Məhkəmə qərarları › İş №2-2(102)-509/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-509/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-509/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR 2-2(102)-509/2023 Açar sözlər: borcun silinməsi və ödənilmiş borcun geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu sədrliyi və məruzəsi, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)-459/2023 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı QSC ilə Cavabdeh İB arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 2021-ci il 29 oktyabr tarixli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

2. Müqavilənin 2.1.8-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) qaz paylayıcısının vəzifəsidir. Müqavilənin 2.1.12-ci bəndinə əsasən “X2”nın 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qa z sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək qaz paylayıcısının vəzifəsidir.

3. Cavabdeh İB-nin Bakı Regional Qazın Satış Departamenti tərəfindən tərtib olunmuş 2022-ci il 31 yanvar tarixli ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktdan görünür ki, Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşən İddiaçı QSC-də qaz sayğacı işləmədiyi dövr ərzində istifadə olunan qazın günlük sərfiyyatı 2021-ci ilin dekabr ayının sərfiyyatına uyğun olaraq 8.855.7508.744.744=111.006 m3, 257.754-111.006=146.748 m3, 2022-ci ilin yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 146.748 m3, hesablanmış qaz sərfinin məbləği 32.284,56 manat müəyyən edilmişdir.

4. Cava bdeh İB-nin Bakı Regional Qazın Satış Departamenti tərəfindən tərtib olunmuş 2022-ci il 31 mart tarixli ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktdan görünür ki, Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşən İddiaçı QSC-də qaz sayğacı işləmədiyi dövr ərzində istifadə olunan qazın günlük sərfiyyatı 2021-ci ilin fevral ayının sərfiyyatına uyğun olaraq 230.086:28*31=254.736, 2022-ci ilin mart ayı üçün hesablanmış qaz sərfinin miqdarı 254.736 m3, hesablanmış qaz sərfinin məbləği 56.041,92 manat müəyyən edilmişdir.

5. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 2022-ci il 11 aprel tarixli aktdan görünür ki, həqiqətən Xəzər rayonu, Dübəndi şossesi ünvanında yerləşən İddiaçı QSC müəssisəsinə gedilmiş, müəssisənin nümayəndəsi Nəcəfo v Həsənağa ilə birgə baxış zamanı məlum olmuşdur ki, sayğacdan qaz keçir, lakin sərfiyyatı qeyd etmir.

6. Cavabdeh İB tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi” haqqında 2022-ci il 23 iyun tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı QSC-də olan sayğac müvəqqəti olaraq G-400 80102134 saylı qaz sayğacının əvəzinə quraşdırılmışdır.

7. Cavabdeh İB tərəfindən verilmiş 2022-ci il 2 avqust tarixli SS 29/1640-01560-1 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, ilk baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, korrektor sönmüş, impuls ötürücüsünün qulaqcığı qırıqdır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Ekranda A işarəsi var. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hi ssə işləkdir. 2022-ci il 24 yanvar tarixindən 2022-ci il 23 iyun tarixədək əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=5.11 bar, korreksiya olunmuş maksimal qaz həcmi 422 m3, korreksiya olunmamış qaz həcmi 236 m3 qeydə alınmışdır. Alarm zamanı sərfiyyat qeydə alınmamışdır. Arxivə əsasən son sərfiyyat 2022-ci il 27 aprel tarixində qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 1.83-1.90 bar civarında dəyişmişdir. Batareyanın istismar müddətinin sonuna 17 ay qalıb. Təyziq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təyziq çeviriciləri normaldır. Elektron göstərici Vt mexanik göstəcidən 49 m3 çoxdur. Xətalar normaya uyğun deyil. Batareya və impuls ötürücüsü tələb olunur.

8. İddiaçı QSC-nin abonent saldosundan görünür ki, Cavabdeh İB tərəfindən İddiaçı QSC-yə 2022-ci ilin yanvar ayında 32.284,56 manat, mart ayında 56.041,92 manat, oktyabr ayında 2.374,24 manat məbləğində akt əsasında borc hesablanmışdır. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında hesablanmış 90.700,72 manat məbləğində ümumi borcun 37.786,49 manat hissəsinin **********00000 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 52.914,23 manat hissəsinin isə **********00000 nömrəli abonent hesabına geri qaytarılması və rüsuma görə ödənilmiş 362,10 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəs i onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Dübəndi qəsəbəsi ünvanında yerləşən, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi (İstixana) 2021-ci il 29 oktyabr tarixli AMX4560/21 saylı müqavilə əsasında **********00000 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilmişdir. 2022-ci ilin yanvar ayına qədər tərəflər arasında hər-hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri həmişə iddiaçı tərəfindən vaxtında ödənilmişdir. 2022-ci ildə isə cavabdehlə aralarında mübahisə yaranmışdır. Belə ki, 2022ci il 31 yanvar tarixdə cavabdeh təşkilat tərəfindən ******* saylı akt tərtib edilərək sayğac göstəricisindən əlavə 32.284,56 manat, 2022-ci il 31 mart tarixli ******* saylı akt tərtib edilərək sayğac göstəricisindən əlavə 56.041,92 manat, 2022-ci ilin oktyabr ayında isə iddiaçıya təqdim ed ilməmiş akta əsasən 2374,24 manat məbləğində sayğac göstəricisindən əlavə borc hesablanmışdır. Göründüyü kimi üç akt əsasında iddiaçıya ümumilikdə 90.700,72 manat məbləğində borc hesablanmışdır. Sözügedən ilk iki aktla bağlı tərəflərindən cavabdeh təşkilata müraciət edildikdə onlara bildirmişlər ki, guya aktlar tərtib edilən aylarda istifadələrində olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Bundan başqa, aktlar əsasında hesablanmış borcun ödənilməsi tələb edilmişdir. İddiaçı anlaşılmazlıq olduğunu bildirdikdə, cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbir lərin görüləcəyini bildirmişlər. Eyni zamanda, hesablanmış borc ödənilməyəcəyi halda qazın verilməsinin dayandırılacağını da qeyd etmişlər. Havaların soyuq olduğu bir vaxtda istixanaya qazın verilməsinin dayandırılması məhsulun məhv olması deməkdir. Bu səbəbdən çıxılmaz vəziyyətdə olduqları üçün məcbur qalıb hesablanmış borcun ümumilikdə 52.914,23 manat hissəsini ödəmişlər.

11. Göründüyü kimi, cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək borcun bir hissəsini iddiaçıya ödətdirmişdir. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı və aldadıldığı iddiaçıya 2022-ci ilin oktyabr ayında aydın olmuşdur. Bundan əlavə, ilk iki aktdan əlavə iddiaçıya üçüncü akt (iddiaçıya təqdim edilməyib) əsasında 2374,24 manat məbləğində əlavə borc da hesablanmışdır. Aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi təbii ki, bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən 2022-ci il 31 yanvar tarixli ******* saylı aktın “digər qeydlər” hissəsində göstərilmişdir ki, “2021-ci ilin dekabr sərfiyyatına uyğun olaraq” 2022-ci ilin yanvar ayı üçün 32.284,56 manat əlavə borc hesablanmışdır. Abonent saldosundan göründüyü kimi, 2022-ci ilin yanvar ayında istifadələrində olan sayğacın göstəricilərinə əsasən 24.630,10 manat məbləğində təbii qazdan istifadə edilmişdir. Bu zaman sual yaranır ki, yanvar ayı sərfiyyatı sayğac vasitəsi ilə müəyyən olunduğu halda niyə ötən ilin dekabr ayının sərfiyyatı nəzərə alınmalıdır və əlavə borc hesablan malıdır? Sayğac tam saz vəziyyətdə olmuş və göstəricilərinə əsasən sərf edilən qazın həcmi müəyyən edilmişdir. 2022-ci il 31 mart tarixli ******* saylı aktın tərtibatında eyni qayda davam etdirilmişdir. Bu aktda 2022-ci ilin mart ayı üçün 2021-ci ilin fevral ayının sərfiyyatı nəzərə alınmışdır. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçıya əlavə borc hesablamışdır.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 31.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fe vral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 5.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 5.2-ci bəndlərinə istinad edilmişdir.

13. İddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 mart tarixli e-2-2(113)-453/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya əsassız olaraq hesablanmış 37.786,49 manat məbləğində borcun silinməsi və əsassız olaraq hesablanmış borca görə ödənilmiş 52.914,23 manat məbləğində pulun qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi, ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı işin yuxarıda göstərilən hallarına istinadən göstərmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2022-ci il 31 yanvar tarixli və 2022-ci il 31 mart tarixli aktlara əsasən hesablanmış, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında borcun hesablanmasına əsas kimi qaz sayğacının nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən az olması olduğunu bildirmişdir.

16. Məhkəmə hesab etmişdir ki, cavabdehin göstərilən aktlarda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir. Belə ki, cavabdeh 2022-ci il 31 yanvar və 2022-ci il 31 mart tarixli a ktlarla sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Əksinə cavabdehin qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 2022-ci il 2 avqust tarixli və qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 2022-ci il 31 yanvar və 2022-ci il 31 mart tarixli aktlar ilə müəyyən edilmişdir ki, qaz sayğacında mövc ud qüsur (elektron göstəricinin mexaniki göstəricidən az olması) sayğacın impuls ötürücüsünün nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, abonent saldosuna əsasən, qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 2022-ci il 31 yanvar tarixli aktda göstərilən müddət üçün (2022-ci il 1 yanvar tarixdən 2022-ci il 31 yanvar tarixədək) iddiaçıya sayğac göstəricilərinə əsasən 24.630,10 manat, 2022-ci il 31 mart tarixli aktda göstərilən müddət üçün (2022-ci il 1 mart tarixdən 2022-ci il 31 mart tarixədək) iddiaçıya sayğac göstəricilərinə əsasən 2199,56 manat borc hesablanmış və həmin borclar iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış qazın dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “X2”nın 5.2-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən 3.3-cü bəndinin tələblərinə ziddir.

18. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçıya 2022-ci ilin oktyabr ayı üzrə əlavə olaraq akt əsasında 2374,24 manat məbləğində sərfiyyat borcunun hesablandığını göstərmiş, lakin həmin aktı əldə edə bilmədiyi üçün təqdim edə bilməyəcəyini bildirmiş, həmin borcun da sayğacda olan nasazlıq səbəbindən hesablandığını göstərsə də, təmirə ehtiyacı olan sayğacın 2022-ci il 23 iyun tarixdə çıxarılıb yeni sayğacın quraşdırıldığı halda, bunun səbəbini izah edə bilməmiş, həmin borcun yaranmasının əsasını göstərə bilməmişdir.

19. Beləliklə, cavabdeh 2022-ci ilin oktyabr ayı üzrə hesablanmış borcun əsaslı olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış və 2022-ci il 23 iyun tarixdə çıxarılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddətlər üçün iddiaçıya “X2” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş qaza görə hesablanmış borc iddiaçı tərəfindən ödənildiyindən, iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır.

21. Məhkəmə qeyd etmişdir ki, işin araşdırılan hallarından cavabdeh tərəfindən iddiaçıya əlavə olaraq hesablanmış 90.700,72 manat məbləğində borc əsassız olduğundan, həmin borcun ödənilmiş 52.914,23 manat hissəsinin geri qaytarılması barədə iddiaçının tələbi əsaslıdır və həmin hissədə də təmin edilməlidir.

22. Məhkəmə öz mövqeyini MM-in 443.7-ci maddəsi, “X2”nın 5.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək, iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)-459/2023 saylı qətnamə si ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, abonentin saldosuna əsasən, iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2022-ci il 31 yanvar, 2022-ci il 31 mart və 2022-ci il oktyabr tarixli aktlara əsasən hesablanmışdır. Cavabdehin nümayəndəsi də borcun hesablanmasına əsas kimi qaz sayğacının nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən az olması olduğunu bildirmişdir.

26. Göründüyü kimi, cavabdehin hərəkətləri təkcə qaz sayğacının göstər icilərinin oxunmasından deyil, həm də elektron göstərici ilə mexaniki göstəricinin müqayisəli analizi və sayğacın yoxlanılmasından ibarət olmuş və bunun nəticəsində iddiaçıya ümumilikdə 90.700,72 manat borc hesablanmışdır.

27. Cavabdehin hərəkətləri Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıdan ödənilməsi tələb edilmiş 90.700,72 manat borcun hesablanmasına əsas olan aktlar (2022ci il oktyabr tarixli akt ümumiyyətlə məhkəməyə təqdim olunmamışdır) və həmin aktların tərtib edilməsinə əsas olmuş yoxlamalar qanunvericiliklə müəyyən edil miş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.

28. Belə olan halda isə həmin yoxlamalar nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

29. Göründüyü kimi iddiaçı tərəfindən 52.914,23 manat məbləğin ödənilməsi üçün hüquqi əsas olmamış və cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Ona görə də, iddiaçı həmin məbləğin geri qaytarılmasını, habelə 37.786,49 manat məbləğdə qaz sərfiyyatının hesablanması qanunsuz yoxlama nəticəsində tərtib edilmiş aktlar əsasında müəyyən edildiyinə görə öz hesabından silinməsini tələb etməkdə haqlıdır.

30. Bundan əlavə, kollegiya qeyd etmişdir ki, həmin aktlarda qeyd olunan faktların (sayğacının elektron göstəricisinin mexaniki göstəricidən az olması) faktiki mövcud olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməz.

31. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazlıqların iddiaçının hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə qəbul edilməlidir ki, qazın dəyəri səhv hesablanmışdır.

32. Eyni zamanda, iş materiallarından müəyyə n edilmişdir ki, həmin yoxlamalar keçirilənədək iddiaçıya təqdim olunmuş bütün hesab-fakturalar üzrə ödənişlər edilmişdir.

33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 439.4, 1091.1, 1091.2, 1092.1-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, 3.2, 13.1, 13.2, 13.3, 17.1, 20.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 2.3, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 2.11-1, 2.11-2, 5.2-ci bən dlərinə istinad etməklə əsaslandırmışdır.

34. Həmin qətnamə 2023-cü il 5 iyun tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

35. Cavabdeh 2023-cü il 4 avqust tarixində kassasiya şikayəti verməklə, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 36. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Ə sasnamə”nin 1.4, 1.5, 2.3-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3, 4.8, 5.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Bildirilir ki, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2” (Qaydalar) ilə tənzimlənir və Qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı Müqaviləsinə əsasən həyata keçirilir. Cavabdeh tərəfindən Qaydaların 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir və qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin v ə dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Hazırkı halda cavabdehin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız “X2”nın tələblərinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğacına baxış keçirilmişdir. 37. “X2”nın və tərəflər arasında imzalanmış müqavilənin müvafiq bəndlərinin tələblərinə əsasən cavabdehin əməkdaşları tərəfindən müəssisədə quraşdırılmış sayğacın göstəricilərinin oxunması zamanı sayğacın mexaniki hissəsinin işlək olduğu, lakin elektron hissədə problem yarandığı üçün qaz sərfiyyatını düzgün qeydə almadığı aşkar edilmişdir. Bu səbəbdən də 2022-ci ilin yanvar, mart və oktyabr ayında iddiaçının istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini tam qeyd etmədiyinə görə cavabdeh tərəfindən müvafiq aktlar tərtib edilərək qaz sayğacının mexaniki göstəricilərinə əsasən istehlak edilmiş təbii qazın həcmi müəyyən edilmiş və həmin sərfiyyatın dəyəri hesablanaraq istehlakçının hesabına daxil edilmişdir. İstehlakçı isə həmin məbləğlə razılaşaraq onun bir hissəsini ödəmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, cavabdehin əməkdaşları tərəfindən müəssisədə hər hansı bir yoxlama aparılmamış, sadəcə sayğac göstəriciləri oxunan zaman istehlakçıya məxsus sayğacda nasazlıq yarandığı aşkar edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Daha sonra isə tərtib edilmiş aktlar əsasında hesabat aparılaraq qüvvədə olan təbii qazın tarif dəyərinə əsasən istehlak edilmiş təbii qazın məbləği müəyyən edilmiş və istehlakçının hesabına əlavə edilmişdir. Sayğac göstər icilərinin oxunması ilə bağlı həyata keçirilən hərəkətlərin isə Reyestrdə qeydiyyata alınmasına zərurət yoxdur.

38. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, aktlarda qeyd olunan faktların (sayğacın elektron göstəricisinin mexaniki göstəricidən az olması) faktiki mövcud olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməz. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazlıqların iddiaçının hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə qəbul edilməlidir ki, qazın dəyəri səhv hesablanmışdır. Bununla bağlı bildirilir ki, “X2”nın 4.8-ci bəndinə əsasən qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Həmçinin, iş materiallarından da məlum olduğu kimi iddiaçıya 2022-ci ilin yanvar, mart və oktyabr aylarında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə (mexaniki göstərici) əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə almamış, həmin normaları hazırkı işə düzgün tətbiq etməmiş və düzgün olmayan qətnamə qəbul etmişdir.

39. MPM-in 77, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçı müəssisədə hər hansı bir yoxlama aparılmamış, sadəcə sayğac göstəricisi oxunan zaman istehlakçıya məxsus sayğacda nasazlıq olduğu aşkar edilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Odur ki, iş materiallarında yer almış və cavabdeh tərəfindən təqdim olunan sübutlar iddia tələbinin tamamilə əsassız olmasını təsdiq etdiyi halda, apellyasiya instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. İddiaçı tərəfindən cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, cavabdeh iddiaçının istifadəsində olan qaz sayğacı işləmədiyi üçün əlavə hesabat aparıldığını qeyd etmişdir. Həqiqətdə isə abonent saldosuna baxdıqda aydın görmək olar ki, mübahisələndirilən dövr ərzində, yəni 2022-ci ilin yanvar, fevral və oktyabr aylarında iddiaçının istifadəsində olan qaz sayğacının elektron hissəsi tam saz vəziyyətdə olmuş və istifadə edilən qazın hesabatını aparmışdır. Eyni zamanda, elektron hissə işləməsəydi, sayğacın elektron hissəsinin rəqəmləri dəyişməz olaraq qalardı, lakin mübahisələndirilən dövr üzrə sayğac göstəricilərinin istifadəyə uyğun dəyişdiyi aydın görünür. Bundan başqa, mübahisələndirilən dövr ərzində iddiaçının istifadəsində olmuş G400 markalı, 80102134 nömrəli qaz sayğacı 2022-ci il 23 iyun tarixdə çıxarılaraq yoxlamaya göndərilmişdir. 2022-ci il 2 avqust tarixli, SS 29/1640-01560-1 saylı yoxlama aktına əsasən 2022-ci il 24 yanvar tarixdən 2022-ci il 23 iyun tarixədək iddiaçının istifadəsində olmuş qaz sayğacının arxiv məlumatlarına əsasən sayğacın hesablama mexanizmi saz vəziyyətdə olmuşdur. Burada sual olunur: əgər sayğacın elektron hissəsi işləyibsə, nə səbəbdən iddi açıya külli miqdarda əlavə borc hesablanmasına dair aktlar tərtib edilmişdir? Göründüyü kimi, cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui-istifadə edərək istehlakçılara öz mülahizəsinə uyğun əlavə əsassız borclar hesablayır. Cavabdeh mübahisələndirilən dövr ərzində sayğacın işləmədiyini iddia etsə də, bununla bağlı heç bir sənəd, sübut təqdim edə bilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, tərtib edilmiş aktlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd şəkildə tərtib edilmişdir.

41. Qeyd edilənlərə əsasən cavabdehin kassasiya şikayəti əsassızdır və təmin edilməməlidir. IV.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş f aktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

45. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

439. Pul öhdəliklərinin icrası … 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsa sa və ya sonralar aradan qalxmış əsasa söykənir.” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə....” 46. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hal larda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə

13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar....” “Maddə

17. Yoxlamanın aparılması haqqında qərarın qəbul edilməsi 17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır....” “Maddə

20. Yoxlamanın aparılması 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir....”

47. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayı cı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” “İİ. Reyestrin aparılması prinsipləri... 2.3. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında, qarşı lıqlı məlumat mübadiləsini təmin edən qeydiyyat informasiya sistemi (bundan sonra - informasiya sistemi) vasitəsilə həyata keçirilir....” “V. Reyestrdən məlumatların verilməsi qaydası... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır....”

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “2. QAZ QURĞULARİNİN QAZPAYLAYİCİ ŞƏBƏKƏYƏ QOŞULMASİ, İSTİSMARA QƏBULU VƏ İSTİ SMARİ... 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....”

5. QAZİN DƏYƏRİNİN ÖDƏMƏ ŞƏRTLƏRİ... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz....”

49. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri Məcəlləsinin müvafiq... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri il ə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 23 may tarixli, 2-2(103)459/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

51. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, cavabdehin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız “X2”nın tələblərinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğacına baxış keçirilmişdir. Sayğac göstəricilərinin oxunması ilə bağlı həyata keçirilən hərəkətlərin isə Reyestrdə qeydiyyata alınmasına zərurət yoxdur.

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu tələblərinə görə yoxlamalar yoxlamaların vahid reyestrində qeydə alınmalıdır. Hazırkı halda, göründüyü kimi cavabdeh özü də iddiaçıya məxsus sayğaca baxış keçirildiyini qeyd etmiş, həmçinin işdən cavabdeh tərəfindən sayğacın çıxarılaraq yoxlamaya aparılması müəyyən olunmuşdur. Bu isə, cavabdehin hərəkətlərinin istinad olunan Qanunun və “Sahibkarlıq sahəsind ə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin də təsirir dairəsini düşdüyünü göstərir. Həmçinin, “X2n”da da qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

53. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə cavabdehin hərəkətləri təkcə qaz sayğacının göstəricilərinin oxunmasından deyil, həm də elektron göstərici ilə mexaniki göstəricinin müqayisəli analizi və sayğacın yoxlanılmasından ib arət olmamış, cavabdehin hərəkətləri Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamalara aid olmuş, lakin cavabdeh iddiaçının barəsində borcun hesablanmasına dair aktların tərtib edilməsinə əsas olmuş yoxlamalar qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.

54. Bununla yanaşı, cavabdehin qeyd etdiyi sayğacdakı nasazlıqların iddiaçının hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar da aşağı instansiya məhkəmələrinə təqdim olunmamışdır.

55. MPM-nin sübutetmə yükü ilə bağlı müddəa larında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

56. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyy ən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

57. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlil lərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 60. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

61. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməs i ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi).

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərinə yuxarıda göstərilən qaydada hüquqi qiymət verildiyindən, kassasiya şikayətinə qarşı etirazın dəlillərinə hüquqi qiymət verilməsi zərurəti aradan qalxmışdır.

64. Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

65. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 23 may tarixli, 2-2(103)-459/2023 saylı qətnaməsi nin ləğv olunması üçün əsas ola bilməz.

66. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

67. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 23 may tarixli, 2-2(103)-459/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar