Məhkəmə qərarları › İş №2-2(102)-518/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-518/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-518/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 1 may tarixli 2-2(106)-39/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışd ır. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh ASC arasında 2021-ci il 1 dekabr tarixli 000234 nömrəli Vergi, Statistika Hesabatları, Məşğulluq Hesabatları və Bank əməliyyatları üzrə xidmətləri əhatə edən müqavilə; 2022-ci il 1 yanvar tarixli 001 nömrəli Hüquqi xidmət müqaviləsi; 2022-ci il 1 fevral tarixli 000234/B nömrəli İT xidmətlərinin göstərilməsi üzrə müqavilə və 2022-ci il 10 sentyabr tarixli 100922 nömrəli Subicarə müqaviləsi bağlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 1 dekabr tarixli OC0234 nömrəli "Vergi, Statistika Hesabatları, Məşğulluq Hesabatları və Bank " əməliyyatları üzrə müqavilədən yaranmış 44.000 manat əsas, 5.040 manat ƏDV-nin, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış 5.268 manat borc olmaqla, cəmi 54.308 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; iddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci il 1 yanvar tarixli 001 nömrəli Hüquqi xidmət müqaviləsindən yaranmış 6.800 manat əsas borc, 918 manat ƏDV-nin, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış 811 manat borc olmaqla, cəmi 8.529 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; iddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci il 1 fevral tarixli 000234/B nömrəli İT (İnformasiya Texnologiyaları) xidmətlərinin göstərilməsi müqaviləsindən yaranmış 2.450 manat əsas, 441 manat ƏDV-nin, Azərbay can Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış 289 manat borc olmaqla, cəmi 3.180 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; iddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci il 10 sentyabr tarixli 100922 nömrəli daşınmaz əmlak sahəsinin icarəyə verilməsi haqqında subicarə müqaviləsindən yaranmış 11.856 manat əsas borc, 2.134 manat ƏDV-nin, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış 981 manat borc olmaqla, cəmi 14.971 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə; ümumilikdə müqavilələr üzrə 80.988 manat borcun və ödənilmiş 333 manat dövlət rüsumunun, cəmi 81.321 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2021–2022-ci illərdə müxtəlif xidmətlərə dair 4 müqavilə bağlanmış, bu müqavilələr üzrə iddiaçı öz öhdəliklərini tam və vaxtında yerinə yetirmiş, göstərilən xidmətlər cavabdeh tərəfindən təhvil alınmış və heç bir etiraz edilməmişdir. Müqavilələr imzalandığı zaman cavabdehin hüquqi adı bir neçə dəfə dəyişmişdir (əvvəl "xxxx" MMC, sonra "xxxx" ASC, daha sonra Cavabdeh ASC olmuşdur). Hüquqi şəxsin VEÖN-nin eyni olması bu ardıcıllığı təsdiqləyir. Bütün müqavilələr üzrə təqdim olunmuş elektron qaimələr və təhvil-təslim aktlarına baxmayaraq, cavabdeh tərəfindən əsas borc məbləği olan 65.106 manat və 8.533 manat ƏDV-nin tam ödəniş həyata keçirilməmiş, həmçinin borcun gecikdirilməsi nəticəsində 7.349 manat məbləğində faizlər yaranmışdır. Beləliklə, cavabdehin ümumilikdə 80.988 manat (əsas borc, ƏDV və faizlər daxil olmaqla) məbləğində müqavilə öhdəliklərini icra etməməsi faktı mövcuddur.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmiş və iddiaya münasibət bildirməmişdir.

5. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 20 noyabr tarixli e-2-2(121)2473/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – N.Misirzadə).

6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə(lər)yə əsasən iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş, işlər görülmüş, habelə daşınmaz əmlak subicarəyə verilmişdir. Lakin, cavabdehin borcu yaranmış və borcunu ödəməmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə(lər) üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

7. Tərəflər arasında bağlanmış müqavilə(lər) əsa sında cavabdeh iddiaçının xidmətlərindən istifadə etmək, o cümlədən icarə müqaviləsi əsasında daşınmaz əmlakı subicarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətlərin dəyərini, həmçinin icarə haqqını ödəməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə müqavilə(lər) üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

8. Həmçinin faiz borcunun tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçının pul vəsaitini ödəməkdən boyun qaçırmaqla, habelə onun ödənilməsini gecikdirməklə iddiaçıya ziyan vurmuşdur. Buna görə də cavabdeh ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən iddiaçıya faizlər ödəməlidir. Odur ki, məhkəmə iddianın bu hissədə də əsaslı olması qənaətinə g əlmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 390.4, 390.5, 442, 449.1, 449.2, 683, 700.1, 700.2, 752.1, 753.1, 769, 770 və 777-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 1 may tarixli 2-2(106)-39/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim C.İmanov, hakimlər – T.Kərimov və Q.Əliyev).

12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə r azılaşmış və əlavə olaraq apellyasiya şikayətinin “cavabdehin məhkəmə iclaslarının yeri barədə məlumatlandırılmaması, bununla da çəkişmə prinsipinin pozulması” dəlilinə münasibətdə bildirmişdir ki, işdə olan məhkəmə tərəfindən cavabdehə ünvanlanmış məhkəmə iclasına dair bildirişdən və həmçinin elektron sistem vasistəsilə elektron kabinetə yerləşdirilmiş bildirişlərdən görünür ki, cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmiş və iddianı təkzib edəcək mötəbər sübutlarını birinci instansiya məhkəməsinin birinci baxış iclasınadək təqdim etməmişdir.

13. Şikayətin “tərəflər arasında tərtib o təhvil-təslim aktlarının müəmmalı şəkildə tərtib olunması” ilə bağlı dəlili üzrə məhkəmə qeyd etmişdir ki, əvvəla, işdən müəyyən olunanlara görə, tərəflər arasında 2021-ci il 1 dekabr tarixli, 2022-ci il 1 yanvar tarixli, 2022-ci il 1 fevral tarixli və 2022-ci il 10 sentyabr tarixli müqavilə bağlanmışdır. Qeyd edilən müqavilələrin bağlanması hər iki tərəfin izahatı ilə təsdiq olunmuşdur. Cavabdeh tərəf müqavilənin bağlanmasını təsdiq etmiş, lakin həmin müqavilələrin icra edilmədiyini iddia etmişdir. İkincisi, iş materiallarında olan elektron qaimə fakturaların və təhvil-təslim aktlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş və işlər görülmüşdür. Cavabdehin 65.106 manat məbləğində əsas borcu və 8.533 manat məbləğində ƏDV borcu qalmışdır. Tərəflər arasında müqavilə üzrə görülmüş işlərlə bağlı təhvil-təslim aktları tərtib edilmiş, hər təhvil-təslim aktı ardıcıllıqla qaimə-faktura larla təsdiq olunur. Həmçinin işə əlavə edilən vergi hesabatları üçün “əvəzləşdirmə cədvəlindən çıxarış”dan, “ixrac maliyyə məlumatları cədvəlindən çıxarış”dan, ”aylar üzrə dövriyyə cədvəlindən çıxarış”dan, ”idxal maliyyə məlumatları cədvəlindən çıxarış”dan, vahid muzdlu bəyannamədən çıxarış”dan, hüquqi xidmətlərlə bağlı mail üzrərindən yazışmaları əks etdirən 44 səhifəlik yazışma və sənədlərdən də müəyyən olunur ki, tərəflər arasında işgüzar münasibətlər olmuşdur. Bundan başqa, şifahi məsləhət və digər xidmətlərlə bərabər vergi, maliyyə, bank və s. əməliyyatların həyata keçirilməsi istiqamətində cavabdehin rəsmi “e-mail”indən 300-ə yaxın əməliyyatlar iddiaçının rəsmi e-mailinə sadəcə bir mütəxəssin ünvanına (Tural Ağazadənin) daxil olmuşdur. Həmin emaillərin daxil olma tarixini də əks e tdirən e-maildən çıxarış sənədlərə əlavə edilmişdir. Üçüncüsü, iddiaçı 2024-cü il 9 yanvar tarixində cavabdehə borcların ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu (pretenziya-bildiriş) göndərmiş, lakin cavabdeh təşkilat aralarında məhkəmə mübahisəsinin olmasını bildiyi halda həmin xəbərdarlıq məktubuna hər hansı münasibət belə bildirməmişdir.

14. Kollegiya şikayətin “Kənan Ağayevin öz qulluq mövqeyindən istifadə edərək və şirkətin pulunu mənimsəmək məqsədilə həmin qeyd edilən uydurma müqavilələrin bağlanmasına nail olması” ilə bağlı dəlillərinə gəldikdə bildirmişdir ki, tərəflər arasında müqavilələrin bağlanılması bir faktdır və bu müqavilələr cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Deməli müqavilələr müqavilə azadlığı və könüllülük prinsipinə uyğun olaraq bağlanmış və heç kəs bəhsi k eçən müqavilələrin bağlanmasına məcbur edilməmişdir. Cavabdeh iddiaçının uydurma müqavilə bağlamağa nail olmasını vurğulasa da bununla bağlı müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir.

15. Şikayətin “iddiaçı tərəfindən cavabdehə müqavilələrdə nəzərdə tutulmuş xidmətləri göstərmək imkanlarının mövcud olmaması və faktiki olaraq həmin xidmətlərin icra olunmaması” ilə bağlı dəlilləri üzrə qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasında biznes sektoru üçün maliyyə, mühasibat, vergi, hüquq, İT həllər, layihələrinin idarə olunması və s. bu kimi 170 dən çox biznes xidmətlərinin göstərilməsində ixtisaslaşmış ekosistem şirkətidir. 120-dən çox işçi və ekspert bazası ilə fəaliyyət göstərməklə respublikamızda sahəsi üzrə lider şirkətlərindəndir. Daha ətraflı məlumatlar üçün www.berc.az sayt ına müraciət oluna bilər. Qeyd edilən sahələr üzrə özəl biznes subyektləri ilə bərabər dövlət institutlarına, ö cümlədən Kiçik və X5 Agentliyinə xidmətləri uğurla həyata keçirir, həmin mərkəzlərinin idarə edilməsini həyata keçirərək qeyd olunan xidmətləri həmin mərkəzlər vasitəsi ilə də bütün respublikada təmin edir. Kiçik və X5 Agentliyi ilə müqavilələr də əlavə məlumat olaraq sistemə əlavə olunur.

16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 390.4, 390.5, 442, 449.1, 449.2 (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan), 683, 700.1, 700.2, 752.1, 753.1, 769, 770 və 777-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 2.5.3, 3.2 və 3.4-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80 və 88ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. MM-in 390.4, 390.5, 385.1, 442, 425, 426, 752.1, 753.1, 769, 770, 777, 683, 700.1 və 700.2-ci maddələri üzrə - tərəflər arasında rəsmiləşdirilmiş müqavilələr yalnız görünüş üçün və şirkətə məxus pulların mənimsənilməsi üçün bağlanılmışdır. Digər tərəfdən iddiaçının direktoru (ola bilər həm də təsisçisi) X3 cavabdehin səhmdarıdır. Kənan Ağayev öz qulluq mövqeyindən istifadə edərək və şirkətin pulunu mənimsəmək məqsədilə hə min uydurma müqavilələrin bağlanmasına nail olmuşdur. Digər tərəfdən, müqavilələrdən də göründüyü kimi, onların əsasında cavabdehə çox geniş spektrli xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Həmin xidmətlər - vergi, əmək, sosial, bank, mühasibat, maliyyə, statistik, kompüter və sairdir. Qeyd olunan xidmətlərin cavabdehə təqdim edilməsi üçün iddiaçı şirkətin buna texniki və maddi imkanları tələb olunur. Yəni iddiaçı həmin sahədə mütəxəssislərə malik olmalı və bu mütəxəssislər müqavilədə göstərilən xidmətlərlə bağlı iş gördüklərini təsdiq etməlidir. Qeyd olunan bütün hallar işə baxılarkən araşdırılmalı və iddiaçı şirkətin həqiqətən də cavabdehə müqavilələrdə göstərilən xidmətlərin göstərilib-göstərilməməsi müəyyən edilməlidir. Sübut növü kimi təqdim olunmuş aktlar isə müqavilələrdə gö stərilən xidmətlərin göstərilməsini təsdiq etmirlər və onların mötəbərliyi şübhəlidir. Bu səbəbdən, məhkəmə qətnaməsinin qanuni hesab olunması üçün təqdim edilmiş sübutlara əsaslı hüquqi qiymət verilməli, həmin sübutların mötəbərliyi həqiqiliyi yoxlanılmalı və bundan sonra irəli sürülmüş iddianın əsaslı olub-olmaması müəyyən edilməlidir. Hazırkı mübahisənin predmeti iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqavilələri üzrə yaranmış borcun tutulmasıdır. Lakin qeyd olunan müqavilələr hər hansı xidmətlər göstərilməmiş, həmin müqavilələr yalnız görünüş üçün bağlanılmış və formal xarakter daşımışdır. Müqavilələrin mahiyyət etibarilə etibarsız olduğu, işə apellyasiya qaydasında baxılarkən mübahisəli xidmət müqavilələrinin formal xarakter daşıdığı, görünüş üçün bağlanıldığı və özü-özlüyünd ə etibarsız olduğu nəzərə alınmalıdır. Müqavilələrin etibarlı əqd hesab edilməsi və həmin müqavilələr üzrə cavabdehin öhdəliyinin yaranması üçün onların icrasının, yəni müqavilələr üzrə real xidmətlərin göstərildiyinin sübut edilməsi zəruridir. Lakin iddiaçı bu xidmətlərin göstərildiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Çünki belə xidmətlər cavabdehə göstərilməmişdir. Bu isə həmin müqavilələrin etibarsız əqd olduğunu bir daha təsdiqləyir. Bundan başqa müqavilələrdə nəzərdə tutulan xidmətlər spesifik və xüsusi xarakter daşıyır, onların həyata keçirilməsi üçün isə müvafiq ixtisaslı kadrların və maddi resursların mövcudluğu zəruridir. Lakin icraçı şirkətin təqdim edilən müqavilələrdə göstərilən xidmətləri göstərmək üçün nə müvafiq ixtisaslı işçi heyəti, nə də tələb olunan maddi-texniki resursları olmuşdur. Bu isə onu göstərir ki, iddiaçının cavabdehə müqavilələrdə nəzərdə tutulmuş xidmətləri göstərmək imkanları mövcud olmamış və faktiki olaraq həmin xidmətlər icra edilməmişdir.

19. MPM-in 9, 77.1, 80, 88, 388, 416 və 417.1.3-cü maddələri üzrə - məhkəmə yalnız iddiaçının təqdim etdiyi əsassız sənədləri sübut kimi qiymətləndirilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrdə xidmətlərin göstərilməsinin rəsmiləşdirilməsi qaydası və şərtləri müəyyən edilməmişdir. İddiaçı təqdim etdiyi aktlardan göründüyü kimi, onların üzərinə möhür vurulmamış, aktları imzalayan şəxslərin adları qeyd olunmamışdır. Digər tərəfdən aktlarda göstərilən xidmətlərin adı, növü və xarakteriskası qeyd olunmamışdır. Bu da həmin aktların mötəbərliyini və iddiaçı tərəfindən x idmətin göstərilməsini şübhə altına alır. Bağlanmış müqavilələr üzrə konkret xidmətlərin göstərilməməsi və aktların yalnız formal olaraq tərtib edilməsi aydın görünən faktdır. Belə ki, 2021-ci il 1 dekabr tarixli 000234 nömrəli müqavilə üzrə iddiaçı cavabdehə “vergi, statistika hesabatları, məşğulluq hesabatları və bank” əməliyyatları üzrə xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. İddiaçının direktoru X2r. Eyni zamanda, Kənan Ağayev cavabdehin səhmdarlarından (təsisçilərindən) və müşahidə şurasının üzvlərindən biridir. X3 hazırkı iş üzrə cavabdehə qarşı digər icraatda iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, 2022-ci il 28 iyul tarixli 28.07- 2023/03 nömrəli borc müqaviləsi üzrə yaranmış 162.000 manat əsas borc, 46.755,26 manat faiz borcu və ödənilmiş dövlət rüs umunun əvəzi kimi 498.75 manat olmaqla, ümumilikdə 209.254 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmiş iş üzrə qəbul edilmiş qətnamədən hazırda apellyasiya şikayəti verilmişdir. Qeyd olunan mülki işdə də Kənan Ağayev öz qulluq mövqeyindən istifadə edərək, hazırkı iş üzrə cavabdehin maliyyə vəsaitlərini mənimsəmək məqsədi ilə 2022-ci il 28 iyul tarixində bu şirkətlə MM-in tələblərini pozmaqla 300.000 manat məbləğində borc müqaviləsinin bağlanmasını təşkil etmişdir. Borc müqaviləsinin və hazırkı mübahisə predmeti olan xidmət müqavilələrinin tarixlərinə nəzər yetirdikdə aydın olur ki, həmin müqavilələr eyni dövrdə bağlanmışdır. Bu fakt Kənan Ağayevin iddiaçı şirkətin direktoru kimi mübahisəli müqavilələri bağlamaqda əsas məqsədinin real xidmətlərin göstərilməsi yox, yalnız onların görüntüsünü yaratmaq və cavabdehə məxsus maliyyə vəsaitlərini ələ keçirmək olduğunu göstərir. Kənan Ağayevin direktoru olduğu iddiaçı şirkət ilə cavabdeh arasında bağlanmış xidmət müqavilələrinin hər biri 2021-ci ilin sonu və 2022-ci ilin müxtəlif vaxtlarında (2021-ci il 1 dekabr, 2022-ci il 1 yanvar, 2022-ci il 1 fevral, 2022-ci il 10 sentyabr) imzalanmışdır. Nəzərə alınsa ki, borc müqaviləsi də 2022-ci ilin iyul ayında bağlanmışdır, bu həmin müqavilələrin formal xarakter daşıdığın və real iqtisadi məzmununun olmadığını göstərir. Belə ki, 2021-ci il 1 dekabr tarixli müqavilə üzrə (həmin müqaviləyə əsasən hər ay 4.000 manat xidmət haqqnın ödənilməsi nəzərdə tutulmuşdur) aparılan ödənişlərə baxdıqda görmək mümkündür ki, cavabdeh tərəfində n faktiki olaraq həmin müqavilə üzrə yalnız cüzi məbləğlər ödənilmişdir. Əgər həmin müqavilələr üzrə (2021-ci il 1 dekabr, 2022-ci il 1 yanvar, 2022-ci il 1 fevral) ödənişlər artıq ilk aydan etibarən gecikdirilmişdirsə və yaxud təmamilə ödənilməmişdirsə, bu halda 2022-ci il 10 sentyabr tarixində iddiaçının cavabdehə yeni xidmət müqaviləsi bağlaması iqtisadi baxımdan əsaslandırılmış və ağlabatan hesab edilə bilməz. Göründüyü kimi, öhdəlik yerinə yetirilməyən müqavilələr üzrə xidmətlərin göstərilməsinin davam etməsi və onların dayandırılmaması məntiqə uyğun hərəkət deyil. Belə ki, əgər cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmirdisə, iddiaçı ən geci 3 ay ərzində xidmətlərin göstərilməsini dayandırmalı idi. Digər tərəfdən xidmət haqqı ödənilmədiyi halda, iddiaçı bununla bağlı hər ay rəsmi xəbərdarlıqlar göndərməli idi. Lakin iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə hər hansı rəsmi xəbərdarlıq məktubu belə göndərilməmişdir. Qeyd olunan hallar da sözügedən xidmət müqavilələrinin yalnız formal xarakter daşıdığını və onların əslində görünüş üçün bağlandığını bir daha təsdiq edir.

20. Kassator şikayətinin digər bölməsində bildirir ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfin təqdim etdiyi birtərəfli sənədlərə əsaslanmış, cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməsi üçün zəruri tədbirlər keçirməmiş və yekunda çəkişmə prinsipinə əməl etmədən birtərəfli qaydada işə baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, cavabdeh tərəf məhkəmə iclasında iştirak edəcəyi təqdirdə iddiaçı tərəfin istinad etdiyi heç bir xidmətin göstərilmə məsi ilə bağlı zəruri sənədləri məhkəməyə təqdim edəcəkdi. İddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktından cavabdeh tərəfin məlumatı yoxdur və qeyd olunan təhvil-təslim aktının hansı şəraitdə tərtib olunması da cavabdehə məlum deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti tam formal əsaslarla hazırlanmış, heç bir hüquqi və faktiki əsası olmayan, öhdəliklərin icrasının qəsdən uzadılmasına yönəlmişdir. Cavabdeh analoji hərəkətləri (məhkəməyə gəlməmək, bilərəkdən yanlış məlumat vermək, qarşı tərəfə böhtan atmaq, müxtəlif bəhanələrlə vaxtı uzatmaq m əqsədilə vəkil dəyişmək və s.) həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində etmişdir. Cavabdehin qeyd etdikləri əsassız olmaqla bərabər, bilərəkdən məhkəməyə yalan məlumat vermək və qarşı tərəfə böhtan atmaqdan başqa məqsədə xidmət etmir. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi hallar birinci instansiya məhkəməsində araşdırılmalı məsələlərdir.

23. Müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmışdır. Xidmətlər aylıq şəkildə göstərilmiş, qaimələr yazılmış, ilk 7 ay ərzində (2021-ci ilin oktyabr ayından 2022-ci ilin may ayına qədər) xidmət haqları ödənilmiş, müvafiq təhvil-təslim aktları tərtib edilmişdir. Heç bir mərhələdə cavabdeh tərəf hər hansı narazılıq və ya iddia irəli sürməmişdir. Bundan əlavə, məhkəməyə xidmətlərin göstərilməsini sübut edən - cavabdehin r əsmi email ünvanından iddiaçının rəsmi e-mail ünvanına əməliyyatların icrası üçün göndərilmiş 260-dan çox məktub təqdim edilmiş, onların məzmununa baxış imkanı yaradılmışdır. Həm birinci instansiya, həm də apellyasiya məhkəməsi digər faktorları da ətraflı araşdırmış, Kənan Ağayev şahid qismində çağırılaraq dindirilmişdir. Digər tərəfdən cavabdehə xidmət göstərən mütəxəssislərin ad, soyad, vəzifələri və əmək müqavilələri təqdim olunmuş, onların dindirilməyə hazır olduqları bildirilmişdir. Vergi uçotu və digər əməliyyatlara dair çıxarışlar da sistemə şəkil və digər formatlarda əlavə olunmuş, apellyasiya icraatında iş materiallarına daxil edilmişdir. Cavabdeh həm müqavilənin, aktların, qaimələrin, məktubların mövcudluğunu etiraf etmiş, həm də xidmətlər göstərilmədiyin bildirmişdir. Bu isə t am ziddiyyətli və əsassız arqumentdir. Subicarə müqaviləsinə dair 1.500 kv.m ərazidə yerləşən iddiaçı MMC-nin bir hissəsi cavabdehin Bakıda olan ofis işçilərinin fəaliyyəti üçün təqdim olunmuşdur. Həmin ərazidə müşahidə şurasının rəhbəri Cəmaləddin İsmayılov və 8-9 nəfərlik heyət fəaliyyət göstərmişdir. Bu barədə hər iki instansiya məhkəməsində məlumat verilmiş, həmin şəxslərin çağırılaraq dindirilməsi təklif olunmuşdur. Digər tərəfdən, iddiaçı Azərbaycan Respublikasında biznes sektoru üçün maliyyə, mühasibat, vergi hüquq, İT həlləri, layihələrin idarə edilməsi və s daxil olmaqla 170-dən çox xidmət üzrə ixtisaslaşmış ekosistem şirkətidir. Şirkət 120-dən çox işçi və ekspertlərlə fəaliyyət göstərir, bu sahədə ölkənin qabaqcıl şirkətlərindən biridir. Şirkət dövlət qurumlarına, o cümlədən Kiçi k və X5 Agentliyinə də xidmət göstərir. Bu sahədəki ekspertiza barədə ətraflı məlumat www.bcic.az saytında yerləşdirilmişdir. Müqavilələr bağlandığı zaman iddiaçının direktoru Kənan Ağayev olmamışdır. Eyni zamanda həmin dövrdə o, cavabdehin müşahidə şurasının üzvü də olmayıb. Müqavilələr 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar-fevral aylarında bağlanmışdır. Kənan Ağayev isə ASC-nin müşahidə şurasına yalnız 2022-ci ilin iyun ayında daxil olmuş və orada cəmi 4 ay fəaliyyət göstərmişdir. Bundan başqa, işin baxılma müddəti qanunvericiliyin nəzərdə tutduğu yuxarı həddə olmuş və hər iki instansiya tərəfindən cavabdeh tərəfə kifayət qədər imkan yaradılmışdır. Kassasiya baxışının hədləri

24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Madd ə

209. İşə mahiyyəti üzrə baxmağın qurtarması 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə

361. Apellyasiya şikayətinin məzmunu 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.2. Yeni sübutlar və yeni tələblər apell yasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” “Maddə

380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.” “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdi rildiyini göstərməyə borcludur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pro sessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

28. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

29. Belə ki, kassasiya şikayətində MM-in 390.4, 390.5, 385.1, 442, 425, 426, 752.1, 753.1, 769, 770, 777, 683, 700.1 və 700.2-ci maddələrinin tələblərinin pozulmasının nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

30. Həmin maddələrin tələblərinin pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi, habelə eyni əsaslandırma ilə kassasiya şikayətində qeyd edilən prosessual hüqun normalarının pozulması barədə dəlillər isə əsassızdır.

31. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

33. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edi lib-edilməməsini yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya şikayətinin dəlillərini qiymətləndirmişdir.

35. Bundan əlavə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində gedən icraat və keçirilən iclaslar barədə məlumatlı olan cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, eyni zamanda iddia ərizəsinə hər hansı etiraz bildirməmiş və iddiaçının istinad etdiyi halları mübahisələndirməmişdir. Apellyasiya şikayətində isə həmin hallar mübahisələndirilmişdir.

36. Halbuki, MPM-in 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildik dən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.

37. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.

38. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin iştirakının təmin olunmaması barədə dəlillər isə əsassız hesab olunmuşdur. Belə ki, məhkəmə bildirişləri MPM-in 135.8-ci maddəsinə uyğun olaraq cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirimişdir.

39. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin cavabde hin istinad etdiyi hallar üzrə araşdırma aparmaq vəzifəsi olmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən cavabdehin istinad etdiyi dəlillərə qiymət verilmişdir.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 1 may tarixli 22(106)-39 /2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar