Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-529/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR 2-2(102)-529/2023 16.11.2023 Açar sözlər: kompensasiyanın və vurulmuş zərərin əvəzinin ödənilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, X6 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı kompensasiyanın və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)-17/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş 1999-cu il 21 iyul tarixli 001830 nömrəli qeyri-yaşayış fonduna daxil olan obyektlərin Texniki Pasportundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 69 ünvanında ticarət məqsədilə icarəyə verilmiş qeyriyaşayış sahəsinin mülkiyyətçisi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının balansındadır və icarəçisi isə X4r.
2. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MH seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində isti fadədə olan – ha torpaq sahəsində yerləşən 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24.2 kv.m əsas, - kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına 2006-cı il 27 sentyabr tarixdə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 977 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: 1********).
3. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 2008-ci il 8 sentyabr tarixli 001897 nömrəli müəssisə və obyektin daşınmaz əmlakın Texniki pasportundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 62 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin balans saxlayıcısı və ya mülkiyyətçisi Dövlət Əmlakının İdarə e dilməsi üzrə Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir, icarəçisi isə "xxxx" MMC-dir.
4. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MH seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində mülkiyyətində olan 0,20998 ha torpaq sahəsində yerləşən 62 nömrəli 1.524,9 kv.m ümumi, 958,6 kv.m əsas, 566,3 kv.m köməkçi sahədən ibarət 1, 2 və 3 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına 2009-cu il 25 aprel tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 1996 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: *** *******).
5. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2009-cu il 18 may tarixli 180 nömrəli "xxxx" MMC-yə "xxxx"nin layihələndirilməsinə icazə verilməsi haqqında Sərəncamında qeyd olunmuşdur ki, Nəsimi Rayon İcra Hakimiyyətinin 2009-cu il 13 aprel tarixli 01-04/41 saylı razılıq məktubu, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 2009-cu il 7 aprel tarixli 43/412 saylı rəyi, "xxxx" MMC-nin 2009-cu il 1 aprel tarixli 103/09 müraciətləri nəzərə alınaraq, ünvan 3 ünvanda özünəməxsus 2,19 ha torpaq sahəsində (DƏDRX-nin 2008-ci il 18 mart tarixli ******* saylı; 2007-ci il 27 iyul tarixli ******* saylı; 2008-ci il 5 dekabr tarixli ******* saylı; 2008-ci il 23 fevral tarixli ******* saylı və 2009-cu il 25 aprel tarixli ******* saylı çıxarışları) "xxxx"nin tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilsin.
6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2013-cü il 3 oktyabr tarixli 404 nömrəli "xxxx" MMC-yə dair Bakı şəhər İcra Hakimiyyətinin 2009-cu il 18 may tarixli 180 nömrəli sərəncamında qismən dəyişiklik edilməsi haqqında Sərəncamında qeyd olunmuşdur ki, "xxxx" MMC-nin 2013-cü il 29 avqust tarixli 013/034 saylı müraciətini nəzərə alaraq, ünvan 4 ünvanda ünvan 5a sarayı və şəhərciyi”nin tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin ölçüsü 10,62 ha müəyyən edilsin.
7. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2016-cı il 29 noyabr tarixli 516 nömrəli "xxxx" MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyətinin 2013-cü il 3 oktyabr tarixli 404 saylı sərəncamında qismən dəyiş iklik edilməsi haqqında Sərəncamında qeyd olunmuşdur ki, "xxxx" MMC-nin 2016-cı il 7 oktyabr tarixli 894 saylı müraciətini və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 2016-cı il 25 noyabr tarixli **********98 saylı məktubunu nəzərə alaraq, Nəsimi rayonu, Neftçilər prospekti 60 və 62 saylı ünvanda ünvan 6para sarayı və şəhərciyi»nin tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin ölçüsü 12,8351 ha müəyyən edilsin.
8. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2016-cı il 16/135 nömrəli İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktından görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 2009-cu il 18 may tarixli 180 nömrəli və 2016-cı il 29 noyabr tarixli 516 nömrəli sərəncamlar əsasında ünvan 7 ünvanda 12,8351 ha torpaq sahəsi "xxxx" MMC-yə “Aypara saray və şəhərciyi” kompleksinin tikintisi üçün icarəyə verilmişdir.
9. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MH seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində mülkiyyətində olan 0,20998 ha torpaq sahəsində yerləşən 62 nömrəli 1.524,9 kv.m ümumi, 958,6 kv.m əsas, 566,3 kv.m köməkçi sahədən ibarət 1, 2 və 3 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına 2009-cu il 25 aprel tarixdə daşınmaz əmlakın dövlət reye strində 22 nömrəli reyestr kitabının 1996 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********).
10. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2017-ci il 3 avqust tarixli 18/03-8/2045 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 7 ünvanda tikintisi nəzərdə tutulan “Aypara saray və şəhərciyi” kompleksinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin 2017-ci il 18 iyul tarixli 314 saylı sərəncamının 1.51-ci bəndi 12339 saylı inşaat pasportuna əlavə olunması üçün Sizə göndərilir.
11. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 2017-ci il 18 iyul tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirləlr K abinetinin 2015-ci il 12 yanvar tarixli 6 saylı qərarına uyğun olaraq tikinti obyektlərinə dair şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında Sərəncamında qeyd edilmişdir ki,
1. Azərbaycan Respublikası Nazirləlr Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış aşağıda adları sa dalanan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilsin. 1.51. ünvan 7 ünvanda "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulan “Aypara saray və şəhərciyi” kompleksi (2017-ci il 6 iyun tarixli 18/03-8/1449 saylı məktub). 12. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 5 avqust tarixli 2-1(81)849/2015 saylı qərarından görünür ki, X3 cavabdehlər Bakı şəhər İcra Hakmiyyətinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakmiyyətinə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə qarşı “280.950 manat məbləğində kompensasiyanın ödənilməsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət K omitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 2020-ci il 5 noyabr tarixli **********40 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsinə məhkəmənin və tərəflərin nümayəndələrinin, ekspertin, GPS işlədən mühəndisin iştirakı ilə baxış keçirib naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə, verilmiş sorğuların cavablarına və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). Mübahisələndirilən ərazi lövhələrlə hasarlanaraq mühafizə olunur və hal-hazırda köhnə tikililər sökülüb yerində tikinti işləri aparılır. 1) İddiaçı 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Neftçi lər prospektində istifadədə olan torpaq sahəsində yerləşən mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24.2 kv.m əsas tikililərə verilmiş TexnikiPasportun koordinatlarının olmadığı üçün sözügedən Texniki-Pasportun koordinatlarının təqdim edilməsi məqsədi ilə mübahisələndirilən ərazinin naturada müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aşağıdakı kimi cavablanmışdır: -Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerinin dəqiqləşdirilməsi üçün İddiaçı ilə əlaqə saxlanılmış və o sözügedən daşınmaz əmlakın söküldüyünü bildirmişdir. Arxiv əsaslarında texniki pasportd a döngə nöqtələri əks olunmadığından və obyekt söküldüyü üçün koordinatların verilməsi mümkün olmamışdır. Lakin texniki pasportun cizgisində şərti istinaddan görünür ki, sözügedən daşınmaz əmlak Bayıl Gömrük binasının yaxınlığında yerləşir (mübahisələndirilən ərazinin 2008-ci, 2010-cu, 2011-ci, 2013-cü, 2018-ci və 2020ci illərin peyk görüntüləri əlavə edilir). 2) İddiaçı 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən iddia etdiyi və naturada göstərdiyi hal-hazırda sökülmüş qeyri-yaşayış sahəsinin yeri Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşir. Lakin İddiaçı 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istif adədə olan torpaq sahəsində yerləşən mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24.2 kv.m əsas tikililərə verilmiş Texniki-Pasportun koordinatlarının olmaması səbəbindən İddiaçı 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi ilə Cavabdeh MMC-nin 2009-cu il 25 aprel tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin dəqiq koordinatlarla üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020ci il 17 dekabr tarixli 10/811 saylı ekspert rəyindən müəyyən olunur ki, tədqiq olunan qeyriyaşayış sahəsinə dair tərtib olunmuş texniki pasportun, Azərbaycan R espublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin və mübahisələndirilən ərazinin 2008-ci, 2010-cu, 2011-ci, 2013-cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin məlumatlarını nəzərə alaraq, İddiaçı 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin bütünlüklə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021ci il 8 iyul tarixli 10/1547 saylı ekspert rəyindən müəyyən olunur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 2020-ci il 5 noyabr tarixli **********40 saylı mütəxəssis rəyinə əsasən İddiaçı 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən iddia etdiyi və naturada göstərdiyi hal-hazırda sökülmüş qeyri-yaşayış sahəsinin yerinin Bakı şəhər İcra Hakmiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Lakin 2006-cı il 29 iyun tarixli çıxarışa əsasən İddiaçı Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi faktiki olaraq söküldüyündən və həmin qeyri-yaşayış sahəsinin texniki pasport sənədində koordinatları qeyd olunmadığından, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin koordinatlarını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda tədqiq olunan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin və mübahisələndirilən ərazinin 2008-ci, 2010-cu, 2011-ci, 2013-cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin və texniki pasportun məlumatlarını nəzərə alaraq, İddiaçı 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospektində istifadədə olan torpaq sah əsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin bütünlüklə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur.
16. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 2019-cu il 23 oktyabr tarixli pretenziya məktubunda sökülən və məhv edilən mülkiyyətinə görə əmlakların bazar dəyəri miqdarında kompensasiya xahiş edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabd eh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kompensasiya və dəymiş maddi ziyana görə 831.600 manat, mənəvi ziyana görə 100.000 manat, dövlət rüsumuna görə ödənilən 30 manat və hüquqi yardıma görə 500 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24.2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 977 nömrəli vərəqində qeydiyyata alınmış və MH seriyalı 2006-cı il 26 sentyabr tarixli ******* nömrəli çıxarış verilmişdir. 1999-cu il 21 iyul tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, tikinti altındakı sahə 37.1 kv. metrdir. İddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsində yeməkxana fəaliyyət göstərmiş və ailəsinin qazancını oradan təmin etmişdir. 2010-cu ilin oktyabr ayında yeməkxana qanunsuz olaraq sökülmüş və içərisində olan əşyalar qarət edilmişdir. İddiaçı qeyri-yaşayış sahəsinə və altında olan torpaq sahəsinə görə qanunla düşən kompensasiyanı bu günə kimi ala bilməmişdir. Çoxsaylı müraciətlər olunmuş, ancaq heç bir cavab alınmamışdır. Söküntü olduğu tarixdən indiyədək Azərbaycan Respublikasında iki dəfə devalvasiya baş vermişdir və ona görə də dəymiş zərər buna uyğun hesablanmalı və ümumi məbləğin 20% həcmində kompensasiya ödənilməlidir. Dəymiş mənəvi ziyan, kompensasiya, devalvasiya və əldən ç ıxmış mənfəət nəzərə alınmaqla, ümumilikdə 931.600 manat ziyan hesablanmışdır.
19. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, cavabdehdən kompensasiya və dəymiş maddi ziyana görə 833.211 manat, mənəvi ziyana görə 200.000 manat, dövlət rüsumuna görə ödənilən 30 manat və hüquqi yardıma görə 500 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İddia tələbinin həcminin artırılmasına dair verilmiş ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə təyin edilən və keçirilən 2020-ci il 17 dekabr tarixli 10/811 saylı ekspert rəyinin nəticəsinə əsasən iddiaçının 2006-cı il 26 sentyabr tarixli çıxarışa əs asən Bakı şəhəri Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən mülkiyyətində olan 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 24.2 kv.m. ümumi, 24.2. kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin bütünlüklə cavabdehin faktiki istifadəsində olan Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2016-cı il tarixli 16,135 nömrəli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. 1999-cu il 21 iyul tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, tikili altındakı sahə 37.1 kv.metrdir. Mülkiyyətində olan qeyri-yaşayış sahəsində yeməkxana fəaliyyət göstərirdi və ailənin qazanc yeri idi. Mülkiyyətində olan əmlak cavabdeh tərəfindən onunla bir mülkiyyətçi kimi razılaşdırılmadan, əvvəlcədən p ulu ödəmədən 2010-cu ilin oktyabr ayında sökülmüşdür. 2010-cu ilin oktyabr ayında qanunsuz olaraq Bakı şəhərinin mərkəzində iddiaçının mülkiyyətində olan yeməkxana sökülmüş və içərisində olan əşyaları qarət edilmişdir. Söküntü xəbərdarlıq edilmədən və iştirakı olmadan aparılmışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə və altında olan torpaq sahəsinə görə qanunla düşən kompensasiyanı bu günə kimi ala bilməmişdir. İlk əvvəl söküntü aparıldıqdan sonra söküntünü aparan şirkət, təşkilat barədə məlumat ala bilməmiş, hətta hüquq mühafizə orqanlarına belə müraciət etmişdir. Müraciət etdiyi təşkilatlar söküntüdən xəbərlərinin olmamasını göstərirdilər. Uzun müddət həmin sahədə tikinti işləri aparılmırdı. Artıq tikinti aparıldığını biləndən sonra tikinti aparan təşkilatı uzun müddətdən sonra müəyy ən etmişdir. Əvvəlcə şifahi, daha sonra yazılı müraciətləri müsbət nəticə verməmişdir. Yazdığı ərizə və pretenziya cavabsız qalmışdır. Bu günə kimi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə kompensasiya verilməmişdir, dəyən ziyan ödənilməmişdir. Göstərilənlərə əsasən iddiaçıya əmlakının bazar qiymətinin 20%-i miqdarında əlavə kompensasiya ödənilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona aşağıdakı məbləğdə ziyan dəymişdir, hansı ki, bu günə kimi ödənilməmişdir. Sökülən obyektin 2010-cu ilin oktyabr ayına bazar dəyəri 280.000 manat olmuşdur (280.000 x 20% = 56.000 manat). Beləliklə, sökülən obyektinə görə 336.000 manat (280.000+56.000= 336.000) ziyan dəymişdir. Məhv edilmiş avadanlıqlara və mebelə görə ona 20.000 manat ziyan dəymişdir. 336.000 manat o dövrdə 262.080 ABŞ do lları təşkil edirdi (1 dollar – 0,78 qəpik idi). O vaxtdan sonra Azərbaycan Respublikasında 2 devalvasiya baş vermişdir və hazırda 1 dollar 1,70 manat təşkil edir. İddiaçı hesab edir ki, ona dəymiş ziyan baş verən devalvasiyaya uyğun ödənilməlidir. Ona görə də 445.536 ABŞ dolları bu günə olan məzənnə ilə 757.411 manat təşkil edir. Bundan əlavə həmin obyekt-yeməkxana ona gəlir gətirirdi və 2010-cu ilin oktyabr ayından bu günə kimi 10 il 4 aydır (124 ay) ki, iddiaçı gəlirindən qalmışdır. Yeməkxana ayda 400-500 manat, orta hesabla 450 manat ona gəlir verirdi. Bununla bağlı ona 55.800 manat ziyan dəymişdir (124 ay x 450 manat = 55.800 manat). Bundan əlavə uzun müddətdir ki, mülkiyyətinin məhv edilməsi ilə bağlı sarsıntılar keçirir, sinir sistemi tamamilə pozulmuş, uzun müddət cavabdehi müəyyən edə bilmədiyi üçün gərginliklər yaşamış, anası stressdən dünyasını dəyişmiş və ona dəymiş mənəvi ziyanı 200.000 manat məbləğində qiymətləndirir. Beləliklə, mülkiyyətin sökülməsi ilə bağlı ona cəmi 1.033.211 (757.411 + 20.000 + 55.800 + 200.000 = 1.033.211) manat ziyan dəymişdir. Daha sonra məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmiş və hüquqi yardıma görə 500 manat xərc çəkmişdir. Beləliklə, ona 1.033.211 + 530 = 1.033.741 manat ziyan dəymişdir və həmin məbləğ də cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
21. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “İnsan hüquqlarının və əsas X2” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonr a – “MM”) 157.9, 210, 211, 1096.1, 1097.1, 21.1, 21.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli, 50 İİİQD nömrəli Qanunun tədbiq edilməs haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 25 dekabr tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə, AİHM “Litqou Krallığa qarşı” məhkəmə işi üzrə Qərarına istinad etmişdir.
22. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 fevral tarixli e-2-2(113)-180/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir (hakim – Z.Axundova).
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2020-ci il 17 dekabr tarixli 10/811 saylı ekspert rəyinə əsasən tədqiq olunan qeyri-yaşayış sahəsin ə dair tərtib olunmuş texniki pasportun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin və mübahisələndirilən ərazinin 2008-ci, 2010-cu, 2011-ci, 2013cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin məlumatlarını nəzərə alaraq, iddiaçının 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin bütünlüklə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları dax ilində yerləşdiyi müəyyən edilmişdir.
24. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 mart tarixli e-2-2(113)-60/2021 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir (hakim – Z.Axundova).
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 8 iyul tarixli 10/1547 saylı ekspert rəyinə əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********40 saylı 2020-ci il 5 noyabr tarixli mütəxəssis rəyinə əsasən iddiaçının 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən iddia etdiyi və naturada göstərdiyi hal-hazırda sökülmüş qeyri-yaşayış sahəsinin yerinin Bakı şəhər İcra Hakmiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxili ndə yerləşdiyi müəyyən olunur. Lakin 2006-cı il 29 iyun tarixli çıxarışa əsasən iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi faktiki olaraq söküldüyündən və həmin qeyri-yaşayış sahəsinin texniki pasport sənədində koordinatları qeyd olunmadığından, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin koordinatlarını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda tədqiq olunan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin və mübahisələndirilən ərazinin 2008-ci, 2010-cu, 2011-ci, 2 013-cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin və texniki pasportun məlumatlarını nəzərə alaraq, iddiaçının 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin bütünlüklə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur.
26. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 dekabr tarixli e-2-2(113)-60/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (ha kim –Z.Axundova).
27. Məhkəmə iş üzrə verilmiş rəylərə əsasən müəyyən etmişdir ki, arxiv əsaslarında texniki pasportda döngə nöqtələri əks olunmadığından və mübahisəli obyekt söküldüyü üçün koordinatların verilməsi mümkün olmamışdır. Lakin texniki pasportun cizgisində şərti istinaddan müəyyən olunmuşdur ki, sözügedən daşınmaz əmlak Bayıl Gömrük binasının yaxınlığında yerləşir. İddiaçının 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən iddia etdiyi və naturada göstərdiyi sökülmüş qeyri-yaşayış sahəsinin yeri Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşir. İddiaçının 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində ist ifadədə olan torpaq sahəsində yerləşən mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24.2 kv.m əsas tikililərə verilmiş Texniki Pasportun koordinatlarının olmaması səbəbindən iddiaçının 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi ilə cavabdehin 2009-cu il 2 aprel tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin dəqiq koordinatlarla üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. 2006-cı il 29 iyun tarixli çıxarışa əsasən iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi faktiki olaraq söküldüyündən və həmin qeyri-yaşayış sahəsinin texniki pasport sənədində koordinatları qeyd olunmadığından, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin koordinatlarını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda tədqiq olunan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin və mübahisələndirilən ərazinin 2008-ci, 2010-cu, 2011-ci, 2013-cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin və texniki pasportun məlumatlarını nəzərə alaraq, iddiaçının 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 n ömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur.
28. Həmçinin 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 5 avqust tarixli 21(81)-849/2015 saylı qərarından müəyyən olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin 2013-cü il 24 sentyabr tarixli 2-(103)-472/2013 saylı qərardadı ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2013-cü il 15 mart tarixli 2-(81)-731/2013 saylı qərardadı ləğv edilmiş və iş baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmış, eyni zamanda, həmin qərardadda iddiaçının hüquqlarının pozu lması, əmlakın sökülməsi faktı mübahisəsiz hal kimi göstərilməklə, iddiaçının əmlakının yerində parkın yerləşməsinin də cavabdehlər tərəfindən mübahisə edilməməsi qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə iddiaçıya məxsus və xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini həyata keçirən orqanın və ya şəxsin hərəkətlərində cinayət olduğundan, qeyd edilən fakt üzrə xüsusi qərardad çıxarılmaqla prokurora verilməlidir və bu barədə 2014-cü il 9 yanvar tarixdə xüsusi qərardad çıxarılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğundan məhkəməyə daxil olmuş 2015-ci il 10 mart tarixli 01/613-xid. nömrəli məktubdan görünür ki, göstərilən xüsusi qərardad və əlavə edilmiş sənədlər 2014-cü il 9 aprel tarixli 01/161xid. nömrəli məktubla Bakı şəhər İcra Hakimiyyətinə göndərilərək, məlumatların həqiqiliyinin saxlanılması, bununla əlaqədar müvafiq tədbirlərin görülməsi, cinayət xarakterli hallar aşkar olunduqda yoxlama materiallarının hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna təqdim edilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyətindən daxil olmuş 2014-cü il 23 iyun tarixli 7-1846/17 nömrəli məktubda Baş Prokurorluğun yuxarıda qeyd olunan məktubunun araşdırıldığı, Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 2014-cü il 27 may tarixli 01-N/20 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin xx.05.2014-cü il tarixli 02/119 nömrəli cavab məktublarında Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvanında bir mərtəbəli binanın birinci mərtəbəsində yerləşmiş qeyri-yaşayı ş sahəsinin söküntüsü ilə bağlı bu təşkilatlarda heç bir məlumatın olmadığı bildirilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2015-ci il 14 may tarixli 331 saylı məktubundan görünür ki, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyindəki struktur təşkilatların balansında yoxdur. Eyni zamanda, məhkəməyə daxil olmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 2015-ci il 21 may tarixli 7-1311/17 saylı məktubundan görünür ki, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvanda söküntü işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanlad ığı 2015-ci il 6 iyul tarixli 171 saylı məktubundan görünür ki, ünvan 10 ünvanda yerləşən parkın salınması ilə əlaqədar 2009-2011-ci illərdə təmir-tikinti və abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı bağlanılan müqavilə Agentliyinə daxil olmamışdır. Məhkəmə araşdırması zamanı və iş üzrə dindirilmiş cavabdehlərin nümayəndələrinin izahatlarından məlum olmuşdur ki, iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış sahəsinin hansı orqan tərəfindən və kimlərin göstərişinə əsasən sökülməsindən məlumatsız olmuşlar. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi isə ümumiyyətlə həmin qeyri-yaşayış sahəsinin Dənizkənarı Bulvara aid olmamasını bildirmişdir. İş üzrə məhkəmə tərəfindən iddiaçıya məxsus olan mübahisəli qeyri-yaşayış sahəsinin hansı orqan və ya şəxs tərəfindən sökülməsinin müəyyən olunması ilə bağlı müxtəlif dövlət orqanlara çoxsaylı sorğular göndərilməsinə baxmayaraq, bunu müəyyən etmək mümkün olmamış, prokurorluğa göndərilmiş xüsusi qərardad isə nəticəsiz qalmışdır.
29. İddiaçının hazırkı iddianı cavabdehə qarşı irəli sürməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2009-cu il 18 may tarixli 180 nömrəli Sərəncamı ilə "xxxx" MMC-yə "xxxx"nin layihələndirilməsinə icazə verilmişdir. Sərəncamda deyilir ki, ünvan 3 ünvanda özünəməxsus 2,19 ha torpaq sahəsində (DƏDRX-nin 2008-ci il 18 mart tarixli ******* saylı; 2007-ci il 27 iyul tarixli ******* saylı; 2008-ci il 5 dekabr tarixli ******* saylı; 2008-ci il 23 fevral tarixli ******* saylı və 2009-cu il 25 aprel tarixli ******* saylı çıxarışları) hə min şəhərciyin layihələndirilməsinə icazə verilir. Sonrakı 2013-cü il 3 oktyabr tarixli 2016-cı il 29 noyabr tarixli sərəncamlar da "xxxx" MMC ilə bağlı olmuş və şəhərciyin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin ölçüləri müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2016-cı il tarixli 16/135 nömrəli İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktından da görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 2009-cu il 18 may tarixli 180 nömrəli və 2016-cı il 29 noyabr tarixli 516 nömrəli sərəncamlar əsasında ünvan 7 ünvanda 12,8351 ha torpaq sahəsi "xxxx" MMC-yə “Aypara saray və şəhərciyi” kompleksinin tikintisi üçün icarəyə verilmişdir.
30. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 2017-ci il 18 iyul tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 saylı qərarına uyğun olaraq tikinti obyektlərinə dair şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında Sərəncam 60/62 saylı ünvanda cavabdeh tərəfindən tikintisi nəzərdə tutulan "xxxx" kompleksi ilə bağlı olmuşdur.
31. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, MPM-in 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
32. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 dekabr tarixli e-2-2(113)-60/2021 nömrəli qətnaməsinin ləğv olun masını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
33. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 5 aprel tarixli 2-2(103)-293/2022 saylı qərardadı ilə iş üzrə əlavə mühəndis-texniki ekspertizası təyin edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova, V.Məmmədov).
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 23 sentyabr tarixli 10/2642 saylı ekspert rəyinə əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********40 saylı 2020-ci il 5 noyabr tarixli mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, iddiaçının 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən iddia etdiyi və naturada göstərdiyi hal-hazırda sökülmüş qeyri-yaşayış sahəsinin yerinin cava bdehin istifadəsində olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2016-cı il tarixli 16/135 nömrəli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Lakin 2006-cı il 26 sentyabr tarixli çıxarışa əsasən iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi faktiki olaraq söküldüyündən və həmin qeyri-yaşayış sahəsinin texniki pasport sənədində koordinatlar qeyd olunmadığından, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin koordinatlarını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.
35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2023-cü il 23 may tarixli 2-2(103)-17/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 dekabr tarixli e-2-2(113)60/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
36. Belə ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Neftçilər prospekti 64 ünvanında yerləşən və 24.2 kv.m ibarət olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq sökülməsini və ona zərər dəyməsini bildirmişdir. Bununla yanaşı, o, həmin qeyriyaşayış sahəsinin məhz cavabdeh tərəfindən sökülməsi ilə bağlı sübutları təqdim etməmişdir.
37. Cavabdeh isə ona ayrılmış torpaq sahəsində bütün söküntü işləri həyata keçirilmiş, lak in iddiaçı tərəfin qeyd etdiyi qeyri-yaşayış sahəsi həmin ərazidə yerləşməməsini və onlar tərəfindən sökülməməsini qeyd etmişdir.
38. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddianın əsaslı hesab edilməsi üçün sübut olunmalıdır ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi məhz cavabdehə ayrılmış torpaq sahəsində yerləşmişdir.
39. Qeyd olunanların araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2020-ci il 17 dekabr tarixli 10/811 saylı ekspert rəyi verilmişdir (bax §23).
40. Həmin rəyi vermiş ekspert İlham Xudiyev birinci instansiya məhkəməsinin iclasında dindirilmiş və bildirmişdir ki, təqdim edilmiş sənədlərə və iddiaçının iddia etdiyi əraziyə əsasən ölçmə işləri apa rılmış və müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi bütünlükdə cavabdehin faktiki istifadəsində olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşir.
41. Cavabdehin nümayəndəsi isə ekspertin izahatına etiraz edərək, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin cavabdehə ayrılan torpaq sahəsində deyil, Bakı bulvarına aid ərazidə yerləşdiyini bildirmiş və iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir.
42. Həmin vəsatət əsasında birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2021-ci il 8 iyul tarixli 10/1547 saylı e kspert rəyi verilmişdir (bax §25).
43. Kollegiya hesab etmişdir ki, həmin ekspert rəyləri kifayət qədər aydın və tam deyildir. Belə ki, ekspertlər ünvan və koordinatlar üzrə deyil, iddiaçının iddia etdiyi və naturada göstərdiyi məlumatlara əsasən rəy vermişlər.
44. Bu hallar nəzərə alınaraq, Bakı Apelyasiya Məhkəməsinin 2022-ci il 5 aprel tarixli qərardadı ilə iş üzrə əlavə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2022-ci il 23 sentyabr tarixli ekspert rəyi verilmişdir (bax §34).
45. Rəydən müəyyən olunduğu kimi ekspert təkrarən onun qarşısında qoyulmuş suala uyğun olaraq məhz ünvan (onun koordinatları) üzrə tədqiqat aparmamış, iş materiallarında olan sənədlər və iddiaçının verdiyi məlumatlara əsasən rəy vermişdir.
46. Qeyd olunanlar nəzərə a lınaraq, Bakı Apelyasiya Məhkəməsinin 2022-ci il 1 noyabr tarixli qərardadı ilə iş üzrə əlavə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertlərin diqqətinə çatdırılmışdır ki, tədqiqat iş materiallarında olan sənədlər və ya iddiaçının verdiyi məlumatlara əsasən deyil, məhz Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvanı, yəni həmin ünvanın Bakı şəhərinin planındakı koordinatları üzrə aparılmalıdır.
47. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2023-cü il 22 fevral tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuşdur.
48. Həmin məlumatda qeyd olunmuşdur ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır. Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə baxış keçirilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 2022-ci il 2 dekabr tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən mütəxəssislərin iştirakı ilə baxış keçirilməsi 2023-cü il 1 fevral tarixə təyin olunmuş və göstərilən tarixdə mütəxəssilərin iştirakı ilə baxış keçirilmişdir. 2023-cü il 21 fevral tarixdə təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, tədqiqat obyekti olan qeyriyaşayış sahəsinin tanıdılmaması səbəbindən çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvan nömrəsinin elektron xəritə məlumatlarında yerləşməsini dəqiqləşdirmək mümkün olmadı. Belə ki, həmin ərazidə söküntü-yenidənqurma işləri aparılıb və əvvəlki daşınmaz obyektlərinin elektron baza məlumatları olmayıb. Bununla əlaqədar olaraq qeyd olunmuşdur ki, təqdim olunmuş mütəxəssis rəyində qərardadda qoyulmuş suallar cavablandırılmamışdır. Bu səbəbdən də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmadı.
49. Göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin koordinatları mövcud olmadığından onun cavabdehə ayrılmış torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır.
50. Bununla yanaşı, iş üzrə verilmiş ekspert rəylərində göstərilmişdir ki, tə dqiq olunan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin və mübahisələndirilən ərazinin 2008-ci, 2010-cu, 2011-ci, 2013-cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin və texniki pasportun məlumatlarını nəzərə alaraq, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin bütünlüklə cavabdehin adına 2016-cı ildə verilmiş ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur.
51. Ekspert rəylərində istinad olunan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş rəyə əlavə olunan sxemlərdə isə iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin dəqiq yeri müəyyənləşdirilərkən “iddiaçının iddia etdiyi və naturada göstərdiyi koordinat” və “iddiaçının iddia etdiyi koordinat” ifadələri qeyd edilmişdir (cild 1, i/v 130-136).
52. Bundan əlavə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının balansında və X3 icarəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 69 ünvanında yerləşən 24,2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, texniki pasportda koordinatlar və ya istinad nöqtələri, habelə miqyas göstərilməmişdir (cild 1, i/v 107-115).
53. Belə olan halda, tədqiqat zamanı mütəxəssis və ekspert tərəfindən həmin texniki pasportdan hansı qaydada istifadə etmələri aydın olmamışdır.
54. Qeyd edilən məsələləri n, habelə tədqiqat zamanı mübahisələndirilən ərazinin 2008ci, 2010-cu, 2011-ci, 2013-cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin hansı qaydada istifadə etmələrinin müəyyən edilməsi üçün iş üzrə rəy vermiş mütəxəssis İlham Şərifov və ekspertlər Xəyyam İsgəndərov və Təhmasib Kərimov məhkəmə iclasına dəvət olunmuşlar. Həmin mütəxəssis və ekspertlər bildirmişlər ki, mübahisəli qeyri-yayış sahəsinin dəqiq koordinatları və texniki pasportda istinad nöqtələri və ya miqyas göstərilmədiyinə görə həm peyk görüntülərində, həm də rəyə əlavə olunmuş sxemdə qeyd olunan qeyri-yaşayış sahəsinin yerini iddiaçının göstərdiyi yerə görə müəyyən etmişlər. Həmin ərazinin sxematik xəritəsi və ya baş planı təqdim edilsə peyk görüntülərinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin dəqiq yerini müəyyən etmək olar.
55. Məhkəmə iclasında tərəflərin, mütəxəssis və ekspertin iştirakı ilə iş materiallarında olan peyk görüntülərinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, mübahisəli qeyriyaşayış sahəsinin texniki pasportunda göstərilən Bakı Gömrük İdarəsinə yaxın ərazidə bir neçə tikili mövcüd olmuşdur. Baxış zamanı iddiaçının nümayəndəsinin görsətdiyi tikili cavabdehə ayrılmış ərazidə, cavabdehin nümayəndəsinin görsətdiyi tikili isə həmin ərazidən kənar yerləşir. Lakin həmin tikililərin hansının iddiaçının mülkiyyətində olan tikili olmasını müəyyən etmək olmamışdır.
56. Bu məqsədlə, yəni dəqiq koordinatların müəyyən edilməsi və ekspert rəyinin verilməsi üçün şərait yaratmaq məqsədilə iddiaçı tərəfin vəsatətinə əsasən apellyasiya baxışı zamanı sözügedən ərazinin sxematik xəritəsinin və baş planın ın məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq orqanlara sorğular göndərilmişdir.
57. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı QSC-nin 2023-cü il 1 may tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, sorğu edilən məsələyə dair Cəmiyyətdə hər hansı məlumat aşkar edilməmişdir.
58. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 2023-cü il 12 may tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvan nömrəsinin elektron xəritə məlumatlarında yerləşməsini dəqiqləşdirmək mümkün olmamışdır (həmin ərazidə söküntüyenidənqurma işləri aparılmışdır və əvvəlki daşınmaz obyektlərinin elektron baza məlumatları olma mışdır). Eyni zamanda bildirilmişdir ki, sözügedən məsələ ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Bakı Kommersiya Məhkəməsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə 2020-ci il 5 noyabr tarixli **********40 nömrəli məktubla ətraflı məlumat verilmişdir.
59. Bakı Şəhəri İcra Hakimiyyətinin 2023-cü il 3 may tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli 226 saylı Fərmanına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyin dən və idarəyə aid arxiv sənədləri müvafiq qurumda saxlanıldığından, qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etmək məqsədəuyğundur.
60. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2023-cü il 12 may tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2017-ci il 18 iyul tarixli 314 nömrəli Sərəncamının 1.51-ci bəndi ilə ilə təsdiq edilmiş ünvan 16 ünvanında cavabdeh tərəfindən tikintisi nəzərdə tutulan “Aypara Saray və şəhərciyi” kompleksinə dair tikinti ərazisinin baş planının və Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin istifadəyə (icarəyə) verilən torpaq sahəsinə dair 16/135 nömrəli ayrıc aktının surətləri göndərilir. Əlavə olaraq bildirilmişdir ki, müraciətdə qeyd olunan Bakı şəhər i, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvanı ilə bağlı Komitə arxivində heç bir sənəd aşkar olunmamışdır və sözügedən ərazi ilə bağlı Komitədə saxlanılması ehtimal edilən hər hansı digər “sxematik xəritə” qanunvericilikdə nəzərdə tutulmamışdır.
61. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin dəqiq koordinatlarının və yerləşməsi yerinin müəyyən edilməsi məqsədilə mümkün olan bütün hərəkətlərin edilməsinə baxmayaraq, bunun müəyyən edilməsi mümkün olmamışdır.
62. Qeyd olunan sorğulara cavab məktubları məhkəməyə daxil olduqdan sonra keçirilən məhkəmə iclasında iştirak edən mütəxəssis İlham Şərifov da bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin sxematik xəritəsi təqdim edilmədiyinə görə həmin qeyri-yaşayış sahəsinin dəq iq yerini və cavabdehə ayrılmış sahə daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün deyil.
63. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, iddia təmin edilə bilməz. Çünki iddiaçı tərəfindən onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin məhz cavabdeh tərəfindən sökülməsi ilə bağlı sübutlar təqdim edilməmiş və o, MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
64. Həmin qeyri-yaşayış sahəsinin cavabdehə ayrılmış torpaq sahəsi daxilində yerləşməsi isə müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçının özünün bildirdiyi məlumatlar əsasında verilmiş mütəxəssis və ekspertlər rəyləri həmin faktı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki mübahisəli qeyri-yaşayış sahəsinin dəqiq koordinatları mövcüd olmadığına görə iddiaçının ver diyi məlumatların düzgünlüyü təsdiq olunmur. Bu baxımdan, kollegiya hesab etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərərin vurulması sübut olunmur. Ona görə də, cavabdehə qarşı irəli sürülmüş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia rədd edilməlidir.
65. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 1096.1, 1097.1-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
66. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 7 iyun tarixdə tərəflərin şəxsi elektron kabinetinə yerləşdirilmişdir.
67. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsindən 2023-cü il 7 avqust tarixdə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 may tarixli 2-2(103)-17/2023 nömrəli qətnaməsinin l əğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İİİ. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
68. MM-in 1096.1, 1097.1-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi mülkiyyətçinin əmlakının qanunsuz olaraq söküldüyünü və mülkiyyətçiyə zərər yetirildiyini aşkar təsdiq etsə də, nədənsə istinad olunan maddi-hüquq normalarını hazırkı iş üzrə düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini yalnız onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın dəqiq koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Başqa sözlə, məhkəmə bu halı araşdıra bilmədiyini açıq etiraf edərək və buna əsaslanaraq, iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəb ola n tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
69. MPM-in 14.1, 217.1-ci maddələrinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın söküldüyünü və iddiaçıya zərər yetirildiyini öz qətnaməsi ilə təsdiq etsə də, iddia tələbi üzrə işin həlli üçün iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin məhz cavabdehə ayrılmış torpaq sahəsində yerləşdiyinin aydınlaşdırılmasını zəruri hesab etmişdir. Bu məsələ xüsusi biliklər tələb etdiyindən, məhkəmə araşdırmaları zamanı dəfələrlə ekspertiza təyin edilmiş və müvafiq rəylər alınmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi qətnamənin 35 və 36-cı bəndlərində həmin ekspert rəylərinin kifayət qədər aydın və tam olmadığını, ekspertlərin ünvan və koordinatlar üzrə deyil, iddiaçının i ddia etdiyi və naturada göstərdiyi məlumatlara əsasən rəy verdiyini qeyd etmişdir. Buna baxmayaraq, məhkəmə nəzərə almamışdır ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair dövlət reyestrində qeydiyyat aparılmış və həmin qeyri yaşayış sahəsinin dəqiq ünvanı müəyyən edilmişdir. Həmçinin, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan – ha torpaq sahəsində yerləşən 64 nömrəli, 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24.2 kv.m əsas, - kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə dair iddiaçının adına texniki pasport da verilmişdir. Apellyasiya instansiyası məhkəməsi bir tərəfdən ekspertlərin qeyriyaşayış sahəsinin ünvanı və koordinatları üzrə rəy vermədiyini qeyd edir, digər tərəfdən isə nəzərə almır ki, iş materiallarında Dənizkənarı Bu lvar İdarəsi və cavabdehə həmin ərazidə ayrılmış torpaq sahələrinin dəqiq koordinatları əks olunmuş sənədlər mövcuddur və bilavasitə həmin sənədlər əsasında iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 nömrəli ünvanın məhz hansı ərazidə Dənizkənarı Bulvar İdarəsi və ya cavabdehə verilmiş torpaq sahəsində yerləşdiyini müəyyən etmək heç bir çətinlik yarada bilməz. İş üzrə dəfələrlə ekspertizalar təyin edilsə də, ekspertlər dindirilsə də, bu məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən nədənsə aydınlaşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin koordinatları barədə müvafiq sənədlərin əldə edilməsi barədə sorğular verilsə də, həmin sənədlərin əldə edilməsi üçün əlavə tədbirlər görülməmişdir. Halbuki, sənəd lərin mövcudluğu və hansı qurumlarda olması sorğulara cavablarda aşkar göstərilmişdir. Nəticə etibarı ilə, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiq edilməsini təmin etməyən apellyasiya instansiyası məhkəməsi iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüquq normaları ilə qorunan ən mühüm hüququnun – mülkiyyət hüququnun pozulmasına səbəb olan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
70. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfin dəlilləri tam əsassızdır. Verilən kassasiya şikayətinin təmin edilməsinə dair hüquqi əsas yoxdur, şikayət müddət uzadılması üçün verilmişdir, formal xarakter daşıyır. Cavabdeh qeyd etmişdir ki, iş üzrə birinci instansiya m əhkəməsi düzgün məhkəmə araşdırması aparmış və əsaslı, qanuni, düzgün qərar qəbul etmişdir. Hazırkı kassasiya şikayətində iş üzrə aşağı məhkəmə instansiyaları tərəfindən hər hansı bir prossesual və maddi hüquq normasının pozulması barədə əsas yoxdur. Cavabdeh iddiaçı tərəfindən verildiyi kassasiya şikayətini qəbul etmir, etirazı müdafiə edərək və MPM-in normalarını rəhbər tutaraq məhkəmə kollegiyasından iş üzrə verilən kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 2023 il 23 may tarixli 2-2(103)-17/2023 saylı qətnaməsini dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir.
71. Bundan başqa cavabdeh etiraza əlavə verərək bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2009-cu il 18 may tarixli 180 nömrəli Sərəncamı ilə "xxxx" MM Cyə "xxxx"nin layihələndirilməsinə icazə verilmişdir. Sərəncamda deyilir ki, ünvan 3 ünvanda özünəməxsus 2,19 ha torpaq sahəsində (DƏDRX-nin 2008-ci il 18 mart tarixli ******* saylı; 2007-ci il 27 iyul tarixli ******* saylı; 2008-ci il 5 dekabr tarixli ******* saylı; 2008-ci il 23 fevral tarixli ******* saylı və 2009-cu il 25 aprel tarixli ******* saylı çıxarışları) həmin şəhərciyin layihələndirilməsinə icazə verilir. Sonrakı 2013-cü il 3 oktyabr tarixli 2016-cı il 29 noyabr tarixli sərəncamlar da "xxxx" MMC ilə bağlı olmuş və şəhərciyin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin ölçüləri müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2016-cı il tarixli 16/135 nömrəli İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktından da görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 2009-cu il 18 may tarixli 180 nömrəli və 2016-cı il 29 noyabr tarixli 516 nömrəli sərəncamlar əsasında ünvan 7 ünvanda 12,8351 ha torpaq sahəsi "xxxx" MMC-yə “Aypara saray və şəhərciyi” kompleksinin tikintisi üçün icarəyə verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 2017-ci il 18 iyul tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 saylı qərarına uyğun olaraq tikinti obyektlərinə dair şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında Sərəncam 60/62 saylı ünvanda cavabdeh tərəfindən tikintisi nəzərdə tutulan "xxxx"nə aiddir.
72. İş üzrə verilmiş rəyl ərdən, arxiv əsaslarında texniki pasportda döngə nöqtələri əks olunmadığından və mübahisəli obyekt söküldüyü üçün koordinatların verilməsi mümkün olmamışdır. Lakin texniki pasportun cizgisində şərti istinaddan görünür ki, sözügedən daşınmaz əmlak Bayıl Gömrük binasının (Neftçilər prospekti 62 – 2009-cu il 25 aprel tarixli ******* saylı çıxarış) yaxınlığında, Neftçilər prospekti ilə 20 metr ilərlədikdən sonra yolun kənarında yerləşir. Bu vəziyyət iddiaçıya məxsus əmlakın texniki pasportunun situasiya planında aydın şəkildə öz əksini tapmışdır. Vətəndaşa məxsus əmlak yolun davamında, 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət özəl olmayan torpaq sahəsində Neftçilər prospekti 64 ünvanında yerləşmişdir. Ünvanlar arasında uyğunsuzluq aydın şəkildə görünməkdədir. Belə ki, iddiaçıya aid 24.2 kv.m tikili, çıxarış və texniki pasportdan göründüyü kimi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının balansında olmuş və onun tikilisinə bitişikdir. Öz növbəsində isə, Bakı Beynəlxalq Dəniz Ticarət limanının cavabdeh tərəfindən aparılan söküntüsünə heç bir aidiyyəti yoxdur.
73. Cavabdeh bildirir ki, kimin tərəfindən söküldüyü müəyyənləşdirilməmiş, iddiaçıya məxsus olmuş sözügedən əmlakdan 20 metr aralıda yerləşən, "xxxx" MMC-yə məxsus reyestr №**********20-06301, 2009-cu il 25 aprel tarixli ******* saylı çıxarış üzrə əmlak, özəl olan 0,20998 ha torpaq sahəsini əhatə etməkdədir. Bu torpaq sahəsinin üzərində yerləşən cavabdehə məxsus əmlak 2019-cu il tarixində cavabdeh tərəfindən söküldüyü üçün, yenidən çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə m üraciəti olmuşdur. Müraciət əsasında məlum olmuşdur ki, cavabdehə məxsus özəl torpaq sahə, hal-hazırda mövcud olan hasarından kənardadır. Bunun nəticəsi olaraq cavabdehə iş materiallarına əlavə olunmuş 2022-ci il 4 fevral tarixli ********** qeydiyyat nömrəli reyestr №**********20 olan yeni çıxarış verilmişdir. Hər iki növbəli çıxarış eyni əmlakı əhatə etməkdə, əmlak söküldüyü üçün əmlakı əks etdirən 06301 rəqəmi reyestrdən silinmiş və özəl torpaq sahəsini əks etdirən reyestr nömrəsi isə dəyişməz qalmışdır.
74. Faktlardan aydın görünür ki, cavabdehə ayrılmış torpaq sahəsinin sərhədində yerləşən 2009-cu il 25 aprel tarixli ******* saylı reyestr №**********20-06301 çıxarış üzrə əmlak, özəl olan 0,20998 ha torpaq sahəsində azalma olmuşdur. Bunun məntiqi nəticəsi olaraq iddiaçıya məxsus, sökülm üş əmlakın cavabdehə ayrılmış və hasarlanmış torpaq sahəsinin daxilində yerləşmir. Cavabdehin təsisçisi "xxxx" MMC-dir və 100% paya malikdir. Əmlak cavabdeh tərəfindən sökülmədiyinə görə, istənilən kompensasiya tələbi əsassızdır. İV. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
75. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
76. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara ist inad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
77. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdaf iə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansi yası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
79. Məhkəmə kollegiyası ərizəçinin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).
80. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxla yarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
81. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
82. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
83. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə isə birbaşa göstərilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
84. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müəyyən edilmişdir (Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsi).
85. Bu baxımdan, Konstitusiyanın 13 və 29-cu maddələrinə müəyyənləşdirilmiş yanaşma Azərbaycan Respublikasının qoşulduğu “İnsan Hüquqları və X2” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məzmununda da öz əksini tapmışdır.
86. Konstitusiya normalarından irəli gəlməklə MM-də də nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üz rə dövlət tərəfindən tanınan və qorunan hüququdur (MM-in 152.1-ci maddəsi).
87. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Polad-2008” MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2021ci il 17 fevral tarixli Qərarında da məhz Konstitusiyanın yuxarıda göstərilən, mülkiyyət hüququnu tanıyan və ona təminat verən normalarından irəli gəlməklə “mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunması, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları və heç kəsin məhkəmənin qərar ı olmadan mülkiyyətindən məhrum edilə bilməməsinə dair hüquqi mövqe əks olunmuşdur.
88. Hazırkı iş üzrə aşağı instansiya məhkəmələri tərəfindən müəyyənləşdirildiyinə görə iddiaçının mülkiyyətində olan §2-də göstərilən daşınmaz əmlakın sökülməsi (qanunvericiliyə əsasən bundan törənən hüquqi nəticələr) işin mübahisəsiz halıdır. Bununla belə, apelyasiya instansiyası məhkəməsinin Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan ekspert rəylərinə, habelə özünün sorğusu əsasında Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı QSC-nin 2023-cü il 1 may tarixli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqüqui Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 2023-cü il 12 may tarixli, Bakı şəhər İcra Hakimiyy ətinin 2023-cü il 3 may tarixli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2023-cü il 12 may tarixli cavab məktublarına istinad etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin §26-da göstərilən qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin məhz cavabdeh tərəfindən sökülməsi ilə bağlı sübutların təqdim edilməməsini və MPM-in 77.1-ci maddəsi ilə iddiaçının üzərinə düşən sübutetmə vəzifələrini yerinə yetirə bilməməsi, həmin qeyri-yaşayış sahəsinin cavabdehə ayrılmış torpaq sahəsinin üzərində yerləşməsinin müəyyən edilməməsi ilə əsaslandırmışdır. Bundan başqa, qətnamədə o da göstər ilmişdir ki, iddiaçının özünün məlumatları əsasında verilmiş mütəxəssis və ekspert rəyləri həmin faktı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, mübahisəli qeyri-yaşayış sahəsinin dəqiq koordinatları mövcud olmadığından iddiaçının verdiyi məlumatların düzgünlüyü təsdiq olunmur. Bu baxımdan, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər yetirilməsi də sübut edilmir.
89. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır və aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
90. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, iş materiallarından iddiaçının §2də göstərilən qeyr i-yaşayış sahəsinə malik olması və qanunverciliyə uyğun olaraq hüququnun rəsmiləşdirilməsi müəyyən olunur. "xxxx" MMC-yə isə onun mülkiyyətində olan əmlakla əlaqədar §4-də göstərilən çıxarış verilmişdir. Həmin çıxarışda MMC-nin mülkiyyətində olan torpaq sahəsi 0,20998 ha göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən MMC-yə verilmiş 2009-cu il 18 may tarixli sərəncamda isə MMC-yə məxsus torpaq sahəsi 2,19 ha olaraq göstərilmişdir (bax §5). Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2013-cü il 3 oktyabr tarixli 404 nömrəli sərəncamı ilə 2009-cu ilə 18 may tarixli sərəncama dəyişiklik edilərək torpağın sahəsi artırılaraq 10,62 ha olaraq müəyyənləşdirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2016-cı il 2 dekabr tarixli Ayrıc Aktına əsa sən, yuxarıda göstərilən sərəncamlar əsasında ünvan 4 ünvanda 12,8351 ha torpaq sahəsi MMC-yə icarəyə verilmişdir. Beləliklə, Bakı şəhər İcra Hakimiyyətinin 2009-cu il 18 may tarixli və 2013-cü il 3 oktyabr tarixli sərəncamlarında və 2016-cı il 2 dekabr tarixli Ayrıc Aktında ünvan 4 ünvanda MMC-yə müvafiq olaraq 2,19 ha, 10,62 ha və 12,8351 ha torpaq sahəsinin verildiyi müəyyən edilir.
91. Belə olan təqdirdə, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakın cavabdehə verilmiş torpaq sahəsi ilə əhatə olunması apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdırılmamışdır. Belə ki, iş materiallarında olan 2021-ci il 8 iyul tarixli və 23 sentyabr 2022-ci il tarixli ekspert rəylərində iddiaçının xx.xx.2006-cı il tarixli çıxarışa əsasən iddia etdiyi və naturada göstərdiyi hal-h azırda sökülmüş qeyri-yaşayış sahəsinin yerinin Cavabdeh MMC-nin istifadəsində olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunduğu, lakin xx.xx.2006-cı il tarixli çıxarışa əsasən İddiaçı Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi faktiki olaraq söküldüyündən və həmin qeyri-yaşayış sahəsinin texniki pasport sənədində koordinatlar qeyd olunmadığından, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin koordinatlarını dəqiqliklə müəyyən etməyin mümkün olmadığı göstə rilmişdir.
92. İşin apellyasiya baxışı zamanı sonuncu ekspert rəyinin kifayət qədər aydın və tam olmaması əsas götürülməklə Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 1 noyabr tarixli qərardadı ilə iş üzrə əlavə mühəndis-texniki ekspertizası təyin edilmiş ekspert qarşısında “İddiaçı mülkiyyətində olan 24.2 kv.m ümumi, 24.2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvanı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2016-cı il, 16/135 nömrəli istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı ilə "xxxx" MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşirmi?” sualı qoyulmuş və ekspertlərin diqqətinə çatdırılmışdır ki, tədqiqat iş materiallarında olan sənədl ər və ya iddiaçının verdiyi məlumatlara əsasən deyil, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvanı, yəni həmin ünvanın Bakı şəhərinin planındakı koordinatları üzrə aparılmalıdır. Ekspertizanın aparılması İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
93. Məhkəmə ekspertizası mərkəzi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş 2023-cü il 22 fevral tarixli məlumatda tədqiqat obyekti olan qeyri-yaşayış sahəsinin tanıdılmaması səbəbindən çöl-ölçmə işlərinin aparılmasının mümkün olmaması əsası ilə ekspertizanın aparılmasından imtina edilmişdir.
94. Həmçinin, Daşınma z Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş 2023-cü il 13 yanvar tarixli məktubunda da tədqiqat obyekti olan qeyri-yaşayış sahəsinin tanıdılmaması səbəbindən çöl-ölçmə işlərinin aparılmasının, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvan nömrəsinin elektron xəritə məlumatlarında yerləşməsini dəqiqləşdirməyin mümkün olmadığı qeyd edilmişdir.
95. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, MM-in 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquql ar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM-in 139.2-ci maddəsi). 96. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdı r.
97. İş materialları ilə müəyyən olunmuş hallardan görünür ki, iddiaçı qanunun bu tələblərinə riayət etməklə yuxarıda göstərilən daşınmaz əmlakla bağlı müvafiq dövlət orqanı tərəfindən verilmiş hüquq müəyyənedici sənədlərə malik olmuşdur. Bu baxımdan, onun həmin daşınmaz əmlakla bağlı hüquqları birmənalı olaraq mülki və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyətin müdafiəsi hüququnun təsiri dairəsindədir. Digər tərəfdən, həmin dövlət orqanı tərəfindən verilmiş sənəd faktiki olaraq həmin daşınmaz əmlakın məhz ona məxsus olmasını sübuta yetirir. Bundan başqa, həmin daşınmaz əmlakla bağlı onun ölçüləri, yerləşdiyi torpaq sahəsi, torpaq sahəsinin koordinatları hüququn qeydiyyata alınması zamanı müvafiq dövlət orqanı tərəfindən yoxlanılıb təsdiq edilməklə həyata keçirilir.
98. Məh kəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinin 2021-ci il 28 oktyabr tarixli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respubl ikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir.
99. Həmin Nizamnamədə DƏDKR-in vəzifələri və hüquqları sırasında həmçinin daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq da nəzərdə tutulmuşdur (Nizamnamənin 3.1.16-cı bəndi).
100. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə görə DƏDKR-in vəzifələri və hüquqları sırasında həmçinin ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək də nəzərdə tutulmuşdur.
101. DƏDKR-nin 2023-cü il 13 yanvar tarixli məktubunda tədqiqat obyekti olan qeyriyaşayış sahəsinin tanıdılmaması səbəbindən çöl-ölçmə işlərinin aparılmasının mümkün olmaması və Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvan nömrəsinin elektron xəritə məlumatlarında yerləşməsini dəqiq müəyyənləşdirməyin mümkün olmamasına dair qeyd olunanlar §100,101-də göstərilənlər baxımından anlaşılan deyil dir.
102. Məhkəmə kollegiyası vurğulayır ki, MPM-in 60-cı maddəsində göstərilmişdir ki, Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.
103. Hazırkı işin materiallarından da görünür ki, 2022-ci il 1 noyabr tarixli qərardadında da məhz bilavasitə öz nizamnaməsinə əsasən müvafiq səlahiyyətlərə malik olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssislərinin cəlb edilməsi nəzərdə tutulmuşdur.
104. Beləliklə də, özünün Nizamnaməsinə əsasən müvafiq s əlahiyyətlərə malik publik hüquqi şəxsin öz səlahiyyətlərini yerinə yetirməməsi müqabilində həmin hüquqi şəxsin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı sübutetmə yükünün MPM-in 77.1-ci maddəsinə istinadla iddiaçının üzərinə qoyulması məqbul sayıla bilməz. Belə ki, bu cür yanaşma faktiki olaraq publik hüquqi şəxsi öz səlahiyyət və vəzifələrinin icrasından kənarlaşdırmaqla iddiaçının üzərinə qoyulması ilə nəticələnir.
105. Həmçinin işin apelyasiya baxışı zamanı 2023-cü il 23 may tarixli məhkəmə iclasında DƏDKR-inin mütəxəssisi X5 da iddiaçının iddia etdiyi yerin həmin ayrıc aktının içərisində olduğunu bildirmişdir. Bununla belə, elə həmin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının obyektini MMC-nin yox, Dənizkənarı Bulvar İdarəsinin sökdüyünü bildirmişdir (İİİ cild, iş.v65). Bel ə olan təqdirdə də iddiaçıya məxsus əmlakın cavabdeh tərəfindən deyil, onun bəyan etdiyi digər şəxs tərəfindən sökülməsi ilə bağlı sübutetmə vəzifəsi bu zaman cavabehin üzərinə keçmişdir.
106. Bundan başqa, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyəti Başçısının 2009-cu il tarixli 18 may tarixli 180 nömrəli Sərəncamının “Memarlıq-planlaşdırma göstərişləri”ndə qeyd olunmuşdur ki, layihələndirmə zamanı tikinti üçün nəzərdə tutulmuş sahədə olan yaşıllıqların maksimum mühafizəsi təmin olunmalıdır. Sahənin sanitar gigiyena və yanğından mühafizə qaydalarına riayət edilməli, sahəyə giriş layihə üzrə təşkil olunmalıdır. İnşaat işləri bilavasitə layihənin müəllifinin nəzarəti altında həyata keçirilməlidir. Layihə işlərinə başlanmazdan əvvəl sifarişçi mütləq topogeofizik və mühəndis-geoloji ax tarışların aparılmasına şəhərin Baş memarından icazə almalıdır. İnşaat işlərinə başlamazdan əvvəl memarlıq və şəhərsalma baş idarəsindən artıq torpağın aparılmasına dair icazə alınması zəruridir. Layihə Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırıldıqdan sonra, layihə sənədləri Bakı şəhər Tikintiyə icazə və Qeydiyyat Müfəttişliyindən qeydiyyatdan keçməli və tikinti işlərinin başlanmasına icazə alınmalıdır (İİ cild, iş.v25). Bakı şəhər İcra Hakimiyəti Başçısının 2013-cü il 3 oktyabr tarixli 404 nömrəli sərəncamı ilə 2009-cu il tarixli 18 may tarixli 180 nömrəli sərəncama yalnız torpaq sahəsi ilə bağlı hissələrdə dəyişiklik edilmiş, beləliklə də “Memarlıqplanlaşdırma göstərişləri”ndə sadalanan tələblər qüvvəsində qalmışdır.
107. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə tam düzgün və obyektiv nəticəyə gəlinməsi üçün mübahisəli torpaq sahəsinin kimin istinfadəsində olması, həmin sahə üzərində tikintinin hansı sənədlər əsasında kim tərəfindən aparılması istiqamətində lazımi qaydada araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2014cü il 17 noyabr tarixli, 349 saylı Fərmanı ilə “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, tikintiyə icazə verən orqan (qurum) icazə barədə qərarı, tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə xüsusi nişanı sifarişçiyə təqdim etdikdən sonra 3 (üç) iş günü müddətində həmin obyektin tikintisinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək üçün bu barədə Agentliyə məlumat verməlidir. Həmin Qayd aların 2.11-ci bəndinə əsasən, tikintisinə icazə verilmiş obyektlərə dövlət nəzarəti hər bir tikinti obyekti üçün Müfəttişlik tərəfindən “Tikintidə Dövlət Nəzarəti Jurnalı” (Əlavə) açılmaqla aparılır. Həmçinin, Qaydalarının 2.13-cü bəndinə görə “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda tikinti ərazisinin mühafizəsi və torpaq-qazma işlərindən başlayaraq son abadlaşdırma işlərinədək obyektin tikintisinin ayrı-ayrı mərhələlərinin texnoloji proseslərə bölünməklə ardıcıllığı müəyyən edilir. Sifarişçi (podratçı) tərəfindən tikinti-quraşdırma işləri “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilməlidir. Müfəttişliyin rəhbərliyi tərəfindən bu ardıcıllığa uyğun olaraq, birinci mərhələnin icrası təsdiq olunduqdan sonra tikinti-quraşdırma işlərinə başlanıl a bilər. Göründüyü kimi Qaydalarda işlərin mərhələli şəkildə və ardıcıllığa uyğun olaraq hər mərhələ təsdiq olunduqdan sonra digər mərhələnin başlanıla bilinməsi müəyyən edilmişdir.
108. Qaydalara Əlavə “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda da orada göstərilməsi zəruri olan məlumatlar öz əksini tapmışdır. Bu məlumatlara tikinti obyektinin adı, sifarişçi tərəfindən texniki nəzarəti, podratçı tərəfindən daxili əməliyyat nəzarətini həyata keçirən şəxslərin adları və Jurnalın başlanma tarixi aiddir. Həmin Əlavəyə Qeyd2-də göstərilmişdir ki, TDN (tikintidə dövlət nəzarəti) Jurnalı olmadan tikinti obyektində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi qadağandır. Bu qadağaya əməl olunmaması sifarişçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Jurnal ın itirilməsi və ya məhv edilməsi məsul şəxsin qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunması üçün əsasdır. Bundan başqa, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2015-ci il 1 aprel tarixli, 20/01-001 saylı Qərarı ilə təsdiq edilmiş “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 7.14-cü bəndinə əsasən, sifarişçinin tikintidə nəzarəti həyata keçirən nümayəndələrinin iradları ümumi (Əlavə D) və xüsusi iş jurnallarına (...) daxil edilir. X8 D-də nəzərdə tutulmuş “Ümumi iş Jurnalının aparılması haqqında Qeydlər”ə əsasən, Ümumi iş jurnalı tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllığını, müddətini, keyfiyyətini, yerinə yetirilmə şəraitini və sair məlumatları əks etdirən əsas icra sənədidir. Ümumi iş jurnalı tikinti obyektinin inş asına əvvəldən sonuna kimi cavabdeh olan podratçının (baş podratçının) məsul şəxsi tərəfindən aparılır. Tikintisi başa çatmış obyektin istismarına icazə verən orqan (qurum) tərəfindən icazə verildikdən sonra tikinti obyektinin icra sənədləri daimi saxlanılması üçün sifarişçi tərəfindən obyekti istismar edən təşkilata təqdim olunur. Göründüyü kimi, Əlavə D-də göstərilən “Ümumi iş Jurnalı” adlanan sənəddə tikinti obyektinin adının, ünvanının, sifarişçi və podratçının adlarının, habelə tikinti işlərinin həm müqavilə üzrə həm də faktiki olaraq başlama və bitmə tarixinin öz əksini tapması və bu Jurnalın podratçı tərəfindən aparılması nəzərdə tutulmuşdur. Belə olduqda, Jurnalın mövcudluğu mübahisəli torpaq sahəsində tikinti işlərinin hansı mərhələlərinin hansı şirkət tərəfindən aparılması iddi açının mülkiyyətinə vurulmuş ziyanın kimin tərəfindən törədilməsinin müəyyən olunması üçün əhəmiyyətli ola bilərdi.
109. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus əmlakın onun tərəfindən sökülməməsinə dair sübutetmə vəzifəsi MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehin üzərinə düşmüşdür
110. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul ed ilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
111. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi mülkiyyətçinin əmlakının qanunsuz olaraq söküldüyünü və mülkiyyətçiyə zərər yetirildiyini aşkar təsdiq etsə də, iddianın təmin olunmamasına dair mövqeyini yalnız iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın dəqiq koordinatlarının müəyyən edilməsinin mümkün olmaması ilə əsaslandırmış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiq edilməsini təmin etməyərək iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüquq normaları ilə qorunan ən mühüm hüququnun mülkiyyət hüququnun pozulmasına səbəb ola biləcək qətnamə qəbul etmişdir.
112. Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli, 11 iyun 2018-ci il tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.
113. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. 114. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə pro sesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
115. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin i fadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
116. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
117. MPM-in 79.1-ci maddəsinə görə, yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.
118. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
119. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiq i hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
120. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarında əks olunmuş mövqeyə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (Qərarın 2.4-cü bəndi).
121. Göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, məhkəmə tərəfindən müəyyən edilmiş və i ş üçün əhəmiyyətli olan hallar sübut olunsun, qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
122. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
123. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfl i və obyektiv araşdırma aparmamış, sübutların əldə olunması və qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda göstərilən qeyri-müəyyən qalmış məsələlər və şübhəli hallar DƏDKR-in mütəxəssisi də cəlb edilməklə yenidən aydınlaşdırılmalı, sözügedən nöqsanlar aradan qaldırılmalı, şübhəli halları yenidən araşdırılmalı və düzgün hüquqi nəticəyə gəlinməlidir. Belə ki, işin tam obyektiv və hərtərəfli tədqiqi və məhkəmə müdafiə hüququnun təmin edilməsi məqsədi ilə MPM-in 60-cı və 97.1-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərə malikdir.
124. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri üzrə yuxarıda göstərilən qaydada qiymətləndirmə aparıldığından, kassasiya şikayətinə qarşı etiraz və etiraza əlavənin dəlilləri üzrə hüquqi qiymətləndirmənin aparılması zərurəti aradan qalxmışdır.
125. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
126. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
127. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-2(103)236/202 1 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
128. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 23 may tarixli 2-2(103)-17/2023 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.