Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-546/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə faizlər, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 may tarixli 2-2(103)-144/2025 nömrəli qətnam əsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC (bundan sonra – “ASC”) ilə Cavabdeh (bundan sonra – “Cavabdeh”) arasında 2019-cu il 8 iyul tarixində 23-BİZ-1-0-1283-19 nömrəli kredit müqaviləsi bağlanmış, Cavabdeh 36 ay müddətinə 85.000 manat məbləğində kredit vermişdir. 2. 2019-cu il 8 iyul tarixli 23-BİZ-1-0-1283-19 nömrəli ipoteka müqaviləsinə görə, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzil (bundan sonra – “ipoteka predmeti”) ipoteka ilə yüklü edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ******* nömrəli 2019-cu il 21 may tarixli çıxarışla təsdiq edilmişdir. İpoteka predmetinin bazar dəyərinin 130.000 manat təşkil etməsi müəyyən olunmuşdur. 3. 2022-ci il 17 may tarixli maliyyə arayışına əsasən Cavabdeh ASC-yə borcu 67.886,23 manat əsas, 12.119,94 manat faiz və 3.580,04 manat cərimə olmaqla ümumilikdə 83.586,21 manat təşkil etmişdir. 4. "xxxx" MMC tərəfindən verilmiş 2021-ci il 29 sentyabr tarixli qiymətləndirmə barədə hesabatına əsasən ipoteka predmetinin bazar dəyəri 105.000 manat, likvid dəyəri isə 89.000 manat müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. ASC (bundan sonra - “iddiaçı”) 2021-ci il 2 iyun tarixində Cavabdeh (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il 8 iyul tarixli 23BİZ-1-0-1283-19 nömr əli kredit müqaviləsi (bundan sonra - “kredit müqaviləsi”) üzrə cavabdehdən 67.886,23 manat əsas, 12.119,94 manat faiz və 3.580,04 manat cərimə, ümumilikdə cəmi 83.586,21 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsini, cavabdehə məxsus ipoteka predmeti açıq hərracda satılaraq əldə olunan vəsait hesabına mövcud olan borcun iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin ipoteka predmeti olan əmlakdan istifadə hüquqlarının itirilmiş hesab olunaraq, həmin şəxslərin əmlakdan çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 8 iyul tarixli kredit müqaviləsinə əsasən cavabdehə 85.000 manat məbləğində 36 ay müddətinə 18 faizlə kredit verilmişdir. Borcun təminatı olaraq, cavabdehin mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,8 m2 mənzili 2019-cu il 8 iyul tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il martın 19-dək cavabdehin 2019-cu il 11 iyul tarixli kredit müqaviləsi üzrə banka 67.886,23 ABŞ dolları əsas borc, 5.452,16 ABŞ dolları faiz borcu, olmaqla ümumilikdə cəmi 73.338,39 ABŞ dolları borcu vard ır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır.
7. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2022-ci il 16 avqust tarixli 9/4890 nömrəli ekspert rəyində cavabdehin 2022-ci il 17 may tarixə 67.586,44 manat əsas və 11.830,39 manat faiz borcunun mövcud olduğu göstərilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 8 sentyabr tarixli e-2-2(113)-2055/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 67.586,44 manat əsas, 1 1.830,39 manat faiz və 283,17 manat cərimə, cəmi 79.700 manat pulun, həmçinin 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tutmanın cavabdehə məxsus ilkin satış qiyməti 89.000 manat olan ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetinin hərracda satılması və əldə olunan vəsait hesabına iddiaçının borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddət ərzində cavabdehin mənzili boşaltmaqla tərk etməsi, daha sonra mənzilin banka təhvil verilməsi qət edilmişdir (hakim – E.Əliyev ).
9. Birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı əsas və faiz borcu ilə bağlı belə qənaətə gəlmişdir ki (qeyd: digər iddia tələbləri ilə bağlı mövqelər hazırkı kassasiya baxışının predmeti olmadığından hazırkı qərarda həmin mövqelər prosessual qənaət baxımından əks etdirilmir) iddiaçı tələbində göstərdiyi məbləğdə deyil, ekspert rəyində qeyd edilən 67.586,44 manat əsas, 11.830,39 manat faiz borcu cavabdehdən tutulmalıdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 385.1, 386, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin kredit müqaviləsi üzrə faiz borcunun 11.830,39 manat, mənzilin ilkin satış qiymətinin isə 89.000 manat müəyyən edildiyi hissədə ləğv olunması, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-15/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilərək ipoteka predmetinin ilkin satış qiymətinin 161.000 manat məbləğində müəyyən olunması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - V.Baxışova, hakimlər - Z.Şirinov və R.Qurbanov).
13. Apellyasiya instansiyası məhkəməsi faiz borcuna dair gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, kredit üzrə faizlər 2022-ci il 17 may tarixədək tələb edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən 2022-ci il 17 may tarixinədək müqavilə üzrə cavabdehin ödəməli olduğu faiz borcunun məbləği 11.830,39 manat müəyyən edilmiş və cavabdehdən həmin məbləğdə faiz tutulmuşdur. Cavabdeh apellyasiya şikayətində faiz borcunun hesablanması üçün təkrar ekspertiza keçirilməsini xahiş etsə də, iş üzrə verilmiş rəylə hansı əsasla razılaşmadığını göstərə bilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 269.4, 317.1, 317.2, 319.1, 385.1, 386.1, 448.1 və 739.1-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 33, 38.2-c i maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(102)-452/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən faiz borcunun tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (məruzəçi hakim – K.Abiyeva, hakimlər – M.Əhmədova və B.Qəribov).
17. Məh kəmə kollegiyası cavabdehdən faiz borcunun tutulması tələbinə dair aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab etmişdir.
18. Baxılan işin materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 2021ci il 3 fevral tarixli xəbərdarlıq məktubu ünvanlanaraq borcalan tərəfindən müqavilə şərtlərinin pozulması, əsas və faiz borcunun ödənilməsinin təmin edilməməsi göstərilmiş, kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək və verdiyi kredit məbləğini bu müddətədək faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququna istinadla borcun xəbərdarlıq məktubunun alındığı vaxtdan etibarən 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.
19. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı cavabdehə 2021-ci il 3 fevral tarixli xəbərdarlıq məktubu göndərməklə kredit müqaviləsi üzr ə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb etməklə mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən kredit üzrə faizlər 2022-ci il 17 may tarixinədək tələb olunmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kredit müqaviləsinin iddiaçı tərəfindən birtərəfli qaydada xitam verildiyi tarixədək deyil, iddia olunan tarixədək müqavilə faizinin tutulması əsaslı hesab olunmaqla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cu il 29 mart tarixli Qərarındakı hüquqi mövqeyə zi dd nəticəyə gəlinmiş, həmin qərarda istinad olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur.
21. Kassasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 269.4, 317.1, 317.2, 319.1, 385.1, 386.1, 448.1 və 739.1-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 33, 38.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 9 fevral tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 13 iyun tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi nə dair” 2012-ci il 28 fevral tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cu il 29 mart tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.2, 77.1, 88, 416.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 may tarixli 2-2(103)-144/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna dair iddianın təmin edilmiş hissəsində ləğv olunmuş, həmin hissədə iddia rədd edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – N.Nəbizadə və E.Həs ənov).
23. Qətnamənin əsaslılığını faiz borcuna dair iddianın təmin edilmiş hissəsində yoxlayan apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2021-ci il 3 fevral tarixli xəbərdarlıq məktubu ünvanlanaraq borcalan tərəfindən müqavilə şərtlərinin pozulması, əsas və faiz borcunun ödənilməsinin təmin edilməməsi göstərilmiş, kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək və verdiyi kredit məbləğini bu müddətədək faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququna istinadla borcun xəbərdarlıq məktubunun alındığı vaxtdan etibarən 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı cavabdehə 2021-ci il 3 fevral tarixli xəbərdarlıq məktubu göndərərək kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvv əl icra edilməsini tələb etməklə mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malikdir.
24. Odur ki, təkrar apellyasiya baxışı zamanı mübahisəli kredit müqaviləsi üzrə 2021ci il 3 fevral tarixədək olan müddət üçün hesablanmış faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə göstərilən tarixə faiz borcunun 3.861,01 manat təşkil etməsi, lakin müxtəlif vaxtlarda (iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək olan dövr ərzində) cəmi 10.030 manat məbl əğində ödəniş edilməsi nəticəsində ödənilməmiş faiz borcunun qalmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək belə qənaətə gəlmişdir ki, məhkəmənin rəylə razılaşmaması üçün əsas olmadığından həmin rəy sübut qismində qəbul edilməlidir. Beləliklə, ekspert rəyi ilə faiz borcunun cavabdeh tərəfindən tam olaraq ödənilməsi öz təsdiqini tapdığından faiz borcunun tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 386, 442, 443.1, 448.1 və 739, 741-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh e dilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına; MPM-in 77.1, 206-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 385.1-ci maddəsi üzrə - Mövcud vəziyyətdə göründüyü kimi kreditor iddiaçı öz vəzifə öhdəliyini tam yerinə yetirərək 2019-cü il 8 iyul tarixində cavabdehə 36 ay müddətinə 85.000 manat məbləğində kredit məbləğini borcalana vermişdir. Lakin borclu öz vəzifə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir.
27. MM-nin 443.1-ci maddəsi üzrə - İşin hallarından da göründüyü kimi cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir.
28. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə təkrar apellyasiya baxışı zamanı təkra r məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Cavabdehin iddiaçıya 12.119,94 manat məbləğində faiz borcu olmasına baxmayaraq məhkəmə iddia tələbini faiz borcuna münasibətdə haqsız olaraq rədd etmişdir. Belə ki, məhkəmə öz mülahizəsinə əsasən cavabdehin bütün ödənişlərini faiz borcuna silinməsi qənaətinə gələrək faiz borcunu ödənilmiş hesab etmişdir. Lakin iddiaçı bununla razılaşmır, cavabdehin mövcud 12.119,94 manat məbləğində faiz borcunun təmin edilməsini məhkəmədən xahiş edir.
29. MPM-in 390-cı maddəsi üzrə - Qeyd olunan iş üzrə qəbul edilən qətnamə işin hallarına uyğun olmayaraq qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
31. Apellyasiya məhkəməsinin qətnaməsini büt övlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəl iyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməy i öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənə dək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.”
34. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır....”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutu lur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
37. Məhkəmənin öz mülahizəsinə əsasən cavabdehin bütün ödənişlərini faiz borcuna silinməsi qənaətinə gələrək faiz borcunu ödənilmiş hesab etməsinə, lakin iddiaçının bununla razılaşmamasına, cavabdehin 12.119,94 manat məbləğində faiz borcunun olmasına, qətnamənin işin hallarına uyğun olmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsinin nəticəsinin, məhkəmə nin öz mülahizəsinə deyil, ekspert rəyinə əsaslandığı iş materiallarından açıq-aydın görünməkdədir. İddiaçı tərəfin isə həmin ekspert rəyini və məhkəmənin bu rəyə əsaslanan mövqeyini hər hansı konkret dəlillərlə, hesablamalarla əsaslandırılmış şəkildə təkzib etməsi iş materiallarından görünmür. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
38. Kassatorun digər dəlilləri isə işin faktiki halları ilə bağlı olduğundan məhkəmə kollegiyası MPM-in 407.2-ci maddəsinin (bax § 35) tələblərinə əsəsən, həmin dəlillərə hər hansı münasibət bildirmir.
39. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şi kayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 35) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 35) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
40. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 2 may tarixli 2-2(103)-144/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 2025-ci il 2 may tarixli 22(103)-144/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.