Məhkəmə qərarları › İş №2-2(102)-570/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-570/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-570/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" QSC-nin cavabdehlərə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin əvəz edilməsi 22.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Bəhman Fərhad oğlu Qəribov və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlərə qarşı “ipoteka predmetinin əvəz edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 may tarixli 2-2(103)-477/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazıl ı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" QSC ilə MMC arasında bаğlаnmış 2017-ci il 7 iyul tarixli 005-KTİ-0001-17 saylı krеdit xətti müqаviləsinə əsasən, "xxxx" MMC-yə dövriyyə vəsaitinin artırılması məqsədilə 18 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. 2. 2017-ci il 7 iyul tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 2017-ci il 7 iyul tarixində bağlanmış 005-KTİ-0001 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, YYYYY məxsus ünvan 1 ünvanında yerləşən, dəyəri 550.000 manat məbləğində qiymətləndirilmiş, ümumi sahəsi 131,9 m2 olan qeyri-yaşayış sahəsi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və dövlət reyestrində (reyestr nömrəsi **********06-05101-083002, qeydiyyat nömrəsi **********) 2017-ci il 11 iyul tarixində qeyd iyyata alınmışdır. 3. 2017-ci il 7 iyul tarixli 005-KTİ-0001-17 saylı kredit xətti müqaviləsi və 2017-ci il 13 iyul tarixli 005- KTİ-0001-17 saylı kredit müqaviləsi üzrə 2019-cu il 15 fevral tarixinə olan 120.686,52 manat əsas borcu, 25.617,21 manat məbləğində faiz borcu kapitallaşdırılaraq, cəmi 146.303,73 manat kredit borcunun 36 ay müddətinə geri qaytarılmasına dair "xxxx" MMC ilə "xxxx" QSC arasında 2019-cu il 15 fevral tarixli 1 saylı Əlavə imzalanmışdır. Bununla əlaqədar olaraq 2017-ci il 7 iyul tarixli 005-KTİ-0001-17 saylı sonrakı ipoteka müqaviləsinə 2019-cu il 15 fevral tarixli 1 saylı Əlavə edilmişdir. 4. 2017-ci il 7 iyul tarixli 005-KTİ-0001-17 saylı sonrakı ipoteka müqaviləsinə edilmiş 2019-cu il 15 fevral tarixli 1 saylı Əlavə 2022-ci il 21 iyul tarixində ********** qeydiyya t nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. 5. 2017-ci il 7 iyul tarixli 005-KTİ-0001-17 saylı sonrakı ipoteka müqaviləsinə edilmiş 2019-cu il 15 fevral tarixli 1 saylı Əlavənin 1.2-ci bəndində görə, tərəflər razılaşır ki, "xxxx" MMC ilə "xxxx" QSC arasında 2017-ci il 7 iyul tarixində bağlanmış, 005-KTİ-0001-17 saylı kredit xətti müqaviləsinin təminatı olan, YYYY ilə "xxxx" QSC arasında bağlanmış 005-KTİ0001-17 saylı sonrakı ipoteka müqaviləsi, həmçinin "xxxx" MMC ilə BOKT "xxxx" QSC arasında bağlanmış 2019-cu il 15 fevral tarixli 1 saylı Əlavənin də təminatıdır.

6. YYY ilə Cavabdeh2 MMC arasında 2022-ci il 1 iyun tarixində bağlanmış müqaviləyə əsasən, Cavabdeh2 MMC Ağa Neymətulla küçəsi 32 ünvanında yerləşən YYYY mülkiyyətində olan 131,9 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin söküntüsünü həyata keçirərək, əvəzində həmin binada sahəsi 166,6 m2 olan qeyri-yaşayış sahəsini YYYY mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

7. İpoteka predmeti olan YYYY məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131,9 m2 olan qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC tərəfindən sökülmüşdür. 8. "xxxx" QSC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış 2022-ci il 16 avqust tarixli məktubdan görünür ki, ipoteka predmetinin 550.000 manat dəyərində başqa təminatla əvəz olunması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 9. "xxxx" QSC-nin (bundan sonra – “iddiaçı”) Cavabdeh2 MMC və YYYY (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq o laraq “MMC” və “YYYY”) qarşı 2022-ci il 28 oktyabr tarixində iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ipoteka saxlayanın razılığı olmadan Cavabdeh2 MMC tərəfindən sökülmüş, ümumi sahəsi 131,9 m2 olan qeyri-yaşayış sahəsinin (bundan sonra – “İpoteka Predmeti”) əvəzində, həmin ünvanda inşa edilən və 2022-ci il 1 iyun tarixli müqaviləyə əsasən MMC tərəfindən YYYY veriləcək ümumi sahəsi 166,6 m2 olan qeyri-yaşayış sahəsinin üzərinə iddiaçının ipoteka hüququnun şamil edilməsi, həmçinin mediasiya prosesinə görə ödənilmiş 410 manat xidmət haqqı və iddiа ərizəsinə görə ödənilmiş 840 mаnаt dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilm əsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin iddiaçı qarşısında kredit öhdəliklərinin icrasının təminatı olan əmlak ipoteka saxlayanın razılığı və məlumatı olmadan qanunvericiliyin tələblərinə zidd olaraq cavabdeh MMC tərəfindən sökülmüşdür. Nəticədə kredit öhdəliyi təminatsız qalmış, iddiaçının qanunla qorunan mənafeyi və maraqları pozulmuşdur. YYYY qanunun tələblərinə zidd olaraq nəinki əmlakın salamatlığını təmin etmiş, əksinə, yüklü əmlakı MMC ilə birlikdə qanunsuz olaraq tamamilə məhv edərək iddiaçının xeyrinə yüklü olan əmlakın yerində yeni bina inşa edilmişdir. İpoteka saxlayanın məlumatı və razılığı olmadan yüklü olan əmlakın sökülməsi, yerində başqa bir binanın inşa edilməsi ilə ipoteka saxlayana münasibətdə qanu nsuz hərəkətə yol verilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 22 fevral tarixli e-2-2(113)-2197/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – K.Hüseynov).

12. Məhkəmənin mövqeyinə görə, işin müəyyən olunmuş halları ondan ibarət olmuşdur ki, YYYY mülkiyyətində olmuş İpoteka Predmeti iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Sonradan qeyd edilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi bina cavabdeh MMC tərəfindən pilot layihə çərçivəsində sökülmüş və yerində çoxmərtəbəli binanın tikintisinə başlanılmışdır. MMC YYYY ilə 2022-ci il 1 iyun tarixində müqavilə bağlayaraq sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə elə həmin yerdə tikiləcək binada 166,6 m2 qeyri yaşayış sahəsinin verilməsi barədə razılığa gəlmişlər. İddiaçının "xxxx" MMC, YYYY və X1 qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası Sumqayıt Kommersiya Məhkəməsinin icraatındadır. İşin yuxarıda qeyd edilmiş hallarını heç bir tərəf mübahisələndirməmişdir.

13. İpoteka hüququ daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Yəni hər hansı əmlakın ipoteka ilə yüklü edilməsi üçün zəruri olan ilk şərt əmlakın mövcud olması və onun da dövlət reyestrində qeydə alınmasıdır. Hazırkı halda isə MMC tərəfindən sökülmüş İpoteka Predmetinin əvəzində MMC ilə müqavilə bağlanaraq YYYY veriləcək 166,6 m2 qeyriyaşayış sahəsi dövlət reyestrində qeydiyyatına alınmamışdır. Qeyd edilmiş əmlakın da dövlət reyestrində qeydə alınmaması, yəni dolayısı ilə mövcud olmaması ipotekanın qeyd edilmiş sonuncu əmlaka şamil olunması halını istisna etmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1-269.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. İddiaçı 2023-cü il 30 mart tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 may tarixli 2-2(103)-477/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin olunmuş, iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş MMC tərəfindən sökülmüş İpoteka Predmetinin əvəzində, həmin ünvanda inşa edilən və 2022-ci il 1 iyun tarixli müqaviləyə əsasən MMC tərəfindən YYYY veriləcək ümumi sahəsi 166,6 m2 olan qeyri-yaşayış sahəsi üzərinə iddiaçının ipoteka hüququnun şamil edilməsi, mediasiya prosesinə görə ödənilmiş 410 manat xidmət haqqı və iddiа ərizəsi ilə apellyasiya şikayətinə görə ödənilmiş 1.260 mаnаt dövlət rüsumunun bərabər hissələrdə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və V.Məmmədov).

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka predmetinə ipoteka saxlayanın razılığı olmadan sərəncam verilməsi halları və bu hallara uyğun olaraq ipoteka saxlayanın mümkün hüquqi müdafiə vasitələri “İpoteka haqqında” Qanunun 31 və 32.1-ci maddələrində göstərilmişdir. Qeyd olunan maddələrdən müəyyən edilir ki, qanunda iki hal və hər bir haldan asılı olaraq aşağıdakı hüquqi müdafiə vasitələri nəzərdə tutulub: 42.1) İpoteka saxlayanın razılığı olmadan ipoteka predmetinin ipoteka qoyan tərəfindən digər şəxsə özgəninkiləşdirilməsi halında - ipoteka saxlayan ya ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və MM-in 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını ya da ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini tələb edə bilər. 43.2) dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə hallarında - ipoteka hüququ ya əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən ö z tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər.

18. Hazırkı işdə isə ipoteka qoyan cavabdehlər 2022-ci il 1 iyun tarixində müqavilə bağlayaraq ipoteka predmeti olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə elə həmin yerdə tikiləcək binada 166,6 m2 qeyri-yaşayış sahəsinin verilməsi barədə razılığa gəlmişlər.

19. İpoteka Predmeti alqı-satqı müqaviləsi əsasında digər şəxsə özgəninkiləşdirilməmiş və əvəzində pul vəsaiti əldə olunmamışdır. Eyni zamanda, ipoteka predmeti olan daşınmaz əmlak sökülərək məhv edi lmişdir. Belə olan halda isə ipoteka saxlayan tərəfindən İpoteka Predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və MM-in 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını ya da ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etməkdən ibarət hüquqi müdafiə vasitələri effektiv vasitə kimi çıxış edə bilməz. Eyni zamanda, İpoteka Predmeti ikinci halda göstərildiyi kimi dövlət ehtiyacları üçün alınmamışdır.

20. Bununla yanaşı, yuxarıda qeyd olunan 2022-ci il 1 iyun tarixli müqavilədə hər iki formada özgəninkiləşdirmənin ayrı-ayrı elementləri vardır. Belə ki, İpoteka Predmeti birinci halda göstərildiyi kimi, digər şəxs (hazırkı halda MMC) tərəfindən əldə edilmiş v ə ikinci halda göstərildiyi kimi, əvəzinə yeni əmlak verilmişdir. Göründüyü kimi, cavabdehlər arasında faktiki olaraq MM-in 662.1-ci maddəsində göstərilmiş dəyişdirmə müqaviləsi bağlanmışdır. Lakin “İpoteka haqqında” Qanunda bu halı tənzimləyən konkret maddi hüquq norması mövcud deyil. Ona görə də MPM-in 13.4-cü maddəsi və MM-in 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Hazırkı mübahisə məhz “İpoteka haqqında” Qanunun 32.1-ci maddəsinə uyğun araşdırılmalıdır. Çünki müqavilənin məzmunu məhz ikinci hala daha çox uyğunluq təşkil etmişdir. Belə ki, ipoteka predmeti ikinci halda göstərildiyi dövlət ehtiyacları üçün alınmasa da, MMC tərəfindən sökülərək əvəzinə elə həmin yerdə tikiləcək binada eyni ölçüdə qeyri-yaşayış sahəsinin verilməsi razılaşdırıl mışdır.

21. Eyni zamanda, iddia tələblərinin qanuni əsası kimi qanunun analogiyası üzrə MM-in 269.10 və 287-ci maddələri də çıxış edə bilər. Həmçinin tərəflər arasında bağlanmış 2017-ci il 7 iyul tarixli 005-KTİ-0001-17 saylı sonrakı ipoteka müqaviləsinin 4.2.7-ci bəndinə əsasən, ipoteka qoyan ipoteka ilə yüklü edilmiş əmlakın məhv olması, zədələnməsi, hansısa səbəbdən öz dəyərini itirməsi təhlükəsi yarandıqda və ya ipoteka qoyanın sahibliyindən bu müqavilənin şərtlərinə uyğun olmayaraq çıxdıqda, ipoteka saxlayanın tələbi ilə ipoteka predmeti eyni dəyərli başqa əmlakla əvəz edilməli və ya ipoteka ilə təmin olunmuş öhdəliyi vaxtından əvvəl icra etməlidir. Hazırki işdə də qeyd olunan maddələrin və müqavilə şərtlərinin dispozisiya şərtləri mövcud olmuşdur. Belə ki, ipoteka predmetinin ipote ka saxlayanın/iddiaçının məlumatı və razılığı olmadan sökülməsi və cavabdehlərin müqavilə bağlayaraq sökülmüş İpoteka Predmetinin əvəzinə elə həmin yerdə tikiləcək binada 166,6 m2 qeyri-yaşayış sahəsinin verilməsi barədə razılığa gəlmələri işin mübahisəsiz halı olmuşdur. Halbuki “İpoteka haqqında” Qanunun 25.3.1-ci maddəsinə görə, ipoteka qoyan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməlidir.

22. Həmin Qanunun 27.2-ci maddəsində isə təsbit olunmuşdur ki, ipoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir.

23. Eyni zamanda, həmin Qanunun 31.2-ci maddəsinə görə, ipoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır.

24. İddiaçı tərəfindən MMC-yə ünvanlanmış 2021-ci il 15 dekabr tarixli 17645/21 saylı müraciətə cavab olaraq sonuncu tərəfindən bildirilmişdir ki, ipoteka qoyan YYYY ilə aralarında danışıqlar aparılır, razılıq əldə edildikdən sonra sənədləşmə işləri aparılan zaman nümayəndənizin iştirakı təmin olunacaq, qanunvericiliyin tələblərinə uyğun olaraq yeni inşa edilən qeyri-yaşayış sahəsinə dair üçtərəfli müqavilə bağlanacaq və qanunvericiliyə müvafiq olaraq iddiaçının ipoteka hüququ yeni qeyri-yaşayış sahəsinə keçəcəkdir.

25. Göründüyü kimi, hər iki cavabdeh ipoteka saxlayana münasibətdə vicdansı z davranış nümayiş etdirərək, sonuncunun razılığı olmadan ipoteka predmeti barədə birgə sərəncam vermişlər. Bu isə nəticədə əsas öhdəliyin təminatsız qalması və ipoteka saxlayanın hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki MM-in 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

26. Bu baxımdan iddiaçı “İpoteka haqqında” Qanunun 32.1-ci, MM-in 269.10 və 287ci maddələrinə əsasən, onun xeyrinə ipoteka ilə yüklü edilmiş MMC tərəfindən sökülmüş İpoteka Predmetinin əvəzində, həmin ünvanda inşa edilən və 2022-ci il 1 iyun tarixli müqaviləyə əsasən MMC tərəfindən YYYY veriləcək ümumi sahəsi 166,6 m2 olan qeyriyaşayış sahəsi üzərinə ipoteka hüququnun tanınmasını tələb etməkdə tam haqlı olmuşdur.

27. Sökülmüş qeyri-yaşayış sahəsinin əvəzində veriləcək əmlakın dövlət reyestrində qeydiyyatına alınmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi isə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki bu məsələ ipotekanın qüvvəyə minməsinə aiddir və İpoteka Predmetinin əvəzində verilən əmlak dövlət reyestrində qeydiyyatına alındığı andan “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının həmin əmlaka olan ipoteka hüququ qüvvəyə minəcək. Əks yanaşma ipoteka saxlayanın hüquqlarının kobud şəkildə pozulması və əsas öhdəliyin təminatsız qalması ilə nəticələnə bilər.

28. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstər ilən əsaslara görə iddia təmin edilməli, həmçinin MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 11.1, 16.1, 269.10, 287, 560.2 və 662.1-662.3-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 25.3.1, 27.2, 30.1, 31 və 32.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.4 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 9 iyun tarixində YYYY göndərilmiş, YYYY 2023-cü il 7 avqust tarixində kassasiya şikayəti verərək həmin qətnamədən ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kas sasiya şikayətinin dəlilləri 31. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1 və 13.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddələri üzrə - Məhkəmə “İpoteka haqqında” Qanunun 32.1-ci maddəsini yanlış şərh və tətbiq etmişdir. Belə ki, həmin normada heç də məhkəmənin qeyd etdiyi kimi ipoteka predmetinə ipoteka saxlayanın razılığı olmadan sərəncam verilməsi halları və bu hallara uyğun ipoteka saxlayanın hüquqi müdafiə vasitələri barədə müddəalar əks olunmamışdır. Həmin normada “ipoteka predmetinin məcburi alınmasının nəticələri” barədə qaydalar öz əksini tapmışdır. Nəzərə almaq lazımdır ki, ipoteka predmetinə sərəncam vermə qaydalarının pozulması ilə ipoteka predmetinin məcburi alınması tamamilə fərqli prosedur olmaqla fərql i hüquqi nəticələr yaradır. Belə ki, ipoteka predmetinin məcburi alınması prosesində hər hansı, eləcə də ipoteka predmetinə sərəncam vermə qaydalarının pozuntusuna yol verilmir. Bu proses ipoteka qoyanın mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verilməsi qaydasıdır ki, burada ipoteka saxlayanın razılığı ümumiyyətlə tələb olunmur, lakin onun hüquqları ipoteka hüququ ipoteka qoyana əvəz olaraq verilmiş əşyaya şamil edilməklə qorunur. Hazırkı işdə isə iddiaçı məhz onun razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi nəticəsində pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bu isə o deməkdir ki, iddia tələbinin əsası olan halla (ipoteka predme tinə sərəncam verilməsi qaydasının pozulması) məhkəmənin mübahisəyə tətbiq etdiyi norma (ipoteka predmetinin dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində məcburi alınması) bir-biri ilə uzlaşmır. Məhkəmə sözügedən normanı səhv şərh etmiş və mübahisəyə tətbiq edilməli olmadığı halda onu tətbiq etmişdir. 32. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1 və 13.2-ci, MM-in 203.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 və 48.1.4-cü maddələri üzrə - Məhkəmənin mübahisəyə tətbiq etdiyi “İpoteka haqqında” Qanunun 32.1-ci maddəsində mülkiyyət hüququna xitam verilməsinin konkret əsasları göstərilmişdir. İddiaçı isə ipoteka predmetinin onun xəbəri və razılığı olmadan sökülməsinə, məhv edilməsinə istinad edir. Qanunvericiliyin tələblərindən bəllidir ki, daşınmaz əmlakın məhv edilməsi mülkiyyətçinin həmin əmlaka olan mülkiyyət hüquqlarının itirilməsi əsaslarından biridir. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 32.1-ci maddəsində göstərilən mülkiyyət hüququna xitam verilməsi əsasları içərisində əmlakın məhv edilməsi nəticəsində mülkiyyət hüququna xitam verilməsi əsası öz əksini tapmamışdır. Yəni, məhkəmənin mübahisəyə tətbiq etdiyi normada nəzərdə tutulan mülkiyyət hüququna xitam əsası ilə hazırkı işdəki əsas (əmlakın məhv edilməsi) tamamilə fərqli-fərqlidir. Odur ki, məsələyə bu aspektdən baxdıqda da (mülkiyyət hüququna əmlakın məhv olması, yoxsa dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verilməsi) qanunun analogiyasından s öhbət gedə bilməz. Ona görə də sözügedən normanın hazırki mübahisəyə tətbiqi yolverilməzdir. Bununla yanaşı, mülkiyyət hüququna xitam verilməsinin qeyd olunan əsasları ipoteka predmetinə münasibətdə fərqli hüquqi nəticələr yaradır. İpoteka predmeti olan əşyaya mülkiyyət hüququna onun dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verilməsinin hüquqi nəticələri “İpoteka haqqında” Qanunun 32.1-ci maddəsində nəzərdə tutulduğu halda, ipoteka predmetinin məhv edilməsinin hüquqi nəticəsi həmin Qanunun 48.1.4-cü maddəsində əks olunmuşdur. Sözügedən maddədə qeyd edilmişdir ki, ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir. Odur ki, iddia tələbinin əsası olan halı (ipoteka predmetinin məhv edilməsi) tənzimləyən konkret maddi hüquq norması olduğu halda qanunun analogiyası üzrə hər hansı digər hüquq normasının mübahisəyə tətbiqi düzgün olmamışdır. 33. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.3-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.4-cü maddələri üzrə - Məhkəmənin qanunun analogiyası üzrə MM-in 269.10 və 287-ci maddələrini mübahisəyə tətbiq etməsi düzgün olmamışdır. İpoteka predmetinin məhv edilməsinin hüquqi nəticələri sahə normativ hüquqi aktı olan “İpoteka haqqında” Qanununda konkret göstərilmişdir. Belə ki, həmin Qanunun 48.1.4-cü maddəsində qeyd edilir ki, ipoteka predmeti məhv olduqda, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunda ipoteka predmetinin məhv edilməsinin hüquqi nəticəsi konkret və açıq göstərildiyinə görə bu münasibətlərə başqa hüquq no rmalarının tətbiq edilməsi yuxarıda adıçəkilən Konstitusiya Qanununa əsasən uyğun olmamışdır. 34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.1 və 5.2-ci, MPM-in 114.1.1, 114.2 və 119.1-ci maddələri üzrə - Məhkəmə mediasiya prosesinə görə ödənilmiş 410 manat xidmət haqqının, iddia ərizəsi və apellyasiya şikayətinə görə ödənilmiş 1.260 manat dövlət rüsumunun bərabər hissələrdə cavabdehlərdən tutulmasını qət etmişdir. Bu hissədə də qətnamə əsassızdır. Belə ki, iddiaçı ərizəsində onun xeyrinə ipoteka ilə yüklü edilmiş, sonradan qanunsuz olaraq sökülən dəyəri 550.000 manat məbləğində qiymətləndirilən qeyri-yaşayış sahəsinin eyni dəyərdə başqa daşınmaz əmlakla əvəz etmək öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını, eyni dəyərdə başqa daşınmaz əmlak olmadığı təqdirdə sökülən əmlakın əvəzinə MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən Cavabdeh1 verilmiş daşınmaz əmlaka iddiaçının ipoteka hüququnun tanınmasını, həmçinin mediasiya prosesinə görə ödənilmiş 410 manat xidmət haqqı və iddia ərizəsinə görə ödənilmiş 840 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbini dəyişdirərək iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş ipoteka saxlayanın razılığı olmadan MMC tərəfindən sökülmüş qeyri-yaşayış sahəsinin əvəzində, həmin ünvanda inşa edilən və 2022-ci il 1 iyun tarixli müqaviləyə əsasən MMC tərəfindən YYYY veriləcək qeyri-yaşayış sahəsinin üzərinə iddiaçının ipoteka hüququnun şamil edilməsi, həmçinin mediasiya prosesinə görə ödənilmiş 410 manat xidmət haqqı və iddiа ərizə sinə görə ödənilmiş 840 mаnаt dövlət rüsumu məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı əvvəlcə qiymətləndirilən iddia növündə məhkəməyə müraciət edərək ona uyğun mediasiya xərci və dövlət rüsumu ödəmiş, daha sonra yanlış olan iddia tələbində düzəliş edərək onu qiymətləndirilməyən iddia növünə dəyişmişdir. Belə vəziyyətdə iddiaçı qanunvericiliklə müəyyən edilmiş miqdardan artıq ödədiyi mediasiya xərcinin və dövlət rüsumunun ona geri qaytarılmasını tələb etməli olduğu halda bunu etməmiş, həmin məbləğin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Halbuki MPM-in 114.1.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılı r. İşə baxan məhkəmə isə mediasiya xərci və dövlət rüsumuna aid hissədə iddiaçının tələbinin qanunvericiliyin tələblərinə uyğun olmamasını yoxlamamış, həmin xərcləri qətnamə ilə ödənilmiş tələbə, qət etdiyi nəticəyə uyğun müəyyən etməli olduğu halda, bunu etməmişdir. Bu isə MPM-in 119.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Məhkəmə iddiaçının hansı məbləğdə mediasiya xərci və rüsum ödəməsindən asılı olmayaraq, bu xərcləri qiymətləndirilməyən iddia növlərinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğlərə uyğun tərəflər arasında mütənasib şəkildə bölməli idi. Nəticə etibarı ilə iddiaçının yanlış iddia tələblərinə görə artıq ödədiyi məhkəmə xərclərinin cavabdehdən tutulması əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı tər əf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikas ının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası)....” “Maddə

16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə hə yata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir....” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmi şdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir....” “Maddə

269. Girov və ipoteka hüququ anlayışı... 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir....” “Maddə

287. Girov predmetinin bərpa və əvəz edilməsi Girov predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüququna xitam verildikdə girov qoyan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini ic ra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüq uqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi;...” “Maddə

662. Dəyişdirmə müqaviləsi 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 662.3. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.” 39. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

10. İpoteka müqaviləsi... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “Maddə

25. İpoteka qoyanın hüquq və vəzifələri... 25.3. İpoteka qoyan aşağıdakı vəzifələri daşıyır: 25.3.1. ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək;...” “Maddə

27. İpoteka qoyulan əşyanın saxlanılması və sığorta... 27.2. İpoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir....” “Maddə

30. İpoteka predmetinə sərəncam verilməsi 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir....” “Maddə

31. İpoteka predmetinə sərəncam vermə qaydalarının pozulması nəticələri 31.1. İpoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılar-dan birini tələb edə bilər: 31.1.1. ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; 31.1.2. ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini. 31.2. İpoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır. Maddə

32. İpoteka predmetinin məcburi alınmasının nəticələri 32.1. İpoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüqu qu əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər....” 40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları... 5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müd dətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” “... 3.1. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır.... 4.1. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət et məlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir....”

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarında müəyyən edilmişdir ki: “... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.”

43. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar... 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq no rması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

119. Məhkəmə xər clərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. İddiaçı onun xeyrinə ipoteka ilə yüklü edilmiş, ipot eka saxlayanın razılığı olmadan MMC tərəfindən sökülmüş qeyri-yaşayış sahəsinin əvəzində MMC tərəfindən YYYY veriləcək digər qeyri-yaşayış sahəsinin üzərinə iddiaçının ipoteka hüququnun şamil edilməsini xahiş etmiş, iddia rədd edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı təmin etmişdir.

45. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni tamamilə qanuni və əsaslı hesab edir.

46. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ipoteka predmetinin ipoteka saxlayanın (iddiaçı) məlumatı və razılığı olmadan sökülməsi və cavabdehlərin müqavilə bağlayaraq ipoteka predmeti olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə, elə həmin yerdə tikiləcək binada 166,6 kv.m qeyri-yaşayış sahəsinin verilməsi barədə razılığa gəlmişlər.

47. Sözügedən vəziyyətlə bağlı qanunvericilikdə ipoteka saxlayanın maraqlarının müdafiəsini birbaşa təmin edən norma nəzərdə tutulmasa da, tərəflər arasında bağlanmış müqavilədə müvafiq şərt razılaşdırılmışdır.

48. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında bağlanmış 2017-ci il 7 iyul tarixli 005-KTİ0001-17 saylı Sonrakı İpoteka müqaviləsinin 4.2.7-ci bəndinə əsasən, ipoteka qoyan ipoteka ilə yüklü edilmiş əmlakın məhv olması, zədələnməsi, hansısa səbəbdən öz dəyərini itirməsi təhlükəsi yarandıqda və ya ipoteka qoyanın sahibliyindən bu müqavilənin şərtlərinə uyğun olmayaraq çıxdıqda, ipoteka saxlayanın tələbi ilə ipoteka predmeti eyni dəyərli başqa əmlakla əvəz edilməli və ya ipoteka ilə təmin edilmiş öhdəliyi vaxtından əvvəl icra etməlidir.

49. Göründüyü kimi, hazırkı işdə, ən azından, qeyd olunan müqavilə şərtlərinin dispozisiya şərtləri mövcuddur.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” qərarında (bax bu qərarın 43-cü bəndinə) formalaşdırdığı hüquqi mövqeyə görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

51. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və müqavilə şərti iddiaçıya hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə və həmin tələbin məhkəmə tərəfindən əsaslı hesab olunmasına imkan verməkdədir.

52. Bu qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, qanun hər hansı mülki hüquq subyektinin öz hüquqlarından sui-istifadə etməklə başqa şəxslərə zərər vurmasını qadağan edir.

53. Belə ki, MM-in 16.1, 152.5, 152.6, 560.1, 560.2, 560.3, 560.3.1-ci maddələrinin (bax bu qərarın 39-cu bəndinə) tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmla ka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadə hallarından biri hesab olunur.

54. Həmçinin MM-in 5.3 və 425-ci maddələrinə (bax bu qərarın 39-cu bəndinə) görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

55. Eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25.3.1, 27.2 və 31.2-ci maddələrinin (bax bu qərarın 40-cı bəndinə) məzmununa görə, ipoteka qoyan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməli, ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir. İpoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipo teka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır.

56. İşin apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallardan isə məlum olur ki, iddiaçı tərəfindən MMC-yə ünvanlanmış 2021-ci il 15 dekabr tarixli 17645/21 saylı müraciətə cavab olaraq sonuncu tərəfindən bildirilmişdir ki, ipoteka qoyan Cavabdeh1 ilə aralarında danışıqlar aparılır və razılıq əldə edildikdən sonra sənədləşmə işləri aparılan zaman nümayəndənizin iştirakı təmin olunacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq yeni inşa edilən qeyri-yaşayış sahəsinə dair üçtərəfli müqavilə bağlanacaq və qanunvericiliyə müvafiq olaraq iddiaçının ipoteka hüququ yeni qeyri-yaşayış sahəsinə keçəcəkdir. Lakin hər iki cavabdeh sonuncunun razılığı olmadan ipoteka predmeti barədə birgə sərəncam vermiş, bu isə əsas öhdəliyin təm inatsız qalması və ipoteka saxlayanın hüquqlarının pozulması ilə nəticələnmişdir.

57. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hər iki cavabdeh ipoteka saxlayana münasibətdə öz hüquqlarından sui-istifadə edərək və vicdansız davranış nümayiş etdirərək istinad olunan qanun normalarını kobud surətdə pozmuşlar. İpoteka qoyan isə həmçinin ipoteka saxlayanla (iddiaçı) bağladığı Sonrakı İpoteka müqaviləsinin 4.2.7-ci bəndinin şərtini də pozmuşdur.

58. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisənin mahiyyəti üzrə yekun olaraq düzgün və ədalətli nəticəyə gəlmiş, kassasiya şikayətində isə bununla əlaqədar gətirilən dəlillər əsassızdır.

59. Kassatorun prosessual xarakterli digər dəlili mahiyyət etibarilə ondan ibarətdir ki, iddiaçı əvvəlcə qiymət ləndirilən iddia növündə məhkəməyə müraciət edərək ona uyğun mediasiya xərci və dövlət rüsumu ödəmiş, daha sonra yanlış olan iddia tələbində düzəliş edərək onu qiymətləndirilməyən iddia növünə dəyişmişdir. Belə vəziyyətdə iddiaçı qanunla müəyyən edilmiş miqdardan artıq ödədiyi mediasiya xərcinin və dövlət rüsumunun ona geri qaytarılmasını tələb etməli olduğu halda bunu etməmiş, həmin məbləğin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Halbuki MPM-in 114.1.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə isə həmin xərcləri qətnamə ilə ödənilmiş tələbə, qət etdiyi nəticəyə uyğun müəyyən etməli olduğu halda, bunu etməmiş, bu isə MPM-in 119.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Nəticə etibarı ilə iddiaçının yanlış iddia tələblərinə görə artıq ödədiyi məhkəmə xərclərinin cavabdehdən tutulması əsassız olmuşdur.

60. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.3 və 5.4-cü maddələrinə (bax bu qərarın 41-ci bəndinə) əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

61. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 3.1 və 4.1-ci bəndlərinə görə, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir.

62. Baxılan işin materiallarından isə iddiaçının düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün məhkəməyə ərizə ilə müraciət etməsi görünmür.

63. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin edən apellyasiya instansiyası məhkəməsi də tamamilə haqlı olaraq MPM-in 119.1- ci maddəsinin tələblərinə görə məhkəmə xərclərini bərabər hissələrdə cavabdehlərə aid etmişdir.

64. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax bu qərarın 44-cü bəndinə) tələblərinə əməl etmiş, MPM-in 217.1-ci maddəsinə (bax bu qərarın 44-cü bəndinə) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

65. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 may tarixli 2-2(103)-477/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsas ən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh YYYY-in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 may tarixli 2-2(103)-477/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar