Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-496/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator iddia), əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh Firmasına qarşı “dəmir borunun sökülməsi, qanunsuz müdaxiləyə son qoyulması və əldən çıxmış fayda” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 mart tarixli e-2-2(104)-74/2025 nömrəli qətnaməsindən cavabdeh t ərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh Firmasına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən mağazasının qarşısına quraşdırdığı dəmir borunun cavabdehin hesabına sökülməsi, mağazanı işlətməyinə göstərdiyi qanunsuz müdaxiləsinə son qoyulması və əldən çıxmış fayda olaraq cavabdehdən 6.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Tovuz şəhəri Mərkəzi bazarında 0.0019 ha (19 kv.metr) torpaq sahəsi və həmin torpaq sahəsində 6 kv.metr dəmir konstruksiyalı mağaza iddiaç ıya məxsusdur, lakin cavabdeh onu həmin torpaq sahəsindən, qanunsuz olaraq çıxartmaq istəyir və mağazanı işlətməyə imkan vermir. Cavabdeh mağazaya gələn elektrik xəttini də qanunsuz kəsmişdir. Belə ki, cavabdeh qəsdən dəfələrlə mağazanın qarşısına mişar daşları və tullantı tikinti materialları tökmüşdür. İddiaçı isə hər dəfə tullantıları təmizləyib mağazanı işlətməyə çalışmışdır. Lakin cavabdeh həmin əməllərini dayandırmamış və sonuncu dəfə mağazanın qarşısını dəmir boru ilə bağlamışdır. Artıq 1 ildən çoxdur ki, iddiaçı mağazasını işlədə bilmir. Həmçinin iddiaçı mağazanı işlədən vaxtlarda hər ay orta hesabla 500 manat gəlir əldə edirdi. Cavabdeh artıq 1 ildən artıqdır ki, onu həmin qazancından məhrum etmişdir.
3. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının atası X3 uzun illə r firmanın istifadəsində olan ərazidə yerləşən dəmir konstruksiyalı mağazada ticarətlə məşğul olmuş və firma qarşısında öhdəliklərini yerinə yetirmişdir. Firma ərazisində aparılan abadlaşdırma işləri zamanı onunla keçirilmiş görüşlərdə Hüseynov mağazanın ona məxsus olduğunu, 2014-cü il tarixli çıxarış və texniki pasport əsasında sübut etməyə çalışsa da, həmin sənədlərin əraziyə aid olmadığı, təqdim olunmuş çıxarış və texniki sənədlərdə saxtakarlıq əlamətlərinin mövcudluğu qeyd edilmişdir. Nəticədə o, çıxarışda göstərilən əmlakı qızı hazırkı iş üzrə iddiaçının adına rəsmiləşdirmişdir. Lakin çıxarışda göstərilən ünvan və əmlak xüsusiyyətləri cavabdehin qanuni istifadə etdiyi və mülkiyyət sənədləri ilə təsdiqlənmiş 5.17 hektarlıq torpaq sahəsinə uyğun gəlmir. İddiaçının təqdim etdiyi çıxarışd a torpaq dövlət mülkiyyəti kimi göstərildiyi halda, mülkiyyət hüququnun iddia edilməsi və qeyri-yaşayış binası kimi təqdim olunan obyektin faktiki olaraq tikili xüsusiyyəti daşımaması iddianın əsassız və hüquqi baxımdan qüsurlu olduğunu göstərir. İddia ərizəsinə əlavə edilmiş çıxarış və texniki pasportda daşınmaz əmlakın ümumi sahəsi 6 m2, qalan ərazi isə torpaq kimi göstərilmişdir. Onların ərazisində isə olan dəmirdən quraşdırılmış mağaza sahəsi 19 m2 -dir. Çıxarışda daşınmaz əmlakın göstərilən ünvanın (Tovuz şəhəri, Mərkəzi bazarı) cavabdeh firmanın yerləşdiyi ünvana heç bir aidiyyəti yoxdur. Həmçinin iddiaçının cavabdeh tərəfindən ona zərər vurulması ilə bağlı bildirdikləri də həqiqəti əks etdirmir.
4. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildir mişdir ki, onlar bazarda söküntü işləri aparan zaman iddiaçı onlara maneə yaratmışdır. Cavabdeh tərəf təklif etmişdir ki, iddiaçının mağazasını öz hesablarına kənara qoysunlar, daha sonra iş qurtardıqda öz hesablarına yerinə qaytarsınlar. İddiaçı əvvəl buna razılıq versə də, sonradan razı olmamışdır. İddia ərizəsinə əlavə edilən sənədin həmin yerə aid olub-olmadığı dəqiq deyil. Həmin mağazaya dair sənəddə göstərilən ərazi onların istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının təqdim etdiyi çıxarışda ünvan kimi Tovuz rayonu, Mərkəzi bazarı göstərilmişdir, lakin onların adı "xxxx" Firmasıdır. Tovuz rayonunda onların bazarından başqa da bazar vardır və adı Turan bazarıdır. Onların torpaq sahəsi əvvəlki Sabir küçəsi, hazırki Musa Musayev küçəsində yerləşir. İddiaçının obyek ti onların sahəsi ilə üst-üstə düşmür. Ekspert rəyində 19 kv.m bütün dəmirdən olan örtülü obyekt göstərmişdir, lakin texniki pasportda belə deyil. Texniki pasportda 6 kv.m örtülü qalan hissəsi isə açıq sahədir. Boru isə onların öz torpağında yerləşdirilmişdir, iddiaçının mağazasına heç bir maneə törətmir. Boru iddiaçının pəncərəni açıb həmin obyektdən istifadə etməməsi üçün çəkilmişdir.
5. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 4 iyul tarixli e-2-2(115)-161/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2021-ci il 1 oktyabr tarixli ********** qeydiyyat nömrəli, **********68-06301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çı xarışa əsasən iddiaçıya məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən 6 kvadratmetr qeyriyaşayış binasının 0,50 metr məsafəsində cavabdeh tərəfindən quraşdırılmış dəmir borunun cavabdehin hesabına sökülməsi; 2021-ci il 1 oktyabr tarixli ********** qeydiyyat nömrəli, **********68-06301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən 6 kvadratmetr qeyri-yaşayış binasından mülkiyyətçi iddiaçının istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrlə bağlı hərəkətlərə son qoyulması və iddian qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – G.Quliyeva).
6. Birinci ins tansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2024-cü il 30 aprel tarixli 3-16-16/2-10/1326 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, iddiaçı tərəfindən iddia edilən və istifadəçi kimi təqdim olunan torpaq sahəsinin koordinatları **********68-06301 reyestr nömrəli çıxarışda olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiy a sistemi”nin (TEKUİS) məlumatlarına əsasən mərkəzi kolxoz bazarının (hazırkı iş üzrə cavabdeh firma) sərhədləri daxilində yerləşdiyi müəyyən edilir. Mərkəzi bazarın sərhədləri daxilində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binası ilə quraşdırılmış dəmir boru arasındakı məsafə 0,50 metr təşkil etdiyi və qeyri-yaşayış binasının fəaliyyəti üçün qapı və pəncərənin açılmasına maneçilik törətdiyi müəyyən edilmişdir.
7. Məhkəmə tərəfindən qeyd edilmişdir ki, 2021-ci il 1 oktyabr tarixli ********** qeydiyyat nömrəli, **********68-06301 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz şəhəri Mərkəzi Bazar ünvanında yerləşən 6 kvadrat metr qeyri-yaşayış binası mülkiyyət hüququ ilə i ddiaçıya məxsusdur. Həmin qeyri-yaşayış binası Mərkəzi bazarın (hazırkı iş üzrə cavabdeh firma) sərhədləri daxilində yerləşir. Qeyriyaşayış binası iddiaçı tərəfindən mağaza kimi istifadə edilmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan və mağaza kimi istifadə etdiyi qeyri-yaşayış binasının 0,50 metrliyində dəmir boru quraşdırmışdır. Quraşdırılmış həmin dəmir boru qeyri-yaşayış binasının fəaliyyəti üçün qapı və pəncərənin açılmasına, qeyri-yaşayış binasından mülkiyyətçinin istifadəsinə maneə yaratmışdır. Məhz həmin dəmir borunun qeyri-yaşayış binasının fəaliyyətinə maneə törətməsi üçün quraşdırılması tərəflərin izahatları ilə təsdiq edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə başqa maneələr də yaradıla bilə r.
8. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində əldən çıxmış fayda olaraq 6.000 manatın pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.5 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 mart tarixli 2-2(104)-74/2025 nömrəli qətnaməsi ilə apellyasiya şi kayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – R.Məcidov və L.Süleymanov).
12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, 2021-ci il 1 oktyabr tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunanlara görə, Tovuz şəhəri Mərkəzi Bazar ünvanında yerləşən 6 kvadrat metr qeyriyaşayış binası mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və həmin qeyri-yaşayış binası Mərkəzi bazarın (hazırkı iş üzrə cavabdeh firma) sərhədləri daxilində yerləşir. Qeyriyaşayış binası iddiaçı tərəfindən mağaza kimi istifadə edilmişdir. Araşdırma zamanı və ekspert rəyi ilə cavabdeh iddiaçının mülkiyyətində olan və mağaza kimi istifadə etdiyi qeyri-yaşayış binasının 0,50 metr liyində dəmir boru quraşdırması müəyyən olunmuşdur. Quraşdırılmış həmin dəmir boru qeyri-yaşayış binasının fəaliyyəti üçün qapı və pəncərənin açılmasına, qeyri-yaşayış binasından mülkiyyətçinin istifadəsinə maneə yaratdığından, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur.
13. Apellyasiya şikayətinin dəlillərindən biri “iddiaçı tərəfindən sökülməsi tələb edilən dəmir borunun cavabdehə məxsus olan torpaq sahəsində yerləşdiyi, həmin torpaq sahəsinə cavabdehin mülkiyyət hüququnun olması, sonuncunun dəmir boru quraşdırması ilə bağlı hərəkətində hər hansı hüquq pozuntusu olmaması” ilə bağlı olmuşdur.
14. Kollegiya qeyd etmişdir ki, MM-in 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir
15. İddiaçı tərəfindən cavabdehin mülkiyyət hüququ mübahisələndirilmir və şübhə altına alınmır. İddiaçının marağı mülkiyyətçisi olduğu əmlakdan sərbəst istifadə etməsinə cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılmasından ibarətdir. Cavabdeh dəmir borunu mülkiyyətçisi olduğu torpaqda basdırdığını bildirmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsində dəmir borunun basdırılmasında müəyyən məqsəd güdülməlidir. Cavabdehin torpaq sahəsində, özü də iddiaçının mağaza kimi istifadə etmiş olduğu qeyriyaşayış sahəsinin qarşısında quraşdırdığı dəmir boru onun təsərrüfat fəaliyyətindən irəli gələn maraq kimi qiymətləndirilə bilməz. Çünki cavabdehin özü də həmin dəmir borunun quraşdırılması zərurətini əsaslandıra bilməmişdir. Bu səbəbdən də kollegiya cavabdehin həmin hərəkətini hüquqdan sui-istifadə kimi qiymətləndirərək apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab etmişdir.
16. Apellyasiya şikayətinin “iş üzrə təkrar tikinti-texniki ekspertizasının təyin edilməsi” ilə bağlı dəlilinə gəldikdə kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, cavabdeh məhkəməyə ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim etməmişdir. Ona görə də kollegiya təkrar ekspertizanın keçirilməsini zəruri hesab etməmişdir.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin 2-ci bəndinə, MM-in 140, 152.1, 152.5, 152.6, 157.4 və 170.2-ci maddələrinə, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Məhkəmə kollegiyası birtərəfli qaydada iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə münasibətdə MM-in 152.5-ci maddəsində istinad etmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, götürülməsi tələb edilən b oru cavabdehin mülkiyyətində olan torpaq sahəsində quraşdırılmışdır. Kollegiya cavabdehin mülkiyyət hüququndan sərbəst istifadəsini qanunsuz hesab etmiş, lakin iddiaçının qeyri-yaşayış sahəsindən qanunsuz istifadə edib-etməməsini araşdırmamış, bu barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. İddiaçının qeyri-yaşayış sahəsinin mövcud ayna və qapısı binanın texniki şərtlərinə uyğun deyil. Hazırkı mübahisə üzrə hüququ pozulan tərəf cavabdehdir. Çünki, iddiaçı qanunsuz olaraq cavabdehin mülkiyyətində olan torpaq sahəsinə qapı və pəncərə açmışdır. İş materiallarında iddiaçının qeyri-yaşayış sahəsinə əlavə qapı və pəncərə açılmasına dair müvafiq İcra Hakimiyyətin orqanın razılığı yoxdur. İddiaçının qeyri-yaşayış sahəsindən istifadəsi yalnız bazarın yola baxan hissəsi ilə məhdudl aşmalıdır. Məhkəmə baxış iclasında cavabdehin nümayəndə və vəkilinin sözü kəsilmiş, məhkəmə araşdırması iddiaçının hüquqlarının müdafiəsinə istiqamətlənmişdir. Təkrar tikinti-texniki ekspertiza təyin edilməsi barədə apellyasiya şikayətinin dəlilinə formal mülahizə bildirilmiş və vəsatət təmin olunmamışdır. Birinci instansiya və apellyasiya məhkəməsi ekspertlər tərəfindən verilmiş müxtəlif rəylərə münasibət bildirməmişdir. Qeyd olunanlar nəticəsində Azərbaycan Respublikasının Konstitusiyası 25-ci maddəsinin İİİ hissəsi, MM-in 152.5-ci maddəsi, MPM-in 76, 88-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər
20. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qə tnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka ba şqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.” “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.”
23. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
176. Məhkəmə iclasında qayda 176.6. İşdə iştirak edən şəxslər, prosesin digər iştirakçıları və məhkəmə iclası zalında olan bütün şəxslər sədrlik edənin müəyyən etdiyi qaydaya və tapşırıqlara riayət etməyə borcludur.” “Maddə
392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası he sab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
26. Kassasiya şikayətində istinad olunan MM-in 152.5-ci maddəsi və prosessual hüquq normalarının pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində bu pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.
27. Həmin maddələrin tələblərinin pozulmasının işin faktiki hallarının tam araşdırılmaması, işin hallarına və sübutlara düzgün qiymət verilməməsi ilə əsaslandırılması isə əsassızdır.
28. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müə yyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən ayd ın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
30. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların q iymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində işin hallarını və sübutları qiymətləndirərək müəyyən etdiyi hallar üzrə istinad etdiyi maddi hüquq normalarını tətbiq etmişdir.
32. Bununla bağlı qeyd edilir ki, MM-in 152.5-ci maddəsində mülkiyyətçinin əmlakdan (əşyadan) sərbəst surə tdə sahiblik və istifadə etmək imkanı nəzərdə tutulsa da, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmamalı, yaxud hüquqdan sui-istifadə olmamalıdır.
33. MM-in 152.6-cı maddəsində isə müəyyən edilmişdir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
34. Məhkəmə tərəfindən də cavabdehin hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilmiş və ona görə də, gəldiyi nəticə tətbiq etdiyi maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur.
35. Cavabdehə münasibətdə bərabərlik hüququnun pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfə prosessual hüquqlarının həyata keçirilməsinə şərait y aradılmış və məhkəmə tərəfindən MPM-in 392.2-ci maddəsinə uyğun olaraq cavabdehin istinad dəlillərə qiymət verilmişdir.
36. Həmçinin qeyd edilir ki, məhkəmə iclasında qaydanı sədrlik edən müəyyən edir və məhkəmə zalında olan bütün şəxslər sədrlik edənin müəyyən etdiyi qaydaya və tapşırıqlara riayət etməyə borcludur.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: C avabdeh Firması tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 mart tarixli e-2-2(104)-74/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.