Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-510/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR 2-2(102)-510/2023 Açar sözlər: podrat müqaviləsi, öhdəliklərin icrası, pulun əvvəlcədən ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)-427/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞ İN HALLARİ İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı pul tələbinə dair iddia ərizəsi ilə 2022-ci il 26 sentyabr tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh ilə imzalanmış 2012-ci il 15 avqust tarixli 215 nömrəli podrat müqaviləsinə əsasən ödənilmiş 16.500 manat pul vəsaitinin, əldən çıxmış fayda kimi 12.000 manat, vurduğu ziyana görə 7.500 manat və ödənilmiş pul vəsaitinin icazəsi olmadan istifadə edildiyi dövr ərzində faizlərin hesablanaraq toplamda 35.500 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2012-ci il 15 avqust tarixli 215 nömrə li podrat müqaviləsi tərtib edilmişdir. Belə ki, podratçı ilə bağlanılmış müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh tərəfindən müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110 kv.m mənzilin bu müqavilənin ayrılmaz hissəsi olan 1 və 2 saylı əlavələrində göstərilən təmir və quraşdırma işlərinin siyahısına əsasən daxili işlənməsi üzrə kompleks işlərin müəyyən edilmiş müddət ərzində görülməsini öz öhdəsinə götürülmüşdür. Həmin müqavilənin 2.1-ci bəndində görüləcək işlərin həcminin müqavilənin ayrılmaz hissəsi olan və hər iki tərəfin təsdiqlədiyi 1 saylı əlavəsində müəyyən edilmişdir. Həmin sözügedən müqavilənin 3.1-ci bəndində müqavilənin dəyərinin müqavilənin 3 saylı əlavəsində və qiymətlərin razılaşdırılması protokolunda 16.500 manat müəyyən edilmişdi r. Tərəflər arasında bağlanılmış müqavilənin 4 saylı əlavəsində isə həmin müəyyən edilmiş ödənilməli olan məbləğin ödənişi avans olaraq 100% miqdarında məbləğin ödənilməsi müəyyən edilmişdir. Həmin ödənilməli olan vəsait cavabdehə ödənilmiş və ödənişin edilməsi barədə qəbz təqdim edilmişdir. Lakin bütün ödənişlərin edilməsinə və müqavilədə qeyd edilən işlərin görülməsi ilə bağlı 90 günlük müddətin ötməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş, geriyə qalan işlər başa çatdırılmamış və cavabdehə əvvəlcədən ödənilmiş vəsaitin geri qalanı geri qaytarılmamışdır. Daha sonra cavabdehə 2019-cu il 5 mart tarixli pretenziya məktubu ilə müraciət edilərək, dəymiş zərərin və ödənilmiş 16.500 manat pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. Lakin cavab deh tərəfindən məktuba heç bir cavab verilməmiş və həmin pretenziya məktubunda qeyd edilən vaxtdan uzun müddət ötməsinə baxmayaraq həmin ödənişlər geri qaytarılmamışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 14-cü bəndində qeyd edilmişdir ki, bu müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar və həmin bəndin 14.3-cü maddəsində tərəflər arasında hazırki müqavilənin icrası ilə bağlı mübahisəli məsələlər danışıqlar əsasında həll yolunu tapmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həlledilməsi barədə müddəalar əks edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilə 20 12-ci il 15 avqust tarixində bağlanmasına baxmayaraq, həmin tarixdən etibarən yuxarıda göstərilən ünvanda cavabdeh tərəfindən hər hansı iş görülməmiş və dəfələrlə bu barədə cavabdehə şifahi və ya yazılı şəkildə bildirilməsinə baxmayaraq cavabdeh tərəfindən iradlar və tələb nəzərə alınmamışdır. Bu isə cavabdehi haqqsız, qanunsuz və əsassız olaraq süründürməçiliyə, iddiaçının həmin dövrdən etibarən həmin mənzil üzrə müəyyən gəlir əldə etməyinə mane olmuşdur. Həmin ünvan müqavilə bağlanan tarixdən 90 gün ərzində təmir işlərin bitməsilə kirayə verilsə idi, iddiaçı həmin tarixdən etibarən az sayılmayacaq miqdarda vəsait əldə edə bilərdi. Lakin həmin mənzilin cavabdeh tərəfindən təmiri başa çatmadığı üçün həmin vəsaitlərin iddiaçı tərəfindən əldə edilməsi mümkün olmamışdır. Belə ki, Bakı şəhər B inəqədi Rayonu 9-cu mkr Mir Cəlal küçəsi ünvanında yerləşən mənzillərin aylıq kirayə haqqı minimum 500 manat təşkil edir. Həmin zamandan etibarən iddiaçıya dəymiş zərəri hesabladıqda isə bu külli miqdarda vəsait olmuşdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 21.3, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.3, 449.1, 449.2, 449.3, 449.4-cü maddələrinə istinad edilmişdir.
4. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 9 yanvar tarixli e-2-2(113)-174/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddia qaldırılarkən ödənilmiş 200 manat məbləğində mediasiya xərci, iddiaçının özünə aid edilməsi qət olunmuşdur (hakim – A.Əliyeva).
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh ilə imzalanmış 2012-ci il 15 avqust tarixli 215 nömrəli podrat müqaviləsini mübahisələndirmiş və həmin müqavilə əsasında ödənilmiş 16.500 manatın qarşı tərəfdən tutulmasını tələb etmişdir. Bununla belə qeyd olunan müqaviləni məhkəməyə təqdim etməmiş, həmçinin 16.500 manatın qarşı tərəfə ödənilməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübutlar təqdim edilmədiyindən iddia tələbi ödənilmiş pulun cavabdehdən tutulması hissəsində rədd edilməlidir.
7. Digər tərəfdən iddiaçı əldən çıxmış fayda kimi 12.000 manat, vurulmuş ziyana görə 7.500 manat da tələb etmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 12.000 manat məbləğində əldən çıxmış faydanı onunla əsaslandırm ışdır ki, tərəflər arasında bağlanılmış müqavilə 2012-ci il 15 avqust tarixində bağlanmasına baxmayaraq həmin tarixdən etibarən yuxarıda göstərilən ünvanda cavabdeh tərəfindən hər hansı iş görülməmişdir. Bu hal isə iddiaçının həmin mənzildən gəlir əldə etməsinə mane olmuşdur. Mənzilin yerləşdiyi ünvanda olan mənzillərin aylıq kirayə haqqı minimum 500 manat təşkil etmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin faydalandığına və zərər dəyməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir.
10. Məhkəmə hazırkı qə tnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab etmişdir ki, mediasiya xidmətinin göstərilməsinə görə ödənilən 200 manat mediasiya xərci iddiaçıya aid edilməlidir.
11. Məhkəmə öz mövqeyini MM-in 21.2, 385.1, 386.1, 425.1, 442, 443.1, 449.1, 752.1ci maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" 2009-cu il 9 iyul tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. İddiaçı 2023-cü il 14 fevral tarixində apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 9 yanvar tarixli e-2-2(113)-174/2023 saylı qətnaməsini ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)-427/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 9 yanvar tarixli e-2-2(113)174/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R. Qurbanov, hakimlər – V. Baxışova və A.Hüseyn).
14. İlk olaraq kollegiya qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçının vəkili bildirmişdir ki, tərəflər arasında bağlanmış 2012-ci il 15 avqust tarixli 215 nömrəli podrat müqaviləsinin predmeti yaşayış mənzilinin təmir edilməsi göstərilsə də, iddiaçı həmin mənzili şəxsi istifadə üçün deyil, kirayəyə verilib gəlir ə ldə edilməsi üçün təmir etmək niyyətində olmuşdur.
15. Bu baxımdan, yəni hüquq münasibətlərinin xarakterini və mübahisənin predmetini, habelə iddiaçının fərdi sahibkar statusuna malik olduğunu və MPM-in 24.2 və 26.1-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab etmişdir ki, hazırki işə kommersiya mübahisəsi kimi baxılması prosessual qaydaların tələblərinə uyğundur.
16. İddianın mahiyyətinə dair isə kollegiya qeyd etmişdir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən MM-in 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən MM-in 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliy in pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
17. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.
18. Belə ki, iddiaçının bildirdiyinə görə tərəflər arasında MM-in 752.1-ci maddəsinə uyğun olaraq podrat müqaviləsi bağlanmış və o, həmin müqavilə üzrə nəzərdə tutulan 16.500 manat məbləğində muzdu əvvəlcədən cavabdehə ödəmiş, cavabdeh isə podrat işlərini yerinə yetirməmişdir. Bunun nəticəsində ona real və əldən çıxmış fayda qismində zərər dəymişdir.
19. Lakin iddiaçı, nə həmin müqaviləni, nə də 16.500 manat məbləğində pul vəsaitini cavabdehə ödənilməsini təsdiq edən heç bir sübutu (qəbz, kassa mədaxil orderi və s.) birinci instansiya məhkəməsin ə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
20. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, zərərin ödənilməsi üçün zəruri olan hüquqi əsaslardan heç biri müəyyən edilmir və belə olan halda cavabdehdən iddiaçının xeyrinə hər hansı məbləğ tutula bilməz.
21. Apellyasiya şikayətinə əlavə olunan podrat müqaviləsi, ona əlavə 1, əlavə 2, əlavə 3, əlavə 4, əlavə 5 isə gecikdirilmiş sübut olduğu üçün qəbul edilməmişdir. Belə ki, iddiaçı həmin sübutları birinci instansiya məhkəməsində təqdim etməmişdir.
22. Apellyasiya icraatında isə həmin sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadı ğını əsaslandırsın. Lakin iddiaçı tərəfindən belə əsaslandırma gətirilməmişdir.
23. Kollegiya qeyd etmişdir ki, MPM-in qeyd olunan müddəaları (bax - §31) imperativ qaydada müəyyən edildiyinə görə apellyasiya baxışında yeni sübutların qəbul edilməsi yalnız həmin normalarda müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.
24. İşin həqiqi hallarının müəyyən edilməsi məqsədi ilə həmin qaydaların tələblərinin nəzərə alınmaması isə mülki prosesin mühüm prinsipləri olan qanunçuluq, formal həqiqət, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir.
25. Bundan başqa məhkəmə qeyd etmişdir ki, həmin sənədlər sübut kimi qəbul edilsə belə, iddianın əsaslı olması təsdiq olunmamışdır. Çünki iddiaçı tərəfindən cavabdehə 16.500 manat məbləğində pul vəsaitini ödənilməsi sübut olunmamışdır.
26. A pellyasiya şikayətinin dəlilləri isə əsassız hesab edilmişdir. Elektron Məhkəmə İnformasiya sisteminə əsasən, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə heç bir podrat müqaviləsi təqdim edilməmişdir.
27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 443.1, 752.1-ci; MPM-in 14.2, 24.2, 26.1, 77.1, 78.1, 209.3, 361.4, 372.2, 380.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Həmin qətnamə 2023-cü il 5 iyun tarixində tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
29. İddiaçı 2023-cü il 6 iyul tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)-427/2023 saylı qətnaməsini ləğv edərək işə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRA ZİN DƏLİLLƏRİ c) Kassasiya şikayətinin dəlilləri
30. MM-in 21.1, 21.2 və 21.3-cü maddəsinin tələbləri pozulmuşdur - cavabdeh tərəfindən iddiaçıya məxsus olan mənzilin təmir işləri vaxtında yekunlaşmamış, onun hüquqları pozulmuş, az hesab edilə bilməyəcək, yəni təqribən aylığı 500 manatdan kirayə haqqı hesablandıqda ona 2013-cü il tarixindən 2021-ci ilin sonunadək 35.955 manat zərər dəymişdir.
31. MM-in 425.1, 442, 443.1 və 445-ci maddələrinin tələbləri pozulmuşdur - tərəflər arasında bağlanılmış müqavilənin 14-cü bəndinə əsasən, bu müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar və həmin müqavilənin 14.3-cü bəndinə əsasən, tərəflər arasında hazırkı müqavilənin icrası ilə bağlı mübahisəli məsələlər, danışıqlar əsasında həll yolunu tapmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməsi barədə müddəalar əks edilmişdir.
32. MPM-in 380-cı maddəsinin tələbi pozulmuşdur - məhkəmə, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara nəzər yetirməli və layiqincə araşdırmalı olmasına baxmayaraq bu barədə hər hansı tədbir görməmiş və məhkəmə portalında mövcud olmuş problem səbəbilə sübutları iddiaçının təqdim etmədiyini bildirərək iddia tələbini rədd etmişdir. Bununla da məhkəmə qətnaməsi prosessual pozuntulara yol verilərək qəbul edilmişdir.
33. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə iddia tələbinin təmin edilməməsinə əsas olaraq verilmiş vəsa iti sübut edəcək hər hansı bir sənədin olmaması göstərilmişdir. Lakin, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 5.500 və 11.500 manat dəyərində vəsaitin əks edildiyi arayışların mövcudluğu və növbəti məhkəmə iclasında təqdim edilə biləcəyi bildirilməsinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Yəni işin halları tam araşdırılmadan və sübutlara hüquqi qiymət verilmədən məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir.
34. Digər məsələlərdə qeyd edilmişdir ki, məhkəmə podrat müqaviləsinin olmaması əsası ilə iddianı rədd edilmişdir. İddiaçı tərəfindən bütün sənədlər həmçinin podrat müqaviləsi məhkəməyə təqdim edilmiş, lakin məhkəmə tərəfindən həmin sübutlar nəzərə alınmamışdır. Məhkəmənin elektron portalında olan problem səbəbilə podrat müqaviləsinin görülməməsi isə iddiaçının təqsiri ucba tından baş verməmişdir. Bütün ödənişlərin edilməsinə və müqavilədə qeyd edilən işlərin görülməsi ilə bağlı 90 günlük müddətin ötməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş, geriyə qalan işlər başa çatdırılmamış və iddiaçı tərəfindən cavabdehə əvvəlcədən ödənilmiş vəsaitin geri qalanı iddiaçıya geri qaytarılmamışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mü mkün hesab edilmişdir.
37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. IV.TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmu şdur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə q üsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət KM2 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
40. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başq a halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” V. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olun ması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli, 2-2(103)427/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
44. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, məhkəmə podrat müqaviləsinin olmaması əsas ı ilə iddianı rədd edilmişdir. İddiaçı tərəfindən bütün sənədlər həmçinin podrat müqaviləsi məhkəməyə təqdim edilmiş, lakin məhkəmə tərəfindən həmin sübutlar nəzərə alınmamışdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsində iddiaçı tərəfindən cavabdehə ödənilmiş 5.500 və 11.500 manat dəyərində vəsaitin əks edildiyi arayışların mövcudluğu və növbəti məhkəmə iclasında təqdim edilə biləcəyinin bildirilməsinə baxmayaraq məhkəmə bunu nəzərə almamış, işin halları tam araşdırılmadan və sübutlara hüquqi qiymət verilmədən məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən ilk növbədə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmi şdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
47. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müqavilə üzrə nəzərdə tutulan 16.500 manat pul vəsaitini əvvəlcədən cavabdehə ödədiyini bildirsə də, bununla bağlı sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmişdir.
48. Halbuki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
49. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
50. MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri, çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir (MPM-in 165, 167.1 və 167.1.2-ci maddələri).
51. Mülki prosessual qanunvericiliyin tələblərinə görə həmçinin işdə iştirak edən şəxslər də prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim ed ilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 47, 77.1, 78.1-ci maddələri).
52. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə tərəflərin öz dəlillərini əsaslandıra biləcək sübutlar mövcud olduğu halda prosessual qanunvericiliyin tələblərinə (istisna hallarda) riayət etməklə onları birinci instansiya məhkəməsinə deyil, apellyasiya məhkəməsinə təqdim etmələri birinci instansiya məhkəmlərinin işin tam və hərtərəfli araşdırma səlahiyyətini lüzumsuzlaşdırmaqla eyni funksiyaların apellyasiya instansiyası məhkə mələrinin üzərinə qoyulması ilə nəticələnərdi. Həmçinin, MPM-in 372.2-ci maddəsinə görə, Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı halda isə, iddiaçı tərəfindən sonradan təqdim olunan sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamışdır.
53. Bu baxımdan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublika sı Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında – birinci instansiy a məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə işə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşmaqla həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə də zərurətin aradan qalxması qənaətinə gəlir.
55. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi il ə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli, 2-2(103)-427/2023 saylı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
56. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
57. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli, 2-2(103)-427/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.