Məhkəmə qərarları › İş №2-2(102)-529/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-529/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-529/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 aprel tarixli 2-2(103)-216/2025 nömrəli qətnaməsindən C avabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC və Cavabdeh3 arasında bağlanmış 2020-ci il 10 iyul tarixli 12/DİSST/20 nömrəli distribüter müqaviləsi ilə distribüter şirkət tərəfindən müəyyən olunmuş Azərbaycan Respublikasının fəaliyyət regionunda, yəni Sumqayıt şəhər H.Zeynalabdin və Corat qəsəbələri, Abşeron rayonu Saray, Ceyranbatan, Mehdiabad qəsəbələri və Novxanı, Digah, Fatmayi, Görədil, Məmmədli (Məhəmmədi) kəndləri, həmçinin Bakı şəhəri, Sabunçu rayonu Sabunçu, Zabrat, Maştağa, Kürdəxanı, Balaxanı, Nardaran, Bilgəh, Ramana qəsəbələri, Pirşağı kəndi və Xəzər rayonu Buzovna, Binə qəsəbələrində şirkətə məxsus məhsulların, şirkətin müəyyənləşdirdiyi qaydalar və strategiyalar əsasında satışının təşkil edilməsini öhdəsin ə götürmüşdür. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, şirkət tapşırır, distribüter isə, irəlidə “mal” və ya “məhsul” adlanacaq: içəcək və qida, məhsullarının Azərbaycan Respublikasının bu müqavilənin 1.1 bəndində qeyd olunmuş regionlarda satışını həyata keçirməyi öz öhdəsinə götürür; - 1.3-cü bəndinə əsasən, göndərilən malların adı, miqdarı, çeşidi və qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilir. Bu müqavilə əsasında göndərilən malların siyahısı və qiymətləri yalnız şirkət tərəfindən dəyişdirilə bilər; - 7.1-ci bəndinə əsasən, distribüter şirkətdə nağd və ya kredit vasitəsi ilə mal almaq hüququna malikdir; - 7.2-ci bəndinə əsasən, distribüter nağd şəkildə mal almaq istədiyi təqdirdə, o elektron qaimə faktura aldığı tarixdən etibarən 3 iş günü ərzində aldığı malın 100 % dəyərini şirkətin bank hesabına köçürməyi öhdəsinə götürür; - 7.3-cü bəndinə əsasən, distribüter şirkətlə kredit şərtləri ilə çalışmaq istədiyi təqdirdə, o şirkətin qəbul etdiyi qaydada və şərtlər çərçivəsində Bank qarantiyası təqdim etməlidir. Bu halda şirkət distribüterə təqdim olunan bank qarantiya məbləğinin 1,5 mislində kreditə mal sata bilər; - 7.4-cü bəndinə əsasən, distribüter şirkətə bank qarantiyası təqdim edə bildmədiyi təqdirdə, o, şirkətin razılığı ilə daşınmaz əmlakını girov qoyaraq kreditə mal ala bilər. Bu halda distributer daşınmaz əmlakını müstəqil ekspert tərəfindən dəyərləndirməlidir və şirkət distribüterə girov qoyulan daşınmaz əmlakın dəyərinin 1.5 mislində kreditə mal sata bilər; - 7.5-ci bəndinə əsasən, distribüter kreditlə aldığı ma lın dəyərini 35 təqvim günü ərzində şirkətin bank hesabına ödəməlidir; - 7.6-cı bəndinə əsasən, şirkət kreditlə alınan mallara görə ödəniş tarixini müəyyən etmək hüququnu özündə saxlayır. Bu bənd artıq kredit satılmış mallara şamil olunmur; - 7.7-ci bəndinə əsasən, distribüterin şirkətə heç bir borcu olmadığı təqdirdə, o şirkətdən nağd şəkildə mal ala bilər, bu halda şirkət distribüterə aldığı mallara görə əlavə 1% endirim vermək hüququna malikdir; - 8.1-ci bəndinə əsasən, hazırkı müqaviləyə əsasən malların çatdırılması distribüterin sifarişi əsasında partiyalar (ton, say və sair) ilə həyata keçirilir. Sifariş həm yazılı, həm də elektron bildiriş (məktub) şəkildə şirkətin ünvanına göndərilir və sifarişi Ərazi Satış Meneceri təsdiq etməlidir. Malların təhvil alma tarixi. Mallar şirkət tərəf indən distribüterə məxsus ünvan 1 ünvanında yerləşən anbarda təhvil verdiyi gün sayılır və Malın Distributer tərəfindən təhvil-təslim aktı əsasında təhvil alındığı andan mal üzərində mülkiyyət hüququ distribüterə keçir. - 8.2-ci bəndinə əsasən, malların şirkət tərəfindən göndərilməsi distribüterin sifarişinin təsdiq olunduğu gündən etibarən 3 təqvim günü ərzində həyata keçirilir. Sifarişdə malın kodu, çeşidi, miqdarı və digər zəruri xarakteristikaları bildirilir (göstərilir). - 8.3-cü bəndinə əsasən, mallar dövriyyəli (çox istifadəli) taralarda (palet) təchiz olunduğu təqdirdə distribüter həmin taraları malların təchiz olunduğu gün və ya ən geci qrafik üzrə malların növbəti təchizatı günü qaytarmalıdır. Bu şərtlər yerinə yetirilmədiyi təqdirdə distribüter qaytarılmayan dövriyyəli (çox is tifadəli) taraların dəyərini şirkətə ödəyir. - 10.4-cü bəndinə əsasən, distribüter bu müqavilənin 7.2-7.5-ci bəndlərində göstərilən ödəniş qaydalarını pozduğu təqdirdə, şirkət distrübüterə qanuna uyğun maliyyə sanksiyası tətbiq etmək hüququna malikdir və ya dərhal distribüterlə ticarət əməkdaşlığını dayandırıb həmin dövrə distrübiterin olan borcunu, əməkdaşlığı dayandırdığı günün növbəti günü tam ödəməyi tələb edəcək. Distribüter bütün borcunu əməkdaşlığa xitam verən günün növbəti günü ödəmədiyi təqdirdə, şirkət borcun ödənilməsini məhkəmə və ya hüquq mühafizə orqanlarının vasitəsi ilə hüquqi müstəvidə həll etmək hüququna malikdir.

2. İddiaçı MMC və Cavabdeh2 arasında bağlanmış 2020-ci il 10 iyul tarixli ipoteka müqaviləsi ilə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını dis tribüter müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin: - 2-ci bəndinə əsasən, ipoteka predmetinin olduğu yer: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 3245-ci məhəllə, Cavadxan (Gəncə xanı) küçəsi, 4A/mənzil 295, giriş 3 Yeni qaydalarla: AZ1134, ünvan 2 ünvanında yerləşən 163.5 kv.m. mənzildir; - 3.1-ci bəndinə əsasən, öhdəliyin yaranma əsas 2020-ci il 10 iyul tarixli 3M/1243 reyestr distribüter müqaviləsidir; - 3.2-ci bəndinə əsasən, öhdəliyin ölçüsü (məbləği) 370.000 manat sərinləşdirici alkoqolsuz və təbii şirə içkiləridir; - 3.3-cü bəndinə əsasən, öhdəliyin icra müddəti distribüter müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana faktiki təqdim edildiyi tarixindən 2023-cü il 10 iy ul tarixinədək; - 9.1-ci bəndinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: - əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;– ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmadıqda.

3. Daşınmaz əmlakın dövlət reyestrindən 2020-ci il 24 iyul tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 3245-ci məhəllə, Cavadxan (Gəncə xanı) küçəsi, 4A/mənzil 295, giriş 3 Yeni qaydalarla: AZ1134, ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqları Cavabdeh2 adına hüquqi qeydiyyata alınmış, İddiaçı MMM xeyrinə hüquqlar yüklü edilmişdir. 4. 2021-ci il 4 fevraldan 2022-ci il 28 yanvarı əhatə edən satışlar üzrə İddiaçı MMC tərəfindən Cavabdeh3 e-qaimələr göndərilmişdir.

5. Qarşılıqlı borc vəziyyətinin üzləşdirilməsi barədə 2022-ci il 5 fevral tarixli aktda 2022-ci il 31 yanvar tarixinə Cavabdeh3 İddiaçı MMC-yə borcunun 447.995,19 manat təşkil etdiyi qeyd olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdehlər- Cavabdeh3 və Cavabdeh2 (bundan sonra birlikdə-“cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq-“Cavabdeh3”, “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya əsas öhdəlik üzrə olan 323.742,38 manat borcu, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanan 9.710,46 manat faizlə r, iddiaçının məhkəməyə ödədiyi 224 manat dövlət rüsumu, mediasiya üçün çəkilmiş 400 manat xərc, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönləndirilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və vəkilə ödənilmiş 110 manat olmaqla, ümumilikdə 333.977,48 manat vəsaitin ipoteka ilə yüklü edilmiş AZ1134, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********14- 05301-093031; qeydiyyat nömrəsi: **********) açıq hərracda satılmasından əldə edilmiş vəsaitə yönləndirilməsi, tələbin ipoteka ilə yüklü edilmiş həmin əmlakın açıq hərracda satılmasından əldə edilmiş vəsaitdən tutulduqdan sonra yerdə qalan hissəsinin cavabdehin digər əmlaklarına yönləndirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 10 iyul tarixində iddiaçı ilə Cavabdeh3 arasında distribüter müqaviləsi imzalanmışdır. Müqavilə üzrə öhdəliklərin təminatı qismində 2020-ci il 10 iyul tarixində tərəflər arasında 3M-1244 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı bütün öhdəliklərini yerinə yetirsə də, cavabdeh ödənişləri vaxtında etməmiş və nəticədə iddiaçıya zərər vurmuşdur. Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün borclulara pretenziya yollanmış, lakin heç bir nəticə alınmamışdır. İpoteka müqaviləsinin 3.3-cü maddəsinə əsasən isə əsas öhdəliyin icra müddəti 2023-cü il 10 iyul tarixinədək qeyd olunmuşdur. Sözügedən müəyyənləşdirilmiş müddət keçsə də, cavabdeh hələ də öz öhdəliklərini icra etməmişdir və buna görə də gecikdirmə nəticəsində vurduğu zərər üçün iddiaçı qarşısında məsuliyyət daşı yır. MM-in 445.7-ci maddəsinə əsasən iddiaçının gecikdirilmiş pul məbləği üçün cavabdehdən illik 5 % məbləğ tələb etmək hüququ vardır. İpoteka müqaviləsinin 3.3-cü maddəsinə əsasən, əsas öhdəliyin icra müddəti 2023-cü il 10 iyul tarixinə qədər göstərilmişdir. 2023-cü il 29 avqust tarixli maliyyə arayışına əsasən isə gecikdirilmiş pul məbləğinin ümumi həcmi 323.742,38 manat təşkil edir. 323.742,38 manat pulun 5 %-i 16.187,12 manat təşkil edir. Həmin məbləği ilin günlərinə böldükdə isə aydın olur ki, bir günə düşən məbləğ 44,34 manat təşkil edir. Gecikmə günlərinin sayı isə 2023-cü il 10 iyul tarixindən 2024-cü il 14 fevral tarixinə qədər 219 gün təşkil edir. Belə olan halda İddiaçının MM-in 445.7-ci maddəsinə əsasən 9.710,46 manat tələb etmək hüququ yaranmışdır (219*44.34=9710.46). İpoteka müqaviləsinin 3.3 və 9.1-ci maddəsinə əsasən, əsas öhdəliyin və ya onun bir hissəsinin icrasının 90 təqvim günü və ya daha çox gecikdirilməsi ipoteka predmetinə tutmanın yönləndirilməsi üçün də əsasdır.

8. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehin iddiaçıya əsas öhdəlik üzrə olan 323.742,38 manat borcu, MM-in 445.7-ci maddəsinə əsasən hesablanan 9.710,46 manat faizlər, iddiaçının məhkəməyə ödədiyi 224 manat dövlət rüsumu, mediasiya üçün çəkilmiş 400 manat xərc, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönləndirilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və vəkilə ödənilmiş 110 manat olmaqla, ümumilikdə 333.977,48 manat vəsaitin Cavabdeh3 tutulması, iddia tələbi ipoteka ilə yüklü edilmiş AZ1134, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (yüklü edilən əmlakın rey estr nömrəsi: **********14-05301-093031; qeydiyyat nömrəsi: **********) açıq hərracda satılmasından əldə edilmiş vəsaitə yönləndirilməsi, tələbin qalan hissəsinin Cavabdeh3 tutulmasını xahiş etmişdir.

9. Cavabdeh2 iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, iş materiallarında olan elektron qaimə məlumatlarından müəyyən olunanlara görə, tərəflər arasında bağlanmış distribütor müqaviləsinə əsasən, Cavabdeh3 49 ədəd elektron qaimə əsasında 322.950,72 manat məbləğində mallar təhvil verilmişdir. Lakin iddiaçı tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən digər məlumatlar - 322.950,72 manat məbləğində mallar üzrə ödənişlər, geri qaytarılmış malların ümumi borcdan çıxılması barədə hər hansı məlumat məhkəməyə təqdim edilməmişdir. 322.950.72 manat məbləğində mal verilməsi və nəticədə ödənişin olunmaması mümkün deyil. Müəyyən məbləğdə mallar verildikdən sonra ödəniş olmadığı halda, digər məbləğlərdə malların cavabdehə hansı əsasla verilməsi ilə bağlı heç bir sənəd müəyyən edilməmişdir. Distribütor müqaviləsinin 7.2-ci bəndi iddia tələblərinin əsassız və qanunsuz olduğunu sübut edir. Belə ki, əgər cavabdeh müəyyən elektron qaimələr üzrə ödəniş etməmişdisə, hansı səbəbdən iddiaçının 322.950.72 manat məbləğində malı cavabdehə verdiyi sual olunur. Müqavilənin 7.3-cü maddəsinə əsasən, distribütor şirkətdə kredit şərtləri ilə çalışmaq istədiyi təqdirdə, o şirkətin qəbul etdiyi qayda və şərtlər daxilində bank qarantiyası təqdim etməlidir. Bu halda şirkət distribütora bank qarantiyasının 1.5 mislində kreditə mal sata bilər. Göründüyü kimi, müqavilənin bu bəndi də pozulmuşdur.

10. Əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC-nin 2024-cü il 31 avqust tarixli LP-132/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, AZ1134, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 163,5 kv.m. olan mənzilin yerləşən Cavabdeh2 məxsus mənzilin hazırkı bazar qiyməti 327.000 manat və likvid qiyməti 294.000 manat təşkil etmişdir.

11. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il tarixli 2 sentyabr 9/5320 nömrəli rəyində göstərilmişdir ki, ümumi borc məbləği 322.950,72 manat təşkil etmişdir. Həmin məbləği ilin günlərinə böldükdə isə bir günə düşən məbləğin 44,85 manat olduğu və 2023-cü il 10 iyul tarixindən iddianın məhkəməyə verildiyi 2024-cü il 1 mart tarixinə olan gecikdirilmiş günlərin sayının 231 gün olduğunu nəzərə alındıqda, əsas borc m əbləğinə illik 5% ilə hesablanmaqla faiz borcunun məbləği 44,85 manat x 231 gün = 10.361,34 manat, 2023-cü il 10 iyul tarixindən ekspert rəyinin verildiyi 2024-cü il 2 sentyabr tarixinə olan gecikdirilmiş günlərin sayının 412 gün olduğunu nəzərə alındıqda, əsas borc məbləğinə illik 5% ilə hesablanmaqla faiz borcunun məbləği 44,85 manat x 412 gün=18.479,96 manat təşkil etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 noyabr tarixli e-2-2(113)2136/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş: - Cavabdeh3 322.950,72 manat əsas borc məbləği, 9.710,46 manat faiz borcu, mediasiya xərcinin/dövlət rüsumunun əvəzi olaraq 623 manat, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönləndirilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi; - tələb üzrə tutmanın Cavabdeh2 məxsus AZ1134, ünvan 3 ünvanında yerləşən mənzilə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********14-05301-093031; qeydiyyat nömrəsi: **********) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 294.000 manat müəyyən edilməsi; - əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh3 tutulması; - əmlakların qiymətləndirilməsi üçün xərclənmiş 300 manat pulun Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi; məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 150 manat pulun Cavabde h3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim G.Namazova).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirsə də, cavabdeh ödənişləri vaxtında etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Cavabdeh3 2020-ci il 10 iyul tarixli 3M-1243 nömrəli müqavilə üzrə əsas borcunu ödəniş şərtlərinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.

14. Cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilə və ipoteka müqavilələrindən irəli gəlmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və mülki qanunvericiliyin müvafiq normalarınd an çıxış etməklə, bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. İddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc məbləği ekspert rəyində müəyyən edilən əsas borc məbləğindən yuxarı həddə müəyyən edildiyindən, məhkəmə müqavilə üzrə əsas borc məbləğini 322.950,72 manat əsas, MM 445.7-ci maddəsinə əsasən müəyyən edilən faiz məbləğinin iddiada göstərilən 9.710,46 manat olmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir. 16. “Tutmanın ipoteka predmetinə yönəldilməsi”nə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəl dilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.

17. İşin halları ilə təsdiq edilmişdir ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Ona görə də, məhkəmə həmin hissədə iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

18. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.

19. Məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq ipoteka predmetinin ilkin satış qiymətini 294.000 manat müəyyən olunmasını məqsədəmüvafiq hesab etmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 269, 270.1, 385.1, 386, 442, 443.1, 448.1, 739 və 743-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 39.3.3, 41.1 və 47.5-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli Qərardadına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.1, 14.2, 77.1, 88 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 aprel tarixli 2-2(103)-216/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid olunması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər Z.Şirinov və T.Mahmudova).

23. Apellyasiya instansiyası məhkəməsi iddianın borcun tutulması tələbinə dair hissəsinə münasibətdə qey d etmişdir ki, Cavabdeh2 apellyasiya şikayətində “iddiaçının malların verilməsini bilavasitə təsdiq edən sənədləri (malların təhvil-təslim aktlarını) məhkəməyə təqdim etməməsinə” istinad etməklə, elektron qaimələrdə göstərilmiş malların Cavabdeh3 təqdim edilməsi faktını mübahisələndirmişdir.

24. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı malların təqdim olunması faktını təsdiq etmək üçün tərəfindən cavabdehə təqdim edilmiş ümumilikdə 322.950,72 manat məbləğində elektron qaimələri məhkəməyə təqdim etmişdir. İşin materiallarına əlavə olunmuş elektron qaimələrin siyahısından və bank hesablarından çıxarışlardan da göründüyü kimi, tərəflər arasında əvvəllər də alqı-satqı əməliyyatları aparılmış və cavabdeh tərəfindən iddiaçıya həmin qaimələr üzrə mütəmadi olaraq ödənişlər edilmiş, bundan ə lavə cavabdeh tərəfindən onun üçün vergi öhdəliyi yaradan mübahisəli elektron qaimələr düzəliş üçün qaytarılmamış, eləcə də həmin qaimələrlə bağlı iddiaçıya hər hansı formada etiraz edilməmişdir. Göstərilən hallar isə öz növbəsində tərəflər arasında mübahisəli müqavilə üzrə malların təqdim edilməsinin elektron qaimələrin göndərilməsi yolu ilə rəsmiləşdirilməsinə dair işgüzar münasibətlərin formalaşdırılmasını təsdiq etmişdir.

25. Bu baxımdan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hazırkı halda malların təqdim edilməsinə dair elektron qaimələrin digər sübutlarla məcmu şəkildə malların təqdim edilməsini təsdiq edən sübut qismində nəzərə alınması qənaətinə gəlmişdir.

26. Həmçinin qeyd olunmuşdur ki, ƏDV daxil 322.950,72 manat məbləğində malların iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi və həmin mallara görə cavabdehin iddiaçıya borcunun olması faktları mübahisəli elektron qaimələrlə yanaşı 2022-ci il 5 fevral tarixli borcların üzləşdirilməsi aktı ilə öz təsdiqini tapmışdır. Belə ki, sözügedən üzləşmə aktında mübahisəli müqavilə üzrə cavabdehin iddiaçıya 2022-ci il 31 yanvar tarixinə olan borcunun 447.995,19 manat olması təsdiqlənmişdir.

27. Digər tərəfdən cavabdeh borcdan müəyyən ödənişlər edilməsini əsas göstərərək məhkəmə tərəfindən tutulması qət edilmiş borc məbləğini mübahisələndirərək qalıq borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin zəruri olmasını bildirmiş və həmin halı təsdiq etmək üçün bank hesablarından və ƏDV subhesabından çıxarışları məhkəməyə təqdim etmişdir.

28. Məhkəmə t ərəfindən sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, həmin çıxarışların əksəriyyəti birinci instansiya məhkəmədə işə baxılarkən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının gedişində maddi daşıyıcıda ekspertdə təqdim edilmiş, yəni həmin sənədlər məhkəmə-mühasibatlıq ekspertizası keçirilərkən nəzərə alınmışdır.

29. Həmin hesabdan çıxarışların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 2022-ci il 31 yanvar tarixdən sonra (üzləşmə aktında qeyd edilən tarix) ƏDV borcundan 38.889,69 manat (35.3084,75+49,97+747,46+760,98+327,6+406,71+761,95+144,67+605,6), əsas borcdan isə əsas məbləğ üzrə ABB bank hesabından 24.558,44 manat (1.000+3.000+1.000+1.000+4.995+4.152,54+1.820+2.259,48+803,71) ödəniş edilmiş, Ziraat Bank ASC-də olan bank hesabından isə ödəniş edilmə mişdir.

30. Göründüyü kimi, 2022-ci il 5 fevral tarixli üzləşmə aktı ilə cavabdehin mübahisəli müqavilə üzrə borcunun 447.995,19 manat olması öz təsdiqini tapmış və cavabdeh tərəfindən həmin tarixdən sonra cəmi 62.448,13 manat ödəniş etməsini təsdiq edən sübutlar təqdim edilmişdir. Odur ki, təqdim edilən sübutlara əsasən mübahisəli müqavilə üzrə borcun birinci instansiya məhkəməsi tərəfindən müəyyən etdiyi məbləğdən az olması (ƏDV daxil 322.950,72 manat) barədə nəticəyə gəlmək qeyri-mümkündür. 31. “Təqdim edilmiş malların bir hissəsinin (150.000 manat dəyərində) iddiaçıya geri qaytarılması” barədə cavabdehin dəlillərini formal mülahizə kimi qiymətləndirən kollegiya qeyd etmişdir ki, cavabdeh həmin dəlillərinin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

32. İddianın “MM -in 445.7-ci maddəsinə əsasən faizlərin tutulması” hissəsinə münasibətdə kollegiya qeyd etmişdir ki, Cavabdeh3 mübahisəli distribüter müqaviləsi üzrə təqdim edilmiş malların dəyərini ödəmək öhdəliyinin icrasını gecikdirdiyindən və iddiaçı digər əsaslarla daha böyük məbləğ tələb edə bilmədiyindən, öhdəliyin icrasının gecikdirilməsinə görə 9.710,46 manat faizlərin tutulması hissəsində iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.

33. Kollegiya “tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış dəyərinin və satışdan əldə edilmiş əmlak hesabına borcun ödənilməsi” tələbinə dair hissədə də birinci instansiya məhkəməsinin hüquqi əsaslandırılması və gəldiyi nəticə il ə razılaşmışdır.

34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.5, 317.1, 385.1, 442, 445.7, 567, 598.1 və 800.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1.1, 34.1.3, 34.1.4, 39.3, və 47.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli Qərardadına, MPM-in 77.1 və 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. Cavabdeh2 tərəfindən həmin qətnamədən verimiş kassasiya şikayətində qətnaməni n ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. MM-in 385.1-ci maddəsi üzrə-cavabdehin iddiaçıya 323.742.38 manat borcu yarandığı bildirilsə də, bu borcun hansı səbəbdən yarandığı və distribütor tərəfindən müqavilə əsasında ödənişlər edilib-edilmədiyi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş və məhkəmə tərəfindən isə bu xüsusatlar araşdırılmamışdır.

37. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, distribütor bu müqavilə üzrə öhdəliklərini icra etdiyi təqdirdə şirkət distribütora bu müqavilənin ayrılmaz tərkib hissəsi olunan əlavə 2 uyğun endirim və bonuslar verməyi öhdəsinə götürür. Lakin iş materiallarına iddiaçı tərəfindən yalnız elektron qaimələr əlavə edilmiş, şirkət tərəfindən verilməli olan endirim və bonusların iddia tələbində qeyd olunan məbləğdən çıxılıb-çıxılmaması barədə hər hansı bir sübut əlavə edilməmişdir.

38. Müqavilənin 8.1-ci maddəsinə əsasən, hazırki müqaviləyə əsasən malların çatdırılması distribüterin sifarişi əsasında partiyalar ilə həyata keçirilir. Sifariş həm yazılı, həm də elektron bildiriş şəklində şirkətin ünvanına göndərilir və ərazi satış meneceri təsdiq etməlidir. Mallar şirkət tərəfindən distribüterə məxsus Sumqayıt şəhəri, Metallurq küçəsi 20 ünvanında yerləşən anbara təhvil verildiyi gün sayılır və malın distribüter tərəfindən təhviltəslim aktı əsasında təhvil alındığı andan üzərində mülkiyyət distribüterə keçir. İddiaçı tərəfindən iddia ərizəsində və ona əlavə olu nmuş sənədlərdə ödənilməsini tələb etdiyi həmin məbləğin nədən yaranması əsaslandırıcı sübutlarla təhlil edilməmişdir.

39. Bundan əlavə müqavilənin 8.1-ci bəndində qeyd edilən və malların çatdırılmasını təsdiq edən təhvil-təslim aktları iddia ərizəsinə əlavə edilməmişdir, sadəcə elektron qaimələr iş materiallarına əlavə edilməklə borcun olması əsaslandırılmağa çalışılmış, Bakı Kommersiya Məhkəməsi isə qətnamadə bu xüsusatlara qiymət verməmiş və borcun olması ilə bağlı kifayət qədər sübutlar olmadığı halda, iddianın təmin olunması barədə qətnamə qəbul etmiş və cavabdehin qanunla qorunan hüquqlarını pozmuşdur.

40. Müqavilənin 8.4-cü bəndinə əsasən, şirkət tərəfindən göndərilmiş mallar aşağıdakı hallarda distribüter tərəfindən qəbul olunmuş hesab olunur: distribüterin özü qəbul etdikdə və ya distribüterin etibarnamə əsasında səlahiyyət verdiyi digər şəxs qəbul etdikdə. Lakin iş materiallarında şirkət tərəfindən distribüterə elektron qaimələrdə göstərilmiş malların təhvil verildiyini və qəbul edildiyi təsdiq edən hər hansı sübut mövcud deyildir.

41. MM-in 386.1-ci maddəsi üzrə - tərəflər arasında müqavilənin bağlanması müqavilə münasibətlərinin ilkin mərhələsidir. Müqavilənin realizə olunması üçün müqavilə şərtləri üzrə qarşılıqlı öhdəliklərin icrası da olmalıdır. İddiaçı cavabdehin təchiz olunduğu mallara görə istehsalçıya hansı məbləğdə ödəniş etməsi ilə bağlı sənəd məhkəməyə təqdim etməmişdir. Müqavilənin bağlanması onun şərtləri üzrə hərəkətlər edilmədiyi müddətdə, özlüyündə hər hansı öhdəlik yaratmır. İddiaçının iddiasını əsaslandırmaq üçün istinad etdiyi elektron qaimələr, ümumiyyətlə, onun iddiasını əsaslandırmaq üçün zəruri olan lazımi sübutlar olmamaqla, iddia tələbinin həlli baxımından əhəmiyyətli deyil. Müqavilənin alqı-satqı deyil, “distributor” müqaviləsi olması, iddiaçının iddianın əsası kimi istinad etdiyi halları mötəbər sübutlarla təsdiq edə bilməməsi, cavabdehin iddiaçıya dəyəri tələb edilən malın təchizatı ilə bağlı yazılı sifariş verməməsi, habelə malın “əvvəlcədən dəyəri ödənilmədən cavabdeh və ya onun səlahiyyət verdiyi şəxsə“ təhvil verildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, sonuncunun bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməməsi, iddiaçı tərəfindən cavabdehə əmtəə nəqliyyat qaimələrinin və yol vərəqələrinin iş materiallarına əlavə edilməməsi, elektron qaimələrdə həmin malların təchizatının cavabdeh tərəfi ndən sifariş verildiyinin təsdiq edilməməsi iddia tələblərinin əsassız olduğunu sübut edir.

42. MM-in 442 və 567-ci maddələri üzrə - iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı sübut iş materiallarına əlavə edilməmişdir. Elektron qaimələrdə göstərilən malların cavabdehə təhvil verilməsi barədə heç bir təsdiqedici sənəd iş materiallarına əlavə edilmədiyi halda, iddianın təmin olunması qanun pozuntusudur.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tar ixli qərarında qeyd edilən göstərişlərə əhəmiyyət verilməmiş, vergihesab fakturaları ilə kifayətlənilərək qanunsuz qətnamə qəbul edilmişdir.

44. MPM-in 102-ci maddəsi üzrə - məhkəmə kollegiyası qətnamədə ödənişlərin edilməsini qeyd etsə, də bu hissəni araşdırmamışdır. Həmçinin, qətnamədə 62.488,13 manat borcun ödənilməsi qeyd olunsa da, hansı səbəbdən bu məbləğin ümumi borc məbləğindən silinməməsi cavabdeh tərəfə tam aydın olmamış, bununla yanaşı birinci instansiya məhkəməsində qeyd olunan ödəniş sənədləri ekspertə təqdim edilməmişdir. Bu səbəbdən də təkrar ekspertizanın keçirilməsi iş üzrə düzgün və ədalətli qərar qəbul edilməsi üçün mütləq şərtdir, lakin apellyasiya məhkəməsi təkrar ekspertiza təyin etməməklə cavabdehin hüquqlarını pozmuşdur.

45. Apellyasiya məhkəməsində işə baxılarkən c avabdeh tərəfindən iş materiallarına 400 səhifədən çox ödəniş sənədləri təqdim edilmiş və iş üzrə təkrar ekspertiza keçirilməsi xahiş edilmişdir. Belə ki, həmin sənədlərin məhkəmə baxışı tədqiqi zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya təqribi hesablamalar əsasında 40-50.000 manat vəsait ödənilmişdir. Lakin məhkəmə kollegiyası qeyd olunan faktlar əsasında təkrar ekspertiza təyin etməmiş və bununla da cavabdehin hüquqlarını pozan qətnamə qəbul etmişdir.

46. MPM-in 77.1-ci maddəsi üzrə - Cavabdeh3 malların qaytarılması, habelə onlara veriləcək bonusların 2022-ci ildən əvvəlki tarixlərə aid olması ilə bağlı izahat vermiş, lakin məhkəmə kollegiyası qeyd olunan hissələrlə bağlı araşdırma aparmamış və cavabdehin qeyd etdiyi xüsusatlarla bağlı zəruri hüquqi qiymət verməmişdir.

47. MPM-in 402.1 və 417.1.3-cü maddələrinin tələblərinin pozulmasına və ya düzgün tətbiq olunmamasına isə onların məzmununu vurğulamaqla istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

49. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara i stinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

51. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki “Maddə

269. Girov və ipoteka hüququ anlayışı... Məcəlləsinin müvafiq müddəalarında 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir)....” “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....” “Maddə

800. Konsessiya müqaviləsi 800.1. Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) aras ında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir (2025-ci il 18 mart tarixli 161-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 800.1.3-cü maddədən “(inhisar hüququ)” sözləri çıxarılmışdır)....” 52. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respub likasının Qanununun “Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: müvafiq... 1.0.6. ipoteka hüququ – bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur;... 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (2025-ci il 14 iyul tarixli 250-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.9-cu maddə ləğv edilmişdir).” “Maddə

3. İpotekanın tətbiq sahəsi 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər....” “Maddə

10. İpoteka müqaviləsi... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “Maddə

11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur....” “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipotek a predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir (2025- ci il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə 39.3.3cü maddədə “müstəqil qiymətləndiricinin” sözləri “qiymətləndiricinin” sözü ilə əvəz edilmişdir. 2025-ci il 14 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə 39.3.3-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir);...” “Maddə

47. İpoteka predmetinin satılmasından, yaxud ipoteka saxlayan tərəfindən əldə edilməsindən əldə olunan gəlirin bölüşdürülməsi... 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məb ləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.”

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmi ş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir....”

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadında aşağıdakılar nəzərdə tutulur: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.”

55. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

206. Əlavə və təkrar ekspertiza təyini 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət hə ddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

57. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən 2020-ci il 10 iyul tarixli 12/DİSST/20 nömrəli müqaviləyə əsasən kassatorun iddiaçıya borcunun olması tərəflərin imza və möhürlə təsdiq etdikləri üzləşmə aktı ilə öz təsdiqini tapmışdır.

58. Cavabdeh kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlillərində, tərəflər arasında malların təhvil-təsliminə dair müvafiq aktın iddiaçı tərəfindən təqdim edilməməsinə istinad edir.

59. Məhkəmə kollegiyası cavabdehin qarşılıqlı üzləşmə aktını mübahisələndirməməsini, eləcə də cavabdehin təhvil almadığı mala görə borcunun etirafına dair sözügedən üzləşmə aktını imzalamasının məntiqli izahının işə mahiyyəti üzrə baxılarkən təqdim olunmamasını nəzərə alaraq, eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinin əsassız və ağlabatan olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.

60. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin onu nəzərə alır ki, elektron qaimələr əsasında malların təhvil verilməsini inkar edən cavabdeh, iddiaçı tərəfindən təqdim olunmuş elektron qaimələrə əsasən ödəniş etməsinin səbəblərinin aydın izahını da işin faktiki hallarını araşdıran məhkəmələrə təqdi m etməmişdir.

61. Kassasiya şikayətinin § 44-45-də göstərilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi). Həmçinin ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 18-ci maddəsi).

62. Hazırki halda, Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi 2024-cü il tarixli 2 se ntyabr 9/5320 nömrəli rəyi apellyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübut kimi qiymətləndirilməsini istisna edən sübutlar işə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəfindən təqdim olunmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, təkrar ekspertizanın keçirilməsinə zərurət olmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin rəy qiymətləndirilərkən MPM-nin 88 və 103-cü maddələrinin tələblərinə əməl edilmişdir.

63. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi).

64. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiy i nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

65. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış vəsatətdə hazırki işə məhkəmə iclasında baxılması xahiş edilmişdir.

66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir (MPM-nin 414.1-ci maddəsi).

67. Maddənin məzmunundan göründüyü kimi, yalnız iki halda məhkəmə işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir; hüququn inkişafının təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə; məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə.

68. Məhkəmə kollegiyası MPM-nin 414-cü maddəsinin tələblərini nəzərə alaraq iddi açının hazırki işə məhkəmə iclasında baxılmasına dair vəsatətinin təmini üçün əsasların olmaması qənaətinə gəlmişdir.

69. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 18 aprel tarixli 2-2(103)-216/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar