Məhkəmə qərarları › İş №2-2(102)-564/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-564/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-564/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, alınmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyun tarixli 2-2(103)428/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə y azılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 2022-ci il 10 avqust tarixində YMM/2022/08/010 nömrəli xidmət müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, icraçı sifarişçiyə aşağıdakı xidmətləri göstərməlidir: a) sifariş olunan vaxtlarda catering (yemək) xidmətinin təmin edilməsi; b) göstərilən xidmətin gigiyena standartlarına uyğunluğu; c) icraçının bütün işçi heyətinin müvafiq geyim, baş üçün setka, yaxud papaqların təmin edilməsi; d) xidmətin və ərzağın yüksək keyfiyyətli olmasına zəmanət verilməsi. - 1.2-ci bəndinə əsasən, bu müqavilə 2022-ci il 10 avqust tarixindən 2023-cü il 10 avqust tarixinədək bağlanır və imzalandığı andan qüvvəyə minir. - 1.3-cü bəndinə əsasən xidmətlər, şifahi (o cümlədən, telefon vasitəsilə, lakin bun unla məhdudlaşmayaraq) və yaxud yazılı şəkildə, haldan asılı olaraq sifarişçinin ərazisində və ya ərazisindən kənar yerdə yerinə yetirilə bilər. - 2.1-ci bəndinə əsasən, bir nəfər üçün nahar yeməyi ƏDV xaric 4,50 manat məbləğində xidmət haqqı nəzərdə tutulmuşdur. - 2.2-ci bəndinə əsasən, xidmətlərin dəyəri hər təqvim ayı başa çatdıqdan sonra sifarişçi tərəfindən 10 iş günü ərzində ödənilməlidir.

2. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinə (ƏDV daxil) dair qaimələr: - 2023-cü il 25 sentyabr tarixli, EBDO seriyalı, 978685 nömrəli elektron qaiməyə əsasən, 7.471,17 manat təşkil edir. Qaimədə 2023-cü ilin sentyabr ayı üçün iaşə xidməti qeyd olunmuşdur. - 2023-cü il 2 may tarixli, EBDE seriyalı, 737731 nömrəli e lektron qaiməyə əsasən, 15.149,43 manat təşkil edir. Qaimədə 2023-cü ilin aprel ayı üçün iaşə xidməti qeyd olunmuşdur. - 2023-cü il 2 iyun tarixli, EBDG seriyalı, 961757 nömrəli elektron qaiməyə əsasən, 17.289,36 manat təşkil edir. Qaimədə 2023-cü ilin may ayı üçün iaşə xidməti qeyd olunmuşdur. - 2023-cü il 4 iyul tarixli, EBDJ seriyalı, 113279 nömrəli elektron qaiməyə əsasən, 12.568,77 manat təşkil edir. Qaimədə 2023-cü ilin iyun ayı üçün iaşə xidməti qeyd olunmuşdur. - 2023-cü il 2 avqust tarixli, EBDL seriyalı, 221076 nömrəli elektron qaiməyə əsasən, 13.896,27 manat təşkil edir. Qaimədə 2023-cü ilin iyul ayı üçün iaşə xidməti qeyd olunmuşdur. - 2023-cü il 4 sentyabr tarixli, EBDN seriyalı, 448323 nömrəli elektron qaiməyə əsasən, 14.395,41 manat təşkil edir. Qaimədə 2023-cü ilin avqust a yı üçün iaşə xidməti qeyd olunmuşdur. 3. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş İddiaçı MMC-nin hesabına Cavabdeh MMC-nin ödəniş tapşırıqları: - 2023-cü il 16 avqust tarixli, **********/633997835 nömrəli ödəniş tapşırığına əsasən, 12.000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı “EBDE737731, EBDG 961757 nömrəli elektron qaiməyə əsasən” olaraq qeyd edilmişdir. - 2023-cü il 22 iyun tarixli, 000İPX********** nömrəli ödəniş tapşırığına əsasən, 5.000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı “EBDE737731 nömrəli elektron qaiməyə əsasən” qeyd edilmişdir.

4. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş Cavabdeh MMC-yə aid çıxarışlar: - 2023-cü il 22 iyun tarixli çıxarışa əsasən, İddiaçı MMC tərəfindən EBDE seriyalı, 737731 nömrəli elektron qaimə üzrə 900 manat məblə ğində ödəniş edilmişdir. - 2023-cü il 16 avqust tarixli çıxarışa əsasən, İddiaçı MMC tərəfindən EBDE seriyalı, 737731 nömrəli və EBDG seriyalı, 961757 nömrəli elektron qaimə üzrə 2.160 manat məbləğində ödəniş edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 17 oktyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2022-ci il 10 sentyabr tarixli xidmət müqaviləsi (bundan sonra – “müqavilə”) üzrə yaranmış 61.082,11 manat borc və 400 manat mediasiya rüsumu olmaqla, cəmi 61.482,11 manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi yuxarıda göstəril ən hallara (bax §§1-2) istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh sözügedən müqavilənin 4.1-ci bəndinin (İcraçının hesablarını vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuşdur və pozmağa da davam etməkdədir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilərək yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmaqdadır.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 11 yan var tarixli e-2-2(113)-332/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 60.710,41 manat əsas borc və 400 manat mediasiya xərci olmaqla, cəmi 61.110,41 manat məbləğində pul iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim – Z.Axundova).

8. Məhkəmə qeyd etmişdir ki, mübahisəli 5 qaimə üzrə ƏDV daxil ümumi məbləğ 65.620,98 manat (55.611 manat əsas, 10.009,98 ƏDV məbləği) təşkil edir. EBDG seriyalı, 961757 nömrəli qaimə üzrə cavabdeh tərəfindən qismən ödəniş edilmişdir. Həmin qaimə üzrə ödənişlər bəzi hallarda başqa bir, hazırkı mübahisəyə aidiyyəti olmayan elektron qaimə (2023-cü il 2 may tarixli, EBDE seriyalı, 737731 nömrəli elektron qaimə) ilə birlikdə edilmişdir. 737731 nömrəli qaimə üzrə məbləğ 15.149,43 manat (12.838,50 manat əsas, 2.310, 93 manat ƏDV məbləği) təşkil edir. İddiaçı bildirmişdir ki, 737731 nömrəli qaimə üzrə ödəniş tam həyata keçirilmiş və həmin qaimə üzrə cavabdehin borcu yoxdur.

9. Məhkəmə ödəniş sənədlərinə istinadla qeyd etmişdir ki, iki ödəniş sənədi üzrə məbləğ 17.000 manat (5.000+12.000=17.000) edir. Həmin məbləğdən EBDE 737731 nömrəli elektron qaimə üzrə olan əsas borc məbləğini çıxaraq qalan 4.161,5 manat (17.000-12.838,50=4.161,5) məbləğ EBDG 961757 nömrəli elektron qaimə üzrə əsas məbləğdən edilmiş ödəniş kimi nəzərə alınmalıdır.

10. Məhkəmə yuxarıda göstərilən hallara (bax § 4) istinadən hesab etmişdir ki, ümumi ödənilən 3.060 manat (900+2.160=3.060) məbləğdən EBDE seriyalı, 737731 nömrəli eqaimə üzrə olan 2.310,93 manat ƏDV məbləğini çıxaraq qalan 749,07 manat (3.0602.310,93=749,07) məbləğ hazırk ı mübahisəyə aid EBDG seriyalı, 961757 nömrəli elektron qaimə üzrə edilən ƏDV ödənişi kimi nəzərə alınmalıdır.

11. Beləliklə, 2023-cü il 2 iyun tarixli, EBDG seriyalı, 961757 nömrəli elektron qaimə üzrə ödənilən ümumi məbləğ 4.910,57 manat (4.161,5+749,07=4.910,57), qalıq borc məbləği 12.378,79 manat (17.289,36-4.910,57=12.378,79), 5 qaimə üzrə ümumi borcun məbləği isə 60.710,41 manat (7.471,17+12.568,77+13.896,27+14.395,41+12.378,79=60.710,41) təşkil etmişdir.

12. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunduğu hissədə ləğv edilməsi, iddia tələbini n təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyun tarixli 2-2(103)-428/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və apardığı hüquqi qiymətləndirmə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirmişdir ki, iddiaçı cavabdehə xidmətləri göstərməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmi ş 5 gün müddətində imtina edər və ən azı, bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud olmamış, əksinə, cavabdeh qismən ödənişlər etmişdir. Tərəflər arasında işgüzar adətlərə görə xidmətlərin göstərilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.

16. Məhkəmə kollegiyası ekspertizanın təyin edilməməsi ilə bağlı hazırkı işdə tərəflər arasında bağlanmış müqavilə üzrə borcun hesablanması üçün xüsusi bilik tələb olunmadığını vurğulamışdır.

17. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 11.1, 567, 598.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 3.9-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.4, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunaraq işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. MM-in 385.1, 425.1, 425.2-ci maddələri üzrə - Müqavilənin mə qsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Buna baxmayaraq, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş, xidmətləri tam şəkildə icra etməmiş və təhvil verməmişdir. Lakin müqavilə üzrə hansı həcmdə xidmətlər göstərilmişdirsə, həmin xidmətlərin dəyərini cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir.

20. MPM-in 97.1, 81, 88-ci maddələri üzrə - Cavabdeh birinci instansiya məhkəməsinə vəsatət təqdim edərək, iddiaçı tərəfindən cavabdehə münasibətdə hansı həcmdə xidmətlərin göstərilməsi, habelə cavabdehi n iddiaçıya müqavilə üzrə borcunun olubolmamasının müəyyən olunması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, lakin məhkəmə ekspertiza təyin etməkdən yayınmış, bu barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. Bununla bağlı dəlillər apellyasiya şikayətində qeyd edilsə də, məhkəmə bunları nəzərə almamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol vermiş və düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.

21. MPM-in 9.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi cavabdehin nümayəndəsinin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

46. Azər baycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 2019-cu il 19 sentyabr tarixli Qərarının 31-ci bəndində göstərmişdir ki, hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə bax ışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünü müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.

48. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.9. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hə dlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

50. Cavabdehin nümayəndəsinin məhkəmə iclas(lar)ında iştirakının təmin edilməməsinə, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul edilməsinə dair dəlillərlə bağlı qeyd olunur ki, həmin dəlillər həqiqəti əks etdirmir. İş materiallarından görünür ki, cavabdeh tərəf MPM 135.5 və 135.8-ci maddələrinin (bax § 48) tələblərinə uyğun olaraq məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış, lakin naməlum səbəblərdən apellyasiya icraatında keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir.

51. Digər tərəfdən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 2019-cu il 19 sentyabr tarixli Qərarının 31-ci bəndində formalaşdırdığı hüquqi mövqelərdən (bax § 47) aydın olur ki, hətta məhkəmə ərizəçini məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünü müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.

52. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirən cavabdeh apellyator olduğundan özü də apellyasiya şikayətinin aqibəti ilə yaxından maraqlanmalı, öz mövqeyini məhkəmə icraatında tutarlı dəlillərlə, sübutlarla əsaslandırma istiqamətində aktivlik göstərməli idi. Lakin yuxarıda qeyd olunduğu kimi, cavabdeh tərəf h ətta məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığı halda belə, öz prosessual hüquq və imkanlarından lazımi qaydada yararlanmamışdır.

53. Kassasiya şikayətinin digər dəlilləri ilə eyniməzmunlu olan dəlillər isə iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

54. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

55. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür v ə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPMin 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 48) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 48) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

56. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyun tarixli 2-2(103)-428/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyun t arixli 22(103)-428/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar