Məhkəmə qərarları › İş №2-2(102)-534/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-534/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-534/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, real zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 may tarixli 2-2(103)-373/2024 nömrəli qətnaməsindən iddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə "xxxx" QSC-nin Binəqədi filialı arasında bağlanmış 2017-ci il 17 noyabr tarixli cari hesab müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, bank müştəriyə hesab açmağı, hesabına daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. - 2.2-ci bəndinə əsasən, hesab üzrə əməliyyatlar aparıldıqca müştəriyə hesabdan çıxarışlar verilir. Müştəri hesabdan çıxarışı aldıqdan sonra 15 təqvim günü ərzində öz iradını banka yazılı şəkildə şəxsən müraciət etməklə və ya sifariş məktubla bildirmirsə, hesabdan çıxarış təsdiq olunmuş hes ab edilir. - 2.3-cü bəndinə əsasən, nağd pulun çıxarılması, hesab üzrə vəsaitin köçürülməsi yalnız müştəri tərəfindən verilmiş yazılı sərəncamlar və ya elektron ödəmə sərəncamları əsasında aparılır. - 3.1.1-ci bəndinə əsasən, bank təklif etdiyi bank əməliyyatlarını müvafiq qanunlara, təlimatlara və bank praktikasına uyğun olaraq hesab üzrə aparmağı öhdəsinə götürür. - 3.1.2-ci bəndinə əsasən, bank müştərinin hesabına daxil olan bütün vəsaitlərinin saxlanmasına və təhlükəsizliyinə təminat verir. - 3.1.3-cü bəndinə əsasən, bank pul vəsaitini müştəridən qəbul etməyi, ona və ya onun sərəncamı ilə üçüncü şəxslərə verməyi, qanunla müəyyən olunmuş hallar istisna olmaqla, öz öhdəsinə götürür. - 3.1.10-cü bəndinə əsasən, bankın səlahiyyətli nümayəndələrinin hesablarla əlaqədar bütün sənədləri yoxla maq, yoxlamalar zamanı meydana çıxan məsələlər üzrə zəruri izahatlar və məlumatlar almaq, eləcə də lazımi məlumatların təqdim edilmədiyi halda hesablar üzrə əməliyyatları dayandırmaq hüququ vardır. - 3.2.1-ci bəndinə əsasən, müştəri qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla hesab üzrə qeyri-məhdud sərəncam vermək hüququna malikdir. - 3.2.2-ci bəndinə əsasən, müştəri banka əvvəllər təqdim etdiyi məlumatlarla bağlı olan bütün dəyişikliklər haqqında dəyişikliyin edildiyi gün dərhal banka məlumat verməlidir.

2. İddiaçı MMC ilə Belçika Krallığının qanunvericiliyinə əsasən qeydiyyata alınmış Nitto Belgium NV şirkəti arasında duzlu su membranları və suyun təmizlənməsi üçün avadanlıqların alışı üzrə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC 44.600 ABŞ dolları vəsait i Nitto Belgium NV şirkətinə qabaqcadan 100% həcmində ödəniş etməli idi. 3. 2023-cü il 10 fevral tarixində İddiaçı MMC tərəfindən tərtib edilərək elektron banking vasitəsi ilə "xxxx" QSC-nin Binəqədi filialına ******* nömrəli “xarici valyutada köçürmə orderi” göndərilmiş, həmin orderlə İddiaçı MMC tərəfindən AZ18ACABOO**********00556665 nömrəli hesabdan 35.680 ABŞ dolları pulun Nitto Belgium NV-nin Banco Nacional de Mexico S.A.-bankında olan **********66051182 nömrəli hesaba köçürülməsi tapşırılmış və "xxxx" QSC tərəfindən həmin köçürmə orderi icra olunmuşdur.

4. Bank rekvizitləri (Bank details) adlı sənəddən Nitto Belgium NV-nin hesabı olaraq **********66051182 göstərildiyi və həmin hesab nömrəsinin də xarici valyutada köçürmə orderində öz əksini tapdığı görünür.

5. İddiaçı MMC-nin Mərkəz i Banka ünvanladığı 2023-cü il 15 fevral tarixli 69/23 nömrəli məktubda Nitto Belgium NV şirkəti ilə arasında malların alışı üzrə bağlanmış müqavilə əsasında tərəflərindən 2023-cü il 23 yanvar tarixində 8.920 ABŞ dolları vəsait avans olaraq Cavabdeh QSC-nin Binəqədi filialı vasitəsi ilə Nitto Belgium NV şirkətinin hesabına ödənildiyi, bank tərəfindən 2-ci avans ödəniş həyata keçirilən zaman MMC-nin kibercinayətin qurbanına çevrildiyi və 2023-cü il 10 fevral tarixində cəmiyyətin hesabından təqdim edilmiş saxta bank hesabına 35.680 ABŞ dolları köçürüldüyü, vəsait köçürüldükdən sonra aparılan araşdırma zamanı təqdim olunan bank hesabının ilkin ödəniş həyata keçirilən şirkətə aid olmadığının müəyyən edildiyi, şübhəli əməliyyatın həyata keçirilməsində cəmiyyətin səhvi olduğu kimi, əməliyyatı həyata keçirən bank tərəfindən müvafiq araşdırmanın aparılmadığını ehtimal etdiklərini və cəmiyyətin ciddi maddi itkiyə məruz qaldığını, işin nəzarətə götürülərək bu əməliyyat üzrə kibercinayətkarlığın beynəlxalq hüquq çərçivəsində həll olunmasına köməklik göstərilməsi xahiş edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 2 noyabr tarixində Cavabdeh QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən bank xidmətlərinin göstərilməsi haqqında müqavilə və qanunvericilik üzrə öhdəliklərinin kobud pozuntusu nəticəsində iddiaçıya vurulmuş 35.680 ABŞ dolları məbləğində zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etm işdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Belçika Krallığının qanunvericiliyinə əsasən qeydiyyata alınmış (No.BE**********) və fəaliyyət göstərən Nitto Belgium NV (ünvan: Ekelaarstraat 22, B-3600 Genk, Belçika) şirkəti ilə duzlu su membranları və suyun təmizlənməsi üçün avadanlıqların alışı üzrə müqavilə bağlamışdır. Müqaviləyə və digər müşayiətedici sənədlər olan 2022-ci il 4 oktyabr tarixli 99509814 nömrəli proforma-invoys və 2022-ci il 6 oktyabr tarixində 316027 nömrə ilə təsdiqlənmiş sifarişin öhdəliklərinə əsasən, iddiaçı 44.600 ABŞ dolları vəsaiti Nitto Belgium NV şirkətinə qabaqcadan 100 % həcmində ödəniş etməli idi. Nitto şirkəti ilə malların çatdırılma müddəti və ödənişlərlə bağlı email vasitəsilə müzakirələr aparılmışdır. Bu danışıqlara naməlum şəxslər tərəfind ən kiberhücum həyata keçirilmiş və nəticədə iddiaçıya Nitto şirkətinin email adresinə oxşar adresdən tələbnamə - bank məlumatları göndərilmiş, ödənişin bu bank məlumatlarına əsasən aparılmalı olması bildirilmiş, nəticədə iddiaçı tərəfindən 2023-cü il 10 fevral tarixində cavabdehin Binəqədi filialına internet banking xidməti vasitəsilə ödəniş tapşırığı təqdim olunmuşdur. Bank əməkdaşlarının ödənişi məlumatlarını yoxlamaması səbəbindən həmin ödəniş tapşırığı ilə birgə banka təqdim olunmuş müqavilə və qaimə (invoys) məlumatlarında uyğun olmayan Meksika Respublikasında yaşayan fiziki şəxsə 35.680 ABŞ dolları vəsait köçürülmüşdür.

8. İddiaçı bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, xüsusilə xarici valyuta ilə ödənişlər icra olunan zaman ödənişlə bağlı banka ilk növbədə müqavilə, hə mçinin invoys (qaimə/hesab faktura) və digər əlaqəli sənədlər təqdim olunmalıdır. Bu sənədlər ödəniş tapşırığı yaradılan zaman cavabdehə təqdim olunmuşdur. Təqdim olunan 2022-ci il 4 oktyabr tarixli pro-forma invoys, müqavilə (ümumi şərtləri) və 2022-ci il 6 oktyabr tarixli sifariş vərəqəsində müqavilə tərəfinin Belçika Krallığının rezidenti olan Nitto Belgium NV şirkəti olduğu görünür. Lakin ödəniş tapşırığının icra olunması üçün təqdim olunmuş saxtalaşdırılmış Nitto şirkətinə aid bank detalları sənədində alıcı bank qismində “Banamex – Banco Nacional de Mexico S.A”, həmçinin həmin bankla bağlı digər bank məlumatları, alıcı şəxsin məlumatları qrafasında isə “X5 583 Benito Juarez cp. 57700 Nezahualcoyotl Mexico” göstərilmişdir. Beləliklə, cavabdehə təqdim olunmuş müqavilə məlumatları (o cüm lədən müqavilədə göstərilmiş rekvizitlərlə) ilə ödəniş tapşırığı məlumatları arasında ciddi uyğunsuzluq olmasına baxmayaraq, cavabdeh tərəfindən pulun naməlum hesaba köçürülməsi həyata keçirilmişdir. Fakt aşkarlandıqdan sonra cavabdehə dərhal müraciət olunmuş, ödənişin qanunsuz olaraq icra olunması bildirilmiş, lakin indiyədək zərərin aradan qaldırılması mümkün olmamışdır. Qeyd edilmiş əməliyyatların icrası zamanı cavabdeh tərəfindən müqavilə və qanunvericiliklə üzərinə götürdüyü öhdəliklər icra olunmamaqla, o cümlədən ödənişin əsası və təyinatı üzrə araşdırma aparılmadan icra olunmaqla şirkətə ciddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mərkəzi X3 2022-ci il 28 noyabr tarixli 45/1 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydaları”na əsasən valyuta əməliyyatları üzrə təsdiqedici sənədlərin siyahısı göstərilmiş, cavabdeh tərəfindən əməliyyatın sənədlərə uyğun aparılıbaparılmaması yoxlanılmamışdır.

9. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, 2023-cü il 10 fevral tarixində iddiaçı tərəfindən 35.680 ABŞ dolları vəsaitin köçürülməsinə dair müştərinin birbaşa özü tərəfindən internet banking üzərindən tərtib olunmuş ödəniş tapşırığı cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən müvafiq ödəniş tapşırığı və sənədlər qəbul olunaraq müştərinin sərəncamı qanunvericiliyə və müqaviləyə uyğun olaraq icra edilmişdir. iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsində də etiraf edilmişdir ki, şirkət naməlum şəxslər tərəfindən kiberhücuma m əruz qalmışdır. Hazırkı izahata əlavə olaraq təqdim etdikləri MMC tərəfindən Mərkəzi Banka ünvanlanmış 2023-cü il 15 fevral tarixli 69/23 nömrəli məktubda bu əməliyyatın həyata keçirilməsinin cəmiyyətin səhvi olduğu etiraf olunmuşdur. Habelə bank müştərinin pul vəsaitindən istifadə olunma istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz. Müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 11 yanvar tarixli e-2-2(113)-425/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – G.Namazova).

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəflər arasına bağlanmış 2017-ci il 17 noyabr tarixli cari hesab müqaviləsinin tələblərinə z idd hərəkət etməmiş və iddiaçı şirkətin təqdim etdiyi köçürmə orderi, müqavilə və həmin müqaviləyə əlavə edilmiş bank rekviziti əsasında ödənişi həyata keçirmişdir. Bank müştərinin pul vəsaitindən istifadə olunma istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. Əgər belə məhdudiyyət qoyulmuş olsa, cavabdeh tərəfindən 2017-ci il 17 noyabr tarixli müqavilənin şərtləri pozulmuş hesab olunardı.

12. Eyni zamanda mübahisə predmeti olan pul vəsaiti əşya hüququ əsasında iddiaçıya məxsus olmaqla onun üzərində sərəncam vermək hüququ da ona aid olduğundan, məhkəmə həmin pul vəsaiti üzərində də istədiyi formada sərənc am vermək hüququ qanunvericiliyin və müqavilənin şərtlərinə uyğun olaraq ona məxsus olması qənaətinə gəlmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi müqavilə və həmin müqaviləyə əlavə edilmiş ödəniş tapşırığına, tapşırıqda qeyd olunmuş rekvizitlərə uyğun olaraq əməliyyatlar həyata keçirilmişdir.

13. İddiaçının Mərkəzi Banka ünvanladığı 2023-cü il 15 fevral tarixli 69/23 nömrəli məktubunda da Nitto Belgium NV şirkəti arasında malların alışı üzrə bağlanmış müqavilə əsasında tərəflərindən 2023-cü il 23 yanvar tarixində 8.920 ABŞ dolları vəsait avans olaraq cavabdehin Binəqədi filialı vasitəsi ilə Nitto Belgium NV şirkətinin hesabına ödənildiyi, bank tərəfindən 2-ci avans ödəniş həyata keçirilən zaman MMC-nin kibercinayətin qurbanına çevrildiyi və 2023 -cü il 10 fevral tarixində cəmiyyətin hesabından təqdim edilmiş saxta bank hesabına 35.680 ABŞ dolları köçürüldüyü, vəsait köçürüldükdən sonra aparılan araşdırma zamanı təqdim olunan bank hesabının ilkin ödəniş həyata keçirilən şirkətə aid olmadığının müəyyən edildiyi, şübhəli əməliyyatın həyata keçirilməsində cəmiyyətin səhvi olduğu etiraf olunmuşdur.

14. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərində də cavabdeh tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş rekvizitlərin saxtalığının müəyyən edilməsi cavabdehin öhdəliyi kimi nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən iddiaçının ödəniş tapşırığının lazımınca icra olunmaması və müqavilə şərtlərinə zidd hərəkət edilməsi halına yol verilmədiyindən, məhkəmə iddiaçının tələbinin təmin olunması üçün qanuni əsasların mövcud olmadığı qənaət inə gəlmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 135.1, 385.1, 399.1, 442, 448.1, 954.1, 954.2, 954.3, 957.1, 957.2, 973.3 və 975.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Mərkəzi Bankına məktub ünvanlanaraq, yaranmış zərurətlə əlaqədar olaraq mütəxəssisin cəlb olunması və aşağıdakı suallara cavab verilməsi xahiş olunmuşdur: - 2023-cü il 10 fevral tarixli ******* nömrəli xarici valyutada köçürmə orderi Mərkəzi Bankın mövcud normativ aktlarına uyğun tərtib olunmuşdurmu? - Həmin köçürmə orderində hər hansı qüsur mövcuddurmu? - Cavabdehin həmin köçürmə orderinin icrasından imtina etmək üçün əsaslar mövcud olmuşdurmu?

18. Həmin məktuba cavab olaraq daxil olmuş Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin böyük inspektoru Nizami Yusifovun rəyində qeyd edilmişdir ki, 2023-cü il 10 fevral tarixli ******* nömrəli xarici valyutada köçürmə orderi AMB-nin həmin dövrdə qüvvədə olmuş 2013-cü il 17 sentyabr tarixli 19/1 nömrəli “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat”ın 4-cü hissəsi – “Ödəniş sənədlərinə və onların icrasına dair ümumi tələblər”ə uyğun tərtib olunmuşdur. B elə ki, köçürmədə benefisiarın qeyd olunan bank rekvizitləri üzrə hesabına vəsait köçürülməsinə dair müştərinin birbaşa özü tərəfindən “internet bankçılıq” üzərindən cavabdehə ödəniş tapşırığı təqdim olunmuş və həmin ödəniş tapşırığı müştərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənmişdir. Bu ödəniş tapşırığının tərtibində təlimatın 4.11-ci bəndində nəzərdə tutulmuş qüsurlar aşkar edilmədiyindən, cavabdehin həmin sənədin icrasından imtina etməsinə əsas mövcud olmamışdır. Həmçinin 2023-cü il 14 iyul tarixində qəbul olunmuş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 31.7-ci maddəsinə görə, ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamında səhv göstərilmiş məlumatlara görə ödəniş sərəncamının icra edilməməsi və ya səhv icra olunması üç ün məsuliyyət daşımır. Mərkəzi Bankın 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydaları”nda idxal müqaviləsi üzrə malın (xidmətin) dəyərinin yalnız mal (xidmət) alan şəxs tərəfindən ödənilməsi ilə bağlı öhdəlik nəzərdə tutulur. Malın (xidmətin) müqabilində vəsaitin köçürüldüyü ödəniş hesabı barədə xüsusi tələb nəzərdə tutulmadığından, bu hissədə də qanunvericiliyin pozulması halın rast gəlinmir.

19. Məhkəmə iclasında mütəxəssis X2 həmin rəyi təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, bankın əməliyyat sistemində olan həmin ödəmə tapşırığında bankın rekvizitlərinin hamısı var və müştəri həmin rekvizitləri özü doldurur. Ö dəmə tapşırığı müştərinin banka verdiyi rekvizitlərdə natamamlıq olduqda, hesab nömrələri uyğun gəlmədikdə qüsurlu hesab olunur. Belə olan halda sistem həmin ödəmə tapşırığını geri qaytarır. Həmçinin ödəmə tapşırığında müştərinin hesab nömrəsi ilə müqavilədəki hesab nömrəsi eyni deyilsə, bu rekvizitdə qüsur olması hesab edilmir.

20. İddiaçı mütəxəssis rəyinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə satıcı Nitto Belgium NV (Belçika Krallığı) şirkəti arasında imzalanmış müqavilə və hesab faktura (invoys) üzrə bank rekvizitləri qismində satıcının Belçika Krallığında yerləşən Fortis Bankdakı (BNP Paribas Fortis) bank hesab məlumatları razılaşdırılmışdır. Həmçinin sənədlərdə satıcının ünvanı Belçika Krallığı, Genk şəhəri (Eikelaarstraat küç. 22) göstərilmiş, lakin bank tərəfindən icra oluna n ödəniş tapşırığında isə vəsait alanın bankı qismində Meksika Respublikasında yerləşən Banamex bankının rekvizitləri və ünvan olaraq Mexiko şəhərində yerləşən (Benito Juarez 57770) ünvan göstərilmişdir. Göründüyü kimi, ödəniş tapşırığının rekvizitlərində bank tərəfindən sadə yoxlama nəticəsində aşkar olunacaq dərəcədə uyğunsuzluq mövcud olmuşdur. Bu uyğunsuzluq qanunvericiliyin birbaşa göstərişinə uyğun olaraq ödəniş tapşırığının qüsurlu olmasını göstərmişdir. Digər tərəfdən, bank tərəfindən sənəd qismində yalnız alıcı və satıcı tərəfindən razılaşdırılmış imza və möhürlə təsdiq olunmuş sənədlər qəbul edilə bilər. Qeyd olunan sənədlər bank tərəfindən tələb olunsa da, onlar yoxlanılmamış və ödəniş icra olunmuşdur. Təlimatın tələblərindən birbaşa aydın olur ki, rekvizitlərdə uyğunsuzluq ödən iş tapşırığının qüsurlu hesab olunması üçün əsasdır. Mərkəzi bankın mütəxəssisi tərəfindən özünün də əməkdaşı olduğu Mərkəzi Bankın normativ sənədi təhrif olunaraq qanunvericiliyin birbaşa göstərişinə zidd rəy verilmişdir.

21. İddiaçı həmçinin bildirmişdir ki, mütəxəssis 2023-cü il 21 iyul tarixində qüvvəyə minmiş “ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna istinad etmişdir. Ödənişin icra olunduğu 2023-cü il 10 fevral tarixində qeyd olunan Qanun ümumiyyətlə qəbul olunmamışdır. Mütəxəssis rəyində bu Qanuna istinad edilməsi yolverilməzdir. Qüvvədə olmayan qanuna istinad etməklə mütəxəssis qanunsuz rəyini əsaslı olması ilə bağlı təəssürat yaradılmasına cəhd etmişdir. X1 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydaların”da ödəniş hesabı barədə tələb nəzərdə tutulmadığını və qanunvericiliyin tələblərinin pozulmadığını bildirmişdir. Belə ki, qaydaların 4-cü bəndində bank hesabları üzrə aparılan valyuta əməliyyatları ilə bağlı tələb olunan sənədlərin dəqiq siyahısı göstərilmişdir. Qaydaların 4.3.1.1-cü bəndinə əsasən, ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər təqdim edilir. İddiaçı tərəfindən də hazırda məhkəmə mübahisəsinin predmeti olan ödəniş tapşırığı ilə bağlı qanunvericilikdə göstərilən sənədlər banka təqdim olunmuş, lakin bank tər əfindən sənədlərin yoxlanılması icra olunmamışdır. Göründüyü kimi, qanunvericilik ödəniş tapşırığının qüsursuz olmasının və qanunvericiliyin digər tələblərinə uyğunluğun yoxlanılması məqsədilə banklara qeyd olunan sənədlərin tələb olunması və yoxlanılması öhdəliyini təsbit etmişdir. Bank tərəfindən bu öhdəliklər qüsurlu icra olunmuşdur.

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 may tarixli 2-2(103)-373/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə iddianın əsaslı hesab olunması üçün yalnız “cavabdehin iddiaçının tapşırığını, yəni 2023-cü il 10 fevral tarixli köçürmə orderini icra edərkən öz öhdəliyini təqsirli şəkildə pozması” halları müəyyən olunduğu təqdirdə cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı işdə isə bunun üçün əsaslar, yəni iddiaçının dəlillərinin əsaslı hesab edilməsi və cavabdehin öz öhdəliklərinin pozması nəticəsinə gəlmək üçün əsaslar mövcud olmamışdır. Belə ki, 2023-cü il 10 fevral tarixli “xarici valyutada köçürmə orderi” iddiaçı tərəfindən tərtib edilərək elektron banking vasitəsi ilə cavabdehə göndərilmişdir. Ona görə də məhkəmə həmin köçürmə orderində göstərilən bank rekvizitləri ilə iddiaçı və xarici şirkət arasında bağlanmış müqavilədə və ona aid sənədlərdə göstərilən bank rekvizitlərinin fərqli olması köçürmənin icrasından imtina üçün və ya əlavə dəqiqləşdi rmə aparma üçün əsas olmadığı qənaətinə gəlmişdir.

24. Qanunvericilikdə də təsbit olunmuşdur ki, bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.

25. Eyni zamanda, həmin köçürmə orderində göstərilən bütün digər rekvizitlər iddiaçı ilə xarici şirkət arasında bağlanmış müqavilə və ona aid sənədlərdə göstərilən rekvizitlərlə eynilik təşkil edir. Hər hansı şəxsin (hüquqi və ya fiziki) müxtəlif banklarda hesablarının olması isə adi haldır.

26. Bundan başqa, 2023-cü il 10 fevral tarixli köçürmə orderində alıcı şəxsin fiziki şəxs olması qeyd edilməmişdir. İddiaç ının istinad etdiyi “X5 583 Benito Juarez cp. 57700 Nezahualcoyotl Mexico” qeydləri isə köçürmə orderində deyil, “Bank rekvizitləri (Bank Details)” adlı sənəddə qeyd olunmuş və həmin qeydlər alıcı şəxsin adını deyil, bankın ünvanını (Bank Adress) göstərmişdir.

27. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mərkəzi X3 2013-cü il 17 sentyabr tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat”ın 5.3.2 və 4.11-ci bəndlərinin, habelə Azərbaycan Respublikası Mərkəzi X3 2022-ci il 4 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması qaydası”nın 3.1 və 3.2-ci bəndlərinin tələblərinin pozulması halları da müəyyən olunmamışdır.

28. İddiaçı tərəfindən cavabdehin hərəkətlərində Azərb aycan Respublikası Mərkəzi X3 2013-cü il 17 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat”ın 5.3.2 və 4.11-ci bəndlərinin, habelə Azərbaycan Respublikası Mərkəzi X3 2022-ci il 4 fevral tarixli qərarı ilə təsdiq olunmuş “Bank hesablarının açılması, aparılması və bağlanması qaydası”nın 3.1 və 3.2-ci bəndlərinin tələblərinin pozulmasına istinad edilsə də, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş rəydə həmin təlimat və qaydaların tələblərinin pozulmaması qeyd olunmuşdur.

29. Kollegiya iddiaçı tərəfindən mütəxəssis rəyinə verilmiş etirazla qismən razılaşaraq hesab etmişdir ki, mütəxəssis rəyində 2023-cü il 21 iyul tarixində qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna i stinad edilməsi düzgün olmamışdır. Çünki mübahisələndirilən köçürmə orderi verilən vaxt həmin qanun qüvvəyə minməmişdir.

30. Bununla yanaşı, mütəxəssisdən aydınlaşdırılması tələb edilən məsələlərə, yəni qeyd olunan təlimat və qaydalarla bağlı məsələlərə aid hissədə hər hansı ziddiyyət və anlaşılmazlıq olmadığına görə, kollegiya Mərkəzi Bankının mövqeyinin nəzərə alınmalı olduğu qənaətinə gəlmişdir. Çünki qeyd olunan təlimat və qaydalar Mərkəzi Bank tərəfindən qəbul olunduğuna görə konkret halda həmin normativ aktların tələblərinə riayət edilib-edilməməsi məsələsində onun rəyi əsas götürülməlidir. 31. 2023-cü il 10 fevral tarixli köçürmə orderinin icrası zamanı cavabdeh tərəfindən 2017-ci il 17 noyabr tarixli cari hesab müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər pozulmamışdır. Ona görə də kollegiya qanunvericiliyin tələbləri baxımından iddiaçı tərəfindən zərərin əvəzinin ödənilməsi tələbinin əsassız olması qənaətinə gəlmişdir.

32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 448.1, 448.2, 459.1, 954.1, 954.3 və 976.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. MM-in 973, 974.1 və 974.2-ci maddələri üzrə - Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iddianı təmin etməməsini əsaslandırarkən yalnız mütəxəssis rəyinə istinad etmiş, subyektiv olaraq məsələyə heç bir münasibət bildirməmişdir.

35. Apellyasiya məhkəməsinin bu qərarın 30-cu bəndində göstərilən mövqeyi ilə bağlı kassator qeyd edir ki, mülki qanunvericiliyin (MM-in 973.3, 974.1 və 974.2-ci maddələri) ödəniş tapşırıqları ilə hesablaşmaları tənzimləyən normaları konkret olaraq bankların ödəniş tapşırıqlarını icra etməzdən əvvəl yoxlamalı olduğunu ifadə etmişdir. Banklar tərəfindən ödəniş tapşırıqlarının icrası zamanı ödəniş tapşırıqlarının məzmunu, sənədlərin uyğunluğu yoxlanılmalı və dəqiqləşdirilməlidir.

36. Ödəniş icra olunan tarixdə qüvvədə olmuş Mərkəzi Bankın 2013-cü il 17 sentyabr tarixli 19/1 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat”ın 5.3.2-ci maddəsinə əsasən, emitent bankın məsul şəxsi təqdim edilən ödəniş tapşı rığının qüsurlu olub-olmamasını və ödəniş əməliyyatı üçün tələb olunan məbləğin ödəyicinin bank hesabında olmasını yoxlayır. Mütəxəssis hazırkı məhkəmə baxışının predmeti olan ödəniş tapşırığını qüsurlu hesab etməsə də, qeyd olunan təlimatın 4.11-ci bəndində birbaşa göstərilmişdir ki, ödəniş sənədinin rekvizitlərində uyğunsuzluq olduqda ödəniş sənədi qüsurlu hesab olunur.

37. Alıcı - iddiaçı ilə satıcı - Nitto Belgium NV (Belçika Krallığı) şirkəti arasında imzalanmış müqavilə və hesab faktura (invoys) üzrə bank rekvizitləri qismində satıcının Belçika Krallığında yerləşən Fortis Bankdakı (BNP Paribas Fortis) bank hesab məlumatları razılaşdırılmışdır. Həmçinin sənədlərdə satıcının ünvanı Belçika Krallığı, Genk şəhəri (Eikelaarstraat küç. 22) göstərilmişdir. Lakin bank tərəfindən icra olunan ödəniş tapşırığında isə vəsait alanın bankı qismində Meksika Respublikasında yerləşən Banamex bankının rekvizitləri və ünvan olaraq Mexiko şəhərində yerləşən (Benito Juarez 57770) ünvan göstərilmişdir. Göründüyü kimi, ödəniş tapşırığının rekvizitlərində bank tərəfindən sadə yoxlama nəticəsində aşkar olunacaq dərəcədə uyğunsuzluq mövcuddur. Bu uyğunsuzluq qanunvericiliyin birbaşa göstərişinə uyğun olaraq ödəniş tapşırığının qüsurlu olmasını göstərir.

38. Ödəniş sənədinin rekvizitləri ilə tərəflər arasında razılaşdırılmış rekvizitlər arasında uyğunsuzluq mövcuddur. Qeyd olunan sənədlər bank tərəfindən tələb olunsa da, onlar yoxlanılmamış və ödəniş icra olunmuşdur. Təlimatın tələblərindən aydın olur ki, rekvizitlərdə uyğunsuzluq ödəniş tapşırığının qüsurlu hesab olunması üçün əsasdır. Mərkəzi bankın mütəxəssisi tərəfindən özünün də əməkdaşı olduğu Mərkəzi Bankın normativ sənədi təhrif olunaraq, qanunvericiliyin birbaşa göstərişinə zidd rəy verilmişdir.

39. Apellyasiya məhkəməsinin bu qərarın 24-cü bəndində göstərilən mövqeyi ilə bağlı kassator qeyd edir ki, qanunvericilik (MM-in 954.3-cü maddəsi) banklar tərəfindən müştərilərin əməliyyatlarına məhdudiyyətlər qoyulmasını qadağan etsə də, bankların qüsurlu ödəniş tapşırıqlarını icra etməmək və dəqiqləşdirmələr aparmaq öhdəlikləri mövcuddur. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri aydınlaşdırılmamış, yalnız mütəxəssis rəyi əsasında qərar verilərək iddiaçının hüquqları pozulmuşdur.

40. MPM-in 80, 81 və 88-ci maddələri üzrə - Məhkəmə işə baxarkən yalnız mütəxəssis rəyinə istinad etmiş, həmin rəydə bir sıra qüsurların olmasına baxmayaraq onu mötəbər sübut hesab etmişdir. Mütəxəssis rəyində qüvvədən düşmüş qanuna istinad olunmuş, həmçinin təlimat və qaydalar mütəxəssisin öz fərziyyəsi əsasında şərh olunmuşdur. Bu səbəbdən, məhkəmə həmin qanunvericilik normalarını nəzərdən keçirməli və işin halları ilə əlaqələndirməli idi.

41. MPM-in 217-ci maddəsi üzrə - Məhkəmə tərəfindən ədalətli, qanuni və hərtərəfli araşdırma aparılmamış, nəticədə düzgün olmayan qərar qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə hərtərəfli araşdırma aparmamaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmamasını ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 21 yanvar tarixli qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir.

43. MPM-in 218.1-ci maddəsi üzrə - Məhkəmə tərəfindən işin halları tam, hərtərəfli qiymətləndirilməmiş və iş üçün əhəmiyyətli olan sübutlar düzgün müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Cavabdeh kassasiya şikayətinə etiraz edərək, kassasiya şikayətinin təmin olunmaması və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişd ir.

45. Etiraz onunla əsaslandırılmışdır ki, 2023-cü il 10 fevral tarixində iddiaçı tərəfindən 35.680 ABŞ dolları vəsaitin köçürülməsinə dair müştərinin özü tərəfindən "internet bankçılıq" üzərindən tərtib edilmiş ödəniş tapşırığı cavabdehə təqdim edilmiş, cavabdeh tərəfindən müvafiq ödəniş tapşırığı və sənədlər qəbul edilərək müştərinin sərəncamı qanunvericiliyə və müqaviləyə uyğun olaraq icra edilmişdir.

46. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi, həmçinin iş materiallarında olan iddiaçının 2023-cü il 15 fevral tarixli 69/23 nömrəli məktubunda bu əməliyyatın həyata keçirilməsinin cəmiyyətin səhvi olduğu etiraf edilmişdir. MM-in 954.3-cü maddəsinə əsasən bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. Belə ki, iddiaçı tərəfindən cavabdehin müqavilə üzrə öhdəliklərini pozduğu iddia edilsə də, həmin hissədə hər hansı sübut və ya əsaslandırma məhkəməyə təqdim edilməmişdir.

47. Kassasiya şikayətində qeyd edilir ki, “ödəniş tapşırığı rekvizitlərin düzgün olmaması səbəbilə qüsurlu olduğu üçün icra edilməməlidir.” Lakin cavabdeh bildirir ki, həmin rekvizitlər iddiaçının özü tərəfindən cavabdehə təqdim edilmiş və köçürmənin iddiaçının təqdim etdiyi rekvizitlər əsasında icra edilməsi barədə müştərinin birbaşa sərəncamı olmuşdur. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən də aydın olur ki, ödəniş tapşırığı qanunvericiliyin tələblərinə uyğun t ərtib edilmiş və müştərinin özünəməxsus gücləndirilmiş elektron imzası ilə təsdiq edilmişdir. Həmçinin ödəniş tapşırığından imtina edilməsinə dair əsas olmadığı üçün əməliyyat qanunvericiliyə və tərəflər arasında bağlanan müqaviləyə uyğun olaraq icra edilmişdir.

48. Digər hissədə kassasiya şikayətində qeyd edilir ki, “mütəxəssis rəyi fərziyyə əsasında şərh olunmuşdur.” İş materiallarına əlavə edilmiş rəydən müəyyən olur ki, mütəxəssis tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının Təlimat və Qaydalarına istinad edilərək rəy təqdim olunmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki, kassasiya şikayəti əsaslandırma aparılmadan formal xarakterli olmuşdur. Kassasiya baxışının hədləri

49. Apellyasiya instansiyası məhkəmə aktını tam yoxlamış, hazırkı icraat çərçivəsində apellyasiy a məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

51. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq “Maddə

448. Öhdəliklərin icra e dilməməsi üçün borclunun məsuliyyəti müddəalarında 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

459. İlkin vəziyyəti bərpa etmək vəzifəsi 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir....” “Maddə

954. Bank hesabı müqaviləsi 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul e tməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz (2023-cü il 5 dekabr tarixli 1048-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 954.3-cü maddəyə “üzərində” sözündən sonra “qanunla və” sözləri əlavə edilmişdir).... ” “Maddə

957. Hesabda olan pul vəsaitinə dair sərəncam vermək hüququnun təsdiqi 957.1. Hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir.... 957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin.” “Maddə

964. Pul vəsaitinin hesabdan silinməsinin əsasları 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. ” “Maddə

966. Hesa b əməliyyatlarının lazımınca aparılmaması üçün bankın məsuliyyəti Müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir.” “Maddə

973. Ödəniş tapşırıqları ilə hesablaşmalar haqqında ümumi müddəalar 973.1. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürü r, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin. 973.2. Bu Məcəllənin bu paraqrafının qaydaları bankda hesabı olmayan şəxsin öz pul vəsaitini həmin bank vasitəsilə köçürməsi ilə bağlı münasibətlərə tətbiq edilir, bu şərtlə ki, qanunla, ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə ayrı hal nəzərdə tutulmasın və ya bu münasibətlərin mahiyyətindən ayrı hal irəli gəlməsin. 973.3. Ödəniş tapşırıqları ilə hesablaşmaların həyata keçirilməsi qaydası qanunla, habelə ona uyğun müəyyənləşdirilmiş bank qaydaları və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə tənzimlənir. Maddə

974. Bank tərəfindən ödəniş tapşırığının yerinə yetirilməsi şərtlə ri 974.1. Ödəniş tapşırığının və onunla birlikdə təqdim edilən hesablaşma sənədlərinin məzmunu və forması qanunla və ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir. 974.2. Ödəniş tapşırığı bu Məcəllənin 974.1-ci maddəsində göstərilmiş tələblərə uyğun gəlmədikdə bank tapşırığın məzmununu dəqiqləşdirə bilər. Ödəyiciyə bu cür sorğu tapşırıq alındıqdan dərhal sonra verilməlidir. Qanunla və ya ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş müddətdə, bunlar olmadıqda isə ağlabatan müddətdə cavab almadıqda bank tapşırığı icra etmədən ödəyiciyə qaytara bilər, bu şərtlə ki, qanunla, ona uyğun müəyyənləşdirilmiş bank qaydaları və ya bankla ödəyici arasında müqavilə ilə ayrı hal nəzərdə tutulmasın. 974.3. Əgər ödəyici ilə bank arasında mü qavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəyicinin tapşırığını bank ödəyicinin hesabında vəsait olduqda yerinə yetirir. Bank tapşırıqları hesabdan pul vəsaitinin silinməsi növbəliyini gözləməklə icra edir. Ödəyicinin hesabında vəsait olmadıqda bank bu barədə ona məlumat verir. Maddə

975. Tapşırığın icrası 975.1. Ödəyicinin ödəniş tapşırığını qəbul etmiş bank müvafiq pul məbləğini tapşırıqda göstərilmiş şəxsin hesabına salınmaq üçün vəsait alanın bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə köçürməlidir. 975.2. Bank müştərinin tapşırığında göstərilmiş hesaba pul vəsaitinin köçürülməsi əməliyyatlarının yerinə yetirilməsi üçün digər bankları cəlb edə bilər. 975.3. Bank ödəyiciyə tapşırığın icrası haqqında dərhal bildiriş verməlidir. Ödəniş tapşırığının icrasından s onra məlumatlandırma ilə bağlı digər tələblər “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə

976. Tapşırığın icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə məsuliyyət 976.1. Müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır....”

52. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nə zərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini (bax §§ 34-43) əsassız hesab edir.

54. İddiaçı öz mövqeyini mahiyyət etibarilə onunla əsaslandırmışdır ki, banka təqdim olunmuş müqavilə məlumatları (o cümlədən müqavilədə göstərilmiş rekvizitlər) ilə ödəniş tapşırığı məlumatları arasında ciddi uyğunsuzluq olmasına baxmayaraq bank tərəfindən pulun naməlum hesaba köçürülməsi həyata keçirilmişdir. Bununla da bank tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının iddia ərizəsində qeyd olunan Təlimat və Qaydalarının tələbləri pozulmuşdur.

55. Mübahisələndirilən qətnamədən məlum olur ki, apellyasiya baxışı zamanı məhkəməyə Mərkəzi Bank tərəfindən mütəxəssis rəyi təqdim olunmuşdur. Həmin rəydə Mərkəzi Bankın bir sıra qayda və təlimatlarına istinad olunaraq, konkret halda bank tərəfindən qanunvericiliyin pozulması halına rast gəlinmədiyi bildirilmişdir.

56. Eyni zamanda, həmin rəyi vermiş mütəxəssis məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, bankın əməliyyat sistemində olan həmin ödəmə tapşırığında bankın rekvizitlərinin hamısı var və müştəri rekvizitləri özü doldurur. Ödəmə tapşırığı müştərinin banka verdiyi rekvizitlərdə natamamlıq olduqda, hesab nömrələri uyğun gəlmədikdə qüsurlu hesab olunur. Belə olan halda sistem həmin ödəmə tapşırığını geri qaytarır. Həmçinin ödəmə tapşırığında müştərinin hesab nömrəsi ilə müqavilədəki hesab nömrəsi eyn i deyilsə, bu, rekvizitdə qüsur olması hesab edilmir.

57. İddiaçı tərəf həmin mütəxəssis rəyi ilə razılaşmasa da, apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyində mübahisəli hallarla bağlı tələb edilən məsələlərə, hər hansı ziddiyyət və anlaşılmazlığa yol verilmədən aydınlıq gətirilməsini nəzərə alaraq, sözügedən rəyi mötəbər sübut kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin rəy apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən MPM-nin 81 və 88-ci maddələrinin tələblərinə əməl olunmuşdur.

58. Nəzərə alınmalıdır ki, MM-in 966-cı maddəsində (bax § 51) hesab əməliyyatlarının lazımınca aparılmamasına görə, MM-in 976-cı maddəsində (bax § 51) isə ödəniş tapşırıqlarının icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə bankın məsuliyyətinin əsasla rı dəqiq müəyyən edilmişdir.

59. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaçı ilə bağladığı bank hesabı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, ödəmə tapşırıqlarını lazımınca icra etməməsi və MM-in 954.1-954.3, 957.1, 957.4, 964.1 və 973-975-ci maddələrinin (bax § 51) tələblərini pozaraq, iddiaçının pul vəsaitini onun ödəmə tapşırığında göstərdiyi müvafiq xarici bankdakı hesaba köçürməməsi və ya səhvən ödəmə tapşırığında göstərmədiyi başqa hesaba köçürməsi, yaxud da iddiaçının pul vəsaitini onun həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında köçürməsi hallarına yol verməsi, cavabdehin müvafiq köçürməyə görə mülki məsuliyyətinin yaranması üçün əsas ola bilərdi.

60. Lakin işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh tərəfindən sözügedən hüquq pozuntularına yol verilməmişdir. Belə ki, 2023-cü il 10 fevral tarixli “Xarici valyutada köçürmə orderi” iddiaçı tərəfindən tərtib edilərək elektron banking vasitəsi ilə cavabdehə göndərilmişdir. Eyni zamanda, həmin köçürmə orderində göstərilən bütün digər rekvizitlər iddiaçı ilə xarici şirkət arasında bağlanmış müqavilə və ona aid sənədlərdə göstərilən rekvizitlərlə eynilik təşkil etmişdir. Bundan başqa, sözügedən köçürmə orderində alıcı şəxsin fiziki şəxs olması qeyd edilməmişdir. İddiaçının istinad etdiyi “X5 583 Benito Juarez cp. 57700 Nezahualcoyotl Mexico” qeydləri isə köçürmə orderində deyil, Bank Rekvizitləri (Bank Details) adlı sənəddə qeyd edilmiş və həmin qeydlər alıcı şəxsin adını deyil, bankın ünvanını (Bank Adress) göstərir.

61. Məhkəmə kollegiyası hər hansı hüquqi və ya fiziki şəxsin müxtəlif banklarda hesablarının mövcudluğunun mümkün və bank qanunvericiliyi ilə yolverilən hal olmasını nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.

62. Bundan başqa, iddiaçı və xarici şirkət arasında əldə olunmuş razılaşmalarda iddiaçı tərəfindən pul ödəmələrinin məhz onların bağladıqları müqavilədə göstərilən bank hesabına köçürülməsinə dair imperativ tələbin mövcudluğu da işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

63. O da qeyd olunmalıdır ki, biznes tərəfdaşları arasında pul hesablaşmalarının üçüncü ölkələrdə yerləşən və qanunla qadağan olunmayan fərqli bank hesabları üzərindən aparılması beynəlxalq işgüzar dövriyyədə tez-tez rast gəlinən təcrübədir.

64. Digər tərəfdən, işin məhkəmə lər tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, iddiaçının Mərkəzi Banka ünvanladığı 2023-cü il 15 fevral tarixli 69/23 saylı məktubunda da Nitto Belgium NV şirkəti arasında malların alışı üzrə bağlanmış müqavilə əsasında tərəflərindən 2023-cü il 23 yanvar tarixində 8.920 ABŞ dolları məbləğində vəsaitin avans olaraq Cavabdeh QSC Binəqədi filialı vasitəsi ilə Nitto Belgium NV şirkətinin hesabına ödənildiyi, bank tərəfindən 2-ci avans ödəniş həyata keçirilən zaman MMC-nin kiber cinayətin qurbanına çevrildiyi və 2023-cü il 10 fevral tarixində cəmiyyətin hesabından təqdim edilmiş saxta bank hesabına 35.680 ABŞ dolları məbləğində vəsait köçürüldüyü, vəsait köçürüldükdən sonra aparılan araşdırma zamanı təqdim edilən bank hesabının ilkin ödəniş həyata keçirilən şirkətə aid olmadığı nın müəyyən edildiyi, şübhəli əməliyyatın həyata keçirilməsində cəmiyyətin səhvi olduğu etiraf edilmişdir.

65. Məhkəmə kollegiyası hesab edir ki, kibercinayətkarlığın geniş yayıldığı hazırkı zamanda sahibkarlıq subyektləri xarici tərəfdaşlarla iş birliyi qurarkən, o cümlədən həmin tərəfdaşların müxtəlif xarici ölkələrdəki bank hesablarına xarici valyutada pul vəsaitləri köçürərkən mümkün riskləri əvvəlcədən göz önünə alaraq ayıq-sayıqlığı daha da artırmalı, xüsusilə də xarici tərəfdaşlarla əlaqə saxlayaraq bank hesablarının rekvizitlərini təkrarən dəqiqləşdirməli, şübhəli hesab etdikləri pul transferi əməliyyatlarından çəkinməli, onlara xidmət göstərən yerli banklara ödəmə tapşırıqlarını verməmişdən qabaq bütün mümkün ehtiyat təbirlərini görməlidirlər.

66. Yuxarıda göstərilənləri ümumiləşd irərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 52) tələblərinə əməl etmiş, öz mövqeyini lazımi qaydada əsaslandırmaqla qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 52) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 may tarixli 2-2(103)-373/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 may tarixli 2-2(103)-373/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 1.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar