Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-511/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “xxxxx” Kompaninin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRAR Açar sözlər: ləğv prosesində olan bankda olmuş hesabdan silinmiş vəsaitin geri qaytarılması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının nümayəndəsi Vüqar İsgəndərovun, onun vəkili Vəkil və cavabdehin vəkili Sübhi Mustafayevin iştirakları ilə, İddiaçı Şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi nin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-2(103)-685/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2020-ci il 24 aprel tarixli, 0097 saylı ödəniş tapşırığına əsasən 424.000 ABŞ dolları İddiaçı Şirkətinin (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasındakı filialının "xxxx" ASC-də olan hesabından "xxxx" Şirkətinin (bundan sonra – Şirkət) hesabına köçürülmüşdür.
2. Azərbaycan Respublikası Mərkəzi Bankının (bunsan sonra – cavabdeh) 2020-ci il 12 may tarixli 22/1 nömrəli qərarı ilə "xxxx" ASC-yə verilən 1992-ci il 9 noyabr tarixli 13 nömrəli bank lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-3(103)-132/2020 nömrəli iş üzrə 2020-ci il 14 may tarixli qərarı ilə "xxxx" ASC (bundan s onra – Bank) müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) Bankın ləğvedicisi təyin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamasına icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə və Fonda qarşı 2020-ci il 3 sentyabr tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçının Azərbaycan Respublikasındakı filialı ilə Şirkət arasında bağlanmış “boru məhsullarının alğı-satqısı”na dair PUR/BOC 032/20 saylı 2020ci il 24 aprel tarixli Müqavilənin 01/20 saylı Spesifikasiyasına əsasən şərtləşdirilmiş və Müqavilə bağlanan tarixdə iddiaçının Azərbaycan Respublikasındakı filialı tərəfindən Şirkətə ödənilməsi üçün Şirkətin Bankda olan hesabından köçürülmüş 424.000,00 ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh və Fond tərəfindən iddiaçının Azərbaycan Respublikasındakı filialına qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikasındakı filialı ilə Şirkətin arasında bağlanmış “boru məhsullarının alğı-satqısı”na dair PUR/BOC 032/20 saylı, 2020-ci il 24 aprel tarixli Müqavilənin 01/20 saylı Spesifikasiyasına əsasən Müqavilə bağlanan tarixdə, özünün Bankda olan hesabından Şirkətin hesabına şərtləşdirilmiş 424.000,00 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüşdür. Cavabdehin İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli qərarı ilə ləğv prosesində olmuş Bankın ləğvedicisi Fond Banka müvəqqəti inzibatçı təyin olunmuş, daha sonra isə 2020-ci il 12 may tarixindən etibarən Bankın lisenziyası ləğv olunaraq müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin müvafiq qərarından sonra Fond Bankın ləğvedicisi təyin edilmişdir. 2020-ci il 24 aprel tarixdə 424.000,00 ABŞ dolları məbləğində ödəniş təsdiq edilərək iddiaçının AZ36AZEG**********8955 900001 nömrəli hesabından silinməsi bank tərəfindən avtorizasiya edilməklə bankın avtomatik elektron sistemin dən çıxarışlarda əks olunsa da, 2020-ci il 27 aprel tarixdən etibarən Bankda bütün bank əməliyyatlarının dayandırılması səbəbindən iddiaçı tərəfindən ödənilmiş 424.000,00 ABŞ dolları məbləğində pul vəsaitinin Şirkətin hesabına köçürülməsi ilə bağlı iddiaçıya heç bir rəsmi sənəd, yəni SWİFT sistemindən heç bir təsdiqetmə sənədi təqdim olunmamışdır. Həmin pul məbləğinin iddiaçının Bank hesabından Şirkətinin hesabına köçürülməməsi sonuncunun iddiaçıya ünvanladığı məktubunda da öz əksini tapmışdır. Belə ki, Şirkət iddiaçıya 2020-ci il 4 may tarixli məktub ünvanlayaraq, Müqavilənin 01/20 saylı, 2020-ci il 24 aprel tarixli Spesifikasiyasına əsasən tərtib edilmiş 2034 saylı, 2020-ci il 24 aprel tarixli invoys üzrə ödənişi əldə etmədiyini və mövcud situasiyada şərtləşdirilmiş ödəniş məbləğinin ə n azından 50 faizinin ödənilməsini, əks təqdirdə tərəflər arasında bağlanılmış Müqaviləni birtərəfli qaydada ləğv edəcəyini bildirmişdir. İddiaçının Azərbaycan Respublikasındakı filialı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (bundan sonra “SOCAR”), "xxxx" və SOCAR-ın Ortaq Neft Şirkəti arasında bağlanılmış 2004-cü il 29 sentyabr tarixli “Hasilatın pay bölgüsü haqqında” Saziş (“Saziş”) və 2005-ci il 1 sentyabr tarixli “Birgə Əməliyyat Saziş”i (“BƏS”) əsasında qanuni sahiblik və istifadəsinə verilmiş Saziş ərazisi hüdudları daxilində neft-qaz əməliyyatlarının həyata keçirilməsi üzrə hüquq və təminatlar əldə etmişdir. Sazişin 8.6,-cı maddəsinə əsasən iddiaçı Podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək yalnız bu Saziş üzrə əməl iyyatçı kimi fəaliyyət göstərir. Şirkətdən boru məhsullarının alınması iddiaçı tərəfindən həyata keçirilən neft-qaz əməliyyatlarının effektivliyinin və fasiləsizliyinin təmin edilməsi və qorunması məqsədi ilə zəruri əhəmiyyət daşıyır. Bundan əlavə boru məhsulunun vaxtında çatdırılması 600-dən çox işçinin əmək funksiyalarının icra edilməsi üçün zəruri bir şərtdir. Həmin boruların əldə edilməməsi əməliyyat şirkəti qismində çıxış edən iddiaçının beynəlxalq Sazişlər əsasında üzərinə götürdüyü öhdəliklərin lazımınca və tam səviyyədə həyata keçirilməsinə maneçilik törətməklə, onun ağır maliyyə vəziyyəti və mənfi iqtisadi nəticələrlə üzləşməsinə səbəb olur. Bununla bağlı iddiaçı tərəfindən dəfələrlə cavabdehə və Fonda rəsmi müraciətlər edilməsinə baxmayaraq, müraciətlər nəticəsiz qalmış və nə onu n Bankdakı Şirkətin hesabına köçürdüyü 424.000,00 ABŞ dolları məbləğində pul vəsaitinin aqibəti barədə heç bir rəsmi məlumat verilməmiş, nə də həmin məbləğ iddiaçıya geri qaytarılmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli, e-2-2(113)2358/2020 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim Fərruz Qasımov).
6. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv olunmasını və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasına davam etdirilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 oktyabr tarixli e-2-2(113)2358/2020 saylı qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 noyabr tarixli, 2-2 (103)-674/2020 saylı qərardadı ilə şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən V.Baxışova, hakimlər R.Qurbanov və C.Yusifov).
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 mart tarixli, e-2-2(113)-209/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim F.Qasımov).
10. Həmin məhkəmə bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikasındakı filialının hesabı Bankda olmuşdur, pul vəsaiti həmin hesaba köçürülmüş və hazırki tələb faktiki olaraq Banka qarşı yönəlmişdir. Lakin, Bank ləğvetmə prosesində olduğuna görə tələb cavabdehə və Fonda qarşı yönəlmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi iflas prosesində olan banka qarşı iflas proseduru çərçivəsin də qanunla müəyyən olunmuş qaydada irəli sürülmədiyindən təmin oluna bilməz.
11. Məhkəmə mövqeyini “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.9, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 76cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-2(103)-685/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən V.Məmmədov, hakimlər R.Qurbanov və V.Baxışova).
14. Apellyasiya məhkəməsi bildirmişdir k i, qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmişdir. Bu da o deməkdir ki, müflis elan olunmuş bankın kreditorlarına növbəlikdənkənar hər hansı qaydada ödəniş aparıla, habelə, hesabda olan vəsaitlər qaytarıla, hətta, müflis bankla onun kreditorları arasında növbəlikdənkənar öhdəliklərin əvəzləşdirilməsi belə həyata keçirilə bilməz.
15. Həmçinin, Mərkəzi Bankın hər hansı qaydada tələbə cavab verməli olan subyekt kimi iddiaçı qarşısında məsuliyyət daşımasının əsasları da müəyyən edilməmiş, iddia ərizəsi və apellyasiya şikayətində də mübahisəli vəsaitin Mərkəzi Bank tərəfindən qaytarılmalı olmasını n faktiki əsasları qeyd olunmamışdır.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin “Əmanətlərin sığortalanması haqqında” Qanunun müxtəlif müddəalarına istinad edən dəlilləri də əsaslı olmamışdır. Belə ki, həmin qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi http://www.eqanun.az/framework/12137isə banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaqdan,, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdən i barət olmuşdur.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 386.1, 954.1, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 71.7, 72.1, 78.1, 82.1, 82.2, 87, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 16 iyul tarixdə iş üzrə tərəflərə göndərilmiş, həmçinin həmin tarixdə iddiaçının nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
19. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLAR İNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 20. 2004-cü il 29 sentyabr tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında’' Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), "xxxx" və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və bu Saziş 2005-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almışdır. Eyni zamanda "xxxx" şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti və iddiaçı arasında bağlanmış və 2005-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş “Birgə Əməliyyat Sazişi”nə əsasən iddiaçı əməliyyat şirk əti seçilmiş və Saziş ərazisində neft-qaz əməliyyatlarının Əməliyyat şirkəti tərəfindən həyata keçirilməsi barədə tərəflər arasında razılığa gəlinmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 2004-cü il 14 oktyabr tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 8.6-cı maddəsinə əsasən, İddiaçı şirkəti Podratçı tərəflərin neft- qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir. Sazişin 3-cü maddəsind ə Şirkətin neft-qaz əməliyyatlarını hamılıqla tanınmış beynəlxalq standartlar əsasında aparmaq öhdəliyi nəzərdə tutulmuşdur. Bu standartlar əsasında öhdəliyin yerinə yetirilməsi üçün lazımi şəraitin yaradılmasına Azərbaycan Respublikası Hökuməti müvafiq təminat və öhdəliklər vermişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (“Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Hökumətin aşağıda qeyd olunan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa səkildə özgə tərəfindən mənimsənilə bilməz.
21. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 2004-cü il 14 oktyabr t arixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökümətinin Təminat və Öhdəliklərinə əsasən, Podratçının, Sazişdə nəzərdə tutulan bank əməliyyatları aparmaq və valyuta dəyişdirmək hüququna əməl olunmasını, o cümlədən Podratçıya Karbohidrogenlər ixracından və yaxud satışından əldə etdiyi bütün gəliri Azərbaycan Respublikasında və ya onun hüdudlarından kənarda sərbəst surətdə saxlamaq, eləcə də bunların sərbəst sərəncamçısı olmaq hüququ, neft-qaz əməliyyatları ilə bağlı fəaliyyətdən əldə etdiyi bütün gəliri sərbəst və qeyri-məhdud surətdə Podratçının vətəninə qaytarmaq hüququ verilməsini təmin edəcəkdir. Saziş və yaxud Təminat üzrə Podratçının hüquqlarına və ya mənafelərinə mənfi təsir göstərdikdə Hökümət bunun nəticəsində hər hansı mənfəətin itirilməsi, iqtisadi şəraitin pisləşməsi, zərər və ya itki dəyməsi müqabilində Podratçıya (və onun hüquqi varislərinə) kompensasiya ödəməlidir.
22. Bundan başqa, 2005-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 901 saylı Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə. Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və va onların hissələrinin) müddəalarından üstün tutulur. Apellyasiya instansiyası məhkəməsi isə Beynəlxalq Sazişdə nəzərdə tutul an və eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş iddiaçının təminat və öhdəliklərini və bu öhdəliklərdən irəli gələn hüquqlarını nəzərə almamış, həmçinin, iddiaçının neft-qaz əməliyyatlarının aparılması məqsədilə həyata keçirdiyi pul vəsaiti ödənişinin iddiaçıya qaytarılmamaqla ona olduqca böyük ziyan vurulmasının ciddiliyinə varmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
23. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər.
24. Məhkəmə kolleg iyası iclasında cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndə və ya vəkilinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.
26. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
27. Məhkəmə kollegiyası digər cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbi q edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarı Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN Oyl Kompani Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə 2005-ci il 29 aprel tarixli A zərbaycan Respublikası Qanunu “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
71. Ləğvedici 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən maliyyə ba zarlarına nəzarət orqanı tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir. http://www.e-qanun.az/framework/5825 71.2. Bankın ləğvi prosesi ilə əlaqədar ləğvedicinin əmək (xidmət) haqqı və çəkdiyi xərclər bankın aktivləri hesabına, çatışmayan hissədə isə Fond (reqres hüququ ilə) tərəfindən ödənilir. 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səh mdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. 71.4. Ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından ləğvediciyə təhvil verilməsi aktmı məhkəmə təsdiq edir. Ləğvedici bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər. Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. 71.5. Ləğvedici zəruri hallarda müflis elan olmuş banka müstəqil hüquqşünasları, mühasibləri və başqa mütəxəssisləri məhkəmənin təsdiq etdiyi şərtlər əsasında muzdla işə cəlb edə bilər. 71.6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.12- ci maddəsinə əsasən ləğv prosesində olan bankın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilənədək ləğvedici bank statistikası hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka təqdim etməlidir. 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kredit orların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə
1. İnvestisiya anlayışı İnvestisiya—gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. M a d d ə
17. İnvestisiya fəaliyyəti subyektlərinin hüquqlarının təminatı Dövlət investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinə, onun subyektlərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasına təminat verir. İnvestisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilənin şərtləri bu müqavilənin bütün müddəti ərzində və hətta o bağlandıqdan sonra qanunvericiliklə subyektlərin vəziyyətini pisləşdirən və ya hüquqlarını məhdudlaşdıran şərtlər müəyyən edildikdə belə, əgər onlar müqavilə şərtlərinin dəyişdirilməsi barədə razılığa gəlməyiblərsə, qüvvəsini saxlayır. Dövlət orqanları və başqa orqanlar investorların və investisiya fəaliyyətinin digər subyektlərinin hüquqlarını pozan aktlar qəbul etdikdə investisiya fəaliyyəti subyektlərinə dəyən zərəri bu orqanlar tam həcmdə ödəməlidirlər. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikası Qanunu M a d d ə
2. Azərbaycan respublikasının beynəlxalq müqavilələri Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələri Azərbaycan Respub likası adından (dövlətlərarası müqavilələr) və Azərbaycan Respublikasının hökuməti adından (hökumətlərarası müqavilələr) bağlanır. M a d d ə
3. Beynəlxalq müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə edilməsi üsulları Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
33. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə ar aşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
34. Belə ki, apellyasiya məhkəməsinin qənaətinə görə qanunvericiliklə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi və hər kateqoriya üzrə tələblərin əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilməsi imperativ qaydada tənzimlənmişdir. Bu da o deməkdir ki, müflis elan olunmuş bankın kreditorlarına növbəlikdənkənar hər hansı qaydada ödəniş aparıla, habelə, hesabda olan vəsaitlər qaytarıla hətta, müflis bankla onun kreditorları arasında növbəlikdənkənar öhdəliklərin əvəzləşdirilməsi belə həyata keçirilə bilməz.
35. Məhkəmə kollegiyası ape llyasiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir.
36. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il 12 may tarixli 22/1 nömrəli qərarı ilə "xxxx" ASC-yə verilən 1992-ci il 9 noyabr tarixli 13 nömrəli bank lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-3(103)132/2020 nömrəli iş üzrə 2020-ci il 14 may tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir (bax § 2). 37. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur (Qanunun 72.1.1-ci maddəsi).
38. Qanun vericiliyin istinad olunan normalarından göründüyü kimi, bank müflis elan olunduqdan sonra yalnız onun ləğvedicisi və ya ləğvedicinin vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu müflis elan olunmuş banklar ilə bağlı işlərin (mübahisələrin) müxtəlif xarakterli olması, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış iqtisadi münasibətlərdən irəli gəlməsi, həmçinin mübahisənin hüquqi təbiətinə görə fərqlənməsi baxımndan hesab etmişdir ki, belə vəziyyətdə olan banka qarşı iddiaları iki əsas qrupa bölmək olar: müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddiaları; müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddiala rı (“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarı)
40. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarında müflis elan olumuş banka qarşı tələblərə (iddialara) görə fərqləndirici əlamətlər baxımından iki əsas qrupla bağlı hüquqi mövqe ortaya qoyulmuşdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə iddiaçının bankın kreditoru olması ilə bağlı münasibətdən deyil, iddiaçı tərəfindən bank vasitəri ilə pul vəsaitinin digər müəssisənin hesabına ödənilməməsi və iddiaçıya geri qaytarılmaması ilə bağlı olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən isə, bank ləğv edildikdən sonra onun əmlakının idarə edilməsi ləğvediciyə həvalə olunur və yalnız ləğvedici tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. 42. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, investisiya—gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.
43. Həmin Qanunun 17-ci maddəsinə əsasən, Dövlət investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinə, onun suby ektlərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasına təminat verir. İnvestisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilənin şərtləri bu müqavilənin bütün müddəti ərzində və hətta o bağlandıqdan sonra qanunvericiliklə subyektlərin vəziyyətini pisləşdirən və ya hüquqlarını məhdudlaşdıran şərtlər müəyyən edildikdə belə, əgər onlar müqavilə şərtlərinin dəyişdirilməsi barədə razılığa gəlməyiblərsə, qüvvəsini saxlayır. Dövlət orqanları və başqa orqanlar investorların və investisiya fəaliyyətinin digər subyektlərinin hüquqlarını pozan aktlar qəbul etdikdə investisiya fəaliyyəti subyektlərinə dəyən zərəri bu orqanlar tam həcmdə ödəməlidirlər. 44. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikas ı Qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələri Azərbaycan Respublikası adından (dövlətlərarası müqavilələr) və Azərbaycan Respublikasının hökuməti adından (hökumətlərarası müqavilələr) bağlanır.
45. Həmin Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər.
46. İşdən göründüyü kimi, 2004-cü il 29 sentyabr tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutapa, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yata qlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş”) imzalanmış və bu Saziş 2005-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasǝn Qanun statusunu almışdır.
47. Eyni zamanda "xxxx" şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti və hazırki iş üzrə iddiaçı şirkət arasında bağlanmış və 2005-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş "Birgə Əməliyyat Sazişi"nə əsasən "xxxx" şirkəti “Əməliyyat şirkəti” seçilmiş və “Saziş” ərazisində neft-qaz əməliyyatlarının “Əməliyyat şirkəti” tərəfindən həyata keçirilməsi barədə tərəflər arasında razı lığa gəlinmişdir.
48. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 2004cü il 14 oktyabr tarixli qərarı ilə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində Azərbaycan Respublikası Hökümətinin Təminatı və Öhdəlikləri təsdiq edilmişdir.
49. Sazişin 8.6-cı bəndinə əsasən, “Binəqədi Oyl Kompani" şirkəti Podratçı tərəflərin neft qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir. Sazişin 3-cü maddəsində Şirkətin neft-qaz əməliyyatlarını hamılıqla tanınmış beynəlxalq standartlar əsasında aparmaq öhdəliyi nəzərdə tutulmuşdu r. Bu standartlar əsasında öhdəliyin yerinə yetirilməsi üçün lazımi şəraitin yaradılmasına Azərbaycan Respublikası Hökuməti müvafiq təminat və öhdəliklər vermişdir.
50. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və Öhdəliklərin 1-ci bəndinin “e” yarımbəndində Hökumətin aşağıda qeyd olunan təminatı öz əksini tapmışdır: "Podratçı tərəflərin heç bir hüququ mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansi hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa şəkildə özgə tərəfindən mənimsəmilə bilməz.
51. Saziş üzrə verilən Təminat və Öhdəliklərin 2-ci bəndinin “h” yarımbəndinə əsasən, podratçının sazişdə nəzərdə tutulan əməliyyatları aparmaq və valyuta dəyişdirmək hüququna əmək olunmasını, o cümlədə n podratçıya karbonhidrogenlər ixracından və yaxud satışından əldə etdiyi bütün gəliri Azərbaycan Respublikasında və ya onun hüdudlarından kənarda sərbəst surətdə saxlamaq, eləcə də bunların sərbəst sərəncamçısı olmaq hüququ, neft-qaz əməliyyatları ilə bağlı fəaliyyətdən əldə etdiyi bütün sərbəst və qeyri-məhdud surətdə podratçının vətəninə qaytarmaq hüququ təmin edilir.
52. Saziş üzrə verilən Təminat və Öhdəliklərin 2-ci bəndinin “i” yarımbəndinə əsasən, Saziş və Təminat üzrə podratçının (və ya onun hüquq varislərinin) əldə etdiyi hüquqlar və mənafelər podratçının qabaqcadan razılığı olmadan dəyişdirilməməli və ya azaldılmamalıdır. Azərbaycan Respublikasının hər hansı müqaviləsi, hökümətlərarası sazişi, qanunu, fərmanı və ya inzibati sərəncamı o cümlədən vergi qanunvericiliyində, qaydal arda və ya inzibati təcrübədə hər hansı dəyişikliklər daxil olmaqla, Sazişin və yaxud Təminatın müddəalarına uyğun gəlmədikdə və ya zidd olduqda, Saziş və yaxud Təminat üzrə podratçının hüquqlarına və ya mənafelərinə mənfi təsir göstərdikdə Hökümət bunun nəticəsində hər hansı mənfəətin itirilməsi, iqtisadi şəraitin pisləşməsi, zərər və ya itki dəyməsi müqabilində podratçıya kompensasiya ödəməlidir.
53. Göründüyü kimi, "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutapa, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Qanun statuslu Saziş mövcuddur, iddiaçı isə həmin “Saziş” üzrə əməliyyatçı şirkət kimi müəyyən edilməklə podratçı olaraq ona müstəsna səlahiyyətlər verilmişdir. Sazişə əsasən, podr atçıya bank əməliyyatlarından istifadəyə dair geniş hüquqlar verilmiş, podratçının sazişin icrası ilə bağlı maraqlarına toxunan, onların zərər etməsinə səbəb olan, əmlakının qəsbi və digər mənfi nəticələr doğuran hallarla bağlı, habelə Azərbaycan Respublikasının hər hansı müqaviləsi, hökümətlərarası sazişi, qanunu, fərmanı və ya inzibati sərəncamı o cümlədən vergi qanunvericiliyində, qaydalarda və ya inzibati təcrübədə hər hansı dəyişikliklər daxil olmaqla, Sazişin və yaxud Təminatın müddəalarına uyğun gəlmədikdə və ya zidd olduqda, Saziş və yaxud Təminat üzrə podratçının hüquqlarına və ya mənafelərinə mənfi təsir göstərdikdə Azərbaycan Hökümətinin öhdəlikləri müəyyən edilmiş və podratçının zərərinin kompensasiyasının ödənilməsi nəzərdə tutulmuşdur.
54. Məhkəmə kollegiyası hesab edir ki, h azırki iş üzrə tam və obyektiv nəticənin əldə olunması üçün iddiaçı tərəfindən bank vasitəsi ilə pul vəsaitinin onun “Saziş” əsasında fəaliyyəti ilə bağlı köçürülüb-köçürülmədiyi, həmin vəsaitin hansı səbəbdən iddiaçıya qaytarıla bilməməsi nüanslarına aydınlıq gətirilməli və iddiaçının “Saziş” əsasında həyata keçirdiyi fəaliyyəti zamanı onun itkilərinin Azərbaycan Höküməti tərəfindən kompensasiya edilməli olması nəzərə alınmalıdır.
55. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəməni n iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 2.4-cü bəndi).
57. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözüg edən halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.
59. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
60. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
61. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-2(103)685/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytar ılmalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-2(103)-685/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.