Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-501/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ərizəçi “İddiaçı” Hüquq Şirkətinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müflis elan edilmə və əmlak inzibatçısının təyin olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Ərizəçi “İddiaçı” Hüquq Şirkətinin Cavabdeh MMC-nin “müflis elan edilməsi və əmlak inzibatçısının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 mart tarixli, 2-2(103)- 328/2022 saylı qətnaməsindən ərizəç i tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2020-ci il 30 may tarixli müqavilədən görünür ki, Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) ilə “İTP Group” şirkəti (bundan sonra – “Şirkət”) əməliyyatın aşağıda təsvir edildiyi kimi yekunlaşması üçün birgə müəssisə müqaviləsi (JVA Şirkətləri) bağlamaq qərarına gəlmişlər. Layihənin predmeti bütün köməkçi avadanlıq və infrastruktura malik 40 MV gücündə bir qaz turbinli elektrik stansiyasının inşasını ehtiva etmiş, layihənin maliyyələşdirilməsi üçün tələb olunan məbləğin ümumilikdə 50 milyon avro olması, JVA Şirkətlərinin kompleks quruluşunda əməliyyat məqsədi ilə, burada təsvir edilən mandatı bütün qanuni məqsədlər üçün və bütünlüklə məcburi olaraq qəbul etməsi, “İddiaçı” hüquq şirkətinin (b undan sonra – “ərizəçi”) təşkilatı, komponentlərinin ixtisaslaşması və komanda işinə inkişaf etdirdiyi münasibət sayəsində istənilən köməyin ən yaxşı şəkildə təqdim olunması müəyyən edilmişdir.
2. Müqavilənin 10-cu bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilənin təfsiri, etibarlılığı və icrası ilə əlaqədar yarana biləcək hər hansı bir mübahisə üçün Milan Məhkəməsinin müstəsna yurisdiksiyası tətbiq olunacaq.
3. Ərizəçi tərəfindən cavabdehə 2020-ci il 7 dekabr tarixdə pretenziya göndərilərək, 14 gün ərzində 1.794.000 avro borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. Ərizəçi 2021-ci il 24 sentyabr tarixdə cavabdehə qarşı ərizə ilə məhkəməy ə müraciət edərək, cavabdehin müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, cavabdeh və Şirkət arasında 2020-ci il 30 may tarixində cavabdeh və Şirkət köməkçi avadanlığa və infrastruktura malik 40MV gücündə bir qaz turbinli elektrik stansiyasının inşasını özündə ehtiva edən layihəni həyata keçirmək üçün bu müqavilə bağlanmışdır. Bu layihənin həyata keçirilməsi üçün tələb olunan məbləğ 50.000.000,0 avro təşkil etmiş, ərizəçi isə qeyd olunan fəaliyyətin icrası üçün öz xidmətlərini təqdim etmişdir. 2020-ci il 30 may tarixli müqavilənin 1-ci bəndinə əsasən kömək üçün aşağıdakı təyinat təklifi təqdim olunurdu: müqavilə sənədlərinin hazırlanması və müqavilənin girişində göstərilən məqsəd lərə çatmaq üçün lazım olan maliyyəni əldə etmək üçün cəlb edilməsinə yönəlmiş danışıqların sonunda İtaliya və xarici bank və maliyyə tərəflərin cəlb edilməsi, bir və ya daha çox orta uzun müddətli kreditin açılması və ya mövcud və ya yeni kredit xətlərinin uzadılması yolu ilə maliyyənin əldə edilməsinə yönəlmiş sözügedən tərəflərlə əlaqədar əməliyyat, bank daxilolmaları və ya xarici fakturalar üzrə danışıqlar aparılması və danışıqların yekunlaşdırılması, bu əməliyyatla bağlı müqavilələrin strukturlaşdırılması, danışıqların və zəruri görüşlərin təşkil edilməsi üzərinə götürmüşdür. Müqavilə üzrə ərizəçi üzərinə düşən öhdəliyi – cavabdeh üçün 50.000.000 avro məbləğində kredit xəttinin açılması öhdəliyini icra etmişdir. Cavabdeh üçün 120 ay müddətinə 50.000.000 avro məbləğində kredit xəttinin açılması nəzərdə tutulmuşdur. 2020-ci il 30 may tarixli müqavilənin 4-cü bəndinə əsasən əməliyyatın müvəffəqiyyətli olduğu halda Ərizəçiyə 3%-ə bərabər olan və cavabdehin xeyrinə açılan və ya iştirak etdiyi kredit xətlərinin məbləğinə bərabər olan pul məbləği ödənilməli idi. Hesablanmış pul məbləği 1.500.000 avro təşkil edirdi. ərizəçinin həyata keçirdiyi fəaliyyəti nəticəsində cavabdehə 50.000.000 avro məbləğində kredit xəttinin açılması təmin olunmuşdur. Yəni, müqavilə üzrə ərizəçi üzərinə düşdüyü öhdəliyi yerinə yetirmişdir. Cavabdehə təqdim olunmuş 047/2020 nömrəli invoysa görə ümumi ödənilməli olan məbləğ 1.794.000 avro təşkil etmişdir. Lakin bu müddətin keçməsinə baxmayaraq, cavabdeh razılaşdırılmış xidmət haqqını ödəməmişdir. Tərəflərindən cavabdehə pretenziya göndərilsə də, sonu ncu maddi durumunu əsas gətirərək öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Ərizəçidə digər kreditorlar və borclunun aktivləri barədə hər hansı məlumat mövcud olmamışdır.
6. Göstərilənlər cavabdehin ödəmə qabiliyyətinin olmaması anlamına gəlməlidir. Belə ki, “Müflisləşmə və iflas haqqında” Qanununun 3-cü maddəsinin c bəndinə əsasən borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Cavabdehin ödəmə qabiliyyətinin olmaması hazırkı ərizə üzrə bununla sübut olunur ki, borclu ərizəçi qarşısında olan öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir
7. Ərizənin maddi hüquqi əsası kimi “ Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 2, 3, 11-ci maddələrinə istinad olunmuşdur.
8. Cavabdeh tərəfindən ərizəyə qarşı etiraz təqdim olunmamışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 noyabr tarixli, e-2-2(113)-4757/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – F.Qasımov).
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, müflis elan olunma üçün borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmaması təsdiqini tapmalıdır. Hazırkı tələb borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi ilə əsaslandırıldığına görə ərizəçi tərəfindən göstərilən hal və borclunun aktivlərinin tələbin ödənilməsi üçün kifayət etmədiyi sübuta yetirilməli idi. Lakin, ərizəçi tərəfindən məhkəməyə qeyd olunan xüsu satlarla bağlı hər hansı sübut təqdim olunmamışdır. Həmçinin, ərizəçi tərəfindən cavabdehə qarşı pul tələbi barədə iddia irəli sürülməmişdir ki, tələb olunan pul məbləğinin tutulub-tutulmaması məsələsi də həmin iddia üzrə araşdırmanın predmeti ola bilər.
11. Gəldiyi nəticəni məhkəmə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 1, 2, 3, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 mart tarixli, 2-2(103)-328/202 2 saylı qətnaməsi ilə ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
14. Məhkəmə kollegiyası bildirmişdir ki, borclunun öhdəliklər üzrə borcunun mövcudluğu mübahisəsiz olmalı, mötəbər sübutlarla təsdiq edilməlidir. Əgər borclu onun müflis elan edilməsini tələb edən ərizəçi qarşısında hər hansı öhdəliyi olduğunu inkar edirsə, öhdəliyin mövcudluğunu sübut etmək vəzifəsi iddia irəli sürmüş tərəfin üzərinə düşür. Hazırkı halda cavabdeh ərizəçiyə hər hansı borcunun olduğunu qəbul etməmiş, cavabdehin qanuni təmsilçisi ərizəçinin məhkəməyə sübut olaraq təqdim etdiyi müqavilənin əslinin mövcud olmadığını, həmin müqavilənin rəsmiləşdirilməsini n başa çatmadığını, həyata keçirilməli olan layihələrlə bağlı müqavilələr ləğv olunduğu üçün cavabdeh tərəfindən də götürmək istədiyi kreditdən imtina olunduğunu bildirmişdir.
15. Həmçinin, ərizəçi tərəfindən məhkəməyə müqavilənin əsli təqdim olunmadığından, müqavilənin kserosurətindən onun üzərində hər üç müqavilə tərəfinin imza və möhürlərinin mövcudluğu müəyyən olunmamışdır.
16. Ərizəçi tərəfindən istinad olunan müqavilədə onun təfsiri, etibarlılığı və icrası ilə əlaqədar yarana biləcək hər hansı mübahisə üçün Milan Məhkəməsinin müstəsna yurisdiksiyasının tətbiq olunacağına dair şərt öz əksini tapmışdır ki, belə olan halda müqavilədən irəli gələn borcun mövcudluğunun araşdırılması da və buna hüquqi qiymətin verilməsi də Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətinə aid olmamışd ır. Cavabdehin ərizəçiyə borcunun olması isə İtaliya Respublikasının Milan Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilmədiyindən, cavabdehin qəbul etmədiyi borcla bağlı müflis elan olunmasına dair iddia tələbi əsaslı olmamışdır.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 1, 3-cü, MPM-in 78.1-1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 12 aprel tarixdə iş üzrə tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
19. Ərizəçi həmin qətnamədən 2022-ci il 10 iyun tarixdə kassasiya şikayəti verərək onun ləğv, ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikay ətinin dəlilləri 20. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbləri pozulmuşdur. Kassasiya şikayətində ərizəçi tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilmiş olması, cavabdeh tərəfindən isə müqavilə üzrə ödənişin həyata keçirilmədiyinə dair iddia tələbinin əsasları (bax yuxarıda § 5) qeyd olunmaqla əlavə olaraq bildirilmişdir ki, ərizəçi cavabdehə borcun ödənilməsinə dair pretenziya göndərmiş, cavabdeh isə göndərilən pretenziyaya cavab olaraq maddi durumunu əsas gətirməklə öhdəliyinin icrasından imtina etmişdir. Bununla da, cavabdehin ödəmə qabiliyyətinin olmadığı öz təsdiqini tapsa da, apellyasiya məhkəməsi göstərilən məsələyə lazımi hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə ərizəçi apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Müflisləşmə və iflas haqqında” müddəalarında nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası “ M a d d ə
1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması; Qanunun...” “ M a d d ə
2. İflas prosesinə başlanmasının ümumi qaydaları
1. İflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaql a, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir.
2. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir....
5. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər....” M a d d ə
3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılı r ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 mart tarixli, 2-2(103)-328/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
28. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, müflis elan olunma üçün borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmaması təsdiqini tapmalıdır. Hazırkı tələb borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi ilə əsaslandırıldığına görə ərizəçi tərəfindən göstərilən hal və borclunun aktivlərinin tələbin ödənilməsi üçün kifayət etmədiyi sübuta yetirilməli idi. Lakin ərizəçi tərəfindən məhkəməyə qeyd olunan xüsusatlarla bağlı hər hansı sübut təqdim olunmamışdır. Həmçinin, ərizəçi tərəfindən cavabdehə qarşı pul tələbi barədə iddia irəli sürülməmişdir ki, tələb olunan pul məbləğinin tutulub-tutulmaması məsələsi də həmin iddia üzrə araşdırmanın predmeti ola bilər.
29. Qanunvericilik iş üzrə tərəflərin istinad etdiyi halların onlar tərəfindən sübuta yetirilməsini nəzərdə tutduğu halda, ərizəçinin dəlilləri mötəbər sübutlarla öz təsdiqini tapmamış, apellyasiya məhkəməsi isə mövcud sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmışdır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməməklə düzgün nəticəyə gəlindiyindən və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 mart tarixli, 22(103)-328/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 mart tarixli, 2-2(103)-328/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.