Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-546/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: tələbin güzəşti müqaviləsi üzrə pulun tutulması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(103)-461/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən veril miş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında 2025-ci il 31 dekabr tarixinədək müştəriyə məxsus uçotların idarə edilməsi, məlumat daşıyıcılarının arxivləşdirilməsi və digər əlaqəli xidmətlərin göstərilməsinə dair 2020-ci il 29 iyul tarixli LDTCT1014 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə ASC-nin məktubuna əsasən 2022-ci il 30 aprel tarixində (məktubda qeyd edilmiş 2022-ci il 20 aprel tarixi+sənədlərin məhvi üçün 10 gün müddət nəzərə alınmaqla) hüquqi şəxsin ləğv edildiyi və sənədlərin saxlanılmasına zərurət qalmadığı üçün xitam verilmiş, müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə əlaqədar müqavilənin A əlavəsinin 8-ci bəndinə əsasən ödənilmiş 16.612,55 manat xidmət haqqı (2022-ci il 30 aprel tar ixindən sonrakı dövr üçün) Cavabdeh MMC-dən geri tələb edilmişdir. Müqavilənin A əlavəsinin 8-ci bəndinin tələbinə əsasən, müqaviləyə vaxtından əvvəl xitam verildikdə, xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsi geri qaytarılmalıdır. 2. "xxxx" Sığorta Şirkəti ASC bu pul tələbinə hüququ 2020-ci il 24 avqust tarixli müqavilə əsasında İddiaçı MMC-yə satılmış (güzəşt edilmiş), bu barədə ASC tərəfindən 2021-ci il 26 oktyabr tarixində Cavabdeh MMC-yə məlumat verilmişdir. 3. "xxxx" Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin 9.1ci bəndində tərəflərin hər birinin 3 ay əvvəlcədən yazılı xəbərdarlıq verməklə müqaviləyə xitam vermək hüququ nəzərdə tutulmuşdur. ASC-nin ləğvetmə komissiyasının sədri tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2 021-ci il 29 sentyabr tarixli məktubda müqavilənin 9.1-ci bəndinə əsasən ilin sonunda müqaviləyə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. 4. 2021-ci il 18 oktyabr tarixli DT-2094-36 nömrəli şəhadətnamədən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılması tələbinin İddiaçı MMC-yə güzəşt olunması barədə "xxxx" Sığorta Şirkəti ASC şəhadətnamə təqdim etmişdir.
5. X5 ilə MMC-1-in direktoru X1, eləcə də Xəyal Məmmədov arasında 2021-ci il 30 sentyabr tarixindən 2022-ci il 2 noyabr tarixinədək elektron poçt (“mail”) vasitəsi ilə aparılan yazışmalardan aydın olur ki, Fuad Musa 2022-ci il 7 yanvar tarixində Milli arxiv fondu tərəfindən siyahıların tərtib edilməsi və aktlaşdırılması pro sesi həyata keçirildiyi üçün müqavilənin xitamının yanvar ayının sonunadək ləngidilməsini Cavabdeh MMC-dən xahiş etmiş, Milli arxiv fondunun fəaliyyəti və sənədlərin daşınması ilə bağlı danışıqlar olmuş, bundan sonra Fuad Musa 2022-ci il 20 aprel tarixində müraciət edərək həmin tarixdən müqaviləyə xitam olunmuş sayılmasını, anbarda qalan sənədlərin məhv edilməsi və bu barədə onlara akt verilməsini qeyd etmişdir. Cavabdeh MMC müqaviləyə xitam verilməsi barədə 3 aylıq xəbərdarlığın qüvvəsini itirdiyini və yenidən göndərilməli olmasını qeyd etmişdir. Bundan sonra tərəflər arasında müqavilənin xitamı ilə bağlı yazışmalar davam etmişdir.
6. Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialının Ekspert-Yoxlama Komissiyası tərəfindən 2022-ci il 11 aprel tarixində təsdiq edilmiş “Saxlanılmalı olma yan sənədlərin məhv edilmək üçün ayrılması barədə” 2021-ci il 28 dekabr tarixli Aktdan görünür ki, "xxxx" Sığorta Şirkəti ASC-nin saxlanma müddətləri başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş 2.865 işi məhv edilə bilər. 7. 2022-ci il 11 aprel tarixli Aktdan görünür ki, "xxxx" Sığorta Şirkəti ASC ləğv edildiyi üçün 148 iş Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialına təhvil verilmişdir.
8. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunan X5 ilə Cavabdeh MMC-nin direktoru X1, eləcə də Xəyal Məmmədov arasında elektron poçt (“mail”) vasitəsi ilə aparılan yazışmalardan aydın olur ki, Fuad Musa 2022-ci il 20 aprel tarixində müraciət edərək həmin tarixdən müqavilənin xitam olunmuş sayılmasını, anbarda qalan sənədlərin məhv edilməsi və bu barədə onlara akt verilm əsini qeyd etmişdir. Bundan sonra da müxtəlif vaxtlarda sənədlərin məhv edilməsi və bu barədə onlara akt verilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 14 oktyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2020-ci il 24 avqust tarixli tələbin güzəşti müqaviləsinə əsasən 16.612,55 manat pul vəsaitinin cavabehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə LPO "xxxx" Sığorta Şirkəti ASC (bundan sonra – “ASC”) arasında bağlanmış tələb hüquqlarının alqı-satqısı və öhdəliklərin verilməsi barədə 2020-ci il 24 avq ust tarixli müqaviləyə əsasən, ASC və cavabdeh arasında bağlanmış 2020-ci il 29 iyul tarixli LDT-CT1014 nömrəli 2025-ci il 31 dekabr tarixinədək müştəriyə məxsus uçotların idarə edilməsi, məlumat daşıyıcılarının arxivləşdirilməsi və digər əlaqəli xidmətlərin göstərilməsinə dair müqavilənin (bundan sonra – “arxiv müqaviləsi”) vaxtından əvvəl xitamı ilə əlaqədar qaytarılmalı olan məbləğə dair tələb iddiaçıya güzəşt edilmişdir. Bu barədə tələbin güzəşti müqaviləsinin şərtlərinə uyğun olaraq, ASC tərəfindən müvafiq şəhadətnamə verilmişdir. Tələbin güzəşti Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 651-654-cü maddələrinin tələbinə uyğun həyata keçirilmişdir. Arxiv müqaviləsinin A Əlavəsinin 8-ci bəndinin tələbinə əsasən, müqaviləyə vaxtından əvvəl xitam verildikdə, xitam g ününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsi geri qaytarılmalıdır (açılış haqqı, plomblama və paketləməyə dəstək xidmətləri xaric). ASC-nin əlaqələndirici şəxsindən aldıqları sənədlərdən məlum olur ki, arxiv müqaviləsinə 2022-ci il 20 aprel tarixindən xitam verilmişdir. Tələb sahibi olaraq, müqavilənin xitamı ilə bağlı qaytarılmalı olan məbləğ onlar tərəfindən hesablanmışdır. Hesablama zamanı sənədlərin məhvi üçün 10 gün müddət nəzərə alınmaqla, saxlama xidməti üçün aprel ayı tam nəzərə alınmışdır. Bu məbləğ 16.612,55 manat təşkil edir. Arxiv müqaviləsində nəzərdə tutulmuş xitam xəbərdarlığı ilə bağlı tələbə riayət edilmişdir. Belə ki, həmin müqavilənin 9.1-ci bəndinin 2-ci cümləsində nəzərdə tutulmuş “müqaviləyə hər hansı tərəfin 3 ay əvvəlcədən yazılı xəbə rdarlığı ilə xitam verilə bilər” tələbinə əsasən, ASC tərəfindən cavabdehə 2021-ci il 29 sentyabr tarixində rəsmi xəbərdarlıq göndərilmişdir. Sonra Milli Arxiv İdarəsi tərəfindən sənədlərə baxılması, dövlət arxivinə qəbulu və qalan sənədlərin məhvi üçün rəy verilməsi ilə əlaqədar bu müddət uzanmış və nəhayət 2022-ci il 18 aprel tarixində bütün zəruri sənədlər təqdim edilmişdir. Məhz bundan sonra müqavilənin xitamı üçün hüquqi şərait yaranmış və 2022-ci il 20 aprel tarixində bu barədə cavabdehə məlumat verilmişdir. Pretenziya qaydasında cavabdehə bildirilmiş tələb cavabsız qalmış, mediasiya prosesində cavabdeh iştirak etməmişdir. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət edilmişdir.
11. Tələbinin hüquqi əsası kimi MM-nin 385.1, 442, 448.1-ci maddələrinə istinad edilmişdir.
12. Bakı Kom mersiya Məhkəməsinin 2023-cü il 16 fevral tarixli e-2-2(113)-223/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – N.Əhmədova).
13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, işin mübahisəsiz halları ondan ibarətdir ki, ASC ilə cavabdeh arasında arxiv müqaviləsi bağlanmış, müqaviləyə vaxtından əvvəl xitam verildikdə, xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılması razılaşdırılmış, müqaviləyə Əlavə A-ya əsasən razılaşdırılmış xidmət haqları ASC tərəfindən ƏDV daxil ödənilmişdir.
14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ASC ilə cavabdeh arasında bağlanmış arxiv müqaviləsi üzrə xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılması tələbi ASC ilə iddiaçı arasında bağlanmış müqaviləyə və müqaviləyə əlavə razılaşmaya əsasən, ASC tərəfindən iddiaçıya güzəşt olunmuşdur.
15. Cavabdeh tələb hüququnun ötürülməsinin onunla ASC arasında bağlanmış müqavilənin şərtlərinə riayət edilmədən aparıldığını, iddiaçıya təqdim olunan sənədlərin 2020-ci il 29 iyul tarixli müqavilənin “AXA standartlarının şərtləri” adlı əlavəsinin 3.1-ci bəndində qeyd olunan konfidensial məlumatların üçüncü şəxsə ötürülməsi ilə nəticələndiyini, aralarında bağlanmış müqaviləyə əsasən bunun yalnız tərəflərin qarşılıqlı razılaşması ilə tənzimlənməli olduğunu etirazının əsası kimi qeyd edir. Məhkəmə cavabdehin arqumentini əsassız hesab etmişdir.
16. Arxiv müqaviləsində tələbin güzəştini istisna və ya qadağan edən şərt olmamış, tələbin güzəşti ilə bağlı iddiaçıya təqdim olunan sənədlərdə olan məlumatlar “AXA standartlarının şərtləri” adlı əlavəsinin 3.1-ci bəndində qeyd olunan konfidensial məlumatlara aid olmayıb, qanunvericiliyin tələbinə əsasən tələbin güzəşti ilə bağlı təqdim olunmalı sənədlər olmuşdur.
17. Həmçinin, ASC tərəfindən tələbin güzəşti barədə 2021-ci il 26 oktyabr tarixində məlumat verildikdə cavabdeh bununla bağlı hər hansı etiraz bildirməmiş, yuxarıda qeyd olunan hallara istinad etməmişdir. Beləliklə, tələbin güzəşti ilə razılaşmışdır.
18. Cavabdehin etirazının digər əsası tələbin güzəşti ilə bağlı lazımi sənədlərin təqdim olunmaması ilə bağlıdır. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etmişdir.
19. MM-in 198.1-ci maddəsinə əsasən borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər. Göründüyü kimi, qeyd olunan maddədə əks olunmuş norma dispozitiv norma olmaqla borclunun yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilməsi qeyd olunmuşdur.
20. Bundan başqa, 2022-ci il 14 iyun tarixində iddiaçı cavabdehə pretenziya məktubu ünvanlamış və pretenziyaya 2021-ci il 18 oktyabr tarixli şəhadətnamənin surətini təqdim etmişdir. Lakin pretenziya məktubuna cavab verilməmiş, tələbin güzəşti ilə bağlı əlavə sənəd tələb olunmamışdır. Qeyd olunan sənədlərin təqdim olunduğu etirazda da qeyd olunmuş və mübahisələndirilməmişdir.
21. İddiaçı arxiv müqaviləsinə 2022-ci il 20 aprel tarixində xitam verildiyini, buna görə də aprel ayına saxlama tam nəzərə alınmaqla ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qa ytarılmasını xahiş edir.
22. Məhkəməyə təqdim olunan tərəflər arasında olan yazışmalardan aydın olur ki, arxiv müqaviləsinin xitamı ilə bağlı ASC və cavabdeh arasında fikir ayrılığı olmuşdur. Cavabdeh həmin etirazı tələb güzəşt olunmuş iddiaçıya qarşı irəli sürür.
23. MM-in 199.1-ci maddəsinə əsasən, borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.
24. Arxiv müqaviləsinin 9.1-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və 2025-ci il 31 dekabr tarixinədək qüvvədədir. Müqaviləyə hər hansı tərəfin 3 ay əvvəlcədən yazılı xəbərdarlığı ilə xitam verilə bilər.
25. İddiaçı tərəfindən təqdim olunmuş ASC-nin ləğvetmə komissiyasının sədri tərəfin dən cavabdehə ünvanlanmış 2021-ci il 29 sentyabr tarixli məktubda qeyd olunmuşdur ki, “şirkətin ləğvi ilə bağlı bəzi sənədlərin Milli arxiv fonduna verilməsi, digərlərinin saxlamağa ehtiyac olmadığı məlum olmuşdur. Bu səbəbdən müqavilənin 9.1-ci bəndinə əsasən ilin sonunda müqaviləyə xitam vermək məcburiyyətindəyik. Xitam vermənin dəqiq tarixinin milli arxiv fondunun sənədləri qəbul etmə imkanından asılı olacaq və bu barədə sizə məlumat veriləcəkdir... Bütün danışıqların aparılması, sənədlərin imzalanması, geri qaytarılan vəsaitin hesablanması, əvəzləşdirilməsi, alınması və şirkətə aid səlahiyyətlərin icrası X4 həvalə olunur”
26. İddiaçı tərəfindən təqdim olunmuş ASC-nin ləğvetmə komissiyasının sədri tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 26 oktyabr tarixli məktubda qeyd olunmuşdur ki, “xx.xx.2020-ci il tarixdə LDT-CT1014 nömrəli müqaviləyə xitam verilməsindən sonra geri qaytarılmalı olan pula dair tələb iddiaçıya güzəşt olunmuşdur. Sənədlərin milli arxiv fondu tərəfindən baxılması, tikilməsi və s. işlərin görülməsi ilə bağlı şirkətinizlə əlaqələndirmə, danışıqların aparılması, sənədlərin imzalanması, qaytarılan vəsaitin hesablanması, digər xidmətlərlə əvəzləşdirilməsi və şirkətə aid səlahiyyətlərin icrası əvvəlki kimi X4 həvalə olunur”.
27. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan X5 ilə cavabdehin direktoru X1, eləcə də Xəyal Məmmədov arasında 2021-ci il 30 sentyabr tarixindən 2022-ci il 2 noyabr tarixinədək elektron poçt (“mail”) vasitəsi ilə aparılan yazışmalardan aydın olur ki, Fuad Musa 2022-ci il 7 yanvar tarixində Milli arxiv fondu tərəfindən siyahıların tə rtib edilməsi və aktlaşdırılması prosesi həyata keçirildiyi üçün müqavilənin xitamının yanvar ayının sonunadək ləngidilməsini cavabdehdən xahiş etmiş, Milli arxiv fondunun fəaliyyəti və sənədlərin daşınması ilə bağlı danışıqlar olmuş, bundan sonra Fuad Musa 2022-ci il 20 aprel tarixində müraciət edərək həmin tarixdən müqaviləyə xitam olunmuş sayılmasını, anbarda qalan sənədlərin məhv edilməsi və bu barədə onlara akt verilməsini qeyd etmişdir. Cavabdeh müqaviləyə xitam verilməsi barədə 3 aylıq xəbərdarlığın qüvvəsini itirdiyini və yenidən göndərilməli olmasını qeyd etmişdir. Bundan sonra tərəflər arasında müqavilənin xitamı ilə bağlı yazışmalar davam etmişdir.
28. Əqdlərin ləğvetmə və xitam anlayışları hazırkı halda eynilik təşkil edir. Belə ki, ləğvetmə xitam hallarının xüsusi bir təzahür formasıdır, həm xitam anlayışı, həm də ləğvetmə anlayışı əqdlərlə bağlı olduqları halda hüquq münasibətlərinin və onlarının nəticələrinin aradan qalxmasını bildirir.
29. Arxiv müqaviləsinə əsasən, müqaviləyə hər hansı tərəfin 3 ay əvvəlcədən yazılı xəbərdarlığı ilə xitam verilə bilməsi razılaşdırılmışdır ki, bu razılaşma MM-in 421.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğundur.
30. ASC-nin ləğvetmə komissiyasının sədri tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 29 sentyabr tarixli məktubla müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq edildiyini, müqavilənin ləğvinin sənədlərin məhv edilməsi və ya saxlanılması ilə bağlı Milli arxiv fondunun müvafiq razılığından asılı olduğunu, Milli arxiv fondunun müvafiq hərəkətlərinin gedişatı barədə cavabdehin məlumatlandırıldığını, müqavilədə nəzərdə tutulmuş 3 aylıq müddətin xəbərdarlıq edilməsinin minimum müddəti kimi nəzərdə tutulduğunu və müqaviləyə 2022-ci il 20 aprel tarixindən xitam verilmiş hesab olunması ilə bağlı ASC tərəfindən səlahiyyət verilmiş Fuad Musa tərəfindən cavabdehə elektron məktub göndərildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, arxiv müqaviləsi 2022-ci il 20 aprel tarixindən ləğv edilmiş sayılır.
31. Cavabdeh etirazının əsası kimi Milli arxiv fondunun 2021-ci il 28 dekabr tarixli Aktının qeyri-müəyyən olduğunu, buna görə də həmin akt əsasında sənədlərin məhv edilməsinin həyata keçirilə bilmədiyini qeyd edir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı təsdiq edilmiş “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar”a istinad edir. Məhkəmə etirazın bu dəlili ilə razılaşmamış və əsassız hesab etmişdir.
32. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, ASC-nin səlahiyyətli nümayəndəsi olmuşdur. ASC ləğv prosesində olan zaman cavabdeh ilə razılaşmışlar ki, sənədləri 5 il müddətində saxlasınlar, sonra məhv etsinlər. Milli arxiv fondu ilə danışıqlara başlamış, onlar isə bildirmişlər ki, qalan sənədləri 5 il saxlamağa ehtiyac yoxdur. O, bu barədə cavabdehə məlumat vermiş, Milli Arxiv İdarəsinin işçiləri cavabdehin anbarında saxlanılan sənədlərə baxış keçirmiş, nömrələmiş, sənədləri seçmişlər. Bu zaman sənədlərin hamısına baxış keçirilməmişdir. Belə ki, cavabdehə saxlanmağa verilmiş sənədlərin siyahısı Milli Arxiv İdarəsinin işçilərinə təqdim olunmuş, onlar qaydalara uyğun olaraq təsadüfi seçmə üsulu ilə qutuları seçmiş, sənədlərin siyahıya uyğunluğu yoxlamış, ona uyğun da rəy vermişlər ki, 148 iş Milli Arxiv İdarəsinə verilməlidir, qalan sənədlər isə məhv oluna bilər. Aprel ayında bütün sənədlər tamamlanmış, komissiya rəy vermişdir. Buna uyğun olaraq 148 iş Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialına aktla təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialı tərəfindən akt tərtib edilmiş, məhv olunacaq sənədlərin təsdiq olunmuş siyahısı 2022-ci il 18 aprel tarixində ona təqdim edilmiş, o isə həmin siyahını cavabdehin anbardakı əməkdaşlarına təqdim etmiş və cavabdehin direktoru Ağateyyub Cəfərova məktub ünvanlamışdır ki, qalan sənədlər məhv olunmalıdır. 20 apreldən sonra yenidən məktub yazmışdır ki, sənədləri məhv edib aktı ona təqdim etsinlər. Aprel ayının 21-də cavab göndərildi ki, sorğunuzu hüquq departamentinə ünvanlayacaqlar, daha sonra cavab verilmədi. Bundan sonra da dəfələrlə məktub yazsa da, ona cavab verilməmiş, sentyabr ayında cavab vermişlər ki, sənədləri məhv edə bilməzlər. Halbuki onlar sifarişçidir, cavabdeh isə icraçıdır, sənədlərin məsuliyyətini sifarişçi daşıyır.
33. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialının Ekspert-Yoxlama Komissiyası tərəfindən 2022-ci il 11 aprel tarixində təsdiq edilmiş “Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə” 2021-ci il 28 dekabr tarixli Aktdan görünür ki, ləğv edilmiş ASC-nin saxlanma müddətləri başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş 2865 işi məhv edilə bilər.
34. İş materiallarında olan 2022-ci il 11 aprel tarixli Aktdan görünür ki, ASC ləğv edildiyi üçün 148 iş Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialına təhvil verilmişdir.
35. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan X5 ilə cavabdehin direktoru X1, eləcə də Xəyal Məmmədov arasında elektron poçt (“mail”) vasitəsi ilə aparılan yazışmalardan aydın olur ki, Fuad Musa 2022-ci il 20 aprel tarixində müraciət edərək həmin tarixdən müqaviləyə xitam olunmuş sayılmasını, anbarda qalan sənədlərin məhv edilməsi və bu barədə onlara akt verilməsini qeyd etmişdir. Bundan sonra da müxtəlif vaxtlarda sənədlərin məhv edilməsi və bu barədə onlara akt verilməsi tələb olunmuşdur.
36. ASC-nin saxlanma müddətləri başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş 2865 işin məhv edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialı tərəfindən rəy verilmiş, 148 iş Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialına təhvil verilmişdir.
37. Məhkəmə iclasında dindirilmiş şahid X5 qeyd olunan rəyin cavabdehin anbarında saxlanılan ASC-yə məxsus sənədlərə təqdim olunmuş siyahıya uyğunluq yoxlanılmaqla seçmə üsulu ilə baxış keçirildikdən sonra verildiyini ifadəsində bildirmiş, cavabdeh tərəf bu ifadəni mübahisələndirməmiş, cavabdehin anbarında saxlanılan sənədlərə baxış keçirildiyini təsdiqləmişdir.
38. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı təsdiq edilmiş “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaları”nın 8-ci bəndinə əsasən, dövlət arxiv xidməti təşkilatlarının razılığı olmadan qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin mülkiyyətçiləri tərə findən həmin sənədlər məhv edilə bilməz.
39. Göründüyü kimi, Nazirlər Kabinetinin Qərarında qoyulan tələbə əməl olunaraq Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialının əməkdaşları tərəfindən ASC-yə məxsus cavabdehin anbarında saxlanılan sənədlərə baxış keçirildikdən sonra sənədlərin məhvi ilə bağlı müvafiq rəy verilmiş, beləliklə, dövlət arxiv xidməti təşkilatlarının razılığı alınmışdır. Belə olan halda, cavabdeh sənədlərin məhv edilməsi ilə bağlı müqavilənin şərtlərini yerinə yetirməli idi. Eyni zamanda, məhv olunmalı sənədlər ASC-yə məxsus olmuş, qeyd olunan Qərarda istinad olunan məsuliyyəti də sənədlərin məxsus olduğu hüquqi şəxs daşımışdır. Aktın 11 və 12-ci bəndlərinin qeyd hissəsində olan “sənədli təftişin tam başa çatması şərti ilə, mübahisələr, fikir ayrılıqları, istintaq v ə məhkəmə işləri olduqda son qərar çıxarılanadək saxlanılır” və ya “ehtiyac bitib” qeydlərlə bağlı məhkəmə qeyd edir ki, həmin ifadələr aktın ümumi kontekstindən ayrı qiymətləndirilməməlidir. Belə ki, aktın qeyd hissəsindən aydın olur ki, həmin qeydlər məhv edilməsi üçün rəy verilmiş işlərin təyinatına uyğun olaraq saxlanılmasına dair ümumi tələbi ifadə etmiş, yekunda isə məhv edilməsi ilə bağlı rəy verilmişdir.
40. Arxiv müqaviləsinin 9.4 və 9.5-ci bəndlərindən aydın olur ki, müqaviləyə xitam verilən zaman icraçının (cavabdeh) xatırlatmasına baxmayaraq müştəri (ASC) uçotları və ya məlumat daşıyıcılarını toplamaq və onları məhv etmək öhdəliyini icra etmirsə, icraçının uçotları və ya məlumat daşıyıcılarını məhv etmək hüququnun olması barədə tərəflər razılaşmışlar. Uçotlar və ya məlumat daşı yıcılarının məhvi ilə bağlı icraçıya belə bir hüquq verildiyi halda, müştərinin dəfələrlə tələb etməsinə baxmayaraq, icraçının sənədlərin məhv edilməsi ilə bağlı öhdəliyini icra etməməsi əsassızdır. İddiaçının tələbi 2022-ci il 20 aprel tarixindən sonrakı dövrə aid olub müqaviləyə Əlavə A-ya əsasən 2021-ci il 1 yanvar - 2025-ci il 31 dekabr tarixləri arasında göstəriləcək xidmətlərə görə razılaşdırılmış məbləğin xitam tarixinə qaytarılmalı olan hissəsinə aiddir. Həmin dövrə aid xidmətlər plomblama, saxlama və məhvetmə xidmətləri olmuş, plomblama xidməti isə müqaviləyə vaxtından əvvəl xitam verildikdə, xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılmalı xidmətlərinə aid edilməmişdir.
41. Belə olan halda, iddiaçının 2021-ci il 1 yanvar - 2025-ci il 31 dekabr tarixləri arasında göstəriləcək məhz saxlama və məhvetmə xidmətlərinə görə ödədiyi məbləğin müqavilənin xitam tarixinə qurtarmamış müddətə mütənasib hissəsini geri qaytarılması hüququ yaranmışdır.
42. Arxiv müqaviləsinə Əlavə A-nın 3-cü bəndinin İİ hissəsinə əsasən xx.xx.2021xx.xx.2025-ci il tarixləri arasında saxlama və məhvetmə xidmətlərinə görə haqq 22.750 manatdır. Əlavə A-nın 4-cü bəndinə əsasən qiymətlərə ƏDV daxil deyil. Razılaşdırılmış xidmət haqqının (ƏDV daxil) ödənildiyi işin mübahisəsiz halıdır.
43. Arxiv müqaviləsinin 2022-ci il 20 aprel tarixindən ləğv edilmiş sayıldığını, iddiaçının tələb etdiyi məbləği 2022-ci il 1 may tarixindən hesabladığını, 2021-ci il 1 yanvar - 2025-ci il 31 dekabr tarixləri arasında saxlama və məhvetmə xidmətlərinə görə ödənilmiş haqqın ƏDV daxil 26.845 manat (22.750 +((22.750x18)/100) olduğu nəzərə alındıqda müəyyən olunur ki, 2022-ci il 1 may tarixindən hesablanmaqla qaytarılmalı olan məbləğ 19.686,34 manat ((26.845 manat/60 ay)x44 ay) təşkil edir. İddiaçı müqavilədən əlavə cavabdehin 3.073,79 manat əlavə xidmətlər göstərdiyini qeyd etmiş, cavabdeh əlavə xidmətlərin dəyərini mübahisələndirməmişdir. Həmin məbləği çıxmaqla iddiaçı 16.612,55 manat pulun tutulmasını xahiş etmiş, məhkəmə iddianı əsaslı hesab etmişdir.
44. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 193, 194.1, 194.4, 198.1, 386.1, 390.1, 421.1, 421.2, 421.3, 442, 448.1, 448.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
45. Cavabdeh 2023-cü il 22 mart tarixində apellyasiya şikayəti verərək həmin qətnaməni ləğv edərək, iddianın rədd edilməsi b arədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
46. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(103)-461/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
47. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövgeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin birinci dəlili bundan ibarətdir ki, iddiaçı ilə ASC arasında bağlanmış 2020-ci il 24 avqust tarixli müqavilənin etibarlılığı yoxlanılmamışdır. Belə ki, tələb güzəşt edilərkən mülki qanunvericliyin tələbinə əsasən cavabdehin borclu olaraq razılığı alınmalı idi. Bu dəlilə cavab olaraq məhkəmə bildirmişdir ki, MM-in 194.1-ci maddəsinə əsasən tələb sahibinin (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt etmək hüququ nəzərdə tutulmuşdur ki, bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə ASC-nin tələb hüququnun güzəşt edilməsini istisna edən norma yoxdur. Cavabdeh tərəfindən istinad edilmiş arxiv müqaviləsinin 3.1-ci bəndində müştərinin, yəni ASC-nin deyil, icraçı olaraq cavabdehin ona təqdim edilmiş məlumatları qorumaq öhdəliyi müəyyən edilmişdir. Müqaviləyə əlavə edilmiş “AXA standartlarının şərtləri”nin 3.1-ci bəndində müqavilə çərçivəsində tərəflərin bir birlərinə təqdim edəcəyi hər növ maliyyə cədvəli, hesabat, maliyyə və hüquqi məlumatlar qarşılıqlı razılıq əsasında ötürülməli olan məxfi məlumatlara aid edilsə də, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tələbin güzəşti ilə əlaqədar iddiaçıya təqdim edilmiş sənədlərdə cavabdehə aid qorunmalı olan məxfi məlumatlar olmadığından və MM-nin 193.2-ci maddəsində əvvəlki sahibin tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməli olduğu nəzərdə tutulduğundan tələbin güzəşti ilə bağlı müqavilə mülki qanunvericliyin tələbinə uyğundur.
48. Digər dəlil ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə “tələb hüquqlarının ötürülməsi” haqqında müvafiq müqavilə təqdim edilməmiş (müqaviləyə əlavə-şəhadətna mə təqdim edilmiş) və cavabdeh hansı hüquqlarının iddiaçıya ASC tərəfindən ötürüldüyünü bilməmişdir. Bununla bağlı məhkəmə göstərmişdir ki, cavabdehə iddiaçı tərəfindən təqdim edilmiş şəhadətnamədə məbləğ dəqiq qeyd edilməsə də, ötürülən hüquq qeyd edildiyindən bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməz. MM-in 198.1-ci maddəsi borcluya yeni kreditor tərəfindən tələbin keçdiyinə dair sübutlar ona təqdim edilənədək öhdəliyi icra etməmək hüququ versə də, sübutlar tam təqdim edildikdən borclunun bu normaya istinad edərək (sübutların vaxtında təqdim edilməməsinə görə) öhdəliyi yeni kreditora icra etməkdən imtinası əsassızdır.
49. Apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, bütün sənədlərin məhv edilməsinin mümkünlüyü barədə cavabdehə rəy verilməmişdir. Məhkəmə araş dırması zamanı müəyyən edilmişdir ki, ASC-nin saxlanma müddətləri başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş 2.865 işinin məhv edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialı tərəfindən rəy verilmiş, 148 iş Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialına təhvil verilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 qeyd olunan rəyin cavabdehin anbarında saxlanılan ASC-yə məxsus sənədlərə təqdim olunmuş siyahıya uyğunluq yoxlanılmaqla seçmə üsulu ilə baxış keçirildikdən sonra verildiyini ifadəsində bildirmiş, cavabdeh tərəf bu ifadəni mübahisələndirməmiş, cavabdehin anbarında saxlanılan sənədlərə baxış keçirildiyini təsdiqləmişdir.
50. Nazirlər Kabinetinin Qərarında qoyulan tələbə əməl olunaraq Azərbaycan Respublikası Dövlət Arxivi Bakı fil ialının əməkdaşları tərəfindən ASC-yə məxsus cavabdehin anbarında saxlanılan sənədlərə baxış keçirildikdən sonra sənədlərin məhvi ilə bağlı müvafiq rəy verilmiş, dövlət arxiv xidməti təşkilatlarının razılığı alınmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, belə olan halda, cavabdeh sənədlərin məhv edilməsi ilə bağlı müqavilənin şərtlərini yerinə yetirməli idi. Məhv olunmalı sənədlər ASC-yə məxsus olduğundan cavabdehin həmin sənədləri müştərinin tapşırığı əsasında məhv etməsi Qaydalara əsasən icraçı üçün məsuliyyət yaratmır. Bundan əlavə, arxiv müqaviləsinin 9.4 və 9.5-ci bəndlərində müqaviləyə xitam verilən zaman icraçının (cavabdeh) xatırlatmasına baxmayaraq müştəri (ASC) uçotları və ya məlumat daşıyıcılarını toplamaq və onları məhv etmək öhdəliyini icra etmirsə, icraçının uçotları və ya məlumat daşıyıcılarını məhv etmək hüququ nəzərdə tutulmuşdur.
51. Cavabdeh eyni zamanda məhkəmə baxışı iclasında iddiaçının vəsatəti əsasında şahid dindirilməsinin prosessual pozuntu olduğunu göstərərək qeyd edilən əsasla qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, MPMnin 154.1-ci maddəsinə əsasən, cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını iddiaçıya və məhkəməyə təqdim etməli olduğu 2022-ci il 14 oktyabr tarixində təqdim edilmiş iddiaya etirazı sonuncu hazırlıq iclasından 1 gün əvvəl 2022-ci il 1 fevral tarixində təqdim etdiyindən iddiaçının etirazda bildirilən məsələlərlə bağlı sübutu məhkəmə baxışı iclasında təqdim etməsi MPM-nin 78.1-ci maddəsinin tələbinə uyğundur. Bundan əlavə, MPM -in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Hazırkı halda şahid X3 ifadəsi sübut kimi qəbul edilməsə belə, cavabdehin istinad etdiyi hallar iddianın rədd edilməsi üçün əsas olmadığından və məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas ola biləcək hər hansı maddi və ya prosessual pozuntuya yol verilmədiyindən məhkəmə apellyasiya şikayətini əsassız hesab edir.
52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 193, 194.1, 194.4, 198.1, 199.1, 386.1, 390.1, 421.1, 421.2, 421.3, 442, 448.1, 448.2, 651, 652, 654.1, 654.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin (bundan sonra – “MPM”) 14.2, 78.1, 154.1-ci maddələrinə; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı təsdiq edilmiş “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar”nın 8-ci bəndinə istinad edərək əsaslandırmışdır.
53. Həmin qətnamə 2023-cü il 19 iyun tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
54. Cavabdeh 2023-cü il 18 avqust tarixində kassasiya şikayəti verərək həmin qətnaməni ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
55. MM-in 194.1, 194.4, 198.1, 198.2-ci maddələri üzrə - Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər ( tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Göründüyü kimi, tələbin güzəşti cavabdeh ilə ASC arasında olan razılaşmanın mahiyyətinə zidd olmuşdur.
56. MPM-in 78.1-ci maddəsi üzrə - Bütün sübutlar hazırlıq iclası yekunlaşana qədər təqdim edilməli idi. Bir neçə dəfə hazırlıq iclası keçirilməsinə baxmayaraq iddiaçı baxış iclasında vəsatət verərək şahidin dindirilməsini tələb etmiş və əsaslandırmışdır ki, son hazırlıq iclasında Bakıda olmamışdır. Bakıda olmaması əsası ilə hazırlıq iclasının iştirakı olmadan keçirilməsinə dair vəsatət verə bilən iddiaçı şahidin dindirilməsinə dair də vəsatət verə bilərdi. Çünki vəsatətlər elektron məhkəmə kabineti vasitəsi ilə verilir. Lakin o bu vəsatəti verməmiş və baxış iclasında məhkəməyə təqdim etmişdir. Bu vəsatətə cavabdeh tərəfindən etiraz edilsə də, məhkəmə vəsatəti təmin etmiş və şahid dərhal məhkəmə zalına daxil olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
58. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
59. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndiri ldiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
60. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
193. Hüquqlara və tələblərə mülk iyyət hüququnun əldə edilməsi anlayışı 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. Maddə
194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhd əliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.... 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir....” “Maddə
198. Yeni kreditorun tələblərinin sübutu 198.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər....” “Maddə
199. Yeni kreditorun tələblərinə qarşı borclunun etirazları 199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər....” “Maddə
386. Öhdəliklərin ə mələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqav iləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
651. Əşyaların alğı-satqısı haqqında müddəaların tələblərin və digər hüquqların alğı-satqısına tətbiqi Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlər də qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Maddə
652. Hüququn keçirilməsi (tələbin güzəşti) Hüququn satıldığı halda göndərmə və qəbul hüququn keçirilməsindən (tələbin güzəştindən) ibarət olur. Satıcıda olan hüququn əsaslandırılması və alıcıya keçirilməsi xərclərini satıcı çəkir.” “Maddə
654. Hüquqların və tələblərin alğı-satqısı zamanı satıcının məsuliyyəti 654.1. Hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Qiymətli kağızın satıcısı belə bir məsuliyyət də daşıyır ki, həmin qiymətli kağızın etibarsızlığına səbəb ola biləcək hansısa icraata başlanılmayacaqdır. 654.2. Əgər hər hansı tələbin satıcısı borclunun ödəni ş qabiliyyəti üçün məsuliyyəti öz öhdəsinə götürürsə, hesab edilir ki, həmin məsuliyyət bu tələbin güzəşt edildiyi an üçün ödəniş qabiliyyətinə aiddir.”
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəx slər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
154. İddia ərizəsinə etiraz etmə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.” “Maddə
217. Qətnamənin qanuniliyi v ə əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....”
63. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı təsdiq edilmiş “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar”nın 8-ci bəndinə əsasən: “...dövlət arxiv xidməti təşkilatlarının razılığı olmadan qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin mülkiyyətçiləri tərəfindən həmin sənədlər məhv edilə bilməz.” İV. KASSAS İYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
64. İddiaçı 2020-ci il 24 avqust tarixli tələbin güzəşti müqaviləsinə əsasən 16.612,55 manat pul vəsaitinin cavabehdən tutulmasını xahiş etmiş, iddia təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.
65. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
66. İddaçının kassasiya şikayətinin dəlillərinə görə, tələbin güzəşti cavabdeh ilə ASC arasında olan razılaşmanın mahiyyətinə zidd olmuşdur.
67. Əvvəla, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, ASC ilə cavabdeh arasında bağlanmış müqavilədə ASC-nin tələb hüququnun güzəşt edilməsini istisna edən norma yoxdur. İkincisi isə, tələbin güzəşti ilə əlaqədar iddi açıya aid təqdim edilmiş sənədlərdə cavabdehə aid qorunmalı olan məxfi məlumatlar mövcud deyil.
68. Ümumiyyətlə, məhkəmə kollegiyasının mövqeyinə görə, kassator tələbin güzəşti haqqında müqavilənin cavabdeh ilə ASC arasında olan razılaşmanın mahiyyətini tutarlı dəlillərlə əsaslandıra bilməmişdir. Belə olan halda, MM-in 194.1-ci maddəsinin (bax yuxarıda § 61) tələbləri baxımından ASC-nin öz tələbini iddiaçıya güzəşt etməsinə dair müqavilənin qanunsuz və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur.
69. Kassatorun növbəti dəlili isə ondan ibarətdir ki, bir neçə dəfə hazırlıq iclası keçirilməsinə baxmayaraq iddiaçı baxış iclasında vəsatət verərək şahidin dindirilməsini tələb etmiş və əsaslandırmışdır ki, son hazırlıq iclasında Bak ıda olmamışdır. Bakıda olmaması əsası ilə hazırlıq iclasının iştirakı olmadan keçirilməsinə dair vəsatət verə bilən iddiaçı şahidin dindirilməsinə dair də vəsatət verə bilərdi. Çünki vəsatətlər elektron məhkəmə kabineti vasitəsi ilə verilir.
70. Eyniməzmunlu dəlil apellyasiya icraatında da bildirilmiş, bununla əlaqədar mübahisələndirilən qətnamədə qeyd olunmuşdur ki, MPM-nin 154.1-ci maddəsinə əsasən cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını iddiaçıya və məhkəməyə təqdim etməli olduğu 2022-ci il 14 oktyabr tarixində təqdim edilmiş iddiaya etirazı sonuncu hazırlıq iclasından 1 gün əvvəl 2022-ci il 1 fevral tarixində təqdim etdiyindən iddiaçının etirazda bildirilən məsələlərlə bağlı sübutu məhkəmə baxışı iclasında təqdim etməsi MPM-nin 78.1-ci maddəsi nin tələbinə uyğundur. Bundan əlavə, şahid X3 ifadəsi sübut kimi qəbul edilməsə belə, cavabdehin istinad etdiyi hallar iddianın rədd edilməsi üçün əsas olmadığından və məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas ola biləcək hər hansı maddi və ya prosessual pozuntuya yol verilmədiyindən məhkəmə apellyasiya şikayətini əsassız hesab etmişdir.
71. İddiaçı məhkəmənin həmin nəticəsini də kassasiya şikayətində tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
72. O da qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyət etibarilə qanuni və əsaslı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin sözügedən hərəkəti hətta prosessual pozuntu kimi qiymətləndirilsə belə, MPM 418.3-cü maddəsinin (bax yuxarıda § 62) tələbləri baxımından, düzgün qətnamənin ləğvinə əsas ola bilməz.
73. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 62) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 62) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
74. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(103)-461/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 22(103)-461/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.