Məhkəmə qərarları › İş №2-2(102)-51/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-51/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-51/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh ASC-ə qarşı pul vəsaitinin geri qaytarılmasına dair iş üzrə QƏRAR Açar sözlər: pul tələblərinin müştərinin bank hesabındakı pul vəsaitindən müştərinin sərəncamı olmadan tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Nəcəfzadə Nigar Zəfər qızının, İddiaçı, Cavabdeh ASC-in nümayəndəsi XXX oğlunun və vəkili XXX oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(107)-434/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. xxx tarixində ASC və İddiaçı arasında Bank hesabı müqaviləsi bağlanmışdır.

2. Cavabdeh ASC (bundan sonra-ASC) və İddiaçı (bundan sonra-İddiaçı) arasında xxx tarixində hesab üzrə əməliyyatların aparılmasına dair kart müqaviləsi bağlanmışdır.

3. Həmin müqaviləyə görə bank müştərinin adına açılmış bank hesabındakı pul vəsaitlərinin nağdlaşdırılması və digər bank əməliyyatlarının aparılması üçün müştərinin özünə və ya onun ərizəsi əsasında müəyyən edilən digər şəxsə ödəniş kartı verməyi, müştəri isə kart vasitəsilə hesabındakı pul vəsaiti ilə əməliyyatlar aparmağı və müqavilə ilə müəyyən olunmuş qaydada xidmətlərin haqqını banka ödəməyi öhdəsinə götürürlər.

4. Həmin müqavilənin kart, kart hesabı üzrə əməliyyatlar və digər bank xidmətlərinə görə “Bank”ın cari xidmət tarifləri və şərtləri tətbiq olunur.

5. Həmin müqaviləyə görə bank müştəriyə bank hesabı açmağı, açılmış hesaba pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesab üzrə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür.

6. İddiaçı “Bolkart iş kartı” vasitəsilə 2019-cu il 17 iyul tarixində “AliExpress.Com” saytından online qaydada 230,99 ABŞ dolları dəyərində alışveriş etmiş, həmin tarixdə iddiaçının kart hesabından 392,80 manat vəsait silinmiş, 2019-cu il 19 iyul tarixində həmin əməliyyata görə iddiaçının ba nk hesabından əlavə 6,72 manat məbləğ silinmişdir. İddiaçı həmin kartla 2019-cu il 29 avqust tarixində “Pegasus” saytından 53 ABŞ dolları dəyərində bilet almış, ödənişin həyata keçirildiyi gün iddiaçının kart hesabından 90,13 manat vəsait silinmiş, 2019-cu il 2 sentyabr tarixində isə həmin əməliyyata görə iddiaçının bank hesabından 1,76 manat əlavə məbləğ silinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh ASC-ə qarşı İddiaçı məxsus olan “Bolkart iş kartı”nın valyutasından fərqli olan valyutada aparılan əməliyyatlar zamanı konvertasiyaya görə əməliyyatın aparıldığı gün bankın satış məzənnəsindən əlavə hər hansı bir vəsaitin tutulmasının ASC-ə qadağan olunması və İddiaçı məxsus olan Bolkart iş kartının valyutasından fərqli olan va lyutada aparılan əməliyyatlar zamanı konvertasiyaya görə Bankın satış məzənnəsindən əlavə qanunsuz olaraq tutulmuş 8,48 manat vəsaitin cavabdeh ASCdən tutularaq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar İddiaçı ilə cavabdeh ASC arasında xxx tarixində bank hesab müqaviləsi və hesab üzrə əməliyyatların aparılmasına dair kart müqaviləsi bağlanılmışdır. Həmin gün iddiaçının adına bank hesabı açılmış və “Bolkart iş kartı” təqdim edilmişdir. Lakin bank tərəfindən xidmət şərtləri kobud şəkildə pozulur və başqa valyutada kartla aparılan əməliyyatlara görə iddiaçının hesabından qanunsuz olaraq əlavə pul vəsaitləri silinir. İddiaçı bu halla bağlı dəfələrlə banka müraciət etsə də əl avə vəsaitlərin silinməsi davam edir. İddiaçı ona məxsus “Bolkart iş kartı” vasitəsi ilə 2019-cu il 17 iyul tarixində AliExpress.com saytından 230.99 USD-lıq alış-veriş etmiş, ödənişin həyata keçirildiyi gün bankın satış məzənnəsinə uyğun olaraq iddiaçının kart hesabından 392.80 manat vəsait silinmişdir. Üzərindən 2 gün keçdikdən sonra 2019-cu il 19 iyul tarixində həmin əməliyyata görə iddiaçının bank hesabından 399.52 manat məbləğ silinmişdir. Həmin müddət ərzində bankın satış məzənnəsində heç bir fərq olmamağına baxmayaraq bank tərəfindən əsassız olaraq iddiaçının hesabından 6.72 manat (399.52392.80=6.72) əlavə vəsait silinmişdir. Eyni hal təkrar baş vermiş, belə ki iddiaçı həmin kartla 2019-cu il 29 avqust tarixində Pegasus saytından 53.00 USD dəyərində bilet almış, ödənişin həyata keçi rildiyi gün bankın satış məzənnəsinə uyğun olaraq iddiaçının kart hesabından 90.13 manat vəsait silinmişdir. Üzərindən 4 gün keçdikdən sonra 2019-cu il 2 sentyabr tarixində həmin əməliyyata görə iddiaçının bank hesabından 91.89 manat məbləğ silinmişdir. Yenə də “Bank”ın satış məzənnəsində heç bir fərq olmamağına baxmayaraq, bank tərəfindən əsassız olaraq iddiaçının hesabından 1.76 manat (91.89-90.13=1.76) əlavə vəsait silinmişdir. Bu kimi hallar dəfələrlə baş vermiş, iddiaçı hər dəfə xarici valyuta əməliyyat aparan zaman bank tərəfindən konvertasiyaya görə qanunsuz olaraq əlavə vəsaitlər silinmişdir. Bankın bu cür qanunsuz hərəkətləri nəticəsində iddiaçı ona məxsus kartdan müqavilə şərtlərinə uyğun olaraq istifadə edə bilmir. Nəticə etibarilə, müqavilədə və xidmət tarifləri və şərtləri cəd vəlində kartın valyutasından fərqli olan valyutada aparılan əməliyyat zamanı konvertasiyaya görə Bankın satış məzənnəsindən əlavə hər hansı bir vəsaitin tutulması müəyyən edilmədiyinə görə 8.48 manat (6.72+1.76=8.48) vəsaitin tutulması qanunsuzdur və bankın əsassız varlanmasına səbəb olur.

9. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli, 2-2(113)-462/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı məxsus olan “Bolkart iş kartı” nın valyutasından fərqli olan valyutada aparılan əməliyyatlar zamanı konvertasiyaya görə Bankın satış məzənnəsindən əlavə qanunsuz olaraq tutulmuş 8,48 manat vəsait cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim-A.Əliyeva).

10. Məhkəmə hesab etmişdir ki, heç bir hüquqi əsas olmadan İddiaçı bank hes abından cavabdeh tərəfindən silinmiş 8,48 manat məbləğində pul vəsaiti tərəflər arasında bağlanmış müqavilənin tələb və şərtlərindən kənar qaydada həyata keçirilmişdir. İddiaçı özünə məxsus “Bolkart iş kartı”nın valyutasından fərqli olan valyutada aparılan əməliyyatlar zamanı konvertasiyaya görə əməliyyatın aparıldığı gün bankın satış məzənnəsindən əlavə hər hansı bir vəsaitin tutulması ASC-ə qadağan olunması hissəsində iddia tələbi qeyri-mümkündür və həmin tələb təmin edilə bilməz. Çünki qeyd olanan hərəkətin cavabdehə qadağan olunması ilk növbədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə qeyri-mümkündür.

11. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 135.1, 152.1, 157.2, 157.4, 385.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonraMPM) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli e-2-2(103)-434/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, cavabdeh ASC-in apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli, 2-2(113)-462/2020 saylı qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv olunmuş, iddia 8,48 manat vəsaitin cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində rədd olunmuş, iddianın rədd olunduğu hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).

15. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi məbləğlər bank tərəfindən əldə edilmədiyi və müqavilə əsasında silindiyi üçün əsassız varlanma halı baş verməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank beynəlxalq kart təşkilatı ilə hesablaşmaları AVRO valyutası ilə apardığından vəsait əvvəlcə həmin valyutaya, daha sonra isə sistemin məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya edilmiş, müştərinin hesabın dan vəsait ilk növbədə bankın məzənnəsinə uyğun olaraq çıxılmış, Beynəlxalq kart təşkilatı ilə klirinq hesablaşmaları bir neçə gün sonra aparıldığından konvertasiya əməliyyatlarına görə yaranmış əlavə fərq sonradan müştərinin hesabından avtomatik olaraq silinmişdir.

16. Məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflər arasında bağlanmış “Bank hesabı” müqaviləsinin 4.3.2-ci bəndinə əsasən, bankın bank xidmətlərinin haqqını, özünün və ya digər ixtiyarlı şəxslərin pul tələblərini “müştəri”nin bank hesablarındakı pul vəsaitindən “müştəri”nin sərəncamı olmadan tutur. İddiaçının cavabdehdən tələb etdiyi 8,48 manat vəsait cavabdeh tərəfindən qanunsuz mənimsənilməmiş, iddiaçı tərəfindən online alış-veriş zamanı xarici valyuta ilə satın alınmış mal və xidmətlərə görə həyata keçirilmiş ödənişlər manat hesabından aparıldığı üçün konvertasiya haqqı kimi beynəlxalq kart təşkilatı tərəfindən bank vasitəsi ilə müştərinin hesabından silinmiş və bankın bu silinməni həyata keçirmək hüququ tərəflər arasında bağlanmış müqavilənin 4.3.2-ci bəndində nəzərdə tutulmuşdur.

17. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 954.1, 958, 1091.1, 1091.2, 1092-ci maddələrinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 3 sentyabr tarixində göndərilmiş və iddiaçının kassasiya şikayəti 2020-ci il 18 noyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

19. İddiaçı qətnamənin ləğv olunmasını və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) k assasiya şikayətinin dəlilləri

20. ASC tərəfindən vəkil sorğusuna verilmiş XXX tarixli cavab məktubundan məlum olur ki, qeyd olunan tarixlərdə ASC-də dolların nağdsız satış məzənnəsi dəyişməmiş və 1,7005 manat olmuşdur.

21. Məhkəmə qətnaməsində hazırki mübahisənin həlli üçün maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktlarına uyğun və bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə tətbiq olunmasını qeyd etsə də, nə hər hansı bir normativ akta istinad etmiş, nə də bank praktikasını müəyyən etmək üçün iddiaçının Mərkəzi Bankın müstəqil tələb irəli sürməyən şəxs kimi cəlb oluması barədə vəsatətini təmin etməmişdir.

22. Belə olan halda məhkəmənin hansı normativ hüquqi akta və ya bank praktikasına istinad etməsi qeyri-müəyy əndir.

23. Belə ki, hazırki dövrdə maliyyə bazarlarına nəzarət funksiyasını Mərkəzi Bank həyata keçirdiyindən bank praktikasında müəyyən etmək üçün Mərkəzi Bankın üçüncü şəxs kimi cəlb olunmaması prosessual pozuntudur və iş üzrə həqiqətin müəyyən edilib düzgün qətnamə çıxarılmasına mane olur.

24. Cavabdehin apellyasiya şikayətində və pretenziya məktubunda qeyd olunan bank ilə “Mastercard” beynəlxalq ödəmə sistemi arasında bağlanmış müqavilə məhkəmə araşdırmasına təqdim olunmayıb.

25. Həmçinin nə iddiaçı qeyd olunan müqavilənin tərəfidir, nə də ki iddiaçı ilə cavabdeh arasında bağlanmış “Bank hesabı” müqaviləsində həmin müqaviləyə dair hər hansı bir şərt və ya belə bir müqavilənin olduğu qeyd olunmayıb.

26. İddiaçı həmin müqavilənin tərəfi olmadığı və ən əsasda həmin müqavilədən xəbərsiz ol duğu üçün beynəlxalq kart təşkilatı iddiaçıya münasibətdə digər ixtiyarlı şəxs ola bilməz.

27. Müqavilənin həmin bəndində “ixtiyarlı şəxslər” deyilərkən, həqiqətən pul tutmağa ixtiyarlı şəxs nəzərdə tutulur.

28. İddiaçı vergi borcunu ödəmədiyi halda vergi xidməti ixtiyarlı şəxs kimi iddiaçının hesabına sanksiya tətbiq edə bilər.

29. Bu zaman ASC ixtiyarlı şəxs kimi vergi xidmətinin tələbini yerinə yetirməlidir və ya məhkəmə qərarı ilə iddiaçının hər hansı bir şəxsə borcu olsaydı həmin qərarın icrası üzrə “ixtiyarlı şəxs” kimi icra orqanının tələbinə əsasən iddiaçıdan pul tuta bilərdi.

30. Hazırki halda beynəlxalq kart təşkilatı iddiaçıya münasibətdə ixtiyarlı şəxs ola bilməz.

31. Həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 2.6-cı bəndində qeyd olunur ki, kart, kart hesabı üzrə əməliyyatlar və digər bank xidmətlərinə görə bankın cari xidmət tarifləri və şərtləri tətbiq olunur.

32. İş materiallarında olan bankın saytından götürülmüş XXX tarixli “Bolkart iş kartı”nın xidmət tariflər və şərtlərin cədvəlində qeyd olunur ki, konvertasiya bankın satış məzənnəsinə uyğun həyata keçiriləcək.

33. Belə olan halda bankın satış məzənnəsindən əlavə iddiaçıdan hər hansı vəsaitin tutulması qadağandır.

34. İddiaçı bank ilə “Mastercard” arasında müqavilənin tərəfi olmadığından onlar arasında olan hesablaşmalarda yaranmış fərqə görə heç bir məsuliyyət daşımır.

35. Bu məsuliyyətin yaranması və qeyd olunan tutmaların qanuni olması üçün iddiaçı ilə cavabdeh arasında olan “bank hesabı” müqaviləsində birinci müqavilənin şərtləri qeyd olunmali idi. b) kassasiya şikayətinə qarşı etir azın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və pro sessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

954. Bank hesabı müqaviləsi 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür....”. Maddə

958. Bankın apardığı hesab əməliyyatları Bank müştəri üçün həmin növ hesablardan ötrü qanunla, qanuna əsasən müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulan əməliyyatlar aparmalıdır, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Banklar haqqında” Azərba ycan Respublikasının Qanunu M a d d ə 3

8. Hesablaşmalar və pul köçürmələri... 38.2. Banklar beynəlxalq ödənişləri və pul köçürmələrini Azərbaycan Respublikasının qanunvericiliyinə, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....”. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir....”. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

39. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

41. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

42. Məhkəmə kollegiyası kassasiya şikayətində “iddiaçının müqavilənin tərəfi olmaması və Beynəlxalq Kart Təşkilatının iddiaçıya münasibətdə ixtiyarlı şəxs ola bilməməsi” dəlilinə dair vurğulayır ki, iddiaçı bank ilə “Mastercard” beynəlxalq ödəmə sistemi arasında bağlanmış müqavilə üzrə tərəf olmadığını, bununla da “Mastercard” beynəlxalq ödəmə sistemi iddiaçıya münasibətdə ixtiyarlı şəxs ola bilməyəcəyini qeyd etsə də, iş materiallarından göründüyü kimi iddiaçının (müştərinin) bank hesabı müqaviləsi üzrə sərəncamı ilə əməliyyatlar aparılaraq “Bolkart iş kartı” vasitə si ilə 2019-cu il 17 iyul tarixində “AliExpress.com” saytından online qaydada 230,99 ABŞ dolları dəyərində alış-veriş etmiş, həmin tarixdə iddiaçının kart hesabından 392,80 manat vəsait silinmiş, 2019-cu il 19 iyul tarixində həmin əməliyyata görə iddiaçının bank hesabından əlavə 6,72 manat məbləğ silinmişdir. İddiaçı həmin kartla 2019-cu iul 29 avqust tarixində “Pegasus” saytından 53 ABŞ dolları dəyərində bilet almış, ödənişin həyata keçirildiyi gün iddiaçının kart hesabından 90,13 manat vəsait silinmiş, 2019-cu il 2 sentyabr tarixində isə həmin əməliyyata görə iddiaçının bank hesabından 1,76 manat əlavə məbləğ silinmişdir.

43. ASC və iddiaçı arasında bağlanmış xxx tarixli hesab üzrə əməliyyatların aparılmasına dair kart müqaviləsinə əsasən bank müştərinin adına açılmış bank hesabındakı pul vəsaitlərinin nağdlaşdırılması və digər bank əməliyyatlarının aparılması üçün müştərinin özünə və ya onun ərizəsi əsasında müəyyən edilən digər şəxsə ödəniş kartı verməyi, müştəri isə kart vasitəsilə hesabındakı pul vəsaiti ilə əməliyyatlar aparmağı və müqavilə ilə müəyyən edilmiş qaydada xidmətlərin haqqını banka ödəməyi öhdələrinə götürürlər.

44. Həmçinin Bank hesabı müqaviləsinin 4.4.3-cü maddəsinə əsasən müştərinin sərəncamı ilə bank hesabı üzrə əməliyyatların aparılması bankın vəzifələrindən biri kimi təsbit olunmuşdur.

45. İddiaçının etdiyi əməliyyatlar üzrə bank tərəfindən müştərinin sərəncamı əsasında pul vəsaitinin konvertasiya olunaraq Beynəlxalq Kart Təşkilatına müştərinin etdiyi əməliyyatlar ilə bağlı hesablaşma üzrə ödənilmişdir.

46. Odur ki, müştərinin etdiyi əməliyyatlar üzrə müştərinin bank hesabındakı pul vəsaitinin silinməsi ilə bağlı Beynəlxalq Kart Təşkilatı ixtiyarlı şəxs hesab olunmalıdır.

47. Məhkəmə kollegiyası kassasiya şikayətində “cavabdehin apellyasiya şikayətində və pretenziya məktubunda qeyd olunan bank ilə “Mastercard” beynəlxalq ödəmə sistemi arasında bağlanmış müqavilənin məhkəmə araşdırmasına təqdim olunmaması və Mərkəzi Bankın müstəqil tələb irəli sürməyən şəxs kimi cəlb olunması” dəlilinə dair qeyd edir ki, ASC və İddiaçı arasında bağlanmış xxx tarixli bank hesabı müqaviləsinin 4-cü bəndində bankın hüquqları nəzərdə tutulmuşdur.

48. Həmin müqavilənin 4.3.2-ci bəndinə görə bank xidmətlərinin haqqını, özünün və digər ixtiyarlı şəxslərin pul tələblərini müştərinin bank hesabındakı pul vəsaitindən müştərinin sərəncamı olmadan tutur. Bu ba xımdan “Mastercard” beynəlxalq ödəmə sistemi vasitəsilə hesablaşmalar iki müxtəlif valyutaya (AVRO və ABŞ dolları) konvertasiya olunduğundan, klirinq hesablaşmalarının isə bir neçə gündən sonra aparılması konvertasiya əməliyyatlarına görə yaranmış əlavə fərqin silinməsi ilə nəticələnmişdir ki, bu halı da əlavə vəsaitin tutulması kimi qiymətləndirmək olmaz.

49. Bundan başqa, məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının “Master card” ilə müqavilə tərəfi olmaması ilə bağlı dəlili ilə əlaqədar vurğulayır ki, iddiaçı “AliExpress.com” və “Pegasus” saytlarından alqı-satqı əməliyyatları həyata keçirmişdir. Bu zaman, təqdim olunmuş malların əvəzi kimi ödənişlər aparılmışdır. Ümumiyyətlə başqa dövlətlərin ərazisində yerləşən kontragentlər ilə hər hansı mülki əqdin real vaxt rejimində bağlanm ası və bununla bağlı ödənişlərin aparılması yalnız beynəlxalq ödəmə sistemlərinin göstərdiyi xidmətlər vasitəsi ilə mümkündür. Hazırki iş üzrə belə əməliyyatların həyata keçirilməsi isə müştərinin özü ilə deyil, müştərisi olduğu bank ilə “Master card” arasında olan münasibətlərin mövcudluğu ilə şərtləndirilməsi ilə yanaşı, həmin münasibətlər zamanı müxtəlif valyutaların konvertasiyaları zamanı qiymət fərqinin yaranmasını labüd edir. Bu halın obyektiv mövcudluğu isə, həmin əməliyyatlar üzrə iddiaçının beynəlxalq ödəmə sistemi (“Visa”, “Master card” və s.) ilə tərəf olmasını şərtləndirmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mövcud qanunvericiliyin, habelə bank ilə iddiaçı arasında bağlanmış müqavilələrinin tələbləri baxımından da dəlil ilə razılaşmaq olmaz.

50. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli, 2-2(103)-434/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

51. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli, 2-2(103)-434/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar