Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-539/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilk və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 18 iyul 2024-cü il tarixli, 22(106)-16/2024 nömrəli qərardadından ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 188143,17 manat əsas borcun, 18343,95 manat faiz borcunun, 400 manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın, vəkilə ödənilmiş 500 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 497 manat dövlət rüsumunun, ümumilikdə 207884,12 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı "xxxx" MMC cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə 108613,80 manat məbləğində pulun və qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 399 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Şirvan Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2-2(121)-1442/2023 nömrəli qətnaməsi ilə (hakim Z.V.Abbasov) ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2-2(106)-16/2024 nömrəli qətnaməsi ilə (hakim C.F.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və M.K.Həsənovdan ibarət tərkibdə) qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-22(121)-1442/2023 nömrəli qətnaməsi - ilkin iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilməklə, "xxxx" MMC-dən 174808,96 manat əsas borc, 5 faizlə hesablanan 8740,40 manat faiz borcu, 400 manat mediasiya xərci, 500 manat vəkilə ödənilən xidmət haqqı, 483 ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 184932,36 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan mübahisələndirilən hissələr də dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC kassasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2-2(102)-380/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti qanunla müəyyən olunan məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 15 iyul 2024-cü il tarixli, 2-2(106)-24/2024 nömrəli qərardadı ilə (hakim C.F.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər P.T.Əhmədovdan və S.İ.Mayılovdan ibarət tərkibdə) qanunvericilikdə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi səbəbindən kassasiya şikayəti geri qaytarılmışdır.
6. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC 12 iyun 2024-cü il tarixdə təkrarən kassasiya şikayəti vermiş və ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, ilk dəfə kassasiya şikayəti verilərkən prosessual müddət pozulmamış, Ali Məhkəmənin 05 iyun 2024-cü il tarixli qərardadında qeyd olunmuş nöqsanları aradan qaldırmışdır.
8. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2-2(106)-16/2024 nömrəli qərardadı ilə (hakim C.F.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər P.T.Əhmədovdan və S.İ.Mayılovdan ibarət tərkibdə) "xxxx" MMC-nin nümayəndəsi, Vəkil2 qətnamədən kassasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, MMC ilk dəfə kassasiya şikayətini prosessual müddət ötürülmədən versə də, həmin şikayətlə bağlı qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəmədiyindən kassasiya şikayəti geri qaytarılmışdır. Bu səbəbdən, həmin kassasiya şikayətinin verilməsi müddətin hesablanmasında nəzərə alına bilməz və bu müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, kassasiya şikayətinin qanunla müəyyən olunmuş qaydada verilməsi, o cümlədən tələb olunan məbləğdə dövlət rüsumunun ödənilməsi kassatorun vəzifəsidir ki, onun bu vəzifəsini yerinə yetirməməsinin mənfi nəticələrinin riskini ö zü daşımalıdır. Kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, MMC-nin iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizə əsassızdır.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 129.3, 130.1, 133.1, 405.0.1, 408.1.4-cü maddələrinə, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 2006-cı il 16 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri:
11. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 18 iyul 2024-cü il tarixli, 22(106)-16/2024 nömrəli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Prosessual Məcəllənin 133.1-ci maddələrinin tələbləri pozulmuşdur.
13. Belə ki, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 402, 405, 407, 408, 409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir. Hazırkı iş ma teriallarından göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası ilk kassasiya şikayətini geri qaytarmamış, işlə birlikdə Ali Məhkəməyə göndərmişdir. Bu baxımdan, kassasiya şikayətinin ilk dəfə verilməsi ilə eyni vaxtda dövlət rüsumunun (cəmi 7,55 manat) az ödənilməsi kassator tərəfindən texniki yanlışlıq olmasına baxmayaraq, MPM-in 409-cu maddəsinin tələbinə apellyasiya məhkəməsi tərəfindən riayət edilməməsi, şikayətin geri qaytarılmaması, əksinə Ali Məhkəməyə göndərilməsi və Ali Məhkəmə tərəfindən 25 gün sonra, 05 iyun 2024-cü il tarixdə şikayətin qeyri-mümkün hesab edilməsi nəticəsində, kassasiya şikayətinin təkrar verilməsi anında müddətin obyektiv səbəbdən ötürülməsinə səbəb olmuşdur. Bundan başqa, Ali Məhkəmənin Kommersiya kollegiyasının şikayətin qeyri-mümkün he sab edilməsinə dair 05 iyun 2024-cü il tarixli qərardadı e-kabinetdə 10 iyun 2024-cü il tarixdə yerləşdirilmişdir. Qərardadın tam formada yerləşdirilməsindən sonra kassator dövlət rüsumunun az ödənilməsinə dair kassasiya məhkəməsinin mövqeyini bilmiş, ondan sonra dövlət rüsumunun ödənilməmiş hissəsi (7,55 manat əvəzinə 9 manat) ödənilərək, kassasiya şikayəti təkrar e-kabinet vasitəsilə 12 iyun 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Kollegiyası MPM-in 133.1.-ci maddəsinin verdiyi mülahizə sərbəstliyindən obyektiv meyarla deyil, subyektiv sərbəstliklə istifadə etmişdir ki, bunu məhkəmənin öz publik səlahiyyətindən sui-istifadə kimi qiymətləndirmək olar.
14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələri nə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr i stisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti il ə müraciət edə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Qeyd olunduğu kimi, kassato run buraxılmış müddətin bərpasına dair ərizəsini təmin etməkdən imtina edən apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilk dəfə kassasiya şikayəti prosessual müddət ötürülmədən verilsə də, həmin zaman müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödənilməmişdir. Odur ki, yol verilmiş bu nöqsanın mənfi nəticələrinin riski kassatora aid edilməlidir.
18. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır.
19. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, apellyasiya məhkəməsinin 29 fevral 2024-cü il tarixli qətnaməsindən kassatorun şikayəti ilk dəfə qanunla müəyyən olunan prosessual müddətlər daxilində verilmişdir. Lakin, həmin kassasiya şikayəti üzrə dövlət rüsumu tam ödənilmədiyi üçün Ali Məhkəmənin 05 iyun 2024-cü il tarixli qərardadı il ə kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Kassasiya məhkəməsinin göstərilən qərardadı 10 iyun 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə, kassatora rəsmi olaraq verilmişdir.
20. İş materiallarından həmçinin müəyyən olunur ki, kassator 12 iyun 2024-cü il tarixdə dövlət rüsumunun çatışmayan hissəsini ödəməklə, təkrarən kassasiya şikayəti vermiş və həmin tarixdə artıq kassasiya şikayəti verilməsi üçün prosessual müddət ötürüldüyündən, bu müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya məhkəməsi isə həmin ərizəni təmin etməmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi müddətin bərpasına dair ərizəni təmin etməməklə, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinin tələbini nəzərə almamışdır. Halbuki, həmin maddənin məzmununa g örə kassasiya şikayəti müəyyən olunmuş əsaslarla, o cümlədən müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmaması əsası ilə qaytarıldığı halda, kassatorun həmin nöqsanı aradan qaldırıb, yenidən kassasiya şikayəti vermək hüququ saxlanılır.
21. Xüsusilə qeyd olunmalıdır ki, mübahisələndirilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyi də mövcuddur. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları ar adan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, şəxsin kassasiya şikayətinin qaytarılması barədə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən kassasiya şikayəti ilə müraciət edə biləcəyi müddətin müəyyən edilməsinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ his səsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilmişdir.
22. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti qanunvericiliklə müəyyən edilən tələblərə cavab vermədiyi halda, şikayət verən şəxsin nöqsanların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada kassasiya şikayəti vermək hüququ təsbit edilmişdir. Lakin hər bir halda nöqsanların aradan qaldırılması üçün geri qaytarılmış şikayətin yenidən verilməsi də Mülki Prosessual Məcəllənin 405 və 406-cı maddələrində nəzərdə tutulmuş müddətlərlə məhdudlaşır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 405-ci maddəsi ilə nəzərdə tutulmuş müddət (2 ay) keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzürlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunl a müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır.... Beləliklə, Mülki Prosessual Məcəllənin kassasiya şikayətinin qaytarılmasını tənzimləyən 408.5-ci maddəsinin hazırkı redaksiyası kassasiya şikayəti verən şəxsin məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsinə tam təminat verə bilmir.
23. Nəhayət, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, işə apellyasiya məhkəməsinin hazırkı mövqeyinə uyğun olan Ali Məhkəmənin Mülki kollegiyasının 21 fevral 2024-c ü il tarixli qərarı əlavə olunmuşdur. Lakin, kassasiya məhkəməsinin hazırda gəldiyi nəticə vahid məhkəmə təcrübəsinin pozuntusu kimi qiymətləndirilməməlidir. Belə ki, qeyd olunduğu kimi, Ali Məhkəmənin göstərilən qərarından sonra Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan Qərarı qəbul olunmuş və hazırda məhkəmə təcrübəsi Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun inkişafını davam etmişdir.
24. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
25. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə akt larından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 iyul 2020-ci il tarixli Qərarı)
26. Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarları).
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qal a bilməsini yolverilən hesab etmişdir. Belə ki, X2rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar).
28. Lakin, məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəal arı baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı).
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassatorun apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirməyə yönəldiyi hərəkətlərin qanunla müəyyən edilən prosessual müddət ərzində edilməsi, yol verilmiş nöqsanı qısa müddətdə aradan qaldırmaqla təkrarən kassasiya şikayəti verməsi onun bu müddətin üzrlü səbəbdən buraxılmasını şərtləndirilən amil kimi qiymətləndirilə bilər. Əks halda, onun kassasiya şikayəti vermək hüququnun məhdudlaşdırılması Konstitusiya Məhkəmə sinin Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd etdiyi legitim məqsədlərə nail olunması, mütənasiblik meyarlarına cavab verə bilməz.
30. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsi hazırkı işə tətbiq edilməklə, kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər görülməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2-2(106)-16/2024 nömrəli qə rardadı ləğv edilsin. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MMC-nin ərizəsi təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2-2(106)-16/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2-2(106)-16/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MMC-nin kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər görülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.