci il 16 avqust tarixli mütəxəssis rəyinə əsasən gəlirin işləmədiyi dövrlər üzrə aylıq (illik) icarə haqları məbləğində hesablamışdır. Halbuki iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə hər hansı bir cəhd etməsini, bunun üçün aktiv tədbirlər görməsini, məsələn, icarə verilmə ilə bağlı elan verməsini, potensial icarəçilərlə danışıqlar aparmasını, lakin damın təmir edilməməsi səbəbindən binanı icarəyə vermək hüququnu həyata keçirə bilməməsini, eləcə də hadisədən əvvəlki dövrdə qeyri-yaşayış sahəsinin icarədə olmasını və ya həmin dövrdə qeyri-yaşayış sahəsindən istifadədən əldə etdiyi gəlirləri sübut edə bilməmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 442, 443.1, 443.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 103.1, 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin olunmadığı hissədə ləğv olunmaqla əldə çıxmış faydanın əvəzi olaraq 30.000 manat ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsi hissəs ində ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 2-2(103)-249/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdehin apellyasiya şikayətinin məzmununa əsasən, cavabdeh iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ziyan dəyməsi faktını mübahisələndirmir. Apellyasiya şikayətində ziyanın həqiqətən cavabdeh tərəfindən quraşdırılmış telefon rabitəsinə aid texnoloji avadanlığın sökülməsi nət icəsində dəyib-dəymədiyi və real ziyanın məbləğinin yenidən ekspertiza təyin edilməklə araşdırılması xahiş edilmiş, bu məqsədlə cavabdehin nümayəndəsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət verilmişdir.
21. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 24 avqust tarixli 10/3434 saylı ekspert rəyindən görünür ki, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin izolyasiya qatının hansı səbəbdən zədələndiyinə dair sual qoyulmuş, ekspert sualı cavablandıraraq binanın dam örtüyünə telefon rabitəsinə aid texnoloji avadanlığın sökülməsi nəticəsində ziyan dəydiyini qeyd etmişdir. Eyni zama nda, ekspert rəyi ilə ziyanın aradan qaldırılması üçün aparılmalı olan təmir bərpa işlərinin dəyəri (görüləcək işlər qeyd edilməklə) müəyyən edilmişdir. Rəyə fotoşəkillər əlavə edilməsə də, işdən görünür ki, ekspert tərəfindən tədqiqat obyektinə 2023-cü il 24 iyul tarixində baxış keçirilərək rəy tərtib edilmişdir. Bundan əlavə, zədələnmiş dam örtüyünün fotoşəkilləri olan maddi sübut (CD disk) iş materiallarına əlavə edilmişdir. Hazırkı halda cavabdeh təkrar ekspertiza keçirilməsi barədə vəsatətdə məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün hər hansı əsas qeyd etmədiyindən vəsatət əsassız hesab edilərək təmin edilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən, iddianın təmin edildiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar mövcud deyil.
22. Məhkəmə kollegiyası həmçinin birinci instansiy a məhkəməsinin əldən çıxmış faydaya görə pulun tutulması barədə iddia tələbi ilə bağlı mövqeyi ilə də razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq "xxxx" MMC-nin mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, rəydə iddiaçının illik icarə haqqının hansı sənədlər əsasında hesablandığı qeyd edilməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini birinci instansiya məhkəməsi ilə eyni maddi və prosessual hüquq normalarına istinad edərək əsaslandırmışdır.
24. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddiaçıya məxsus qeyri-yaşayış binasına vurulmuş ziyan nəticəsində əldə çıxmış faydanın əvəzi olaraq 30.000 manat ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Cavabdeh kass asiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
26. MM-in 1096.1, 1096.2, 1097.1-ci maddələri üzrə - Məhkəmə qətnaməsində qeyd etmişdir ki, əldən çıxmış faydaya görə pulun tutulması barədə iddia tələbi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən, əldən çıxmış gəlir hissəsində iddia təmin edilməməlidir. Bunu rəydə iddiaçının illik icarə haqqının hansı sənədlər əsasında hesablandığının qeyd edilməməsi ilə əsaslandırmışdır. Halbuki ekspert rəyində həmin gəlirin müəyyən edilməsi üçün istifadə edilən qaydalar və metodlar dəqiq göstərilmişdir. Belə ki, ekspert rəyinə görə gəlir yanaşmas ı - qiymətləndirmə obyektindən gözlənilən gəlirin müəyyən edilməsinə əsaslanan qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirilməsi metodlarının məcmusudur. Əmlakın gəlir metodu ilə bazar dəyərinin müəyyən olunmasının əsas mahiyyəti ondan ibarətdir ki, hər bir əmlakın dəyəri onun kommersiya təyinatı ilə istismarı nəticəsində gətirə biləcəyi gəlirin məbləğindən asılıdır. Əldən çıxmış faydanın hesablanması üçün obyektin gəlirlilik imkanları qeyri-müəyyən olduğundan bu metodun tətbiqindən imtina edilmişdir. Obyektin sahələrindən fəaliyyət nəticəsində əldə olunan gəlirin hesablanması ayrı-ayrılıqda mümkün olmadığından, ziyan dəymiş sahələrin aylıq icarə dəyərləri əsas götürülmüşdür. Bunun üçün uyğun satışların müqayisəli metodundan istifadə edilmişdir. Uyğun satışların müqayisəli yanaşması s övdələşmə qiymətləri məlum olan analoji obyektlə qiymətləndirmə obyektinin müqayisəsinə əsaslanaraq qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirilməsi məcmusudur. Qiymətləndirmə zamanı tikintinin əsas çəkisini təşkil edən materialların hesablanmasında bu metoddan istifadə edilib. Əldən çıxmış faydanın - obyektin icarə dəyərinin hesablanması üçün bu metoddan istifadə edilmişdir. Aparılmış təhlil və hesablamalar nəticəsində ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına dəymiş ziyan nəticəsində əldən çıxmış faydanın məbləğinin 2022-ci il 16 avqust tarixinə 30.000 manat təşkil etməsi müəyyən olunmuşdur. Ekspert bunu müəyyən edərkən iddiaçı ilə Sürəyya Novruzova arasında bağlanmış 2018-ci il 2 mart tarixli icarə müqaviləsini də nəzərə almışdır. Lakin məhkəmə tərəfindən ekspertin rəyində göstərilənlər nəzərə alınmamış və iddia əldən çıxmış gəlir hissəsində təmin olunmamışdır.
27. MPM-in 103.2-ci maddəsi üzrə - 2022-ci il 16 avqust tarixli UNİ/A06-636/22 nömrəli mütəxəssis rəyindən görünür ki, qeyri-yaşayış binasına dəymiş ziyan nəticəsində əldən çıxmış faydanın məbləği 2022-ci il 16 avqust tarixinə 30.000 manat təşkil edir. Məhkəmə qeyd edilən rəyin həmin hissəsini sübut kimi qəbul etməmiş, lakin hansı səbəbdən qəbul edilməməsini əsaslandırmamışdır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
28. MM-in 21-ci maddəsi üzrə - İddiaçı tərəfindən ona məxsus obyektə dəymiş ziyanın cavabdehə məxsus avadanlıqların çıxarılması nəticəsində baş verməsi sübut edilməməsinə baxmayaraq, məhkəmə iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, id diaçı ona məxsus obyektə ziyan dəysə belə, bu barədə cavabdehə yazılı məlumat verməmişdir. Buna görə də, iddiaçı özü ona ziyan vurulmasına və ziyanın artmasına şərait yaratmışdır. Əgər avadanlıqların götürülməsi zamanı iddiaçıya məxsus obyektə ziyan vurulsaydı, o bunu dərhal bildirə bilərdi, avadanlıqların götürülməsi barədə aktda bu barədə qeyd aparardı. Əlavə olaraq avadanlıqlar götürüldükdən sonra da iddiaçı ona ziyan vurulması ilə bağlı cavabdehə rəsmi müraciət etməmişdir.
29. MPM-in 102-ci maddəsi üzrə - Göstərilən prosessual hüquq normasının tələbi pozulmuş, təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə cavabdehin vəsatəti təmin edilməmişdir. Ekspert rəyində ziyanın nədə ifadə olunduğu, damın hansı hissəsindən axdığı, ziyanın birbaşa avadanlıqların götürülməsi, yo xsa yağış yağması nəticəsində olub-olmaması, ehtimal edilən ziyanın törədilmə vaxtı göstərilməmişdir. Bundan əlavə, ekspert rəyində qeyri-yaşayış sahəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülmüş və görülməli olan işlərin birbaşa cavabdeh tərəfindən vurulmuş ziyanla səbəbli əlaqəsinin olub-olmaması müəyyən olunmur. Belə olan halda, iddiaçı ziyanla bağlı olmayan, obyektinə çəkdiyi digər xərclərin, məsələn cari təmir işlərinin də cavabdeh tərəfindən ödənilməsini tələb edə bilər. Bundan başqa, ekspert rəyində dəymiş ziyanın miqdarı da həddən artıq şişirdilmişdir. Belə ki, rəyə əlavə edilmiş görülmüş işlərə dair smetadakı işlərin haradan götürüldüyü məlum deyildir. Fotoşəkillərdə həmin hissələrin zədələndiyi görünmür. Şəkillərdən görünür ki, həmin qeyri-yaşayış sahəsinin di varının divar kağızı olmamışdır. Lakin ekspert nədənsə qeyri-yaşayış sahəsinə divar kağızı çəkilməsi qənaətinə gəldiyi üçün həmin məbləğ də cavabdehdən tələb edilir. Smetanın 6cı hissəsində tavana 1 kv.m-nin dəyəri 10 manat olan 95 kv.m 0,60X0,60 m ölçüdə bəzəkli lövhələrin çəkildiyi qeyd edilmiş və həmin məbləğ də görülmüş işlərə aid edilmişdir. Bundan başqa, iddiaçının özünün təqdim etdiyi mütəxəssis rəyi və fotoşəkillərdən görünür ki, qeyri-yaşayış sahəsinin metlaxına ziyan dəyməmişdir. Lakin ekspert heç bir əsas olmadan metlaxın da dəyişdirildiyini qeyd edərək, həmin xərci də qüsurun aradan qaldırılması üçün çəkilmiş xərc kimi nəzərə almışdır. Rəydə həmçinin elektrik xəttinin bərpası dəyəri 700 manat göstərilmiş, lakin bu məbləğ də əsaslandırılmamışdır. Yalnız qiymətinin müqavilə yolu ilə olduğu göstərilmişdir. Bundan başqa, rəyə əlavə edilmiş su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri ilə bağlı smetada göstərilən işlərin digər smetada da göstərildiyi müəyyən edilir. Belə ki, tavandan köhnə 0,60x0,60 m ölçüdə lövhələrin sökülməsi və tavana yeni ölçüdə lövhələrin quraşdırılması həm görülmüş, həm də görülməli olan işlər kimi göstərilmişdir. Əlavə olaraq, rəyə fotoşəkillər əlavə edilmədiyi üçün ekspertin görülməli işləri necə fiksasiya etdiyi müəyyən olunmur. Ola bilər ki, ekspert görülməli olmayan işləri də görülməli işlər kimi qeyd etmişdir. Lakin məhkəmə heç bir əsaslandırma olmadan, yalnız iddiaçının fikrinə istinad edib təkrar tikinti ekspertizası təyin etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. Kassasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən əldən çıxmış fayda tələbi ilə bağlı iddianın təmin edilmədiyi hissədə, cavabdeh tərəfindən isə bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzə rinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....”
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edil dikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası aşağıdakı səbəb lərdən hər iki kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə:
36. İddiaçının dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, əldən çıxmış fayda obyektin icarə dəyərinin hesablanması metodu ilə müəyyən edilmişdir. İddiaçı öz mövqeyini məhkəməyə təqdim etdiyi 2022-ci il 16 avqust tarixli UNİ/A06-636/22 nömrəli mütəxəssis rəyi ilə əsaslandıraraq göstərmişdir ki, iddiaçı ilə Sürəyya Novruzova arasında bağlanmış 2018-ci il 2 mart tarixli icarə müqaviləsini də nəzərə almışdır. Məhkəmə isə qeyd edilən rəyin həmin hissəsini sübut kimi qəbul etməmiş, lakin hansı səbəbdən qəbul edilməməsini əsaslandırmamışdır.
37. Əvvəla, birinci instansiya məhkəməsi sözügedən rəyin mötəbər sübut olamaması ilə bağlı öz mövqeyini belə əsaslandırmışdır ki, iddia çı sözügedən qeyri-yaşayış sahəsinin icarə verilməsinə hər hansı bir cəhd etməsini, bunun üçün aktiv tədbirlər görməsini, məsələn, icarə verilmə ilə bağlı elan verməsini, potensial icarəçilərlə danışıqlar aparmasını, lakin damın təmir edilməməsi səbəbindən binanı icarəyə vermək hüququnu həyata keçirə bilməməsini, eləcə də hadisədən əvvəlki dövrdə qeyri-yaşayış sahəsinin icarədə olmasını və ya həmin dövrdə qeyri-yaşayış sahəsindən istifadədən əldə etdiyi gəlirləri sübut edə bilməmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi də göstərmişdir ki, sözügedən mütəxəssis rəyində iddiaçının illik icarə haqqının hansı sənədlər əsasında hesablandığı qeyd edilməmişdir.
39. Beləliklə, iddiaçı ilə digər şəxs arasında bağlandığı bildirilən 2018-ci il 2 mart tarixli icarə müqaviləsinin mövcudluğu işə bax an məhkəmələr tərəfindən ümumiyyətlə müəyyən edilməmişdir və iş materiallarında da mövcud deyildir.
40. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi MM-in 443.4-cü maddəsinə (bax § 33) və ya digər normasına zidd olmamışdır. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə:
41. Cavabdehdehin kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə onunla bağlıdır ki, ziyanın cavabdehə məxsus avadanlıqların çıxarılması nəticəsində baş verməsi sübut edilməmişdir, iddiaçı ziyan barədə cavabdehə yazılı məlumat vermədiyindən iddiaçı özü ona ziyan vurulmasına və ziyanın artmasına şərait yaratmış, ekspert rəyi əsassız olduğundan təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə cavabdehin vəsatət vermiş, lakin vəsatət təmin edilməmişdir.
42. Ca vabdeh eyni məzmunlu dəlilləri aşağı məhkəmə instansiyalarında da bildirmişdir.
43. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinadən öz qətnaməsində göstərmişdir ki, binanın dam örtüyündə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın (rabitə ötürücü antena) quraşdırılması və sökülməsi zamanı dam örtüyünün izolyasiya qatının zədələnməsi nəticəsində həmin hissədən, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin damından su axdığı və nəticəsində həmin qeyri-yaşayış sahəsinə (dama, eləcə də damın altındakı sahələrə) ziyan dəymişdir.
44. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin izolyasiya qatının hansı səbəbdən zədələndi yinə dair sual qoyulmuş, ekspert sualı cavablandıraraq binanın dam örtüyünün telefon rabitəsinə aid texnoloji avadanlığın sökülməsi nəticəsində ziyan dəydiyi qeyd edilmişdir. Eyni zamanda, ekspert rəyi ilə ziyanın aradan qaldırılması üçün aparılmalı olan təmir bərpa işlərinin dəyəri (görüləcək işlər qeyd edilməklə) müəyyən edilmişdir. Rəyə fotoşəkillər əlavə edilməsə də, işdən görünür ki, ekspert tərəfindən tədqiqat obyektinə 2023-cü il 24 iyul tarixində baxış keçirilərək rəy tərtib edilmişdir. Bundan əlavə, zədələnmiş dam örtüyünün fotoşəkilləri olan maddi sübut (CD disk) iş materiallarına əlavə edilmişdir.
45. Cavabdeh qeyd olunanları tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə bağlı razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
46. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə cavabdehin vəsatətnin təmin edilməməsi ilə əlaqədar birinci instansiya məhkəməsi özünün müvafiq qərardadında (İ cild, i/v 72-76) vəsatətdəki dəlillərin ekspert rəyinin şübhə altına alınması üçün kifayət etmədiyini bildirərək təkrar ekspertizanın keçirilməsinə lüzum görməmiş, apellyasiya instansiyası məhkəməsi də MPM-in 102-ci maddəsinə istinadən göstərmişdir ki, cavabdeh həmin vəsatətdə məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün hər hansı əsas qeyd etmədiyindən vəsatət əsassız hesab edilərək təmin edilməmişdir.
47. Bununla bağlı nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayət inin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan işdə isə belə hallar mövcud deyildir.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə cavabdehin vəsatətni təmin etməməklə MPM-in 102-ci maddəsinin (bax § 34) tələblərini pozmamışdır.
49. İddiaçı ziyan barədə cavabdehə yazılı məlumat vermədiyindən ididaçının özünün ona ziyan vurulmasına və ziyanın artmasına şərait yaratmasına dair dəl illərinə gəldikdə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, birincisi, cavabdeh zərərin məbləğinin damın izolyasiya qatında zədələnmənin aşkar edildiyi vaxtdan qısa müddət ərzində aradan qaldırılmaması nəticəsində artmasını sübuta yetirməmişdir. İkincisi, cavabdeh damın izolyasiya qatının zədələnməsi barədə kifayət qədər uzun müddət ərzində məlumatlı olmasına baxmayaraq hal-hazıradək damın bərpa edilməsi istiqamətində heç bir addım atmamış, bundan əlavə axırıncı məhkəmə iclasına qədər damın onlar tərəfindən avadanlığın sökülməsi zamanı zədələnməsini ümumiyyətlə inkar etmişdir. Belə olan halda isə zədələnmənin iddiaçının onlara məlumat verməməsi səbəbindən vaxtında aradan qaldırılmaması barədə cavabdehin dəlilləri inandırıcı görünmür. Apellyasiya instansiyası məhkəməsi də aşağı instan siya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla onunla razılaşmışdır.
50. MM-in 21.3-cü maddəsinin (bax § 33) məzmununa görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
51. Lakin hazırkı halda zərərin yaranmasına və artmasına bilavasitə zərərçəkənin öz davranışının səsəb olması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
52. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (b ax § 34) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 34) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
53. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 2-2(103)-249/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 22(103)-249/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.