Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-50/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X1 Cavabdehnə qarşı iş üzrə QƏRARI Açar sözlər: xidmət müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdehə qarşı "pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)783/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayd asında baxılmışdır. İşin halları
1. X2 ilə cavabdeh arasında bağlanmış 2022-ci il 27 avqust tarixli 54 nömrəli Xidmət müqaviləsinə əsasən, X2 mülkiyyətində olan texnikasını (Əlavə 1) bu müqavilədə müəyyən edilən şərtlər daxilində cavabdehin xidmətinə verməyi, sonuncu isə xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər.
2. X2 tərəfindən cavabdehə ümumilikdə 25.920 manat dəyərində yanacaq maşını ilə xidmətlərin göstərilməsinə dair 5 ədəd elektron qaimə təqdim edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. X2 (bundan sonra – “iddiaçı”) cavabdehə qarşı iddia ərizəsi ilə 2023-cü il 31 mart tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 27.621 manat və dövlət rüsumu olaraq ödənilmiş 200 manat pulun iddiaçının xeyrinə ödənilməsi barədə iddia ər izəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış 2022-ci il 27 avqust tarixli 54 nömrəli “Xidmət müqaviləsi”nə əsasən iddiaçı mülkiyyətində olan Kamaz markalı, 20EP404 dövlət qeydiyyat nişanlı yanacaq maşınını cavabdehin xidmətinə verməyi, cavabdeh isə maşının istifadəsinə görə hər ay 6.390 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə bir nömrəli əlavə, yəni razılaşma protokolu əsasında maşın cavabdehə təhvil verilmişdir. Müqavilə cavabdehin qanuni nümayəndəsi, direktoru X5 tərəfindən imzalanmışdır. Cavabdeh həmin vaxtdan, yəni 2022-ci il 27 avqust tarixindən etibarən maşını daimi olaraq istifadə etmiş, 2023-cü il 6 yanvar tarixində isə iddiaçıya təhvil vemişdir. Nəticədə cavabdeh maşını 4 ay 10 gün i stifadə etmişdir. Müqaviləyə əsasən 4 ay 10 gün üçün 27.621 manat ödəməli idi. Lakin cavabdeh heç bir xidmət haqqı ödəməmişdir. Nəticədə cavabdehin 27.621 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehdən borcun ödəməsi tələb edilsə də ödəyəcəyinə dair vədlər vermiş, lakin ödəməmişdir. Hətta, “Access Bank” vasitəsilə hesabına pul köçürməsi ilə bağlı ödəniş tapşırığının şəklini telefon vasitəsilə göndərmiş, lakin hesabına hər hansı məbləğdə pul köçməmiş və ödəniş tapşırığının da saxta olması məlum olmuşdur.
5. Cavabdeh 2023-cü il 26 may tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı borcun açıqlamasına dair heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı məhkəmə iclasında cavabdehin guya ki, rəhbərinin səs yazılarının olmasını və iddianı qəbul e tməsini bildirmişdir. İstinad edilən səs yazısı gizli yolla əldə edildiyindən sübut kimi istifadə oluna bilməz. Elektron qaimə-fakturalar göndərildiyi gündən 5 gün ərzində qəbul edilib-edilməməsindən asılı olmayaraq avtomatik sistem tərəfindən təsdiq edilir. İddiaçı tərəfindən birtərəfli qaydada təqdim edilən elektron qaimə-faktura tərəflər arasında borcun təsdiq edilməsini əsaslandırmaq üçün sübut qismində çıxış edə bilməz.
6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 26 may tarixli e-2-2(102)-2120/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 25.920 manat və mediasiya xərcinə görə 189,35 manat tutularaq iddiaçıya ödənil məsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
7. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, tərəflə r arasında bağlanmış 2022-ci il 27 avqust tarixli 54 nömrəli Xidmət müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan texnikasını (Əlavə 1) bu müqavilədə müəyyən edilən şərtlər daxilində cavabdehin xidmətinə verməyi, cavabdeh isə xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 25.920 manat dəyərində yanacaq maşını ilə xidmətlər göstərmiş, lakin cavabdeh tərəfindən iddiaçıya xidmətlərin haqqı ödənilməmişdir.
8. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi ye rinə yetirməmişdir.
9. İşin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, tərəflər arasında 2022-ci il 27 avqust tarixli 54 nömrəli Xidmət müqaviləsi bağlanılmışdır. İddiaçı cavabdehə 27.621 manat məbləğində satılmış malların dəyərinin ödənilmədiyini iddia etmişdir. İddiaçının dəlillərindən biri bundan ibarət olmuşdur ki, xidmətlərin cavabdehə göstərildiyi sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiq edilir.
10. Elektron qaimə-fakturalar faktiki olaraq 2022-2023-cü il tarixlərində cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir.
11. İş materiallarında olan müqavilə, elektron qaimə-fakturaların mövcud olması, cavabdeh tərəfindən o nlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
12. Vergi ödəyiciləri arasında olan münasibətlər zamanı xidmətlərin kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq xidmətlərin təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər.
13. Cavabdehin elektron qaimələr üzrə xidmətlərin göstərilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə xidmətlərin göstərilməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə g əlməyə əsas vermişdir ki, müqaviləyə əsasən ümumilikdə 25.920 manat dəyərində yanacaq maşını ilə xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmişdir.
14. Bundan başqa, iddiaçı 27.621 manat borcun ödənilməsini tələb etsə də, iş materiallarında olan elektron qaimələrinə əsasən, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 25.920 manat dəyərində yanacaq maşını ilə xidmətlərin göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir. Buna görə də tərəflər arasında bağlanmış 2022-ci il 27 avqust tarixli 54 nömrəli Xidmət müqaviləsinə əsasən 25.920 manat məbləğində borc iş materialları ilə təsdiq olunduğundan həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir.
15. Birinci instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan so nra – “MM”) 385.1, 386.1, 390.1, 442-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.5, 3.6, 3.7, 3.7.3, 3.9-cu bəndlərinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 80-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh apellyasiya şikayəti verməklə, həmin qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-783/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə 21.920 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflər arasında 2022-ci il 27 avqust tarixli 54 nömrəli xidmət müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil etmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də hazırki mübahisə MM-in icarə müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
19. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını MM-in 700.1-ci maddəsi təşkil etmişdir. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
20. Belə ki, iş materiallarında olan 5 ədəd elektron qaiməyə əsasən, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 25.920 manat dəyərində yanacaq avtomaşını ilə xidmətlərin göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir.
21. İnternet vergi idarəsinin e-qaimələrə aid şəxsi kabinetinə əsasən, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 5 ədəd elektron qaimənin bir ədədi cavabdeh tərəfindən təsdiqlənmiş, digərləri isə sistem tərəfindən təsdiqlənmişdir.
22. Göründüyü kimi, xidmət müqaviləsi üzrə yanacaq avtomaşını ilə xidmətlərin göstərilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi və bir hissəsini özünün təsdiq etdiyi elektron qaimələrlə təsdiq olunur.
23. Əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də yanacaq avtomaşını ilə ona xidmət göstərməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndə rilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir.
24. Bu isə cavabdeh tərəfindən iddiaçının yerinə yetirdiyi işlərin qəbul edilməsi və həmin işlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlmişdir.
25. Bundan əlavə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, yanacaq avtomaşının sürücüsü olub, Gəncə və Kəlbəcərdə yanacaq daşımasını həyata keçirib, əmək haqqını cavabdeh ödəməli idi, lakin ödəməmişdir.
26. Göstərilənlərə əsasən, iddiaçı xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
27. Bununla yanaşı, mübahisələndirilən hissədə iddia tam təmin edilə bilməz.
28. Belə ki, hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin məhkəmə iclaslarının audio-video yazılarına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı tərəf cavabdeh tərəfindən ona müqavilə üzrə 4.000 manat nağd şəkildə verildiyini etiraf etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin məbləğ nəzərə alınmamışdır.
29. Bu baxımdan, ödənilən həmin məbləğ də nəzərə alınmalı və cavabdehdən iddiaçının xeyrinə cəmi 21.920 manat tutulmalıdır (25.920 – 4.000 = 21.920).
30. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 11.1, 404.1, 404.2, 700.1-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə; MPM-in 13.4-c ü maddəsinə istinad etməklə əsaslandırmışdır.
31. Cavabdeh kassasiya şikayəti verməklə, həmin qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. MM-in 385.1, 425.1, 425.2-ci maddələri üzrə – İddiaçı borcun açıqlamasına dair heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Müqavilənin 3-cü bəndində ödənişlərin aparılması qaydası birbaşa göstərilmişdir ki, tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 10 iş günü ərzində bank köçürmə yolu ilə edilir. Lakin iddiaçı məhkəməyə hər hansı aktları təqdim etməmişdir. Elektron qaimə-fakturalar göndərildiyi gündən 5 gün ərzində qəbul edili b-edilməməsindən asılı olmayaraq avtomatik sistem tərəfindən təsdiq edilir. İddiaçı tərəfindən birtərəfli qaydada təqdim edilən elektron qaimə-fakturalar tərəflər arasında borcun təsdiq edilməsini əsaslandırmaq üçün sübut qismində qəbul edilə bilməz.
33. MPM-in 81 və 88-ci maddələri üzrə – Məhkəmə yalnız özünün düzgün olmayan, subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə maddi hüquq normalarından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
35. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, cavabdehdən tutulan pul vəsaitinin məbləği apel lyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək azaldıldığından hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edildiyi (cavabdehdən tutulan pul vəsaitinin qüvvədə saxlanıldığı) hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası)....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun i sə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlü kdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....”
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.... 1.5. Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona q əbz və ya çek verilir....
3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.6. Vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsd iq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir:... 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində;... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin d irektoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə q iymətləndirilməlidir.”
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı ol malıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. İddiaçı müqavilə əsasında yaranmış 27.621 manat borcun cavabdehdən tutulub iddiaçıya ödənilməsini xahiş etmiş, iddia qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərək cavabdehdən 21.920 manat məbləğində pul vəsaitinin tutulmasını qət etmişdir.
42. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, iddiaçı borcun açıqlanmasına dair he ç bir sənədi məhkəməyə təqdim etməmişdir. Müqavilənin şərtlərinə görə, tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 10 iş günü ərzində bank köçürmə yolu ilə edilir. Lakin iddiaçı məhkəməyə hər hansı aktları təqdim etməmişdir. İddiaçı tərəfindən birtərəfli qaydada təqdim edilən elektron qaimə-fakturalar tərəflər arasında borcun təsdiq edilməsini əsaslandırmaq üçün sübut qismində qəbul edilə bilməz.
43. Məhkəmə kollegiyası kassatorun həmin dəlilləri ilə aşağıdakı səbəblərdən razılaşmır.
44. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında 2022-ci il 27 avqust tarixli xidmət müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
45. Qətnamələrdən o da məlum olur ki, iddiaçı tərəfindən cavabdehə 5 ədəd elektron qaimə göndərilmiş, həmin elektron qaimələrdən biri cavabdeh tərəfindən təsdiqlənmiş, digərləri isə cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş 5 gün müddətində onlardan imtina edilmədiyindən sistem tərəfindən təsdiqlənmişdir.
46. Sistemin təsdiq etdiyi həmin 4 elektron qaimə ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı etiraz da bildirməmişdir.
47. Bu isə, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, cavabdeh tərəfindən iddiaçının yerinə yetirdiyi işlərin qəbul edilməsi və həmin işlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir.
48. Bundan başqa, cavabdeh birinci instansiyası məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində iddiaçının məhkəmə iclasında cavabdeh tərəfindən 4.000 manat pulun verilməsini etiraf etdiyini, lakin məhkəmənin bunu nəzərə almadığ ını bildirmiş, apellyasiya instansiyası məhkəməsi də həmin dəlili əsaslı hesab edərək aşağı məhkəmənin qətnaməsini dəyişdirmiş və cavabdehdən tutulan məbləğdən sözügedən 4.000 manatı çıxmışdır.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə 2022-ci il 20 aprel tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 39) görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmilə şdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
50. Baxılan işdə cavabdehin özü tərəfindən təsdiq edilmiş bir elektron qaimə ilə bağlı, habelə borc üzrə qismən edilmiş ödənişlər (cavabdehin öz təkidi ilə apellyasiya instansiyası məhkəməsinin ümumi borcdan faktiki ödəniş kimi çıxdığı 4.000 manat) ilə bağlı tərəflər arasında mübahisəli müqavilənin şərtlərinə uyğun olaraq hər hansı təhviltəslim aktının imzalanması, yəni tərəflər arasında formalaşmış işgüzar münasibətlərdə icranın təhvil-təslim aktları ilə rəsmiləşdirilməsi təcrübəsindən istifadə olunması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
51. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nətic ə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə (bax § 38) tamamilə uyğun olmuşdur.
52. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 40) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 40) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
53. Odur ki, kassasiy a şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-783/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-783/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.