Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-5/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cavabdeh2nə qarşı iş üzrə QƏRAR 2-2(102)-5/2024 Açar sözlər: əmlakdan çıxarılma və kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Cavabdeh2nə qarşı sonuncunun tabeliyində olan ünvan 6 Musiqi Məktəbinə qarşı “mülkiyyətində olan əmlakdan çıxarılma və kompensasiyanın ödənilməsi” tələbinə dair i ş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 2-2(104)- 21/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ 1. 2007-ci il 26 yanvar tarixli Əmlakın Texniki İnventarlaşması Bürosu Müəssisə və X2 surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən tikinti altı sahəsi 936,8 m2, ümumi sahə 847,5 m2, əsas sahə 419,4 m2 və köməkçi sahə 421,1 m2 qeyri-yaşayış sahəsi Nəqliyyat Nazirliyi Azərbaycan X7 Texniki Qurğular və İnzibati binaların istismarı Trestinin balansında olmaqla, icarəçisi İddiaçı Tofiq qızı olmuşdur.
2. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 2007-ci il 19 fevral tarixli, 001254 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satıl masına dair” şəhadətnamənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 847,5 m2 olan qeyriyaşayış sahəsini İddiaçı satın almışdır. 3. 2007-ci il 22 may tarixli, 594 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin” alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi 1165,7 m2, sərbəst sahəsi 49,8 m2, olmaqla ümumilikdə 1215,5 m2 torpaq sahəsini 1139 manata İddiaçı Tofiq qızına satılmışdır.
4. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 2007-ci il 6 iyun tarixli, 000462 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi 1215,5 m2 olan torpaq sahəsi İddiaçı satın almışdır. 5. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında 0,12155 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 847,5 m2 olan əmlak kompleksi İddiaçı adına xüsusi mülkiyyət hüquqi ilə qeydə alınmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 19 noyabr tarixli 2(104)-1049/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “dövlət torpaq sahəsinin və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi və alqı-satqı əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Telman Hacıyev adına 2 nömrəli uşaq musiqi məktəbinin şərq hissəsində yerləşən torpaq sahəsinin və 6 sinif otağının cavabdeh İddiaçı adına “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət sahələrinin satılmasına dair” 000462 nömrəli, 2007-ci il 6 iyun tarixli şəhadətnamənin və “Dövlət torpaq sahəsinin və Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” 001254 nömrəl 2007-ci il 19 fevral tarixli şəhadətnamənin etibarsız hesab olunması və 2015-ci il 27 fevral tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömr əli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2020-ci il 9 sentyabr tarixli 2(043)-119/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 19 noyabr tarixli 2(104)-1049/2021 nömrəli qətnaməsi ilə isə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir (İİ cild, iş.v116).
7. Gəncə Şəhər Məhkəməsinin 2022-ci il 5 dekabr tarixli 2(125)-1998/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə v ə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı 2007-ci il 8 fevral tarixli 1121 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin qismən, 2007-ci il 6 iyun tarixli 000462 nömrəli “fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət sahələrinin satılmasına dair şəhadətnamə”nin qismən, 2007-ci il 19 fevral tarixli, 001254 nömrəli “dövlət torpaq sahəsinin və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə”nin qismən etibarsız hesab edilməsi və 2015-ci il 27 fevral tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışın qismən ləğv edilməsi barədə iddiası rədd edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Bi rinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı (bundan sonra – “iddiaçı”) 2018-ci il 8 avqust tarixdə cavabdeh Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sidqi Ruhulla küçəsindəki 4 nömrəli ünvanda yerləşən xüsusi mülkiyyətindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı 2018-ci il 17 oktyabr tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin Gəncə şəhəri, Kəpəz rayonu, Sidqi Ruhulla küçəsindəki 4 nömrəli ünvanda yerləşən xüsusi mülkiyyətindən çıxarılması, 2015-ci il 1 yanvar tarixdən 2018-ci il 18 oktyabr tarixədək olan dövr ərzin də ona məxsus mülkiyyətdən əvəzsiz olaraq istifadə edib qazanc əldə etdikləri üçün hər ilə görə 2000 manat olmaqla, ümumilikdə 8000 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (İ cild, iş.v31).
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında yerləşən ona məxsus xüsusi mülkiyyətdə ünvan 6 Musiqi Məktəbi yerləşmişdir. Dəfələrlə ona məxsus mülkdən onların çıxarılmasını xahiş etsə də heç bir nəticə verməmişdir. Hazırda yay vaxtı olmasını nəzərə alıb ona məxsus mülkiyyətin boşaldılması ilə əlaqədar həmin musiqi məktəbinin rəhbərliyinə rəsmi qaydada müraciət etsə də rəhbərlikdən ona heç bir cavab verilməmişdir. Bu səbəbdən 2018-ci il 23 iyul tarixdə təkrar müraciət etmiş və onun bu müraciətinə cavab verilməmiş, beləliklə də mülkiyyətindən istifad ə hüququ pozulmuşdur. Belə ki, musiqi məktəbi iddiaçının xüsusi mülkiyyətində olmuş və uzun illərdir əvəzsiz istifadə olunmuşdur. Tərəflər arasında hər hansı bir icarə müqaviləsi bağlanılmamış, şifahi razılaşma olmamış və iddiaçıya heç bir ödəniş edilməmişdir.
11. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
12. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2018-ci il 8 noyabr tarixli, 2(043)4222/2018 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (hakim – F.Mirabov).
13. Həmin qərardaddan iddiaçı şikayət vermiş, Kəpəz rayon Məhkəməsinin 2018-ci il 19 dekabr tarixli, 2(043)-4222/2018 saylı qərardadı ilə iddiaçının şikayəti təmin olunmayaraq şikayət işlər birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmi şdir (hakim – F.Mirabov).
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 22 yanvar tarixli, 2(104)-1125/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Kəpəz rayon Məhkəməsinin 2018-ci il 8 noyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Bayramov, hakimlər - L.Süleymanov və İ.Şəfiyev).
15. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 iyun tarixli, 2-2(083)-219/2019 saylı qərardadı ilə cavabdeh ünvan 6 Musiqi Məktəbi əsl cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Cavabdeh2 ilə əvəz edilmişdir.
16. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 iyun tarixli, 2-2(083)-219/2019 saylı qərardadı ilə İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Cavabdeh2nə qarşı əmlakdan çıxarılma və kompensasiyanın ödənilməsi tələbi nə dair iş üzrə icraat iddiaçı X4 İdarəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı özəlləşmənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək dayandırılmışdır (hakim – F.Hüseynov).
17. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 25 may tarixli, 2-2(115)-4/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir (hakim – R.Məmmədov).
18. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyun tarixli, 2-2(115)-4/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən əmlak kompleksindən çıxarılması qət edilm işdir (hakim – R.Məmmədov).
19. Məhkəmənin mövqeyi belə olmuşdur ki, ünvan 5 ünvanında yerləşən əmlak kompleksi iddiaçının mülkiyyətində olmaqla cavabdeh Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin həmin əmlak kompleksində yerləşməsi qanunsuz olmaqla iddiaçının mülkiyyət hüququnu pozmuşdur.
20. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, iddiaçı məhkəməyə kompensasiya məbləğini təsdiq edəcək hər hansı sübut təqdim etmədiyindən iddia kompensasiyanın ödənilməsi hissəsində təmin oluna bilməzdi.
21. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan son ra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 oktyabr tarixli, 2-2(104)-164/2022 saylı qərardadı ilə iş üzrə icraat Gəncə Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı şəhadətnamələrin qismən etibarsız sayılması və çıxarışın qismən ləğvi“ t ələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun qərar qanuni qüvvəyə minənədək dayandırılmışdır (sədrlik edən – Ə.Abdullayev, hakimlər – A.Bayramov və Ş.Rzaquliyev).
24. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 fevral tarixli, 2-2(104)-21/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
25. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli, 2-2(104)-21/2023 saylı qərardadı ilə birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən verilmiş cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cavabdeh2 tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi əsl cavabdeh Azərbaycan Respublikası Mədəniyyət N azirliyi Cavabdeh2 ilə əvəz edilmişdir.
26. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 2-2(104)-21/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin olunmaqla cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Cavabdeh2 tabeliyində olan Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən sahəsi 847,5 kv.m-dən ibarət əmlak kompleksindən çıxarılması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir (sədrlik edən – Ə.Abdullayev, hakimlər – A.İsgəndərova və A.Bayramov).
27. Məhkəmə kollegiyası bildirmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, ünvan 3 ünvanında 0,12155 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 847,5 m2 olan əmlak kompleksi (qeyri-yaşayış binası) iddiaçının adına xüsusi mülkiyyət hüquqi ilə qeydə alınmışdır. Sonuncu həmin əmlakın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Cavabdeh2 balansında olan ünvan 6 Musiqi Məktəbi tərəfindən zəbt edildiyini və əmlakdan istifadəyə dair ödəniş edilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
28. Məhkəmə kollegiyası tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publi k Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi X3 və tərəflərin nümayəndələrinin iştirakı ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən iddiaçının adına xüsusi mülkiyyət hüquqi ilə qeydə alınmış ünvan 3 ünvanında 0,12155 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 847,5 m2 olan əmlak kompleksinə baxış keçirilmiş, baxış zamanı qeyd edilən əmlak kompleksinin otaqlarından həmin ünvanda yerləşən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Cavabdeh2 balansında olan ünvan 6 Musiqi Məktəbi tərəfindən musiqi dərslərinin keçirilməsi məqsədi ilə faktiki olaraq istifadə olunduğu müəyyən edilmişdir.
29. Beləliklə tədqiq edilmiş sübutlar əsasında cavabdehin tabeliyində olan Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəl i Uşaq Musiqi Məktəbinin iddiaçının mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən sahəsi 847,5 m2 əmlak kompleksindən qanunsuz olaraq istifadə etməsi müəyyən olunmuşdur.
30. Məhkəmə kollegiyası iddia tələbinin 2015-ci il 1 yanvar tarixdən 2018-ci il 18 oktyabr tarixədək olan dövr ərzində iddiaçıya məxsus mülkiyyətdən əvəzsiz olaraq istifadə olunmaqla qazanc əldə etdikləri üçün hər ilə görə 2000 manat olmaqla, ümumilikdə 8000 manat kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə hüquqi qiymət verərək iddianın həmin hissədə təmin edilməli olmaması nəticəsinə gəlmişdir. Belə nəticənin əsası isə iddiaçının kompensasiya məbləğinin məhz göstərilən məbləğdə olması barədə məhkəməyə sübut təqdim etməməsindən irəli gəlmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, MM-in 152.1, 157.2, 157.4-cü maddələrinə, H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 sentyabr 2014-cü il tarixli Qərarına, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006 -cı il 30 mart tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 2007-ci il 27 sentyabr tarixli, “N.A və digərlərinin Türkiyəyə qarşı” iş üzrə 2007-ci il 9 yanvar tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.
32. Qətnamə 2023-cü il 10 iyul tarixdə iş üzrə tərəflərə göndərilmiş, qətnaməni 2023-cü il 20 iyul tarixdə rəsmi qaydada əldə etmiş cavabdeh ondan 2023-cü il 30 avqust tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
33. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam baxmamışdır. Məhk əmə sübutları tam araşdırmadan cavabdehin tabeliyində olan Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi iddiaçının mülkiyyətində olan ünvan 9 ünvanda yerləşən sahəsi 847,5 kv.m-dən ibarət əmlak komleksindən qanunsuz istifadə etməsi nəticəsinə gəlmişdir. İşdə olan sübutlardan görünür ki, 2 nömrəli Uşaq Musiqi Məktəbi iddiaçının mülkiyyətində olan 1- 4, 11, 20-23,34, 38-47 saylı otaqlarını istifadə edir və həmin otaqları musiqi məktəbi əmlak iddiaçının mülkiyyətində olmamışdan da əvvəlki tarixlərdən istifadə etmiş və bu istifadə qanunsuz olmamışdır. Məhkəmənin iddiaçının mülkiyyətində olan əmlakı musiqi məktəbi tərəfindən istifadəsinin qanunsuz istifadə kimi qiymətləndirməsi düzgün olmamışdır. İddiaçının mülkiyyətində olan ünvan 9 ünvanda yerləşən sahəsi 847,5 kv.m-dən ibar ət əmlak kompleksindən Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin qanunsuz istifadə etməsi kimi qiymətləndirən məhkəmə gələcəkdə iddiaçıya dəymiş ziyanın əvəzini tələb etməsi üçün şərait yaratmış olur. Beləliklə məhkəmə iddiaçıya məxsus əmlak kompleksindən cavabdehin istifadə etdiyi sahəni konkret olaraq göstərməmiş, bu hissədə sübütları düzgün qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesa b edilmişdir.
36. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “ M a d d ə 1
3. Mülkiyyət I. A zərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur....” “ M a d d ə 2
9. Mülkiyyət hüququ... İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur....”
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər....” 40. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 15 sentyabr tarixli Qərarında qeyd edilmişdir: “... Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyət də mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olma dan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur....” 41. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli qərarında göstərilmişdir: “... Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiy a etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir....”
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında göstərilmişdir: “... “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatda n asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər....”
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “N.A və digərlərinin Türkiyəyə qarşı” iş üzrə 2007-ci il 9 yanvar tarixli qərarında göstərilmişdir: “... demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarına xasdır. Qanunilik prinsipi onu nəzərdə tutur ki, milli qanunvericiliyin tətbiq edilə bilən hər bir norması kifayət qədər dəqiq, aydın, əlçatan, eyni zamanda tətbiq edilərkən onların nəticələri əvvəlcədən məlum olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiya nın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır....”
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.
3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEY İ
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax § 32) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
46. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
47. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə isə birbaşa göstərilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
48. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib h issəsi kimi müəyyən edilmişdir (Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsi).
49. Bu baxımdan, Konstitusiyanın 13 və 29-cu maddələrinə müəyyənləşdirilmiş yanaşma Azərbaycan Respublikasının qoşulduğu “İnsan Hüquqları və X1” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məzmununda da öz əksini tapmışdır.
50. Konstitusiya normalarından irəli gəlməklə MM-də də nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qo ymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (MM-in 152.1, 157.2, 157.4-cü maddələri).
51. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Polad2008” MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2021ci il 17 fevral tarixli Qərarında da məhz Konstitusiyanın yuxarıda göstərilən, mülkiyyət hüququnu tanıyan və ona təminat verən normalarından irəli gəlməklə “mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunması, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahi b olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları və heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsinə dair hüquqi mövqe əks olunmuşdur.
52. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdeh Azərbaycan Respublikasl Mədəniyyət Nazirliyinin Cavabdeh2 tabeliyində olan Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən sahəsi 847,5 kv.m-dən ibarət əmlak kompleksindən qanunsuz olaraq istifadə edir.
53. İşdən göründüyü kimi cavabdehin “dövlət torpaq sahəsinin və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi və alqı-satqı əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Telman Hacıyev adına 2 nömrəli uşaq musiqi məktəbinin şərq hissəsində yerləşən torpaq sahəsinin və 6 sinif otağının cavabdeh İddiaçı adına “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət sahələrinin satılmasına dair” 000462 nömrəli, 2007-ci il 6 iyun tarixli şəhadətnamənin və “Dövlət torpaq sahəsinin və Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” 001254 nömrəl 2007-ci il 19 fevral tarixli şəhadətnamənin etibarsız hesab olunması və 2015-ci il 27 fevral tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, 2007-ci il 8 fevral tarixli 1121 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin qismən, 2007-ci il 6 iyun tarixli 000462 nömrəli “fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət sahələrinin satılmasına dair şəhadətnamə”nin qismən, 2007-ci il 19 fevral tarixli, 001254 nömrəli “dövlət torpaq sahəsinin və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə”nin qismən etibarsız hesab edilməsi və 2015-ci il 27 fevral tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışın qismən ləğv edilməsi barədə iddia tələbləri də rədd edilmişdir (bax §6,7).
54. Göründüyü kimi, mübahisə iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasından cavabdehin qanunsuz istifadəsi ilə bağlı olmuş, işə aşağı instansiya məhkəmələrində baxılarkən cavabdeh onun iddiaçının xüsusi mülkiyyətində olan sahədən istifadəsinin qanunsuz olmamasına dai r hər hansı mötəbər sübutlarını təqdim etməmişdir.
55. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında müvafiq əsasların mövcudluğunu təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından apellyasiya instansiya məhkəməsi cavabdehin faktiki sahiblik və istifadə etdiyi müqavilədənkənar sahələri zəbt edilmiş sahələr kimi qiymətləndirərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir
56. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 43) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
57. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə koll egiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 2-2(104)-21/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.