Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-699/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi şəxsin iflas olunmuş hesab olunaraq ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı hüquqi şəxsin iflas olunmuş hesab olunaraq ləğv edilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 avqust tarixli 2-2(104)-177/2024 nömrə li qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli 2-2(115)-13/2020 nömrəli qətnaməsi ilə “Azsığorta" ASC-nin Cavabdeh MMC-yə qarşı sığorta ödənişinə dair tələbi təmin edilmiş, 27.567,4 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən “Azsığorta" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 4 mart tarixli 2-2-13/2020 nömrəli qərardadına görə, Gəncə şəhəri üzrə İcra idarəsinin 2023-cü il 6 noyabr tarixli qərarı ilə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilmədiyindən icra sənədi məhkəməyə qaytarılmışdır. Məhkəmənin qərardadı ilə “Azsığorta" ASC tərəfindən verilmiş şikayət təmin e dilmiş, Gəncə şəhəri üzrə İcra idarəsinin 2023-cü il 6 noyabr tarixli qərarı ləğv edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli 2-2(115)13/2020 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.
3. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumata görə, Cavabdeh MMC 2005-cı il 28 yanvar tarixində ********** nömrəli VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Nizamnamə kapitalı 2.00 manat göstərilmişdir. 4. “İqtisadiyyat” qəzetinin 9-15 may 2024-cü il tarixli buraxılışına görə, “Azsığorta" ASC-nin Cavabdeh MMC-yə qarşı müflis elan olunması ilə bağlı məhkəmə iclasının olmasına dair elan verilmişdir.
5. Apellyasiya icraatı zamanı təqdim edilən Gəncə Kommersiya Məhkəməsinin 2020ci il 3 sentyabr tarixli 2-2(115)-13/2020 nömrəli qətnaməsi əsasında tərtib edilən icra işinin materiallarına görə, Cavabdeh MMC-nin əmlakının və gəlirlərinin axtarılması barədə qərar qəbul edilmiş, rezident olan banklara müvafiq sorğular göndərilmiş, aktiv əmlakının olmadığı müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 21 noyabr tarixində "xxxx" MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iflas olunmuş hesab olunaraq ləğv edilməsini və 100 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı subroqasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, cavabdehdən “X1 Zavodu” MMC -yə dəymiş zərərin əvəzi miqdarında ödənilmiş 27.567,4 manat sığorta ödənişini və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli 2-2(115)-13/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, 27.567,4 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldığından icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 2023-cü il 6 noyabr tarixli qərarı ilə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilmədiyindən, icra sənədi məhkəməyə qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 4 mart 2-2(115)13/2020 nömrəli tarixli qərardadı ilə icra məmurunun sözügedən qərarı ləğv edilmiş, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Baş vermiş hadisədən və hadisə ilə bağlı cavabdehin mülki öhdəliyi yaranandan sonra cavabdehin təsisçisi kreditorları itkilərdən qorumamışdır. Əksinə təsisçi Nümayəndə3 borclu cavabdehin mülkiyyətində olan əmlakları özgəninkiləşdirmişdir. Bununla da mülki hüquqlarından suiistifadə etmişlər. Göründüyü kimi, borclu cavabdehin kreditor iddiaçıya ümumilikdə 27.597,4 manat borcu mövcud olmuşdur. Cavabdehin nizamnamə kapitalının məbləği 2 manat təşkil etmişdir. Cavabdehin iddiaçıya olan borc məbləği onun nizamnamə kapitalının 10%-dan çox hissəsini təşkil etmişdir. Buna görə də, borclu cavabdeh borc öhdəliklərini ödəmə qabiliyyəti olmaması səbəbindən iflas olunmuş hesab edilm əlidir.
8. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 3 iyul tarixli e-2-2(115)-832/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – G.Quliyeva).
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin ödəmə qabiliyyətinin olmaması ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Borclunun nümayəndəsi hüquqi şəxsin fəaliyyətinin dayandırıldığını, ödəmə qabiliyyətinin olmadığını bildirsə də bununla bağlı heç bir təsdiqedici sənədi məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında sığorta ödənişinin tutulması tələbi barədə məhkəmə (bax §1-2) mübahisəsi mövcud olmuşdur.
10. Mülki qanunvericilik məhkəmə qərarına əsasən əmələ gələn tələbin otuz il müddətində qüvvədə olmasını nəzərdə tutur. Belə olan təqdirdə məhkəmə qeyd etmişdir ki, sığorta ödənişi üzrə bo rcun ödənilməsi ilə bağlı öhdəliyini nəzərdə tutan 2020-cı il tarixli məhkəmə qətnaməsinin icrası müddəti bitməmişdir. Eyni zamanda məhkəmə iclasında həmin qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdiyi müəyyən edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 63.1 və 551.2.4-cü maddələlərinə; “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikasının Qanununun 1, 3, 10-1 və 11-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - "MPM") 10-1.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası mə hkəməsindəki icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 avqust tarixli 2-2(104)-177/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.İsgəndərova, hakimlər – R.Mamedov və A.Bayramov).
14. Məhkəmə qeyd etmişdir ki, cavabdehin ödəmə qabiliyyətinin olmaması ilə bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir. Həmçinin tərəflər arasında sığorta ödənişinin tutulması barədə məhkəmə mübahisəsi (bax §1-2) mövcud olmuşdur.
15. Kreditor həmin qətnamə üzrə əmələ gələn tələbin icra edilməsi üçün borclunun ödəmə qabiliyyətinin olmadığını və qətnamənin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsini bildirərək müflis elan olunmasını xah iş etmişdir. Halbuki, MM-in 551.2.4cü maddəsinə görə, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Göründüyü kimi mülki qanunvericilik məhkəmə qərarına əsasən əmələ gələn tələbin otuz il müddətində qüvvədə olmasını nəzərdə tutur. Belə olan təqdirdə məhkəmə qeyd etmişdir ki, sığorta ödənişi üzrə borcun ödənilməsi ilə bağlı öhdəliyini nəzərdə tutan 2020-cı il tarixli məhkəmə qətnaməsinin icrası müddəti bitməmişdir. Eyni zamanda məhkəmə iclasında həmin qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdiyi müəyyən edilmişdir.
16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 59.5, 63.1, 551.2 və 551.2.4-cü maddələrinə; “Müflisləşmə və iflas” haqqınd a Azərbaycan Respublikasının Qanununun 1, 3, 10-1 və 11-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 7 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 2018-ci il 19 aprel tarixli Plenum qərarına; MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Azərbaycan Respublikasının Konstitusiyası 26 və 71-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun 2004-cü il 23 aprel tarixli Qərarı, MMin 59.5, 63.1, 551.2, 551.2.4-ci maddələri, "Müflisləmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununun 1, 2, 3, 5, 10-1 və 11-ci maddələri üzrə - Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təkrarlayaraq heç bir mötəbər sübuta istinad etmədən cavabdehin ödəmə qabiliyyəti olmayan sayılması üçün iddiaçının istinad etdiyi qanunvericilik normalarında nəzərdə tutulmuş əsasların mövcud olmadığı barədə qənaətinə gəlmişdir. Lakin işdə olan sübutlar iddianın əsaslı olduğunu göstərir və məhkəmə özü də həmin sübutları qətnamədə göstərməsinə baxmayaraq, istinad etdiyi hüquq normalarını düzgün tətbiq etməmişdir.
19. Gəncə Kommersiya Məhkəməsinin qətnaməsinin (bax §1-2) 2020-ci il 24 dekabr tarixdən icra edilməməsi, ic ra məmurunun qərarı ilə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin aşkar edilməməsi əsası ilə 2023-cü il 6 noyabr tarixində geri qaytarılması və borclunun nizamnamə kapitalının cəmi 2 manat təşkil etməsi cavabdehin ödəmə qabiliyyəti olmayan sayılması və müflis elan edilməsi üçün kifayət qədər əsasların olduğunu sübut etmiş və məhkəmənin hansı əsasla “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmaması barədə nəticəyə gəlməsi qeyri-müəyyən olmuşdur. Bununla yanaşı məhkəmənin MM-in 551.2.4-cü maddəsinə istinad edərək, məhkəmə qərarı əsasında yaranan tələb hüququnun 30 il ərzində öz qüvvəsini saxlamasını və icra tədbirlərinin davam etdirilməsini əsas gətirib iddianın rədd edilməli olması barədə birinci instansi ya məhkəməsinin mövqeyi ilə razılaşması da olduqca ziddiyyətli və anlaşılmazdır.
20. Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərarı iddiaçının azad sahibkarlıq fəaliyyətində maneəsiz iştirakını, sığorta fəaliyyətindən gəlir əldə etmək imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırır, düzgün olmayan məhkəmə təcrübəsinin formalaşmasına zəmin yaratmaqla həm iddiaçının, həm də başqa sığorta şirkətləri tərəfindən azad sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində süni maneələr yaradır. Göstərilən hallar və işdə olan sübutlar məhkəmənin formal mülahizələr əsasında iddiaçının apellyasiya şikayətini təmin etmədiyini, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərini pozduğunu deməyə əsas vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqd im edilməmişdir. Kassasiya baxışının hədləri
22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının aşa ğıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikasının Qanununun 10-1 və 11-ci maddələrinə; Azərbaycan Resp “Maddə
59. Hüquqi şəxsin ləğvi... 59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər....” “Maddə
63. Hüquqi şəxsin müflis olması 63.1. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər....” “Maddə
551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.... 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il ke çdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir...” 25. “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etm əmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. “Maddə 10-1. İflas haqqında iş üzrə məhkəmə baxışı İflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. “Maddə
11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri
1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə.
2. Məhkəmə iclasında baxılan iflas haqqında iş mahiyyətcə həll olunmadıqda məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aş ağıdakılar haqqında müvafiq qərar çıxarır: a) işə baxılmanın təxirə salınması barədə; b) iş üzrə icraatın dayandırılması barədə; c) işə xitam verilməsi barədə; ç) iddianın baxılmadan saxlanması barədə. Məhkəmə qəbul etdiyi qərarlarda borcların ödənilməsi tədbirlərinin, o cümlədən borclunun əmlakını təşkil edən aktivlərin müsadirəsinin dayandırılmasını (əgər bu təminatlı kreditorun hüquqlarını pozmursa) nəzərdə tuta bilər.
3. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Belə hallarda məhkəmə özünün müvafiq qərarında iflas haqqında əsas sız ərizə verilməsi nəticəsində borcluya və ya kreditora (kreditorlara) dəymiş ziyanın əvəzinin ödənilməsinə dair göstəriş verə bilər.
26. İcra haqqında Azərbaycan Respublikasının qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
13. İcra sənədlərinin icraya yönəldilməsi müddətləri 13.1. İcra sənədləri aşağıdakı müddətlərdə icraya yönəlməlidir: 13.1.1. bu Qanunun 13.1.3-2-ci, 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində; 13.1.2. iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları əsasında verilən icra vərəqələri - dərhal; 13.1.3. notariusun icra qeydləri və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti ola n orqanların (vəzifəli şəxslərin) qərarları - dərhal; 13.1.3-1. bu Qanunun 13.1.3-2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları – on gün ərzində; 13.1.3-2. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar – Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsində müəyyən edilmiş müddətlər ərzində. 13.1.4. beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri - üç il ərzində; 13.1.4-1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal; 13.1.4-2. bu Qanunun 13.1.4-3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, xarici və yerli arbitraj məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələri – bir ay ərzində; 13.1.4-3. arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası barədə məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal; 13.1.5. qısamüddətli mühafizə orderi və məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal. 13.2. Bu Qanunun 13.1-ci maddəsi ilə müəyyən olunmuş müddətlər aşağıdakı qaydada hesablanır: 13.2.1. Bu Qanunun 13.1.1-ci, 13.1.4-cü və 13.1.4-2-ci maddələrində göstərilmiş icra sənədlərinin (məhkəmə əmrləri istisna olmaqla) icraya yönəldilməsi zamanı - məhkəmə q ərarının qanuni qüvvəyə mindiyi yaxud onun icrasının təxirə salınması və ya icrasına möhlət verilməsi ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı vaxtdan, məhkəmə qərarı dərhal icra edilməli olduqda - onun qəbul edildiyi günün ertəsi günündən, məhkəmə qərarı dərhal icra edilməli olduqda - onun qəbul edildiyi günün ertəsi günündən; 13.2.2. məhkəmə əmrlərinin icraya yönəldilməsi zamanı - onların verildiyi vaxtdan 10 gün müddət keçdikdən sonra; 13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində göstərilmiş icra sənədlərinin icraya yönəldilməsi zamanı - müvafiq qərarın qəbul edildiyi vaxtdan. “Maddə
15. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissə-hissə icrası Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədini n icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Maddə
16. İcra hərəkətlərinin təxirə salınması 16.1. İcra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun əsaslandırılmış müraciətinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə salır. 16.2. İcra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə, habelə müvafiq məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) bildiriş göndərilir. 16.3. Tərəflər icra hərəkətlərinin təxirə salınması haqqında icra məmurunun qərarından onun surətini aldıqdan sonra 3 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 16.4. Məhkəmələrin cinayət işləri üzrə qərarlarının əmlakın alınmasına dair hissəsi üzrə icraatın təxirə salınması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 510-cu maddəsi ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Maddə
17. İcraatın dayandırılmasının məcburiliyi 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 1 7.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi ü zrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. “Maddə
18. İcraatın dayandırılmasının mümkün olduğu hallar 18.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.1. icra məmuru icra sənədinin verilməsi üçün əsas o lmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda; “Maddə
21. İcraatın dayandırılması haqqında məsələyə baxılması[56] 21.1. Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2. Bu Qanunun 18-ci maddəsində nəzərdə t utulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3. Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4. İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. 21.5. İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tər əfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 21.6. Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. 21.7. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. 21.8. Dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir.
27. Azərbaycan Respublikasını n Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Maddə
231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraa tın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması müvafiq 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hal larda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmə k hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. [328] 231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgü n olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehin ödəmə qabiliyyəti olmayan sayılması üçün qanunvericilik normalarında nəz ərdə tutulmuş əsasların mövcud olması barədə dəlilinə münasibətdə bildirir ki, müflisləşmə haqqında qanunvericilik normalarında borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması konkret olaraq sadalanmış, borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra olunmamasının müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılması üçün əsas olan hallarından biri kimi nəzərdə tutulmuşdur (bax §25). Hazırkı halda aşağı instansiya məhkəmələri müəyyən etmişlər ki, iddiaçı cavabdeh MMC-nin ödəmə qabiliyyətinin olmaması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
31. Digər tərəfdən aşağı instansiya məhkəmələri tərəfindən istinad olunan maddi hüquq normalarından biri də MM-in 551.2.4-cü maddəsi olmuşdur.
32. Bu maddənin mənasına görə məhkəmə qə rarına əsasən əmələ gələn tələb 30 il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.
33. Göstərilən bu normanın aşağı instansiya məhkəmələri tərəfindən istifadə edilməsinin doğru olmaması ilə əlaqədar kassasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun bəzi normalarına diqqət yetirilməlidir.
34. Belə ki, adı çəkilən Qanunun icra hərəkətlərinin həyata keçirilməsi müddətlərindən bəhs edən 12-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.
35. Bundan başqa, qeyd edilən Qanunun 13, 17, 18, 19 və 21-ci maddələrində icraatın dayandırılmasının məcburiliyi, onun mümkün olduğu hallar, dayandırılma müddətləri, icraatın dayandırılması haqqında məsələyə baxılması ilə bağlı qaydalar nəzərdə tutulmuşdur. O da vurğulanmalıdır ki, bu qəbildən olan məsələ MPM-in 231-ci maddəsinə uyğun qaydada həll edilir.
36. Hazırkı halda işdən göründüyü kimi birinci instansiya məhkəməsinin qərardadı ilə “Azsığorta" ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Gəncə şəhəri üzrə İcra idarəsinin 2023-cü il 6 noyabr tarixli qərarı ləğv edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli 2-2(115)-13/2020 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.
37. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə MM-in 551.2.4-cü maddəs inə istinad olunması məqsədə uyğun olmamışdır. Bununla belə, aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə digər maddi hüquq normalarına da əsaslandığından mübahisələndirilən qətnamənin dəyişdirilməsi üçün zərurət yaranmamışdır.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, mübahisəli hüquq münasibətlərinə tətbiq olunan maddi hüquq normaları (mətni üçün bax bu qərarın «Tətbiq edilən hüquq» hissəsi) ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 avqust tarixli 2-2(104)-177/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.