Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-579/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və borcun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 may tarixli 2-2(103)-532/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2024-cü il 16 fevral tarixli CES-2024-0007 saylı xidmət müqaviləsinə əsasən, icraçı, texniki göstəriciləri bu müqaviləyə edilmiş Əlavədə (Əlavələrdə) ətraflı formada qeyd olunan avadanlıqla (və ya avadanlıqları) qeyd olunan müddət və şərtlərlə müvafiq olaraq Sifarişçiyə əlavədə qeyd edilmiş xidməti göstərməyi, Sifarişçi isə öz növbəsində bu müqavilədə (əlavədə) göstərilən tarixdən etibarən qeyd olunan xidməti qəbulu haqqında razılığa gəlirlər.
2. Həmin müqavilənin: - 2-ci bəndinə əsasən (“xidmət haqqı”), sifarişçi avadanlıq xidmətini əlavələrdə qeyd edilmiş avadanlığa (avadanlıqlara) görə hər bir təqvim ayı (günü) üçün xidmət haqqını ödəməyi öz öhdəsinə götürür və tərəflər razılığa gəlirlər ki, xidmət haqqı, xidmət müqaviləsinin qüvvədə olduğu müddət ərzində qüvvədə olacaq. İcraçı ilə Sifarişçi arasında bağlanmış Müqaviləyə əsasən İcraçı tərəfindən xidmət və digər haqlar artırılarsa bu zaman yeni xidmət haqqı tərəflərin qarşılıqlı yazılı razılığı əsasında müvafiq qayda da artırıla (və ya azaldıla) bilər. - 4.1-ci bəndinə əsasən (“icraçının hüquq və öhdəlikləri”), a) Sifarişçidən bu müqavilənin şərtlərinə uyğun olaraq xidmət haqqını vaxtda ödəməyi tələb etmək; b) Bu müqavilə imzalanaraq qüvvəyə minmə tarixindən texnikaları maneəsiz olaraq tam işlək vəziyyətdə tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Sifarişçinin istifadəsinə vermək; - 4.2-ci bəndinə əsasən (“sifarişçinin hüquq və öhdəlikləri”), a) Bu müqavilənin şərtlərinə uyğun olaraq, təhvil- təslim aktını aldıqdan sonra 20 təqvim günü ərzində xidmət haqqının ödəmək; Əks halda s ifarişçi ödəniş şərtlərini pozduğu halda icraçı tərəfindən gecikdirilən hər gün üçün gecikmə məbləğinin 0,5 faizi həcmində cərimə olunacaqdır. b) Avadanlıqları yalnız bu müqavilədə göstərilən şərtlərlə istifadə etmək; c) Xidmətin göstərildiyi müddət ərzində avadanlıqları təmiz, səliqəli və işlək vəziyyətdə müddətinin sonunda texnikaları təbii aşınma və amortizasiya nəzərə alınmaqla qəbul etdiyi vəziyyətdə İcraçıya təhvil vermək; d) Texnikaların yanacaqla təchiz edilməsi (dizel); Yanacaq sifarişçi tərəfindən təchiz ediləcəkdir. e) Oğurluq, saxta mənimsəmə nəticəsində zərərə məruz qalmış avadanlığın təmiri zamanı xidmət haqqı daxil olmaqla bütün müddəalar üzrə sifarişçi öhdəlik daşıyır. 3. 2024-cü il 3 iyun tarixli, 0097 saylı hesab-fakturaya əsasən göstərilmiş xidmətin cəmi məbləği 8.728,98 manat (ƏDV daxil) müəyyən edilmişdir. 4. 2024-cü il 3 iyun tarixli təhvil-təslim aktına əsasən, müqavilə üzrə qeyd olunan xidmətlərin göstərildiyi və yekun məbləğin ƏDV daxil 8.728,98 manat təşkil etməsi hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir. 5. 2024-cü il 4 iyun tarixli MT**********31 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 8.728,98 manat məbləğində xidmətin göstərilməsinə dair e-qaimə tərtib edilmişdir. 2024cü il 5 iyul tarixli, 0130 saylı hesab-fakturaya əsasən göstərilmiş xidmətin cəmi məbləği 6.535,38 manat (ƏDV daxil) müəyyən edilmişdir. 6. 2024-cü il 5 iyul tarixli təhvil-təslim aktına əsasən, müqavilə üzrə qeyd olunan xidmətlərin göstərildiyi və yekun məbləğin ƏDV daxil 6.535,38 manat təşkil etməsi hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir. 7. 2024-cü il 11 iyul tarixli MT**********294 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 6.535,38 manatlıq xidmətin göstərilməsinə dair e-qaimə tərtib edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 25 oktyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2024-cü il 16 fevral tarixli CES-2024-0007 saylı xidmət müqaviləsinin (bundan sonra – “xidmət müqaviləsi”) ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə may ayında həyata keçirilmiş xidmətlərin dəyəri ƏDV daxil 8.728,98 manat, iyul ayında həyata keçirilmiş xidmətlərin dəyəri ƏDV daxil 6.535,38 manat, ümumilikdə 15.264,35 manat əsas borcun, 1.000 manat cərimənin, məhkəmə xərcləri ilə ə laqədar hüquqi xidmət üçün ödənilmiş 1.290 manat xidmət haqqının və ödənilmiş 139 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən iddiaçı teleskopik yükləyici vasitəsi ilə yükləyici xidmətlərini həyata keçirmişdir. Cari ilin may ayında həyata keçirilmiş xidmətlərin dəyəri ƏDV daxil 8.728,98 manat, iyul ayında həyata keçirilmiş xidmətlərin dəyəri ƏDV daxil 6.535,38 manat təşkil etmişdir. Müqavilə üzrə müəyyən edilmiş şərtlərə uyğun şəkildə iddiaçı üzərinə düşən öhdəlikləri icra edərək xidmətləri təhvil verməsinə baxmayaraq cavabdeh müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etmir və pulun ödənilməsini təmin etməmişdir. Müxtəlif vasitələrlə əlaqə saxlan ılıb borcun ödənilməsi tələb edilməsinə, daha əvvəl rəsmi qaydada məktublar göndərilməsinə və cavabdeh tərəfindən borcun ödənilməsinə dair vəd edilməsinə baxmayaraq pulun ödənilməsi təmin edilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, yuxarıda istinad olunan müqavilənin 4.2-ci bəndinin tələbinə görə Sifarişçi təhvil-təslim aktını aldıqdan sonra 20 gün müddətində ödənişi həyata keçirməlidir, əks təqdirdə gecikdirilmiş hər gün üçün 0,5 həcmində cərimə olunacaqdır. Məhz bu əsasla cavabdehin gecikdirilmiş müddət üzrə 1.000 manat məbləğində cərimə tətbiq edilməlidir.
10. Cavabdeh etiraz verərək bildirmişdir ki, iddia tamamilə qanunsuz və əsassız olduğundan etirazla qarşılanır. Belə ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 4.1-ci bəndinin b) yarımbəndinin tələbləri iddiaçı tərəfind ən qəsdən pozulmuş və iddiaçı tərəfindən cavabdehə heç bir məlumat və ya bildiriş verilmədən Müqavilə üzrə icarəyə verilmiş texnikaları xidmət ərazisindən çıxarılmışdır. Nəticədə isə həmin texnikalarla Müqavilə əsasında digər hüquqi şəxs ərazisində işlərin icrası dayanmış və iddiaçının müqavilə üzrə öhdəliklərini pozması və icarəyə verilmiş texnikaları xidmət ərazisindən çıxarması səbəbindən digər hüquqi şəxsin xeyrinə icra edilən işlərin vaxtında təhvil verilməsi mümkün olmamış və nəticədə cavabdehə 20.000 manat maddi zərər dəymişdir. Bu səbəbdən də hal-hazırda iddiaçı tərəfindən cavabdehə vurulmuş ziyanın ödənilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq məktubu ünvanlanmışdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 3 fevral tarixli 2-2(113)-817/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 2024-cü il 21 oktyabr tarixindən ləğv edilmiş (xitam) hesab edilməsi, cavabdehdən 2024-cü ilin may ayında həyata keçirilmiş xidmətlərin dəyəri olaraq ƏDV daxil 8.728,98 manat, 2024-cü ilin iyul ayında həyata keçirilmiş xidmətlərin dəyəri olaraq ƏDV daxil 6.535,38 manat, ümumilikdə 15.264,35 manat əsas borc, 763 manat dəbbə pulu, hüquqi yardım xərcinin əvəzi olaraq 800 manat və dövlət rüsumunun əvəzi olaraq 139 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – G.Namazova).
12. Məhkəmə xidmət müqaviləsinin ləğv edilməsinə dair iddia tələbini əsaslı hesab etmiş və xidmət müqaviləsi üzrə icra edilmiş öhdəliklər üzrə yaranmış borc məbləğinin cavabdehdən tutulmasına dair iddia tələbinə münasibətdə qeyd etmiş dir ki, tərəflər arasında podrat müqaviləsinə dair hüquq münasibətləri yarandığından müqavilə üzrə yaranmış mübahisəyə də mülki qanunvericiliyin podrat müqaviləsinə dair normaları əsasında hüquqi dəyərləndirmə aparılması qanunauyğundur.
13. Xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Həmçinin cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır.
14. Müqavilə üzrə xidmətin göstərilməsinə dair tərəflər arasında tərtib edilmiş təhviltəslim aktları cavabdeh tərəfindən imza və m öhür ilə təsdiqlənmişdir. Qeyd olunanlara baxmayaraq, cavabdeh borcun ödənilməsindən yayınmışdır. Cavabdehin etiraz ərizəsində göstərilənlər isə iddia tələbinin bu hissədə rədd edilməsi üçün əsas vermir.
15. Buna görə də iddiaçı hazırkı iddia tələbini cavabdeh MMC-yə yönəltməkdə haqlı olmuş və yaranmış borc məbləği cavabdehdən onun xeyrinə tutulmalıdır.
16. Məhkəmə əsas borcun gecikdirilməsinə görə cavabdehdən 1.000 manat məbləğində cərimə pulunun tutulması tələbini 763 manat hissəsində əsaslı hesab etmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 462.1, 760. 752.1, 753.1, 769-cu, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesabfakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 1.2, 3.1, 2.10, 2.10, 3.2, 3.3, 3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarına istinadla əsaslandırmışdır.
18. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 may t arixli 2-2(103)-532/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər - T.Mahmudova, Z.Şirinov).
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq qətnamənin əsaslığını xidmət müqaviləsi üzrə borcun və dəbbə pulunun tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, tərəflər arasında münasibətlərin texnikanın icarə müqaviləsindən irəli gələn münasibət olması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisəli müqavilənin məzmunundan da göründüyü kimi tərəflər iddiaçıya məxsus texnikanın icarəsi ilə bağlı deyil, texnika vasitəsi lə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilməsi barədə razılığa gəlmişlər. Bundan əlavə, müqavilə üzrə icraçının öhdəliklərinə avadanlığın istifadə üçün təqdim edilməsi ilə yanaşı operator ilə təmin edilmə (3.1-ci bəndi), zəruri hallarda avadanlığın sürücü ilə təmin edilmə (3-cü maddə) də daxil edilmişdir. Göstərilən hallar isə öz növbəsində ona dəlalət edir ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini texnikanın istifadəyə verilməsi deyil, məhz texnika vasitəsilə xidmət göstərilməsi təşkil edir. Odur ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarilə xidmət müqaviləsidir.
21. İddiaçının xəbərdarlıq etmədən texnikanı ərazidən çıxarması, nəticədə onlara maddi zərər vurulması, həmin zərərin xidmət haqqı ilə əvəzləşdirilməli olması barədə cavabdehin dəlillərinə münasibə tdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən texnikanın sahədən çıxarılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin tutulması ilə bağlı tələb irəli sürmədiyindən cavabdeh tərəfindən texnikanın xidmət göstərildiyi sahədən çıxarılmasının əsaslılığı, eləcə də cavabdehə zərər vurulub-vurulmaması hazırkı iş üzrə araşdırma predmetinə daxil deyildir.
22. İddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə vurğulamışdır ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan və məhkəmə tərəfindən müəyyənləşdirilmiş dəbbə pulu MM-in 467-ci maddəsinin tələbləri baxımından tənasübsüz surətdə yüksək olmadığından dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla bağlı öhdəliyin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsinin borclunu öhdəliyi icra etməkdən azad etməsi barədə dəlillərə münasibətdə məhkəmə hesab etmişdir ki, hazırkı halda cavabdehdən tutulması qət edilmiş dəbbə pulu xidmət haqqı ödəmək öhdəliyinin icra edilməməsinə görə deyil, həmin öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmışdır. Odur ki, hazırkı halda mübahisəli hüquq münasibətinə MM-in 450.3-cü maddəsinin tətbiqi istisna edilir.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 398.1, 442, 443.1, 450.2, 462.1, 467, 752.1, 753.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. MM-in 404, 442, 462, 465, 466, 700.1-ci maddələri üzrə - İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuşdur. Lakin məhkəmə tərəfindən qanunvericiliyin qeyd olunan normalarının tələbləri pozulmuş və iddiaçı tərəfindən müqavilə şərtlərinin və mülki q anunvericiliyin tələblərinin kobud şəkildə pozulması və bunun nəticəsində cavabdehə xeyli maddi ziyan dəyməsi qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhrif edilmişdir.
26. Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 125 və 129-cu maddələri üzrə - Qətnamədə qeyd olunanlardan da göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin iddiaçı tərəfindən pozulmuş hüquqları bərpa edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilən və məhkəməyə təqdim edilən dəlil və sübutları qanunsuz olaraq nəzərə alınmamış və əsassız olaraq yalnız cavabdeh tərəfindən irəli sürülən formal dəlillərlə kifayətlənmişdir. Eyni zamanda, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin qanunl a qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ pozulmuş və hazırkı kassasiya şikayətində qeyd olunan dəlillər düzgün araşdırılmamış, istinad edilən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və ya nəzərə alınmamışdır. Qeyd edilənlərdən və iş materiallarından açıq-aşkar görünür ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ədalətli deyil və müvafiq mübahisəyə dair qətnamə qəbul edilərkən ədalət mühakiməsi düzgün həyata keçirilməmiş, apellyasiya məhkəməsi tərəfindən aidiyyəti qanunvericilik normalarına düzgün istinad etməmiş, istinad edilmiş qanunvericilik normaları düzgün təfsir edilməmiş və qəbul edilmiş müvafiq qətnamə məhkəmə tərəfindən qanuna müvafiq qaydada tam və düzgün əsaslandırılmamışdır. Göründüyü kimi, mübahisənin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən qeyd olunan hallar apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız olaraq araşdırılmış, mövcud sübut və dəlillər düzgün qiymətləndirilməmiş, bu səbəbdən mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir.
27. Cavabdeh “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına istinad edərək bildirmişdir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların mü əyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
28. Kassator həmçinin qeyd edir ki, xidmət müqaviləsinin 4.1-ci bəndinin b) yarımbəndinin tələbləri tərəfindən qəsdən və kobud şəkildə pozulmuş və iddiaçı tərəfindən cavabdehə heç bir məlumat və ya bildiriş verilmədən müqavilə üzrə işlərin icrası üçün istifadə edilən texnikaları xidmət ərazisində çıxarılmışdır. Nəticədə isə həmin texnikalarla müqavilə əsasında digər hüquqi şəxs ərazisində işlərin icrası dayanmış və iddiaçının müqavilə üzrə öhdəliklərini qəsdən və kobud şəkildə pozması və işlərin icrası zamanı istifadə edilən texnikaları xidmət ərazisindən çıxarması səbəbindən digər hüquqi şəxsin xeyrinə icra edilən işlər in vaxtında təhvil verilməsi mümkün olmamış və nəticədə iddiaçının müqavilə şərtlərini qəsdən və kobud şəkildə pozması səbəbindən cavabdehə 20.000 manatdan çox maddi zərər dəymişdir. Bu səbəbdən də, hal-hazırda MM-in 443.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən cavabdehə vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəfimizdən iddiaçıya xəbərdarlıq (pretenziya) məktubu ünvanlanmışdır.
29. İddiaçı tam və düzgün icra etmədiyi işə görə qanunsuz və əsassız olaraq iddia etdiyi məbləğ iddiaçının müqavilə şərtlərini kobud şəkildə pozması və müqavilənin qüvvədə olduğu müddətdə texnikaların müqavilə şərtlərinə zidd olaraq ərazidən çıxarılması nəticəsində öhdəliklərini pozmasına görə müqavilənin şərtlərinə və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən hesablanmış və iddiaçı tərəfi ndən ödənilməli olan cərimə məbləğinə çıxılmışdır və bu səbəbdən də cavabdehin iddiaçıya heç bir borcu yoxdur.
30. Eyni zamanda, həm birinci instansiya məhkəməsinin qətnaməsində, həm də apellyasiya instansiya məhkəməsinin qətnaməsində tərəflər arasında imzalanmış müqaviləyə, müqavilənin tərkib hissəsi olan əlavəyə, pretenziya məktubuna və elektron qaimələrə və aktlara formal şəkildə istinad edilsə də, lakin iddiaçı tərəfindən müqavilə şərtlərini qəsdən və kobud şəkildə pozulması və müqavilənin icrasından birtərəfli imtina etməsi səbəbindən iddia olunan məbləğin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıdan cavabdehin xeyrinə tutulmalı olan cərimə məbləği ilə əvəzləşdirilməsi qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır.
31. İddiaçı iddia tələbində guya cavabdehin xeyr inə guya 15.264,35 manat dəyərində xidmət göstərdiyini iddia etsə də, lakin faktiki olaraq, iddiaçı tərəfindən cavabdehin xeyrinə heç bir iş icra edilməmişdir. Bu səbəbdən də, iddiaçının tam və düzgün icra etmədiyi işə görə ödəniş tələb etməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı iddia etdiyi məbləğ qarşılığında hansı işləri icra etməsini heç bir mötəbər sübut və ya sənədlə əsaslandıra bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
33. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliy ini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
450. Öhdəliyin naturada icrası... 450.2. Öhdəliyin icra edilmədiyi halda zərərin əvəzinin ödənilməsi və onun icra edilməməsi üçün dəbbə pulunun ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad edir.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiy i andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd m üqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....”
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
38. İddiaçı tərəfindən cavabdehin xeyrinə heç bir iş icra edilmədiyinə, iddiaçının iddia etdiyi məbləğ qarşılığında hansı işləri icra etməsini heç bir mötəbər sübut və ya sənədlə əsaslandıra bilmədiyinə dai r dəlillərlə əlaqədar qeyd olunur ki, cavabdehin sözügedən dəlilləri işə faktiki hallar üzrə baxan aşağı məhkəmələrə qanunla müəyyən edilmiş qaydada bildirməsi, həmin dəlillərin aşağı instansiyalarda müzakirə və qiymətləndirmə predmeti olması iş materiallarından görünmür. Bu səbəbdən də məhkəmə kollegiyası MPM-in 407.2-ci maddəsinin tələblərinə (bax § 36) uyğun olaraq sözügedən dəlillərə hər hansı münasibət bildirmir.
39. Kassasiya şikayətinin digər dəlilləri ilə eyni və ya oxşar məzmunlu olan dəlillər isə iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
40. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi n əticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
41. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 36) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 36) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
42. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiy a Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 may tarixli 2-2(103)-532/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 16 may tarixli 2-2(103)-532/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.