Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-573/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk İddiaçı MMC-nin ilk iddia üzrə Cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidmət müqaviləsi, müqavilənin ləğvi, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və pul tələbinə dair ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli 2-2(103)531/2023 saylı qətnaməsindən ilk İddiaçı MMC və cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Prodüser İddiaçı MMC ilə aktyor Cavabdeh arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli xidmət müqaviləsinin şərtlərinə görə: - Prodüser “Kəklikotu 2” (baş rolun ifaçısı kimi), “Qış nağılı” (ikinci planlı rolun ifaçısı kimi) adlı filmlərin çəkiliş qrupun tərkibinə aktyor vəzifəsinə Cavabdeh qəbul edir (1.1-ci bənd). - Aktyor filmlərin yaradılması prosesində tam həcmdə icrası üçün yaradılan yaradıcılıq hüququnun və habelə digər əlaqəli hüquqların obyektləri prodüserə onlara müstəsna hüquq verir. Bu zaman prodüserə verilən hüquq istifadə hüququ icrası və onun yaz ıları kimi, həm də ondan ayrı filmlərdə, həmçinin səsli və vizual bir sıra icrasının ayrılıqda istifadə etmək hüququ daxildir (1.2-ci bənd). - Aktyora yuxarıda adıçəkilən 2 filmlərdə çəkiliş üçün 48.600 manat məbləğində qonorar ödəniləcəkdir. Ödəniş tərəflərin razılaşdırdığı kimi müəyyən müddətdə həyata keçiriləcəkdir (4.1-ci bənd). - Müqavilənin 4.1-ci bəndində göstərilən məbləğdən aktyora avans şəklində 50%, yəni 24.300 manat məbləğində ödəniləcəkdir, yerdə qalan 50%, yəni 24.300 manat məbləğində honorar filmlərin çəkilişi qurtardıqdan sonra ödəniləcəkdir (4.3-cü bənd). 2. 2019-cu il 20 fevral tarixində 24.300 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) 2022-ci il 15 dekabr tarixində Cavabdeh qarşı (bundan sonra-“cavabdeh”) “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli xidmət müqaviləsinin ləğv edilməsi, 24.300 manat məbləğində pulun, 200 manat məbləğində mediasiya xərcinin və 800 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, “Qış nağılı” adlı filmin çəkilişinə hazırlıq başlayarkən cavabdeh başqa bir filmin çəkilişi ilə bağlı “Qış nağılı” filminə çəkilə bilməyəcəyini bildirmiş və buna görə də iddiaçı məcbur qalaraq cavabdehin əvəzinə həmin filmdə onun ifa edəcəyi rola başqa bir aktyoru dəvət etm işdir. Beləliklə də, cavabdeh aralarında bağlanmış 2019-cu il 18 yanvar tarixli xidmət müqaviləsi üzrə öhdəliyini pozaraq “Qış nağılı” adlı filmə çəkilməmişdir. Lakin cavabdehin 2019-cu il 18 yanvar tarixli xidmət müqaviləsi üzrə öhdəliyini icra etməməsinə baxmayaraq, onlar yenə də cavabdehlə əməkdaşlığı davam etdirmişlər. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 23 oktyabr tarixli xidmət müqaviləsinə əsasən cavabdeh “Ofis işi” adlı serialda baş rola çəkilməyi öhdəsinə götürmüşdür. Lakin “Ofis işi” adlı serialın çəkilişi dövründə də cavabdeh yenə aralarında bağlanmış 2019-cu il 23 oktyabr tarixli xidmət müqavilənin şərtlərini kobud və əhəmiyyətli şəkildə pozaraq öz öhdəliklərini lazımi şəkildə icra etməməklə serialın çəkilişində böyük problemlər yaratmışdır. Belə ki, cav abdeh çəkilişlərə vaxtında gəlməmiş və ya gəlməkdən imtina edirdi ki, bu da bütün çəkiliş prosesinin ləngiməsinə, digər aktyorların boş dayanmasına və əlavə xərclərin yaranmasına səbəb olmuşdur. Həmçinin cavabdeh müqavilə şərtlərini pozaraq müqavilədə nəzərdə tutulandan artıq ödəniş tələb edir və əgər onun istədiyi məbləğ ödənilməsə, çəkilişə gəlməyəcəyini bildirmişdir. Bundan sonra iddiaçı “Kəklikotu 2” filmində də cavabdehin eyni qaydada hərəkət edəcəyindən əmin olduqları üçün 2019-cu il 18 yanvar tarixli xidmət müqaviləsinin ləğv edilməsi və ödənilmiş avansın geri qaytarılması ilə bağlı cavabdehə müraciət olunmuş, lakin cavabdeh avans kimi ona ödənilmiş 24.300 manat məbləğində pulun geri qaytarılmasından imtina etmişdir. Bununla da cavabdeh iddiaçının hüquqlarını kobud surətdə pozmuş və iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ilk iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, ilk iddia əsassız olduğundan təmin edilməməlidir. Lakin əsaslı olduğu halda belə, müqavilədə müddət göstərilmədiyi üçün iddia müddətinin axımı 2019-cu il 18 yanvar tarixindən (müqavilə bağlandığı tarixdən) hesablanmaqla müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi səbəbindən iddia rədd edilməlidir. Həmçinin cavabdeh ilk iddia ilə birgə baxılması üçün iddiaçıya qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan onun xeyrinə 24.300 manat məbləğində zərərin əvəzinin tutularaq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin 3.9-cu bəndinə əsasən Prodüser Aktyora aşağıda göstərilən iş vaxtı rejimi təmin edir: Filmlərin hazırlıq dövründə - 8 saatlıq iş 1 saatlıq fasilə ilə, hər 5 günlük işi üzrə - 2 istirahət günü; Çəkiliş dövründə - 12 saat iş 1 saatlıq fasilə ilə (tam çəkiliş növbəsi), hər 6 günlük işi üzrə - 1 istirahət günü. Göründüyü kimi, həmin müqavilə üzrə cavabdeh tərəf iddiaçını tam məşğul etmiş, bununla da iddiaçı ona təklif olunan digər layihələr üzrə çəkilişlərdən imtina etmişdir. Belə ki, müqavilənin müddətinin çəkilişlərin tam qurtardığı müddətə qədər qüvvədə olması şərti o demək deyil ki, cavabdeh uzun müddət filmin çəkiləcəyi tarixi gözləməli, bununla da ona təklif olunan layihələrdə çəkilməkdən məh rum olmalıdır. Göründüyü kimi, cavabdeh tərəf icranı özü gecikdirmişdir. İddiaçı ona təklif edilən digər layihələrdən imtina etmək məcburiyyətində qalmış, əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur.
6. İddiaçı qarşılıqlı iddiaya etiraz etmiş və bildirmişdir ki, cavabdehin ilk iddiaya münasibətdə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi iddianı etirafı anlamına gəlir. Lakin iddia müddətinin tətbiqi ilə bağlı ərizə əsassızdır. Belə ki, MM-in 377.3-cü maddəsi həmin Məcəllənin 427-ci maddəsinin tələbləri baxımından şərh edilməlidir. Həmçinin öhdəliklərin icrası ilə bağlı müddətin hesablanması zamanı COVİD-19 pandemiyası zamanı iddiaçı və cavabdehin fəaliyyətinin dövlət tərəfindən icazə verilən fəaliyyət növü olmaması da nəzərə alınmalıdır. Tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarix li xidmət müqaviləsi MM-in 328.1-ci maddəsinin tələbləri baxımından şərtlə bağlanmış əqddir, eyni zamanda, MM-in 328.6-cı maddəsinin tələbləri baxımından təxirəsalıcı şərtlə bağlanmış əqddir. 2019-cu il 18 yanvar tarixli xidmət müqaviləsinə əsasən tərəflərin hüquq və vəzifələrinin yaranması gələcəkdə gözlənilən naməlum hadisədən asılı edilmişdir. Belə ki, müqavilə bağlanarkən cavabdeh bilirdi ki, “Kəklikotu-2” filminin heç ssenarisi də yoxdur. Beləliklə də cavabdeh müqaviləni imzalayarkən təxirəsalıcı şərt, yəni “Kəklikotu-2” filminin çəkilişinin qeyri-müəyyən gələcəkdə tərəflər üçün naməlum olan bir tarixdə baş verəcəyi və iddiaçının tələbinə əsasən icra etməli olacağı bir öhdəlik olması artıq ona məlum idi. Cavabdeh müqaviləni imzalamaqla yuxarıda sadalananları qəbul etmiş və bununla bağ lı öhdəlik götürmüşüdür. Sübutların tədqiqatı zamanı cavabdehin “Qış nağılı” filminin çəkilişindən məlumatlı olduğu, filmin çəkiliş meydançasına gəldiyi və filmə çəkilmək istədiyini bildirməsini hər iki tərəf təsdiq etmişdir. Cavabdeh məhkəmə prosesi zamanı “Qış nağılı” filminin çəkilişi zamanı başqa heç bir şəxs qarşısında öhdəliyinin olmamasını, “Qış nağılı” filmində çəkilərsə, böyük məbləğdə cərimə edilməyəcəyini və həmin vaxt başqa şəxslə bağladığı müqavilənin müddətinin bitməsini əsas gətirmiş, həmin müqaviləni məhkəməyə təqdim edəcəyini bildirmiş və məhkəmə də cavabdehin digər şəxslə olan müqaviləni təqdim etməsini tələb etmişdir. Lakin cavabdeh həmin müqaviləni məhkəməyə təqdim etməmiş və bununla da heç bir şəxs qarşısında öhdəliyinin olmamasını, “Qış nağılı” filmində çəkilərsə, böy ük məbləğdə cərimə edilməyəcəyini və həmin vaxt başqa şəxslə bağladığı müqavilənin müddətinin bitməsini sübut edə bilməmişdir. Cavabdeh məhkəmə prosesi zamanı iki fərqli izahat verərək əvvəlcə COVİD-19 pandemiyası zamanı böyük çətinliklərlə üzləşdiyini və maddi çətinliklər ucbatından hətta bir mənzilini satdığı haqqında izahat versə də, sonrakı izahatında COVİD-19 pandemiyası zamanı işlərinin aktiv şəkildə davam etdirməsi və çəkilişlər aparmasına istinad etmişdir. Lakin həmin dövrdə film və serialların çəkilişi icazə verilən fəaliyyət növlərinin siyahısında olmamışdır. Həmçinin cavabdeh “Kəklikotu” və “Qış nağılı” filmlərində və “Ofis işi” serialında müqavilə ilə götürdüyü öhdəliklərini icra etməmişdir. Cavabdeh qarşılıqlı iddia verərək “Qış nağılı” filmində çəkilmək üçün digər təkliflər dən imtina etməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, iddiaçının təqdim etdiyi sübutlardan cavabdehin aktiv şəkildə film və serialların çəkilişində iştirak etməsi aydın olmuşdur.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 mart tarixli e-2-2(113)-552/2023 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli xidmət müqaviləsinin ləğv edilməsi, cavabdehdən 24.300 manat məbləğində pul, ödənilmiş 200 manat dövlət rüsumu və 500 manat hüquqi yardıma görə xərc, ümumilikdə 25.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi və məhkəmə xərclərinin qalan hissədə tərəflərin özlərinə aid olunması qət edilmişdir (hakim – Ü.Həsənova).
8. Məhkəmən in mövqeyi belə olmuşdur ki, tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli xidmət müqaviləsinin 9-cu bəndində müqavilənin müqavilədə göstərilən filmin çəkilişləri tam qurtardığı müddətə qədər etibarlı olması nəzərdə tutulmuşdur. İddiaçı 2022ci il 28 noyabr tarixində cavabdehə məktub ünvanlayaraq 2019-cu il 18 yanvar tarixli xidmət müqaviləsinin ləğvini və ödənilmiş 24.300 manat məbləğində pulun geri qaytarılmasını təklif etmişdir. Məhkəmə iclaslarında (2023-cü il 3 mart və 2023-cü il 10 mart tarixli) cavabdeh iddianı həmin hissədə qəbul etdiyini, tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli xidmət müqaviləsinin ləğvi barədə iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə cavabdehin də etiraf etməsinə istinadla ilk iddia tələbinin 2019-cu il 18 yanvar tarixli xidm ət müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı olması nəticəsinə gəlmişdir.
9. Həmçinin 2019-cu il 18 yanvar tarixli xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı xidmət göstərilmədiyindən müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə aktyor qismində iddiaçıya xidmət göstərilməsi məqsədi ilə 2019-cu il 20 fevral tarixində avans şəklində ödənilmiş 24.300 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 24.300 manat məbləğində pul öhdəliyin icrasının təmin edilməsi məqsədilə ödənilmiş beh deyil, qabaqcadan ödənilmiş avans məbləği olmuşdur.
10. Cavabdeh iddiaya dair etirazında iddiaçı tərəfindən ona müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə əlaqədar olaraq zərər dəydiyini, bu səbəbdən avansın geri qaytarılmalı olmadığı nı bildirsə də, MPM-nin 77.1-ci maddəsinə əsasən öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.
11. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icrası müddəti müəyyənləşdirilməmiş, məhkəmə araşdırması zamanı tərəflərin (iddiaçının qanuni təmsilçisi və cavabdeh) izahatları və iddiaçının qanuni təmsilçisi ilə cavabdeh arasında olan “vatsap” yazışmalarından kreditor (iddiaçı) tərəfindən borcluya (cavabdeh) qarşı öhdə liyin icrası ilə bağlı hər hansı tələb irəli sürülmədiyi müəyyən edilmişdir. Cavabdeh müqavilədə müddət göstərilmədiyi üçün iddia müddətinin axımının 2019-cu il 18 yanvar tarixdən (müqavilə bağlandığı tarixdən) hesablanmaqla müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi səbəbindən iddianın rədd edilməli olduğunu bildirmişdir. Məhkəmə cavabdehin bu arqumenti ilə razılaşmayaraq bildirmişdir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatlarında, habelə qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən ona öhdəliyin icrası ilə bağlı hər hansı tələb irəli sürülmədiyini, uzun müddət iddiaçıdan müqavilədə göstərilmiş “Kəklikotu 2” filminin çəkilişi ilə bağlı dəvət gözlədiyini göstərmişdir. Beləliklə də, MM-nin 377.3-cü maddəsinə əsasən icr a müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlandığını nəzərə aldıqda məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
12. Qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda cavabdeh iddiaçının təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddəsində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə mü vafiq sübutları təqdim edə bilməmişdir.
13. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi MM-in 21.1, 21.2, 372.1, 372.2, 373.2, 377.1, 377.2, 386.1, 421.1, 423.2, 424.2, 424.3, 427.2, 427.4, 1096.2, 1097, 1099.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021ci il 14 aprel tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 78.1, 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Qətnamə 2023-cü il 16 mart tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, cavabdeh 2023-cü il 17 aprel tarixdə apellyasiya şi kayəti verərək qətnamənin qismən – “ilk iddianın pul tələbi” və “qarşılıqlı iddianın təmin olunmaması” hissələrində ləğv edilməsi, ilk iddianın “pul tələbi” hissəsində rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli 2-2(103)-531/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən 24.300 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia rədd olunmuş, qətnamə qarşılıqlı iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakim lər – V.Baxışova və A.Hüseyn).
16. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Tərəflər arasında bağlanmış müqavilənin predmeti və şərtləri nəzərə alındıqda müqavilənin predmetinin iki filmin çəkilişinə aktyorun cəlb edilməsi ilə bağlı olduğu, eyni zamanda aktyorun bilavasitə gördüyü iş filmin çəkilişində ona ayrılmış rolun canlandırmasından ibarət olduğu müəyyən edilmişdir. Bu işlərin nəticəsində hazırlanan məhsul isə kinofilmdir. Göründüyü kimi, müqavilədə MM-in 752.1-ci maddəsində nəzərdə tutulmuş podrat müqaviləsinin ünsürləri yer alıb.
17. Bundan əlavə, müqavilənin 1.2, 5, 6.1-cı bəndlərində göstərilən müstəsna hüquqlarla bağlı müddəalarından aydın olur ki, müqavilədə “Müəllifli k hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş müəllif müqavilələri üzrə müəlliflik hüquqlarının verilməsi ilə bağlı şərtlər də nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alınaraq, tərəflər arasında bağlanmış müqavilə MM-in 390.4-cü maddəsində nəzərdə tutulmuş qarışıq müqavilədir.
18. MM-in podrat müqaviləsinə aid 752-776-ci maddələrindən görünür ki, iddiaçının istinad etdiyi hal, yəni podrat işlərinə görə muzdun bir hissəsinin əvvəlcədən avans olaraq ödənilməsinə baxmayaraq, podratçının öz öhdəliyini pozaraq işlərin yerinə yetirilməsindən əsassız imtina etməsi halını tənzimləyən normalar mövcud deyil. Bununla yanaşı, ilk iddia tələbləri cavabdehin öz öhdəliklərinin pozulması halı ilə əsaslandırıldığına görə, hazırkı mübahisə MM-in öhdəliklərin pozulmas ı ilə bağlı halları tənzimləyən normalarına uyğun həll edilməlidir. Bu baxımdan, öhdəliyin anlayışı MM-in 385.1-ci maddəsində, öhdəliyin icra edilməməsi anlayışı MM-in 442-ci maddəsində, öhdəliyin icra edilməməsinə görə məsuliyyət isə MM-in 448.1 və 448.2-ci maddələrində göstərilmişdir. Qeyd olunanlara əsasən, iddianın əsaslı hesab edilməsi üçün iddiaçı cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri onun risk dairəsinə daxil olan hallara görə pozmuş olmasını sübut etməlidir. Lakin iddiaçı bu halları təsdiq edən sübutları, yəni cavabdehi filmin çəkilişinə dəvət etməsi, sonuncunun isə filmin çəkilişindən imtina etməsi və ya yayılmasını təsdiq edən hər hansı sübutu təqdim etməmiş və üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh göstərilən halı mübahisələndirmi ş və filmin çəkilişinə dəvət edilmədiyini bildirmişdir.
19. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində cavabdehin (aktyorun) göstərilən öhdəlikləri müəyyən edilmişdir: filmlərin ssenarisi, təqvim-əsas planı əsasında, quruluşçu rejissorun göstəriş və tələblərinə uyğun rolun ifası etmək (2.2.1); məşqlərin və ya çəkilişin aparıldığı yerlərə aktyorun/ifaçının məşğulluq qrafikində göstərilən vaxtda gəlmək (2.2.3). Müqavilənin 3-cü bəndində isə prodüserin öhdəlikləri müəyyən edilmişdir: müqavilə üzrə 1.1-ci bəndində adları çəkilən filmlərə çəkilmək, o cümlədən həmin müqavilədə adıçəkilən aktyorun iştirak edilməsini təmin etmək (3.1); aktyorun əmək şəraitini təmin etmək (3.2); aktyorun iş vaxtı rejimi müəyyən edən qaydada təmin etmək (3.5); Aktyora iş vaxtı rejimini təm in edir (3.9). Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə aktyor təqvim planı və məşğulluq qrafiki əsasında çəkilişdə iştirak etməli idi, aktyorun iştirakını, əmək şəraitini və iş vaxtı rejimini təmin etmək isə prodüserin öhdəliklərinə aiddir. Lakin iddiaçı tərəfindən öz üzərinə düşən öhdəliklərin icra olunması, ən azı, təqvim planı və iş qrafikini tərtib edərək cavabdehə göndərilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.
20. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 2019-cu il 23 oktyabr tarixli xidmət müqaviləsi də bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı “Ofis işi” adlı serialın (10 seriyası) çəkiliş qrupunun tərkibinə cavabdehi 2019-cu il 23 oktyabr tarixindən 1 il müddət ərzində “Aktyor” v əzifəsinə (baş rolun ifaçısı kimi) qəbul edir. Tərəflərin izahatlarından isə həmin serialın çəkilişinin başa çatdırılmış olması müəyyən edilmişdir.
21. Həmçinin iş materiallarında olan iddiaçının direktoru Cəfər Axundzadə ilə cavabdeh arasında aparılmış 2020-ci ilin fevral-aprel aylarına aid “WhatsApp” yazışmaları və səsli mesajlarının məzmunundan müəyyən edilir ki, tərəflər arasında “Ofis işi” serialının çəkilişi ilə bağlı danışıqlar olmuşdur. Həmin danışıqlarda cavabdeh əmək haqqının (gündəlik 750 manat) ödənilməsini tələb etmiş və iş qrafikinin düzgün müəyyən edilmədiyini bildirmiş, iddiaçının direktoru isə maddi sıxıntılara görə əmək haqqının ödənilməsinə möhlət istəmiş, eyni zamanda cavabdehin çəkilişlərə vaxtında gəlməməsi ilə bağlı iradlarını bildirmişdir. Tərəflər arasında aparılmı ş danışıqlarda “Qış nağılı” filminin çəkilişindən və cavabdehin çəkilişdən imtina etməsi və ya yayınması məsələsinə toxunulmamışdır.
22. Göründüyü kimi, iddiaçı cavabdehin 2019-cu il 18 yanvar tarixli müqavilə üzrə öhdəliklərini pozduğunu bildirsə də, tərəflər arasında yeni bir müqavilə (2019-cu il 23 oktyabr tarixli) bağlanmış və çəkilən serialda cavabdehə baş rolun ifaçısı təklif edilmişdir.
23. Bundan əlavə, cavabdeh 2019-cu il 23 oktyabr tarixli müqavilənin icrası ilə bağlı ödənişləri tələb etdikdə, iddiaçının direktoru ödənişlərə möhlət istəmiş və bu zaman ödənilməli olan əmək haqqının 2019-cu il 18 yanvar tarixli müqavilə üzrə ödənilmiş 24.300 manat pul vəsaiti il əvəzləşdirilməsinin təklif etməmişdir.
24. Bu hallar isə iddiaçının cavabdehə qarşı 2019-cu il 18 yanvar tarixli müqavi lə üzrə etirazının olmamasını təsdiq edir. Əks halda, əməkdaşlığın davam etdirilməsi ağlabatan və anlaşılan deyil.
25. Qeyd olunan halları qiymətləndirərək məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli müqavilə üzrə cavabdehin öz öhdəliklərinin icra etməməsində (“Qış nağılı” adlı filmin çəkilişində iştirak etməməsində) onun təqsirinin olması sübut olunmur. MM-in 448.2-ci maddəsinin tələblərinə görə isə borclu yalnız təqsirli hərəkət və ya hərəkətsizliyə görə məsuliyyət daşıyır. Bu baxımdan, öhdəliyin pozulması əsasına görə ilk iddia pulun tutulması hissəsində təmin edilə bilməz. İlk iddia həmin hissədə həmçinin müqavilə ləğv edildiyinə görə də avansın geri qaytarılması əsasına görə də təmin edilə bilməz. Belə ki, Belə ki, MM-in podrat müqaviləsinə aid 752-776-ci maddələrindən görünür ki, podrat müqaviləsi ləğv olunduğu halda avansın geri qaytarılmasını müəyyən edən norma nəzərdə tutulmamışdır.
26. Bundan əlavə, MM-də behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələrini tənzimləyən maddə (492-ci maddə) olsa da, belə hallarda ödənilmiş avansla bağlı məsələləri tənzimləyən norma mövcud deyil. Bununla yanaşı, MM-in 424.4-cü maddəsində təsbit olunmuşdur ki, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. MM-in podrat müqaviləsinə aid müddəalarında, habelə tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli müqavilədə bu məsələ ilə bağl ı tənzimlənmə, yəni ayrı qayda nəzərdə tutulmamışdır. Belə olan halda isə MM-in 424.4-cü maddəsinə əsasən iddiaçının öhdəlik üzrə icra etdiklərinin, yəni avansın qaytarılmasını tələb etməsi əsassız olmuşdur.
27. Eyni zamanda, ilk iddia pulun tutulması hissəsində əsassız olduğuna görə iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfin ərizəsinə qiymət verilməsinə lüzum qalmamışdır. Belə ki, MM-in 372.2 və 377.1-ci maddələrindən müəyyən edilir ki, iddia müddəti hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müəyyən edilən müddətdir və həmin müddət hüququnun pozulduğu gündən başlanır. Hazırki işdə isə iddiaçının hüququnun pozulması müəyyən edilməmişdir. Cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə iddianın etiraf etməsi ilə bağlı iddiaçının dəlillər i də əsassızdır. Belə ki, mülki prosesdə iddiaya etirazın prosessual hüquqi və maddi hüquqi formaları mövcuddur və cavabdeh onların seçimində tam sərbəstdir. Hazırki işdə də cavabdeh hər iki formada etiraz vermiş və iddia müddətinin tətbiqini alternativ şəkildə irəli sürmüşdür. Ona görə də iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi iddianın etiraf edilməsi kimi qiymətləndirilə bilməz.
28. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, tərəflər arasında bağlanmış müqavilənin mahiyyətini və növünü müəyyən etməmiş, cavabdehin hərəkətlərində təqsirin olub-olmamasına qiymət verməmiş və iddianın əsasına aid olmayan MM-in behlə bağlı müddəalarına istinad edərək ilk iddiada irəli sürülmüş pulun tutulması barədə iddianı təmin etmişdir.
29. Bununla yanaşı, qarşılıql ı iddiaya aid hissədə məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgün olmuşdur. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən MM-in 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən MM-in 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir. Belə ki, cavabdeh ona maddi zərər vurulduğunu bildirsə də, öz iddiasının əsası kimi istinad etdiyi halları (o na təklif edilən digər layihələrdən imtina etdiyinə görə əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur) və bunun nəticəsi olaraq zərərin mövcudluğunu təsdiq edən sübutları təqdim etməmişdir.
30. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 11.1, 21.1, 21.2, 372.2, 377.1, 385.1, 390.4, 424.4, 442, 443.1, 448.1, 448.2, 752.1-ci, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci, MPM-in 13.4, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. Qətnamə 2023-cü il 23 iyun tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmiş, ondan cavabdeh 2023-cü il 21 avqust tarixində kassasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv olunmaqla qarşılıqlı iddia tələbinin təmin edilməsi, iddiaçı isə 2023-cü i l 22 avqust tarixdə kassasiya şikayəti verərək qətnamənin qismən – ilk iddianın təmin olunmadığı hissədə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
32. MM-in 424.4-cü maddəsi pozulmuşdur- məhkəmə qətnamədə MM-in 752-776-cı maddələrində podrat müqaviləsinin ləğv edilməsi zamanı ödənilmiş avansla bağlı məsələni tənzimləyən normanın olmamasına istinad edərək MM-in 424.4-cü maddəsini tətbiq etməklə iddianı səhvən rədd etmişdir. Belə ki, MM-in 460-cı maddəsinin tələbləri baxımından avans öhdəliyin icrasının təmin edilməsi üsullarından biri deyil. Əgər məhkəmənin məntiqi ilə avansa öhdəlik üzrə icra edilmiş ödəniş kimi yanaşsaq, bu zaman məhkəmə MM-in 759 və 760-cı maddələrinin tələblərini pozmuşdur. Belə ki, MM-in 424.4cü maddəsi də avansla bağlı hər hansı bir məsələni tənzimləmir. Məhkəmə isə məhz MMnin 752-776-cı maddələrində podrat müqaviləsinin ləğv edilməsi zamanı ödənilmiş avansla bağlı məsələni tənzimləyən normanın olmamasına istinad edərək MM-in 424.4-cü maddəsini tətbiq etmişdir. Əgər avans öhdəlik üzrə icranı ehtiva edirsə, belə olan halda MM-in 424.4-cü maddəsinin tələbləri baxımından da hazırkı halda tərəflər arasında yaranmış mübahisəyə MM-in 759 və 760-cı maddələri tətbiq edilməli idi. MM-də cəmi altı yerdə avans sözünə rast gəlinsə də, onun anlayışı verilməmişdir. Normativ hüquqi aktlarda avansın anlayışı verilməsə də, Azərbaycan dilinin izahlı lüğətində avansa 1-ci mənada ispan (av ance) və fransız (avancé) dillərindən götürülmüş söz kimi “əvvəlcədən ödəmə, beh, avans almaq, avans vermək, 2-ci mənada isə müəyyən xərclər üçün qabaqcadan verilən pul kimi izah verilmişdir. Göründüyü kimi, avans öhdəliyin icra edilməsi üçün nəzərdə tutulmuş ödəniş deyil, əvvəlcədən ödəmə və qabaqcadan verilən puldur. Tərəflər isə aralarında bağlanmış 2019-cu il 18 yanvar tarixli xidmət müqaviləsi üzrə götürdükləri heç bir öhdəliklərini icra etməmişlər. Belə olan halda, ödənilmiş avans məbləği geri qaytarılmalıdır. Bundan başqa tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli xidmət müqaviləsinin 6.1-ci bəndində tərəflərin öhdəliklərini icra etmədikləri halda məsuliyyətlə bağlı münasibətlərin necə tənzimləndiyi müəyyən edilmişdir ki, bu da bir daha məhkəmənin MM-nin 424.4-cü maddə sini tətbiq etməklə səhvə yol verdiyini təsdiq edir.
33. MPM-in 88-ci maddəsi pozulmuşdur- məhkəmə işdə olan və tərəfimizdən təqdim edilmiş sübutlara düzgün qiymət vermədiyi üçün maddi hüquq normasını səhf tətbiq etmişdir. Bunun da nəticəsində qeyri-qanuni və əsassız qətnamə çıxarmışdır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
34. MM-in 446.2-ci maddəsi pozulmuşdur-tərəflər arasında olmuş səs yazıları və yazışmalardan görünür ki, qarşılıqlı iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmək yəni filmdə çəkilmək istəyini dəfələrlə bildirmiş, lakin iddiaçı heç bir ağlabatan səbəb göstərmədən təklif olunmuş icranı qəbul etməmiş, bununla da cavabdehə zərər vurmuşdur. Belə ki, iddiaçı ilə bağladığı müqaviləyə bağlı olan cavabdeh digər təkliflərdən imtina etmək məcburiyyətində qalmış, ə ldə edəcəyi gəlirlərdən məhrum olmuşdur.
35. MM-in 441-ci maddəsi pozulmuşdur-işin materiallarından da aydın göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə qarşılıqlı icranı ehtiva edən müqavilə olmuşdur. Belə ki, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün ilk növbədə iddiaçı faktiki olaraq filmin çəkilişlərinə başlamalı və yalnız bundan sonra cavabdehdən öz öhdəliklərini icra etməsini tələb etməli idi. Birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının qanuni təmsilçisi birmənalı olaraq etiraf etmişdir ki, “Qış nağılı” filminin çəkilişi elə müqavilə bağlanan dövrdə çəkilməli idi, digər “Kəklikotu-2” filminin isə ümumiyyətlə ssenarisi hazır deyildi. Belə olan halda, istinad edilən normanın tələbləri nəzərə alınmaqla, iddiaçı şərtləşdirilmiş öhdəliy i, yəni cavabdehə öz öhdəliklərini yerinə yetirməyə imkan verən şəraiti yaratmaq öhdəliyini (filmin çəkilişinə başlamaq, aktyoru ssenari ilə təmin etmək və s.) yerinə yetirmədiyi, çəkilişlərin konkret vaxtı və yeri barədə cavabdehə heç bir məlumat vermədiyi halda, sonuncunun üzərinə düşən öhdəliyi icra etmədiyi barədə dəlillərin tamamilə əsassız olduğu aşkardır və bu səbəbdən məhkəmə qarşılıqlı iddianı təmin etmək əvəzinə, işin hallarına uyğun olmayan tamamilə səhv nəticəyə gələrək, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.
36. MM-in 446.1, 446.8-ci maddələri pozulmuşdur- tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli Xidmət müqaviləsinin şərtlərindən də göründüyü kimi, cavabdehin filmdə iştirakını təmin etmək məhz iddiaçının öhdəliyi olmuşdur, lakin bununla b ağlı cavabdehə hər hansı bildiriş-təklif verilməmişdir. İddiaçı cavabdehi həmin müqavilə öhdəliklərinin yerinə yetirilmə vaxtını gözlətməklə tam məşğul etmiş, bununla da cavabdeh ona təklif olunan digər layihələr üzrə çəkilişlərdən imtina etmişdir. Belə ki, müqavilənin müddətinin çəkilişlərin tam qurtardığı müddətə qədər qüvvədə olması şərti o demək deyil ki, cavabdeh uzun müddət filmin çəkiləcəyi tarixi gözləməli, bununla da ona təklif olunan layihələrdə çəkilməkdən məhrum olmalıdır. Bir halda ki, müqavilədə filmin çəkilişinin başlanılması hər hansı hadisə və ya halın baş verməsi ilə şərtləndirilməmişdir, bu halda müqavilənin müddətinin çəkilişlərin tam qurtardığı müddətə qədər qüvvədə olması elə müqavilə bağlanan tarixdən film çəkilişinə başlanılmalı olmasını ehtiva edir. Birinci instans iya məhkəməsində 2023-cü il 10 fevral tarixində keçirilmiş məhkəmənin hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi və vəkilinə:- “Müqavilə 2019-cu il 18 yanvar tarixdə bağlanıb, bəs filmin ilkin çəkilişi nə vaxt başlanıb?”- sualı verilmişdir. O isə buna cavab olaraq: - “Elə həmin ərəfədə, 2018-ci ilin axırı 2019-cu ilin əvvəli”- bildirdi. Cavabdehin nümayəndəsinin -“Yaxşı, bəs necə olur, 2018-ci ilin may ayında internetdə filmin çəkilişi davam etdirilir, deyə video yerləşdirilib?” - sual verilmişdir.... Filmin çəkilişlərinin başlandığı vaxtı müəyyən etməliyik ki, biz öhdəliyin kim tərəfindən icra edilmədiyini və icra anını müəyyən edə bilək. Bəs cavabdehə nə vaxt siz bildirdiniz ki, gəlib iştirak etməlidir? İddiaçının nümayəndəsi isə buna cavab olaraq: - “Həmin dövrdə”- bildirmişdir. İddi açının istinad etdiyi müqavilə 2019cu il 18 yanvar tarixində bağlanmış və müqavilədə icra müddəti nəzərdə tutulmamışdır. Həmçinin birinci instansiya məhkəməsində 2023-cü il 10 fevral tarixində keçirilmiş məhkəmə iclasında iddiaçı tərəfin vəkili “Qış nağılı” filminin çəkilişlərinin 2018-ci ilin axırı 2019-cu ilin əvvəlində başlanmasını bildirmişdir. İş materiallarında olan video görüntülərdən isə görünür ki, “Qış nağılı” filminin çəkilişləri 2018-ci il 10 may tarixdə davam etdirilib və cavabdeh həmin filmdə çəkilməmişdir. Belə ki, müqavilədə icra müddəti müəyyən edilməsə belə, iddiaçı tərəfin özünün də qeyd etdiyi kimi filmin çəkilişləri müqavilə bağlanan ərəfədə olmalı idi, yəni iddiaçının öhdəliyi icra etmək tələbini irəli sürmək hüququ ən geci müqavilə bağlanan andan yaranmış, yəni cavab deh həmin ərəfədə filmə çəkilmək üçün iddiaçıdan təklif almalı idi. Lakin iddiaçı tərəfindən cavabdehə müqavilə bağlanan dövrdə filmə çəkilmək üçün hər hansı bildiriş belə göndərilməmişdir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı tərəf icranı özü gecikdirmişdir. Göründüyü kimi, həmin müqavilə üzrə ilk iddiaçı aktyoru tam məşğul etmiş, bununla da aktyor ona təklif olunan digər layihələr üzrə çəkilişlərdən imtina etmişdir. Belə ki, müqavilənin müddətinin çəkilişlərin tam qurtardığı müddətə qədər qüvvədə olması şərti o demək deyil ki, aktyor uzun müddət filmin çəkiləcəyi tarixi gözləməli, bununla da ona təklif olunan layihələrdə çəkilməkdən məhrum olmalıdır.
37. MPM-in 217.1, 217.2, 217.3-cü maddələri pozulmuşdur-məhkəmənin qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları və apellyasiya şikayətinin 5 və 6-cı bölməsində sadalanan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, pozulmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən ilk iddianın təmin olunmadığı, cavabdeh tərəfindən isə qarşılıqlı iddianın təmin olunmadığı hissələrdə mübahisələndirildiyi üçün MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ilk iddianın təmin edildiyi hissə istisna olmaqla, digər hissələrdə yoxlanılacaqdır.
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanun da və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə i ddia müddəti isə altı ildir....” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhd əliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
491. Beh anlayışı 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.... 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə
492. Behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələri 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.” “Maddə
759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bil ər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə
760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.”
42. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında müəyyən edilmişdir ki: “... Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziy an) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur....”
43. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə” 2021-ci il 14 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər....”
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassa siya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. İddiaçı ilk iddia üzrə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin ləğv edilməsini, cavabdehdən həmin müqavilə üzrə ona ödədiyi 24.300 manat məbləğində pulun tutulmasını, cavabdeh isə qarşılıqlı iddia üzrə iddiaçıdan onun xe yrinə 24.300 manat məbləğində zərərin əvəzinin tutulmasını xahiş etmişdir.
46. İlk iddia təmin, qarşılıqlı iddia rədd edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edərək, ilk iddianı 24.300 manat məbləğində pulun tutulması hissəsində rədd etmiş, qətnaməni qalan hissələrdə dəyişdirmədən saxlamışdır.
47. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən qarşılıqlı iddianın, iddiaçı tərəfindən isə ilk iddianın təmin olunmadığı hissələrdə kassasiya qaydasında mübahisələndirilmişdir.
48. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə:
49. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, yəni filmdə çəkilmək istəyini dəfələrlə bildirmi ş, lakin iddiaçı heç bir ağlabatan səbəb göstərmədən təklif olunmuş icranı qəbul etməmiş, iddiaçı öz üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirməmiş, icranı gecikdirmiş, bununla da cavabdehə zərər vurmuşdur. Belə ki, iddiaçı ilə bağladığı müqaviləyə bağlı olan cavabdeh digər təkliflərdən imtina etmək məcburiyyətində qalmış, əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur.
50. Cavabdeh eyni dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrində icraat zamanı da bildirmiş, bununla əlaqədar mübahisələndirilən qətnamədə qeyd olunmuşdur ki, cavabdeh ona maddi zərər vurulduğunu bildirsə də, öz iddiasının əsası kimi istinad etdiyi halları (ona təklif edilən digər layihələrdən imtina etdiyinə görə əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur) və bunun nəticəsi olaraq zərərin mövcudluğunu təsdiq edən sübutları təqdim etməmişdir.
51. Cavabdeh məhkəmənin nəticəsini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
52. Belə ki, mübahisəli dövrdə cavabdehə konkret layihələr üzrə təkliflərin daxil olması (hər bir layihənin məzmunu, müəllifləri, dəyəri, layihəni cavabdehə təklif edən şəxslər və s. eyniləşdirici məlumatlar ayrı-ayrılıqda göstərilməklə), habelə həmin layihələrin hər birinə cavabdeh tərəfindən imtina cavablarının verilməsi, bununla da cavabdehin hər bir layihə üzrə itirdiyi gəlirin həcmi və onun hesablanması qaydası iş materiallarından öz təsdiqini tapmır.
53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən MM-in 21.2-ci maddəsinə (bax bu qərarın 41-ci bəndinə), həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi ç ıxış edən MM-in 443.1 və 443.2-ci maddələrinə (bax bu qərarın 41-ci bəndinə) istinad edərək apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin həmin qənaəti mübahisəli hüquq münasibətinə tətbiq edilən həmin maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217.1-ci maddələrinin tələblərinə (bax bu qərarın 44-cü bəndinə) uyğun olmuşdur.
54. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə:
55. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ilk iddianın cavabdehdən 24.300 manat məbləğində pulun tutulması tələbi üzrə gəldiyi nəticə ilə aşağıdakı səbəblərdən razılaşmır.
56. Belə ki, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, həmin iddia tələbi müqavilə ləğv edildiyinə görə avansın geri qayt arılması əsasına görə təmin edilə bilməz. Belə ki, MM-in podrat müqaviləsinə aid 752-776-ci maddələrindən görünür ki, podrat müqaviləsi ləğv olunduğu halda avansın geri qaytarılmasını müəyyən edən norma nəzərdə tutulmamışdır.
57. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd etməyi vacib hesab edir ki, “Hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. MM-in “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXİV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi süb uta yetirilməsə, avans kimi ödənilmiş sayılır. MM avansla bağlı konkret nizamlama müəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə, nəzərə alınmalıdır ki, Məcəllənin 491.3-cü maddəsi ümumi normadır və onun tətbiqi zamanı konkret müqavilənin xüsusiyyəti nəzərə alınmalıdır” (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 2021-ci il 04 iyun tarixli 1/2021 nömrəli Qərardadının 49-51-ci bəndləri).
58. Müqavilə tərəfləri öz aralarında razılaşa bilərlər ki, öhdəliyin icrasına görə qarşı tərəfin ödəməli olduğu haqq ya tam şəkildə öhdəlik icra olunduqdan sonra ödənilsin, yaxud da ödənişin bir hissəsi avans olaraq öhdəliyin icrasına başlananadək, qalan hissəsi isə icra prosesində və/və ya bilavasitə icranın sonunda ödən ilsin.
59. Hüquq nəzəriyyəsində avans və beh bir-birindən fərqləndirilir. Həmin institutların hüquqi təbiətinə xas olan bu xüsusiyyətlər onların törətdiyi hüquqi nəticələri də bir-birindən fərqləndirir.
60. Belə ki, MM-in 491.1-ci maddəsindən (bax bu qərarın 41-ci bəndinə) də göründüyü kimi, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. MM-in 492-ci maddəsinə (bax bu qərarın 41-ci bəndinə) görə: 1) Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 2) Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əg ər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
61. Göründüyü kimi, MM behin hansı hallarda geri qaytarıldığını, hansı hallarda geri qaytarılmadığını konkret müəyyən etmişdir. Bundan fərqli olaraq mülki qanunvericilikdə avansın hüquqi rejimi ilə bağlı hər hansı tənzimləmə müəyyən edilməmişdir. Dispozitivlik prinsipinin tələbləri nəzərə alınaraq qeyd olunmalıdır ki, avansın ödənildiyi öhdəliyin mahiyyətindən və tərəflərin razılaşmasından başqa hal irəli gəlmirsə, mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, müvafiq öh dəliyin yerinə yetirilməsi üçün əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işi yerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır.
62. Avans və behlə bağlı institutların fərqli səciyyə daşımasını MM-in 491.3-cü maddəsinin məzmunundan (bax bu qərarın 41-ci bəndinə) da görmək mümkündür. Həmin normaya görə, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
63. Podrat müqaviləsi üzrə öhdəliklərin icrası ilə əlaqədar sifarişç inin podratçıya vermiş avansın, podratçının öhdəliyi yerinə yetirilmədikdə belə, sifarişçiyə qaytarılmasının mümkün olmaması barədə gəlinən qənaət isə faktiki olaraq avansın behlə eyniləşdirilməsi ilə nəticələnir. Ona görə də bu qənaət MM-in istinad olunan normalarına ziddir.
64. Məhkəmə kollegiyası hesab edir ki, MM-in podrat müqaviləsinə aid maddələrində podrat müqaviləsinin ləğv olunduğu halda avansın geri qaytarılmasını müəyyən edən normanın nəzərdə tutulmaması səbəbindən, iddianın təmin edilməməsi avansın yuxarıda qeyd edilən mahiyyətinə və MM-in 759 və 760-cı maddələrinə ziddir.
65. Belə ki, baxılan işdə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 4.1 və 4.3cü bəndlərində aktyora filmlərdə çəkiliş üçün 48.600 manat qonorarın ödəniləcəyi və həmin məbləğdən aktyora avans şəklində 50%, yəni 24.300 manat məbləğində ödəniləcəyi nəzərdə tutulmuşdur. Həmin avans məbləğinin müqavilə üzrə öhdəliyin aktyor (cavabdeh) tərəfindən icrası üçün avans olaraq əvvəlcədən ödənilməsi mübahisələndirilmir.
66. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə məlum olur ki, nəticə etibarilə aktyorun nəzərdə tutulan filmlərdə çəkilişi baş tutmamış, yəni aktyor tərəfindən öhdəliklərin icrası mümkün olmamışdır.
67. MM-in 424.4-cü maddəsində təsbit olunmuşdur ki, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
68. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MM-in podrat müqaviləsinə aid müddəalarında, habelə tərəflər arasında bağlanmış 2019-cu il 18 yanvar tarixli müqavilədə bu məsələ ilə bağlı tənzimlənmə, yəni ayrı qayda nəzərdə tutulmamışdır. Belə olan halda isə MM-in 424.4-cü maddəsinə əsasən iddiaçının öhdəlik üzrə icra etdiklərinin, yəni avansın qaytarılmasını tələb etməsi əsassızdır.
69. Halbuki MM-in 424.4-cü maddəsi ümumi normadır, xüsusi norma olaraq isə MMin 759 və 760-cı maddələri (bax bu qərarın 41-ci bəndinə) podrat müqaviləsi üzrə bu məsələdə fərqli qayda müəyyən etmişdir. Həmin maddələrin məzmunundan aydın olur ki, podrat müqaviləsi sifarişçinin və ya podratçının təşəbbüsü ilə ləğv (xitam) edildikdə, sifarişçi podratçıya yalnız yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
70. Həmin maddələrin məzmunundan göründüyü kimi, sifa rişçi (hazırkı halda iddiaçı) yerinə yetirilməyən işə görə podratçıya (hazırkı halda cavabdehə) ödədiyi haqqı (hazırkı halda 24.300 manat məbləğində avansı) tələb etməyə haqlıdır. Çünki podratçı (cavabdeh) müqavilə üzrə hər hansı bir iş görməmiş və ona hər hansı zərər dəyməsi də işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir (cavabdehdə zərərə dəyməsinin müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyasının mövqeyi yuxarıda cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə olan hissədə ifadə edilmişdir).
71. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianı cavabdehdən 24.300 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin etməməklə, MM-in 759 və 760-cı maddələrinin tələblərinə zidd nət icəyə gəlmişdir. Kollegiya iş üzrə hər hansı əlavə araşdırma və ya qiymətləndirmə aparılmısına ehtiyac olmamasını nəzərə alaraq hesab edir ki, işə baxan məhkəmələrin müəyyən etdiyi hallar və sübutlar əsasında həmin hissədə iş üzrə yeni qərar qəbul edilməli, ilk iddia cavabdehdən 24.300 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir.
72. Bundan əlavə qeyd edilməlidir ki, işin materiallarından görünür ki, cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə verərək ilkin iddianın rədd edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi həmin ərizəni təmin etməmiş (bax bu qərarın 11ci bəndinə), apellyasiya instansiyası məhkəməsi isə ilkin iddianın müvafiq tələbini əsassız hesab etdiyindən iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfi n ərizəsinə qiymət verməmişdir (bax bu qərarın 27-ci bəndinə).
73. Məhkəmə kollegiyası iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfin ərizəsinə birinci instansiya məhkəməsinin verdiyi qiyməti qanuni və əsaslı hesab etdiyindən, prosessual qənaət prinsipi baxımından eyni məsələ ilə əlaqədar təkrar hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.
74. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 13 iyun tarixli 2-2(103)-531/2023 saylı qətnaməsi qismən – Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 mart tarixli e-2-2(113)-552/2023 saylı qətnaməsinin ilk iddia üzrə cavabdehdən 24.300 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi və hə min hissədə ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməli, ilk iddia həmin hissədə təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli 2-2(103)-531/2023 saylı qətnaməsi qismən – Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 mart tarixli e-2-2(113)-552/2023 saylı qətnaməsinin ilk iddia üzrə Cavabdeh 24.300 manat məbləğində pulun tutularaq ilk iddia üzrə İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə ilk iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. İlk iddia həmin hissədə (Cavabdeh 24.300 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində) təmin edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.