Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-498/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı iş üzrə Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələri arasında yaranan fikir ayrılıqlarına Ali Məhkəmədə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi, İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 20 iyun tarixli 2-2(115)-1377/2025 nömrəli qərardadına əsasən, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair iş üzrə Göygöl Rayon Məhkəməsi ilə Gəncə Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Göygöl Rayon Məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Köçkü kəndində yaşayan cavabdehin Hacıkənd meşəbəyliyinin 1 saylı dolayının 42-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.40 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Göygöl Rayon Məhkəməsinin 2025-ci il 29 may tarixli 2(066)-436/2025 nömrəli qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Mustafayev).
3. Məhkəmə müəyyən etmişdir ki, iş üzrə cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla adına ********** saylı VÖEN vardır. Hazırki tələb iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən meydana gələn kommersiya mübahisəsi olduğundan mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır.
4. Həmçinin qeyd edilmişdir ki, hazırkı mübahisəyə və tərəflərin subyektiv tərkibinə görə, mübahisə sahibkarlıq subyektlərinin özlərinin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn korporativ mübahisədir. Buna görə də həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 32.3, 32.4, 32.5, 403-1.1, 403-1.2 və 403-1.3-cü maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyə n edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr 10 nömrəli Qərarının 3, 11, 12 və 13-cü bəndlərinə istinad edərək məhkəmə hesab etmişdir ki, mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
6. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 20 iyun tarixli 2-2(115)-1377/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Quliyeva).
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı dövlət orqanı, cavabdeh isə vergi ödəyicisi olan fiziki şəxsdir. İddiaçı cavab deh tərəfindən özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulmasını, tikililərin sökülməsini və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçı dövlət orqanı ilə sahibkarlıq subyekti olan cavabdeh arasında yaranan mübahisə onların əşya hüquqi münasibətlərdən irəli gəlir. Tərəflər arasında hər hansı müqavilənin olması, mübahisənin müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlər olması müəyyən edilməmişdir.
8. MPM-in 24.2, 25.1, 26.1, 31.1 və 32.7-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr 10 nömrəli Qərarının 11, 12 və 25-ci bəndlərinə istinad edərək məhkəmə hesab etmişdir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq
9. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmə nin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə
31. Aidiyyət in dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir.
11. Belə ki, hazırki iş üzrə iddiaçı dövlət orqanı, cavabdeh isə fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir. İddiasnın predmetini isə əşya hüququndan i rəli gələn özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsindən ibarət tələblər təşkil edir. 12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 25-ci bəndində isə müəyyən edilmişdir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli ol madığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.
13. Bu baxımdan, hazırkı mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz, mübahisənin aidiyyəti ümumi məhkəməyə aiddir və ona görə də, iş Göygöl Rayon Məhkəməsinə göndərilməlidir.
14. Hazırkı mübahisənin sahibkarlıq subyektlərinin özlərinin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn korporativ mübahisə olması ilə bağlı Göygöl Rayon Məhkəməsinin gəldiyi nəticə isə əsassız olmuşdur.
15. Belə ki, MPM-də kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərin anlayışı və dəqiq dairəsi müəyyən edilməmişdir.
16. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 19-cu bəndində kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər aşağıdakı kimi müəyyən edilmişdir: təsi sçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqısatqısından ibarət tələblər.
17. Lakin həmin Qərarda belə mübahisələrə aid edilən bütün tələblərin tam və qəti siyahısı müəyyən edilməmiş və yalnız bu növ mübahisələrin subyekt dairəsi, habelə mübahisələrin xarakter və mahiyyətinə aydınlıq gətirilmişdir.
18. Belə ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərin subyektlərinə təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nüma yəndələri və hüquqi şəxs aid edilmişdir.
19. Belə mübahisələrin xarakter və mahiyyəti üzrə həlledici meyar kimi isə kommersiya hüquqi şəxsin fəaliyyəti müəyyən edilmişdir.
20. Kommersiya hüquqi şəxslərin fəaliyyəti dedikdə isə onların əsas məqsədi olan mənfəət götürməkdən ibarət fəaliyyət başa düşülür (MM-in 43.5-ci maddəsi).
21. Beləliklə, qeyd olunan subyektlər arasında kommersiya hüquqi şəxsin fəaliyyəti ilə bağlı mübahisələr kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər hesab edilir. Hazırki mübahisə isə həm subyekt, həm də xarakter və predmet baxımından kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə aid deyildir.
22. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikasının Ekolog iya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.