Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-553/2023 30.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı işi üzrə QƏRARİ Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı “borcun qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli 2-2(103)413/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı və Cavabdeh qardaş olmaqla vaxtı ilə birgə sa hibkarlıq fəaliyəti ilə məşğul olmuş və bu müddət ərzində də, bir sıra daşınar və daşınmaz əmlaklar əldə etmişlər. 2. 2011-ci il 17 dekabr tarixində İddiaçı və Cavabdeh illər boyu fəaliyətləri nəticəsində qazandıqları əmlakların bölünməsi barədə razılığa gəlmişlər. Həmin Razılaşmanın bəndlərinə əsasən tərəflər Bakı şəhərində qazandıqları aşağıda göstərilən ticarət obyektləri - ünvan 1 ünvanında məhəllədəki “Kaspian” TM-dəki 36 saylı mağaza, Nobel prospekti 23 ünvanda “A.M.A.Y” TM-dəki 7 saylı mağaza və Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 10 ünvanında yeni tikilən "xxxx" binasındakı obyektin Cavabdeh verilərək adına sənədləşdirilməsini; qardaşların birgə fəaliyyətinin maliyyə hesabatlarını və ödənişlərini apardığına və bu işə bilavasitə rəhbərlik etdiyinə görə İddiaçı Cavabdeh adına yazılmış "xxxx" binasındakı yeni tikilən obyektin tikintisinə qalan vəsaiti mütəmadi olaraq ümumi hesabdan tam ödənilməsinin həyata keçirilməsini; qardaşların birgə fəaliyyəti davam edərək alış verişdən əldə edilən vəsaiti (gəliri) fəaliyyətdən kənar məqsədlərə sərfinin yalnız hər ikisinin razılığı əsasında həyata keçirilməsini öhdələrinə götürmələri barədə razılıq əldə etmişlər (İ cild, i/v 305). İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2020-ci il 3 iyul tariinxdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Almaniya Respublikasında yaşayarkən iddiaçıdan aldığı və onun tərəfindən ödənilmiş 1.427.364 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (birinci iddia).
4. Birinci iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2012-ci ilin iyun ayında övladının xəstəliyi adı ilə Almaniyaya gedərkən ondan qaytarmaq şərtilə 5.000 manat pul vəsaiti alaraq Respublikanı tərk etmiş, Almaniyada yaşadığı müddətdə övladının müalicəsinin uzandığını və pula ehtiyacının çox olduğunu bildirərək, orada olduğu müddətdə hər ay ona pul göndərməsini xahiş etmiş, nağd pulu olmadığından bu məsələni yalnız bankdan götürməklə həll edə biləcəyini söyləmiş, cavabdeh isə heç bir narahatçılığın olmadığını, qayıdanda ümumi məbləği və faizləri qaytarmaq şərtilə mütəmadi hər ay 5.000 manat göndərilməsini istəmişdir. Qardaş olaraq inanıb 2016-cı ilin mart ayına qədər pulun göndərilməsini mütəmadi olaraq hər ay həll etmiş, cavabdeh pulların bankdan götürüldüyünü və əlavə faiz borcu ödənildiyini bilmişdir. Əvvəllər hər ay 5.000 manat məbləğində pul vəsaitini "xxxx" ASC vasitəsilə göndərmiş, 2014-cü ildə cavabdeh ona problem yarandığını dedikdən sonra, həmin pulları bir neçə dəfə gəlibgedərkən nağd şəkildə və sonradan cavabdehin planlaşdırılmış fikrinə əsasən hər ikisinə qohum olan X2 (bundan sonra – “M.Abramov”) adına plastik kart açaraq daha rahat olsun deyə karta ödəmişdir. Bu ödəniş 2016-cı ilin mart ayına kimi davam etmişdir. Sonralar artıq imkan zəiflədiyindən və pulu bankdan götürdüyü üçün faizlər çoxaldığından, tək qaldığı üçün və ona köməyi olmadığından qardaş olsa da belə, ona ayrılmış karta pul ödəyə bilməmişdir. Hazırkı tarixə kimi ABŞ dolları ilə faiz ödəyir, bankdan götürdüyü pullar ABŞ dolları ilə olmuş, həmçinin bu müddət ərzində kurs yuxarı qalmışdır.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 739, 740, 741 və 743-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
6. Həmçinin iddiaçı cavabdehə qarşı 2020-ci il 23 iyul tarixində (İ cild, i/v 92) iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə cavabdeh "xxxx" MMC-dən (bundan sonra – “MMC”) cəmi 5.511.983 manat, cavabdehdən 8.252.479 manat olmaqla, cəmi 13.764.462 manat məbləğində borcun tutularaq ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (ikinci iddia).
7. İkinci iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə MMC arasında 200 8-ci il tarixində eyni məzmunlu müqavilələr bağlayaraq, ünvan 3 ünvandakı 2008-ci il tarixində tikilməkdə olan 18 mərtəbəli binanın birinci və ikinci mərtəbəsindən ayrı-ayrılıqda 275 kv.m olmaqla, cəmi 550 kv.m sahəni ilkin olaraq hər biri 100.000 manat və 109.000 manat olmaqla, cəmi 209.000 manat, ümumilikdə isə 418.000 manat onu "xxxx" QSC-dən 2008ci il 12 avqust tarixli, 05L000000738 nömrəli kredit xətt razılaşması üzrə götürdüyü 600.000 ABŞ dolları hesabına ödəməklə həmin sahələri kredit müqaviləsi əsasında almışdılar. 2008-2009-cu illərdə onun tərəfindən həm qardaşı olan cavabdehin, həm də öz adına ayrı-ayrılıqda 314.715 manat, cəmi 629.430 manat məbləğində pul vəsaitini MMCnin xəzinəsinə nağd formada ödəniş etmişdir. Lakin həmin ödəniş nağd formada MMC-nin xəzinəsinə deyil, bankda aç ılmış hesabına ödənilməli idi. Bir müddət sonra, yəni 2009-cu ildə qardaşının qərəzli mövqeyi nəticəsində sözügedən obyektin hamısının onun adına keçirilməsini bildirmişdir. Bu halda ödədiyi pulların onun və 314.715 manat məbləğində öz adına ödədiyi pul vəsaitini isə MMC tərəfindən qaytarılması şərtilə razılaşmışdır. Onunla MMC arasındakı müqavilə qanunvericiliyin tələbinə əsasən ləğv edilməli, ya da ona aid pul vəsaiti qaytarılmaqla həmin müqaviləyə xitam verilməklə, yəni onun ödədiyi 314.715 manat məbləğində pul vəsaiti qaytarılaraq, tam şəkildə yenidən müəyyən şərtlər daxilində cavabdehlə bağlanıla bilinərdi. Lakin onun ödədiyi 314.715 manat məbləğində pul vəsaiti MMC-nin xəzinəsində qalaraq, cavabdehlə 2009-cu il 16 dekabr tarixində “mənzil tikintisinə və satışına” dair yeni müqavilə b ağlanmışdır. Yəni, əvvəlki müqavilənin hansı şərt daxilində ləğv edilməsi ilə əlaqədar onun məlumatı olmamış və ona məlumat verilməmişdir. Bundan sonra o qardaşına inanaraq onun adına olan həmin müqavilə əsasında 2012-ci ildə Almaniya Respublikasında olması ilə əlaqədar heç bir notarial qaydada etibarnamə olmadan MMC-nin 2017-ci il 19 yanvar tarixli 6 nömrəli arayışına əsasən 2011-ci il daxil olmaqla, 2016-cı ilə qədər 340.000 manat məbləğində pul ödənildiyinə dair direktor və mühasiblərin imzası ilə rəsmi sənəd təsdiqlənmişdir. Lakin 2010-cu ildə ödənilmiş 65.000 manat məbləğində ödəniş həmin arayışda öz əksini tapmamışdır. Əlavə olaraq, 2011-ci ildə qəbzlər əsasında 30.000 manat ödənildiyi halda, arayışda həmin il üçün 10.000 manat göstərilmişdir. Bu halda onun tərəfindən MMC-yə 1.054.43 0 manat məbləğində ödəniş edilmişdir. Bu pul vəsaiti yuxarıda qeyd edilən bankdan götürülmüş kredit hesabına MMC-nin hesabına ödənilmişdir.
8. İkinci iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 339, 391, 394, 421, 421.1, 421.2, 421.3-cü maddələrinə istinad olunmuşdur.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 12 avqust tarixli 2(005)2664/2020 nömrəli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir (hakim – A.Novruzova)(İ cild, i/v 59).
10. Daha sonra iddiaçı 2020-ci il 5 oktyabr tarixində iddia ərizəsinə əlavə təqdim edərək ümumi iddia tələbinə 200.000 manat məbləğində mənəvi ziyan əlavə edərək cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (İ cild, i/v 239).
11. Daha sonra, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə 2021-ci il 18 may tarixd ə ərizə təqdim edərək, cavabdehdən Almaniya Respublikasında olduğu müddətdə 2012-ci ilin iyun ayından 2016-cı ilin iyul ayına qədər – 48 ay ərzində hər ay 5.000 manat olmaqla göndərilmiş ümumilikdə 240.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (İİ cild, i/v 7).
12. Həmçinin 2021-ci il 18 may tarixində iddia tələbinin dəyişdirilməsi barədə daha bir ərizə təqdim edilərək, cavabdehdən Almaniya Respublikasında olduğu müddətdə - 2012-ci ilin iyun ayından 2016-cı ilin iyul ayına qədər olan 48 ay ərzində hər ay 5.000 manat olmaqla göndərilmiş ümumilikdə gecikdirməyə görə faizlərlə birlikdə hesablanmış 1.288.937 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (İİ cild, i/v 9).
13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 19 may tarixli 2(005)211/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı "xxxx" tələbinə və iddiaçının MMC-yə və cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizələri təmin edilməmişdir (hakim – G.Əsədova).
14. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 2 avqust tarixli 2(103)-1986/2022 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 19 may tarixli 2(005)-211/2021 saylı qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – İ.Şirinov, hakimlər – Nümayəndə1yev və C.Yusifov) (İİİ cild, i/v 132).
16. İş B akı Kommersiya Məhkəməsinin icraatında olduğu dövrdə, 2022-ci il 23 noyabr tarixində iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcunun qaytarılması tələbi ilə bağlı 1.288.937 manat və borcun tutulması tələbi ilə bağlı 3.752.147 manat olmaqla, cəmi 5.041.084 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (İV cild, i/v 45, 59).
17. Cavabdeh tərəfindən iddia ərizəsinə və əlavələrinə qarşı etiraz təqdim olunmamışdır.
18. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 yanvar tarixli 2-2(113)-194/2023 saylı qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir (hakim – K.Hüseynov).
19. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəf lər arasında uzun müddət birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi işin mübahisəsiz halıdır.
20. İddiaçı tərəf hazırda birinci iddia ilə məhkəməyə müraciət edərək qardaşı Elşənin uşağının mualicəsi üçün Almaniyaya 2012-ci ildən 2016-cı ilədək pullar göndərdiyini və həmin pulların göndərilməsi üçün Bankdan kredit götürdüyünü və ona görə də, pulun və Bank tərəfindən hesablanmış faizlərin cavabdeh tərəfindən qaytarılmasını tələb edir. Cavabdeh tərəf isə, göndərilmiş pulların birgə sahibkarlıq fəaliyyətinin nəticəsində olduğunu qeyd edir və 2012-2016-cı illər ərzində müalicə ilə bağlı hər hansı pulun göndərilmədiyini bildirir.
21. İddiaçı tərəf qardaşı oğlunun mualicəsi üçün Almaniyaya hər ay pul göndərdiyini qeyd etsə də, onun tərəfindən qardaşına pulun göndərilməsini, bunun isə məhz qardaşı oğlunun mualicəsi üçün borc pul olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, tərəflər 2011-ci il 17 dekabr tarixində əmlakların və gəlirlərin bölünməsi barədə razılığa gəlmişlər, iddiaçı tərəf də məhz 2012-2016-cı illər ərzində pulun göndərilməsinə istinad etmişdir. Bu hal isə onu deməyə əsas verir ki, qeyd edilən pullar mualicə üçün deyil, məhz 2011-ci il 17 dekabr tarixli Razılaşmanın icrası üçün edilmişdir. İddiaçı Bankdan kredit götürdüyünü və ziyana düşdüyünü qeyd etsə də, kreditə götürülmüş pulun qardaşına verilməsinə dair hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, iddiaçının cavabdehə qarşı Almaniya göndərilməsi istinad olunun pullarla bağlı borcun qaytarılması tələbinə dair iddiası təmin edilə bilməz.
22. İkinci iş isə MMC-yə ödənilmiş pulların qaytarılması ilə bağlıdır. Bu hissədə də iddia təmin edilə bilməz.
23. Belə ki, artıq tərəflər 2011-ci il 17 dekabr tarixli razılaşmanı bağlamaqla birgə sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş əmlakları böldüklərindən, əvvəlki ödənişlərin hansı formada, kim tərəfindən edilməsinin heç bir əhəmiyyəti qalmamışdır. Bununla yanaşı, 2011-ci il 17 dekabr tarixli razılaşmanın etibarsız hesab edilməsinə dair iddia Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 30 noyabr tarixli 2(005)-4731/2021 saylı qətnaməsi ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 2 avqust tarixli 2(103)-1986/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanmış, məhkəmə iclasında cavabdehin vəkili də qeyd edilən sonuncu qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsi tərə findən daəyişdirilmədən saxlandığını bildirmişdir.
24. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi MM-in 21.1, 21.2, 443.1, 443.2, 739.1, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
25. Birinci instansiya məhkəməsinin qətnaməsi 2023-cü il 3 fevral tarixində ərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, iddiaçı həmin qətnamədən 2023-cü il 2 mart tarixdə apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyas ının 2023-cü il 13 iyun tarixli 2-2(103)-413/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V. Baxışova və A.Hüseyn).
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borcun tutulması barədə birinci iddia tələblərinin qanuni əsasını MM-in 739.1-ci maddəsi təşkil edir. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcud olduğu sübut olunmur. Belə ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanılmamışdır.
28. Eyni zamanda, iddiaçının təqdim etdiyi bank hesablarından çıxarışlardan cavabdehin "xxxx" QSC-də olan bank hesabına 2012-ci il 2 iyul tarixindən 2014-cü il 11 mart tarixindək cəmi 84.000 avro məbləğində pul vəsaiti və M.Abramovun "xxxx" ASC-də olan bank hesabına 2014-cü il 9 oktyabr tarixindən 2016-cı il 1 iyul tarixindək cəmi 65.265 avro məbləğində pul vəsaiti köçürüldüyü aydın olmuşdur.
29. Cavabdeh həmin pul vəsaitlərinin iddiaçı tərəfindən köçürüldüyünü etiraf etmiş, lakin həmin pul vəsaitlərinin borc olaraq deyil, razılaşmaya əsasən birgə iş birliyi nəticəsində əldə olunan gəlir kimi göndərildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə cəmi 149.265 (84.000+65.265) avro məbləğində pul vəsaitinin verilməsi təsdiq olunsa da, həmin pul vəsaitinin məhz borc olaraq verildiyi sübut olunmamışdır.
30. Həmin pul vəsaitinin başqa əsaslara görə tutulması isə MPM-in 218.3-cü maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddədə qeyd olunan “tələblər”ə iddianın əsası da aiddir. Hazırki iş üzr ə birinci iddiada irəli sürülmüş iddianın əsasını da borc müqaviləsi təşkil edir.
31. Beləliklə, birinci iddia üzrə irəli sürülmüş borcun tutulması barədə iddia rədd edilməlidir.
32. İddiaçı tərəfindən irəli sürülmüş ikinci iddia ilə bağlı qeyd olunmuşdur ki, həmin iddia tələblərinin qanuni əsasını MM-in 1092.1-ci maddəsi təşkil etmiş, lakin hazırkı işdə MM-in 1091-ci maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmamışdır.
33. Belə ki, tərəflər arasında bağlanmış 2011-ci il 17 dekabr tarixli razılaşma müqaviləsinə görə Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 10 ünvanında yeni tikilən "xxxx" binasındakı obyekt cavabdehə verilərək adına sənədləşdirilir və qardaşların birgə fəaliyyətinin maliyyə hesabatlarını və ödənişlərini apardığına və bu işə bilavasitə rəhbərlik etdiyinə görə iddiaçının adına yazılmış "xxxx" binasındakı yeni tikilən obyektin tikintisinə qalan vəsaiti mütəmadi olaraq ümumi hesabdan tam ödənilməsinin həyata keçirir. Göründüyü kimi, iddiaçı tərəfindən geri tələb edilən 314.715 manat məbləğində pul vəsaiti müqaviləyə əsasən ödənilmişdir. Həmin ödənişin isə müqavilə əsası mövcud olduğundan bu cavabdehin iddiaçının hesabına əsassız varlanmasını istisna etmişdir.
34. Eyni zamanda, həmin pul vəsaitinin müqavilə şərtinə uyğun olaraq ümumi hesabdan deyil, iddiaçının öz hesabından və ya onun bildirdiyi kimi götürdüyü kredit hesabına ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. İddiaçı ilə "xxxx" QSC arasında 2008-ci il 12 avqust tarixli kredit müqaviləsinin bağlanması isə Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 10 ünvanında yeni tikilən "x xxx" binasındakı qeyri-yaşayış sahəsinin dəyərinin məhz həmin kreditin hesabına ödənilməsini təsdiq etmir. Çünki bununla bağlı sübutlar təqdim edilməmiş, eyni zamanda həmin kredit müqaviləsi üzrə kredit razılaşmalarında kreditin məqsədi kimi “fərdi kiçik kredit” göstərilməşdir.
35. Bu baxımdan, iddiaçı tərəfindən irəli sürülmüş ikinci iddia da rədd edilməlidir.
36. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 739.1, 1091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
37. Qətnamə 2023-cü il 21 iyun tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, iddiaçı 2023-cü il 21 avqust tarixdə kassasiya şikayəti verərək onun ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
38. MM-in 739, 740, 741-ci maddələri üzrə - Birinci iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə cəmi 149.265 (84.000+65.265) avro məbləğində pul vəsaitinin verilməsi təsdiq olunsa da, həmin pul vəsaitinin məhz borc olaraq verildiyi sübut olunmur. Apellyasiya instansiyası məhkəməsinin bu mövgeyi ilə razılaşmayaraq qeyd olunmalıdır ki, MM-in 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərinin razılaşması ilə şifahi və yazılı formada bağlanılır. İddiaçının qardaşına pul göndərdiyi vaxt borc müqaviləsi həm də şifahi formada bağlanıla bilərdi, yazılı formada bağlanması mütləq olmamışdır. Qardaşlar da şifahi for mada razılaşmışlar. Belə ki, cavabdeh Almaniya Respublikasında yaşadığı müddətdə övladının müalicəsinin uzandığını və pula ehtiyacının çox olduğunu qeyd edərək orada olduğu müddətdə hər ay ona pul göndərməyi xahiş etmiş, iddiaçı isə ona nağd pulu olmadığından bu məsələni yalnız bankdan götürməklə həlledə biləcəyini bildirmiş, ümumi məbləği və faizləri qaytarmaq şərtilə razılaşmışlar. Pulun bankdan faizlə götürülməsini təsdiq edən kifayət qədər sübutlar (bank çıxarışları) işə əlavə olunmuşdur.
39. Həmçinin iş materiallarında olan 2011-ci il 17 dekabr tarixli "xxxx"ndən göründüyü kimi, iddiaçı tərəfindən qardaşına onun oğlunun mualicəsi üçün Almaniyaya hər ay pul göndərməsi ilə bağlı hər hansı bənd yoxdur. Ona görə də cavabdehin nümayəndəsinin həmin pul vəsaitlərinin iddiaçı tərəfindən borc olaraq deyil, razılaşmaya əsasən birgə iş birliyi nəticəsində əldə olunan gəlir kimi göndərildiyini bildirməsinin heç bir əsası yoxdur.
40. İkinci iddia tələbi ilə bağlı məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2011-ci il 17 dekabr tarixli razılaşma müqaviləsinə görə yeni tikilən "xxxx" binasındakı obyekt cavabdehə verilərək adına sənədləşdirilir və qardaşların birgə əfəaliyyətinin maliyyə hesabatlarını və ödənişlərini apardığına və bu işə bilavasitə rəhbərlik etdiyinə görə iddiaçı cavabdehin adına yazılmış "xxxx" binasındakı yeni tikilən obyektin tikintisinə qalan vəsaiti mütəmadi olaraq ümumi hesabdan tam ödənilməsini həyata keçirir. Apellyasiya instansiya məhkəməsinin bu mövgeyi ilə razılaşmayaraq qeyd olunmalıdır ki, razılaşmaya qədər edilmiş ödə nişlərdən əlavə tərəflər arasında bağlanmış 2011-ci il 17 dekabr tarixli "xxxx"ndən sonra da iddiaçı qardaşına görə MMC-yə pul ödəmişdir. Bunu təsdiq edən iş materiallarında MMC-nin 2021-ci il 5 may tarixli məktubu mövcuddur. İddiaçı həmin pulları bankdan faizlə götürərək ödəmişdir və bank çıxarışları da işə əlavə olunmuşdur.
41. Beləliklə, apellyasiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, yəni maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
42. MPM-in 217.3-cü maddəsi üzrə - Qətnamə iş üzrə hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. Kassasiya şikayəti vaxtında, yəni apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə ş əraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 10 92.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə....”
48. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarında müəyyən edilmişdir ki: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür....”
49. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prose ssual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
50. Birinci iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi nəticə etibarilə ondan ibarət olmuşdur ki, həmin tələbin qanuni əsasını MM-in 739.1-ci maddəsi (borc müqaviləsi) təşkil etsə də, hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcud olduğu sübut olunmur. Belə ki, tərə flər arasında yazılı borc müqaviləsi bağlanılmamışdır. İddiaçı tərəfindən cavabdehə cəmi 149.265 avro məbləğində pul vəsaitinin verilməsi təsdiq olunsa da, həmin pul vəsaitinin məhz borc olaraq verildiyi sübut olunmur. Həmin pul vəsaitinin başqa əsaslara görə tutulması isə MPM-in 218.3-cü maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddədə qeyd olunan “tələblər”ə iddianın əsası da aiddir. Hazırki iş üzrə birinci iddiada irəli sürülmüş iddianın əsasını da borc müqaviləsi təşkil edir.
51. Bununla bağlı iddaçı özünün kassasiya şikayətində hesab edir ki, iddiaçının qardaşına pul göndərdiyi vaxt borc müqaviləsi həm də şifahi formada bağlanıla bilərdi, yazılı formada bağlanması mütləq olmamışdır. Qardaşlar da şifahi formada razılaşmışlar. Belə ki, cavabdeh Almaniya Respublikasında yaşadığı müd dətdə övladının müalicəsinin uzandığını və pula ehtiyacının çox olduğunu qeyd edərək orada olduğu müddətdə hər ay ona pul göndərməyi xahiş etmiş, iddiaçı isə ona nağd pulu olmadığından bu məsələni yalnız bankdan götürməklə həlledə biləcəyini bildirmiş, ümumi məbləği və faizləri qaytarmaq şərtilə razılaşmışlar. Pulun bankdan faizlə götürülməsini təsdiq edən kifayət qədər sübutlar (bank çıxarışları) işə əlavə olunmuşdur. Həmçinin iş materiallarında olan 2011-ci il 17 dekabr tarixli "xxxx"ndən göründüyü kimi, iddiaçı tərəfindən qardaşına onun oğlunun mualicəsi üçün Almaniyaya hər ay pul göndərməsi ilə bağlı hər hansı bənd yoxdur. Ona görə də cavabdehin nümayəndəsinin həmin pul vəsaitlərinin iddiaçı tərəfindən borc olaraq deyil, razılaşmaya əsasən birgə iş birliyi nəticəsində əldə olunan gəlir kimi göndərildiyini bildirməsinin heç bir əsası yoxdur.
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
53. Həqiqətən də iddiaçının qardaşına pul göndərdiyi vaxt borc müqaviləsi həm də şifahi formada bağlanıla bilərdi.
54. Lakin belə olan təqdirdə mübahisəli pul vəsaitinin məhz borc razılaşması üzrə ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda §49) olaraq iddiaçının düşürüdü.
55. Bununla belə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi materialları məhkəməyə tədim edə bilməmişdir.
56. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, iddiaçı tərəf məhz 2012-2016-cı illərdə, yəni 2011-ci il tarixli mübahisəli razılaşma bağlandıqdan sonra cavabdehə göndərdiyi ödənişlərə istinad edir. Sözügedən ödənişlərin isə bilavasitə borc məqsədilə göndərildiyi, yuxarıda göründüyü kimi, iş materiallarından görünmür.
57. İkinci iddia tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi nəticə etibarilə ondan ibarət olmuşdur ki, həmin iddia tələblərinin qanuni əsasını MM-in 1092.1-ci maddəsi (əsassız varlanma) təşkil edir. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, tərəflər arasında bağlanmış 2011-ci il 17 dekabr tarixli razılaşma müqaviləsinə görə yeni tikilən "xxxx" binasındakı obyekt cavabdehə verilərək adına sənədləşdirilir və qardaşların birgə fəaliyyətinin maliyyə hesabatlarını və ödənişlərini apardığına və bu işə bilavasitə rəhbərlik etdiyinə görə iddiaçı cavabdehin adına yazılmış "xxxx" binasındakı yeni tikilən obyektin tikintisinə qalan vəsaiti mütəmadi olaraq ümumi hesabdan tam ödənilməsinin həyata keçirir. Göründüyü kimi, iddiaçı tərəfindən geri tələb edilən 314.715 manat məbləğində pul vəsaiti müqaviləyə əsasən ödənilmişdir. Bu isə cavabdehin iddiaçının hesabına əsassız varlanmasını istisna edir. Çünki həmin ödənişin müqavilə əsası mövcüddur. Eyni zamanda, həmin pul vəsaitinin müqavilə şərtinə uyğun olaraq ümumi hesabdan deyil, iddiaçının öz hesabından və ya onun bildirdiyi kimi götürdüyü kredit hesabına ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. İddiaçı ilə "xxxx" QSC arasında 2008-ci il 12 avqust tarixli kredit müqaviləsinin bağlanması isə yeni tikilən "xxxx" binasındakı qeyri-yaşayış sahəsinin dəyərinin məhz həmin kreditin hesabına ödənilməsini təsdiq etmir. Çünki bununla bağlı sübutlar təqdim edilməmiş, eyni zamanda həmin kredit müqaviləsi üzrə kredit razılaşmalarında kreditin məqsədi kimi “fərdi kiçik kredit” göstərilmişdir.
58. Bununla bağlı iddaçı özünün kassasiya şikayətində hesab edir ki, razılaşmaya qədər edilmiş ödənişlərdən əlavə, tərəflər arasında bağlanmış 2011-ci il 17 dekabr tarixli "xxxx"ndən sonra da iddiaçı qardaşına görə MMC-yə pul ödəmişdir. Bunu təsdiq edən iş materiallarında MMC-nin 2021-ci il 5 may tarixli məktubu mövcuddur. İddiaçı həmin pulları bankdan faizlə götürərək ödəmişdir və bank çıxarışları da işə əlavə olunmuşdur.
59. İddiaçının kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri də cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
60. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
61. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 49) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 49) uyğun olaraq qanuni və əsaslı qətn amə qəbul etmişdir.
62. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli 2-2(103)-413/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli 22(103)-413/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir