Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-535/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-535/2023 Açar sözlər: lizinq müqaviləsi üzrə pul tələbi 24.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 “lizinq müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 2-2(103)-457/2023 nömrəli qətna məsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin AD 520187 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz S63 AMG Minik markalı Sedan tipli avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir.
2. İddiaçı MMC ilə lizinq alan (öhdəlik ötürən) X6 və öhdəlik götürən X4 arasında bağlanmış 2021-ci il 14 iyun tarixli A452 saylı X3 öhdəliyin ötürülməsi haqqında Əlavə razılaşmaya əsasən öhdəlik ötürən lizinq verənin razılığı ilə A452 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə verir və öhdəlik götürən də bütünlüklə qəbul edir. Lizinq müddəti bitdikdən sonra öhdəlik götürən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqa vilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin öhdəlik götürənin ödəməsi şərtilə öhdəlik götürənə keçir.
3. İddiaçı MMC, X6 və X4 arasında bağlanmış 2021-ci il 14 iyun tarixli A452 saylı X7 müqaviləsinə 03 nömrəli Əlavə qəbul və istifadəyə verilmə protokoluna əsasən lizinq obyekti müqavilə üzrə 2018-ci il 14 iyun tarixdə müvəffəqiyyətlə lizinq verən istifadəyə təhvil verib, lizinq alan qəbul edib.
4. İddiaçı MMC, X4 (öhdəlik ötürən) və Cavabdeh1 (öhdəlik alan) arasında bağlanmış A452 saylı X3 2021-ci il 19 noyabr tarixli öhdəliyin ötürülməsi haqqında Əlavə razılaşmaya əsasən öhdəlik ötürən lizinq verənin razılığı ilə A452 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüqu q və öhdəliklərini, borcunu öhdəlik götürənə verir və öhdəlik götürən də bütünlüklə qəbul edir. Lizinq müddəti bitdikdən sonra öhdəlik götürən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin öhdəlik götürənin ödəməsi şərtilə öhdəlik götürənə keçir.
5. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış A452 saylı X7 müqaviləsinə 03 saylı 2021-ci il 19 noyabr tarixli Əlavə - qəbul və istifadəyə verilmə protokoluna əsasən lizinq obyekti olan qiyməti 200.000 manat olan Mercedes Benz S63 AMG markalı minik avtomobili 2021-ci il 19 noyabr tarixdə tam saz vəziyyətdə lizinq alan Cavabdeh1 istifadəsinə təhvil verilmişdir.
6. İddiaçı MMC ilə Cavabdeh1 (lizinq alan) və Cavabdeh2 MMC (zamin) arasında bağlanmış 2021-ci il 19 noyabr tarixli A452 nömrəli zaminlik müqaviləsinə əsasən lizinq verən ilə lizinq alan arasında 2021-ci il 19 noyabr tarixində bağlanmış A452 saylı Daxili Lizinq müqaviləsi ilə əlaqədar olaraq, lizinq alan lizinq verən qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin lizinq alan ilə lizinq verən qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. - Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsası 2021-ci il 19 noyabr tarixdə bağlanmış A452 saylı Daxili lizinq müqaviləsindən irəli gələn bütün öhdəliklərdir. - Müqavilənin 2.2-ci bəndinə əsasən təmin edilən müqavilənin predmetini Mercedes Benz S63 AMG – minik, tipi - Sedan, Buraxılış ili - 2014, rəngi – Qara metalik, BANWDD2221781A061778 avtomobilin lizinqə verilməsi üzrə ödənilməli olan 65.662 dollar məbləğində lizinq öhdəliyi təşkil edir. - Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti: lizinq alanın lizinq verən qarşısında 2021-ci il 19 noyabr tarixdə bağlanmış A452 saylı Daxili Lizinq müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədək olan dövrü əhatə edir.
7. Cavabdeh1 2021-ci il 22 dekabr tarixində iddiaçıya yazılı ərizə təqdim edərək lizinq obyektinə dair X2 etibarnamə verilməsini xahiş etmişdir. 8. 2021-ci il 22 dekabr tarixli P10436/21 nömrəli İddiaçı MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, X2 İddiaçı MMC-yə məxsus olan Mercedes Benz – S63 AMG, Tip – minik, Rəngi –Qara metalik, Buraxılış ili – 2014, BAN – WDD2221781A061778, dövlət qeydiyyat nömrəsi 99AA344 olan nəqliyyat vasitəsini 2021-ci il 30 dekabr tarixinədək Azərbaycan Respublikası ərazisində idarə etmək hüququ vermişdir. 9. 2021-ci il 19 noyabr tarixli P10176/21 nömrəli İddiaçı MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, X1 İddiaçı MMC-yə məxsus olan Mercedes Benz – S63 AMG, Tip – minik, Rəngi –Qara metalik, Buraxılış ili – 2014, BAN – WDD2221781A061778, dövlət qeydiyyat nömrəsi 99AA344 olan nəqliyyat vasitəsini 2021-ci il 19 dekabr tarixinədək Azərbaycan Respublikası ərazisində idarə etmək hüququ vermişdir.
10. İddiaçı MMC tərəfindən verilmiş 2022-ci il 15 noyabr tarixli 0594/22 nömrəli arayışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 19 noya br tarixli A452 nömrəli X3 əsasən Cavabdeh1 gecikmə borcu 6.906 ABŞ dolları, cərimə borcu 4.301 ABŞ dolları, ümumilikdə 11.207 ABŞ dolları öhdəliyi mövcuddur.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi növbətçi hissələri idarəetmə xidməti tərəfindən verilmiş 2023-cü il 16 yanvar tarixli 3/3/3/2/754/23 nömrəli sorğuya cavabdan görünür ki, Cavabdeh1 2021-ci ildə yalnız bir dəfə yanvar ayının 17-də “102” Xidmətinə Binəqədi rayonu ərazisində yerləşən bağ evindən oğurluq edilməsi barədə müraciət etmişdir.
12. İddiaçı MMC tərəfindən tərtib olunmuş 2022-ci il 28 yanvar tarixli aktdan görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan 99AA344 dövlət qeydiyyat nişanlı Mercedes Benz S63 AMG markalı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində olan zaman baxış keçirilmiş, av tomobilin açarı olmadığı üçün evakuator vasitəsilə təxliyyə olunmuşdur. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 28 noyabr tarixində Cavabdeh2 MMC və Cavabdeh1 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda – “MMC”, “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 19 noyabr tarixli A452 saylı X3 (Əlavə Razılaşma) əsasən hesablanmış 6.906 ABŞ dolları gecikmə, 4.301 ABŞ dolları cərimə, ümumilikdə 11.207 ABŞ dolları, həmçinin 200 manat mediasiya xərcinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmış dır ki, 2018-ci il 18 sentyabr tarixində MercedesBenz S63 markalı (Tipi - Sedan, Buraxılış ili - 2014, Rəngi – Qara metalik, BAN WDD2221781A061778) avtomobilin alınması məqsədilə Lizinq alanla iddiaçı arasında A452 saylı daxili Lizinq müqaviləsi bağlanmışdır. Lizinq alan tərəfindən öhdəliklər 2021-ci il 19 noyabr tarixində Cavabdeh1 ötürülmüşdür. Müqavilə şərtlərinə əsasən 65.661 ABŞ dolları ekvivalent həcmində borc üzrə 34 ay 2.788 ABŞ dolları ödəmək öhdəliyi götürülmüşdür. Avtomobil Cavabdeh1 2 ay 14 gün istifadəsində olmuş, lakin bu müddət ərzində heç bir ödəniş etməmişdir. Hazırda Cavabdeh1 bu müqavilə üzrə 6.906 ABŞ dolları gecikmə, 4.301 ABŞ dolları cərimə, ümumilikdə 11.207 ABŞ dolları gecikmə borcu mövcuddur.
15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 462.1, 470.1, 472.1, 472.2, 686, 747.1, 748-1.8, 748-1.12.4, 748-2.1, 748-2.3 və 751-ci maddələrinə istinad edilmişdir.
16. Cavabdeh1 iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edir ki, 2021-ci il 19 noyabr tarixində A452 saylı lizinq müqaviləsi üzrə 65.661 ABŞ dolları ekvivalenti həcmində borc üzrə 34 ay 2.788 ABŞ dolları ödəmək öhdəliyini üzərinə götürmüşdür. Belə bir razılaşmanın olmasını göstərən iddiaçı onu da göstərməli idi ki, o bu müqavilənin formal tərəfidir, yəni avtomobil ona yox, işlədiyi və bu iş üzrə ikinci cavabdeh kimi göstərilmiş Cavabdeh2 MMCnin tələbatı üçün zəruri idi, həmin təşkilatla birbaşa müqavilənin bağlanmasına iddaçı razı olm adığından müqavilə onun adı ilə bağlanmışdır. Bu faktı MMC-nin nümayəndəsi də 2022ci il 23 dekabr tarixində məhkəmənin hazırlıq iclasında təsdiq etmişdir. Odur ki, bu iş üzrə cavabdeh kimi o yox, yalnız MMC işə cəlb olunmalıdır, yəni həmin MMC əsl tərəf kimi onunla əvəz edilməlidir. Lizinqin obyekti avtomobildir. Məlumdur ki, avtomobil yüksək təhlükə mənbəyidir və onun istifadə olunması üçün qanunvericilikdə müəyyən normalar mövcuddur. Avtomobillərin idarə edilməsi üçün ya avtomobil xüsusi mülkiyyətdə olmalı, ya da həmin avtomobilin idarə edilməsinə mülkiyyətçi etibarnamə verməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2 maddələrinin tələbinə görə nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi qadagandır və belə hərəkətə görə 40 manatdan 100 manata qədər cərimə nəzərdə tutu lmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə etibarnamə yoxdur və məhkəmənin 2022-ci il 23 dekabr tarixindəki hazırlıq iclasında hakimin bu barədə sualına da cavab verdi ki, guya 1 aylıq etibarnamə olub, onu işə əlavə etməyiblər. Bildirirəm ki, alıcı olaraq onlara iddiaçı tərəfindən heç bir etibarnamə verilməmişdir, məhz buna görə də tərəflərindən həmin avtomobil istismar olunmadığından heç bir ödəniş etməmişlər. İddiaçı həmçinin məhkəmədə təsdiq etdi ki, avtomobili onun həyətindən götürmüşlər, bu faktın özü də bir daha sübut edir ki, avtomobil cavabdeh tərəfindən istifadə edilməmişdir. MM-in 1096.1ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa z idd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göründüyü kimi, MM zərərin ödənilməsi üçün əsas kimi təqsirli, hüquqa zidd əməli qəbul edir, indiki halda isə iddiaçı lizinq obyektini istismar etmək üçün cavabdehə etibarnamə vermədiyindən, bu səbəbdən də, yəni iddiaçının özünün günahından lizinq obyektinin istismarı mümkün olmadığından və buna görə də ödəniş edilmədiyindən cavabdehin əməli təqsirli və hüquqa zidd əməl hesab edilə bilməz və buna görə iddia əsassızdır və təmin edilməməlidir.
17. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 15 fevral tarixli e-2-2(113)-425/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 6.412,40 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə, ümumilikdə 6.712,40 ABŞ dolları (tutulduğu and a Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul və ödənilmiş 200 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
18. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, lizinq obyekti iddia ərizəsində göstərildiyi kimi 2 ay 15 gün deyil, 2 ay 9 gün lizinq alanda olmuş, iddiaçının nümayəndəsi də göstərilən xüsusatı öz izahatında təsdiq etməklə, iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində qismən təmin edilməli, 2021-ci il 19 noyabr tarixindən 2022-ci il 28 yanvar tarixinə olan dövr üzrə he sablanmış 6.412,40 ABŞ dolları məbləğində pul (2 ay üzrə 2.788 ABŞ dolları, 9 gün üzrə isə 836,40 ABŞ dolları) cavabdehlərdən (əsas borclu və zamindən) tutularaq iddiaçıya ödənilməlidir.
19. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surə tdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 300 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
20. Məhkəmə mövqeyini MM-in 462.1, 467, 470.1, 472.1, 472.2, 747.1, 748-1.1, 7481.9, 748-1.12.4, 748-10.1, 748-10.2 və 748-11.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1 və 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh1 2023-cü il 20 mart tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 2-2(103)-457/2023 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).
23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövgeyi ilə razılaşaraq hesab etmişdir ki, işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə (bax yuxarıda §23), həmçinin MM-in 442 və 448.1-ci maddələri ilə əsaslandırmışdır.
25. Qətnamə 2023-cü il 3 iyul tarixində tərəflə rin elektron kabinetinə yerləşdirilmişdir.
26. Cavabdeh1 2023-cü il 2 avqust tarixində həmin qətnamədən kassasiya şikayəti verərək, qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsii barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
27. İnzibati Xətalar Məcəlləsinin 332,1, 332.2-ci maddələri üzrə - Lizinqin obyekti avtomobildir. Məlumdur ki, avtomobil yüksək təhlükə mənbəyidir və onun istifadə olunması üçün qanunvericilikdə müəyyən normalar mövcuddur. Avtomobillərin idarə edilməsi üçün ya avtomobil xüsusi mülkiyyətdə olmalı, ya da həmin avtomobilin idarə edilməsinə mülkiyyətçiyə etibarnamə verməlidir. İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə etibarnam ə yoxdur və məhkəmənin 2022-ci il 23 dekabr tarixindəki hazırlıq iclasında hakimin bu barədə sualına da cavabda qeyd edilmişdir ki, 1 aylıq etibarnamə olub, onu işə əlavə etməyiblər. Bildiririk ki, cavabdeh olaraq bizə iddiaçı tərəfindən heç bir etibarnamə verilməmişdir, məhz buna görə də tərəfimizdən həmin avtomobil istismar olunmadığından heç bir ödəniş etməmişik. İddiaçı həmçinin məhkəmədə təsdiq etmişdir ki, avtomobili cavabdeh kimi həyətindən götürmüşlər, bu faktın özü də bir daha sübut edir ki, avtomobil cavabdeh tərəfindən istifadə edilməmişdir.
28. MM-in 1096.1-ci maddəsi üzrə - Mülki Məcəllə zərərin ödənilməsi üçün əsas kimi təqsirli, hüquqa zidd əməli qəbul edir, indiki halda isə iddiaçı lizinq obyektini istismar etmək üçün cavabdehə etibarnamə vermədiyindən, bu səbəbdən də, yəni iddiaçının özünün təqsirindən lizinq obyektinin istismarı mümkün olmadığından və buna görə də ödəniş edilmədiyindən cavabdehin əməli təqsirli və hüquqa zidd əməl hesab edilə bilməz və buna görə iddia əsassızdır və təmin edilməməlidir. Lakin Apellyasiya məhkəməsi bu vacib dəlilə əhəmiyyət verməmişdir.
29. MPM-in 78.1-1 və 217.5-ci maddələri üzrə - Elektron kabinetdə Cavabdeh2 MMC-nin zamin olmasını təsdiq edən heç bir sənəd (sübut) yoxdur. İddiaçı hansısa bir sənədi məhkəmə gedişində elektron kabinetə yerləşdirmədən hakimə təqdim etmiş, hakim də onun elektron kabinetə yerləşdirilməməsinə əhəmiyyət vermədən, onu məhkəmə iclasında müzakirə etmədən Cavabdeh2 MMC-nin zaminlik məsələsini həll etmiş, lakin Cavabdeh2 MMC-nin əsl cavabdeh olması haqqında onun nümayəndəsinin mövqeyinə əhəmiyyət v erməmişdir.
30. MPM-in 77.1, 54.1-ci maddələri üzrə – İddiaçının nümayəndəsi öz tələbinin əsası kimi cavabdehə lizinq obyekti olan avtomobilə etibarnamə verməsini sübut etməli idi. Lakin belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh etibarnamənin ona verilməsi zamanı onun imza etməli olduğu qeyydiyyat jurnalının məhkəməyə təqdim edilməsini tələb etsə də belə bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bu isə öz növbəsində etibarnamənin cavabdehə verilmədiyini sübut etsə də apellyasiya instansiyası bu fakta hüquqi qiymət verməmişdir.
31. Həmçinin, lizinq obyekti cavabdehin işlədiyi müəssisə - iş üzrə ikinci cavabdeh kimi göstərilmiş "xxxx" MMC-nin tələbatı üçün zəruri idi, həmin təşkilatla birbaşa müqavilənin bağlanmasına iddaçı razı olmadığından müqavilə mənim adımla bağlanımışdır. B u faktı "xxxx" MMC-nin nümayəndəsi də 2022-ci il 23 dekabr tarixində məhkəmənin hazırlıq iclasında təsdiq etmişdir. Odur ki, bu iş üzrə cavabdeh kimi Cavabdeh1 yox, yalnız "xxxx" MMC işə cəlb olunmalı idi, yəni Cavabdeh2 MMC əsl tərəf kimi Cavabdeh1la əvəz edilməli idi. Bu məsələ həm Cavabdeh1 tərəfindən, həm də ikinci cavabdeh tərəfindən bir neçə dəfə məhkəmədə qaldırılsa da məhkəmə ümumiyyətlə bu məsələni müzakirəyə belə çıxarmamışdır. Məhkəmə iclasında ikinci cavabdehin nümayəndəsi dəfələrlə məhkəmənin nəzərinə çatdırmışdır ki, iş üzrə yeganə Cavabdeh2 MMC -dir, bütün məsuliyyət də onların üzərindədir, lakin məhkəmə ikinci cavabdehin nümayəndəsinin fikrilərini nəzərə almamışdır. Bu vacib dəlilə apellyasiya instansiyası diqqət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. IV. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməli dir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilməd iyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəl iyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və və zifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.... 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyr inə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir....” “Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə t utulmuş digər xərcləri....”
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır 217.4. M əhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarını n tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 2-2(103)-457/2023 nömərli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. Kassasiya şikayətinin dəlillərinin mahiyyəti ondan ibarət olmuşdur ki, lizinq obyektini istismar etmək üçün cavabdehə etibarnamə verilməmiş, onun lizinq obyektini istismarı mümkün olmamış, habelə məhkəmə Cavabdeh2 MMC-nin əsl cavabdeh olması məsələsinə münasibət bildirməmişdir.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən müəyyən edilmiş hallarına görə 2021-ci il 19 noyabr və 2021-ci il 22 dekabr tarixli etibarnamələrin surətlərinə əsasən lizinq obyektinin cavabdehə təhvil verildiyi 2021-ci il 19 noyabr tarixdən 2021-ci il 30 dekabr tarixədək ona lizinq obyektindən istifadə edilməsi ilə bağlı iddiaçı tərəfindən səlahiyyət verilmiş, lizinq obyekti iddiaçı tərəfindən yalnız 2022-ci il 28 yanvar tarixdə geri alınmışdır.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsl cavabdehin Cavabdeh2 MMC-yə dəyişdirilməli olmasına dair dəlilinə münasibətdə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, lizinq müqaviləsi üzrə hüquq və öhdəliklər Cavabdeh1 ötürülmüş, lizinq obyekti ona təhvil verilmiş, Cavabdeh2 MMC ilə iddiaçı arasında həmin - 2021-ci il 19 noyabr tarixdə zaminlik müqaviləsi imzalan mış, lizinq və zaminlik müqavilələri onlar tərəfindən mübahisələndirilməmiş, lizinq obyekti iddiaçı tərəfindən geri alındığı tarixədək də Cavabdeh1 olmuşdur. Bununla yanaşı Cavabdeh1 və X2 MMC-yə məxsus mübahisə predmeti olan nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində idarə olunmasına dair müvafiq etibarnamələr də verilmişdir. Bu səbəbdən də, məhkəmə Cavabdeh1 əsl cavabdeh kimi Cavabdeh2 MMC ilə dəyişdirməməkdə haqlı olmuşdur.
41. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səl ahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır. Belə ki, MPMin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxla mır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.
43. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq olunub-olunmamasının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının y enidən müəyyən olunması istisna olunmuşdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
45. Beləliklə, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyas ının 2023-cü il 8 iyun tarixli 2-2(103)457/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 2-2(103)-457/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.