Məhkəmə qərarları › İş №2-2(102)-55/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-55/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-55/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predme tinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 sentyabr tarixli 2-2(104)-220/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2019-cu il 7 mart tarixində bağlanmış 800850-662182/1/3 nömrəli ipoteka müqaviləsinə əsasən, 2019-cu il 7 mart tarixli 800850-662182/1 nömrəli və 2019cu il 7 mart tarixli 800875-663590/1 nömrəli kredit müqavilələrinin təminatı kimi “Expressbank" ASC ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 81 ünvanda yerləşən 4 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

2. RX seriyalı, ******* nömrəl i Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 81 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətindədir.

3. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 81 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 Mahmud oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (birlikdə işlədikdə “cavabdehlər”, ayrı – ayrılıqda “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh3” və “Cavabdeh1”) qarşı 2020-ci il 3 iyun tarixində iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2019-cu il 7 mart tarixli 802250-662182/1 nömrəli kredit müqaviləsi üzrə 37.177,99 manat məbləğində əsas borc və 3.882,74 manat faiz borcu, ümumilikdə 41.060,73 manat, 2019-cu il 7 mart tarixli 802275-663590/1 nömrəli kredit müqaviləsi üzrə 69.722,75 manat məbləğində əsas borc və 7.280,42 manat faiz borcu, ümumilikdə 76.989,17 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 31,95 dövlət rüsumu və 62,13 manat xidmət haqqı olmaqla, cəmi 94,22 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın iddiaçı qarşısında ipote kaya qoyulmuş və Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsinə (16.1 kv.m.); Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilinə (42.6 kv.m.) və Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzilinə (30.7 kv.m.) yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyriyaşayış sahəsi (16.1 kv.m.); Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzili (42.6 kv.m.); Gəncə şəhəri Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzili (30.7 kv.m. ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 10 gün sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh4 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsinin və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilin boşaldılması barədə və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Gəncə filialı ilə Cavabdeh1 arasında 2019-cu il 7 mart tarixində 802250-662182/1 nömrəli kredit müqaviləsi və 2019-cu il 7 mart tarixində 802275-663590/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış 802250-66 2182/1 nömrəli kredit müqaviləsinin şərtlərinə görə iddiaçı tərəfindən Cavabdeh1 illik 19 faiz dərəcəsi ilə əsas borcun ödənilməsinə 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə 40.000 manat məbləğində kredit ayrılmışdır. 802275-663590/1 nömrəli kredit müqaviləsinin şərtlərinə görə iddiaçı tərəfindən Cavabdeh1 illik 19 faiz dərəcəsi ilə 3 ay güzəşt müddəti olmaqla, yalnız faiz ödənilməklə 36 ay müddətinə 75.000 manat məbləğində kredit ayrılmışdır. Eyni zamanda, iddiaçı ilə Cavabdeh3 arasında 2019-cu il 7 mart tarixində 802250-662182/1 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Həmin kredit müqavilələrinin təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında 2019-cu il 11 mart tarixli 802250- 662182/1 nömrəli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 tam mülkiyyətində olan RX seriyalı, ******* nömrəli çıx arışa əsasən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 2017-ci il 13 may) ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahə 16.1 kv.m) iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir.

6. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə kredit müqavilələrinin təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 7 mart tarixli 802250-662182/1/2 nömrəli ipoteka müqaviləsinə Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzili (ümumi sahə 42.6 kv.m.) iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Kredit müqavi lələrinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2019-cu il 7 mart tarixli 802250662182/3 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzili (ümumi sahə 30.7 kv.m) iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Borcalan kredit müqaviləsi üzrə, üzərinə götürmüş olduğu öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi yazılı qaydada xəbərdarlıq edilməklə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik icra olunmamışdır. İddiaçı tərəfindən ipoteka predme tinə tutma yönəldilməsi barədə 001/007/0653/2020 nömrəli bildiriş (ipoteka predmetinə tutma barədə) ipoteka qoyanlara poçt vasitəsi ilə təqdim edilmişdir. İpoteka qoyanlara qeyd edilən bildirişi rəsmi təqdim olunduqdan sonra, bildiriş 2020-ci il 17 fevral tarixində dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçının ipoteka predmetlərinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır.

7. Daha sonra iddiaçının nümayəndəsi 2022-ci il 2 iyun tarixində iddia həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 və Cavabdeh3 2022-ci il 4 mart tarixə 2019-cu il 7 mart tarixli 802275663590/1 nömrəli kredit müqaviləsi üzrə 69.722,75 manat əsas borc və 32.790,95 manat faiz bor cu olmaqla, cəmi 102.499,70 manat və 2019-cu il 7 mart tarixli 802250-662182/1 nömrəli kredit müqaviləsi üzrə 37.177,99 manat əsas borc və 17.451,22 manat faiz borcu olmaqla, cəmi 54.629,07 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 31,95 manat dövlət rüsumu və 62,13 manat xidmət haqqı olmaqla, cəmi 94,22 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın iddiaçı qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsinə (16.1 kv.m), Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilinə (42.6 kv.m) və Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 81 nömrəli binanın, 4 nömrəli mənzilinə (30.7 kv.m) yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsi (16.1 kv.m), Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzili (42.6 kv.m), Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzili (30.7 kv.m) ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqda bir ay ərzində Cavabdeh1 və Cavabdeh4 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsindən və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 56 nömrə binanın, 41 nömrəli mənzilindən çıxarılması və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən 81 nömrəli binanın, 4 nömrəli mənzilindən çıxarılması və həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehlər tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.

9. Cavabdeh1 2020-ci il 19 noyabr tarixində məhkəməyə vəsatət təqdim edərək, məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir.

10. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə - mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 18 mart tarixli, 9/5634 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 kredit üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş elanları, hesabdan çıxarış məlumatları, 2019-cu il 7 mart tarixli 800850-662182/1 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 2020-ci il 18 mart tarixə banka olan əsas və faiz borcu 40.812,20 manat və 2020-ci il 7 oktyabr tarixə banka olan əsas və faiz borcu 44.723,06 manat məbləğində müəyyən edilmiş, o cümlədən: 2020-ci il 18 mart tarixə əsas borcu üzrə 37.235,60 manat, faiz borcu üzrə 3.576,69 manat; 2020-ci il 7 oktyabr tarixə əsas borc üzrə 37.235,60 manat, faiz borcu üzrə 7.487,46 manat məbləğində qeyd olunmuşdur. Həmçinin Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş elanları, hesabdan çıxarış məlumatları, 2019-cu il 7 mart tarixli 800875-663590/1 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 2020 -ci il 18 mart tarixə banka olan əsas və faiz borcu 76.687,14 manat və 2020-ci il 7 oktyabr tarixə banka olan əsas və faiz borcu 84.035,56 manat məbləğində müəyyən olunmuş, o cümlədən: 2020-ci il 18 mart tarixə əsas borcu üzrə 69.966,47 manat, faiz borcu üzrə 6.720,67 manat məbləğində; 2020-ci il 7 oktyabr tarixə əsas borc üzrə 69.966,47 manat, faiz borcu üzrə 14.069,09 manat məbləğində qeyd edilmişdir.

11. Məhkəmə tərəfindən təyin olunmuş qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC-nin 2021-ci il 15 sentyabr tarixli, 01/21-451 saylı ekspert rəyinə əsasən, Cavabdeh2 məxsus olan, ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilin bazar dəyəri 38.000 manat, likvid dəyəri isə 32.000 manat məbləğində təşkil etmişdir. - 2021-ci il 15 sentyabr tarixli, 01/21-449 saylı rəyinə əsasən, Cavabdeh1 məxsus o lan, ünvan 3 ünvanında yerləşən 16.1 kv.m ümumi sahədən ibarət qeyri – yaşayış sahəsinin bazar dəyəri 42.000 manat, likvid dəyəri isə 36.000 manat məbləğində təşkil etmişdir. - 2021-ci il 15 sentyabr tarixli, 01/21-450 saylı rəyinə əsasən, Cavabdeh1 məxsus olan, ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzilin bazar dəyəri 54.000 manat, likvid dəyəri isə 46.000 manat məbləğində müəyyən olunmuşdur.

12. Gəncə Şəhər Məhkəməsinin 2022-ci il 19 avqust tarixli 2(125)-43/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – K.Hüseynov).

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 7 mart tarixli 2(104)-233/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim – A.Bayramov, hakimlə r – R.Mamedov və A.İsgəndərova).

14. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli 2-2(115)604/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı iddia tələbinə cavabdehlərin Gəncə şəhəri Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri – yaşayış sahəsindən və Gəncə şəhəri Cavadxan küçəsində yerləşən 56 nömrə binanın 41 nömrəli mənzilindən və Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsində yerləşən 81 nömrəli binanın, 4 nömrəli mənzilindən çıxarılması və həmin əmlakların boşadılması hissəsi üzrə xitam verilməsi qərara alınmışdır (hakim – K.Vəliyev).

15. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli 2-2(115)604/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2019-cu il 7 mart tarixli 800875663590/1 nömrəli kredit m üqaviləsi üzrə 69.708,75 manat əsas, 32.790,95 manat faiz, cəmi 102.499,70 manat borc və 2019-cu il 7 mart tarixli 800850-662182/1 nömrəli kredit müqaviləsi üzrə 37.177,99 manat əsas borc və 17.451,08 manat faiz borcu olmaqla, cəmi 54.629,07 manat borc tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 80.000 manat olan Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən 16.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, likvid dəyəri 46.000 manat olan ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzilə, likvid dəyəri 32.000 manat olan Cavabdeh2 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 1 otaqlı mənzilə yönəldilsin, həmin mənzillər və qeyri-yaşayış sahəsi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməsi qət edilmişdir (h akim – K.Vəliyev).

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, maddi hüquq normanın tələbinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə ki, iş üzrə mütəxəssis rəyi ilə ipoteka predmeti olan əm lakların ilkin satış qiyməti (likvid) müəyyən edildiyindən, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilin ilkin satış qiyməti (likvid) 32.000 manat, ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiyməti (likvid) 46.000 manat və ünvan 3 ünvanında yerləşən 16.1 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin ilkin satış qiyməti (likvid) 80.000 manat müəyyən olunmağı qeyd olunmuşdur. Həmçinin borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri yaşayış sahəsinə 16.1 kv.m, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilinə 42.6 kv.m, Gəncə şəhəri Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzilinə 30.7 kv.m yönəldilməli, həmin əmlaklar açıq hərra cdan satılaraq əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməsi qeyd edilmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.7, 279, 317.1, 319.1, 385.1, 386.1, 389.1, 442, 443.1, 445.1, 448.1, 449.1, 449.3, 460.1, 465.2, 470.1, 472.1, 472.2, 472.3-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 34.1, 39.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Gə ncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 sentyabr tarixli 2-2(104)-220/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmişdir (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – İ.Həsənov və Ş.Rzaquliyev).

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qətnamə ilə tutulan borc məbləğini mübahisələndirməklə, həmin məbləğlərin düzgün hesablanmadığını iddia etmiş olsa da tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir əsaslı arqument irəli sürə bilməmişdir. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyri-müəyyən dəlillər irəli sürmüşdür. Dig ər tərəfdən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert tərəfindən müvafiq rəy verilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti bitdikdən sonra faiz hesablandığını iddia etmiş olsalar da, sonuncuların bu dəlilləri də əsassız olmuşdur. Belə ki, 2019-cu il 7 mart tarixli 802250-662182/1 nömrəli və 2019-cu il 7 mart tarixli 802275-663590/1 nömrəli kredit müqavilələrindən görünmüşdür ki, həmin müqavilələr üzrə borc məbləği 36 ay müddətinə qaytarılmaqla verilmiş və müqavilələr üzrə öhdəliyin icrasının son müddəti 07 mart 2022-ci il tarixədək müəyyən olunmuşdur. Tələb olunan və birinci instansiya məhkəməsi tərəfindən qət edilən faiz məbləği isə 2022-ci il 4 mart tarixinədək hesablanmış faizlər olmuşdur. Hazırkı iş üzrə isə iddiaçı iddia ərizəsi ilə məhkəməyə 2020-ci il 3 iyun tarixində müraciət etmiş və mülki iş üç ilə yaxın müddətdə birinci instansiya məhkəmələrinin icraatında olmuşdur.

21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət olunan zaman ilkin mediasiya sessiyasında iştirak üçün müvafiq tələb olmamaqla, qeyd olunan əsasa görə iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas mövcud olmamışdır. Cavabdehlərdən Cavabdeh2 vəsatətlə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 81 ünvanda yerləşən 4 nömrəli mənzilin yenidən qiymətləndirilməsini xahiş etmişdir ki, məhkəmə kollegiyası cavabdehin qeyd olunan vəsatətini də əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.2-ci bəndi ilə ipoteka predmetinin dəyəri tə rəflərin qarşılıqlı razılığı ilə 27.000 manat məbləğində müəyyən olunmuşdur ki, həmin məbləğ "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində müəyyən edilmiş 32.000 manatlıq məbləğlə uyğunluq təşkil etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətləndirilməsini yenidən həyata keçirmiş və əldə olunmuş mütəxəssis rəyi ilə ipoteka müqaviləsində tərəflərin razılığı ilə müəyyən edilmiş məbləğ arasında hər hansı bir kəskin fərq olmamışdır ki, birinci instansiya məhkəməsi də ipoteka predmetinin ilkin satış dəyərini məhz həmin rəy əsasında müəyyən etmişdir. Cavabdeh isə ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də, buna dair hər hansı bir əsaslı arqument irəli sürməmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüqu q normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmiş və əlavə olaraq MM-in 445.7, 448.2, 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 30.6, 36.1, 39.3, 39.3.3-cü maddələrinə, MPM-in 217.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh3 kassasiya şikayəti verərək, həmin qətnamənin – Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın,4 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MM-in 3 19.1-ci maddəsinin tələbi pozulmuşdur. İpoteka predmetinin real ilkin satış dəyərinin müəyyən edilməsində cavabdehin vəsatəti əsaslı olmuşdur. Məhkəmənin ipoteka predmetinin yenidən qiymətləndirilməsi barədə vəsasəti təmin etməməsi əsassız olmuşdur. 25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3.3-cü maddələrinin tələbləri pozulmuşdur. İpoteka müqaviləsində olan qiymətin, qiymətləndirici tərəfindən müəyyən edilmişlə eyni olması ipoteka predmetinin qiymətinin məhz həmin dəyərdə olması kimi qəbul edilə bilməz. Belə ki, ipoteka müqaviləsi 2019-cu ildə bağlanmış və tərəflər həmin zaman ipoteka predmetinin dəyərini 27.000 manat məbləğində müəyyən etmişdirlər. Qiymətləndirmə rəyi (32.000 manat) isə 2023-cü il tarixində verilmiş və daşınmaz əmlakın qiymətlərində artım olmuşd ur. Belə olan halda "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində qoyulmuş 32.000 manat məbləğ reallığa uyğun olmamışdır.

26. MPM-in 14.2, 77.1, 80.1, 101.7, 101-1.3, 217.1, 217.2, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsində əsas götürülən "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi işin halları ilə uyğunluq təşkil etmədiyindən həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməzdi. Qeyd olunan hallara məhkəmə tərəfindən qiymət verilmiş olsa idi, müəyyən edilərdi ki ipoteka predmetinin qiyməti daha çox olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

28. Apellyasiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın,4 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş fak tiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklər ini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

389. Müqavi lə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borc lu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əv əzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” 31. “İpoteka haqqında” Azərbaycan Respublikası müddəalarında aşağıdakılar nəzərdə tutulur: Qanununun müvafiq “Maddə

1. Əsas anlayışlar... 1.0.1. i poteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “M a d d e

36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Resp ublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır....” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəf indən müəyyən edilir; …”

32. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqi qi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, ipoteka müqaviləsində olan qiymətin, qiymətləndirici tərəfindən müəyyən edilmişlə eyni olması ipoteka predmetinin qiymətinin məhz həmin dəyərdə olması kimi qəbul edilə bilməz. Məhkəmənin istinad etdiyi mütəxəssis qiymətləndirmə rəyində qoyulmuş 32.000 manat məbləğ reallığa uyğun olmamışdır.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.

36. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.2-ci bəndi ilə ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 27.000 manat müəyyən edilmişdir ki, həmin məbləğ də apellyasiya məhkəməsinin istinad etdiyi mütəxəssis rəyi ilə müəyyən edilmiş 32.000 manat məbləğlə uyğunluq təşkil etmişdir. Göründüyü kimi aşağı instansiya məhkəmələri ipoteka predmetinin qiymətləndirilməsini yenidən həyata keçirmiş və əldə edilmiş mütəxəssis rəyi ilə ipoteka mü qaviləsində tərəflərin razılığı ilə müəyyən edilmiş məbləğ arasında hər hansı bir kəskin fərq olmadığından ipoteka predmetinin ilkin satış dəyərini məhz həmin rəy əsasında müəyyən etmişdir.

37. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Ali Məhkəmənin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2020-ci il 20 iyul tarixli Qərarında göstərilmişdir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.

38. Bununla belə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 30.6cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxla yan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir.

39. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər.

40. Bununla yanaşı, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

41. MPM-nin sübutetmə yükü ilə bağlı müəyyənləşdirdiyi qaydalar baxımından məhkəmə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

42. Cavabdeh kassasiya şikayətinin dəlillərində ipoteka predmetinin dəyərinin daha çox olduğunu iddia etsə də, qiymətləndirici rəyinin doğruluğunu inkar edən mötəbər sübutlarını birinci instansiya məhkəməsində işə baxılarkən təqdim etməmişdir.

43. Ümumiyyətlə, kollegiya qeyd edir ki, ka ssasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla, onda göstərilən dəlillər konkret hər hansı halla əsaslandırılmamış, eyni zamanda bununla bağlı aşağı instansiya məhkəmələrinə hər hansı bir sübut təqdim edilməmişdir.

44. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

45. Məhkəmə k ollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

48. Odur ki, yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 sentyabr tarixli 2-2(104)220/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 sentyabr tarixli 2-2(104)-220/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar