Məhkəmə qərarları › İş №2-2(102)-552/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-552/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-552/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı XX Birliyin Cavabdeh MMC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 iyul tarixli 2-2(104)-178/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə mə hkəmə icraatı

1. XX Birlik (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı vurulmuş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Gəncə Kommersiyа Məhkəməsinin 2024-cü il 4 iyul tarixli e-2-2(115)-1132/2024 nömrəli qərardadı ilə kommersiya işinin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdeh tərəfindən verilmiş vəsatət təmin olunmamışdır (hakim – G.Quliyeva).

3. Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Gəncə Kommersiyа Məhkəməsinin 2024-cü il 17 iyul tarixli e-2-2(115)-1132/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhk əməsinə göndərilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 iyul tarixli 2-2(104)-178/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Bayramov, hakimlər – R.Mamedov və A.İsgəndərova).

6. Cavabdeh kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

402. Kassasiya şikayəti vermə hüququ... 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Res publikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadını n ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermi rsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qanunun tələblərinə cavab vermədiyindən, qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

9. Belə ki, hazırkı işdə apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin cavabdehin işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinin təmin olunmaması barədə qərardadı dəyişdirilmədən saxlanılmış, cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir.

10. Göründüyü kimi, hazırkı kass asiya şikayəti apellyasiya instansiyası məhkəməsinin ərazi aidiyyəti haqqında qərardadından verilmişdir,

11. Kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəmələrinin qərardadlarının siyahısı MPM-in 402.2-ci maddəsində (bax § 7) konkret göstərilmişdir. Lakin hazırda mübahisələndirilən qərardaddan kassasiya şikayətinin verilməsi həmin siyahıda nəzərdə tutulmamışdır.

12. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi istinad olunan normanın tələbini pozaraq qəbul etdiyi qərardadın nəticə hissəsində ondan kassasiya şikayəti verilməsi barədə izah vermiş, cavabdeh də yanlış olaraq həmin qərardaddan kassasiya şikayəti vermişdir.

13. Hər bir halda, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada verilməsini yoxlamaq vəzifəsi ilk növbədə apellyasiya instan siyası məhkəməsinin vəzifəsini təşkil edir. X1 Məhkəməsi qanunla (MPM-in 408.1 və 408.1.1-ci maddələri – bax § 7) müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməmiş və kassasiya şikayətinin mümkünlüyünü düzgün yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

14. Qeyd edilənlərə əsasən, kassasiya şikayəti icraata qəbul edilə bilməz. Buna görə də, kassasiya şikayəti geri qaytarılması məsələsinə baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

15. Şərh olunanları nəzərə alaraq və MPM-in 402, 404-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 iyul tarixli 2-2(104)-178/2024 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kasasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar